Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-85/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Şəmkir rayon Keçili bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1971-cı ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olan və yaşan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində özbaşına tikinti və araşdırma işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməllərini torətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayından hal-hazıradək olan müddət ərzində Şəmkir rayonu, Xuluf kəndinin ərazisində yerləşən Şəmkir rayon Keçili bələdiyyəsinin mülkiyyətində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Seriya RX, ******* nömrə ilə qeydiyyata alınmış "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən Şəmkir rayonu, Xuluf kənd sakini Zərərçəkmiş şəxs1 icarəyə verilmiş 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,08 ha (8 sot) hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmaqla, həmin torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri apararaq dəmir borulardan çardaq inşa edirməklə və məişət tullatıllarının atılması üçün quyu qazdırmaqla torpaq arində mülkiyyət hüququnu pozma cinayət əməllərini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi sahibkarlıqla məşğul olur. Hər ay olaraq fərdi sahibkar kimi dövlət ödənişlərini vaxtında ödəyir. Şəmkir rayonu, Keçili kəndində yaşayan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə DİN-nin 102 zəng xidməti mərkəzinə və Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə onun barəsində etmiş olduğu müraciətlər ilə tanış olmuş, barəsində şikayət edən Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir, aralarında normal münasibətlər olmuşdur. O, təxminən 2-3 ay əvvəl həmkəndlisi X1 onun mərhum əri X4 məxsus 4 sot torpaq sahəsini öz aralarında şifahi razılaşma yolu ilə 1500 manat satın almış, lakin Kifayət Quliyevaya pulunu 2024-cü ilin oktyabr ayında verəcəyini bildirmiş, Kifayət Quliyeva da onunla razılaşmış və həmin torpaq sahəsində o, özünə məxsus şadlıq sarayının yeməklərinin bişirilməsi üçün dəmir mağar quraşdırmış, həmin torpaq sahəsinə çınqıl daşları tökdürərək yağış yağarkən palçıq olmasın və məişət tullantılarının atılması üçün quyu qazdırmışdır. Sonradan həmkəndlisi Zərərçəkmiş şəxs1 onun barəsində Şəmkir rayon polis şöbəsinin Kür PB-nə şikayət ərizəsi ilə müraciət etməsi barədə məlumatı olmuş, onun müraciəti ilə bağlı Kür polis bölməsinə gedərək edilən şikayətlə tanış olub izahatını ətraflı yazmışdır. Bununla bağlı aidiyyəti üzrə dövlət qurumlarına da müraciət etmiş, lakin hələki ona hər hansı cavab verməyiblər. Odur ki, qeyd edilənləri nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Şəmkir rayon Keçili bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin aprel ayından Şəmkir rayonu, Keçili bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Hər ikisi ilə normal münasibəti vardır. Şəmkir rayonu, Keçili kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 adına olan 5 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olmasını təsdiq Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin No1138738 nömrəli sənəd isə xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət çıxarışıdır. Lakin qeyd edilən torpaq sahəsi Zərərçəkmiş şəxs1 başqa hər hansı bir hissəsini adına olmayıbdır. Qeyd edilən torpaq sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur və hamin torpaq sahəsinin bir hissəsi Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək həmin yerə çınqıl daşları tökülüb və toy mağarı quraşdırılmışdır. O, Təqsirləndirilən şəxs neçə dəfələrlə şifahi olaraq ona Keçili bələdiyyəsinin fondunda olan və zəbt edərək həmin torpaq sahəsində qazıntı işləri apardığı və dəmirdən mağar düzəldildiyi 0,08 hektar torpaq sahəsindən çıxmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq öz fəaliyyətini davam etdirmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, onu barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi sahibkarlıqla məşğul olur. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Aralarında normal münasibətlər olmuş, heç bir narazılıqları və ədavətləri olmamışdır. Onun Şəmkir rayonu, Keçili kəndində özünə məxsus olan 5 hektar kənd təsərrüfatlı torpaq sahəsi var. Təxminən 2 ay əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus sarayı üçün qazdırdığı quyunun onun torpaq sahəsinə düşdüyünü aşkar etmiş, həmin vaxt bələdiyyənin və torpaq şöbəsinin əməkdaşlarının iştirakı ilə öz torpaq sahəsini ölçdürmüş və Təqsirləndirilən şəxs qazdırdığı quyunun ona məxsus torpaq sahəsində olduğunu öyrənmiş, Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsinin təxminən 8 sotunun zəbt edərək orada oraya çınqıl daşları tökdürmüş, orada toy mağarı quraşdırıb, eyni zamanda kanalizasiya quyusu qazdıdırmışdır. O, bununla bağlı Təqsirləndirilən şəxs özünə xəbərdarlıq edərək həmin ərazinin ona məxsus olduğunu bildirsədə Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etmiş, ona görə də xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edərək bu barədə məlumat vermiş və Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Əlavə olaraq onun torpaq sahəsinə aid çıxarışı və digər zəruri sənədləri vardır. Həmin sənədlərdən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilən torpaq sahəsi ona məxsusdur. O, həmin sənədlərin surətini araşdırmaya təqdim etmiş və təhqiqatçı tərəfindən iş sənədlərinə əlavə edilmişdir. O, Keçili bələdiyyəsi ilə xx.xx.2027-ci ildən xx.xx.2053-cü il tarixədək bələdiyyənin fondunda olan torpaq sahəsini istifadə etməyi barədə icarə müqviləsi bağlamış, hər il olaraq o, bələdiyyənin balansına torpaqdan istifadəyə görə 587 manat pul köçürür. Təqsirləndirilən şəxs icarə əsasında bələdiyyədən götürdüyü 5 hektar torpaq sahəsinin 0,08 hektar hissəsini zəbt edərək öz şadlıq sarayının yeməklərinin bişirilməsi üçün mağar inşa etmiş, həmin yerə çınqıl tökmüş və məişət tullantıllarının atılması üçün quyu və ona təhvil verməsi üçün neçə dəfələrlə şifahi formada xəbərdarlıq etmişdir. qazdırmışdır. O, Təqsirləndirilən şəxs yanına gedərək 0,08 hektar torpaq sahəsindən çıxması və ona təhvil verməsi üçün neçə dəfələrlə şifahi formada xəbərdarlıq etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, təsərüffat işləri ilə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndliləridir. Onlarla heç bir narazılıqları və ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. Mərhum əri X6 2012-ci ildə rəhmətə getmiş, mərhum ǝri Mürazim Quliyev uzun illər Şəmkir rayonu, Keçili kəndində ot biriqadasında gözətçi işləmiş, həmin briqada dağıldıqdan sonra 2002-ci ildə briqadanın yerləşdiyi ərazidə olan gözətçi damı X5 tərəfindən mərhum əri Mürazim Quliyevə istifadə edilməsi üçün verilmiş və ərindən X5 tərəfindən o, vaxt ki, məzzənə ila 42000 manat pul alınmış, lakin hazırkı vaxtadək həmin torpaq sahəsinin onlara məxsus olmasını təsdiq edən rəsmi çıxarış olmamışdır. Təxminən 4-5 ay əvvəl həmin gözətçi damını həmkəndlim Kamran Əliyevə 1500 manata satmış, qeyd edilən torpaq sahəsinin ona və yaxud mərhum əri Mürazim Quliyevə məxsus olmasını təsdiq edən rəsmi sənədi olmamışdır. Sadəcə olaraq mərhum əri Mürazim Quliyev 2002-ci il tarixdə X5 tərəfindən verilən protokollar və aktlar vardır ki, o, həmin protokolları və aktları polis şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin aprel ayından Şəmkir rayonu, Keçili kənd bələdiyyəsinin sədrinin müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir, hər ikisi ilə normal münasibəti vardır. Şəmkir rayonu, Keçili kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 adına olan 5 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olmasını təsdiq edən sənəd isə xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin No1138738 nömrəli çıxarışla verilmişdir. Lakin qeyd edilən torpaq sahəsi Zərərçəkmiş şəxs1 başqa hər hansı bir şəxsin adına olmayıbdır. Qeyd edilən torpaq sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur və həmin torpaq sahəsinin bir hissəsi, yəni 0,08 hektar hissəsi Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək oraya çınqıl tökülüb, quyu qazılıb və toy mağarı quraşdırılmışdır. Bundan başqa, o, Təqsirləndirilən şəxs neçə dəfələrlə şifahi olaraq ona Keçili bələdiyyəsinin fondunda olan və özünün zəbt edərək həmin torpaq sahəsində qazıntı işləri apardığı, çınqıl tökdürdüyü və dəmirdən mağar düzəltdirdiyi 0,08 hektar torpaq sahəsindən çıxmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs onun dediklərinə önəm verməyərək öz işlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Keçili kənd Bələdiyyəsinin mülkiyyətinə olan, Zərərçəkmiş şəxs1 icara əsasında istifadə etdiyi 5 hektarlıq kənd təsərrüfatı təyinatlı torpaq səhəsinin 0.008 hektarlıq hissəsində özbaşına tikinti və ya qurşadılmış işlər apararaq zəbt etməsi barədə daxil olmuş müraciət əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla istintaq aparılmışdır. 23 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir ərazi İdarəsindən daxil olmuş 3-21-3-40/2-4430/2024 saylı məktubundan görünür ki, Şəmkir rayonu, Keçili bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 saylı icarə müqaviləsinə əsasən JN-2813 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" əsasında X3 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nomrəli reyesterdən çıxarış verilmişdir. X3 Şəmkir rayonu, 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 3M-329 reyestr nömrəli icarə hüquqlarının alqı satqı müqaviləsi əsasında sorğuda qeyd edilən X2 adına xx.xx.2017-ci il tarixli, ********** nömrəli reyestrdən Çıxarış verilmişdir. İcarə hüququnun pozulması, ləğv edilməsi barədə 11 saylı Şəmkir ərazi İdarəsinə hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Şəmkir rayonu Xuluf kəndində yerləşən Şəmkir rayonu Keçili Bələdiyyəsinin mülkiyyətində olan 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququ ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2053-cü il tarixədək Zərərçəkmiş şəxs1 istifadəsinə verilmişdir. İş materiallarında olan Keçili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il 30 mart tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə əlavə edilmiş sənədlər, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cüi maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törədilən cinayət əməlinə görə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığı məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalət və humanizm prinsiplərinə uyğun olardı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci, müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Məhkəmədə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi hüquqi yardımın göstərilməsi üçün 26 saat vaxt sərf etmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə 221 manat vəsait dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 26 saat hüquqi yardıma görə 221 (iki yüz iyirmi bir) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-85/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-85/2025
15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver