Məhkəmə qərarları › İş №1(076)-86/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-86/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-86/2023 05.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi (anası) X3 və müdaifiəçi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2007-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq ъинайят ямялини тюрятмишдир. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə istintaqa dəqiq məlum olmayan müxtəlif vaxtlarda vahid niyyətlə xalası Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən mənzilin yataq otağındakı siyirmənin içərisindən ümumilikdə 9900 (doqquz min doqquz yüz) manat nəğd pulu gizli talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) X3 və müdaifiəçisi Müdafiəçi iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası, Şahid isə sevgilisidir. O, özünü Təzəkənd kəndində yaşasa da tez-tez Şəmkir şəhərinə gəlib nənəsi və xalasının yaşadığı evdə qalmış, orada olan zaman 2021-ci ilin oktyabr ayında xalası Aliyənin yataq otağında yerləşən siyirmədə çoxlu pul olduğunu görmüş, ilk dəfə orada pul olduğunu gördükdən 2 gün sonra orada olan puldan götürmək qərarına gəlmiş, nənəsi və xalası evdə olan zaman yataq otağına daxil olmuş, siyirməni açıb oradan 500 manat pul götürmüş, həmin pulu çantasına qoymuş, bundan təxminən 2 saat sonra o, həmin evdən çıxmış, evdən çıxıb X7 getmiş, orada rəfiqələri ilə dönər sifariş verib yedikdən sonra o, özünün yaşadığı Təzəkənd kəndinə getmiş, həmin günün səhərisi həmin puldan bir hissəsini xərcləmişdir. Bundan bir gün sonra isə o, yenidən xalasının yaşadığı evə gəlmiş, həmin gün də Şəmkir rayonunda kafelərə gedib həmin pul ilə marketlərdən özü üçün qidalar almışdır. İlk dəfə götürdüyü 500 manat pulu 3 gün ərzində xərcləmiş, onun pulu qurtardıqdan bir gün sonra yenə də xalasının pul qoyduğu yerdən pul götürmək qərarına gəlmiş, bu zaman evdə heç kimin olmadığını görüb həmin siyirmədən 600 manat pul götürmüş, evdən çıxıb Elsevər ilə görüşmüşdür. Elsevərin avtomobilində olan zaman Şəmkir rayonu H.Aslanov küçəsində Elsevər ona avtomobilini təmir etdirmək lazım olduğunu, pula ehtiyacının olduğunu demiş, o, da üzərində olan 600 manat puldan 500 manatını Elsevərə avtomobil təmir etdirmək üçün vermişdir. Bundan təxminən 1 həftə sonra Elsevərlə birlikdə olan zaman Elsevər ona 300 manat pul lazım olduğunu demiş, o, da Elsevərə xəbər verəcəyini demiş, təxminən yarım saat sonra o, Elsevərə zəng edib xalasının evinin qabağına çağırmış, orada Elsəvərə 300 manat pul vermiş, o, həmin vaxt xalasının pulundan 500 manat götürmüşdür. Bundan sonra Elsevər bir neçə gündən bir onunla görüşən zaman hər dəfəsində pul lazım olduğunu ona demiş, o, da xalasının pulundan götürüb bir hissəsini Elsevərə vermiş, bir hissəsini isə özü xərcləmişdir. O, Elsevərə ümumilikdə təxminən 15 dəfə hər dəfəsində azı 300 manat ən çoxu isə 900 manat pul vermişdir. O, Elsevərə ən çox pulu xalasının yaşadığı evin blokunda vermiş, bir neçə dəfə isə pulu Elsevərə Şəmkir rayonu H.Aslanov küçəsində yerləşən parkın qarşısında avtomobildə vermişdir. O, ümumilikdə xalasından gizlin götürdüyü təxminən 9900 manat puldan təxminən 6000-7000 manatını Elsevərə vermiş, qalan pulu isə özünün tələbatları üçün xərcləmişdir. Elsevər 2022-ci ilin yanvar ayında onunla birlikdə olan zaman avtomobilinin təmiri üçün pul lazım olduğunu demiş, o, da 18 yanvar 2022-ci il tarixdə xalasının yaşadığı evdə olan zaman xalasının pul qoyduğu yerdən 700 manat pul götürmüş, Elsevərlə əlaqə saxlamış, Elsevər həmin pulu binanın qarşısına gələrək götürmüşdür. Hazırda Elseverlə nişanlanıb, lakin yaşı az olduğu üçün toyları olmamışdır. Etdiyi əməlindən peşimandır, zərərçəkmiş şəxs xalası Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan onlar tərəfindən ödənilmişdir və aralarında barışıq əldə olunmuşdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, öz gəlirini tanıdığı şəxslərə cehizlik əşyalar və paltarlar satmaqla əldə edir. Bu səbəbdən də onun hər zaman yüksək məbləğdə kənarda pulu olur. O, təxminən 2 ildir ki, yaşadığı evin yataq otağında yerləşən siyirmədə pul saxlamış, lazım olduqca həmin puldan götürüb alver etdiyi əşyalardan alıb müştərilərə satmış, müştərilərə satdıqdan sonra isə həmin siyirmədən götürdüyü pulu yerinə qoymuşdur. Onun daima olaraq həmin siyirmədə 13000 manat pulu olmuşdur. 2022-ci ilin oktyabr ayında o, həmin siyirmədən pul götürən zaman siyirmədə pulun azaldığını görmüş, bu barədə anasına məlumat verib aldığı paltarları yazdığı dəftərə baxmış, həmin dəftərdə də çox sayda mal almadığını görmüş, lakin kənardan heç bir müdaxilə olmadığı üçün o, bu barədə şikayət etməmiş, oradan pul oğurlandığını hiss etməmişdir. 2022-ci ilin yanvar ayının 18-də o, həmin yerə qoyduğu 1000 manat puldan 700 manatının yerində olmadığını, kimin isə götürdüyünü görmüş, bu zaman tam olaraq oğurluq olduğundan əmin olmuşdur. 2021-ci ilin oktyabr ayından və 2022-ci ilin yanvar ayınadək ümumilikdə onun 9900 manat pulu oğurlanmışdır. Sonradan onlar ailəlikcə evdə araşdırmalar apardıqdan sonra onlara həmin pulların hamısını hissə-hissə azyaşlı bacısı qızı Pərvanənin götürdüyü, pulun böyük hissəsini Elsevər adlı sevgilisinə verdiyi məlum olmuşdur. Pərvanə onun yaşadığı evə gələn zaman bir neçə dəfəyə həmin pulları oğurlamış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 9900 manat maddi ziyan dəymişdir. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə İnstagram sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, Pərvanə ona “İnstagram” sosial şəbəkəsində mesaj yazaraq onu tanıdığını deyib tanış olmaq istəmiş, sonradan Pərvanə özünə məxsus mobil nömrəni ona “İnstagramda” göndərmiş, həmin vaxtdan onlar həm telefonla danışmağa, həm də görüşüb birlikdə gəzməyə başlamışdır. 2021-ci ilin oktyabr ayında onun avtomobili ilə bağlı problemi yaranmış, o, rayonda olan zaman Pərvanə onu görmüş, ondan nə baş verdiyini soruşmuş, o, Pərvanəyə probleminin olduğunu dedikdən sonra Pərvanə onun yanından çıxıb getmiş, bir neçə dəqiqə sonra Pərvanə yenə də onun yanına gəlmiş, ona 100 manat pul verərək problemini həll etməsini, həmin pulu ona hədiyyə etdiyini demişdir. O, Pərvanədən pulu haradan əldə etdiyini soruşan zaman Pərvanə ona pulu Rusiya Federasiyasında yaşayan qohumlarının göndərdiyini bildirmişdir. Bundan sonra Pərvanə onunla görüşən zamanlar ona pul lazım olduğunu bildikdə ona dəfələrlə müxtəlif məbləğlərdə pul verməyə başlamış, bir neçə ay ərzində Pərvanə hər dəfəsində də pulu qohumlarının göndərdiyini deyib ona təxminən 2000-3000 manat aralığında pul vermişdir. O, həmin vaxtdan sonra Pərvanə ilə münasibətini davam etdirmiş, hal-hazırda Pərvanənin və ailəsinin razılığı ilə nişanlanmışdır. O, Pərvanədən ümumilikdə təxminən 2000-3000 manat pul almış, onun həmin pulların oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun qızıdır. Pərvanə Şəmkir rayonu Təzəkənd kəndində yerləşən orta məktəbdə təhsil alır. Zərərçəkmiş şəxs isə onun bacısıdır. Aliyə Şəmkir rayonu F.Hüseynov küçəsində yaşayır, qızı Pərvanə tez-tez bacısının yaşadığı Şəmkir rayonu F.Hüseynov küçəsində yerləşən evə gedib qalmış, bacısı Zərərçəkmiş şəxs 2021-ci ilin sonlarında və 2022-ci ilin əvvəllərində onunla söhbət edən zaman yaşadığı evə qoyduğu pulların azaldığını, kimin isə pulları oğurladığını bir neçə dəfə ona demiş, söhbətlər zamanı onlar pulu kimin götürmək ehtimalının olmasını, həmin pulları götürən şəxsi özlərinin hansı yolla müəyyən edə biləcəklərini dəfələrlə müzakirə etmiş, qızı Pərvanə tez-tez həmin evə gedib orada gecələdiyi üçün o, Pərvanənin həmin pullardan götürmək ehtimalının olduğunu düşünüb bu barədə Pərvanə ilə söhbət etmişdir. İlk olaraq Pərvanə etdiyi oğurluq hadisəsini etiraf etməsə də sonradan o, 2022-ci ilin fevral ayının sonlarında, mart ayının əvvəllərində onlara həmin pulları özünün götürdüyünü, öz ehtiyacları üçün xərclədiyini demiş, lakin sonradan Zərərçəkmiş şəxs oğurlanan pulları hesablamış, 2021-ci ilin sonlarından 2022-ci ilin yanvar ayının ortalarına qədər Aliyənin 9900 manat pulunun oğurlandığı müəyyən edilmiş, Pərvanə ilk əvvəl oradan həmin məbləğdə pul götürdüyünü etiraf etməsə də sonradan həmin götürdüyü pullardan təxminən 6000-7000 manat pulu Elsevər adlı şəxsə verdiyini, həmin Elsevər adlı şəxs ilə sevgili olduğunu etiraf etmişdir. Hazırda qızı Pərvanə ilə Elsevər nişanlanmışdır, Elsevər aldığı pulu geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus mənzilin yataq otağından naməlum şəxs(lər) tərəfindən xeyli miqdarda, yəni 9900 manat məbləğində pulun gizli talanaraq oğurlanması və on altı yaşına çatmayan X1 aralarında yaş fərqi iki ildən çox olan xx.xx.1999-cu il təvəllüdlü Şahid ilə cinsi əlaqədə olma faktına görə toplanmış materiallar üzrə Azərbaycan Respublikası CM-in 152.1-ci və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılacaq icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. 11 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi baş verən ünvan 2 ünvanına baxış keçirilərək şəkillər çəkilmiş və bu barədə protokol tərtib edilərək ilkin yoxlama materialına əlavə edilmişdir. 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs тюрятмиш олдуьу ъинайят ямяли сцбута йетирилдийиня эюря barəsində yetkinlik yaşına çatmayan şəxsin valideynin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 05 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə ünvan 3 ünvanında ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmiş, bu barədə protokol tərtib edilərək şəkillər çəkilib cinayət işinə əlavə edilmişdir. 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində axtarış elan edilərək ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gələrək özünü könüllü olaraq təqdim etdiyindən cinayət işinin icraatı təzələnmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Təzəkənd kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. O kənd də müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X6 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, o Şahid ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tam ödəyib, ona qarşı şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işi üzrə istintaq zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkərək vurulmuş maddi zərəri ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ilk dəfə az ağır cinayət törətməsi, yetkinlik yaşına çatmaması, nişanlı olmaqla toyu olacağını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Lakin məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, şəxsiyyəti müsbət səciyyələndirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58ci maddəsi, o cümlədən 62-ci maddəsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəzanın aşağı həddindən az cəza təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Hazırkı işdə təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ilk dəfə az ağır cinayət törətməsi, yetkinlik yaşına çatmaması, nişanlı olmaqla toyu olacağı, cinayət törətdikdən sonrakı davranışı, əməlindən peşmançılıq çəkərək vurulmuş maddi zərəri ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və sair diqqətəlayiq digər hallar təqsirləndirilən şəxsə münasibətdə cəzanın məqsədlərinə qismən nail olunduğunu təsdiq edən təkzibolunmaz faktlardır və həmin faktlar təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan, yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallarla birlikdə müstəsna bir vəziyyət yaradır və məhkəmənin fikrinə görə, həmin müstəsna vəziyyət imkan verir ki, məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edərək, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddindən az cəza təyin etsin. Məhkəmə gəldiyi qənaətin hüquqi əsası kimi CM-in 62-ci maddəsinə istinad edir. Belə ki, həmin maddəyə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddində təyin olunmasını əsaslandırmaq mümkün deyil və belə bir cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını, ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, nişanlı olmaqla toyu olacağını, cinayət törətdikdən sonrakı davranışını, əməlindən peşmançılıq çəkərək vurulmuş maddi zərəri ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, yəni gec də olsa artıq öz hərəkətlərindən səmimi peşmançılıq hissləri keçirməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddindən az cəzaya məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddindən az cəzaya məhkum edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 (əlli dörd) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 (əlli dörd) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar