Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-98/2025 18.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi– Şəmkir Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 186.2.2, 221.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 14 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisinə pəncərədən keçməklə qanunsuz daxil olaraq oradan müxtəlif növ-50 ədəd, hər birinin dəyəri 60 manat olmaqla ümumi qiyməti 3000 manat, Rusiya istehsalı 0.70 litrlik “Kremlin” adlı spirtli içki, 2 ədəd, hər birinin dəyəri 75 manat olmaqla ümumi qiyməti 150 manat, Rusiya istehsalı 0.70 litrlik “Beluga” adlı spirtli içki, 18 ədəd, hər birinin dəyəri 80 manat olmaqla ümumi qiyməti 1440 manat, Fransa istehsalı 0.70 litrlik “Gray Goose” adlı spirtli içki, 23 ədəd, hər birinin dəyəri 60 manat olmaqla ümumi qiyməti 1380 manat, Rusiya istehsalı 0.70 litrlik “Ruskaya Eskadra” adlı spirtli içkini gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs3 5970,00 (beş min doqquz yüz yetmiş) manat məbləğində, xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 2023-cü ilin dekabr ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Şiştəpə kəndi ərazisindən tapıb, qanunsuz olaraq əldə etdiyi 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibirli, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, hər hansı kustar üsulu ilə dəyişikliklərə məruz qalmamış, yivli odlu silah hesab edilən döyüş sursatı olan avtomatı, həmin avtomatın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd texniki cəhətdən saz və istifadəyə yararlı darağı və döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 13 (on üç) ədəd atəş üçün yararlı patronları üzərində daşımaqla yaşadığı evdə saxlamış, onun qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə etməsi, saxlaması və daşıması ilə bağlı Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 16 yanvar 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yaşadığı Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, yaşadığın evin damında 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibirli, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, AKS- 74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, hər hansı kustar üsulu ilə dəyişikliklərə məruz qalmamış, yivli odlu silah hesab edilən döyüş sursatı olan avtomat, həmin avtomatın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd texniki cəhətdən saz və istifadəyə yararlı daraq və döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 13 (on üç) ədəd atəş üçün yararlı patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 02 iyun 2024-cü il tarixdə saat 23 radələrində Şəmkir rayon Şiştəpə kəndində yerləşən mərhum X7 yas mərasiminin keçirildiyi evə gələrək anası Zərərçəkmiş şəxs1 onun yas mərasiminə odun verməsinə narazılığını bildirməsindən əsəbləşib heç bir əsaslı səbəb olmadan mübahisə edərək ünvansız nalayiq söyüşlər söyməklə sərxoş vəziyyətdə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, həmin vaxt ətrafa toplanmış şəxslərin 30-40 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək əvvəlcə özünə çoxsaylı xəsarətlər yetirib daha sonra qohumu Zərərçəkmiş şəxs2 və qeyrilərinə xəsarət yetirmək məqsədilə üzərlərinə hücum etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Bundan başqa o, özgənin əmlakını qəsdən məhv etmək niyyəti ilə 03 iyun 2024-cü il tarixdə gecə saat 04 radələrində anası Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evini qisas almaq məqsədilə özü ilə gətirdiyi kibritlə evin içərisindəki əşyaları ilə birlikdə yararsız hala düşməsinə səbəb olmaqla Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdar təşkil edən 30.000 manat (otuz min) manat dəyərində evin tamamilə məhv olmasına səbəb olmaqla qəsdən özgə əmlakını məhv etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 186.2.2, 221.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Şəmkir rayonu, Şiştəpə kəndində yaşayır. Zərərçəkmiş şəxs3 tanıyır. Belə ki, onun həmkəndlisidir. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs3 və ailə üzvləri Rusiya Federasiyasında yaşayırlar, bu səbəbdən ona məxsus evdə heç kim yaşamır. Lakin, həmin evə Hacının qohumu Şahid13 nəzarət edir. 14 yanvar 2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək məqsədilə Zərərçəkmiş şəxs3 məxsus yaşayış olmayan evə daxil olmaq qərarına gəlmişdir. Həmin gün saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus evin yaxınlığına getmiş və hasardan aşaraq evin həyətinə daxil olmuşdur. O əvvəlcə qapını itələyib açaraq evin otaqlarını axtarmış, lakin heç bir dəyərli əşya aşkar etməmişdir. Daha sonra evdən çıxıb pəncərədən keçməklə evin zirzəmisinə daxil olmuşdur. O. evin zirzəmisində qutularda “kremlin”, “beluga”, “gray goose” və “ruskiy eskadra” araqları olduğunu görmüş və həmin araqları oğurlamaq qərarına gəlmişdir. O, araqları zirzəmidən çıxarıb, 3 dəfəyə aparmaqla həmin evə yaxınlıqda yerləşən sahibsiz və uçuq olan evə aparıb, orada gizlətmişdir. Sonra isə yaşadığı evə getmişdir. 15 yanvar 2024-cü il tarixdə o, tanışı Şahid14 satmaq üçün araqlarının olduğunu, həmin araqları satmaqda ona köməklik etməsini bildirmişdir. Ramil isə ona işlədiyi Gədəbəy rayonunda yerləşən Meh istirahət mərkəzinə getməklərini təklif etmiş və araqları satmaqda ona köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra kənd ərazisində taksi kimi fəaliyyət göstərən Elnura zəng edib məlumat vermişdir. Elnur yaşadığı ünvana gəldikdən sonra Zərərçəkmiş şəxs3 oğurladığı 43 ədəd araqları Elnurun avtomobilinin yük yerinə yığmış və Gədəbəy rayonuna yola düşmüşlər. Qeyd edilən əraziyə çatmışlar. Ramil istirahət mərkəzinin müdiri ilə danışdıqdan sonra, sonradan adını bildiyi Əlövsət araqları almağa razılıq vermişdir. O, Ramil və Əlövsətə araqların özünə məxsus olduğunu və nişan mərasimindən qaldığını bildirmişdir. Araqların oğurluq olması barədə Ramil, Əlövsət və Elnurun heç bir xəbəri olmamışdır. Araqları avtomobilin yük yerindən düşürdükdən sonra Əlövsətə təhvil vermişlər. Ümumilikdə araqları 550 manata Əlövsətə satmağa razılaşmışlar. Bundan sonra onlar əyləşib yemək yeməyə başlamışlar və gətirdiyi araqlardan 2 ədədini içib qutarmışlar. Əlövsət ona ilkin olaraq 250 manata pul vermişdir. 100 manat pulu isə yeyib içməklərinə çıxmışdır. Bundan sonra isə onlar yaşadıqları ünvana getmişlər. Şəmkir rayonuna çatdıqdan sonra o, Elnura taksi kimi onları aparıb gətirdiyi üçün 70 manat pul vermişdir. O, Hacıya məxsus fərdi yaşayış evindən oğurladığı spirtli içkilərin dəqiq sayını xatırlamır. Ancaq oradan oğurladığı spirtli içkilərin 12 ədədini özü içmiş, qalanlarını isə Meh istirahət mərkəzinə satmışdır. 2023-cü ilin dekabr ayında isə axşam saatlarında xatırlamadığı vaxtda yaşadığı evə gedən zamanı Şəmkir rayonu Şiştəpə kəndində yerləşən zibil tullantılarının olduğu yerdən keçərkən yolun kənarında ağ şəffaf rəngdə sellofan torba tapmışdır. Həmin torba onda maraq kəsb etdiyi üçün onun ağzını açıb içərisinə baxan zamanı torbanın içərisində 01 ədəd avtomat, sandıq və sandığın içərisində 13 ədəd patron aşkar etmişdir. Bundan sonra torbanı götürüb yaşadığı Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə gətirmişdir. Evə gətirdikdən sonra sellofan torbanın içərisində avtomat, sandıq və 13 ədəd patronla birlikdə yaşadığı evin damına qoymuş və bu barədə heç kəsə məlumat verməmişdir. 16 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu Şiştəpə kəndinin mərkəzindəki çayxanada olduğu zaman polis əməkdaşları gəlib ona yaxınlaşaraq özlərini təqdim etmişlər, sonra isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğunu deyib, onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya və sair şeylər aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra imza etmişdir. Daha sonra yaşadığı Şəmkir rayon Şiştəpə kəndinə gedilmiş, yaşadığı evdə axtarış aparılmışdır. Axtarış zamanı yaşadığı evin damında gizlətdiyi 1 ədəd kalaşnikov markalı avtomatı, həmin avtomatın darağı və 13 ədəd patronları aşkar edilib götürülmüşdür. Bundan başqa 02 iyun 2024-cü il tarixdə saat 23 radələrində qonşuluqda yerləşən mərhum əmisi Əvəz İsmayılova məxsus evə getmişdir. X7 evində ailə üzvləri tərəfindən təşkil edilən yas mərasiminə hazırlıq işləri görülmüşdür. O, da orada qohum kimi iştirak etmək üçün getmişdir. O, yas mərasiminə hazırlıq üçün kömək etmişdir. Orada olduğu zaman anası Ayna ilə aralarında narazılıq yaranmışdır. Belə ki, anası Ayna əmisinin yas mərasiminə görə evdən odun aparmağına narazılıq etmişdir. O, da əsəbləşib yaşadığı evə gedərək evdə spirtli içki-araq içməyə başlamışdır. Bu vaxtı anası Ayna da evə gəlmişdir. O, araq içdiyinə görə, həm də əmisigilə odun verməyinə görə onunla mübahisə etməyə başlamışdır. O, əsəbləşib əlini evlərinin pəncərəsinin şüşəsinə zərblə vuraraq şüşələri sındırmış, nəticədə əlindən və qolundan xəsarət almışdır. Daha sonra isə şüşə parçası ilə qarın nahiyəsinə də xəsarət yetirmişdr. O, sərxoş halda huşunu itirmiş, ayılanda xəstəxanada olduğunu və ona tibbi yardım göstərildiyini görmüşdür. Bir neçə saat ərzində xəstəxanada olduqdan sonra 03 iyun 2024cü il tarixdə saat 04 radələrində xalası oğlu Tural onu evə gətirmişdir. O, evə gəldikdən sonra hələ də sərxoş vəziyyətdə olmuşdur. Anası Ayna yenə də onu danlamağa və qarğışlar etməyə başlamışdır. O, da bundan əsəbləşərək evlərini yandıracağını demişdir. Anası isə ona qarğışlar edərək əmisi evinə getmişdir. O isə evdə tək olan zaman yaşadıqları anasına məxsus evi yandırmaq qərarına gəlmişdr. Bunun üçün kibriti alışdırıb pərdəni və yatağın üzərindəki yorğanı yandırıb, özü də evdən çıxmışdır. O. küçəyə çıxıb orada dayanaraq evin yanmasını seyr etmişdir. Bir qədər sonra yanğın daha da alovlanmağa başlamış, həmin vaxtı qonşuluqdakı yas mərasiminə toplaşmış qohumlar və tanışlar evin yandığını görüb gəlmişlər. Onlar yanğınsöndürən avtomobilləri çağırmışlar, lakin yanğınsöndürən avtomobilləri gələnə qədər evləri tamamilə yanaraq yararsız hala düşmüşdür. Yanğınsöndürən avtomobilləri isə yanğının yayılmasını qarşısını alaraq dayandırmışlar. Hazırda törətdiyi əməllər nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan qismən ödənilmiş, zərərçəkmiş şəxslərlə barışmışdır. Bunun nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Famil əvvəllər məhkumluq həyatı yaşamış, həm də spirtli içki aludəçisidir. Famil anası Ayna ilə birlikdə onların ata yurdları olan evə qonşuluqda yerləşən evdə yaşayır. Bir neçə gün əvvəl X8 vəfat etdiyi üçün o və digər ailə üzvləri də yas mərasimində iştirak etmək üçün gəlmişlər. 02 iyun 2024-cü il tarixdə öz evlərində mərhum atasının yasının üçüncü günü ilə bağlı ehsan süfrəsi üçün hazırlıq görürmüşlər. Bacıları və qohumlar da atası evində yığışmışlar. Həmin gün günorta saatlarında Famil də gəlib köməklik edirmiş, sonra isə öz evlərinə getmişdir. Axşam təxminən saat 19 radələrində Familin yaşadığı evin həyətində səs küy eşitmişdir. Famillə anası Ayna mübahisə etmişlər. O isə onları sakitləşdirmək üçün onların yanına gedəndə Famil sərxoş vəziyyətdə olduğunu, yas mərasimində istifadə etmək üçün onlara odun verməsinə görə anası ilə aralarında mübahisə baş verdiyini, çəkişərək dalaşdıqlarını görmüşdür. O, yaxınlaşıb onları sakitləşdirməyə çalışmışdır. Famil onlar gələnə qədər yaşadığı evin pəncərəsinin şüşəsini sındırmış, əllərindən xəsarət almışdır. Bu zaman bacıları Sveta İsmayılova və Şahid8 da gəlmişlər və Famili sakitləşdirməsinə kömək etmişlər. Onlar Famili anasından araladıqdan sonra əvvəlcədən sındırdığı şüşə parçası götürmüş, qarnına və digər nahiyələrinə xəsarətlər yetirmişdir. O və bacıları Familin əlindən şüşəni alıb, onu sakitləşdirib öz evlərinə aparmışlar. O isə şüşə qırıntılarını təmizləmişdir. Famillə bir qədər söhbət edib, onu sakitləşdirmişlər, həm də yaralarını sarıyaraq ilk tibbi yardım göstərmişlər. Bir qədər sonra Famil sakitləşib, onlarla normal söhbət etməyə başlamışdır. Təxminən saat 23 radələrində Famil yenidən öz yaşadığı evə getmişdir. Bir qədər sonra Familin bacısı Elyanə onlara zəng edib, Familin halı pisləşdiyini və yanına getməyini istəmiş, lakin o getməmişdir. Bir qədər sonra Famil özü onlara gəlmiş, Familin qolundan qan axmış, get gedə səhhəti pisləşmişdir. O və bacısı Türkan onun yaralarını sarımaq istəmişlər. Lakin, Famil onun çağırışına getmədiyi üçün ona əsəbləşib, özündən aralamışdır. Famil sərxoş halda ucadan danışırmış, əsas da anası ilə mübahisə etmişdir. Famil masanın üzərində olan bıçağı götürüb özünə xəsarətlər yetirməyə başlamışdır. Onlar bıçağı Familin əlindən almaq istələr də bıçağı nümayiş etdirərək, ona yaxınlaşmamaqlarını tələb etmişdir. Famil bu hərəkətləri ilə onları da narahat etmişdir. Ancaq anası X6 hədələrinə baxmayaraq yaxınlaşmış və bıçağı əlindən almışdır. Familin bacısı Elyanəni çağırmışlar, o, isə əri Sənanla gəlmiş və birlikdə Famili xəstəxanaya aparmışlar. 03 iyun 2024-cü il tarixdə saat 02 radələrində Familə xəstəxanada tibbi yardım göstəriləndən sonra əlində spirtli içki ilə onlara gəlmişdir. O, Famili bu hərəkətinə görə evdən qovmuş, ancaq Famil getməmişdir. Famil yenə də evlərində münaqişə yaradıb, nalayiq söyüşlər söyərək onları narahat etmişdir. Sənan isə Famili sakitləşdirib evinə aparmışdır. Həmin gün saat 04 radələrində evdə olan zaman anası ilə Familin mübahisə səslərini eşitmiş, onlar həyətə çıxanda Familin yaşadığı evin alışıb yandığını görmüşlər. Onlara məlum olmuşdur ki, Famil anası ilə mübahisə etdikdən sonra əsəbləşib yaşadıqları evi yandırmışdır. Ev tez vaxtda alovlanıb yanaraq tamamilə yararsız hala düşmüş, hadisə yerinə yanğınsöndürənlər gəlmiş, onlar isə yanğını söndürüb ətrafa yayılmasının qarşısını almışlar. Famili sakitləşdirən zaman qolundan xəsarətlər almışdır. Həmin xəsarətlər sıyrıqlardan ibarətdir. Famili aralamaq istəyərkən qollarına xəsarət yetirmişdir. Həm də bıçaqla onu və bacılarını hədələmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam həcmdə ödədəyini, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 16 yanvar 2024-cü il tarixdə Şəmkir rayon sakini Təqsirləndirilən şəxs üzərində odlu silah və narkotik vasitə gəzdirməsi barədə Şəmkir RPŞ-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid7 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi ilə CAB-nın əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid7, Şahid5, Şahid4 və PPXB-nün polis nəfərləri Şahid6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Saat 17 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu Şiştəpə kəndində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Şəmkir RPŞ-də müdafiəçinin iştirakı ilə müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı üzərində qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evində odlu silah olub-olmadığı təhqiqatçı tərəfindən soruşulduqda Təqsirləndirilən şəxs fərdi yaşayış evində silah olduğunu və həmin silahı könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirmişlər və baxış zamanı Təqsirləndirilən şəxs yarımtikilidə saxladığı silahın yerini göstərərək silahı könüllü olaraq təqdim etmək istədiyini bildirmiş evə fərdi yaşayış evinin damında saxladığı sellofan torbanı təqdim etmişdir.Təqdim edilmiş sellofan torba təhqiqatçı tərəfindən açıldıqda sellofan torbanın içərisində 01 ədəd avtomat, üzərində sandıq və sandığın içərisində 13 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd avtomatı və sandığın içərisində olan patronları haradan əldə etməsini soruşduqda 2023-cü ilin dekabr ayında Şəmkir rayonu Şiştəpə kəndində yerləşən zibil tulantıları olan yerdə tapdığını bildirmişdir. 01 ədəd avtomat və sandığın içərisində olan 13 ədəd patronlar təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən axtarış aparılan zamanı qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şakir oğlu ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəmkir rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 16 yanvar 2024-cü il tarixdə Şəmkir rayon sakini Təqsirləndirilən şəxs üzərində odlu silah və narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra CAB-nin rəisi polis mayoru Şahid1 rəhbərliyi, onun, CAB-nın əməliyyat müvəkkilləri Şahid2, Qasımov X4 Kənan Mustafa oğlu, Şahid4 və PPXB-nün polis nəfərləri Şahid6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Saat 17 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu Şiştəpə kəndində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Şəmkir RPŞ-də müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı üzərində qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra axtarış və onun nəticələri barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evində odlu silah olubolmadığı təhqiqatçı tərəfindən soruşulduqda Təqsirləndirilən şəxs fərdi yaşayış evində silah olduğunu və həmin silahı könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Sonra isə təhqiqatçı, müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi üçün Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri ilə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirərkən Təqsirləndirilən şəxs yarımtikilidə saxladığı silahın yerini göstərərək silahı könüllü olaraq təqdim etmək istədiyini bildirmiş, evə fərdi yaşayış evinin damında saxladığı sellofan torbanı təqdim etmişdir. Təqdim edilmiş sellofon torba təhqiqatçı tərəfindən açıldıqda sellofan torbanın içərisində 01 ədəd avtomat, üzərində sandıq və sandığın içərisində 13 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd avtomatı və sandığın içərisində olan patronları haradan əldə etməsini soruşduqda 2023-cü ilin dekabr ayında Şəmkir rayonu Şiştəpə kəndində yerləşən zibil tullantıları olan yerdən tapdığını bildirmişdir. 01 ədəd avtomat və sandığın içərisində olan 13 ədəd patronlar təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən axtarış aparılan zaman qadağan olunmuş əşya və ya predment aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid7 Şakir oğlu ilə eyni məzmunlu ifadələr verərək ifadələrində sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Şiştəpə kəndində ailə üzvləri ilə birgə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs əmisi oğludur. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs2 bacısıdır. Famil əvvəllər məhkumluq həyatı yaşamış, həm də spirtli içki aludəçisidir. Famil anası Ayna ilə birlikdə ata yurdları olan evə qonşuluqda yerləşən evdə yaşamışdır. X8 vəfat etdiyinə görə o və digər ailə üzvləri də yas mərasimində iştirak etmək üçün mərhum atasının yaşamış olduğu evə gəlmişlər. Onlar orada qalmış və yas mərasimləri üçün hazırlıq görmüşlər. 02 iyun 2024-cü il tarixdə öz evlərində mərhum atasının yasının üçüncü günü ilə bağlı ehsan süfrəsi üçün hazırlıq görmüşlər. Familin yaşadığı ev də onların evlərinə yaxın yerləşdiyi üçün hərdən gəlib getmişdir. Həmin gün təxminən saat 19 radələrində Familin yaşadığı evin həyətində səs küy eşitmişdir. Famillə anası Ayna mübahisə etmişlər. O, isə onları sakitləşdirmək üçün onların yanına gedəndə Famil sərxoş vəziyyətdə olduğunu, yas mərasimində istifadə etmək üçün onlara odun verməsinə görə anası ilə aralarında mübahisə baş verdiyini, çəkişərək dalaşdıqlarını görmüşdür. O və bacısı Əminə yaxınlaşıb onları aralamışlar. Famil yaşadığı evin pəncərəsinin şüşəsini sındırmış, əllərindən xəsarət almışdır. Onlar Famili anasından araladıqdan sonra əvvəlcədən sındırdığı şüşə parçasını götürüb, qarnına və digər nahiyələrinə xəsarətlər yetirmişdir. O və bacıları Familin əlindən şüşəni alıb, onu sakitləşdirib öz evlərinə aparmışlar. Famillə bir qədər söhbət edib, onu sakitləşdirmişlər, həm də yaralarını sarıyaraq ilk tibbi yardım göstərmişlər. Təxminən saat 23 radələrində Famil yenidən öz yaşadığı evə getmişdir. Bir qədər sonra Familin bacısı Elyanə onlara zəng edib, Familin halı pisləşdiyini və Əminənin yanına getməsini istəmiş, lakin Əminə getməmişdir. Bir qədər sonra Famil özü onlara gəlmiş, Familin qolundan qan axmışdır. Famil sərxoş halda ucadan danışmış, əsas da anası ilə mübahisə etmişdir. Famil masanın üzərində olan bıçağı götürüb özünə xəsarətlər yetirməyə başlamışdır. Onlar bıçağı Familin əlindən almaq istəsələr də, bıçağı nümayiş etdirərək ona yaxınlaşmamaqlarını tələb etmişdir. Famil bu hərəkətləri ilə onları da narahat etmişdir. Ancaq anası X6 hədələrinə baxmayaraq yaxınlaşmış və bıçağı əlindən almışdır. Familin bacısı Elvira əri Sənanla gəlmiş və birlikdə Famili xəstəxanaya aparmışlar. 03 iyun 2024cü il tarixdə saat 02 radələrində Familə xəstəxanada tibbi yardım göstərildikdən sonra əlində spirtli içki ilə onlara gəlmişdir. O, Famili bu hərəkətinə görə evdən qovmuşdur. Famil yenə də evlərində münaqişə yaradıb, nalayiq söyüşlər söymüşdür. Sənan isə Famili sakitləşdirib evinə aparmışdır. Həmin gün saat 04 radələrində evdə olan zaman anası ilə Familin mübahisə səslərini eşitmiş, onlar həyətə çıxanda Familin yaşadığı evin alışıb yandığını görmüşlər. Məlum olmuşdur ki, Famil anası ilə mübahisə etdikdən sonra əsəbləşib yaşadıqları evi yandırmışdır. Famil ona xəsarət yetirməmişdir. Ancaq ümumi olaraq onları bıçaqla hədələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu Şiştəpə kəndində ailə üzvləri ilə birgə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs qardaşıdır. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs2 əmisi qızı, Zərərçəkmiş şəxs1 isə anasıdır. Famil əvvəllər məhkumluq həyatı yaşamış, həm də spirtli içki aludəçisidir. Famil anası ilə eyni ünvanda yəni, Şəmkir rayon Şiştəpə kəndində yerləşən mərhum atasından qalmış fərdi yaşayış evində yaşamışdır. 02 iyun 2024-cü il tarixdə saat 23 radələrində bacısı Elyanə ona zəng edib, qardaşı Familin özünü doğradığını və xəsarət yetirməsini bildirmişdir. Elyanə birlikdə Şəmkir rayonu Şiştəpə kəndinə getməyi təklif etmişdir. O, əri Sənan və Elyanə ilə birlikdə getmişlər. Onlar çatanda Familin bıçaqla qarnına və qollarına xəsarət yetirdiyini və qan içində olduğunu görüb, onu sakitləşdirib xəstəxanaya aparmışlar. Familə xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilmişdir. Daha sonra isə Famili kəndə aparmışlar. Famil yenə də əmisi evinə getmişdir. Həmin vaxt yas mərasimi üçün hazırlıq aparılmış, evdə əmisi qızları və digər qohumlar toplaşmışdır. Famil sərxoş halda öz özünə əsəbləşib, münaqişə yaratmışdır. Bir qədər sonra Famili sakitləşdirib evinə aparmışlar. Famil əsəbləşmiş, evdə münaqişə yaratmışdır. Famil anası ilə mübahisə edərkən anası Aynanı yumruq və təpiklə vuraraq döymüşdür. O, anasını Famildən aralamışdır. Famil onu və Sənanı da qovduğu üçün küçəyə çıxmışlar. Bir qədər sonra evin alovlanıb yandığını görmüşdür. Məlum olmuşdur ki, Famil əsəbləşərək evi də yandırmışdır. Hadisə yerinə yanğın söndürənlər gəlmiş, lakin onlar da yanğının qarşısını ala bilməmişlər, yalnız yanğının yayılmasının qarşısını almışlar, evləri isə yanaraq yararsız hala düşmüşdür. Famil ona xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə Şəmkir RPŞ-nin inzibati binasında Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 4(076)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 16 aprel 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmasının əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi ilə cinayət işinin istintaqı davam etdirilmişdir. “Polisin nəzarəti altına vermək qətimkan tədbirinin seçilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilmişdir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, 03 iyun 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CMnin 221.1 və 186.2.2-ci maddələri ilə ********* №-li cinayət işi başlanmışdır. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə Şəmkir RPŞnin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 04 iyun 2024-cü il tarixli qərardadn görünür ki, 04 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işinin istintaqının aparılması müəyyən edildiyindən həmin cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 186.2.2 və 221.1-ci maddələrindən həmin Məcəllənin 177.2.3-cü, 177.2.4-cü, 186.2.2-ci, 221.1-ci və 228.1-ci maddələrinə tövsif edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 4(076)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.2.4cü, 186.2.2-ci, 221.1-ci və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 03 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablanmışdır. 16 yanvar 2024-cü il tarixli “Baxış keçirilməsi və axtarış haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirən zamanı yaşayış evinin damında saxladığı sellofan torbanın içərisində 01 ədəd avtomat, üzərində sandıq və sandığın içərisində 13 ədəd patron aşkar olunaraq götürülmüşür. Baxış və axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, 01 ədəd avtomat, üzərində sandıq və sandığın içərisində 13 ədəd patron saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. 17 yanvar 2024-cü il tarixli 24/129 №-li məhkəmə balistik ekspertizasının rəyindən görünür ki, təhqiqat təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsullu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74 modelli Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 daraq üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 13 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. 23 may 2024-cü il tarixli 9/3131 №-li məhkəmə əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, 50 ədəd, hər birinin dəyəri 60 manat olmaqla ümumi qiyməti 3000 manat, Rusiya istehsalı 0.70 litrlik “Kremlin” adlı spirtli içki, 2 ədəd, hər birinin dəyəri 75 manat olmaqla ümumi qiyməti 150 manat, Rusiya istehsalı 0.70 litrlik “Beluga” adlı spirtli içki, 18 ədəd, hər birinin dəyəri 80 manat olmaqla ümumi qiyməti 1440 manat, Fransa istehsalı 0.70 litrlik “Gray Goose” adlı spirtli içki, 23 ədəd, hər birinin dəyəri 60 manat olmaqla ümumi qiyməti 1380 manat, Rusiya istehsalı 0.70 litrlik “Ruskaya Eskadra” adlı spirtli ümumi dəyəri 5970,00 (beş min doqquz yüz yetmiş) manat təşkil etmişdir. 08 oktyabr 2024-cü il tarixli, 10/7416 №-li məhkəmə yanğın-tikinti ekspertizasının rəyindən görünür ki, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə, baş vermiş yanğın mənbəyi, evin yataq otağının daxilində, döşəmə səvəyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər hissələrinə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermiş şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də mənbə zonasında yanğını şərtləndirə bilən digər amillərin ( öz-özünə alışan, alışqan və s maddələrin ) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir.Yanğın nəticəsində Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə tikili üzrə dəymiş ziyan 8647 (səkkiz min altı yüz qırx yeddi) manat təşkil etmişdir. 14 oktyabr 2024-cü il tarixli 9/7751 №-li məhkəmə əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bazar qiyməti nəzəri hesablama yolu təxminən 1220 (bir min iki yüz iyirmi) manat müəyyən olunur. Qərarda və cədvəldə göstərilən 17 adda mallar barədə kifayət qədər məlumat (markası, modeli, istismar müddəti, istehsal ili, istehsal yeri və digər texniki göstəriciləri) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 186.2.2, 221.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmış, bundan başqa, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-da həmin cəzasını çəkuib qurtarmış, daha sonra Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə həmin cəzasını çəkib qurtarmışdır. CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törədib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanı çəkib qurtardığı gündən- xx.xx.2024-cü il tarixdən 02 il keçmədən yenidən az ağır cinayət əməlləri- CM-in 177.2.3, 177.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri törətmişdir ki, bu da cinayətlərin residivi hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, zərərçəkmiş şəxslərdən birinə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 186.2.2, 221.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər maddə üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 03 ay müddət təyin edilən qəti cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Şəmkir Rayon Polis Şöbəsinin anbarında saxlanılan 01 ədəd AKMS modelli avtomat, 01 ədəd həmin avtomata aid daraq və eksperimental atəşlər edildikdən sonra qalan 10 ədəd güllə müsadirə edirlərək DİN-nin Təchizat idarəsinə təhvil verilməli, cinayət işinin materiallarına əlavə edilmiş 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 265 manat məbləğində pul ondan tutulub Az.MEM, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməli, F. İsmayılova göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 148 (bir yüz qırx səkkiz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 03 (üç) ay müddət, ona qəti olaraq təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Şəmkir Rayon Polis Şöbəsinin anbarında saxlanılan 01 ədəd AKMS modelli avtomat, 01 ədəd həmin avtomata aid daraq və eksperimental atəşlər edildikdən sonra qalan 10 ədəd güllə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin, cinayət işinin materiallarına əlavə edilmiş 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 265 (iki yüz altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 148 (bir yüz qırx səkkiz) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-98/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-98/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver