Məhkəmə qərarları › İş №1(076)-97/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-97/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-97/2025 14.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 28 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ilə onunla bir kənd ərazisində yaşayan taksilik fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində yəni, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 12 manat pulu istəyərkən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bir neçə gün əvvəl yaşadığı kənd ərazisindən axan çay kənarından tapdığı qara rəngli dəmir metaldan olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçaqla bir neçə dəfə Zərərçəkmiş şəxs sol budunun yuxarı üçdə bir nahiyəsinə qəsdən vuraraq sonuncuya sol budun yuxarı üçdə birinin ön səthinin 1 ədəd kəsilmiş yarası və sol budun yuxarı üçdə birinin arxa səthinin 2 ədəd deşilmiş-kəsilmiş yarası nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül ila tǝrǝr vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Mahirin taksi sürücüsü olduğunu və bir küçə onun yaşadığı evdən aralıda yaşadığını bildirmişdir. Mahir ilə əvvəllər heç bir ədavətinin və düşmənçilik münasibətinin olmadığını bildirmişdir. 27 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu, 3 yol adlanan ərazidə toya getdiyini, onu toya aparması üçün Mahirdən xahiş etdiyini, Mahir ona 12 manat pul verməli olduğunu bildirmişdir. O həmin vaxt pul verməmiş, daha sonra vercəyini bildirmişdir. 28 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, S.Vurğun küçəsində Dolça Vita adlı restoranın qarşısında çayxanada olduğunu, Mahirin onu kafedən çölə çağırdığını, ondan pulunu tələb etdiyini bildirmişdir. O həmin vaxt Mahirə 5 manat pul vermiş, Mahir onun verdiyi 5 manat pulunu özünə qaytarmış və onun qolundan çəkərək ona söyüş söyməyə başlamışdır. Mahir ona pulunun hamsini verməsini demişdir. O 3-4 gün əvvəl çayın kenarından tapdığı qara rəngli metal dəmirdən olan bıçağı üzərində olan qara rəngli gödəkçənin sağ cibindən çıxardıb Mahirin sol ayağının arxa tərəfinə qorxutmaq məqsədilə ilə bir neçə dəfə vurduğunu, Mahirə bıçaqla xəsarət yetirdikdən sonra Mahirin onun arxası ilə qaçmağa başladığını, buna görə də qaçaraq yaşadığı evə gəldiyini bildirmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 31010 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanıyır, onunla eyni kənd ərazisində yaşayır. Onun Mənsur ilə əvvəllər heç bir ədavəti və düşmənçilik münasibəti olmadığını bildirmişdir. 26 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu, S.Vurğun küçəsində olan zaman Mənsur ona yaxınlaşaraq onu Şəmkir rayonu, 3 yol adlanan əraziyə toya aparmağını xahiş etmiş, o, Mənsura 12 manata aparacağını bildirmişdir. Mənsur onunla razılaşaraq bildirmişdir ki, qayıdan zaman pulunu verəcək. O, Mənsuru 3 yola düşürdüb geri qayıtmışdır. Lakin Mənsur onun 12 manat pulunu verməmişdir. 28 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində Şəmkir rayonu, S.Vurğun küçəsində Dolça Vita adlı restoranın qarşısında Mənsuru görüb ona yaxınlaşmış, Mənsura sənin atandan da böyük olduğundan utanasını onu aldadması, onun 12 manat pulunu verməsini demişdir. Həmin vaxt Mənsur ona 5 manat pul vermiş, o, Mənsura bu nə puldu verirsən demişdir. Mənsur ondan 5 manat pulu alaraq nalayiq sözlər ifadə edərək ümumiyyətlə onun pulunu verməyəciyini demişdir. Mənsur bir qədər ondan aralanmış, o, Mənsura ayıb olsun demişdir. O bu sözü deyib arxaya doğru çevirilən zaman Mənsur onun sol ayağının araxa hissəsinə doğru bıçaqla iki dəfə vurmuş, o, Mənsura tərəf çevirilən zaman Mənsur əlindəki bıçaq ilə yenə onun sol ayağına xəsarət yetirmişdir. Mənsur ona xəsarət yetirdikdən sonra qaçıb getmişdir. O daha sonra özünə məxsus olan avtomobilin yanına gəlib avtomobilə əyləşərək avtomobilini idarə edib Şəmkir rayon mərkəzi xəstəxanasına gəldiyini bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Əvvəlki Məhkəmə iclasında şahid qismində Şahid ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 28 oktyabr 2024-cü il tarixdə saat 22:30 radələrində kiçik oğlu X5 ona Mənsurun Şəmkir rayonu, S.Vurğun küçəsində yerləşən Dolça Vita adlı restoranın qarşısında yerləşən çayxanın qabağında bir küçə aralıda yaşayan tanıdığı taksi sürücüsü Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini bildirmişdir. O bununla bağlı olaraq Şəmkir rayon mərkəzi xəstəxanasına Zərərçəkmiş şəxs yanına getdiyini, onun Mənsur tərəfindən bıçaqlandığını öyrəndiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 noyabr 2024-cü il tarixli, 3260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol budun yuxarı üçdə birinin ön səthinin 1 ədəd kəsilmiş yarası və sol budun yuxarı üçdə birinin arxa səthinin 2 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə təsirindən törənmişdir, törənmə müddəti 28 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materialında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X4 07 noyabr 2024-cü il tarixli 16/1044 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və təyinatı üzrə istifadəyə yaralıdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmiş, bəraət verici əsaslar olmadan iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 31.5 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 05 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 30 (otuz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,50 manat (otuz bir manat əlli) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 05 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 30 (otuz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar