Məhkəmə qərarları › İş №1(076)-87/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-87/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-87/2024 22.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında yaşadıqları fərdi yaşayış evində şəxsi münasibətlər zəminində, qısqançlıq səbəbindən (yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əmisi oğlu X3 ilə telefon vasitəsi ilə danışarkən X10 Məmmədovaya aşqım sözünü deməsi) yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə bir neçə dəfə Zərərçəkmiş şəxs baş və sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya sol gözaltı nahiyənin yumşaq toxumalarının dərialtı hematoması qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır və birgə nikahlarından 3 övladları vardır. O işi ilə əlaqdar olaraq ayda 1-2 dəfə evə gəlir. 16 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində o evə gələn zaman uşaqlar hazırlıqda olmasını, Zərərçəkmiş şəxs telefon ilə əmisi oğlu X3 ilə danışdığını görmüşdür. O Aygülə işarə ilə bildirmişdir ki, onun gəldiyini əmisi oğluna bildirməsin. Aygül əmisi oğlu ilə danışan zaman Mötəbər Aygülə aşkım sözünü işlətmiş, o Aygülə işarə ilə bildirmişdir ki, telefonu söndürsün. O yumruq zərbəsi ilə Aygülün sifət nahiyəsinə vurmuş, Aygül yerə yıxılan zaman o əl və ayaq zərbələri ilə bir neçə dəfə onun başına və bədənin müxtəlif nahiyələrinə vurmuşdur. Daha sonra o Aygülün sacından tutaraq ona başına iki dəfə yumruq zərbəsi ilə vurmuşdur. Daha sonra o evdə olan qaz balonu Aygülə tərəf atmışdır. Qaz balonu onun yanında yerə düşmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə 14 ildən çoxdur ki, evlidir, birgə nikahlarından 3 övladları vardır. Aralarında dava-dalaş hadisəsi tez-tez olur, Trafin onu dəfələrlə söyüb təhqir etmişdir. 16 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində uşaqlar hazırlıqda olan zaman o evdə yemək hazırlayarkən telefon ilə Trafinin əmisi oğlu və əmisi gəlini ilə danışırmış, Trafin içəri girərək ona işarə ilə bildirmişdir ki, telefonda danışdığı qohumlarına onun gəlməsini deməsin. Daha sonra ona sağollaşmasını və telefonu keçirtməsini demişdir. O telefonu keçirdən zaman Trafin yumruq zərbəsi ilə onun sifət nahiyəsinə vurmuş, o zərbə nəticəsində müavinətini itirib yerə yıxılmışdır. O yerə yıxılan zaman Trafin ayaq zərbələri ilə onun başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür, daha sonra onun sacını əlinə dolayaraq bir neçə yumruq zərbələri ilə yenə sifətinə vurmuşdur. Daha sonra bir neçə yumruq zərbələri ilə onun boynunun arxasına vurmuşdur. Həmin vaxt uşaqlar evə gəlib çıxmışlar. Trafin onu buraxmış, o yerdən qalxıb evdən çıxmaq istəyən zaman Trafin evdə olan balaca qaz balonu ona atan zaman balon onun başına dəyməsin deyə əlini qabağa verərkən balon onun sol əlinə dəymişdir. O daha sonra evdən çıxaraq uzaqlaşmışdır. O sonra döyülməsi ilə bağlı olaraq istifadəsində olan mobil nömrə ilə əmisi oğlu Şahid zəng edib məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq dövründə zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi qızıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun əridir. 14 ildir ki, evlidirlər və birgə nikahlarından 3 övladları vardır. Onların arasında bir müddətdir ki, narazılıq vardır və davam etməkdədir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Aygül istifadəsində olan mobil nömrəyə zəng edərək bildirmişdi ki, əri Tarfin Həsənov tərəfindən döyülmüşdür. O Aygülün yanına gedən zaman onun sifətində şişkinliklərin, gözünün altının qançır olmasını və sol əlinin şişməsini görmüşdür. Buna görə də əmisi qızı Zərərçəkmiş şəxs götürüb özü ilə birlikdə yaşadığı evə gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:58 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən operator 1129 məlumat verərək, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayan X4 ***-***-**-** saylı mobil nömrədən zəng edərək, qızı Zərərçəkmiş şəxs kürəkəni Turalın tərəfindən döyülməsi, evdən çıxarması barədə məlumat verdi. xx.xx.2023-cü il tarixli 9453 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:22 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən operator 1037 məlumat verərək, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan X6 ***-***-**-** saylı mobil nömrədən zəng edərək, qardaşı Təqsirləndirilən şəxs ailə münaqişəsi səbəbi ilə polis tərəfindən Şəmkir RPŞ-nə aparılmasına və onlara məlumat verilməsinə narazı olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli 9454 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində Şəmkir RMX-dan həkim Həcər Yusifova telefonla məlumat verərək, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşıyan 1992-ci il təvəllüdlü X1 döyülərək sol gözaltı nahiyənin hematoması burun sınığına şübhə, hər iki əlin küt travması xəsarəti ilə xəstəxanaya daxil olduğu bildirmişdir. xx.xx.2023-cü il tarixli 9466 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:07 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən operator 1089 məlumat verərək, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs ***- ***-**-** saylı mobil nömrədən zəng edərək, dünən gecə spirtli içki alüdəçisi olan əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi, üzərinə balta bıçaqla gəlib ölümlə hədələnməsi barədə məlumat verdi. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində döyüldüyü yeri göstərmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb eksperti N.Ə.Sadıqovun 18 dekabr 2023-cü il tarixli 1474 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol gözaltı nahiyənin yumşaq toxumalarının dərialtı hematoması, burun yəhərinin və sol yanağın qançırları küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 16 dekabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyənin yumşaq toxumalarının dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, burun yəhərinin və sol yanağın qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittahamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imzalayaraq təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB-nin Aşağı Seyfəli kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Aşağı Seyfəli kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. DİN-nin BƏSSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən, istintaq hərəkətinin protokolları və digər sənədlərlə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar