Məhkəmə qərarları › İş №1(076)-91/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-91/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-91/2024 06.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X10 Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində DİMÜŞ-nin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayon, Qədimqala kəndində qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şəmkir rayonu Qədimqala kəndində yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs uşaqlara dərsi düzgün yazdırmadığına görə mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlləri ilə Zərərçəkmiş şəxs vuraraq ona sol göz altı nahiyyənin yumşaq toxumalarının şişkinliyi və dərialtı hematoması, sol gözün ağlı qişasına hissəvi qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onlar 8 ildir ki evlidir, birgə nikahdan 3 uşaqları vardır. Hazırda aralarında normal münasibətləri yoxdur. Belə ki bir müddətdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs psixi xəstəliklər vardır. Buna görə də aralarında narazılıq yaranmışdır. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Qədimqala kəndində yaşadığı evə gələn zaman uşaqların dərs oxumağı ilə maraqlanarkən dərsi düzgün yazmadıqlarını bilmiş, buna görə də həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o yumruqla Samirənin sol göz nahiyyəsindən vurmuşdur. Onun törətdiyi əməldən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmaq istəməsini və himayəsində 3 nəfər uşağının olmasının nəzərə alınaraq ona ictimai işlər növündə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onların birgə nikahdan 3 övladı vardır. Hazırda aralarında normal münasibətləri yoxdur. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Qədimqala kəndində yaşadıqları evdə olan zaman o azyaşlı uşaqlarına dərslərini oxumaqda köməklik edərkən, Nəriman gələrək uşaqlara qışqıraraq evin yardımçı tikilisinə gedərək orada dərs oxumalarını bildirmişdir. O da Nərimana uşaqların yardımçı tikiliyə getməyə ehtiyac olmadığını bildirmişdir. Bundan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs üzərinə gələrək yumruqla sol göz nahiyyəsindən vurmuş, daha sonra isə əlləri ilə saçından tutaraq yerə yıxıb yumruqla bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. O da Nərimanın əlindən çıxaraq öz otağına girmişdir. Hazırda onunla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs arasında barışıq əldə olunmamışdır, Təqsirləndirilən şəxs ağır cəza olan həbs təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Fidail qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Qədimqala kəndində Samirə yaşayan evə gedən zaman qızının sifət nahiyəsində xəsarət olmasını görərək ondan nə baş verməsini soruşdur. Samirə isə xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə həyat yoldaşı Təqsirləndirilən şəxs yumruqla vuraraq onu döyməsini bildirmişdir. O da DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. hazırda qızı və nəvələri onun yanında yaşayırlar. Məhkəmə zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İşdə olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30-da Azərbaycan Respublikası DİN 102 xidmətindən operator 1168 məlumat verərək, Şəmkir rayonu, Qədimqala kəndində yaşayan Şahid ***-***-**-** nömrədən zəng edərək qızı Samirə əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb eksperti N.Ə.Məhərrəmovun xx.xx.2024-cü il tarixli 34 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyənin yumşaq toxumalarının şişkinliyi və dərialtı hematoması, sol gözün ağlı qişasına hissəvi qansızma, sağ kürək nahiyəsinin qançırları və döş qəfəsinin ön səthinin sıyrığı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 11 yanvar 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyənin yumşaq toxumalarının şişkinliyi və dərialtı hematoması, sol gözün ağlı qişasına hissəvi qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ kürək nahiyəsinin qançırları və döş qəfəsinin ön səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yeri əyani olaraq göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir rayonu İHB Qədimqala kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Şəmkir rayonu İHB Qədimqala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət xarakterli material daxil olmamışdır. İşdə olan AA3028988 saylı şəxsiyyət vəsiqəsinin, AA1319559 saylı şəxsiyyət vəsiqəsinin və portaldan çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs nikahından xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X1 doğulmuşdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmaq istəməsini bildirməsini, yaşayış yeri üzrə müsbəxt xarakterizə olunmasını şəxsiyyətini müsbəxt xarakterizə edə hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailəsini dolandıran yeganə şəxs olmasını, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı: Kod:805670: VÖEN:**********: Müxbir hesabı: **********944: S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN:**********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulsun. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkən tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım görsətməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı: Kod:805670: VÖEN:**********: Müxbir hesabı: **********944: S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN:**********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpelyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar