Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-93/2025 13.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində istitaqa şəxsiyyəti məlum olmayan Şəmkir rayon sakini Şahid6 Şəmkir şəhəri, M.F.Axundov küçəsində aldığı 02 ədəd bükümün içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 01 may 2024cü il tarixdə Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyindən saat 21:30 radələrində Şəmkir şəhəri, R.Rəhimov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən tərkiblərinə görə eyni olan 01 ədəd sellofan bükümdə olan 01 ədəd ağ kağız bükümdə 7,48 qram çəkidə və 01 ədəd sellofan bükümdə olan 01 ədəd gümüşü kağız bükümdə 6,36 qram çəkidə, ümumilikdə 02 ədəd bükümdə 13,84 qram çəkidə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məğul olur. 1-ci qrup əlildir. Təxminən 4 ilə yaxındır ki, narkotik vasitə olan marixuana istifadə edir. Əvvəllər narkotik vasitə saxlamağa görə məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində o, Şəmkir şəhəri, R.Rəhimov küçəsində, yaşadığı evin yaxınlığında küçədə ona məxsus VAZ 21154 markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu idarə etdiyi avtomobil ilə birlikdə Şəmkir RPŞ-nə dəvət etdmişlər. O da, onlarla Şəmkir RPŞ-nə getmişdir. Sonra ona vəkil təyin olunmuş və o, şübhəli kimi tutulduqdan sonra üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O da, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 02 ədəd kağız bükümdə olan marixuananı, 10 ədəd 1 manatlıq, 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinasını, həmçinin LD markalı siqaret qutusunu, bir ədəd yaşıl rəngli alışqanı, Samsung markalı sadə mobil telefonu və idarə etdiyi avtomobilin açarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 2 ədəd kağız büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisindən marixuana aşkar edilmişdir. İçərisində marixuana olan bükümlər elektron tərəzi ilə çəkilən zaman çəkiləri 7,50 qram və 8,57 qram təşkil etmişdir. Aşkar edilmiş marixuana ekspertiza üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, o da, protokola imza etmişdir. Bundan sonra idarə etdiyi avtomobilə də, baxış keçirilmiş və baxış zamanı avtomlbildən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı o, xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Şəmkir rayon sakini Şahid6 götürmüş, onun qarşılığında Şahid6 hər hansı pul vermərmişdir. O xəstə olduğundan və ağrıları olduğundan Pərviz ona ağrılarının sakitləşməsi üçün narkotik vasitəni pul qarşılığında verməmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitəni başqa yerə qoymaqdan ehtiyyat etdiyi üçün üzərində gəzdirmişdir. O, hər hansı bir şəxsə narkotik vasitə satmamışdır, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır və bu barədə heç kimə deməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 01 may 2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlanması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi polis mayoru Şahid2 rəhbərliyi ilə rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu ünvan 4 ünvanına gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb, idarə etdiyi “Vaz 21015” markalı **-CA-*** d.q.n. avtomobil ilə birlikdə Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Orxan Bayramov tərəfindən çağırılmış vəkil Elçin Həsənovun iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Sonradan onlara şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə 7,50 qram və 8,57 qram çəkidə narkotik vasitə maruxiana aşkar edilərək götürülməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Şəmkir şəhər sakini Şahid6 almasını bildirmişdir. Həmçinin ona məxsus avtomobilə də, baxış keçirilmiş və baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Şəmkir şəhəri, M.F.Axundov küçəsi ünvanında yaşayır. Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır. Onunla arasında heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təxminən 5 ay bundan əvvəl o, Rusiya Federasiyasından gələn zaman özü ilə narkotik vasitə olan marixuana bitkisinin 01 ədəd toxumunu gətirmişdir. O, həmin toxumu təxminən 3 ay əvvəl yaşadığı evin həyətində dibçəyə əkmişdir. O, dibçəyi evin zirzəmisində gizlətmiş və tez-tez günəş işığı alması üçün bitkini məhləyə çıxarmışdır. Həmin toxum karlik növünə aid olmuş və təxminən 45 günə yetişmişdir. O, həmin narkotik tərkibli bitkini öz istifadəsi üçün əkmişdir. Ona görə də, bitki yetişəndən sonra onun yarpaqlarını yığaraq qurutmuşdur. O, həmin qutuduğu narkotik tərkibli bitkidən, yəni marixuanadan indiyə qədər iki dəfə istifadə etmişdir. O, həmçinin 30 aprel 2024-cü il tarixdə yaşadığı küçədə gecə saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə marixuanadan istifadə etmişdir. O, İlqarın narkotik vasitə istifadəçisi olmasını bilmiş və ona görə də, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməyi təklif edən zaman İlqar ona razılıq vermişdir. xx.xx.2024-cü il tarixdə İlqar ona yaxınlaşmış və ondan ona narkotik vasitə verməsini istəmişdir. Təqsirləndirilən şəxs dialez xətəsi olduğu üçün ona iki dəfə narkotik vasitə marixuana vermişdir. Verdiyi marixuana qarşılığında Təqsirləndirilən şəxs hər hansı pul almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X4 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 01 may 2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlanması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi polis mayoru Şahid2 rəhbərliyi ilə rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu ünvan 4 ünvanına gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb, idarə etdiyi “Vaz 21015” markalı **-CA-*** d.q.n. avtomobil ilə birlikdə Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Orxan Bayramov tərəfindən çağırılmış vəkil Elçin Həsənovun iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Sonradan onlara şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə 7,50 qram və 8,57 qram çəkidə narkotik vasitə maruxiana aşkar edilərək götürülməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitəni xx.xx.2024cü il tarixdə Şəmkir şəhər sakini Şahid6 satın almasını bildirmişdir. Həmçinin ona məxsus avtomobilə də, baxış keçirilmiş və baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Şəmkir rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla nə də ailə üzvləri ilə arasında hər hansı ədavət, düşmənçilik nə də qohumluq əlaqəsi olmamışdır. 01 may 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsində növbədə olduğu zaman ona bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğundan Şəmkir RPŞ-nə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməsini bildirmişlər. O da, rəhbərliyin göstərişi ilə təhqiqatçı Orxan Bayramovun xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Həsənov Elçin Vaqif dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın cibindən iki ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həqiqətən də həmin bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkiləri 8,57 qram və 7,50 qram olması müəyyən edilmişdir. Daha sonra isə həmin bükümlər qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. Həmçinin daha sonra Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “LD” markalı siqaret qutusu, 10 ədəd 1 manatlıq , 2 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinasları və 1 ədəd alışqan aşkar edilmişdir. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən həmin telefonda qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarlmışdır. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Şəmir rayon sakini Pərviz adlı şəxsdən satın almasını və şəxsi istifadəsi üçün saxlamasını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılsın və icraatına qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Şəxsi axtarış aparılması haqqında” xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman üzərində olan göy rəngli cins şalvarın cibindən iki ədəd bükümdə olan marixuanaya bənzər kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilən zaman 8.57 qram və 7.50 qram kütlə zərflənərək möhürlənmiş və iştirkaçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə onun idarə etdiyi VAZ 21154 markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman narkotik vasitə, psixotrop maddə, onların prekursorları, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 02 may 2024-cü il tarixli 16/506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs üzərində aşkar olunmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki bir ədəd sellofan bükümdə və digər bir ədəd sellofan bükümdə olan 1 ədəd gümüş kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 7,48 qram, 6,36 qram, ümumi təmiz çəkisi 13,84 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 13,84 qram tədqiqata sərf edildi-0,08 qram, qalıq – 13,76 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 10 oktyabr 2024-cü il tarixli, 1666 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat tapılmamışdır. Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsi tutma haqqında” 01 may 2024-cü il tarixli protokoldan, başqa yeerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və X3 azad olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. “Axtarışda omuş şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Şəmkir rayon ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan 047456 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs birinci qrup əlildir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və birinci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinə əsasən Məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə şəxslərə tətbiq oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair hissədə qeyd edir ki, iş materiallarından və “Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən birinci dərəcə əlillik təyin edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinə əsasən məcburi müalicə müalicə tətbiq olunmamalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2024-cü il tarixdə tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan 13,76 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işin materialında olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 15 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 11 manat olmaqla cəmi 165 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün, xx.xx.2024-cü il tarixdə tutulduğu 1 (bir) gün, cəmi 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 13,76 qram olan qurudulmuş marixuana məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-93/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-93/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver