Məhkəmə qərarları › İş №1(076)-94/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-94/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-94/2024 30.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X4, təqsirləndirilən şəxslərin müdafiəçiləri–Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, X3, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2, Nağıyev Elman Aydın oğlunun və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.2003-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Şiştpəpə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx xxxxxx 1989–cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, Şəmkir Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli qərari ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx xxxx 1989–cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, Şəmkir Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli qərari ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirəndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq təkrarən oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 sentyabr 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, “Kraz Yolu” yaşayış masavində yolun kənarında, açıq sahədən Zərərçəkmiş şəxs1 məxsus 950 (doqquz yüz əlli) manat dəyərində olan 01 baş, 140 kiloqram çəkidə iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 950 (doqquz yüz əlli) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 sentyabr 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fermanın yaxınlığından, açıq sahədən Zərərçəkmiş şəxs2 məxsus 1250 (bir min iki yüz əlli) manat dəyərində olan 01 baş, 180 kiloqram çəkidə iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 1250 (bir min iki yüz əlli) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 sentyabr 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, “Yasamal aşırımı” adlanan ərazidə, yolun kənarından, açıq sahədən Zərərçəkmiş şəxs4 məxsus 2100 (iki min bir yüz) manat dəyərində olan 01 baş, 300 kiloqram çəkidə iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 2100 (iki min bir yüz) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 oktyabr 2022-ci il tarixdə 23 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən X5 məxsus fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin hamam otağında olan, sonuncunun anası Zərərçəkmiş şəxs3 məxsus 250 (iki yüz əlli) manat dəyərində olan, 01 ədəd 2020-ci il istehsallı, 5 kiloqramlıq “Beko” markalı paltaryuyanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 250 (iki yüz əlli) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirəndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq təkrarən oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 sentyabr 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, “Kraz Yolu” yaşayış masavində yolun kənarında, açıq sahədən Zərərçəkmiş şəxs1 məxsus 950 (doqquz yüz əlli) manat dəyərində olan 01 baş, 140 kiloqram çəkidə iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 950 (doqquz yüz əlli) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 sentyabr 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fermanın yaxınlığından, açıq sahədən Zərərçəkmiş şəxs2 məxsus 1250 (bir min iki yüz əlli) manat dəyərində olan 01 baş, 180 kiloqram çəkidə iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 1250 (bir min iki yüz əlli) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 sentyabr 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, “Yasamal aşırımı” adlanan ərazidə, yolun kənarmdan, açıq sahədən Zərərçəkmiş şəxs4 məxsus 2100 (iki min bir yüz) manat dəyərində olan 01 baş, 300 kiloqram çəkidə iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 2100 (iki min bir yüz) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 oktyabr 2022-ci il tarixdə 23 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən X5 məxsus fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin hamam otağında olan, sonuncunun anası Zərərçəkmiş şəxs3 məxsus 250 (iki yüz əlli) manat dəyərində olan, 01 ədəd 2020-ci il istehsallı, 5 kiloqramlıq “Beko” markalı paltaryuyanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 250 (iki yüz əlli) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 oktyabr 2022-ci il tarixdə 23 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən X5 məxsus fərdi yaşayış evinə hasardan aşmaqla evin hamam otağına qanunsuz daxil olaraq, oradan sonuncunun anası Zərərçəkmiş şəxs3 məxsus 250 (iki yüz əlli) manat dəyərində olan, 01 ədəd 2020-ci il istehsallı, 5 kiloqramlıq “Beko” markalı paltaryuyanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 250 (iki yüz əlli) manat məbləğində əmlakını gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 21 sentyabr 2022-ci il tarixdə saat gönorta saatlarında əmisi oğlu Elmanla birlikdə qonşu kənd olan İrmaşlı kənddə fəhləlik etmək üçün getmişlər. İrmaşlı kəndində gəzinərkən fermanın yaxınlığında olan otlaq sahəsində 8 ədəd iribuynuzlu heyvanın otlamasını görmüşlər, həmin vaxtı onlardan birini oğurlamaq qərarına gəlmişlər. Həmin heyvanların içərisindən erkək cinsinə mənsub olan təxmini çəkisi 180-190 kiloqram olan iri buynuzlu heyvanı seçərək özlər ilə aparmışlar. Həmin heyvanı onun yaşadığı evin həyətə buraxmışlar. Təxminən 2 gün həmin iri buynuzlu heyvana baxdıqdan sonra heyvanları olan Orxan adlı tanışına zəng edərək satlıq iri buynuzlu heyvanın olmasını bildirmişdir. Orxan isə maddi imkanın zəif olmasını heyvan ala bilməyəcəyini bildirmiş, lakin həmin heyvanı tanışı qəsab olan İbrahim adlı şəxsin ala biləcəyini bildirmişdir. Orxan İbrahimlə danışdıqda İbrahim həmin iri buyniuzulu heyvanı bir şərtlə ala biləcəyini bildirmiş, ilkin olaraq əlində 200 manat pulu beh kimi verə biləcəyini qalanı isə dananı satdıqdan sonra verə biləcəyini bildirmişdir. Onlar isə razılaşaraq həmin 200 manat pulu İbrahimdən almaq üçün İbrahimin yaşadığı Bayramlı kəndinə getmək üçün VAZ-21011 minik markalı avtomobilə dananı qoyaraq getmişlər. Həmin dananı İbrahimə verərək 200 manatı almışlar. Həmin 200 manat pulu 100 manat o, qalanı isə Elman götürmüşdür. Bundan başqa xx.xx.2022-ci il tarixdə yaşadığı kənddən “Yasamal” aşırımları sahəsinə gedərək Elmanla birlikdə iri bunuzlu heyvan oğurlamaq qərarına gəlmişlər. Onların getdiyi sahədə 3 baş iri buynuzlu heyvan olmuşdur. Təqsirləndirilən şəxs3lə birlikdə iri buynuzlu heyvanlardan birinin baş nahiyyəsində kəndirlə bağlayaraq yaşadığı kəndə yaxın məsafədə yerləşən meşə zolağına aparmışlar. Onlar məqsədi heyvanı satmaq olmuş, Elman və o heyvana alıcı tapa bilməmişlər. Həmin günün səhərisi Elman heyvanı bağladığı yerə gəlmiş və heyvanı açaraq həmin yerə buraxıb ərazidən getmişdir. 03 oktyabr 2022-ci il tarixdə tanışı Nurlan pulu üçün dayısının Şiştəpə kəndində yerləşən evindən oğurluq etmək qərarına gəlmiş, həmin gün axşam saat 23 radələrində dayısının evinə getmiş, evə bağlanmayan həmin qapıdan daxil olaraq otaqları gəzmiş, ilkin olaraq orada qiymətli hər hansı əşya olub-olmamasına baxmış, evdə heç bir qiymətli əşya olmadığını üçün evin hamam otağında olan paltaryuyan maşını oğurlamaq qərarına gəlmişdir. Nurlan həmin paltaryuyanı dayısının evindən çıxaraq evin çəpərinin dibinə qoymuş, sonra həmin paltaryuyan maşını satmağa adam axtarmağa başlamışdır. Sonra Elmana paltaryuyan maşın olduğunu, həmin paltaryuyana müştəri axtardığını demiş, Elman Nurlana tanışı olduğunu, həmin paltaryuyanı sata biləcəyini demişdir. Nurlan isə onlarla avtomobillə gedərək həmin əşyam avtomobilə qoyaraq satmağı istəmişdir. Onlar birlikdə Nurlanın dayısının evinə getmişlər, Nurlanın hasarın dibinə gizlətdiyi həmin paltaryuyanı o, Elman və Nurlan köməkli vəziyyətdə çıxararaq avtomobilə qoymuşlar. Elman Orxana zəng edərək paltaryuyan olmasını bildirmiş, Orxan həmin paltaryuyanı 150 manat pul qarşılığında ala biləcəyini, lakin ilkin olaraq həmin puldan 50 manatını verə biləcəyini onlara demişdir. Nurlan onunla razılaşmış, həmin əşyanı Orxana vermişlər. O, isə ilkin olaraq Nurlana 50 manat vermişdir. Onlar bundan sonra Şiştəpə kəndində yerləşən mağazaya getmişlər, orada pivə və siqaret almışlar, həmçinin onun tanışının avtomobilinə həmin mağazadan 4 litr benzin tökmüşlər. Həmin 50 manat puldan qalan 14 manatı isə Nurlan özü götürmüşdür. Onlar birlikdə aldığı pivəni içdikdən sonra öz yaşadıqları evə getmişlər. Hazırda əməlindən peşmandır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Elburus Xurşudovla barışıq əldə edərək onlara dəymiş ziyanı tam olaraq ödəmişlər. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Bundan başqa Təqsirləndirilən şəxs1 sualları cavablandırarkən qeyd etdi ki, o, Zərərçəkmiş şəxs1 məxsus heyvanı oğurlamamışdır, həmin epizod üzrə özünü təqsirli hesab etmir. Qeyd olunan oğrluq hadisəsini onlar törətməmişlər və həmin zərərçəkmiş şəxsi tanımırlar. Odur ki qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 Aydm oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 21 sentyabr 2022-ci il tarixdə saat gönorta saatlarında əmisi oğlu Səfərlə birlikdə qonşu kənd olan İrmaşlı kəndinə fəhləlik etmək üçün getmişlər. İrmaşlı kəndində gəzərkən fermanın yaxınlığında olan otlaq sahəsində 8 ədəd iribuynuzlu heyvanın otlamasını görmüşlər, həmin vaxtı onlardan birini oğurlamaq qərarına gəlmişlər. Həmin heyvanların içərisindən erkək cinsinə mənsub olan təxmini çəkisi 180-190 kiloqram olan iri buynuzlu heyvanı seçərək özləri ilə aparmışlar. Həmin heyvanı Səfərin yaşadığı evin həyətə buraxmışlar. Təxminən 2 gün həmin iri buynuzlu heyvana baxdıqdan sonra heyvanları olan Orxan adlı tanışına zəng edərək satılası iri buynuzlu heyvanın olmasını bildirmişdir. Orxan isə maddi imkanın zəif olmasını heyvan ala bilməyəcəyini bildirmiş, lakin həmin heyvaın tanışı qəsab olan İbrahim adlı şəxsin ala biləcəyini bildirmişdir. Orxan İbrahimlə danışdıqda İbrahim həmin iri buyniuzulu heyvana 200 manat pulu beh kimi verə biləcəyini qalanı isə dananı satdıqdan sonra verə biləcəyini bildirmişdir. Onlar isə razılaşaraq həmin 200 manat pulu İbrahimdən almaq üçün İbrahimin yaşadığı Bayramlı kəndinə getmək üçün VAZ-21011 minik markalı avtomobilə dananı qoyaraq getmişlər. Həmin dananı İbrahimə verərək 200 manat pulu almışlar. Həmin 200 manat pulu 100 manat o, qalanı isə Səfər götürmüşdür. Bundan başqa xx.xx.2022-ci il tarixdə yaşadığı kənddən “Yasamal” aşırımları sahəsinə gedərək Elmanla birlikdə iri bunuzlu heyvan oğurlamaq qərarına gəlmişlər. Onların getdiyi sahədə 3 baş iri buynuzlu heyvan olmuşdur. Təqsirləndirilən şəxs1lə birlikdə iri buynuzlu heyvanlardan birinin baş nahiyyəsində kəndirlə bağlayaraq yaşadığı kəndə yaxın məsafədə yerləşən meşə zolağına aparmışlar. Onlar məqsədi heyvanı satmaq olmuş, Səfər və o heyvana alıcı tapa bilməmişlər. Həmin günün səhərisi o, heyvanı bağladığı yerə gəlmiş və heyvanı açaraq həmin yerə buraxıb ərazidən getmişdir. 03 oktyabr 2022- ci il tarixdə tanışı Nurlan dayısının Şiştəpə kəndində yerləşən evindən oğurluq etmək qərarına gəlmiş, həmin gün axşam saat 23 radələrində dayısının evinə getmiş, evə bağlanmayan həmin qapıdan daxil olaraq otaqları gəzmiş, ilkin olaraq orada qiymətli hər hansı əşya olub-olmamasına baxmış, evdə heç bir qiymətli əşya olmadığını üçün evin hamam otağında olan paltaryuyan maşını oğurlamaq qərarına gəlmişdir. Nurlan həmin paltaryuyanı dayısının evindən çıxaraq evin çəpərinin dibinə qoymuş, sonra həmin paltaryuyan maşını satmağa adam axtarmağa başlamış və ona paltaryuyan maşın olduğunu, həmin paltaryuyana müştəri axtardığım demiş, o,Nurlana həmin paltaryuyan maşını haradan aldığını soruşduqda Nurlan oğurluq etdiyini demişdir. O, Nurlana tanışı olduğunu, həmin paltaryuyanı sata biləcəyini demişdir. Nurlan isə onlarla avtomobillə gedərək həmin əşyanı avtomobilə qoyaraq satmağı istəmişdir. Onlar birlikdə Nurlanın dayısının evinə getmişlər, Nurlanın hasarın dibinə gizlətdiyi həmin paltaryuyanı o, Səfər və Nurlan köməkli vəziyyətdə çıxararaq avtomobilə qoymuşlar. O, Orxana zəng edərək satdıq paltaryuyan olmasını bildirmiş, Orxan həmin paltaryuyanı 150 manat pul qarşılığında ala biləcəyini, lakin ilkin olaraq həmin puldan 50 manatını verə biləcəyini onlara demişdir. Nurlan onunla razılaşmış, həmin əşyanı Orxana vermişlər. O, isə ilkin olaraq Nurlana 50 manat vermişdir. Onlar bundan sonra Şiştəpə kəndində yerləşən mağazaya getmişlər, orada pivə və siqaret almışlar, həmçinin onun tanışının avtomobilinə həmin mağazadan 4 litr benzin tökmüşlər. Həmin 50 manat puldan qalan 14 manatı isə Nurlan özü götürmüşdür. Onlar birlikdə aldığı pivəni içdikdən sonra öz yaşadıqları evə getmişlər Hazırda əməlindən peşmandır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Elburus Xurşudovla barışıq əldə edərək onlara dəymiş ziyanı tam olaraq ödəmişlər. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Bundan başqa Təqsirləndirilən şəxs3 sualları cavablandırarkən qeyd etdi ki, o, Zərərçəkmiş şəxs1 məxsus heyvanı oğurlamamışdır, həmin epizod üzrə özünü təqsirli hesab etmir. Qeyd olunan oğrluq hadisəsini onlar törətməmişlər və həmin zərərçəkmiş şəxsi tanımırlar. Odur ki qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yaşadığları kənddən tanıyır. Rusiya Federasiyasında yaşayan Çingiz Xəlilov isə onun dayısıdır. O, dayısı və ailəsi Rusiya Federasiyasında yaşamasına baxmayaraq bəzən dayısına məxsus Şiştəpə kəndində yerləşən evə nənəsi ilə gedib gəlmiş, bu səbəbdəndə həmin evdə hansı əşyaların olmasını bilmiş, onun həmçinin evin arxa tərəfində yerləşən qapının sınıq olduğunu, bağlanmadığını, həmin qapıdan evə daxil olmaq olduğunu bilmişdir. 03 oktyabr 2022-ci il tarixdə onun pulu olmadığı üçün dayısının Şiştəpə kəndində yerləşən evindən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün axşam saat 23 radələrində o, dayısının evinə getmiş, evə bağlanmayan həmin qapıdan daxil olaraq otaqları gəzmiş, ilkin olaraq orada qiymətli hər hansı əşya olubolmamasına baxmışdır. Evdə heç bir qiymətli əşya olmadığını gördüyü üçün evin hamam otağında olan paltaryuyan maşını oğurlamaq qərarına gəlmişdir. O, həmin paltaryuyanı evdən çıxardaraq evin çəpərinin dibinə qoymuş, evdən çıxaraq həmin paltaryuyan maşını satmağa adam axtarmağa başlamışdır. O, Səfərə paltaryuyan maşın olduğunu, həmin paltaryuyana müştəri axtardığını bildirmişdir. Elman bu zaman ona tanışı olduğunu, həmin paltaryuyanı sata biləcəyini bildirmişdir. Onlar birlikdə dayısının evinə getmiş, onun hasarın dibinə gizlətdiyi həmin paltaryuyanı o, Səfər və Elman köməkli vəziyyətdə çıxardaraq avtomobilə qoymuşlar. Elman onun tanımadığı şəxsə zəng etmiş, bundan bir qədər sonra tanımadığı şəxs oraya gəlmiş, həmin paltaryuyanı 150 manat pul qarşılığında ala biləcəyini, lakin ilkin olaraq həmin puldan 50 manatını verə biləcəyini ona bildirmişdir. O da həmin şəxslə razılaşaraq, əşyanı tanımadığı həmin şəxsə vermiş, ilkin olaraq ona 50 manat vermişdir. Onlar bundan sonra Şiştəpə kəndində yerləşən mağazaya getmiş, orada pivə və siqaret almış, həmçinin Elmanın tanışının avtomobilinə həmin mağazadan 4 litr benzin alıb tökmüşlər. Həmin 50 manat puldan qalan 14 manatı isə o özünə götürmüşdür. Onlar birlikdə aldığları pivəni içdikdən sonra öz yaşadığları evə getmişlər. Hazırda əməlindən peşmandır. Özü ikinci Qarabağ Müharibəsi iştirakçısıdır. Hazırda əməlinin cinayət olmasını dərk edir, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq X12 Xidmətinin Tovuz və X13 baş əmək müfəttişi vəzifəsində işləyir. Ona məxsus 4 ədəd iri biynuzlu heyvanları var. O, 18 sentyabr 2022-ci il tarixdə səhər saatlarında heyvanaları “Kraz Yolu” yaşayış massivinin yaxınlığında yerləşən otlaq sahəsində qoyaraq işə getmişdir. Həmin gün Axşam işdən evə gəldikdən sonra “Kraz Yolu” yaşayış massivində yerləşən otlaq sahəsinə gedərək iri buynuzlu heyvanları gətirmək istədikdə həmin iri buynuzlu heyvanlardan biri olmadığını görmüşdür. Həmin heyvanı otlaq sahəsində axtarsada tapa bilməmişdir. Orada olan şəxslərdən soruşsada həmin iri buynuzlu heyvanı tapa bilməmişdir. Həmin iri buynuzlu heyvan ağ rəngli olmaqla, qara xalları olan bir baş iri buynuzlu erkək dana olmuşdur. O, həmin iri buynuzlu heyvanın itməsi ilə əlaqədar olaraq Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək məlumat vermişdir. O, Elman və Səfəri tanımır və onun heyvanının bu şəxslər tərəfindən oğurlanmasını dəqiq bilmir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, tələbi ona dəymiş ziyanın ödənilməsidir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Şəmkir rayonu, İrmaşlı kəndində ona məxsus ferma var. O, həmin fermada iri buynuzlu heyvan saxlamışdır. 21 sentyabr 2022-ci il tarixdə o, həmin iribuynuzlu heyvanları otlağa buraxmışdır. Həmin günün axşamı həmin heyvanlar geri qayıtsada o, 8 baş heyvanın geri qayıtmadığını görmüşdür. Adətən həmin heyvanlar bəzən örüşə gedərək geç qayıtdığından o, heyvanları gələcəyini düşünmüşdür. Həmin günün səhərisi heyvanlardan 7 ədədi qayıtsada 1 baş heyvan geri qayıtmamışdır. O, bir müddət örüşdə həmin heyvanı axtarsa da tapa bilməmişdir. O, həmin heyvanı tapa bilmədiyi üçün heyvanın naməlum şəxs(lər) tərəfindən oğurlandığını bilmişdir. Sonradan onun heyvanlarının Elman və Səfər tərəfindən oğurlandığını bilmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödəlmiş ilərək, onunla barışıq əldə etmişlər. onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Odur ki, ifadəsində göstərilənləri nəzərə alaraq məhkəmədən onlara gülgül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Ona məxsus 41 ədəd iri biynuzlu heyvanları var. O, həmin heyvanaları otlamaları üçün çoban tutaraq həmin çobana heyvanları otarması müqabilində maaş verir. Həmin heyvanları çoban tərəfindən “Yasamal aşırımı” adlanan otlaq sahəsində otarmışdır. 30 sentyabr 2022-ci il tarixdə səhər saatlarında heyvanları “Yasamal aşırımı” adlanan otlaq sahəsində otarmaları üçün çoban getmişdir. Axşam üstü çoban heyvanları tövləyə gətirdikdə həmin iri buynuzlu heyvanlardan biri olmadığını görmüşdür. Həmin heyvanı otlaq sahəsində axtarsada tapa bilməmişdir. Orada olan şəxslərdən soruşsada həmin iri buynuzlu heyvanı tapa bilməmişdir. Həmin iri buynuzlu heyvan 1 baş, 2 yaşında 300 kiloqram erkək dana olmuşdur. O, həmin iri buynuzlu heyvanın itməsi ilə əlaqədar olaraq Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək məlumat vermişdir. Ərizə ilə məlumat verdikdən bir müddət sonra həmin heyvanların oğurlanması haqqında məlumat verərək heyvanı oğurlayan şəxslərin şəxsiyyətinin müəyyən olunması haqqında polis tərəfindən ona məlumat verilmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. X2 ailəsi ilə birlikdə X9-Peterburq şəhərində yaşayır. Onların Evinə o, nəzarət etmişdir. Axrıncı dəfə 2022-ci ilin aprel ayında X6 getdikdən sonra evə nəzarət etmişdir. Ona məxsus olan paltar yuyanı aparıb oğlunun evində qoymuşdur. Oğurluq hadisədən təxminən 15-20 gün əvvəl Çingizin evinə gedərkən ona məxsus paltar yuyanın orada olmadığını görmüşdür. Həmin vaxtı evin qapılarının açıq olmasını görmüş, dərhal baş vermiş hadisə ilə əlaqədar olaraq Şəmkir Rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət edərək baş vermiş oğurluq hadisəsini bildirmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödəlilərək, onunla barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, ifadəsində göstərilənləri nəzərə alaraq məhkəmədən onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 uzun illərdir ki, tanıyır, Elman və qardaşları ilə uzun illərdir ki, heyvan alıb-satır. 03 oktyabr 2022-ci il tarixdə Elman ona zəng edərək evdə işlədilməsi üçün saz vəziyyətdə olan paltar yuyan maşın olduğunu və həmin paltar yuyan maşını satmaq istədiyini bildirmişdir. O, isə Orxana həmin paltar yuyana baxıb ala biləcəyini demişdir. Elman və Səfər VAZ-21011 markalı avtomobillə oraya gəlmişlər, o, həmin paltar yuyana baxaraq 150 manat pul verərək Elmandan həmin paltar yuyanı almışdır. O, aldığı həmin paltar yuyanı yaşadığı evə aparmışdır. Paltar yuyanı evə apardıqdan sonra evdə quraşdırmışdır. Paltaryuyanı ona satarkən Elman və Səfərin yanında tanımadığı şəxs olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 uzun müddətdir ki, tanıyır. 2022–ci ilin təxminən sentyabr ayının ortalarında Orxan ona zəng edərək satılası dana olduğunu, dananı almaq istəyib–istəmədiyini demiş, o, isə pulunun olmadığını, əvvəldən 200 manat beh verib həmin dananı kəsib satdıqdan sonra isə pulun qalanını verə biləcəyimi demişdir. Bir neçə saat sonra tanımadığı 2 nəfər şəxs onun yaşadığı evə gəlmiş, həmin dananı evinin tövləsinə qoymuş, o, həmin tanımadığı şəxsə 200 manat pul vermiş, qalan pulu isə dananı kəsdikdən sonra verəcəyini demişdir. Həmin şəxslər dananı satdıqdan təxminən 15–20 gün sonra dananın oğurluq olduğu məlum olmuş, o, dananın oğurluq olmasını yaşadığı evə polis əməkdaşları gəldikdən sonra bilmiş, həmin dana oğurluq olduğu üçün dananı polis əməkdaşları vasitəsi ilə sahibinə təhvil vermişdir. Məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022–ci il tarixli “ Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şahid1 satılmış iribuynuzlu heyvana baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 18 oktyabr 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 24 oktyabr 2022–ci il tarixli “Hadisə yerinə baxış aparılması barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus olan “BEKO” markalı paltaryuyan maşına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixli, 9/1044 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2022–ci ilin iyun–oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1) 1 baş, qara rəngli, 1 yaşında diri çəkisi 150 kiloqram olan erkək dana– 1 başın qiyməti 1.000 manat, ümumi qiyməti 1.000 manat; 2) 1 baş, boz rəngli, 2 yaşında, diri çəkisi 180 kiloqram olan erkək dana– 1 başın qiyməti 1.250 manat, ümumi qiyməti 1250 manat; 3) 1 baş 8–9 aylıq, diri çəkisi 140 kiloqram olan erkək dana–1 başın qiyməti 950 manat, ümumi qiyməti 950 manat; 4) 1 baş, 6 yaşında, diri çəkisi 300 kiloqram olan inək–1 başın qiyməti 1.900 manat, ümumi qiyməti 1.900 manat; 5) 1 baş, 2 yaşında, 300 kiloqram diri çəkisi olan erkək dana–1 başın qiyməti 2.100 manat, ümumi qiyməti 2.100 manat; 6) 4 baş, 2 yaşında, hər birinin çəkisi 25–27 kiloqram olan qoyun–1 başın qiyməti 180 manat, ümumi qiyməti 720 manat; 7) 4 baş, 9 aylıq, hər birinin çəkisi 18 kiloqram olan qoyun–1 başın qiyməti 135 manat, ümumi qiyməti 540 manat. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 1(076)–116/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 1(076)–116/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər, Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hər birinin üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Şəmkir Rayon İcra və Probasiya şöbəsinin 24 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 07 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi isə 07 ay 25 gün təşkil edir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya şöbəsinin 24 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Nağıyev X10 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 07 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi isə 07 ay 25 gün təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X7 tərəfindən yazılmış ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şiştəpə kənd İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şiştəpə kənd İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şiştəpə kənd İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2024-cü il tarixdə anadan olmuş Hədiyyə adlı bir nəfər azyaşlı uşağı var. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 124–137–1–ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs2 məxsus 1250 (bir min iki yüz əlli) manat dəyərində olan 01 baş, 180 kiloqram çəkidə iri buynuzlu heyvanını, Zərərçəkmiş şəxs4 məxsus 2100 (iki min bir yüz) manat dəyərində olan 01 baş, 300 kiloqram çəkidə iri buynuzlu heyvanını gizli talayaraq oğurluq etmişlər, eyni zamanda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab olunan X5 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq sonuncunun anası Zərərçəkmiş şəxs3 məxsus 250 (iki yüz əlli) manat dəyərində olan, 01 ədəd 2020-ci il istehsallı, 5 kiloqramlıq “Beko” markalı paltaryuyanı gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişlər. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, habelə iş materiallarında olan digər sübutları müqayisəli təhlil edərək belə hesab edir ki, Zərərçəkmiş şəxs1 məxsus 950 (doqquz yüz əlli) manat dəyərində olan 01 baş, 140 kiloqram çəkidə iri buynuzlu heyvanın oğurlanması əməlinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi sübuta yetirilmir. Qeyd olunan oğurluq əməlinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsinə dair ittiham tərəfinin yeganə sübutu təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdir. Lakin cinayət işinin materiallarında həmin əməlin məhz Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsinə dair əlavə heç bir mötəbər sübut yoxdur. Məhkəmə CPM-in tələblərinə əsasən qeyd edir ki, şəxsin cinayət törtəməsinə dair etirafedici ifadələrinə o, halda istinad edilə bilər ki, həmin əməlin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi mötəbər sübutların məcmusu ilə təsdiq edilsin. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 950 (doqquz yüz əlli) manat dəyərində olan 01 baş, 140 kiloqram çəkidə iri buynuzlu heyvanın məhz Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmasına dair ittiham tərəfinin yeganə sübutu təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdir. Cinayət məsuliyyətinin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tər¬kibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008–ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7–ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri–müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusuiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsif, cəza tədbirinin seçilməsi və digər məsələlər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası CPM–in 28.5–ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülüən ittiham həm yetərlilik, həmdə inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə məhkəmə, yuxarıda sadalanan sübutlara istinad edərək ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 məxsus 950 (doqquz yüz əlli) manat dəyərində olan 01 baş, 140 kiloqram çəkidə iri buynuzlu heyvanın oğurlanması əməlinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi iş materiallarında olan sübutların məcmusu ilə sübuta yetirilmir. CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təsir edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir.Bu Məcəllənin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə yuxarıda sadalananlara istinad edərək ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət–Prosessual məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə bu qənaətdədir ki, Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 sentyabr 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, “Kraz Yolu” yaşayış masavində yolun kənarında, açıq sahədən Zərərçəkmiş şəxs1 məxsus 950 (doqquz yüz əlli) manat dəyərində olan 01 baş, 140 kiloqram çəkidə iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 950 (doqquz yüz əlli) manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamalarına dair hissə təqsirliliyi sübuta yetirilmədiyindən xaric edilməlidir. Məhkəmə, həmçinin cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi vardır və onların əməli həmin maddələrlə düzgün tövsif edilmişdir. Ona görə də, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə könüllü ödəmələrini, onların zərər çəkmiş şəxslərlə barışıq əldə etmələrini, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmalarını, eləcə də, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş hədlərdə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə yeni hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə, təqsirləndirilən şəxsin birinci iş üzrə 05 oktyabr 2022–ci il tarixdən 19 sentyabr 2023–ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddətinin, həmçinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsini azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 1(076)–116/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 05 oktyabr 2022–ci il tarixdən 19 sentyabr 2023–cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 14 gün CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bundan başqa Şəmkir Rayon İcra və Probasiya şöbəsinin 24 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 07 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi isə hər birinə münasibətdə 07 ay 25 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birinci iş üzrə həbsdə və ev dustaqlığında saxlandığı 11 ay 14 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasınin 2 gününə bərabər tutularaq, cəmi 1 il 10 ay 28 gün müddət, həmçinin Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi olan 05 ay 07 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022–ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi olan 05 ay 07 gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 25 (iyirmi beş) saat, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün 26 (iyirmi altı) saat, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən isə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 24 (iyirmi dörd) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 manat, Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 156 manat və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 144 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə yeni hökm üzrə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 03 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 05 oktyabr 2022–ci il tarixdən 19 sentyabr 2023–ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 14 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 1 il 10 ay 28 gün müddət, həmcinin Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 05 ay 07 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (il) 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə yeni hökm üzrə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 03 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 oktyabr 2022–ci il tarixdən 19 sentyabr 2023–ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 14 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 1 il 10 ay 28 gün müddət, həmcinin Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 05 ay 07 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (il) 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 manat, Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 156 manat və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 144 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar