Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-95/2024 10.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1956–cı il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, təqaüdçü, subay, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 259.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin iyul ayında dəqiq məlum olmayan tarixdə, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən meşə fonduna daxil olmayan Şəmkir rayonu, Dəllər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində, 1 ədəd, 300 manat dəyərində 16 sm diametri olan, 1 ədəd, 360 manat dəyərində 20 sm diametri olan, 1 ədəd, 400 manat dəyərində 22 sm diametri olan və 1 ədəd, 800 manat dəyərində 40 sm diametri olan, bir köküstə bitmiş cəmi 4 ədəd Ayland cinsli ağacları qanunsuz olaraq kəsdirərək, Şəmkir rayonu, Dəllər Bələdiyyəsinə xeyli miqdarda, yəni 1860 (bir min səkkiz yüz altmış) manat məbləğində ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi (götürülməsi) cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, fərdi əmək kimi yaşadığı qəsəbənin ərazisində yerləşən dükanda peraşki bişirib sataraq gündəlik gəlirini əldə edir. Həmin tikili 8 kv.m ölçüsündədir. Tikilinin yerləşdiyi torpaq sahəsi onun mərhum əri X4 05 mart 1998-ci il tarixdə Şəmkir rayon İcra hakimiyyətindən sərəncam əsasında verilmişdir. Həmin torpaq sahəsi mərhum əri Tahir Məmmədovun adına sərəncamla verildiyi üçün həmin vaxtdan torpaq sahəsində tikili inşa edilmişdir. Sonradan əri Tahir Məmmədovun səhhətində yaranmış problemlər nəticəsində sözü gedən torpaq sahəsində inşa edilən tikilinin tikintisi yarımçıq saxlanılmışdır. Belə ki, tikilinin divarları inşa edilmiş, lakin dam örtüyü və döşəməsi olmamışdır. Qeyd olunan tikilinin içərisinin yer səthi torpaq örtükdən ibarət olmuş və orada hər hansısa bitki və kol bitməmişdir. Sonradan onun əri Tahir Məmmədov vəfat etmişdir. Təxminən 19 il bundan əvvəl o, övladları ilə birlikdə Rusiya Federasiyasının Pitiqorisqi şəhərinə köçüb orada 2023-cü ilin əvvəlinə qədər yaşamışlar. Bu illər ərzində o, ara-sıra Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerlşən fərdi yaşayış evinə gəlsədə, lakin özünə məxsus olan dükana baş çəkməmişdir. O, 2023-cü ilin mart ayında Rusiya Federasiyasından Şəmkir rayonu, Dəllər qəsəbəsinə köçərək gəlmişdir. Burada dolanşığını təmin etmək üçün sözü gedən tikilinin təmirini tamamlayıb orada un məmulatları bişirib satmaq qərarına gəlmişdir. O, dükana baxan zaman dükanın içərisində 1 kök üstə bitmiş 4 ədəd ayland cinsli ağacların olmasını görmüşdür. O, həmin ağacları tanımadığı yaşadığı qəsəbə sakininə kəsdirmişdir. Ağacı yeni kəsən vaxt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bir neçə nəfər əməkdaşları onun yanına gələrək, ağacı qanunsuz kəsməyini ona izah edərək, sənədləşdirib protokol tərtib etmələrini ona bildirmişlər. O, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin adlarını bilmədiyi işçilərinə ona məxsus dükandan çıxıb getmələrini xahiş etsədə, lakin həmin şəxslər kəsdiyi ağacın şəkillərini çəkərək akt tərtib etmişlər. Ancaq bunlara baxmayaraq o, dükanın içərisindən kəsdiyi ağacın kökünə peton tökərək tükanın dam örtüyünü qurdurub qapı və pəncərə ilə təmin etmişdir. Daha sonra dükanın içərisini təmir etdirmişdir. Ağacıların gövdələrindən ikisinin diometri təxminən 20 sm, ikisinin isə diometri təxminən 5-10 sm olmuşdur. Hazırda əməlində səmimi peşmandır. Odur ki özünün təqaüdçü olmasını nəzərə alaraq ona məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs uzun müddət ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamış, 2023-cü ilin mart ayında Şəmki rayonu, Dəllər qəsəbəsinə qayıtmışdır. Belə ki, Təqsirləndirilən şəxs əri Tahir Məmmədov təxminən 20 il bundan əvvəl vəfat etdikdən sonra, Təqsirləndirilən şəxs öz övladları ilə birlikdə Rusiyaya köçüb orada yaşamağa başlamışlar. Lakin Təqsirləndirilən şəxs əri Tahir Məmmədov vəfat etməmişdən qabaq, hələ onlar burada yaşayan dövrdə Şəmkir rayon İcra Hakimiyyətindən yaşadıqları qəsəbənin mərkəzində kiçik bir torpaq sahəsi alıb onun üzərində təxminən 7-8 kv.metr ölçüdə tikili inşa etmişlər. O, zaman hələ bələdiyyələr yaradılmamış, torpaq sahələri yalnız rayon İcra Hakimiyyətləri tərəfindən verilmişdir. Sonradan Təqsirləndirilən şəxs ailəsində yaranan müəyyən maddi eləcə də sağlamlıq problemləri ilə əlaqədar onlar həmin tikilini yarımçıq saxlamışlar. Sözü gedən tikili Şəmkir rayonu, Dəllər qəsəbənin mərkəzində İ.Qayıbov və M.Əsədov küçələrinin kəsişməsində yerləşir. Tikilinin yalnız mişar daşları ilə inşa edilmiş divarı var idi. Lakin içərisi təmir edilməmiş, dam örtüyü və döşəməsi vurulmamışdır. Yer örtüyü isə torpaqdan ibarət idi. Təqsirləndirilən şəxs öz övladları ilə birlikdə Rusiyaya köçüb getdikdən sonra onların yarımçıq qoyub getdiyi tikili də nəzarətsiz qalmış və həmin tikilinin içərisində yabanı otlar, həmçinin ayland cinsi bir ağac bitmişdi. Belə ki, həmin ağac bir kökdən bitsə də, təxminən 3-4 ədəd gövdəsi var idi. Ağacın təxmini hündürlüyü 3 metr, gövdələrinin diametri isə 15-20 sm olardı. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Rusiyadan yaşadıqları qəsəbəyə birdəfəlik köçüb gəlmişdir. Onun dolanacaq işi olmadığı üçün ailəsinə məxsus olan yarımçıq tikilini tamamlayıb işlətmək istəmişdir. 2023-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs onun yanına gələrək, tikilisinin içərisində yabanı halda bitmiş ağacı kəsmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs izah etmişdir ki, ağacın kəsilməsinə razılığın verilməsi onun səlahiyyətində deyil. Yalnız ona köməklik edib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məktub yazıb razılıq almaq üçün çalışar. Təqsirləndirilən şəxs isə onun sözlərinə əsəbləşərək çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ağacı kəsməyə razılıq almaq üçün Şəmkir rayon İcra Hakimiyyətinə şikayət etmişdir. Təqsirləndirilən şəxs onun yanına gəldikdən bir neçə gün sonra təkrar gələrək ağacı kəsdiyini, lakin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının gəlib kəsilmiş ağaca görə protokol tərtib edərək ona cərimə yazdıqlarını və ona kömək etməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs vaxtında xəbərdarlıq etdiyini, indi isə ona heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfində Şəmkir rayon Dəllər Bələdiyyəsinə 1800 manat məbləğində ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 19 iyul 2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən İ.Qayıbov və M.Əsədov küçələrinin kəsişməsində yerləşən yarımçıq tikilidə iki ədəd müxtəlif diametrli yaş halda ayland cinsli ağacların yer səthindən bir qədər hündürlükdə kəsilərək məhv edilməsi barədə 2 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə daxil olmuş monitorinq aktının icrası ona və iş yoldaşı, məsləhətçi-müfəttiş Şahid2 həvalə edilmişdir. Adətən, 2 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin müşahidəçi işçisi tabeliklərində olan ərazilərə baxış keçirərək monitorinq aparır, əgər qanunsuz ağac kəsilməsi barədə hər hansı hal müəyyən edərsə, bu barədə akt tərtib edir. Sonra isə onlar həmin akt əsasında qeyd olunan əraziyə baxış keçirir, əgər həqiqətən də ağacın qanunsuz kəsildiyini müəyyən edərlərsə, bu barədə protokol tərtib edirlər. Beləliklə də daxil olmuş həmin akt əsasında 2 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin məsləhətçi-müfəttişi Şahid2 ilə birlikdə qeyd olunan ünvana getmişlər. Ağacların kəsildiyi yer təxminən 8-9 kv.metrlik kiçik yarımtikilinin içərisində yerləmiş, həmin vaxt tikilinin üzəri betonlanmamış, üzərində dam örtüyü qoyulmamışdır. Həmin vaxt o, yarımtikilinin kimə məxsus olduğunu, həmin ağacı kimin kəsdiyini öyrənərkən ağacı Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs kəsdiyi onlara məlum olmuşdur. Onlar yarım tikilinin içərisinə baxış keçirən zaman bir ədəd ayland cinsli ağac kəsilərək kökü torpaqdan çıxarılaraq tikilinin içərisində başqa bir yerə qoyulmasını görmüşlər. Belə ki, bir ağacın üzərində müxtəlif diametrli 4 ədəd gövdə kəsilərək aparılmış, kökü isə torpaqdan çıxarılmışdır. Gövdələrin harada olduğunu müəyyən edə bilmədiklərindən onların kəsildiyi yerlərə nəzərən diametrlərini ölçüb 1 ədəd 16 sm, 1 ədəd 20 sm, 1 ədəd 22 sm və 1 ədəd 40 sm diametrli gövdələrin kəsildiyini müəyyənləşdirilmişdir. Ağacı kəsdiyini etiraf edən Təqsirləndirilən şəxs kəsildiyi yerin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın olub-olmadığını soruşulan zaman Təqsirləndirilən şəxs onlara yalnız köhnədən qalan Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən 1998-ci il tarixdə verilmiş sərəncamın surətini təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs torpağın ona məxsus olmasını təsdiq edən əlində hər hansı rəsmi sənəd olmasının vacib olmasını izah edərək, əlindəki sənəd isə torpağın ona aid olmasını sübut etmək üçün kifayət etməməsini bildirmişlər. Təqsirləndirilən şəxs bundan başqa sənədinin olmadığını bildirdikdə, onlar ağacın qanunsuz olaraq kəsilməsi ilə bağlı akt tərtib etmişlər. Beləliklə də onlar Təqsirləndirilən şəxs tərəfindən ağacın qanunsuz kəsilməsi barədə tərtib olunmuş materialı aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə göndərmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 19 iyul 2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən İ.Qayıbov və M.Əsədov küçələrinin kəsişməsində yerləşən yarımçıq tikilidə iki ədəd müxtəlif diametrli yaş halda ayland cinsli ağacın yer səthindən bir qədər hündürlükdə kəsilərək məhv edilməsi barədə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş monitorinq aktının icrası ona və iş yoldaşı, baş məsləhətçi-müfəttiş Şahid1 həvalə edilmişdir. Adətən, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müşahidəçi işçisi tabeliklərində olan ərazilərə baxış keçirərək monitorinq aparır, əgər qanunsuz ağac kəsilməsi barədə hər hansı hal müəyyən edərlərsə, bu barədə akt tərtib edirlər. Sonra isə onlar həmin akt əsasında qeyd olunan əraziyə baxış keçirir, əgər həqiqətən də ağacın qanunsuz kəsildiyini müəyyən edərlərsə, bu barədə protokol tərtib edirlər. Beləliklə də, daxil olmuş həmin akt əsasında baş məsləhətçi-müfəttiş Şahid1 ilə birlikdə qeyd olunan ünvana getmişlər. Ağacın kəsildiyi yer təxminən 8-9 kv.metrlik kiçik yarımtikilinin içərisində yerləşir. Həmin vaxt tikilinin üzəri betonlanmamış, üzərinə dam örtüyü qoyulmamışdır. Onlar yarımtikilinin kimə məxsus olduğunu, həmin ağacı kimin kəsdiyini öyrənərkən ağacı Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs kəsdiyini müəyyən etmişlər. Onlar yarım tikilinin içərisinə baxış keçirən zaman bir ədəd ayland cinsli ağacın kəsilərək kökü torpaqdan çıxarılaraq tikilinin içərisində başqa bir yerə qoyulmasını görmüşlər. Belə ki, bir ağacın üzərində müxtəlif diametrli 4 ədəd gövdə kəsilərək aparılmış, kökü isə torpaqdan çıxarılmışdır. Gövdələrin harada olduğunu müəyyən edə bilmədikləri üçün onların kəsildiyi yerlərə nəzərən diametrlərini ölçüb 1 ədəd 16 sm, 1 ədəd 20 sm, 1 ədəd 22 sm və 1 ədəd 40 sm diametrli gövdələrin kəsildiyini müəyyənləşdirmişlər. Ağacın kəsdiyini etiraf edən Təqsirləndirilən şəxs kəsildiyi yerin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın olub-olmadığını onlar tərəfindən soruşulan zaman Təqsirləndirilən şəxs isə onlara yalnız köhnədən qalan Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən 1998-ci il tarixdə verilmiş sərəncamın surətini təqdim etmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs torpağın ona məxsus olmasını təsdiq edən əlində hər hansı rəsmi sənəd olmasının vacib olmasını izah edərək, əlindəki sənədin isə torpağın ona aid olmasını sübut etmək üçün kifayət etmədiyini bildirmişlər. Beləliklə də, onlar Təqsirləndirilən şəxs tərəfindən ağacın qanunsuz kəsilməsi barədə tərtib olunmuş materialı aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə göndərmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 iyul 2023-cü il tarixli aktından görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində monitorinq keçirən zamanı Dəllər qəsəbəsi, İ.Qayıbov küşəsi ilə M.Əsədov küçəsinin kəsişməsində yerləşən yarımtiklilərin icəri hissəsində iki ədəd müxtəlif diametrli yaş halda Ayland cinsli ağacların yer səthindən bir qədər hündürlükdə kəsilərək məhv edilməsini aşkar etmişlər və bu barədə Təqsirləndirilən şəxs izahatını almışlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 iyul 2023-cü il tarixli 81097 aktından görünür ki, diametri 16 sm olan 1 ədəd, diametri 20 sm olan 1 ədəd, diametri 22 sm olan 1 ədəd və diametr 40 sm olan 1 ədəd, cəmi 4 ədəd Ayland ağacının Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan 27 iyul 2023-cü il tarixli cədvəldən görünür ki, Təqsirləndirilən şəxs diametri 16 sm olan 1 ədədinin qiyməti 300 manat, diametri 20 sm olan 1 ədədinin qiyməti 360 manat, diametri 22 sm olan 1 ədədinin qiyməti 400 manat və diametr 40 sm olan 1 ədədinin qiyməti 800 manat cəmi 4 ədəd Ayland ağacını kəsməklə təbiətə 1860 (bir min səkkiz yüz altmış) manat məbləğində ziyan vurmuşdur. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonu, Dəllər qəsəbəsidir. Həmin qəsəbədə qanunsuz olaraq kəsdiyi kök üstə 4 ədəd ayland cinsli ağacın əvvəllər olduğu yerə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2024-cü il tarixli 9/262 №-li rəyin nəticə hissəsindən məlum olur ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 4 ədəd çəkil cinsli və müxtəlif diametrli ağaşların qanunsuz olaraq kəsilməsi nəticəsində tikinti və abadlaşdırma məqsədi ilə 2023-cü ilin iyul ayına olan təbiətə dəymiş ziyanın ümumi məbləği 1860 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Dəllər qəsəbə İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 22 (iyirmi iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-95/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-95/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver