Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-97/2024 20.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs–Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1958–ci il tarixdə Goranboy rayonu, Faxralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Faxralı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə “Azərişiq“ ASC-nin X14 Təchizatı və Satışı İdarəsinin Müştəri Xidmətləri bölməsində aparıcı mütəxəssis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah məqsədi ilə Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə Şəmkir rayonu, Çinarlı qəsəbəsinin ərazisində olmaqla, uzun müddət istifadə olunmayan su artezian quyusunun fəaliyyətinin bərpa olunması üçün elektrik sayğacının quraşdırılmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək hissə-hissə olmaqla, 2023-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixlərdə vahid niyyətlə, Şəmkir rayonu, Könüllü kəndinin ərazisində yerləşən “Şəmkir-Aqropark”ın qarşısında Zərərçəkmiş şəxs Şəmkir rayonu, Çinarlı qəsəbə sakinlərinin ianələri hesabına toplanmış 8000 (səkkiz) manat məbləğində nəğd pulu, bir neçə gündən sonra isə 2000 (iki) manat məbləğində nəğd pulu, ümumilikdə zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını, yəni 10000 (on min) manat məbləğində pulunu aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Onunla aralarında düşmənçilik və ədavətləri yoxdur. Belə ki, 2015-ci ildən 2023-cü ilin mart ayına kimi Gəncə şəhər X12 MMC-də aparıcı mütəxəssis işləmiş və bu ilin mart ayında təqaüdə çıxmışdır. 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs ona zəng edərək bildirmiş ki, onlar kənddə işlək olmayan artezianı kənd sakinləri ilə birlikdə təmir etdirmişlər. Onlara arteziana sayğac qoyulmasında köməklik edə biləcəyini soruşmuşdur. O, da Mübarizə Əhmədova işin müqabilində 10000 manat pul lazım olacağını bildirmişdir. O isə ona pulun artezianın işə düşməsi üçün kənd sakinlərindən 8000 manat pul yığdığını yerdə qalan 2000 manat pulu isə tezliklə həl edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs bildirmiş ki, gəl görüşək pulu ver onların işini həl etmişdir. Mübariz onunla razılaşmış və 2023-cü ilin fevral ayında xatırlamadığı gündə Şəmkir rayonu “Aqro” parkın qarşısında ona sonradan adını bildiyi Qədir adlı şəxsin yanında 8000 manat pulu vermişdir. O, pulu alıb saydıqdan sonra Mübariz yerdə qalan pulu tezliklə düzəldəcəyini bildirmişdir. O, da Mübarizlə razılaşıb yaşadığı Goranboy rayonu, Faxralı kəndinə getmişdir. Təxminən 2-3 gün sonra Mübariz ona zəng edərək bildirmiş ki, “pul hazırdı gəl Şəmkir rayonuna yerdə qalan pulu sənə verim” O, da səhərisi gün taksi ilə Şəmkir rayonu “ Aqro” parkın qarşısında görüşüb Mübarizdən Qədirin yanında 2000 manat pulu almışdır. Pulu alıb saydıqdan sonra onlara bildirmişdir ki, tezliklə onların sayğac məsələnisini həl edəcək. Bundan sonra o, yaşadığı ünvana getmişdir. Sonra isə Mübariz mütəmadi olaraq onunla əlaqə saxlayaraq işin nə vaxt həl olunacağı barədə məlumat alanda bu gün sahab deyərək Mübarizi aldatmışdır. Mübariz ona zəng edərək onun haqqında şikayət edəcəyi barədə məlumat verdikdə o, da məcbur olaraq Mübarizdən aldığı 10000 manat puldan 5900 manatını geri qaytarmışdır. Pulun yerdə qalan hissəsini qaytara bilmədiyi üçün Mübariz onun haqqında Şəmkir RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. O, 4100 manat pulu isə ibtidai araşdırma dövrundə Zərərçəkmiş şəxs geri qaytarmışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs vurduğu 10000 manat maddi ziyanın tamamilə ödəmiş onunla barışıq əldə etmişdir. Odur ki, yaşını və məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tələbə yoldaşıdır. Şəmkir rayonu, Çinarlı qəsəbəsində 40 il bundan əvvəl vurulmuş artezian baxımsızlıqdan işləmək vəziyyətdə olmamışdır. Kənd sakinləri ilə birlikdə artezian quyusunu bərpa etmək qərarına gəlmişlər. Bu məqsədlə kənd sakinlərindən yəni 41 evdən ümumilikdə 10000 ( on min ) manat pul yığmışlar. Artezian quyusunun elektrik sayğacını bərpa etmək və Azərişıq Elektrik şəbəkəsindən icazə almaqdan ötrü tanışı yəni tələbə yoldaşı Təqsirləndirilən şəxs müraciət etmişdir. Mahir həmin vaxt Gəncə şəhərində yerləşən Azərişıq ASC-də işləyirmiş. O, Təqsirləndirilən şəxs elektrik sayğacının quraşdırılması və müvafiq icazə alınması üçün 10000 (on min) manat pullarının olduğunu bildirmişdir. Mahir isə ona rəhbərlikdə danışıb xəbər edəcəyini bildirmişdir. Qeyd edilən hadisə 2023cü ilin fevral ayında baş vermişdir. Təxminən 1 gündən sonra Mahir ona zəng edərək işin alındığını və pulu gətirməklərini bildirmişdir. O, qonşusu Şahid4la birlikdə 8000 manat pulu Şəmkir rayonu, Aqroparkın qarşısında Təqsirləndirilən şəxs vermişlər. Həmin pulu Mahirə verərkən onların yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs ona bildirmiş ki, yerdə qalan 2000 (iki min) manat pulu sonra verməlidilər. Təxminən 10 gündən sonra Təqsirləndirilən şəxs ona zəng edərək yerdə qalan 2000 manat pulu verməklərini bildirmişdir. O, da Mahirlə razılaşmış 2000 manat pulu Təqsirləndirilən şəxs Şəmkir rayonu, Aqroparkın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Həmin pulu verərkən onların yanında heç kəs olmamışdır. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs bu gün sabah deyərək onları aldatmağa başlamışdır. O, Mahirə onun haqqında şikayət ərizəsi ilə müraciət edəcəyini bildirdikdən sonra, 2023-cü ilin may ayında ilkin olaraq 3000 manat və sonra isə 2900 manat pulu ona gətirib vermişdir. Yerdə qalan 4100 manat pulu vermədiyinə görə onda məcbur qalaraq Təqsirləndirilən şəxs haqqında Şəmkir rayon PŞ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun tələbə yoldaşı olduğu üçün onu təxminən 40 il olar ki tanıyır. Kənd sakinlərindən alınan ən yüksək məbləğdə pul 300 manat ən aşağı məbləğ isə 50 manat olmuşdur. Təqsirləndirilən şəxs qalan 4100 manat maddi ziyanı barəsində cinayət işi başlayandan sonra ibtidai araşdırma dövründə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı tamamilə ödəmişdir və onunla barışıq əldə etmişdir. Odur ki, qeyd olunan halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs tələbə yoldaşıdır. Yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində 40 il bundan əvvəl qurulmuş artezian quyusu var. Baxımsızlıqdan artezian quyusu işlək vəziyyətdə deyil. Kənd sakinləri ilə birlikdə artezian quyusunu bərpa etmək qərarına gəlmişlər. Bu məqsədlə kənd sakinlərindən yəni 41 evdən ümumilikdə 10000 (on min) manat pul yığmışlar. Artezian quyusunun elektrik sayğacını bərpa etmək və Azərişıq Elektrik şəbəkəsindən icazə almaqdan ötrü Zərərçəkmiş şəxs tanışı yəni tələbə yoldaşı Təqsirləndirilən şəxs müraciət etmişlər. Mahir rəhbərlikdə danışıb xəbər edəcəyini bildirmişdir. Qeyd edilən hadisə 2023-cü ilin fevral ayında baş vermişdir. Təxminən 1 gündən sonra Mahir Mübarizə zəng edərək işin alındığını və pulu gətirməklərini bildirmişdir. Mübariz ilkin olaraq onunla birlikdə 8000 manat pulu Şəmkir rayonu Aqroparkın qarşısında Təqsirləndirilən şəxs vermişlər. Həmin pulu Mahirə verərkən onların yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs onlara yerdə qalan 2000 (iki min) manat pulu sonra verməklərini bildirmişdir. Təxminən 10 gündən sonra Təqsirləndirilən şəxs Mübarizə zəng edərək yerdə qalan 2000 manat pulu verməklərini bildirmişdir. Mübariz 2000 manat pulu Təqsirləndirilən şəxs Şəmkir rayonu, Aqroparkın qarşısında vermişdir. Həmin pulu verərkən o, həmin ünvanda olmamışdır. Onların onun haqqında şikayət ərizəsi ilə müraciət edəcəklərini bildirdikdən sonra, 2023cü ilin may ayında ilkin olaraq 3000 manat və sonra isə 2900 manat pulu Mübarizə gətirib vermişdirdi. Yerdə qalan 4100 manat pulu vermədiyinə görə məcbur qalaraq Təqsirləndirilən şəxs haqqında Şəmkir RPŞ-nə Zərərçəkmiş şəxs müraciət etmişdir. Təxminən 41 nəfər kənd sakinlərindən ümumilikdə 10000 (on min) manat pulu toplamışlar. Kənd sakinlərindən alınan ən yüksək məbləğdə pul 300 manat ən aşağı məbləğ isə 50 manat olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs tələbə yoldaşıdır. Yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində 40 il bundan əvvəl vurulmuş artezian quyusu baxımsızlıqdan işlək vəziyyətdə olmamışdır və onlar artezian quyusunu bərpa etmək qərarına gəlmişlər. Bu məqsədlə kənd sakinlərindən yəni 41 evdən ümumilikdə 10000 (on min) manat pul yığmışlar. Artezian quyusunun elektrik sayğacını bərpa etmək və Azərişıq Elektrik şəbəkəsindən icazə almaqdan ötrü Zərərçəkmiş şəxs tanışı yəni tələbə yoldaşı Təqsirləndirilən şəxs müraciət etmişlər. Mahir rəhbərlikdə danışıb xəbər edəcəyini bildirmişdir. Qeyd edilən hadisə 2023-cü ilin fevral ayında baş vermişdir. Sonradan onlara məlum olmuş ki, Təqsirləndirilən şəxs həmkəndləri Zərərçəkmiş şəxs aldadaraq kənd sakinlərinə məxsus artezian quyusunun elektrik sayğacını bərpa etməkdə köməklik etməyib və onlara qarşı dələduzluq edərək pullarını mənimsəyib. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs haqqında şikayət edəcəyini bildirdikdən sonra onların 5900 manat pullarını geri qaytarçışdır. Qalan 4100 manat pulu isə Zərərçəkmiş şəxs şikayət etdikdən sonra ibtidai istintaq dövrundə geri qaytarmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid12, Şahid1, Şahid6, Şahid8 da şahid X9 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş X1, X4, X3, Şahid10 və Şahid11 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X5, X7, X6, Şahid10 və Şahid11 da şahid X9 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən notarila qaydada yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə tamah məqsədi ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 178.2.3 və 178.2.4–cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 178.2.3 və 178.2.4–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui–istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 178.2.3 və 178.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-97/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-97/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver