Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-91/2025 23.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimov Ağaxan Habil oğlunun katibliyi, Dövlət ittihamçıları–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1971-ci ildə Goranboy rayonu, Mənşəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunamamış, işsiz, Goranboy rayonu, Mənşəli qeydiyyatda olmaqla, Gəncə şəhəri, Süleyman Rəhimov küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə, saat 06 radələrində AC 612135 nömrəli, xx.xx.2014-cü il tarixdə verilmiş, xx.xx.2024-cü il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında X1 məxsus xx.xx.2018-ci il tarixli, ƏN-İV № 450115 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 3110” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəmkir rayonu, Gəncə-Qazax avtomobil yolunun 23-cü kilomertliyində Könüllü kəndinin ərazisindən keçən hissəsində Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən «X15» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda yəni, avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə idarə etməklə yolu hərəkəti üçün təhlükəli şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlak ziyan vurmamalı olduğu halda bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşı istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi “Mersedes Ateko” markalı, **-EH-*** dövlət qeydiyyat nişanı yük avtomobili ilə yolun sonuncuya aid hissəsində toqquşması nəticəsində ehtiyatsızlıqdan özünün idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs alın nahiyəsinin sağ yarısının və sağ qaş nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin mərkəzi hissəsinin sıyrığı, alın sümüyünun, kəllə əsasının və burun sümüklərinin sınığı, sol gözətrafı yumşaq toxumalarının hemotoması, sol gözün ağlı qişasına qansızma, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ diz oynağının və sol baldırın yuxarı üçdə birinin ön səthinin sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi xəsarətindən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs dostu və həmyerlisidir, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şirin ona mobil telefonla zəng vurub birlikdə gecə saatlarında Şəmkir rayonunda yerləşən “Səbət bazarı”na getməyi bildirmiş, o da razılşamışdır. xx.xx.2024-cü il tarixdə özününn idarə etdiyi “QAZ 31 10” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib əkmək üçün kartof almaq məqsədi ilə Şirin öz yaşadığı evdən götürüb Şəmkir rayonu ərazisində yerləşən “Səbət bazarı”na yollanmış, oradan kartof alıb geri qayıdarkən, 31 yanvar 2024-cü il tarixdə, saat 06 radələrində Qazax-Gəncə yolunda Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Şəmkir rayonu Könüllü kəndi ərazisində idarə etdiyi avtomobil qarşıdan gələn avtomobilin hərəkət zolağına çıxmış, orada avtomobili “Ateko Mersedes” markalı yük avtomobili toqquşmuş, hadisədən əvvəl nə qədər çalışsa da toqquşmanın qarşısını ala bilməmişdir. Hadisə baş verdikdən sonra özü qapını açaraq yerə düşmüş, o, yerdə uzanaqlı vəziyyətdə olan zaman Şirini soruşmuş, bir qədər sonra onu xəstəxanaya aparmışlar, xəstəxanada olarkən avtoqəza nəticəsində ölməsini bilmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin ailə üzvlərindən üzrxahlıq etmiş, onlarla barışıq əldə etmişdir. Özü birinci qrup əlildir, yeriyə bilmir, Birinci Qarabağ müharibəsi veteranıdır, atası da həmin müharibədə şəhid olmuşdur, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əridir. Əri Zərərçəkmiş şəxs təsərüffat işləri ilə məşğul olub öz ailəsini dolandırırmış. Təqsirləndirilən şəxsda tanıyır. Mərhum əri Zərərçəkmiş şəxs dostu olmuşdur. Onlar arasında dostluq münasibəti olmuş, münasibətləri yaxşı olmuş, ailəvi gediş gəlişləri olmuşdur. xx.xx.2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs Goranboy rayonu, Todan kəndində yerləşən torpaq sahəsində soğan əkmək üçün Şəmkir rayonu, “Səbət bazar”-ına gedib oradan soğan məhsulu alıb gələcəyini və həmin yerə dostu Təqsirləndirilən şəxsla birlikdə gedəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində mərhum əri Zərərçəkmiş şəxs dostu Ağamalı Məımmədov onlara gəlmiş və əri Zərərçəkmiş şəxs hazırlaşıb onunla Şəmkir rayonu, “Səbət bazarı”-na getmək üçün evdən çıxmışlar. Üzərindən bir neçə saat keçəndən sonra məlumatı olmuş ki, mərhum əri Zərərçəkmiş şəxs dostu Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi tördib və əri Zərərçəkmiş şəxs onun yol nəqliyyat hadisəsi törətməsi nəticəsində hadisə yerində ölmüşdür. O, qohumları ilə birlikdə Şəmkir rayon Mərkəzi xəstəxanasına getmiş və məlum olmuş ki, mərhum əri Şirin İbrahinovun tibbi müayinədən keçirilməsi üçün morqa yerləşdirilib. Bir neçə saatdan sonra əri Zərərçəkmiş şəxs cansız cəsədini tibbi ekpertdən təhvil alaraq Gəncə şəhərinə aparıb qəbirstanlıqda dəfn etmişlər. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus “Mersedes Ateko“ markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var. Yük avtomobili rəsmi olaraq öz adına qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə saat 05:30 radələrində özünə məxsus yük avtombilinə əyləşib mühərrikini işə salmış,yük avtomobilinə əyləşib Tovuz rayonundan mal sifarişi aldığı üçün Tovuz rayonuna gedəcəkmiş. Özünə məxsus yük avtomobilinə əyləşib Gəncə-Şəmkir avtomobil yolu ilə Şəmkir rayon istiqamətində hərəkətdə olub Şəmkir rayon istiqamətində yolun sağ hissəsində yerləşən "xxxx" mərkəzinin yaxınlığına çatmış, öz hərəkət zolağı ilə davam edən zaman qarşıda olan körpünün üzərində görmədiyi avtomobilin işığından avtomobil düşdüyünü və həmin avtomobilin istiqamətinin Gəncə şəhərinə doğu olduğunu görmüşdür. Sonradan ona məlum olan “Qaz 3129” markalı avtomobilin körpüdən düşdüyünü və 70-80 metr uzaqlığından həmin avtomobilin mənim hərəkət zolağına çıxdığını görmüşdür. O, tormoz əyləc sistemini işə salıb yük avtomobilini dayanma həddinə qədər sürəti aşağı salmış, həmin avtomobil hərəkətdə olub onun hərəkət zolağıma çıxmış və ona məxsus yük avtomobilinin qabaq hissəsi ilə toqquşmudur. O, özünə məxsus yük avtomobilindən düşmüş və “QAZ 3129” markalı avtomobilinin qabaq sağ sərnişin əyləşən qapıya yaxınlaşmış və pəncərədən içəri baxan zaman qabaqda bir nəfər sərnişinin əyləşdiyini görmüşdür. Həmin vaxt avtomobilin pəncərələrinin buxar olduğunu görmüş və içəri yaxşı görsənməmiş, o, sərnişin olan tərəf qapını açmaq istəmiş, lakin toqquşmanın təsirindən qapı sıxışdığı üçün qapını aça bilməmiş, həmin avtomobilin arxa hissəsindən qabaq sürücü olan qapıya yaxınlaşmış və qapını açmış və sürücüyə “Allah köməyin olsun, sən neylədin” sözünü dedikdən və sürücü ona necə olduğunu bilməmiş kimi söz demişdir. O, sürücüyə köməklik edib avtomobildən düşürmüş, həmin vaxt "xxxx" MMC-nin işçilərinin gəldiklərini görmüş, həmin vaxt yoldan keçən avtomobillərdə olan tanımadığı şəxslər düşərək “QAZ 3129” markalı avtomobildə olan sərnişini yerə düşürmüşlər. Həmin vaxt sonradan adını bildiyi Şirin adlı şəxs sağ olmuş, ona köməklik edib yol kənarında əyləşdirmişlər. Hadisənin baş verdiyindən təxminən 20 dəqiqə sonra sonradan adını bildiyi sərnişin Şirin adlı şəxs hadisə yerində öldüyünü demişlər. Gəncə şəhər, A,Səhhət xəstəxanasının Təcili Tibbi yardım şöbəsinin avtomobili hadisə yerinə gəlmiş, sürücü Təqsirləndirilən şəxs A.Səhhət xəstəxanasına aparmışlar. Sərnişin Şirin adlı şəxs öldüyü üçün müayinə etmək məqsədi ilə Şəmkir rayon MX-nın Təcili Tibbi yardım işçiləri aparmış, hadisə yerinə gələn polis əməkdaşları hadisə yerinin fotoşəkillərini çəkərək sənədləşdirmə işlərini aparmışlar. O da hadisə ilə bağlı tətrib edilmiş protokola imza etmişdir. Bunda başqa, o, hadisə baş verən zaman içkili olmamış, bu barədə onu deyə bilər ki, onun sürücülük vəqisəsi var və “Mersedes Benz” markalı **-EH- *** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi qaydada öz adına qeydiyatdadır. O, Gəncə şəhərindən Şəmkir rayon istiqamətində hərəkətdə olan zaman “Qaz 3129” markalı avtomobilin 80 metr məsafədən onun hərəkət zolağına çıxdığını görmüş, ona məxsus “Mersedes Benz” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilində ümumiyyətlə yük olmamış, hadisə baş verən zaman ona məxsus avtomobildə ondan başqa heç kim olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi Şəmkir rayon pols şöbəsinin DYB-nin YPXB-nin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsindən Gəncə-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuş, o, həmin vaxt xidməti avtomobili ilə hadisə yeri olan Gəncə-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsinə getmiş, hadisə yerinə çatıb avtomobili saxlayaraq avtomobildən düşüb “Mersedes Ateko” markalı yük avtomobili ilə “QAZ 3110” markalı minik avtomobilinin toqquşduğu yerə yaxınlaşmış, həmin vaxt “Mersedes Ateko” markalı yük avtomobilinin sürücüsündən və orada olan tanımadığı şəxslərdən aldığı məlumata görə, “QAZ 3110” markalı yük avtomobili öz hərəkət zolağında, yəni Gəncə şəhərindən Şəmkir rayonu istiqamətində hərəkətdə olan zaman Şəmkir rayonundan Gəncə şəhəri istiqamətində hərəkətdə olan “QAZ 3110”markalı minik avtomobili “Mersedes Ateko” markalı yük avtomobilinin hərəkət zolağına çıxması nəticəsində yol nəqliyyat hadisəsi baş vermi, o, hadisə yerinə çatan zaman sürücülərin hadisə yerində olduğunu görmüş, lakin “QAZ 3110” markalı avtomobildə sürücü qismində olan sərnişinin isə həmin avtomobilin yanında yerdə uzanaqlı vəziyyətdə olduğunu və bir qədər sonra Şəmkir RMX-nın həkimləri gələrək onu xəstəxanaya apardığını, sonra Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkildiyini, hadisə yeri tam müayinə edildikdən sonra mən xidmətinə davam etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, аиля цзвляри ilə bирликдя Goranboy rayonu, Todan kəndində yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs təsərüffat işləri ilə məşğul olub öz ailəsini dolandırırmış, Təqsirləndirilən şəxsda tanıyır. Mərhum ərim Zərərçəkmiş şəxs dostu olmuşdur. Onlar arasında dostluq münasibəti olmuş, münasibətləri yaxşı olmuş, ailəvi gediş gəlişləri olmuşdur. xx.xx.2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs Goranboy rayonu, Todan kəndində yerləşən torpaq sahəsində soğan əkmək üçün Şəmkir rayonu, Səbət bazarına gedib oradan soğan məhsulu alıb gələcəyini və həmin yerə dostu Təqsirləndirilən şəxsla birlikdə gedəcəyini arvadı Natəvan Allahyarova məlumat vermişdir. Sonradan aldmış olduğu məlumata görə, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində mərhum qardaşı Zərərçəkmiş şəxs dostu Ağamalı Məımmədov onlara gəlmiş və qardaşı Zərərçəkmiş şəxs hazırlaşıb onunla Şəmkir rayonu, Səbət bazarına getmək üçün evdən çıxmış, üzərindən bir neçə saat keçəndən sonra qardaşı arvadı Natəvan Allahyarovun mərhum qardaşı Zərərçəkmiş şəxs dostu Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törmətməsi və qardaşı Zərərçəkmiş şəxs onun yol nəqliyyat hadisəsi törətməsi nəticəsində hadisə yerində ölməsi barədə məlumatı olmuşdur. O, qohumları ilə birlikdə Şəmkir rayon Mərkəzi xəstəxanasına getmiş və məlum olmuş ki, mərhum əri Şirin İbrahinovun tibbi müayinədən keçirilməsi üçün morqa yerləşdirmişdir. Bir neçə saatdan sonra qardaşı Zərərçəkmiş şəxs meyitini tibbi ekpertdən təhvil alaraq Gəncə şəhərinə apararaq dəfn etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024–cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” protokoldan görünür ki, hadisənin baş verdiyi yerə, yəni Gəncə-Şəmkir-Qazax avtomobil ylunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsinə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və protokol tərtib edilmiş, hadisə yerinin foto şəkilləri çəkilmiş və hadisə yerinin sxemi tərtib edilmişdir. Sərxoşluğun müayinə edilməsi haqqında 31 yanvar 2024–cü il tarixli 326/2024 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətində olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya” birlliyi Publik Hüquqi şəxsin Şəmkir rayonu “MTE və PA” şöbəsinin xx.xx.2024-cü il tarixli 05 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibb ekspertizasına əsasən mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sağ yarısının və sağ qaş nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin mərkəzi hissəsinin sıyrığı, alın sümüyünun, kəllə əsasının və burun sümüklərinin sınıqları, sol gözətrafı yumşaq toxumalarının hemotoması, sol gözün ağlı qişasına qansızma, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ diz oynağının və sol baldırın yuxarı üçdə birinin ön səthinin sıyrıqları KÜT əşaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 31 yanvar 2024-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırılıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olar ki, Zərərçəkmiş şəxs ölümü meyitin müayinəyə başlanmasından 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alokoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirzolon, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol– nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 06 may 2024–cü il tarixi 8/1056 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “QAZ 3110” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. 13 oktyabr 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqinda iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən notorial qaydada yazılmış ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs ilə barışmışdır, onun heç bir şikayət və tələbi yoxdur. 13 iyun 2024-cü il tarixli ziyan aktından görünür ki, “Mersedes Ateko” markalı, **-EH-*** dövlət nömrə nişanlı avtomobilə 3386 manat ziyan dəymişdir. Goranboy RİHB–nin Todan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs 1981-1992-ci ildə Göranboy rayonun Todan, Mənşə Erkəc kəndlərində erməni millətçi hərbi birləşmələrindən təmizlənməsi və Todan kəndinin müdafiəsi zamanı döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Azərbaycan Vətən Müharibəsi X9 620881 nömrəli vəsiqədən gğrünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X5 Göranboy rayon şöbəsində üzv kimi qeydiyyatdadır və etibarlıdır xx.xx.2028-ci il tarixədək. İşə əlavə edilmiş 1328 nömrəli vəsiqədən görünür ki, Məmmədov X2 veteranı medalı ilə təltif edilmişdir. İşə əlavə edilmiş 1249 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Milli Ordu- 100 medalı ilə təltif edilmişdir. İşə əlavə edilmiş X12 Mərkəzinin Epikrizindən gğrünür ki, Təqsirləndirilən şəxs kəllə sümük osteomieliti xəstəliyindən əziyyət çəkir. İşə əlavə edilmiş 011050 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İşə əlavə edilmiş Forma 88 üzrə axtarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İ dərəcəli əlildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “X15” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə görə üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “X15” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini ““X15” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X15” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “X15” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelətəqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X15” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd) Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxsə törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, (CM-59.2), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), hadisə nəticəsində özünundə xəsarət alıb əlillik qazanması, həmçinin şəhid ailəsinin üzvü olması, İ-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını(1989-1991-ci illərdə), Milli Ordu 100 medalı, Müharibə Veteranı medalı ilə təltif edilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, hadisə nəticəsində özünundə xəsarət alıb əlillik qazanması, həmçinin şəhid ailəsinin üzvü olması, İ-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını, Milli Ordu 100 medalı, Müharibə Veteranı medalı ilə təltif edilməsini, əvvəllər hər hansı bir cinayətə görə məhkum olunmamasını, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirləndirilən şəxsa təyin ediləcək əsas cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək həmin cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxsin məhkumluğu olmamışdır, törətdiyi cinayət az ağır cinayət hesab olunur. Hazırki vəziyyətdə o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanlması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəza şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM–in 45.2–ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, QAZ 3110 markalı 20–DS–831 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs və X16 markalı 20–EH–940 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid1 Nizami oğluna qaytarilması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 128 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 216 (iki yüz on alt) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 381 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan QAZ 3110 markalı 20–DS–831 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs və X16 markalı 20–EH–940 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid1 Nizami oğluna qaytarilması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Gəncə Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 216 (iki yüz on altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-91/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-91/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver