Məhkəmə qərarları › İş №1(076)-9/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-9/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-9/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, təqsirləndirilən şəxsin müdafiəçi– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər– Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxx 1995–ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Atatürk prospekti bina-129, mənzi-10A ünvanında yaşayan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2–ci maddələri ilə, xx xxxxxx 1985–ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda cəza çəkən, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti-265 ünvanında qeydiyyatda olmaqla, ünvan 4də başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2–ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik xəttini gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, oğlu tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixə keçən gecə dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/152 nömrəli subartezian quyusunun 40 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 300 (üç yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixə keçən gecə dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/153 nömrəli subartezian quyusunun 40 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 300 (üç yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/223 nömrəli subartezian quyusunun 45 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 337 (üç yüz otuz yeddi) manat 50 (əlli) qəpik dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/311 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/341 nömrəli subartezian quyusunun 32 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 240 (iki yüz qırx) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/353 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Abbaslı kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/470 nömrəli subartezian quyusunun 50 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 375 (üç yüz yetmiş beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu Abbaslı kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri idarəsinin tabeçiliyindəki 4/380 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/253 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Abbaslı kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri idarəsinin tabeçiliyindəki 4/424 nömrəli subartezian quyusunun 50 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 375 (üç yüz yetmiş beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus subartezian quyusunun 120 metr uzunluğunda elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 900 (doqquz yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/214 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbirolan bir qrup şəxs halında birləşərək 12 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki Şr-254 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik xəttini gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixə keçən gecə dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/152 nömrəli subartezian quyusunun 40 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 300 (üç yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixə keçən gecə dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/153 nömrəli subartezian quyusunun 40 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 300 (üç yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/223 nömrəli subartezian quyusunun 45 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 337 (üç yüz otuz yeddi) manat 50 (əlli) qəpik dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/311 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/341 nömrəli subartezian quyusunun 32 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 240 (iki yüz qırx) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/353 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Abbaslı kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/470 nömrəli subartezian quyusunun 50 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 375 (üç yüz yetmiş beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu Abbaslı kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/380 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/253 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Abbaslı kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/424 nömrəli subartezian quyusunun 50 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 375 (üç yüz yetmiş beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus subartezian quyusunun 120 metr uzunluğunda elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 900 (doqquz yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki 4/214 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyindəki Şr-254 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda olan dövlət əhəmiyyətli elektrik xəttini gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə 225 (iki yüz iyirmi beş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, yalnız Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus subartezian quyusunun 120 metr uzunluğunda elektrik xəttini oğurlamaqla, zərərçəkmiş şəxsə 900 (doqquz yüz) manat dəyərində ziyan vurulması ilə bağlı ittiham üzrə özünü təqsirli hesab etmir, həmin oğurluq hadisəsində iştirak etməmişdir. Digər epizodlar üzrə ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edir. Belə ki, 2023-cü ilin aprel ayının əvvəllərində Xəyyam yanına gələrək avtomobilinin etibarnaməsinin olubolmadığını soruşmuş, ona hansı səbəbdən bu cür sual verdiyini deyən zaman, maddi durumunun yaxşı olmadığını bildirib, oğurluq etmələrini təklif etmişdir. O, da heç bir etiraz etməmişdir. 04 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixə keçən gecə saat təxminən 03 radələrində o və Xəyyam VAZ-2107 markalı, **-BC-*** nömrə nişanlı avtomobillə Şəmkir rayonu, Könüllü kəndinə gəlmişlər. Kəndə daxil olub ətrafda, yaxınlıqda subartezian quyusu axtarmağa başlamışlar. Bu zaman qarşılarına çıxan ya 2 ya da 3 yerdən subartezian quyusunun naqillərini kəsmişlər. Bu zaman o, kənarda dayanmış, Xəyyam isə əvvəllər işıq idarəsində işlədiyindən, özü ilə götürdüyü qayçı ilə subartezian quyularına gedən hər üç xətti kəsib avtomobilə gətirmişdir. Həmin yerlərdən naqilləri kəsdikdən sonra Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən zibillikdə yandırmışlar, üzərinin izolyasiyasını təmizlədikdən sonra həmin naqilləri avtomobilə qoymuşlar, avtomobildə səhərin açılmasını gözləmişlər. Səhər açıldıqdan sonra Xəyyam naqilləri Gəncə şəhəri “Əllərin” dairəsində yerləşən metal qəbulu məntəqəsinə satmağı təklif etmişdir. Birlikdə həmin yerə getmişlər, oğurladıqları naqilləri ümumilikdə 140 manat pulun qarşılığında həmin yerə satmışlar. Naqilləri satdıqdan sonra əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. Həmin günün səhəri, yəni 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə saat təxminən gecə 03 radələrində yenə də naqil oğurlamaq qərarına gəlmişlər. Birlikdə Şəmkir rayonu, Könüllü kəndinə gəldikdən sonra Xəyyam 3 ədəd subartezian quyusuna daxil olan və çıxan bütün naqilləri kəsmiş, sonradan Şəmkir rayonunda yerləşən başqa kəndlərə də baxmaq, yenə də oğurluq etmək qərarına gəlmişlər. Oradan avtomobili Şəmkir rayonu Seyfəli kəndinə sürmüşlər. Xəyyam Seyfəli kəndində müxtəlif yerlərdə yerləşən 4 ədəd subartezian quyusuna daxil olan və çıxan bütün elektrik naqillərini kəsib avtomobilə qoymuşdur. Oradan çıxıb yenə də Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən zibilliyə getmişlər, naqilləri oradan yandırdıqdan sonra səhər açılmağını gözləyib naqilləri yenə bir gün əvvəl getdikləri metal qəbulu məntəqəsinə aparıb satmışlar. Bu zaman 300 manat pul əldə etmişlər, əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. Bundan sonra tutulmaq ehtimalını düşünüb bir neçə gün oğurluq etməmişlər. 12 aprel 2023-cü il tarixdə isə yenə də oğurluq etmək qərarına gəlmişlər. 12 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixə keçən gecə saat 04 radələrində o, və Xəyyam birlikdə ona məxsus avtomobillə Şəmkir rayonu, Seyfəli kəndinə gəlmişlər, kənddə müxtəlif yerlərdə subartezian quyusu axtarmışlar, 3 ədəd subartezian quyusunun naqillərini kəsib avtomobilə qoyaraq Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən zibilliyə getmişlər. Orada naqilləri yandırmışlar, səhər açıldıqdan sonra isə yanmış naqilləri ilk iki gün satdıqları “Əllərin” dairəsində yerləşən yerə aparıb 168 manata satmışlar, pulu isə bərabər şəkildə bölmüşlər. Həmin oğurluq hadisələri zamanı onlara kömək edən başqa heç kim olmamışdır. Oğurladıqları naqilləri satan zaman metal qəbulu məntəqəsinə şəxsiyyət vəsiqəsini ilk dəfə vermişlər, lakin sonradan orada vəsiqələri olduğu üçün onlardan vəsiqə istəməmişlər. Onlara həmin naqillərin özlərinə məxsus olduğunu deyib satmışlar, oğurluq olduğunu deməmişlər. Onlar hər dəfə oğurluq üçün gedən zaman 1 ədəd quyunun naqillərini oğurlamaq istəsələr də, hər dəfə yeni subartezian quyusu qarşılarına çıxan zaman yenə də naqilləri oğurlamaq niyyətləri yaranmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, yalnız Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus subartezian quyusunun 120 metr uzunluğunda elektrik xəttini oğurlamaqla, zərərçəkmiş şəxsə 900 (doqquz yüz) manat dəyərində ziyan vurulması ilə bağlı ittiham üzrə özünü təqsirli hesab etmir, həmin oğurluq hadisəsində iştirak etməmişdir. Digər epizodlar üzrə ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edir. Belə ki, 2023-cü ilin aprel ayının əvvəllərində Rəşad özünə VAZ-2107 markalı avtomobil almışdır. Həmin vaxtlarda Rəşaddan avtomobilə etibarnaməsinin olub-olmamasını soruşmuş, Rəşad isə 1- 2 gün müddətində etibarnamə alacağını deyib hansı səbəbdən avtomobilin etibarnaməsi barədə ona sual verdiyini soruşmuşdur. O, isə maddi durumunun yaxşı olmadığını, Şəmkir rayonuna gedib subartezian quyularının naqillərini oğurlamağı təklif etmişdir. Rəşad isə ona heç bir etiraz etməmiş, bundan bir neçə gün sonra, 04 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixə keçən gecə saat təxminən 03 radələrində o, və Rəşad VAZ-2107 markalı, **-BC-*** nömrə nişanlı avtomobillə Şəmkir rayonu, Könüllü kəndinə gəlmişlər. Kəndə daxil olub ətrafda, yaxınlıqda subartezian quyusu axtarmağa başlamışlar. Bu zaman qabaqlarına çıxan ya 2 ya da 3 yerdən subartezian quyusunun naqillərini kəsmişlər. Həmin vaxt Rəşad kənarda dayanmış, o, isə əvvəllər işıq idarəsində işlədiyindən, özü ilə götürdüyü qayçı ilə subartezian quyularına gedən hər üç xətti kəsib avtomobilə gətirmişdir. Həmin yerlərdən naqilləri kəsdikdən sonra Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən zibillikdə yandırmışlar, üzərinin izolasiyasını təmizlədikdən sonra həmin naqilləri avtomobilə qoymuşlar, avtomobildə səhərin açılmasını gözləmişlər. Səhər açıldıqdan sonra naqilləri Gəncə şəhəri “Əllərin” dairəsində yerləşən metal qəbulu məntəqəsinə satmağı təklif etmişlər. Birlikdə həmin yerə getmişlər, oğurladıqları naqilləri ümumilikdə 140 manat pulun qarşılığında həmin yerə satmışlar. Naqilləri satdıqdan sonra əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. Həmin günün səhəri, yəni 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə saat təxminən gecə 03 radələrində yenə də naqil oğurlamaq qərarına gəlmişlər. Birlikdə Şəmkir rayonu, Könüllü kəndinə gəldikdən sonra 3 ədəd subartezian quyusuna daxil olan və çıxan bütün naqilləri kəsmiş, sonradan Şəmkir rayonunda yerləşən başqa kəndlərə də baxmaq, yenə də oğurluq etmək qərarına gəlmişlər. Oradan avtomobili Şəmkir rayonu, Seyfəli kəndinə sürmüşlər. O, Seyfəli kəndində müxtəlif yerlərdə yerləşən 4 ədəd subartezian quyusuna daxil olan və çıxan bütün elektrik naqillərini kəsib avtomobilə qoymuşdur. Oradan çıxıb yenə də Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən zibilliyə getmişlər, naqilləri oradan yandırdıqdan sonra səhərin açılmağını gözləyib naqilləri yenə bir gün əvvəl getdikləri metal qəbulu məntəqəsinə aparıb satmışlar. Bu zaman 300 manat pul əldə etmişlər, əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. Bundan sonra tutulmaq ehtimalını düşünüb bir neçə gün oğurluq etməmişlər. 12 aprel 2023-cü il tarixdə isə yenə də oğurluq etmək qərarına gəlmişlər. 12 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixə keçən gecə saat 04 radələrində o, və Rəşad birlikdə Rəşada məxsus avtomobillə Şəmkir rayonu, Seyfəli kəndinə gəlmişlər, kənddə müxtəlif yerlərdə subartezian quyusu axtarmışlar, 3 ədəd subartezian quyusunun naqillərini kəsib avtomobilə qoyaraq Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən zibilliyə getmişlər. Orada naqilləri yandırmışlar, səhər açıldıqdan sonra isə yanmış naqilləri ilk iki gün satdıqları “Əllərin” dairəsində yerləşən yerə aparıb 168 manata satmışlar, pulu isə bərabər şəkildə bölmüşlər. Həmin oğurluq hadisələri zamanı onlara kömək edən başqa heç kim olmamışdır. Oğurladıqları naqilləri satan zaman metal qəbulu məntəqəsinə şəxsiyyət vəsiqəsini ilk dəfə vermişlər, lakin sonradan orada vəsiqələri olduğu üçün onlardan vəsiqə istəməmişlər. Onlara həmin naqillərin özlərinə məxsus olduğunu deyib satmışlar, oğurluq olduğunu deməmişlər. Onlar hər dəfə oğurluq üçün gedən zaman 1 ədəd quyunun naqillərini oğurlamaq istəsələr də, hər dəfə yeni subartezian quyusu qarşılarına çıxan zaman yenə də naqilləri oğurlamaq niyyətləri yaranmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etmişdir, onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər zərərçəkmiş şəxs Şəmkir SMSİİ-nə 1044.00 manat dəyərində elektirik naqillərini geri qaytarmışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq 04 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixə keçən gecə Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyində olan 4/152 nömrəli subartezian quyusunun 40 metr uzunluğunda, 300 manat dəyərində, 4/153 nömrəli subartezian quyusunun 40 metr uzunluğunda, 300 manat dəyərində olan dövlət əhəmiyyətli elektrik xəttini, 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə keçən gecə Şəmkir rayonu, Könüllü kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyində olan 4/223 nömrəli subartezian quyusunun 45 metr uzunluğunda, 337 manat 50 qəpik dəyərində, 4/311 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda, 225 manat dəyərində, 4/341 nömrəli subartezian quyusunun 32 metr uzunluğunda, 240 manat dəyərində, 4/353 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda, 225 manat dəyərində olan dövlət əhəmiyyətli elektrik xəttini, 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə Şəmkir rayonu, Abbaslı kəndində yerləşən, Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinin tabeçiliyində olan 4/470 nömrəli subartezian quyusunun 50 metr uzunluğunda, 375 manat dəyərində, 4/380 nömrəli subartezian quyusunun 30 metr uzunluğunda, 225 manat dəyərində olan dövlət əhəmiyyətli 25 VPP markalı mis elektrik naqillərini gizlin olaraq oğurlamışlar. Qeyd olunan oğurluq hadisəsi nəticəsində Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinə 4000 manatdan çox maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 Şəmkir SMSİİ-nə 1044.00 manat dəyərində elektirik naqillərini geri qaytarmış, qalan ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özü təqaüdçüdür. Həmçinin, ailəsini dolandırmaq üçün Könüllü kəndində meyvə bağları var və orada təsərrüfatla məşğuldur. Meyvə bağlarının ətrafına 120 metr uzunluğunda elektrik kabeli çəkmişdir. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə o, zəng etmiş və həmin tarixdə Şəmkir Rayon Polis Şöbəsinə o, özü müraciət etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər onun meyvə bağının ətrafına çəkdiyi 120 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Həmin elektrik naqili ilə bağın su nasosunun avadanlıqlarını və digər avadanlıqları işlətmişdir. O, sonradan bilmişdir ki, arteziandan elektrik naqillərini Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamış, həmin şəxslər polislər tərəfindən tutulmuşdur. Sonradan polis şöbəsində bilmişdir ki, həmin şəxslər Şəmkir rayonunun ayrı-ayrı kəndləri ərazisindən də artezian quyularının elektrik naqillərini oğurlamışlar. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Abbaslı kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğuldur. Yaşadıqları kənddə kənd sakinlərinin istifadə etməsi üçün artezian quyuları qazılmışdır. Artezian suyundan həm təsərrüfatda istifadə edirlər, həm də kənd sakinləri içməli su kimi istifadə edir. Həmin artezianın elektrik naqilləri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, sonradan bilmişdir ki, arteziandan elektrik naqillərini Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamış, həmin şəxslər polislər tərəfindən tutulmuşdur. Elektrik naqilləri oğurlanmış artezianlar təxminən 40 il bundan əvvəl dövlət tərəfindən qazılmışdır. Həmin artezian 04/424 nömrəsi ilə işləmişdir. Arteziandan 50 metr uzunluğunda elektrik naqili oğurlanmışdır ki, həmin elektrik naqilinin 01 metri 08 manatdan almışlar. Sonradan polis şöbəsində bilmişdir ki, həmin şəxslər Şəmkir rayonunun ayrı-ayrı kəndləri ərazisindən də artezian quyularının elektrik naqillərini oğurlamışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Könüllü kəndində yaşayır. Özü rəsmi olaraq Şəmkir rayon Suvarma Sistemləri İdarəsində nəzarətçi vəzifəsində işləyir. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər Şəmkir SSİ-nin balansında olan, lakin onun tərəfdən nəzarət edilən 04/223 nömrəli artezian quyusuna aid transformatora gələn 43 metr 20VPN kabeli, 04/341 nömrəli artezian quyusuna aid transformatora gələn 32 metrə 20VPN kabeli aid elektrik kabelini, 04/311 nömrəli artezian quyusuna aid transformatora gələn 30 metr elektrik kabelini və 04/353 nömrəli artezian quyusuna aid transformatora gələn 30 metr elektrik kabelini oğurlanmışdır. Həmin artezian kənd sakinlərinin istifadə etməsi üçün qazılmışdır. Artezian suyundan həm təsərrüfatda, həm də içməli su kimi istifadə edirlər. Sonradan bilmişlər ki, arteziandan elektrik naqillərini Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamış, həmin şəxslər polislər tərəfindən tutulmuşdur. Elektrik naqilləri oğurlanmış artezianlar dövlət tərəfindən qazılmış, kənd camaatının istifadəsinə verilmişdir. Sonradan polis şöbəsində bilmişlər ki, həmin şəxslər Şəmkir rayonunun ayrı-ayrı kəndləri ərazisindən də artezian quyularının elektrik naqillərini oğurlamışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 da Şahid8 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğuldur. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Yaşadıqları kənddə quraşdırılmış 380 saylı subartezian su quyusundan 50-yə yaxın ailə həm təsərrüfatda istifadə edir, həm də içməli su kimi istifadə edir. Həmin artezianın elektrik naqilləri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Sonradan bilmişlər ki, arteziandan elektrik naqillərini Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamış, həmin şəxslər polislər tərəfindən tutulmuşdur. Elektrik naqilləri oğurlanmış artezianlar təxminən 40 il bundan əvvəl dövlət tərəfindən qazılmışdır. Arteziandan 30 metr uzunluğunda elektrik naqili oğurlanmışdır ki, həmin elektrik naqilinin 01 metri 07-08 manatdan almışlar. Sonradan polis şöbəsində bilmişlər ki, həmin şəxslər Şəmkir rayonunun ayrı-ayrı kəndləri ərazisindən də artezian quyularının elektrik naqillərini oğurlamışlar. Həmin artezian hadisədən təxminən bir ay əvvəl istifadəyə yarasız hala düşdüyündən 50 ailə arasında təxminən 400 manat pul yığılıb təmir olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Yaşadıqları kənddə kənd sakinlərinin istifadə etməsi üçün artezian quyulan qazılmışdır. Artezian suyundan həm təsərrüfatda istifadə edirlər, həm də kənd sakinləri içməli su kimi istifadə edir. Həmin artezianın elektrik naqilləri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Sonradan bilmişlər ki, arteziandan elektrik naqillərini Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamış, həmin şəxslər polislər tərəfindən tutulmuşdur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid5 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Abbaslı kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğuldur. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Yaşadıqları kənddə kənd sakinlərinin istifadə etməsi üçün artezian quyulan qazılmışdır. Artezian suyundan həm təsərrüfatda istifadə edirlər, həm də kənd sakinləri içməli su kimi istifadə edir. Həmin artezianın elektrik naqilləri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Sonradan bilmişlər ki, arteziandan elektrik naqillərini Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamış, həmin şəxslər polislər tərəfindən tutulmuşdur. Elektrik naqilləri oğurlanmış artezianlar təxminən 40 il bundan əvvəl dövlət tərəfindən qazılmışdır. Həmin artezian 04/470 nömrəsi ilə işləmişdir. Arteziandan 50 metr uzunluğunda elektrik naqili oğurlanmışdır ki, həmin elektrik naqilinin 01 metri 08 manatdan almışlar. Sonradan polis şöbəsində bilmişlər ki, həmin şəxslər Şəmkir rayonunun ayrı-ayrı kəndləri ərazisindən də artezian quyularının elektrik naqillərini oğurlamışlar. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən Şəmkir rayonu SSİ-nin balansında olan 04/157 nömrəli və 04/153 nömrəli subartezian quyularına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən Şəmkir rayonu SSİ-nin balansında olan 04/223 nömrəli, 04/341 nömrəli, 04/311 nömrəli və 04/353 nömrəli subartezian quyularına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən Şəmkir rayonu SSİ-nin balansında olan 04/470 nömrəli subartezian quyusuna baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Seyfəli kəndində yerləşən Şəmkir rayonu SSİ-nin balansında olan 04/380 nömrəli subartezian quyusuna baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Seyfəli kəndində yerləşən Şəmkir rayonu SSİ-nin balansında olan subartezian quyusuna baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixdə Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində mövcud olan 04/152, 04/153, 04/353, 04/311, 04/341 və 04/223 reper nömrəli subartezian quyularının kəsilmiş və götürülmüş naqillərin qiyməti, 04/152 nömrəli subartezian quyusunn 40 metr 18 VPP markalı naqilin ümumi qiyməti 300 manat, 04/153 nömrəli subartezian quyusunun 40 metr 18 VPP markalı naqilin ümumi qiyməti 300 manat, 04/353 nömrəli subartezian quyusunun 43 metr 20 VPP markalı naqilin ümumi qiyməti 225 manat, 04/311 nömrəli subartezian quyusunun 30 metr 20 VPP markalı naqilin ümumi qiyməti 225 manat, 04/341 nömrəli subartezian quyusunun 30 metr 20 VPP markalı naqilin ümumi qiyməti 225 manat və 04/223 nömrəli subartezian quyusunun 45 metr 20 VPP markalı naqilin ümumi qiyməti 337,50 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Seyfəli kəndində yerləşən Şəmkir rayonu SSİ-nin balansında olan Şr/254 nömrəli subartezian quyusuna baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixdə Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində mövcud olan Şr/254 reper nömrəli subartezian quyusunun kəsilmiş və götürülmüş 30 metr 25 VPP markalı naqilin ümumi qiyməti 225 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixdə Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində mövcud olan 04/214 reper nömrəli subartezian quyusunun kəsilmiş və götürülmüş 30 metr 25 VPP markalı naqilin ümumi qiyməti 225 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 21 iyun 2023-cü il tarixli 9/3975 nömrəli məhkəməəmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mis naqillərin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4815,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Gəncə Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 1(125)-246/2024 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkum xx.xx.2024-cü il tarixdə şöbədə qeydiyyata alınaraq, ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs2 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özlərini elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs2 məxsus subartizan quyusunun 120 metr uzunluğunda elektrik xəttini oğurlamamalarını bildirsələr də, zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxslərin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxslər bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus subartizan quyusunun 120 metr uzunluğunda elektrik xəttini oğurlamamaları barədə verdikləri ifadələri özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri isə yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, onlara elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidlərin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik xəttini gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişlər. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.2 və 177.2.3-2–ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.2 və 177.2.3-2–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqlatı cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3- 2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinə görə səmimi peşman olmasını, cinayət nəticəsində zərər çəkmiş hüquqi şəxs Şəmkir rayonu Suvarma Sistemləri İdarəsinə dəymiş ziyanı qismən, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyanı isə tam şəkildə könüllü ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş hüquqi şəxsin və digər zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59–cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlinə görə səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59–cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdikdən sonra əməlindən səmimi peşman olaraq cinayət nəticəsində zərər çəkmiş hüquqi şəxsə və digər zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinə cəhdlər etməsini və ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlər etməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2–ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cinayətin törədilməsindən uzun müddət keçməsinə baxmayaraq zərər çəkmiş hüquqi şəxs Şəmkir rayonu Suvarma Sisitemləri İdarəsinə dəymiş ziyanın ödənilməsi üçün heç bir hərəkət etməməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2–ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq–aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 aprel 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 15 aprel 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə yəni, xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 13 aprel 2023–cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin MSY-də azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 13 iyul 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət 03 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2025–ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddəsində müəyyən olunmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə törətmiş olduğu cinayət əməllərini Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir. Buna görə də Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 1(125)-246/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli isə Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmü üzrə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməyə başladığı vaxtdan, yəni Gəncə Şəhər Probasiya şöbəsində qeydiyyata alındığı 05 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, Gəncə şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(125)-246/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin iş üzrə 21 oktyabr 2023–cü il tarixdən 23 oktyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. Həmçinin hazırki cinayət işi üzrə iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 aprel 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 15 aprel 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə yəni, xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 13 aprel 2023–cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin MSY-də azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 13 iyul 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət hər iki cinayət işi üzrə ümumilikdə 03 ay 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində və həbsdə saxlandığı ümumilikdə 03 ay 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 02 gününə bərabər tutularaq, cəmi 06 ay 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan 1 ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-yə dəymiş ziyan tam ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə, zərərçəkmiş hüquqi şəxsin mümayəndəsinə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş hüquqi şəxs tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir və Təqsirləndirilən şəxs1 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 aprel 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2025–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 1(125)-246/2024 saylı cinayət işi üzrə 21 oktyabr 2023–cü il tarixdən 23 oktyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və hazırki cinayət işi üzrə 13 aprel 2023cü il tarixdən 13 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay, cəmi 03 (üç) ay 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 04 (dörd) gün ona qəti olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməyə başladığı vaxtdan, yəni 05 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan, Şəmkir RPŞ-də Saxlanc anbarında saxlanılan, 1 ədəd kəlbətin məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar