Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-9/2023 09.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Məmmədova Şəfəq Ənvər qızının сядрлийи, Мящкямя иъласынын катиби X14 оьлунун, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X1, X2 və Zərərçəkmiş şəxs2, Тягсирляндирилян шяхс Təqsirləndirilən şəxs вя onun мцдафиячиси X5 иштираклары иля 09 fevral 2023-ъü илдя Шямкир rayonu xx xxxxx 1988-ci ildə Şəmkir rayonu Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və CM 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Təqsirləndirilən şəxs Азярбайъан Республикасынын Ъинайят Мяъяллясинин 178.2.2 və 178.2.4-cü маддяси иля тягсирляндирилмясиня даир ъинайят ишиня Шямкир Район Мящкямясинин бинасында, мящкямя иълас залында, ачыг мящкямя иъласында бахараг, мцяййян етди : Təqsirləndirilən şəxs təqsirləndirilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ondan ötrü ki, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını, o cümlədən zərərçəkmiş şəxslərə xeyli miqdarda xiyan vuraraq özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əmələrini törətmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 ünvanlı sosial yardım düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2021-ci ilin sentyabr ayından noyabr ayına kimi olan müddətdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 890 (səkkiz yüz doxsan) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 ünvanlı sosial yardım düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 22 dekabr 2021-ci il tarixdən 2022-ci ilin mart ayının əvvəlinədək olan müddətdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 820 (səkkiz yüz iyirmi) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 ünvanlı sosial yardım düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 18 dekabr 2021-ci il tarixdən 2022-ci ilin mart ayının əvvəlinədək olan müddətdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 800 (səkkiz yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə X3 İİ qrup əlillik təqaüdü düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin mart ayının ortalarınadək olan müddətdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində ümumilikdə Məlahət Quliyevanın məxsus 2000 (iki min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs6 ünvanlı sosial yardım düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin fevral ayının ortalarınadək olan müddətdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 1000 (min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 qızıl zinyət əşyalarını baha qiymətə satmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu öz qanunsuz əməllərinə inandırmaq üçün 2022-ci ilin yanvar ayında istintaqa dəqiq məlum olmayan günlərdə əvvəlcə 1000 manat, sonradan isə 2300 manat nəğd pul verərək, iki dəfə olmaqla hissə-hissə sonuncunun ünvan 1 ünvanında yerləşən evində bir cüt 750 əyarlı 9 qram çəkisi olan, 2200 manat dəyərində briliyyant sırğa, bir cüt 750 əyarlı 3 qram çəkisi olan 150 manat dəyərində sırğa, bir dəst 11 qram çəkisi və 1000 manat dəyəri olan 583 əyarlı sırğa və üzük, bir ədəd 150 manat dəyəri olan 2 qram çəkisə 583 əyarlı qızıl üzük, bir ədəd 220 manat dəyərində 4 qram çəkisi olan 750 əyarlı “kalso” üzük, bir ədəd 2500 manat dəyərində 18 qram çəkisi olan 750 əyarlı qızıl boyunbağı, bir cüt 480 manat dəyərində 6 qram çəkisi olan 585 əyarlı qızıl sırğa, bir ədəd 900 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qızıl üzük, bir cüt 340 manat dəyərində 5 qram çəkidə 585 əyarlı qızıl sırğa, bir ədəd 700 manat dəyərində 7 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, bir ədəd 620 manat dəyəri olan 8 qram çəkisi olan 585 əyarlı qızıl klon, bir ədəd 650 manat dəyərində 6 qram çəkidə 750 əyarlı briliyyant qaşlı üzük, bir ədəd 850 manat dəyərində 6 qram çəkidə 750 əyarlı briliyyant qaşlı üzük, bir ədəd 150 manat dəyərində 2 qram çəkidə 585 əyarlı açar formalı klon, bir ədəd 250 manat dəyərində 3 qram çəkidə 583 əyarlı qızıl boyunbağı və 7 ədəd hər birinin çəkisi bir qram olan 585 əyarlı, bir ədədinin qiyməti 45 manat olan qızıl qolbağıları, ümumilikdə 11475 manat dəyərində qızıl zinyət əşyalarına cəmi 3300 manat ödəməklə, Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 8175 manat məbləğində əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf edərək öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, heç bir psixiki xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək barəsində olan cinayət işi Şəmkir rayon məhkəməsinə göndərilmişdir. Əvvəllər o, X9 ilə qeyrə rəsmi nikahda ailə kimi yaşamışdır. Lakin, sonradan İslam Şəmkir rayon məhkəməsi tərəfindən həbs olunmuşdur. İslam tutulduqdan sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində tanışı Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini Əfsanə adlı qadının vasitəsi ilə Əfsanənin həmkəndlisi Nərgiz adlı qadınla tanış olmuş və Nərgizə 600 manat müqabilində sosial yardım düzəltdirə biləcəyini demişdir. Nərgiz onunla razılaşmış, O da Nərgizə işi alınmadığı hada pulunu geri qaytaracağını bildirmişdir. Onlar razılaşdıqdan sonra Nərgiz birinci ona 350 manat pul vermiş, sonra isə 250 manat pul göndərmişdir. Daha sonra isə kartına nə qədər pul vurmasını xatırlamamışdır. Təxminən Nərgiz ona ümumi olaraq 800 manatdan yuxarı pul vermişdir. Eyni zamanda həmin vaxtlarda Nərgiz vasitəsi ilə Seyfəli kənd sakinləri olan Aysel adlı qadınla tanış olmuş və Ayselədə ünvanlı sosial yardım düzəldəcəyini bildirmişdir. Aysel onunla razılaşaraq müxtəlif vaxtlarda 800 manat pul vermişdir. Həmin vaxtlarda Nərgizin qohumu olan Şəmkir rayonu Qədimqala kəndindən olan Gülnarə adlı qadınla tanış olmuşdur. Gülnarə də özünə ünvanlı sosial yardım düzəltməsini xahiş etmişdir. O da Gülnarəyə sosial yardım düzəltdirəcəyinə söz verərək Gülnarədən əvvəl 400 manat, daha sonra isə əlavə 400 manat, bir dəfə də kartın gəlməsini bildirirək 20 manat olmaqla cəmi 820 manat pul almışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Nərgiz özünün xatırladığı qədər Güllü adında bibisi qızının olmasını, ərindən boşandığını, çətin vəziyyətdə yaşadığını, Güllüyədə ünvanlı sosial yardım düzəltməkdə köməklik etməyi xahiş etmişdir. O da həmin vaxtları Nərgizin bibisi qızı olan Güllü ilə Əfsanənin evində görüşmüş və Güllüyədə ünvanlı sosial yardım düzəltdirə biləcəyini deyərək müxtəlif vaxtlarda 600 manat almış, ondan sonra isə əlavə nə qədər pul almasını xatırlamamışdır. 2021-ci ilin dekabr ayının ortalarında o, Əfsanəgilə gəldiyində Nərgiz yenidən oraya anası Məlahətlə gəlmişdir. Əfsanənin evində söhbət etdiyi zaman onun pensiya düzəltməyə köməklik edə bilib-bilməyəcəyini soruşmuşlar. O, Nərgizin anası Məlahətdən hər hansı xəstəlyinin olub olmamasını soruşduqda Məlahət əvvəllər yol nəqliyyat hadisəsi nəticəsində başından xəsarət aldığını bildirmişdir. O da Nərgizə 2000 manata pensiyasını düzəltdirə biləcəyini bildirmişdir. Məlahət ona ilkin olaraq 1350 manat pul vermiş, daha sonra isə kartına iki dəfəyə olmaqla 650 manat pul göndərmişdir. O, aldılğı pulları öz ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin yanvar ayında o, Şəmkir şəhər sakini olan Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. O, Nərgizin səyyar qızılı satışı ilə məşğul olmasını eşitmiş və Nərgizlə münasibət yaradaraq Nərgizin ona qızıl zinyət əşyaları verəcəyi halda baha qiymətə sata biləcəyini demişdir. Nərgiz onunla razılaşmışdır. O, bir neçə dəfəyə Nərgizdən 11000( on bir min) manatlıq qızıl zinyət aşyaları götürmüşdür. Dəqiq olaraq hansı qızlları götürməsini xatırlamamışdır. Sadəcə olaraq ümumi hedablamalarından 11 min manatlıq qızıl zinyət əşyaları götürməsini bilmişdir. O, Nərgizdən götürdüyü qızılları tez sataraq pul əldə etmək üçün tanımadığı şəxslərə nisbətən ucuz qiymətə satmış və müxtəlif vaxtlarda ona inanması üçün 3300 manat pulu Nərgizin özünə qaytarmışdır. Əlavə əldə etməyi pulu isə yenidən öz ehtiyaclarına xəcləmişdirm. Həmin vaxtdan sonra problemləri olduğundan o, Nərgizə əlavə pul verə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, İslamla birlikdə əldə etdiyi pulları birlikdə öz ehtiyaclarına xərcləmişlər, sonradan İslam tutulduqdan sonra isə əldə etdiyi pulları özü tək xərcləmişdir, kimsəyə həmin pullardan verməmişdir. O, Əfsanənin özündən də ünvanlı sosial yardım düzəltmək adı ilə 350 manat pul almış, Əfsanədə onun ünvanlı sosial yardım düzəltdirə biləcəyinə inanaraq bu barədə tanışlarına demişdir. Əfsanəyə onu tanış edən şəxslərə görə hər hansı məbləğdə pul verməmişdir. Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondunda hər hansı tanışı olmadığını, orada işləyən tanışının olmasını aldatdığı şəxsləri inandırmaq üçün dediyini bildirmişdir. Hazırda zərərçəkənlərə dəyən zərəri ödəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsи, зярярчякмиш шяхсlərи və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiшдир və onун təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə istintaqında dindirilмиш Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Əfsanənin vasitəsilə tanımışam. Əfsanənin uşağı ilə onun uşağı bir sinifdə oxuduqları üçün tanışlığlmız vardır və xx.xx.2021-ci il tarixdə məktəbdə söhbət edərkən Əfsanə tanışı Yeganənin bir çox şəxslərə ünvanlı sosial yardım düzəltdiyini, həmçinin özünədə düzəltdiyini bildirmişdir. O, necə düzəltdiyini soruşanda Əfsanə 800 manat pul müqabilində 6 ay ərzində düzəltdiyini və alınmadıqda pulu geri qaytardığını bildmişdir. Bundan başqa o, pulun bir hissəsini qabaqcadan verildiyini dediyi üçün onada köməklik etməsini xahiş etmişdir. Əfsanə mobil telefonla Yeganəyə zəng edərək öz evlərinə gəlməsini demiş və onlar birlikdə Əfsanənin evinə getmişlər. O, Əfsanənin evində Yeganə ilə tanış olduqda, Yeganə əvvəlcə 250 manat pul verməli olduğunu və sosail kartı gəldikdə isə yerdə qalan pulu ödəyəcəyini bildirmişdir. Bu səbəbdən 250 manat pul düzəldib 2 gün sonra Yeganənin deməsi ilə məktəbdə Əfsanəyə vermişdir. O, pulu verəndən bir ay sonra Əfsanə zəng edərək kartın artıq düzəldiyini götürmək üçün qalıq qalan pulu ödəməsini demişdir. Birinci o, yenidən 250 manat pulu Yeganəyə verməsi üçün Əfsanəyə vermişdir. Həmin vaxtdan az sonra 300 manatıda Yeganəyə verməsi üçün verəndə Əfsanə özü cavabdeh olduğunu, əgər 6 ay ərzində sənədləri düzəlməsə və ya Yeganədən narazı qalmış olsalar pulu özündən istəməyi demişdir. Həmin vaxtdan 2-3 ay keçəndən sonra Əfsanə zəng edərək artıq sənədlər hazır olduğunu bildirmiş və Yeganənin 65 manat şirinlik istədiyi demiş, o da həmin pulu Yeganəyə göndərmişdir. Sonuncu dəfə Yeganə zəng edərək sənədlərinin Bakı şəhərində hazır olduğunu və sənədlərin Şəmkir rayonuna gəlməsi üçün 25 manat lazım olduğunu bildirib öz adına kart nömrəsi verib həmin hesaba pul keçirməsini demiş və o, poçt vasitəsilə 25 manatı Yeganəyə göndərmişdir. Onun ödədiyi qəbzi səhəri gün Yeganə zəng edərək Əfsanəyə verməsini demişdir. Həmin vaxtdan sonra Əfsanə və Yeganə vədlər versələrdə ona ünvanlı sosial yardım düzəlməmiş, Yeganədə onun pulunu qayatrmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Yeganə ilə danışan zaman xx.xx.2022-ci 1 tarixdə sənədi düzəlməsə pulumu verəcəyini desədə xx.xx.2022-ci il tarixdə o, Yeganəyə zəng edəndə gözləsini deyərək sonunda telefonu bir şəxsə vermiş, həmin tanımadığı şəxs telefonda özünü Yeganənin əri olaraq təqdim edərək qadın olaraq bir-birini başa düşüb gözləmələrini desədə sonda “ərinizin papağına tüpürüm” deyərək onu təhqir etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəyən zərəri tam ödəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilмиш Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi Əfsanənin vasitəsilə tanımışdır. Əfsanənin uşağı ilə onun uşağı ilə bir məktəbdə oxuduqları eyni zamanda eyni kənddə yaşadığı üçün tanışlığı olmuşdur. 2021-ci ilin dekabr ayında Əfsanə ilə məktəbdə danışan zaman sosial düzəltdirdiyini dediyi üçün o da düzəltdirmək istədiyini bildirmişdir. Əfsanə onun yanında Yeganəyə zəng edərək evinə çağırmış və həmkəndlisi Nərgizlə birlikdə Əfsanənin evinə getmişdir. O, Əfsanənin evində Yeganə ilə görüşəndə 6 ay ərzində 800 manat müqabilində ünvanlı sosial yardım düzəldəcəyinə əks halda pulunu geri qaytaracağına söz vermişdir. Bu səbəbdən o, evə gəlib 300 manat pul düzəldib xx.xx.2022-ci il tarixdə Yeganə ilə mobil telefonla danışmş və danışıq zamanı Yeganə Əfsanə yaşadığı evə gəlməsini demişdir. O, Gülnarə və Nərgizlə birlikdə Əfsanə yaşadığı evə gedib 300 manat pulu şəxsən Yeganənin özünə vermişdir. O, pulu verəndən sonra Yeganəyə nə vaxta ünvanlı sosial yardımı hazır olacağını soruşanda Yeganə 6 ay ərzində hazır olacağına söz vermişdir. Təxminən bir ay sonra Yeganə ona zəng edərək yenidən ödəniş etməsini deyərək hesab nömrəsi vermiş və o, milli ön terminalı vasitəsi ilə həmin hesaba 300 manat pul ödəmişdir. Bundan sonra 100 manat, 50 manat, 36 manat olmaqla əlavə olaraq 200 manatda Yeganəyə şəxsən pul vermişmişdir. Yeganə 800 mant pulun müqabilində sosial yardım düzəldəcəyinə söz verəsədə bu günə kimi heç bir hərəkət etməmiş, eyni zamanda tanıdğı Nərgiz və Gülnarəni ondan öncə aldatdığını eşitdiyi üçün o da aldandığını bilib şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəyən zərəri tam ödəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilмиш Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, əvvəllər ailəli olmuş, 2012-ci ildə ərindən ayrılmış, himayəsində iki azyaşlı övladı vardır. Hazırda Şəmkir rayonu Könüllü kəndində bibisinin evində qalmış, eyni zamanda evdə qadın bərbəri kimi işləmişdir. 2021-ci ilin sonlarına yaxın Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan bibisi qızı Aysel özlərinə ünvanlı sosial yardım düzəltdiklərini bildirmişdir. O, Ayseldənan kimin vasitəsi ilə düzəltdiklərini soruşduqda Aysel ona özünün övladı ilə bir sinifdə oxuyan uşağın valideyini Əfsanə adlı qadının Yeganə adlı tanışının həmin yardımı düzəldə bildiyini demişdir. Bundan sonra bir gün Aysel dırnaqlarını düzəltdirmək üçün onun yanıma gəlmiş, Aysellə birlikdə Əfsanədə onlara gəlmişdir. O, Aysellə Əfsanənin dırnaqlarını düzıltdiyi zaman Yeganədən söhbət düşdükdə Əfsanə Yeganəyə zəng edərək ona ünvanlı sosial yardım düzəldə bilib bilməyəcəyini soruşmuşdur. Yegənə heç bir problem olmadığını bildirmiş və 500 manata düzəldə biləcəyini demişdir. İlkin olaraq 350 manat, kart gəldikdə isə 150 manat verəcəyini demişdir. O da Yeganə ilə razılaşmışdır. 2021-ci ilin dekabr ayının sonlarında o, Ayselgilə getmiş və Aysellə birlikdə Əfsanənin evinə gedərək orada Yeganəyə 350 manat pul vermişdir. Yeganə ən geci 6 aya onun sosial yardımını düzəldəcəyini bildirmişdir. Bundan 10 gün sonra Yeganə zəng edərək təcili 150 manat puluda istəmişdir. O da “milliön” ödəmə terminalı vasitəsi ilə həmin pulu Yeganənin verdiyi kart nömrəsinə göndərmişdir. Bundan sonra Yeganə müxtəlif bəhanələrlə ondan 60 manat bir, 40 manatda bir almışdır. 2022-ci ilin fevral ayında o, Yeganədən kartıın nə vaxt gələcəyi barədə maraqlandıqda Yeganə ona əlavə 400 manatda verəcəyi halda ona aylıq 200 manat yazdıracağını demişdir. O da həmin vaxtı 400 manat pulu Əfsanənin vasitəsi ilə Yeganəyə göndərmişdir. Lakin həmin vaxtdan bir müddət sonra o, Yeganənin yalançı olduğunu və çox adamdan yardım düzəltmək adı ilə pul almasını eşitmişdir. Daha sonra o, Yeganənin həbs olunduğunu eşitdikdən sonra Yeganənin onu aldatması barədə polisə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəyən zərəri tam ödəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilмиш zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayna qızı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Belə ki, 2021-ci ilin dekabr ayının əvvəllərdə qızı Nərgizgilə getdiyində o, Nərgizin sənədlər topladığını görərərək nə üçün sənədlər topladığını soruşmüşdür. Nərgiz ona nəvəmlə bir yerdə oxuyan uşağın anası Əfsanə adlı qadının tanışının vasitəsi ilə özünə ünvanlı sosial yardım düzəltdirdiyini bildirmişdir. O, Nərgizdən necə düzəltdirdiyini soruşduqda Nərgiz ona Əfsanənin tanışı Yeganə adlı qadına 900 manat pul verərək özünə ünvanlı sosial yardım düzəltdirdiyini bildirmişdir. Daha sonra Nərgiz həmin sənədləri Yeganəyə verməsi üçün Əfsanəgilə getdiyini bildirmişdir. O da Nərgizlə birlikdə getmişdir. Əfsanəgildə oturub söhbət etdiyi zaman özüə pensiya düzəltdirmək istədiyini, lakin bu günə qədər heç bir nəticə əldə edə bilmədiyini demişdir. Əfsanə bundan sonra onların yanında tanışı Yeganə adlı qadına zəng edərək onun barəsində Yeganəyə məlumat vermiş və ona pensiya düzəltdirə bilib bilməyəcəyini soruşmuşdur. Yeganə də düzəldə biləcəyini dedikdən sonra Əfsanəgilə gələcəyini bildirmişdir. Həmin günü aşxamı Yeganə Əfsanəgilə gəldikdə gedib Yeganə ilə görüşərək söhbət etmişlər. Yeganə ona 2050 manat verəcəyi halda ona pensiya düzəltdirəcəyini bildirmişdir. O, Yeganəyə əvvəllər yol nəqliyyat hadisəsi nəticəsində başından travma aldığını X17 xəstəxanasında müalicə aldığını bildirmişdir. Eyni zamanda hazırda özündə 1350 manat pulunun olduğunu bildirmişdir. Yeganə ona həmin pulu verməyini, həmin pulla onun sənədlərini düzəldəcəyini, qalan pulu isə sonra verməsini demişdir. O da Yeganə ilə razılaşmışdır. 2021-ci ilin dekabr ayının sonlarında 1350 manat pulu götürərək yenidən qızı Nərgizin yanına gəlmiş və Nərgizlə birlikdə Əfsanəgilə getmişdir. Onlar Əfsanəgilə getdiyində Yeganə orada olmuşdur. O, Əfsanə ilə qızı Nərgizin yanında 1350 manat pulu Yeganəyə vermişdir. Qalan pulu isə az az verməyi demişdir. Yeganə həmin vaxtı Bakı şəhərində tanışlarının olduğunu və tanışlarının vasitəsi ilə onun pensiyasını düzəldəcəyini demişdir. Eyni zamanda onun şəxsiyyət vəsiqənin surətini götürmüşdür. Bundan bir müddət sonra 2022-ci ilin yanvar ayının ortalarında ona zəng edərək pul istəmiş, o da Yeganəyə əlində 150 manat pulunun olduğunu bildirmişdir. Yegənə həmin pulu özünə göndərməsini demişdir. O, həmin pulu Yeganənin onlara verdiyi kart nömrəsinə vurmuşdur. 2022-ci ilin fevral ayında Yeganə yenidən ona zəng edərək 500 manata onun xəstəliyi ilə bağlı sənədlər aldığını və həmin pulu göndərməsini demişdir. O, Yeganədən pensiyamın nə vaxt düzələcəyini soruşduqda Yeganə ona aprel ayına kimi kartını alacağını bildirmişdir. O da Yeganənin sözlərinə aldandığından 500 manat pul götürərək qızı Nərgizin Şəmkir rayonu Aşağı Seyfəli kəndində olan evinə gəlmişdir. Orada Yeganə ilə əlaqə saxladıqda həmin pulu özünün kartına vurmasını demişdir. O da 500 manat pulu Yeganənin nömrəsini veridiyi karta vurmuşdur. Az sonra o, tanışları ilə söhbət etdiyində ondan hansı qrupla pensiyaya çıxacağını və nə qədər pensiya alacağını soruşduqda o, bu barədə bilmədiyini demişdir. Daha sonra bu barədə Yeganədən soruşduqda Yeganə onu İİ qrup əlilliklə pensiya düzəltdiyini və onun 460 manat pensiya alacağını bildirmişdir. O, tanışlarına bu barədə dedikdə tanışları İİ qrup əlilliyə görə o qədər pensiya düşmədiyini və həmin şəxsin onu aldatdığını bildirmişdir. O da zəng edərək Yeganəyə bu barədə sual verdikdə Yeganə ona səhv etdiyini və onun 360 manat pensiya alacağını bildirmişdir. Bu barədə də tanışlarına dedikdə tanışları Yeganənin onu aldatdığını, İİ qrup əlilliyi olan şəxslərində o qədər pensiya almadığını bildirmişlər. Bundan sonra o, artıq Yeganədən şübhələnmiş və Yeganənin onu aldatdığını başa düşmüşdürm. Yeganə qızına mart ayında kartlarını verməyə söz vermişdir. Lakin qızının kartı gəlmədiyindən Yeganənin onları aldatdığını başa düşmüşlər. Bundan sonra qızı Yeganəyə pul verən qonşuları ilə birlikdə şikayət etmişlər. Sonradan isə o, Yeganədən pulunu ala bilmədiyindən eyni zamanda Yeganənin barəsində cinayət işi başlandığını eşitdiyindən Yeganənin barəsində 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəyən zərəri tam ödəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilмиш Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, tanışı Gülnarın vasitəsi ilə tanımışdır. Həmin vaxtı o, eşitmişdir ki, Yeganə əldən qızıl zinyət əşyaları alıb satır. Həmin vaxtı o, özünə məxsus olan qızıl zinyət əşyalarını sataraq özünə avtomobil almaq istəmişdir. O, qızıllarını bir neçə mağazaya aparıb qiymətlərini yoxlatmış, mağazalar qızılları ucuz qiymətə yəni “lom” qiymətinə dəyərindən aşağı istədiklərindən satmamışdır. Lakin Yeganə ilə söhbət etdiyi zaman Yeganə həmin qızılları yuxarı qiymətə sata biləcəyini, özünə bir qədər qazanc götürüb qalan pulu ona verəcəyini demişdir. Yegənənin təklifi ona cəlb edici göründüyündən o, Yeganə ilə razılaşmışdır. İlk olaraq Yeganə ondan 5000 manat dəyərində dörd cüt sırğa, bir ədəd boyunbağı, bir dəst komplekt sırğa və üzük almışdır. Həmin vaxtı Yeganə ona 1000 manat pul vermiş, qalan pulu isə verəcəyini bildirmişdir. Bir müddət sonra isə Yeganə onun yaşadığı evə gələrək dörd ədəd qızıl üzük, iki ədəd boyunbağı, iki ədəd boyunbağı klonu və hər biri 35 manat olan 10 ədəd qolbağı götürmüşdür. Həmin vaxtı da Yeganə ona 2300 manat pul vermişdir. Qalan pulu isə qızılları satdıqdan sonra verəcəyini bildirmişdir. Sonradan o, Yeganənin çoxlu sayda adamları aldadaraq pullarını ələ keçirdiyini eşitmiş və Yeganədən pulunu istədikdə müxtəlif bəhanələrlə Yeganə onun pulunu verməkdən boyun qaçırmışdır. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, o, Yeganəyə ümumilikdə bir cüt 750 əyarlı 9 qram çəkisi olan, 2200 manat dəyərində briliyyant sırğa, bir cüt 750 əyarlı 3 qram çəkisi olan 150 manat dəyərində sırğa, bir dəst 11 qram çəkisi və 1000 manat dəyəri olan 583 əyarlı sırğa və üzük, bir ədəd 150 manat dəyəri olan 2 qram çəkisə 583 əyarlı qızıl üzük, bir ədəd 220 manat dəyərində 4 qram çəkisi olan 750 əyarlı “kalso” üzük, bir ədəd 2500 manat dəyərində 18 qram çəkisi olan 750 əyarlı qızıl boyunbağı, bir cüt 480 manat dəyərində 6 qram çəkisi olan 585 əyarlı qızıl sırğa, nir ədəd 900 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qızıl üzük, bir cüt 340 manat dəyərində 5 qram çəkidə 585 əyarlı qızıl sırğa, bir ədəd 700 manat dəyərində 7 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, bir ədəd 620 manat dəyəri olan 8 qram çəkisi olan 585 əyarlı qızıl klon, bir ədəd 650 manat dəyərində 6 qram çəkidə 750 əyarlı briliyyant qaşlı üzük, bir ədəd 850 manat dəyərində 6 qram çəkidə 750 əyarlı briliyyant qaşlı üzük, bir ədəd 150 manat dəyərində 2 qram çəkidə 585 əyarlı açar formalı klon, bir ədəd 250 manat dəyərində 3 qram çəkidə 583 əyarlı qızıl boyunbağı və 7 ədəd təxminən bir qram yaxın qızılı olan 585 əyarlı hər biri 45 manat olan qolbağıları vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəyən zərəri tam ödəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Əfsanənin vasitəsilə tanımışdır. Əfsanənin uşağı ilə onun xalası qızı Zərərçəkmiş şəxs1 uşağı bir sinifdə oxuduqları üçün tanışlıqları olmuşdur. 2021-ci ilin dekabr ayında Nərgiz yaşadığı evə qonaq gedən zaman özünə sosial düzəltdirdiyini dediyi üçün oda düzəltdirmək istədiyini bildirmişdir. Nərgiz Əfsanəyə zəng edərək onun barəsində demiş və onlar birlikdə Əfsanənin evinə getmişlər. Onlar Əfsanənin evinə getdikdə artıq Yeganə orada olmuş və Yeganə nə işlə məşğul olmasını soruşub yekunda 3 ay ərzində 800 manat müqabilində ünvanlı sosial yardım düzəldəcəyinə söz vermişdir. O, kasıb adam olduğunu və sosial kartı düzəldib sonunda kartdan götürməsini desədə Yeganə nağd şəkildə işlədiyini demişdir. Bu səbəbdən o, evə gəlib 400 manat pul düzəldib xx.xx.2022-ci il tarixdə Yeganə ilə mobil telefonla danışmış və danışıq zamanı Yeganə Əfsanə yaşadığı evə gəlməsini demişdir. Buna görədə o, xalası qızı Nərgizlə birlikdə Əfsanə yaşadığı evə gedib 400 manat pulu şəxsən Yeganənin özünə vermişdir. Bundan əlavə o, Yeganəyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini, covid-19 pasportlarını, kreditlərinin olması barədə sənədlərinin surətini Yeganəyə vermişdir. O, pulu verəndən sonra Yeganəyə nə vaxta ünvanlı sosial yardımın hazır olacağını soruşanda Yeganə ona 2022-ci ilin mart ayınadək hazır olacağına söz vermişdir. Eyni zamanda qalıq qalan Yeganəyə veriləcək 400 manatı artıq verə bilməyəcəyini və kart hazır olduqda kartdan çıxarmasını demiş və Yeganə onunla razılaşmış, lakin xx.xx.2022-ci il tarixdə Yeganə ona zəng edərək əgər sosial yardım düzəltdirmək istəyirsə qalıq qalan 400 manatı da düzəldib verməli olduğunu, yaxud verdiyi 400 manatında batacağını demişdir. Bu səbəbdən o, məcbur qalıb borc pul toplayıb Yeganə ilə mobil telefonla danışmış və danışıq zamanı Yeganə əvvəlcə karta yükləməsini desədə sonunda Əfsanəyə verməsini, özü Əfsanədən götürəcəyini demişdir. O, xalası qızı Nərgizlə birlikdə Əfsanə yaşadığı evə gedib 400 manat pulu Əfsanəyə vermişdir. 2022-ci ilin mart ayının əvvəlində Yeganə ona zəng edərək sənədlərin Bakı şəhərində hazır olduğunu və hazırda Şəmkir rayonuna gəlməsi üçün 20 manat ödəniş etməli olduğunu demişdir. Həmn vaxtı qohumu Nərgiz, Nərgizin qonşusu Yeganəyə pul verən Aysel və o, hərəsinə 20 manat olmaqla Yeganənin kartına ödədikdən sonra Yeganə vədlər versədə sosial kartı düzəlmədiyi üçün o, məcbur olub özü sosial müdafiə fonduna gedib maraqlandıqda adına heç bir sənəd omadığı deyiləndən sonra aldadıldığını anlamışdır. Bundan sonra dəfələrlə Yeganəyə zəng edərək pulunu tələb etsədə heç bir nəticəsi olmamışdır. Ona görə də Yeganənin barəsində sikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdr ki, 2021-ilin sentyabr ayında yaşadığı kənddə Yusif adlı həmkəndlinin pensiyasının kəsildiyini, Yeganə adlı qadının pensiyasını bərpa etdirdiyini eşitmişdir. O, maraqlandıqda Yeganənin ünvanlı sosial yardım düzəltmək üçün də köməklik etdiyini eşitmişdir. Ona görə də Yeganə Yusifgilə gəldiyindən o da Yusifgilə gedərək Yegənədən ona ünvanlı sosial yardım düzətməyə köməklik edə bilib bilməyəcəyini soruşmuşdur. Yeganə də heç bir problem olmadığını 500 manat müqabilində ona ünvanlı sosial yardım düzəltdirəcəyini bildirmişdir. Eyni zamanda qohununun Bakı şəhərində Sosial Müdafiə Fonduda işlədiyini və özünün göndərdiyi sənədlərə həmin şəxsin nəzarət etdiyini və heç bir sənədə imtina gəlmədiyini bildirmişdir. Onların ayda təxminən 400 manat sosial yardım alacağını demişdir. Bundan sonra o, evdə məsləhət etmiş və ərinin razılığı olduqdan sonra 485 manat pul düzəltdikdən sonra Yeganə həmin vaxtı Yusifgilə gəldiyində o, Yusifgilə getmiş və Yegənə ona az vaxta sənədləri yola salacağaını bildirmişdir. Ondan pulu götürdükdən sonra ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini və aylıq ödədiyi işıq pulu qəbzlərini götürmüş, digər lazımı sənədləri isə özü toplayacağını bildirmişdir. O, Yeganəyə dediyi 500 manat deyil 485 manat düzəltdiyini bildirdikdə Yeganə heç bir etiraz etmədən həmin pulu ondan götürmüşdür. İki-üç ay ərzində onun ünvanlı sosial yardımının düzələcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, 2021-ci ilin oktybar ayında məktəbə uşağı götürmək üçün getdiyində uşağın dərsdən çıxmağı gözlədiyi zaman valideyinlər arasında söhbət etdiyində ünvanlı sosial yardımdan söhbət düşmüş və o, həmin vaxtı sənədlərini verdiyini bildirmişdir. Valideyinlər ondan Yeganə barədə soruşduqda o, Yeganə barədə həmin valideyinlərə bildirmiş və bütün sənədləri Yeganənin toplayacağını, özünün heç bir sənəd dalınca getməyəcəyini demişir. Bundan sonra valediyinlərdən Nərgiz ona Yegənə onlara gəldiyində xəbər etməsini xahiş etmişdir. Eyni zamanda Yeganənin nömrəsini ondan götürmüşdür. Bundan sonra bir gün Nərgiz ona zəng edərək Yeganə ilə danışdığını və onlarda görüşəcəklərini bildirmişdir. O da Nərgizə heç bir etiraz etməmişdir. Həmin vaxtı Yeganədə onlara gəlmiş, daha sonra da Nərgizdə onlara gələrək öz aralarında söhbət etmişlər və sosial yardım düzəltmək üçün razılaşmışlar. Bundan sonra Nərgizlə Yeganə bir daha onlarda görüşmüş və Nərgiz Yeganəyə ünvanlı sosial yardım düzəltmək üçün pul vermişdir. O, Nərgizin Yeganəyə nə qədər pul verməsini bilməmişdir. Daha sonra isə Nərgiz öz qohumlarınıda onlara gətirərək Yeganə ilə görüşmüş və qohumlarından Aysel, Gülnarəni onlarda Yeganə ilə görüşdürmüş və Yeganə ilə razılaşaraq özlərinə ünvanlı sosial yardım düzəldilməsi üçün pul vermişlər. Həmin vaxtı 2021-ci ilin təxminən oktyabr noyabr ayları olmuşdur. Həmin müddətlərdə o, Nərgizlə Könüllü kəndində yaşayan dayısı qızı olan Güllünün yanına dırnaqlarını düzəltdirmək üçün getmişdir. Orada olduğu zaman Nərgiz Güllünün ərindən boşandığını və ona da Yeganə vasitəsi ilə ünvanlı sosial yardım düzəltməyi xahiş etmişdir. O, zəng edərək Yeganəyə Güllü barədə məlumat verərək Güllüyə ünvanlı sosial yardım düşüb düşməyəcəyini soruşduqda Yegənə düşdüyünü və onlara gəlib söhbət edəcəyini bildirmişdir. Bir neçə gün sonra Güllü ilə Yeganə onlarda görüşmüş və razılaşmışlar. Güllü pulu Nərgizin yanında verdiyindən o, Güllünün Yeganəyə nə qədər pul verməsini bilməmişdir. 2021-ci ilin dekabr ayının sonlarına yaxın Yeganə onlara gəldiyində Nərgiz anası ilə onlara gələrək anasında pensiya düzəldə bilib bilməyəcəyini Yeganədən soruşmüşdür. Yeganə də heç bir problem olmadığını düzəldə biləcəyini demişdir. Onun bildiyi qədər Nərgizin anası ilə Yegənə pensiya düzəldilməsini 2000 manata razılaşmışlar. Bundan bir müddət sonra Yeganə ilə Nərgizin anası yenidən onun yaşadığı evdə görüşərək dəqiq bilmədiyi 1000 manatdan yuxarı məbləğdə pulu Yeganəyə vermişlər. Eyni zamanda özlərinə məxsus sənədlərin surətlərinidə Yeganəyə vermişlər. Bundan sonra onlar dəfələrlə Yeganə ilə danışdıqda Yeganə hər dəfə az vaxta pulların yüklənəcəyini bildirmişdir. 2022-ci ilin fevral ayında isə Azərbaycan Beynəlxalq bankına məxsus kartı ona gətirib verərək həmin karta onun ünvanlı sosial yardım yüklənəcəyini bildimişdir. Az sonra o, həmin kartı yoxladıqda kartın Yeganənin adına olmasını görmüş və Yeganəyə zəng edərək kartın öz adına olduğunu və onun kartının necə olacağını soruşmüşdür. Yegənədə ona öz adına olan kartın sonradan gələcəyini, ilkin olaraq pulların həmin karta vuralacağını bildirmişdir. Daha sonra isə pulların gecikmə səbəbi kimi ünvanlı sosial yardımların artılacağını göstərmişdir. O, isə bundan sonra artıq Yeganənin onların aldatdığını başa düşmüşdür. Sonradan isə onlar Yeganənin tutulduğunu, onun kimi çox adamları aldatdığını eşitmişdir. Şahid ifadəsində həmçinin bildirmişdir ki, o, əlavə şəxsləri Təqsirləndirilən şəxs ilə tanış etdiyində onun heç bir marağı olmamışdır, həmin şəxsləri Yeganə ilə tanış etməsinə görə ona hər hansı məbləğdə pul verilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, onunn təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-58/2023 saylı, 16 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 5 (beş) ayın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 10 (on) ay təyin olunmuş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzrəində qəti olaraq, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun zərərçəkmiş şəxslərin, şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. O zərərçəkənlərin zərərini ödəsə də onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən (dövlət büdcəsinə ödəniş etmədiyindən) və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələrə izah edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Мящкямя, мящкямя истинтагы заманы тядгиг едилмиш сцбутларын тягсирляндирилян шяхс Təqsirləndirilən şəxs тягсиринин сцбута йетирилмяси цчцн мютябяр олдуьу вя кифайят етдийи гянаятиня эялир вя гиймятляндириб нязяря алыр. Sadalanan сцбутларын мяъмусу иля мящкямя беля нятиъяйя эялир ки, тягсирляндирилян шяхс Təqsirləndirilən şəxs тюрятдийи ъинайят ямялиндя тягсири зярярчякмиш шяхсlərин, şahidlərin ифадяляри вя ишин бцтцн материаллары иля там сцбута йетирилмишдир. Тягсирляндирилян шяхс Təqsirləndirilən şəxs ъинайят ямяли Азярбайъан Республикасынын ЪМ-нин 178.2.2 və 178.2.4-cü maddəsi иля тювсиф olunmalı вя о, щямин маддя иля təqsirli bilinərək ъязаланмалыдыр. Азярбайъан Республикасы ЪМ-нин 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Мящкямяляр тяряфиндян ъинайят ъязаларынын тяйин едилмяси тяърцбяси щаггында» Азярбайъан Республикасы Али Мящкямяси Пленумунун 25 ийун 2003-ъц ил тарихли, 4 сайлы Qярарынын 3-ъц бяндинин 2-ъи щиссясиня эюря мящкямяляр бюйцк иътимаи тящлцкя тюрятмяйян вя йа аз аьыр ъинайят тюрятмиш, ъямиййятдян тяърид едилмясиня ещтийаъ олмайан шяхс барясиндя ишин конкрет щалларыны, шяхсиййяти барядя мялуматлары нязяря алмагла даща йцнэцл ъяза тяйин едилмяси мясялясини мцзакиря етмялидир. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəməsini məhkəmə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar hesab edir. Oнун ъязасыны аьырлашдыран щал йохдур. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 5 (beş) ayın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 10 (on) ay təyin olunmuş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzrəində qəti olaraq, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs hazırda ona istinad edilən cinayət əməlini barəsində Şəmkir rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən edilərsə ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin təqsirli bilindiyi 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Şəmkir rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qətimkan tədbiri barədə məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 hal-hazırda Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyindən CPMnin 155.1.5 və 155.5-ci maddəsinə əsasən onun barəsində qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili X10 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə щюкм етди: Təqsirləndirilən şəxs Азярбайъан Республикасынын Ъинайят Мяъяллясинин 178.2.2 və 178.2.4-cü маддяси иля нязярдя тутулмуш ъинайят əməlinи тюрятмякдя тягсирли билинсин вя ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şəmkir rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü ilə ilə Təqsirləndirilən şəxsна təyin edilmiş 1 (bir il) 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, axşam saat 20:00-dan səhər saat 07:00-dək Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbəsində üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməyə başladığı vaxtdan, Şəmkir rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-9/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-9/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver