Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-89/2025 06.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı ildə Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs, 03 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonunda “Gənclik” adlanan ərazidə, yol kənarından tapdığı bir neçə ədəd bükümün içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ və İİ bəndləri, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ və İİ siyahıları ilə müəyyən edilən, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonunun ərazisinə daşımış, 06 sentyabr 2024-cü il tarixdə, saat 15:19 radələrində daxil olmuş məlumat əsasında narkotik sərxoşluğu vəziyyətində sakinlərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər etdiyi üçün Təqsirləndirilən şəxs Şəmkir şəhəri, M.Fizuli küçəsində Şəmkir rayon polis şöbəsinə Post patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ arxa cibindən xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan 01 ədəd qızılı rəngli kağız bükümdə 0,796 qram və 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə 0,981 qram, ümumilikdə 1,777 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd sellofan polietilen kəsiyi bükümündə 0,713 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 1 ünvanında ailə üzviləri İlə yaşayır. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində Gənclik adlanan ərazidə yol kənarı ilə hərəkət edəndə, bir neçə büküm görmüş və bükümləri yerdən götürüb baxdıqda içərisində narkotik vasitələr və psixotrop maddələr olmasını müəyyən etmişdir. Həmin bükümlərdəki narkotikləri istifadə etməyi üçün cibinə qoyaraq həmin yerdən uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə yas məclisində iştirak etmək üçün Şəmkir şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində psixotrop maddə metamfetamindən istifadə edərək yaxınlıqdakı skamyanın üzərində uzanmışdır. xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Şəmkir şəhərində olarkən, polis əməkdaşları ona yaxınlaşmış, avtomobilə əyləşdirmiş və onu Şəmkir rayon polis şöbəsinə gətirərək üzərinə hüquqlarını müdafiə edən vəkil X1 iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı narkotik vasitə istifadə edib-etməməsi barədə sual verdikdə, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və üzərində olan narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və qurudulmuş şəffaf sellofan bükümdə olan çay bitkisini polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən çıxan narkotik vasitə elektron tərəzidə çəkildikdə 1.42 qram və 1.23 qram olmaqla iki büküm metamfetamin, 0.80 qram narkotik vasitə heroin və 12.45 qram qurudulmuş çay olması müəyyən edilmişdir. Sonra şəxsi axtarış protokolu tərtib edilmişdir. O, isə şəxsi axtarış protokolunu imzalamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirir. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini heç kimə satmamışdır. O, Şəmkir rayon polis şöbəsinə gətirilən zaman və orada olanda ona hər hansı şəxs tərəfindən zor tətbiq edilməmiş, təzyiq göstərilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailə vəziyyətini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2018-ci ildə X4 xidmətə qəbul olunmuş və həmin ildən hal-hazıradək Şəmkir rayon polis şöbəsinin PPXB-də yol polis baş serjantı vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs tanımır, əvvəllər hər hansı ədavət yaxud narazılığı olmamışdır. 06 sentyabr 2024-cü il tarixdə saat 16:50 radələrində xidmətdə olarkən Şəmkir RPŞ-nin Növbətçi hissəsindən Şəmkir şəhəri, M.Fizuli küçəsində bir nəfər şəxsin sərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri etməsi bildirilərək qeyd edilən əraziyə getmələri deyilmişdir. O, həmin vaxtı polis nəfəri Şahid2 ilə birlikdə Şəmkir şəhəri M.Fizuli küçəsinə getmişlər. Orada skamiyada bir nəfər adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli aparmasına görə onlar tərəfindən Şəmkir RPŞ-nə aparılmışdır. Orada o, raport yazmış və həmin şəxs təhqiqatçı Musa Cəfərov tərəfindən oraya dəvət edilmiş vəkil Rüstəmə Ağayevanın iştirakı ilə şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik və ya psixotrop maddə, qanunla qadağan edilmiş predmet və ya əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli şalvarın sağ arxa cibindən siqaret qutusunda olan bükümləri, eyni zamanda sol qabaq cibindən şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümlərin nə olduğu soruşulduqda psixotrop maddə olan patı və heroin olmasını bildirmişdir. Narkotik maddələri haradan əldə edilməsi soruşulduqda isə 3 gün əvvəl Bakı şəhərində Gənclik adlanan ərazidə yol kənarından tapdığını və istifadə etmək məqsədi ilə götürdüyünü demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda 1.42 qram və 1.23 qram, heroinə bənzər kütlə 0.80 qram, qurudulmuş marixuanaya bənzər kütlə isə 12.45 qram olması müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq xüsusi qaydada qablaşdırılmışdır. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən əlavə psixotrop və ya narkotik maddə, onların prekusorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 3 ədəd alışqan, 1 ədəd qol saatı, 38 manat kağız pul, 1 manat 60 qəpik xırda nominalı dəmir pul Təqsirləndirilən şəxsaya qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə Şəmkir şəhəri, M.Fizuli küçəsində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs tanımır və heç bir münasibəti olmamışdır. 06 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində o, küçədən səs gəldiyini eşidib baxdıqda Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə küçədə oynayan uşaqları narahat etməsini görmüşdür. Təqsirləndirilən şəxs özünü idarə edə bilməmiş və orada olan şəxsləri narahat etmiş, yerdən daş götürüb avtomobili vurmaq istəmişdir. O, Təqsirləndirilən şəxs hərəkətlərinə görə polisin qaynar xəttinə zəng edib məlumat vermişdir. Sonra Təqsirləndirilən şəxs sərxoş olduğundan orada olan skamiyada uzanmışdır. Polislər gəlib Təqsirləndirilən şəxs oradan aparmışlar. O, Təqsirləndirilən şəxs əlində heç nə görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/952 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Narkotik vasitə heroinə bənzər kütlə 0,80 qram ...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,713 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Narkotik vasitə metamfetaminə bənzər kütlə 1,42 qram ...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,981 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Narkotik vasitə metamfetaminə bənzər kütlə 1,23 qram ...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,796 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Narkotik vasitə marixuanaya bənzər kütlə 12,45qram ...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,66 qram bitki mənşəli kütlə, narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində, 2 (iki) ədəd kağız paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (Qeyd: heroinin təmiz çəkiləri -0,713 qr, tədqiqata sərf edildi 0,02qr, qalıq-0,663 qr. Metamfetamin təmiz çəkiləri -0,981 qr-0,796 qr, tədqiqata cəmir sərf edildi-0,1 qr (hər obyektdən 0,05 qr götürüldü), qalıq-0,931 qr, -0,746 qr.) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd polietilen kəsiyi bükümlərində olan qalıq çəkisi 0,663 qram narkotik vasitə heroin, 0,931 qram və 0,746 qram psixotrop maddə olan metamfetamin, eləcə də şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirmənin video çəkilişinin yazıldığı 2 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 83-cü bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram, İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarındın artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemindən” görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Bakı Şəhər 147 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəmkir rayon Məhkəməsinin 1(076)-89/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan həbs qətimkan tədbirinə dəyişdirilmiş və o məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. “Şübhəli şəxsi tutma haqqında” 06 sentyabr 2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 08 sentyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan metamfetamini və heroini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni xeyli miqdarda narkotik vasitə olan metamfetamin və heroini əldə edib saxlaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün məhkəmənin 01 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə vaxtı həbsdə saxlanıldığı müddət isə cəza müddətinə daxil edilməklə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda hökmün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi -0,663 qram heroin, ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,931 qram və 0,746 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 10 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 11 manat olmaqla cəmi 110 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 64,80 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və təqsirləndirilən şəxs dindirilən zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntünü özündə əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 0.663 qram heroin, 0.931 qram və 0.746 qram metamfitamin olan narkotik vasitələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 110 (yüz on) manat pul X2 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-89/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-89/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver