Məhkəmə qərarları › İş №1(076)-88/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-88/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-88/2024 06.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 qızının, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirəndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq təkrarən oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 22 fevral 2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 qızına məxsus fərdi yaşayış evinə tavan hissəndən qanunsuz daxil olmaqla evin içərisində olan 1 ədəd 120 manat dəyərində “Tmakota” markalı, 600W gücündə, 20-32 mm ölçülü, 0-300 dərəcə işləmə temperaturu olan qaynaq aparatını, 1 ədəd 80 manat dəyərində “Evroluks” markalı elektrik sobasını, 1 ədəd 30 manat dəyərində “İnterskol” markalı dreli, 1 ədəd 90 manat dəyərində “Ural zid” markalı, UP- 2000Ek modelli vertikal perforatoru, 1 ədəd 40 manat dəyərində “Royce” markalı range-F30 modelli elektrik mismar (skop) vuranı, 1 metri 0,70 manat olan 150 metr uzunluğunda 105 manat dəyərində “SİLVER 2”2.5 markalı elektrik naqilini, 1 ədəd 10 manat dəyərində çuqun materialdan olan Pxl6, 50 mm ölçülü kranı, cəmi 475 (dörd yüz yetmiş beş) manat dəyərində zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus əmlakı gizli talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzşiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə 25 fevral 2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan X2 məxsus fərdi yaşayış evinə hasardan qanunsuz daxil olmaqla evin içərisində olan 1 ədəd 50 manat dəyərində “İnterskol” markalı laqondanı, 1 ədəd 5 manat dəyərində baltanı, 1 ədəd 30 manat dəyərində “Bavaria” markalı dreli, 1 ədəd 400 manat dəyərində “Koopman” markalı yataq örtüyünü, 1 ədəd 40 manat dəyərində alüminiumdan olan 25 litrlik su qabını, 1 cüt 20 manat dəyərində “Samsung markalı, “PS- FTKP75” modelli səs gücləndiricini, 1 ədəd 10 manat dəyərində “Samsung” markalı televizorun naqilini, 1 ədəd 15 manat dəyərində “Tefal” markalı ütünü, 1 ədəd 10 manat dəyərində “Tefal” markalı mikseri, 1 ədəd 30 manat dəyərində “Qalaksi” markalı elektrik sobanı, 1 ədəd 10 manat dəyərində “Honor” markalı soyuducunun naqilini, 1 ədəd 10 manat dəyərində “Tefal” markalı elektrik çaydanı, 1 metri 0,70 manat olan 300 metr uzunluğunda 210 manat dəyərində “SİLVER 2”2.5 markalı elektrik naqilini, 1 ədəd 5 manat dəyərində dəmir talı (qarmaq), 1 ədədi 30 manat dəyərində 2 ədəd cəmi 60 manat dəyərində “Sokura” markalı böyük xrustaldan meyvə qablarını, cəmi 905 (doqquz yüz beş) manat dəyərində zərərçəkmiş Ruhiyyə Abdullayevaya məxsus əmlakı gizli talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 01 mart 2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus və Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı fərdi yaşayış evinə hasardan qanunsuz daxil olmaqla vahid niyyətlə evin içərisində olan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 100 manat dəyərində “ZVZ” markalı, 5 litr tutumlu samovarı, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 1 ədədi 20 manat olan 3 ədəd 60 manat dəyərində mis qazanları, 1 ədədi 15 manat olan 3 ədəd 45 manat dəyərində mis ləyənləri, 1 ədəd 10 manat dəyərində istifadə olunmuş aşsüzəni, 1 ədəd 10 manat dəyərində “Harlem” markalı yerpənəyi (ventilyator), 1 metri 0,70 manat olan 120 metr uzunluğunda 84 manat dəyərində “SİLVER 2”2.5 markalı elektrik naqilini, 1 ədəd 30 manat dəyərində “İstanbul avize” markalı, 6 şamlıq xrustal çilçırağı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus cəmi 239 (iki yüz otuz doqquz) manat və Zərərçəkmiş şəxs3 məxsus 100 (bir yüz) manat dəyərində əmlakı gizli talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti tanışı şəxsiyyəti istintaqa məlum olmayan Adəm adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında ilə 03 mart 2023-cü il tarixdə gecə saatlarında istintaqa məlum olmayan vaxtda Şəmkir rayonu, Düyərli kəndində yaşayan Zərərçəkmiş şəxs4 qızma məxsus evə pəncərədən qanunsuz daxil olmaqla evin içərisindən 1 ədəd 220 manat dəyərində 82 diaqonallı “Samsung” markalı televizoru, 1 ədəd 400 manat dəyərində 140 diaqonallı “LG” markalı televizoru, 1 ədəd 100 manat dəyərində “Silver” markalı qızdırıcı sobanı, 1 ədəd 70 manat dəyərində “Blackbird” markalı tozsoranı, 1 ədəd 25 manat dəyərində “Braun” markalı saç fenini cəmi, 815 (səkkiz yüz on beş) manat dəyərində zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus əmlakı gizli talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə 15 mart 2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fermaya qapıdan qanunsuz daxil olmaqla içəridə olan 1 başı 120 manat dəyərində olan 03 baş dişi, 2 aylıq diri çəkisi 15 kq çəkidə 360 manat dəyərində quzuları, 1 başı 120 manat dəyərində olan 04 baş erkək, 2 aylıq diri çəkisi 15 kq çəkidə 360 manat dəyərində quzuları, 1 baş dişi, 2-3 yaşlarında diri çəkisi 250 kq olan 165 manat dəyərində qoyunu, 1 başı 190 manat dəyərində olan 02 baş erkək, 2-3 yaşlarında diri çəkisi 25 kq olan 380 manat dəyərində qoyunları, cəmi 1385 (bir min üç yüz səksən beş) manat dəyərində zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli talayaraq oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, tanıdığı Şəmkir rayonu, Zəyəm qəsəbə sakinləri Zərərçəkmiş şəxs5 qızına, X2 və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evlərindən oğurluq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs5 fərdi yaşayış evində yaşayış olmadığını bildiyi üçün təxminən 2023-cü ilin fevral ayının 22-də gecə saat təxminən 22-23 radələrində Mənsurənin evinin tavan hissəsi açıq olduğundan həmin yerdən içəri daxil olaraq evin divarında olan üzəri suvanmamış elektrik naqillərini müxtəlif yerlədən kəsib bir yerə yığmış, sonra evin qonaq otağında olan bir ədəd mikro dalğalı sobanı, kənarda olan qaynaq aparatını, bir ədəd drelin, bir ədəd perforatoru, plastik borunu montaj ütüsünü, bir ədəd skop vuran aparatı, çuqun materialdan olan kranın olduğunu görüb bir yerə yığmaqla daha sonra həmin əşyaları hissə-hissə evin tavanından dama qaldırıb sonra hasardan düşüb yolun kənarına aparmışdır. Həmin vaxt mikro dalğalı sobanı və qaynaq aparatını Mənsurənin evinin yaxınlığında səhəri günü aparmaq məqsədilə gizlətmiş, ancaq digər əşyaları üzərində apardığı un kisələrinə yığıb yaşadığı evin həyətində olan əl damına yığmışdır. Həmin günün səhəri mikro dalğalı sobanı və qaynaq aparatını götürmək üçün Mənsurənin evinin yaxınlığına getsə də, həmin mikro dalğalı sobanı və qaynaq aparatını qoyduğu yerdən tapa bilməmiş, yaşadığı evə qayıtmışdır. Elektrik naqillərindən bir hissəsini evinin yaxınlığında yandırıb mis və alüminim kimi yığmış, təxminən 2 gün ərzində həmin mis və alüminiumu tanımadığı kənddə səyyar şəkildə nömrəsini xatırlamadığı VAZ-2106 markalı avtomobil ilə dəmir yığmağa gələn şəxsə kilosu 2 manatdan ümumilikdə 15 kq olmaqla 30 manata satmış və əldə etdiyi pulu maddi ehtiyacları üçün xərcləmişdir. Digər əşyaları isə gələcəkdə satmaq üçün yaşadığı evdə olan əl damında saxlamışdır. Pulu qurtardıqdan sonra yenidən oğurluq etmək fikrinə düşmüş və təxminən 3 gün keçdikdən sonra yəni fevral ayının 25-də saat 22-23 radələrində yenə sərxoş vəziyyətdə əvvəllər tanıdığı Ruhiyyə adlı şəxsin evinin hasarından həyətyanı sahəsinə daxil olaraq evdə yaşayış olmadığını bildiyi üçün evin plastik materialdan olan pəncərəsinin şüşəsini sındırıb içəri girmiş, bir az ətrafa baxdıqdan sonra sayğacdan evin içərisinə daxil olan təxminən 15 metr uzunluğunda elektrik naqilini kəsib kənara yığmışdır. Daha sonra evin içərisində olan bütün elektrik avadanlıqlarının və suvaq altında olan naqillərin bir hissəsini kəsmişdir. Həmin vaxt evin içərisində olan laqondanı, yataq otağında olan paketdə yataq örtüyünü, bir ədəd ət baltası, bir ədəd dreli, bir ədəd qırmızı rəngli dəmir talı və bir neçə səsgücləndirici kolonkanı götürmüşdür. Bundan başqa kənarda iki ədəd meyvə qabı xoşuna gəldiyi üçün özü ilə aparmışdır. Həmin əşyaların hamısını gətirib hasarın kənarına yığıb hissə-hissə hasarın kənarından çölə tərəf çıxarmış və üzərində gətirdiyi un kisələrinə yığıb üç dəfəyə yaşadığı evə daşımışdır. Əşyaları aparan zaman sərxoş olduğu üçün ola bilər ki, həmin əşyalardan bəziləri yolda düşsün, xəbəri olmasın. Həmin günün səhəri eyni qaydada naqilləri yandırıb mis və alüminium halın salaraq un kisəsinə yığıb Şəmkir rayonu, Düyərli kəndində səyyar qaydada metal alan tanımadığı şəxsə ümumilikdə 15 manata satmış və pulu maddi ehtiyacları üçün xərcləmişdir. Digər əşyaları isə gələcəkdə satmaq üçün yaşadığı əl damında qoymuşdur. Bundan təxminən 3 gün sonra yəni, 01 mart 2023-cü il tarixdə saat təxminən 22-23 radələrində yenə sərxoş vəziyyətdə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 məxsus evdə yaşayış olmadığını bildiyi üçün evdən oğurluq etmək qərarına gələrək hasarından həyətə daxil olmuş, evin pəncərəsinin şüşəsi sınıq vəziyyətdə olduğu üçün pəncərədən içəri keçmişdir. Elektrik avadanlıqlarının naqillərini kəsib kənara yığmış, evin həyətində olan əl damına daxil olub orada bir ədəd odunla işləyən samovarı, bir ədəd şüşə çilçırağı və sınmış vəziyyətdə olan sərinkeşi, üç ədəd alüminium ləyəni, üç ədəd alüminim qazanı və bir ədəd aşsüzəni götürüb hasarın dibinə qoymuşdur. Sonra həmin əşyaları hissə-hissə hasardan küçəyə çıxartmış və eyni qaydada üzərində olan un kisələrinə yığıb 2-3 dəfəyə yaşadığı evin həyətində olan əl damına aparmışdır. Həmin günün səhəri naqilləri yandıraraq, alüminium qazanları, ləyənləri və aşsüzəni həmin metallarla birlikdə qəsəbədə səyyar qaydada metal alan tanımadığı şəxsə ümumilikdə 45 manata satmış və pulu xərcləmişdir. Qalan əşyaları isə gələcəkdə satmaq üçün yaşadığı evin əl damında qoymuşdur. Bundan sonra həmin evlərin sahiblərinin polisə şikayət etmələrini bilmiş və polislər onun izahatını alanda evlərdən oğurluq etməyini səmimi olaraq bildirmişdir. Yaşadığı evdə olan oğurladığı əşyaları özü könüllü olaraq polislərə təqdim etmişdir. Onun arvadı X10 o, spirtli içki qəbul etməsinə görə atası evinə getmiş və o, dayanmadan spirtli içki və tərkibində spirt olan enerji içkisi “GO” çox içmişdir. Buna görə də sərxoş vəziyyətdə oğurluqlar etmişdir. Oğurluq etdiyi vaxtlarda yaşadığı evdə tək olmuşdur. O, oğurluqları da tək etmiş, heç kim köməklik etməmişdir. Oğurladığı əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu demişdir. xx.xx.2023-cü ilə tarixdə 23 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində yerləşən Əzəmət adlı şəxsin heyvanları saxlamaq üçün tikdirdiyi yatağın yanından keçəndə ətrafında və daxili otaqlarında işıq yanmadığını görmüş və heç kim olmadğına əmin olduqdan sonra heyvanların gecə qaldıqları yatağın giriş qapısını açmışdır. İçəriyə baxan zaman orada xeyli sayda xırdabuynuzlu heyvan olduğunu görmüş və spirtli içkinin təsirində həmin heyvanlardan bir neçəsini evinə tərəf aparıb oradan gözünə yaxşı görünən xırdabuynuzlu 10 baş heyvan, 7 baş quzu və 3 baş quzunun oğurlamaq niyəti ilə yataqdan çıxardıb yatağın qapısını örtmək üçün qapıya tərəf gəlmişdir. Elə bu zaman fermanın ətrafında olan iki it hürərək üzərinə gəlmiş və oradan qaçan zaman oğurladığı 10 baş xırdabuynuzlu heyvanlar hürkməsi səbəbindən meşəlik və boşluq əraziyə tərəf qaçıb bir-birlərindən ayrı düşmüşlər. Bu zaman kimsə onu görməsin deyə heyvanları toplamağa qorxmuşdur. Spirtli içkinin təsiri ilə evinə qaçaraq gəlmişdir. Bu hadisəni heç kim bilməmiş və görməmişdir. Hazırda əməlindən peşmandır. Zərər çəkmiş şəxslər Ruhiyyə Abdullayevayla, Zərərçəkmiş şəxs1yla, Zərərçəkmiş şəxs5yla, Zərərçəkmiş şəxs2yla, Zərərçəkmiş şəxs3yla barışıq əldə edərək onlara dəymiş ziyanı tam olaraq ödəmişlər. X16 hal-hazırda Rusiya Federasiyasında olduğundan ziyanın ödənilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edə bilmir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Bundan başqa Təqsirləndirilən şəxs sualları cavablandırarkən qeyd etdi ki, o, Adəm adlı şəxsi tanımamış, həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus evdən oğurluq etməmiş, həmin epizod üzrə özünü təqsirli hesab etmir. Qeyd olunan oğurluq hadisəsini o, törətməmişdir və həmin zərərçəkmiş şəxsi tanımır və ona dəymiş ziyanın kimin tərəfindən ödənilməsindən xəbəri yoxdur. Odur ki qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Düyərli kənd sakini olsa da, ailəsi ilə Zəyəm qəsəbəsində Zərərçəkmiş şəxs2 məxsus birmərtəbəli evdə kirayədə yaşayır. Natella ilə aralarında şifahi razılaşmaya əsasən ayda əlli manat kirayə haqqı ödəyir, evdə həm Zərərçəkmiş şəxs2 həm onun əşyaları, predmetləri var. O, yalnız özünə aid əşya və predmetləri istifadə edir. Evdə əri Arzu İsmayılov 2023-cü ilin yanvar ayında Rusiya Federasiyasına işləməyə gedənə qədər qalmış, Arzu Rusiya Federasiyasına getdikdən sonra isə tək qalmamaq üçün uşaqları ilə Düyərli kəndinə qayınanasının yanında qalsa da hərdən gedib evi, əşyalarını yoxlamışdır. 2023-cü ilin mart aynın əvvəllərində evi yoxlamağa gedəndə darvazanın qapısının açıq olduğunu görmüşdür. Evin həyəti və içərisi səliqəsiz halda, dağınıq, çilçiraqlar yerindən çıxarılmış, yararsız hala salınmış, evə aid xatirə şəkilləri sındırılmış vəziyyətdə olmuşdur. Pərdə karnizləri yerindən çıxarılmış, yararsız hala salınmışdır. Evin pəncərə şüşələri sındırılmış, alüminium materialından olan bəzi əşya, predmetlər — qazanlar, ləyənlər, qaşıqlar, su saxlamaq üçün bidon, samovar, balta, evin elektrik naqilləri sökülüb oğurlanmış, darvaza qapısının qifilini sındırmaqla evin həyətinə, evin pəncərə şüşəsini sındırmaqla isə evə daxil olunmuşdur. O, vəziyyəti görüb qonşuya gedib hadisə barədə məlumat vermişdir. Qonşu onun sözlərindən sonra qeyri-ixtiyarı olaraq nəzarət etmək üçün tapşırılmış dıgər qonşu Ruhiyyənin evinə qaçmışdır. Geri qayıdıb Ruhiyyəniın evinin də oğurlandığını demişdir. Onlar hadisə barədə sahə rəisinə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlmiş, hadisə yerində baxış keçirmiş, fotoşəkillər çəkilmiş, protokol tərtib edilmişdir. O, ərizə vermiş, vəziyyəti izah etmiş, ekspert hadisə yerində izlər götürmüşdür. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, onunla barışıq əldə etmişdir və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, ifadəsində göstərilənləri nəzərə alınaraq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 qızı ifadəsində göstərdi ki, 21 fevral 2023-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadğı evi tərk edərək Şəmkir rayonu, Zəyəm qəsəbəsində qızı Aytən Əsgərovanın yaşadığı evə qonaq getmiş və 23 fevral 2023 cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadığı evə qayıtmışdır. O, yaşayış evinin içərinə daxi olanda evin içərisində olan bir ədəd qaynaq aparatının, bir ədəd çörək bişirmək, üçün istifadə olunan aparatın, bir ədəd drel aparatının və evin içərisində olan elektrik naqilərinin kəsilərək oğurlandğını aşkar etmişdir. O, ilk öncə şikayət etmək istəməmiş, lakin 02 mart 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gedərək şikayət ərizəsi yazmışdır. Evinin içərisindən oğurlanan bir ədəd qaynaq aparatını 150 manata, bir ədəd çörək bişirmək üçün istifadə olunan aparatı (tofka) 100 manata və bir adəd deşici aləti (drel) isə 50 manata almışdır. Lakin evin içərisindən kəsilərək oğurlanan elektrik naqillərinin uzunluğunu və qiymətini dəqiq bilmir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir və onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, ifadəsində göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində fərdi yaşayış evi var. Həmin evini Ayşən adlı qadına təxminən 1 il bundan əvvəl kirayəyə vermiş, Ayşən azyaşlı övladları ilə birlikdə təxminən bir ildir ki, evində kirayəyə yaşayır. 02 mart 2023-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Bayramlı kəndində yaşadığı evdə olanda Ayşən onun mobil nömrəsinə zəng edərək Şəmkir rayonu, Zəyəm qəsəbəsində ona məxsus evdən oğurluq edilməsi barədə məlumat vermişdir. Həmin vaxt o, taksi ilə Şəmkir rayonu, Bayramlı kəndində yaşadığı evdən çıxaraq Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Fərdi yaşayış evinin içərisinə daxil olanda evin içərisində olan 3 ədəd ləyənin, 3 ədəd qazanın, bir ədəd aşsüzənin, evin içərisində olan soyuducunun elektrik naqilinin və fərdi yaşayış evinin içərisində olan bütün elektrik naqillərinin kəsilərək naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra Şəmkir RPŞ-nin Zəyəm PB-nə müraciət edərək bu barədə şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə təxminən 300 manat miqdarında maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində əri Məzahirə məxsus fermada heyvanlarına baxır. Hazırda fermada ona məxsus 100 başdan artıq xırdabuynuzlu və 7 baş iribuynuzlu heyvanları var. Həmin heyvanlara çobanlığı azyaşlı övladı X3 edir. Sonuncu dəfə çərşənbə bayramı ilə əlaqədar evinə bir az tez gəlmişdir ki, yemək hazırlayib axşam bayram etsinlər. Azyaşlı övladı Məhəmməd heyvanların yanında qalmış və evə gəlmişdir. Daha sonra səhər saatlarında fermaya gedəndə fermada olan xırdabuynuzlu heyvanları sayıb 7 baş quzu və 3 baş qoyunların naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmiş daha sonra ona məlumat vermişdir. O, həmin məlumatı öyrəndikdən sonra DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Ona məxsus 03 başı dişi, 04 başı erkək cəmi 7 baş 2 aylıq diri çəkisi 15 kq çəkidə quzular, 01 başı dişi, 02 başı erkək 3 baş 2-3 yaşlarında diri çəkisi 25 kq çəkidə qoyunlar oğurlanmışdır. Həmin heyvanın bir başını 150 manata almışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilərək, onunla barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, ifadəsində göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 02 mart 2023-cü il tarixdə saat 21 radələrində anası X13 onlara gələn vaxtı Bakı-Qazax magistral yolunu keçəndə avtomobil vurması səbəbindən vəfat etmişdir. Hadisə ilə bağlı məlumat eşidən kimi o, oğlu Lətif ilə hadisə yerinə çıxmış, oradan evə getmədən xəstəxanaya, sonra isə anasının yaşadığı evə getmişlər. Onlar həyəcanlı olduğundan evə gedə bilməmiş, evin qapıları açıq vəziyyətdə mobil telefonları masanın üzərində qalmışdır. Bunu görən qonşu Gülər onların həyəcanlı getdiyini və evin açıq olduğunu görüb evin qapılarını bağlayıb, mobil telefonları da özündə saxlamışdır. Sonra isə həmin günü evin açarlarını qayınanası X17 vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində o, anasının evində olan vaxtı baldızı Sevinc İsayevaya ona zəng edərək evə adam girdiyini evdən oğurluq olduğunu bildirmiş, bundan sonra o, evə getmişdir. Evə baxanda divarda olan bir ədəd 140 düyümlü “LG” markalı televizor, qonaq otağının sol tərəfində olan yataq otağından bir ədəd “Samsung” markalı 82 düyümlü televizor, evin mətbəxindən bir ədəd mikrodalğalı soba, giriş qapısından daxil olan zaman sağ tərəfdəki otağa daxil olan zaman sol tərəf küncdə yerləşən güzgünün qarşısından bir ədəd fenin naməlum şəxslər tərəfində oğurlandığını aşkar etmişdir. Evə naməlum şəxs və ya şəxslər pəncərədən daxil olmuşdur. Bundan sonra o, polisə zəng edib məlumat vermişdir. Məlumat ilə əlaqədar evinə polislər gələrək ondan ərizə almışlar. Hadisə barəsində heç bir şəxsdən şübhələnməmiş, evindən oğurluğun kim tərəfindən edilməsi barədə heç bir məlumatı olmamışdır. 1 ədəd “Samsung” markalı 82 düyümlü televizoru Şəmkir rayonundan 899 manata, 1 ədəd “LG” markalı 140 düyümlü televizoru Şəmkir rayonundan kreditlə 2100 manata, 1 ədəd “Silver” markalı qızdırıcı sobanı Şəmkir rayonundan 230 manat, 1 ədəd “Blackbord” markalı tozsoranı Şəmkir rayonundan 230 manata və 1 ədəd “Braun” markalı saç fenini 40 manata almışdır. İstintaq zamanı oğurluq hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Bundan başqa Zərərçəkmiş şəxs4 sualları cavablandırarkən qeyd etdi ki, o, Qoşqar adlı şəxsi tanımamış, ümumiyyətlə onu görməmişdir. Ona dəymiş ziyan ibtidai istintaq zamanı müstəntiq tərəfindən təqdim edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus QAZ 31029 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə səyyar qaydada metal alma ilə məşğuldur. Metalı satan şəxsdən dəmirin 1 kiloqramı 30-35 qəpiyə, misin 1 kiloqramı 9 manata alır. Təqsirləndirilən şəxs tanıyır, ustadır. Qoşqarı Şəmkir rayonu, Zəyəm qəsəbəsinə metal qəbuluna gedəndə tanımışdır. Qoşqar avtomobili saxlamış və ondan mobil nömrəsini alaraq metalı hazırlayıb satmaq üçün ona deyəcəyini bildirmişdir. Tarixi xatırlamadığı vaxtda Qoşqar onun istifadəsində olan nömrəyə zəng edərək metalı və plastik əşyaları olduğunu demişdir. O, yolda olduğunu və qəsəbəyə çatanda zəng edəcəyimi bildirmiş, qəsəbədə olanda Qoşqara zəng etmişdir. Qoşqarın yolda götürüb evinə getmişdir. Evdə Qoşqar ona 20 dəmir, 15 kiloqram plastik vermişdir. O, Qoşqara 9 manat pul verib oradan getmişdir. Qoşqar əşyaları zibillikdən yığdığını demiş, oğurladığını bildirməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zəyəm qəsəbəsində yaşayır, qardaşı X12 2022-ci ilin yaz aylarında işləmək məqsədi ilə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadığı evi tərk edərək ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına getmişlər. X25 Federasiyasına getdikdən sonra Şəmkir rayonu, Zəyəm qəsəbəsində ona məxsus fərdi yaşayış evinə o, nəzarət etmişdir. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qardaşı Natiqin evində olmuşdur. O, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində qardaşı Natiq Abdullayevin fərdi yaşayış evinə getmiş, o, fərdi yaşayış evinin içərisinə daxil olan zaman evin içərisinin dağınıq vəziyyətdə olduğunu, evin içərisində yerləşən elektrik naqillərini naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. Daha sonra Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinə gələrək şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Naməlum şəxs və ya şəxslər evin içərisində olan bir ədəd ütünün, bir ədəd televizorun, bir ədəd mikserin, bir ədəd çörək bişirmək üçün istifadə olunan aparatın (mikser), bir ədəd su qızdırıcının, bir ədəd soyuducunun naqillərini də kəsərək oğurlamışlar. Oğurluq hadisəsi nəticəsində evin tavan hissəsi ciddi zərər almışdır. Zərər çəkmiş şəxs X7 məhkəmə baxışı iclasına gəlmədiyinə görə barəsində məhkəmə iclasına məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilərək icra olunması üçün Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş, Şəmkir rayonu Zəyəm qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, zərər çəkmiş şəxs X7 qəsəbə ərazisində olmadığından məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə zərər çəkmiş şəxs X1 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmadığından, onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinin elan olunmasını və həmin ifadə ilə kifayətlənilməsini qərara almışdır. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində ailə üzvləri ilə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. O, və ailə üzvləri hazırda Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşayır. Sonuncu dəfə Rusiya Federasiyasına 2022-ci ilin iyun ayında getmişlər. Həmin vaxtdan ev boş qalıb və evə nəzarət etmələri üçün açarları baldızı Şahid2 vermişdir. Evə Səbinə nəzarət etmişdir. Onun hazırda Rusiya getmək üçün bileti var və xx.xx.2023-cü il tarixdə Azərbaycandan gedəcəkdir və təxminən 3 aydan sonra gələ biləcəkdir. 02 mart 2023-cü il tarixdə o, Rusiyada olan vaxtı Səbinə ona zəng edərək evinə oğru girdiyini bildirmişdir. Onlardan heç kim orada olmadığına görə Səbinəyə polisə şikayət etməsini demiş, Səbinə də şikayət etmişdir. Onun xx.xx.2023-cü il tarixə Azərbaycana gəlmək üçün bileti olmuş və həmin tarixdə Bakı şəhərinə gəlmişdir. Evə baxanda evdə olan bir ədəd “Samsung” markalı televizorun, bir ədəd “Tefal” markalı ütünün, bir ədəd “Tefal” markalı mikserin, bir ədəd “Qalaksi” markalı elektrik sobanın, bir ədəd “Tefal” markalı elektrik çaydanın, bir ədəd “Honor” markalı soyuducunun naqillərini də kəsərək oğurlamışdır. Bundan başqa evə girən şəxs və ya şəxslər evin otaqlarının suvaq altı iki qat olmaqla 300 metr uzunluğunda naqilləri sökərək oğurlamışdır. Bundan başqa evdən 1 ədəd 400 manat dəyərində yataq örtüyünü, 1 ədəd 250 manat dəyərində “Samsung” markalı mobil telefonu, 1 ədəd işlək vəziyyətdə olan laqondanı, alüminiumdan olan 1 ədəd 25 litrlik su qabını oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, evdən oğurluq edən həmkəndlisi Qoşqar olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə təxminən 2000 manat miqdarında ona maddi ziyan dəymişdir. Ona cinayət işinin materialları ilə tanış olmaq hüququ izah olunmuş, lakin o, cinayət işinin materialları və maddi sübutlarla tanış olmaq istəmir. İşin məhkəməyə göndərilməsini xahiş edir. Məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 qızına məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, X2 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus fermaya baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixli, 9/7875 saylı rəyindən görünür ki, 1 ədəd 82 diaqonallı “Samsung” markalı televizor 220, 140 diaqonallı “LG” markalı televizor 400, “Silver” markalı qızdırıcı soba 100, “Blackbird markalı tozsoran 70, “Braun” markalı saç feni 25 manat olmaqla Zərərçəkmiş şəxs4 evindən oğurlanmış əmlakın ümumu dəyəri 2023-cü ilin mart ayına 815 manat olması müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixli, 9/6421 saylı rəyindən görünür ki, 1 ədəd istifadə olunmuş, “Tmakota” markalı, 600W gücündə, 20-32 mm ölçülü, 0-300 dərəcə işləmə temperaturu olan qaynaq aparatı 120 manat, 1 ədəd istifadə olunmuş “Evroluks” markalı elektrik sobasını 80 manat, 1 ədəd istifadə olunmuş “interskol” markalı drel 30 manat, 1 ədəd istifadə olunmuş “Ural zid” markalı, UP-2000Ek modelli vertikal perforator 90 manat, 1 ədəd istifadə olunmamış “Royce” markalı range- F30 modelli elektrik mismar (skop) vuran 40 manat, 1 metri 1.30 manat olan 150 metr uzunluğunda ‘SİLVER 2”2.5 markalı elektrik naqili 1 metri 0.70 manat olmaqla cəmi 105 manat, 1 ədəd istifadə olunmuş çuqun materialdan olan Pxl6, 50 mm ölçülü kran 10 manat, 1 ədəd istifadə olunmuş “interskol” markalı laqondan 50 manat, 1 ədəd istifadə olunmuş balta 5 manat, 1 ədəd istifadə olunmuş “bavaria” markalı drel 30 manat, 1 ədəd alüminiumdan olan 25 litrlik su qabı 40 manat, 1 cüt istifadə olunmuş “Samsung markalı, “PS-FTKP75” modelli səs gücləndirici 20 manat, 1 ədəd “Samsung” markalı televizorun, 1 ədəd “Tefal” markalı ütü 15 manat, 1 ədəd “Tefal” markalı mikser 10 manat, 1 ədəd “Qalaksi” markalı elektrik soba 30 manat, 1 ədəd “Tefal” markalı elektrik çaydan 10 manat, 1 metri 1.30 manat olan 300 metr uzunluğunda istifadə olunmuş “SİLVER 2”2.5 markalı elektrik naqili 1 metri 0.70 manat olmaqla cəmi 210 manat, 1 ədəd istifadə olunmuş dəmir tal (qarmaq) 5 manat, 2 ədəd “sokura” markalı böyük xrustaldan meyvə qabları 60 manat, 1 ədəd istifadə olunmuş “ZVZ” markalı, 5 litr tutumlu samovar 100 manat, 1 ədəd istifadə olunmuş “harlem” markalı yerpənək (ventilyator) 10 manat, 1 ədəd istifadə olunmuş aşsüzən 10 manat, 120 metr uzunluğunda istifadə olunmuş “SİLVER 2”2.5 markalı elektrik naqil 1 metri 0.70 manat olmaqla cəmi 84 manat, 1 ədəd istifadə olunmuş “İstanbul avize” markalı 6 şamlıq xrustal çilçıraq 30 manat, 03 baş dişi, 2 aylıq diri çəkisi 15 kq çəkidə quzular 360 manat, 04 baş erkək 2 aylıq diri çəkisi 15 kq çəkidə quzular 480 manat, 01 başı dişi, 2-3 yaşlarında diri çəkisi 25 kq çəkidə qoyun 165 manat, 02 başı erkək 2-3 yaşlarında diri çəkisi 25 kq çəkidə qoyunlar 380 manat olmaqla cəmi 2579 manat olması müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1n, X14 və Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onların Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Zəyəm qəsəbə İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il tarixdə anadan olmuş Zəhra, xx.xx.2011-ci il tarixdə anadan olmuş Qədim və xx.xx.2018-ci il tarixdə anadan olmuş Səhra adlı üç nəfər azyaşlı uşağı var. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 124–137–1–ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə Zərərçəkmiş şəxs5 qızına məxsus fərdi yaşayış evindən 475 (dörd yüz yetmiş beş) manat dəyərində əmlakını, X5 məxsus fərdi yaşayış evindən 905 (doqquz yüz beş) manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən Zərərçəkmiş şəxs3 məxsus 100 manat dəyərində, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 239 (iki yüz otuz doqquz) manat əmlakını, Zərərçəkmiş şəxs1 məxsus fermadan 1385 (bir min üç yüz səksən beş) manat dəyərində xırda buynuzlu heyvanlarını gizli olaraq talamaqla oğurluq cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan əməllərə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, habelə iş materiallarında olan digər sübutları müqayisəli təhlil edərək belə hesab edir ki, Şəmkir rayonu, Düyərli kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evindən Təqsirləndirilən şəxs Adəm adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq əməlinin törədilməsi sübuta yetirilmir. Qeyd olunan oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair ittiham tərəfinin yeganə sübutu təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsidir. Lakin cinayət işinin materiallarında həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair əlavə heç bir mötəbər sübut yoxdur. Məhkəmə CPM-in tələblərinə əsasən qeyd edir ki, şəxsin cinayət törtəməsinə dair etirafedici ifadələrinə o, halda istinad edilə bilər ki, həmin əməlin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi mötəbər sübutların məcmusu ilə təsdiq edilsin. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Adəm adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus ümümilikdə 815 (səkkiz yüz on beş) manat dəyərində olan 1 ədəd 220 manat dəyərində 82 diaqonallı “Samsung” markalı televizoru, 1 ədəd 400 manat dəyərində 140 diaqonallı “LG” markalı televizoru, 1 ədəd 100 manat dəyərində “Silver” markalı qızdırıcı sobanı, 1 ədəd 70 manat dəyərində “Blackbird” markalı tozsoranı, 1 ədəd 25 manat dəyərində “Braun” markalı saç feninin məhz Təqsirləndirilən şəxs və Adəm adlı şəxs tərəfindən oğurlanmasına dair ittiham tərəfinin yeganə sübutu təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsidir. Həmçinin iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Adəm adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs kimi ittiham verilsədə, Adəm adlı şəxsin şəxsiyyəti müəyyən edilməmiş, Təqsirləndirilən şəxs isə məhkəmə baxışı iclasında özünü həmin epizod üzrə təqsirli hesab etməmiş və Adəm adlı şəxsi ümumiyyətlə tanımadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008–ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7–ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri–müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusuiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsif, cəza tədbirinin seçilməsi və digər məsələlər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası CPM–in 28.5–ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülüən ittiham həm yetərlilik, həmdə inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə məhkəmə, yuxarıda sadalanan sübutlara istinad edərək ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Adəm adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus ümümilikdə 815 (səkkiz yüz on beş) manat dəyərində olan 1 ədəd 220 manat dəyərində 82 diaqonallı “Samsung” markalı televizoru, 1 ədəd 400 manat dəyərində 140 diaqonallı “LG” markalı televizoru, 1 ədəd 100 manat dəyərində “Silver” markalı qızdırıcı sobanı, 1 ədəd 70 manat dəyərində “Blackbird” markalı tozsoranı, 1 ədəd 25 manat dəyərində “Braun” markalı saç feninin oğurlanması əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş materiallarında olan sübutların məcmusu ilə sübuta yetirilmir. Qeyd olunan əmələ görə ittiham tərəfinin yeganə sübutu Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsidir. Cinayət işinin materiallarında əlavə heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs Qoqar Hüseynov isə məhkəmə baxışı iclasında özünü həmin epizod üzrə təqsirli hesab etməmiş, Adəm adlı şəxsi ümumiyyətlə tanımadığını və onunla Zərərçəkmiş şəxs4 adlı şəxsin evindən oğurluq etmədiyini bildirmişdir. CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təsir edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir.Bu Məcəllənin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə yuxarıda sadalananlara istinad edərək ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət–Prosessual məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə bu qənaətdədir ki, Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan Adəm adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 mart 2023-cü il tarixdə gecə saatlarında istintaqa məlum olmayan vaxtda Şəmkir rayonu, Düyərli kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus evə pəncərədən qanunsuz daxil olmaqla evin içərisindən 815 (səkkiz yüz on beş) manat dəyərində olan 1 ədəd 220 manat dəyərində 82 diaqonallı “Samsung” markalı televizoru, 1 ədəd 400 manat dəyərində 140 diaqonallı “LG” markalı televizoru, 1 ədəd 100 manat dəyərində “Silver” markalı qızdırıcı sobanı, 1 ədəd 70 manat dəyərində “Blackbird” markalı tozsoranı, 1 ədəd 25 manat dəyərində “Braun” markalı saç fenini gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 815 (səkkiz yüz on beş) manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamasına dair hissə təqsirliliyi sübuta yetirilmədiyindən ittihamdan xaric edilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs Adəm adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətməsi təsdiq edilmədiyindən, CMin 177.2.1-ci maddəsi ona elan olunmuş ittihamdan təqsirliliyi sübuta yetirilmədiyindən xaric edilməlidir Məhkəmə, həmçinin cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır və onun əməli həmin maddələrlə düzgün tövsif edilmişdir. Ona görə də, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə könüllü ödəməsini və zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, eləcə də, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 13 aprel 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 11 aprel 2023–cü il tarixdən hesablanmışdır. Həmçinin, cinayət işinin materiallarında olan həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında Şəmkir Rayon Məhkəməsinin 07 iyul 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddət 02 ay uzadılmış, 11 sentyabr 2023–cü il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 05 ay təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlandığı 05 ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 10 ay müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş 1 ədəd “Tmakota” markalı, 600W gücündə, 20- 32 mm ölçülü, 0-300 dərəcə işləmə temperaturlu qaynaq aparatını, 1 ədəd “Ural zid” markalı, UP-2000Ek modelli vertikal perforatoru, 1 ədəd “Royce” markalı range-F30 modelli elektrik mismar (skop) vuran və “SİLVER 2”2.5 markalı elektrik naqili qanuni sahibi X8, 1 ədəd “İnterskol” markalı laqondanı, 1 ədəd “Bavaria” markalı drel, 1 ədəd baltanı, 1 cüt “Samsung markalı, “PS-FTKP75” modelli səs gücləndirici, 2 ədəd “Sokura” markalı xrustaldan meyvə qabları, 1 ədəd dəmir talı (qarmaq), və “SİLVER 2”2.5 markalı elektrik naqili qanuni sahibi X2, 1 ədəd “ZVZ” markalı, 5 litr tutumlu samovar qanuni sahibi Zərərçəkmiş şəxs3, 1 ədəd “Harlem” markalı yerpənək (ventilyator), 1 ədəd “İstanbul Avize” markalı 6 şamlıq xrustal çilşıraq və “SİL VER 2”2.5 markalı elektrik naqili qanuni sahibi X9 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 21 (iyirmi bir) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 aprel 2023–cü il tarixdən 11 sentyabr 2023–cü il tarixədək şühəli şəxs qismində və həbsdə saxlanıldığı 05 ay CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutulmaqla, cəmi 10 ay müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş 1 ədəd “Tmakota” markalı, 600W gücündə, 20- 32 mm ölçülü, 0-300 dərəcə işləmə temperaturlu qaynaq aparatını, 1 ədəd “Ural zid” markalı, UP-2000Ek modelli vertikal perforatoru, 1 ədəd “Royce” markalı range-F30 modelli elektrik mismar (skop) vuran və “SİLVER 2”2.5 markalı elektrik naqili qanuni sahibi X8, 1 ədəd “İnterskol” markalı laqondanı, 1 ədəd “Bavaria” markalı drel, 1 ədəd baltanı, 1 cüt “Samsung markalı, “PS-FTKP75” modelli səs gücləndirici, 2 ədəd “Sokura” markalı xrustaldan meyvə qabları, 1 ədəd dəmir talı (qarmaq), və “SİLVER 2”2.5 markalı elektrik naqili qanuni sahibi X2, 1 ədəd “ZVZ” markalı, 5 litr tutumlu samovar qanuni sahibi Zərərçəkmiş şəxs3, 1 ədəd “Harlem” markalı yerpənək (ventilyator), 1 ədəd “İstanbul Avize” markalı 6 şamlıq xrustal çilşıraq və “SİL VER 2”2.5 markalı elektrik naqili qanuni sahibi X9 qaytarılsın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar