Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-88/2025 18.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı, xx.xx.1992–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 01 may 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı Şəmkir rayonu Təzəkənd kəndinə gedən avtomobil yolu ilə idarə etdiyi Mercedes Sprinter markalı, 99-DZ 708 dövlət qeydiyyat nömrəli yük avtomobili ilə hərəkətdə olarkən onun arxası ilə eyni istiqamətdə, idarə etdiyi “Naz Lifan” markalı **-BK-*** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan Zərərçəkmiş şəxs onun avtomobili yüksək sürətlə idarə etməsindən narahat olub avtomobilin uzaq və yaxın işıqlarını yandırıb söndürməsini bəhanə edərək avtomobili yolun kənarında saxladaraq magistral avtomobil yolda ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, yol ilə hərəkət edən çoxsaylı avtomobildə olan sürücülərinin və digər şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən yumruq və əl zərbələri ilə qəsdən bir neçə dəfə vuraraq ona sağ almacıq nahiyəsinin sıyrığı, sağ bazu oynağının ön səthinin qançırı və sol dirsək oynağının şişkinlik, qançır və ağrı halında əzniyi, sol dirsək oynağının şişkinlik, qançır və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül xəsarətlər yetirməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib əməlindən peşman olduğunu bildirib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində o, idarə etdiyi yük avtomobili ilə Bakı şəhərindən yaşadığı Şəmkir rayonu Təzəkənd kəndinə doğru hərəkətdə olmuşdur. O, Şəmkir rayonu Təzəkənd kəndinin girişinə çatan zaman tanışı Könüllü kənd sakini Şahid2 ona əli ilə işarə edərək onu da yaşadığı kəndə aparmağı xahiş etmişdir. O, da idarə etdiyi avtomobil saxlamış və Tağını götürüb onunla birlikdə kəndə doğru getmişlər. O, da idarə etdiyi avtomobillə hərəkətdə olan zamanı onunla arxadan adını sonradan Nemət kimi bildiyi şəxs ona işıqlarını yandırıb işarə vermiş, o da ona əhəmiyyət verməmiş, yoluna davam etmiş və həmin avtomobili keçmişdir. Biraz getdikdən sonra həmin avtomobil arxadan təkrar ona işıqları ilə işarə edərək onun idarə etdiyi avtomobilin saxlanması barədə işarə vermişdir. O, da həmin vaxt idarə etdiyi avtomobili sağa çəkib saxlamışdır. O, avtomobildən düşənədək adını sonradan bildiyi Nemət adlı şəxs ona yaxınlaşmış və onun avtomobili pis idarə etməyi barədə ona irad bildirmişdir. Nemətin ona irad bildirməsinə görə bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxt Nemət əlində olan hasa ilə onun sol qoluna və bel nahiyəsinə zərbələr vurmuşdur. Bu zaman o, da sonuncunu yumruqla sinəsinə və bədəninin müxtəlif yerlərinə vurmuş həmin vaxt Nemət yerə yıxılmışdır. Yıxılan zamanı o ona qazı olduğu, ayağından əlil olduğunu demişdir. Buna görədə o dərhal dayanmış və Nemətə üzrxaqlıq etmişdir. Bildirmiş ki, o qazı olduğunu bilməmişdir. Həmin vaxt ertəsi günü görüşüb barışmaq üçün razılaşmışlar. Səhəri gün o, ona zəng edib və görüşmüşdür. Söhbət zamanı ona Nemət sol ayağında olan protesin dava zamanı qırıldığını və onun təmir edilməsini ondan tələb etmişdir. O, da onunla razılaşmış və həmin ona dediyi həkimlə əlaqə saxlamışdır. Lakin həkim ona gəlib söhbət etməmiş karta pul atmağını bildirmiş və o da razı olmamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Şəmkir rayonu Təzəkənd kəndində baş vermişdir.Nemət aralarında mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Mübahisə zamanı onların yanlarında Şahid2, Elmar və Zakir olmuşdur. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslə barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmiş, onun heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Çaldaş kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir və sürücülüklə məşğul olub ailəsini dolandırır. İİİ qrup əlildir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun barəsində xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nə etdiyi şikayətlə bağlı onu qeyd etmək istəmiş ki, həmin şəxslə aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə tanışı Zakiri idarə etdiyi Naz Lifan markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şəmkir rayonu Yeniyol kəndinə apardığını bildirimişdir. O, Şəmkir rayonu Təzəkənd ərazisində olarkən yolun kənarında sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobili yolun kənarında saxlayaraq söhbət etdiyini görmüşdür. O, Xəzərin yanından avtomobili idarə edərək çıxıb getmişdir. Xəzər isə idarə etdiyi avtomobillə onun arxasınca sürərək ona saxla işarəsi vermişdir. O, isə Xəzərə əhəmiyyət vermədən avtomobillə yoluna davam etmişdir. Xəzər ona yenidən saxla işarəsi verdikdən sonra o, avtomobili kənara çəkib dayanmışdır. O, avtomobildən düşərək Xəzərə yaxınlaşıb salam verdikdən sonra nə üçün saxla işarəsi verdiyini soruşmuşdur. O isə ona bildirmiş ki, sən kimsən ki, mənə yol göstərirsən. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı sonradan adını bildiyi Xəzərin qaynı Elmar avtomobildən düşərək onu qucaqlayaraq ondan üzrxahlıq etmişdir. Elmara Xəzəri götürüb aparmasını bildirmişdir. O, avtomobilə tərəf gedəndə Xəzər onu nalayiq ifadələrlə təhqir eləmişdir. O, da Xəzərə öz iradını bildirdikdən sonra Xəzər təpiklə qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt aralarında mübahisə yaranmış və onlar birbirilərini yumruqla vurmağa başlamışlar. Mübahisə zamanı onun Xəzərə gücü çatmadığı üçün o, da əl hasası ilə Xəzəri vurmuşdur. Xəzər isə onu yumruq və təpiklə vurmağa başlamışdır. Vurma nəticəsində o yerə yıxılmış və ona məlum olmuş ki,ayağında olan protez sınmışdır. Bundan sonra Zakir uca səslə bildirmiş ki, Nemət qazıdır. Ehtiyyatlı olun. Bundan sonra onlar aralaşıb çıxıb getmişlər. Səhərisi gün onlar görüşüb söhbət etdikdən sonra Xəzər ona köməklik etmədiyi üçün ondan məcbur olaraq xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nə ərizə ilə müraciət etmişdir.xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Şəmkir rayonu Təzəkənd kəndində baş vermişdir.Xəzər ilə aralarında mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı onların yanlarında Zakri və tanımadığı bir-iki nəfər olmuşdur.Mübahisə zamanı Xəzər yumruqla sifət nahiyəsinə, bel, çiyin, qol və dirsək nahiyəsindən vurmuşdur.Mübahisə zamanı o, əlində olan hasa ilə Xəzəri bədəninin müxtəlif yerlərindən vurmuşdur.Mübahisə zamanı Xəzər ona məxsus protezini sındırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayə və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Şəmkir RPŞnin Kür PB-nə ərizə ilə etmiş olduğu müraciətlə tanış olmuşdur. Həmin müraciət əsasında bildirmiş ki, o Neməti əvvəllər tanımamışdır. Aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs onun yeznəsidir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə təxminən 01 radələrində o, yaşadığı ünvana gedərkən yolun kənarında Xəzərin idarə etdiyi avtomobili yolun kənarında görüb dayanmışdır. O, avtomobilin aşağı düşdükdə sonradan adını bildiyi Nemətlə Xəzərin söhbət etdiyini görmüşdür. O, Nemətə tərəf gedib Xəzərlə mübahisənin böyüməməsinin qarşısını almışdır. Xəzər isə Tağı aralaşdırıb avtomobillə əyləşdirib aparmışdır. Sonra isə onlara məlum olmuş ki, Nemət qazıdır və protezi qırılıb. Bu barədə Şəmkir RPŞ-nin Kür PB-nə müraciət edib.Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında yaranan mübahisəyə səbəb sonradan ona məlum olmuş ki, Zərərçəkmiş şəxs avtomobillə saxla işarəsi verdiyinə görə yaranmışdır. Mübahisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Şəmkir rayonu Təzəkənd kəndində baş vermişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında yaranan mübahisənin nə qədər davam etməsi barəsində onun məlumatı olmamışdır. O, qeyd edilən yerə gələndə Xəzər və Nemətin yanında Tağı və tanımadığı şəxs var olmuşdur. Sonradan ona məlum olmuş ki, Nemətlə Xəzər adlı şəxslər arasında yaranmış mübahisə zamanı onlar bir-birilərini vuraraq xəsarət yetirmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində o, işdən çıxıb taksi kimi Nemətin idarə etdiyi avtomobilə əyləşib yaşadığı Şəmkir rayonu, Yeniyol kəndində getmişdir. Həmin vaxt bir kənd sakini kimi tanıdığı Xəzər idarə etdiyi avtomobillə onlardan arxada gəlirdi.Sonradan Xəzər idarə etdiyi avtomobillə gəlib onları keçib qabağa keçmişdir. Daha sonra Şəmkir rayonu, Yeniyol kəndində yerləşən tır parkına çatmağa az qalmış ərazidə dayanmışlar. Sürücülər Xəzər və Nemət avtomobildən düşüb bir-birindən nə baş verməsi barədə soruşmuşlar. Bu zaman o, avtomobildə qabaq oturacaqda oturmuşdu. Söhbət zamanı Nemətlə tanıdığı Xəzər söhbət edərkən aralarında mübahisə yaramış, mübahisə zamanı o, onların arasında olan mübahisəni sakitləşdirməkdən ötrü avtomobildən düşmüş, onlara yaxınlaşarkən onlar birbirilərini döyməyə başlamışlar. Həmin vaxt o, və Xəzərin yanında olan 2 nəfər şəxs onları aralamışlar. Mübahisə zamanı ona məlum olmuşdur ki, bir-biriləri ilə dava edərkən Nemətin protezi qırılıb. Sonra isə həmin şəxsləri sakitləşdirmişlər. Sonra o, eşitmişdir ki, Xəzər və Nemət qarşılıqlı olaraq Şəmkir RPŞ-nin Kür PB-nə şikayət ərizəsi ilə müraciət ediblər. Aralarında mübahisənin yaranmasına səbəb isə avtomobil ilə bir-birilərini ötmə əməliyyatı etdikləri üçün yaranmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonu Könüllü kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Şəmkir RPŞ-nin Kür PB-nə ərizə ilə etmiş olduğu müraciətlə tanış olmuşdur. Həmin müraciət əsasında bildirmiş ki, o Neməti əvvəllər tanımamışdır. Aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə təxminən 01 radələrində o, Şəmkir rayonu Təzəkənd kənd ərazisində yerləşən dərimanın yaxınlığında yolun kənarında durmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi yük masını ilə onu yolun kənarından götürmüşdür. Onlar Şəmkir rayonu Təzəkənd kənd istiqamətində hərəkətdə olan zamanı onların arxasınca gələn sonradan adını bildiyi Nemət adlı şəxs avtomobilin işıqlarını yandırıb işarə vermiş, Xəzər isə ona əhəmiyyət verməmiş,yoluna davam etmiş və həmin avtomobili keçmişlər. Biraz getdikdən sonra həmin avtomobil arxadan təkrar işıqları ilə işarə edərək Xəzərin idarə etdiyi avtomobili saxlamasını bildirmişdir. Xəzərdə həmin vaxt idarə etdiyi avtomobili sağa çəkib saxlamışdır. Xəzər avtomobildən düşdükdən sonra o, avtomobildən yerə düşməmişdir. Xəzərə ona bildirmiş ki, avtomobildən düşmə o söhbət edib gəlir. Xəzər Nemətlə söhbət edən zamanı Nemət əlində olan hasa ilə Xəzərə 3 dəfə bədənin müxtəlif yerlərindən vurmuşdur. Həmin vaxt o, avtomobildən yerə düşmüş və Xəzərin Neməti ilədiyini görmüşdür. Xəzər Neməti itələdikdən sonra Nemət yerə yıxılmışdır. Mübahisə zamanı Xəzərin sonradan adını bildiyi Elmar onların yanlarına gəlmişdir. Neməti Elmar və tanımadığı bir nəfər şəxs aralamış, o isə Xəzər avtomobilə əyləşdirib hadisə yerindən aparmışlar. Mübahisə baş verən zamanı Nemət onları nalayiq ifadələrlə təhqir eləmişdir. Sonra isə onlara məlum olmuş ki,Nemət qazıdır və protezi qırılıb. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında yaranan mübahisəyə səbəb Zərərçəkmiş şəxs avtomobillə saxla işarəsi verdiyinə görə yaranmışdır. Mübahisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Şəmkir rayonu Təzəkənd kəndində baş vermişdir.Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında yaranan mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Mübahisə zamanı Nemətin yanında tanımadığı şəxs olmuşdur.Zərərçəkmiş şəxs əlində olan hasa ilə Təqsirləndirilən şəxs bədənin müxtəlif yerlərindən vurmuşdur. Xəzər isə onu yumruqla sinə nahiyəsindən vurmuş, vurma nəticəsində isə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir rayonu Yeniyol kəndində dava-dalaşın olduğu yerə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 03 may 2024-cü il tarixli 393 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ almacıq nahiyəsinin sıyrığı, sağ bazu oynağının ön səthinin qançırı və sol dirsək oynağının şişkinlik, qançır və ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 30 aprel 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol dirsək oynağının şişkinlik, qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aiddir, sağ almacıq nahiyəsinin sıyrığı və sağ bazu oynağının ön səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə, saat 16:40-da şübhəli şəxs olaraq tutulmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən dərhal azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186, 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Şəmkir RİHB-nın Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan zərər çəkmiş şəxs və şahid ifadələri, habelə ekspert rəyi ilə bu əməlin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilməmiş, zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinə cavab olaraq qarşılıqlı onu vurmasını, xuliqanlıq əməlini törətmədiyini bildirsə də, lakin iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadələri, işdə olan üzləşdirmə protokolu ilə, biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxs və şahidlərin ifadələri qoyulmalıdır. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olması, 1 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin əməllində CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək islah işləri cəzasının 08 (səkkiz) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Hökmün icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Şəmkir rayon vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 220 (iki yüz iyrimi) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 381 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdən 19 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 05 (ay) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 220 (iki yüz iyrimi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-88/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-88/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver