Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-94/2025 07.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985–ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Şəmkir Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 1(076)- 139/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirəndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 22 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində dəmir yol xəttinin yaxınlığından tapdığı 02 (iki) ədəd ağ rəngli kağız bükümlərin və 01 (bir) ədəd şəffaf polietilen torbacığın içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İİ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı ilə müəyyən edilən psixotrop maddə olan metamfetami və narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Dəllər qəsəbəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdə, saat 17:10 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində saxlanılaraq polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf polietilen torbacığın içərisinə qoyulmuş, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qram, 0,593 qram və 0,325 qram, ümumi təmiz çəkisi 0,953 qram, xeyli miqdarda psixotrop maddə olan metamfetamin və 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,64 qram və 0,44 qram, ümumi təmiz çəkisi 1,08 qram az miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 22 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində dəmir yol xəttinin yaxınlığında 02 (iki) ədəd ağ rəngli kağız bükümləri, 01 (bir) ədəd şəffaf polietilen torbacığın içərisinə qoyulmuş, 01 (bir) ədəd qızılı rəngli kağız bükümü və 02 (iki) ədəd şəffaf sellofan bükümlərini görüb götürmüşdür. Həmin vaxt o, tapdığı bükümləri açan zaman 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə qurudulmuş marixuana və 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində psixotrop maddə olan metamfetamin olmasını görüb öz şəxsi istifadəsi üçün üzərində götürmüşdür. Həmin tarixdə, saat 17 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yolda olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Şəmkir Rayon Polis Şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyi üçün onun üzərinə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra polis əməkdaşları videoçəkiliş etməklə ondan üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulmuşdur. O, da polis əməkdaşlarına heç bir etiraz etmədən göy rəngli cins şalvarın sol yan cibindən 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə qurudulmuş marixuananı və 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində psixotrop maddə olan metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş o, da öz növbəsində üzərinə imza etmişdir. Daha sonra polis əməkdaşları onu Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Şəmkir Rayon Polis Şöbəsində ona X9 tərəfindən müdafiəçi tutmaq hüquqlarımın olması izah edilmişdir. Həmin vaxt o, maddi imkanımın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. X9 tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmişdir. O, da təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiə etmək üçün seçmişdir. Müdafiəçi gəldikdən sonra onun iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 22 sentyabr 2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə onun tərəfindən Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi Şahid2 rəhbərliyi ilə ondan, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5, Şahid3, Şahid4 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 17:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsinə gedilərək orada Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Daha sonra onun tərəfindən videogörüntü çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf polietilen torbacığın içərisinə qoyulmuş, 01 (bir) ədəd qızılı rəngli kağız bükümü və 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərini və eləcədə 02 (iki) ədəd ağ rəngli kağız bükümləri çıxararaq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd bükümün içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olması və 03 (üç) ədəd bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütləni görmüşlər. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və marixuanaya bənzər narkotik vasitə büküm ilə birlikdə 1, 21 qram və 1,43 qram olması və metamfetaminə bənzər kütlələrin büküm ilə birlikdə 0,52 qram, 0,33 qram və 0,13 qram olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı və psixotrop maddə olan metamfetamini həmin tarixdə, saat 10 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində dəmir yol xəttinin yaxınlığından tapmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi, polis mayoru Şahid2 tərəfindən qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla üzərinə imza etmişlər. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin qablaşdırıldığı bir ədəd zərf Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi, polis mayoru Şahid2 tərəfindən Şəmkir Rayon Polis X3 təhqiqatçısı Əli Eminliyə təqdim edilmiş, sonuncu tərəfindən həmin zərf videogörüntü ilə götürülmüş və eləcə də Təqsirləndirilən şəxs X9yə təqdim etmişlər. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, Şəmkir Rayon Polis X3 təhqiqatçısı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 22 sentyabr 2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Şahid5, Şahid3, Şahid4 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 17:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsinə gedilərək orada Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Daha sonra Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən videogörüntü çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf polietilen torbacığın içərisinə qoyulmuş, 01 (bir) ədəd qızılı rəngli kağız bükümü və 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərini eləcədə 02 (iki) ədəd ağ rəngli kağız bükümləri çıxararaq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd bükümün içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olması və 03 (üç) ədəd bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütləni görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və marixuanaya bənzər narkotik vasitə büküm ilə birlikdə 1, 21 qram və 1,43 qram olması və metamfetaminə bənzər kütlələrin büküm ilə birlikdə 0,52 qram, 0,33 qram və 0,13 qram olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı və psixotrop maddə olan metamfetamini həmin tarixdə, saat 10 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində dəmir yol xəttinin yaxınlığından tapmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən onun tərəfindən qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla üzərinə imza etmişlər. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin qablaşdırıldığı bir ədəd zərf onun tərəfindən Şəmkir Rayon Polis X3 təhqiqatçısı Əli Eminliyə təqdim edilmiş, sonuncu onlar tərəfindən həmin zərf və videogörüntü ilə götürülmüşdür, eləcə də Təqsirləndirilən şəxs X9yə təqdim etmişlər. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, Şəmkir Rayon Polis X3 təhqiqatçısı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 22 sentyabr 2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi, polis mayoru Şahid2 rəhbərliyi ilə Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5, Şahid4 və Şahid6 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 17:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsinə gedilərək orada Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Daha sonra Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən videogörüntü çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf polietilen torbacığın içərisinə qoyulmuş, 01 (bir) ədəd qızılı rəngli kağız bükümü və 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərini və eləcədə 02 (iki) ədəd ağ rəngli kağız bükümləri çıxararaq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd bükümün içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olması və 03 (üç) ədəd bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütləni görmüşlər. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və marixuanaya bənzər narkotik vasitə büküm ilə birlikdə 1, 21 qram və 1,43 qram olması və metamfetaminə bənzər kütlələrin büküm ilə birlikdə 0,52 qram, 0,33 qram və 0,13 qram olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı və psixotrop maddə olan metamfetamini həmin tarixdə, saat 10 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində dəmir yol xəttinin yaxınlığından tapmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən Cinayət-Axtarış Bölməsinin rəisi Şahid2 tərəfindən qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla üzərinə imza etmişlər. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin qablaşdırıldığı bir ədəd zərf Cinayət-Axtarış Bölməsinin rəisi Şahid2 tərəfindən Şəmkir Rayon Polis X3 təhqiqatçısı Əli Eminliyə təqdim edilmiş, sonuncu tərəfindən həmin zərf və videogörüntü götürülmüş, eləcə də Təqsirləndirilən şəxs X9yə təqdim etmişlər. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, Şəmkir Rayon Polis X3 təhqiqatçısı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən əlavə iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid6 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 22 sentyabr 2024– cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdə saat 17:10-da Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisində saxlanılmış, üst yoxlama aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim olunması təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd göyrəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümdə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsini, üç ədəd bükümdə metamfetamini və bir ədəd qutuda falqanı (rızla) təqdim etmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi barədə” 22 sentyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Şahid2, Tərlan Musazadənin və Təqsirləndirilən şəxs iştirakları ilə Şahid2 tərəfindən təqdim olunan içərisində narkotik vasitəyə bənzər kütlələr 0,52 qram, 032 qram və 0,13 qram olan metamfetaminə bənzər kütlə və 1 qutuda falqa olan zərfə baxış keçirilmiş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış aparılması barədə” 22 sentyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekusorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı sorşulmuş, bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekusorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 23 sentyabr 2024-cü il tarixli 16/986 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,64 qram və 0,44 qram, ümumi təmiz çəkisi 1,08 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen torbacığın içərisinə qoyulmuş, 01 (bir) ədəd qızlı rəngli kağız bükümdə və 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qram, 0,593 qram, 0,325 qram ümumi təmiz çəkisi 0,953 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş rızla kağızlar..” sözləri və imzalar olan kağız paketdəki, üzərində “X12” yazıları olan içərisi boş istifadə olunmamış açıq qəhvəyi rəngli kağız parçalarının üzərində narkotik vasitələrin və psixotrop maddələrin izləri aşkar olunmadı. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız paketdəki, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 1808 nömrəli rəyindən görünür ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2024-cü ildən narkoloji kabinetdə profilaktik qeydiyyatdadır. Şəmkir Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 1(076)-139/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şəmkir Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2341-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 1(076)-139/2024 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum xx.xx.2024-cü il tarixdə şöbədə qeydiyyata alınmış və hökm üzrə təyin edilmiş cəzasından xx.xx.2025-ci il tarixədək 05 ay 06 gününü çəkmiş, çəkilməmiş qalan cəzası 02 il 20 gün təşkil edir. İşdə olan Şəmkir RİHB-nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Şəmkir RİHB-nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı iki nəfər uşaqları vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metafetamini əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1– ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda sonuncunun üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,64 qram və 0,44 qram ümumi təmiz çəkisi 1,08 qram az miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarından az olduğundan və şəxsin əməlidə cinayət məsuliyyəti yaratmadığından həmin hissə ittihamdan xaric edilməlidir. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə 1 saylı siyahının 109-cu sırasında göstərilmişdir ki, qurudulmuş marixuanadan istifadəyə görə şəxsi istehlak miqdarından artıq miqdar 5 qram, küllü miqdar, 500 qram, xüsusilə küllü miqdar isə 50000 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmişdir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana miqdarı ümumilikdə 1,08 qram, yəni şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən 5 qramdan az olmuşdur, bu səbəbdən həmin hissə ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə bu qənaətdədir ki, Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan sonuncunun üzərindən aşkar edilərək götürülmuş 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,64 qram və 0,44 qram ümumi təmiz çəkisi 1,08 qram az miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana dair hissə cinayət məsuliyyəti yaratmadığından xaric edilməli və onun satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi isə məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla oz təsdiqini tapdığından, həmin əməlinə görə təqsirli bilindiyi Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, həmçinin cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərini əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı var və həmçinin ailənin yeganə qazanc gətirənidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcdir olunmadan, ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Məhkəmə cəza təyin edərkən nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli hökmü ilə CM–in 234.1–ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasından 05 ay 06 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 02 il 20 gün təşkil edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığım məhdudlaşdırılması cəzası təyin edilməsini, həmçinin CM–in 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini qismən birləşdirməklə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,803 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 64,80 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 20 gün hissəsi qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 sentyabr 2024–cü il tarixdən 24 sentyabr 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,803 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman və təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64.80 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-94/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-94/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver