Məhkəmə qərarları › İş №1(076)-96/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-96/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-96/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaq həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Abbaslı kəndində Zərərçəkmiş şəxs ilə arasında sonuncunun Təqsirləndirilən şəxs anası Şahid1 mobil telefonda kobud danışmasına görə yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinə, dəmir ilə isə başına vuraraq ona təpə nahiyəsinin və burun əsasının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 26 oktyabt 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Abbaslı kəndində yaşadığı evin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında olan borc məsələsinə görə mübahisə yaranmış və mübahisə zamanı yumruq və əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Abbaslı kəndində yerləşən Şahid2 məxsus evin yaxınlığında Təqsirləndirilən şəxs ilə əvvəlcədən aralarında olan borc məsələsi səbəbindən mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq və əlindəki dəmir parçası ilə onun sifət və baş nahiyəsinə zərbələr vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş və ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Oğlu Təqsirləndirilən şəxs evlənməyə hazırlaşdığı üçün yaşadıqları evi təmir etdirmək üçün əri Şahid2 təmir işləri üçün həmkəndlisi Zərərçəkmiş şəxs zəng etmişdir. 2024-cü ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadıqları evdə işləməyə başlamışdır. Zərərçəkmiş şəxs yaşadığı evdə işləyən zaman əri Şahid2 sonuncuya hissə-hissə 600 manat pul vermişdir. 26 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində o, yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs ona zəng edərək, yaşadığı evdə olan atı 600 manat qarşılığında aparmaq istədiyini bildirmişdir. O, isə Hüseynalıya həmin atı 700 manata satmaqlarını və ona 600 manatı verməyəcəyini bildirmişdir. Bu zaman oğlu Təqsirləndirilən şəxs yanında olmuş, mobil telefonu əlindən almış, Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamışdır. Bundan bir müddət sonra o, yaşadığı evdə olarkən çöldən səs-küy gəldiyini eşitmişdir. O, çölə çıxan zaman yaşadığı evin yaxınlığında oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü, əri Şahid2 və Şahid3 onları aradıqlarını görmüşdür. Daha sonra Şahid3 və Zərərçəkmiş şəxs hadisə yerindən çıxıb getmişdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 26 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Abbaslı kəndində yerləşən Şahid2 məxsus evin yaxınlığında qardaşı Zərərçəkmiş şəxs ilə həmkəndlisi Təqsirləndirilən şəxs mübahisə etməsini eşitmiş, lakin mübahisə zamanı hava qaranlıq olduğu üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs necə və nə ilə vurmasını görməmişdir. Mübahisədən sonra qardaşı Zərərçəkmiş şəxs sifət nahiyəsinin qan içində olmasını görmüşdür. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs 26 oktyabr 2024cü il tarixdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının təcili yardım şöbəsinə başın və burnun çapılmış diaqnozu ilə ambulator yardıma müraciət etmiş, daha sonra ekspertiza üçün təqdim olunmuşdur. O, sonuncunu müayinə edərkən onda təpə nahiyəsinin və burun əsasının əzilmiş yarası xəsarətlərinin olmasının aşkar etmişdir. Zərərçəkmiş şəxs müayinə plunan zaman onun başında və burnunda tikişlər olmuşdur. Zərərçəkmiş şəxs həmin xəsarətləri onun yad cisimlə vurulması nəticəsində almasını bildirmişdir. İş materiallarında olan 27 oktyabr 2024–cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 29 oktyabr 2024–cü il tarixli, 1081 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–təpə nahiyəsinin və burun əsasının əzilmiş yarası KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 26 oktyabr 2024cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şəmkir RİHB–nın Abbaslı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Abbaslı kəndində Zərərçəkmiş şəxs ilə arasında sonuncunun Təqsirləndirilən şəxs anası Şahid1 mobil telefonda kobud danışmasına görə yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinə, dəmir ilə isə başına vuraraq ona təpə nahiyəsinin və burun əsasının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qızı zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar