Məhkəmə qərarları › İş №1(076)-92/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-92/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-92/2023 15.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1968–ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir Şəmkir rayonu, Qılıncbəyli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139–1.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya–gigiyena və ya karantin rejimlərini pozmuşdur. Belə ki, o, xx.xx.2022–ci il tarixdə “Covid–19” virusu ilə bağlı test analizi verməklə xx.xx.2022–ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə–bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda xx.xx.2022–ci il tarixdə Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib həmin tarixdə, saat 00:21–dən saat 23:35–dək Samux rayonu, Qarayeri kəndi, Zəri Abdullayeva küçəsində, Şəmkir rayonu Qaracəmirli kəndində, Şəmkir şəhəri, Şəmkir küçəsində, Şəmkir rayonu, Kür qəsəbəsi, Həzi Aslanov küçəsində, Şəmkir rayonu, Yeniabad kəndi Həsən Məmmədov küçəsində, Şəmkir rayonu, Keçili kəndində, Göygöl rayonu, Üçtəpə kəndində, Şəmkir rayonu, Seyfəli kəndində, Şəmkir rayonu, Könüllü kəndində, xx.xx.2022–ci il tarixdə saat 00:05– dən saat 23:44–dək Şəmkir rayonu, Qaracəmirli kəndində, Şəmkir rayonu, Könüllü kəndində, Şəmki rayonu, Seyfəli kəndində, Samux rayonu, Qarayeri kəndi, Zəri Abdullayeva küçəsində, Şəmkir rayonu, Alabaşlı kəndində, Şəmkir şəhəri, Şəmkir küçəsində, xx.xx.2022–ci il tarixdə saat 00:14–dan saat 20:31–dək Şəmkir rayonu, Qapanlı kəndində, xx.xx.2022–ci il tarixdə saat 00:09:03–dan saat 19:18–dək Şəmkir şəhəri, Şəmkir küçəsində, Şəmkir rayonu, Mahmudlu kəndində, xx.xx.2022–ci il tarixdə saat 10:11–dən saat 23:45–dək Şəmkir şəhəri, Şəmkir küçəsində, Şəmkir rayonu, Seyfəli kəndi, Alabaşlı küçəsində, Şəmkir rayonu, Könüllü kəndində, Samux rayonu, Qarayeri kəndi, Zəri Abdullayeva küçəsində, Şəmkir rayonu, Mahmudlu kəndində, xx.xx.2022–ci il tarixdə saat 00:15–dən saat 23:53–dək Şəmkir şəhəri, Şəmkir küçəsində, Samux rayonu, Qarayeri kəndi, Zəri Abdullayeva küçəsində, Şəmkir rayonu, Alabaşlı kəndində, Şəmkir rayonu, Könüllü kəndində, Gəncə şəhəri, A.Cəmil küçəsində, Gəncə şəhəri, Kimyaçılar küçəsində, Gəncə şəhəri, Xətai küçəsində, Gəncə şəhəri, H.Əliyev küçəsində, Samux rayonu, Sərkar kəndi, Tiblisi küçəsində, Samux rayonu, Ziyadlı kəndində, xx.xx.2022–ci il tarixdə saat 00:23–dən saat 23:48–dək Şəmkir şəhəri, Şəmkir küçəsində olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə dəfələrlə pozmuş və yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139–1.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2022–ci il tarixdə pensiyası kəsildiyinə görə ona Şəmkir Rayon Xəstəxanasından Covid–19 virusuna görə test verməli olduğunu bildirmişlər. Həmin gün səhər saatlarında test vermiş, həmin gün axşam saatlarında istifadəsində olan 050–721–20–30 saylı mobil nömrəyə zəng gəlmiş, özünü həkim kimi təqdim edən şəxs ona “sən omikron virusuna yoluxmusan”–demişdir. O, həmin həkimə Covid–19 virusu üçün test verdiyini, necə olur ki, omikron virusuna yoluxduğunun aşkar edildiyini demişdir. Həkim ona omikron virusunun Covid–19 virusunun yüngül forması olduğunu bildirmişdir. Həmin həkim ona Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən xəstəxanaya getməli olduğunu bildirmişdir. O, əvvəlcə xəstəxanada karantin müddətində saxlanılmaqdan qorxduğu üçün həkimə etiraz edərək getməyəcəyini və səhhətini yaxşı hiss etdiyini demişdir. Daha sonra həkim ondan evli olub–olmadığını soruşmuş, o, evli olduğunu dedikdən sonra arvadı Sevincin anket məlumatlarını həkimə bildirmişdir. Səhəri gün, yəni 01 mart 2022–ci il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən xəstəxnaya getmişdir. Həmin xəstəxaanaya getdikdən sonra onu müayinə edib xəstəliyinin yüngül olduğunu, evdə müalicə almasının mümkün olduğunu bildirmişlər. Daha sonra müvafiq sənədlərə qol çəkdirib ona dərman paketi verilmişdir. 06 mart 2022–ci il tarixdə toy şənliyində iştirak etmək üçün özünə məxsus VAZ 2106 markalı avtomobil ilə tək Gəncə şəhəri Dan ulduzu şadlıq sarayına getmişdir. Şadlıq sarayında qapıdan içəri girmək istəyən zaman polis əməkdaşı tərəfindən yoxlanılarkən Covid–19 xəstəsi olduğu müəyyən edilmiş, daha sonra isə videoçəkiliş edildikdən sonra ona karantin müddətini evdə keçirməli olduğu halda Gəncə şəhərinə gəlməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunacağı barədə izah verilmişdir. Ona heç kimlə ünsiyyət saxlamadan avtomobili ilə Şəmkir rayonunda yaşadığı evə getməli olduğu izah edilmişdir. O, da bundan sonra toy şənliyində iştirak etmədən özünə məxsus VAZ 2106 markalı, 57–CC–548 dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən evinə qayıtmışdır. xx.xx.2022–ci il tarixdə Covid–19 virusu testi vermiş və həmin testin neqativ olması barədə ona sms gəlmişdir. O, həmin smsi oxuyan zaman mesajlar bölməsində 01 mart 2022–ci il tarixdə ona xx.xx.2022–ci il tarixdə vermiş olduğu testin cavabının pozitiv olması və yaşadığı evi tərk etməməli olduğu, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı məzmununda sms gəldiyini görmüşdür. O, evdən çıxmamalı olduğunu bilməmiş, istifadəsində olan mobil nömrəyə gəlmiş mesajı oxumamışdır. Hazırda əməlindən peşmandır. Həmçinin qeyd edir ki, qardaşı Şərif Alməmmədov xx.xx.1994–cü il tarixdə müharibə zamanı Füzuli rayonunda şəhid olmuşdur. Ona görə də, məhkəmədən, ailə vəziyyətini və ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkədə yayılmış “Covid–19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarət həyata keçirir. xx.xx.2022–ci il tarixdə Dan Ulduzu şadlıq sarayında keçiriləcək toy məclisində iştirak etmək üçün gələn şəxslərin yoxlanılması üçün xidmətdə olan vaxt yoxlama zamanı Təqsirləndirilən şəxs Covid 19 xəstəsi olduğu ona məlum olmuşdur. Dərhal bu barədə Kəpəz RPİ–nin Növbətçi Hissəsinə məlumat vermiş, həmin yerə Kəpəz RPİ–nin TB–nin növbədə olan təhiqatçısı gəlmişdir. Covid 19 xəstəsi olan Təqsirləndirilən şəxs videoçəkiliş ilə Covid–19 xəstəsi olduğu dövrdə yaşadığı evi tərk etməməli olduğu izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus avtomobildə tək əyləşərək yaşadığı ünvana qayıtmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərşdi ki, Şəmkir rayonu, Qılıncbəyli kənd həkim məntəqəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmin kənd sakinidir. Təqsirləndirilən şəxs 28 fevral 2022–ci il tarixdə Covid 19 virusu testi vermiş, testin nəticəsi müsbət olmuşdur. Bundan sonra 01 mart 2022–ci il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində xəstəxanaya müraciət etmiş, Təqsirləndirilən şəxs ev müşahidəsində müalicə almaq üçün yaşadığı evə göndərilmişdir. Təqsirləndirilən şəxs karantin müddəti dövründə, yəni 07 mart 2022–ci il tarixə qədər mütəmadi olaraq əlaqə saxlamış, səhhəti ilə maraqlanmış və Covid 19 virusunun yayılmaması üçün yaşadığı evi tərk etməməli olduğu izah etmişdir. O, Təqsirləndirilən şəxs əks halda müvafiq qaydada məsuliyyətə cəlb ediləcəyi haqqında məlumat vermişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 01 aprel 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, “COVİD–19” virusunun daşıyıcısı olan Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməməsi barədə xəbardarlıq edilməsinə baxmayaraq, yaşadığı evi tərk etmiş, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD–R diskə köçürülmüşdür. Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəmkir rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 22 iyun 2022–ci il tarixli 02/702 nömrəli məktubdan görünür ki, xx.xx.1968–ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə icra olunmuş “PZR” müayinəsinin nəticəsi pozitiv (+) kimi qiymətləndirilmişdir. O, xx.xx.2022–ci il tarixdən saat 17:15 radələrindən 7 günlük karantin rejimi başlamış və karantin müddəti 07 mart 2022–ci il tarixdə saat 17:15–də bitmişdir. Təqsirləndirilən şəxs təkrar PZR müayinəsindən 07 mart 2022–ci il tarixdə keçib nəticə (–) neqativ kmi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs 01 mart 2022–ci il tarixdə Kür qəsəbəsi COVİD xəstəxanasına müraciət etmiş və qeydiyyatdan keçərək iltizamnaməni imzalayaraq çeşidlənmiş qaydada ev müşahidəsinə göndərilmişdir. “SARS–COV–2 PZR” test nəticəsi “müsbət” olan şəxslərin və onların təyin olunmuş “sıx təmaslı”ların təcrid (karantin) müddəti 24 yanvar 2022– ci il tarixindən etibarən və yoluxma tarixindən asılı olmayaraq 14 gündən 7 günə azaldılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1994–cü il tarixdə döyüş zamanı Füzuli rayonunda qəlpə yarasından vəfat etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya–gigiyena və ya karantin rejimlərini pozmuşdur. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 139–1.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139–1.1– ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, həyat və sağlamlıq əleyhinə olan, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə qardaşının şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut hesab olunan və Təqsirləndirilən şəxs Covid 19 xəstəsi olmasına baxmayaraq, yaşadığı evi tərk etməsini özündə əks etdirən görüntülərin köçürüldüyü CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139– 1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Təqsirləndirilən şəxs Covid 19 xəstəsi olmasına baxmayaraq, yaşadığı evi tərk etməsini özündə əks etdirən görüntülərin köçürüldüyü CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar