Məhkəmə qərarları › İş №1(076)-99/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-99/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-99/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1953–cü il tarixdə Gədəbəy rayonu, Parakənd anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində, Bakı–Qazax avtomobil yolundan 200 metr məsafədə yerləşən, Şəmkir çayının məcrasındakı 0,5 hektar, Torpaqların Kadastr X6 məlumatlarında qeydə alınmış x=593369:y=4517966 koordinatları olan dövlət mülkiyyətində olan su fondu təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsini məftil torla hasarlayaraq torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 2021–ci il tarixdə arı ailələrinin saxlanması və qışlaması üçün yaşayış yerindən aralı olan, insanlara və digər canlılara təhlükə törətməyən bir ərazidə yerləşmək qərarına gəlmiş, Şəmkir çayının çay yatağının məsləhətli yer olduğunu düşünmüşdür. Şəmkir çayı yatağının 0,5 hektar torpaq sahəsini məişət tullantılarından və daşlardan təmizləyib arı ailələrini həmin ərazidə taxta yeşiklərdə yerləşdirmiş, arı ailələrinin mühafizəsi qaydalarına uyğun olaraq heyvanların və digər canlıların həmin əraziyə daxil olmaması üçün həmin ərazinin 0,5 hektar hissəsini dəmir torla hasarlamışdır. Həmin ərazinin müvəqqəti olaraq ona icarəyə verilməsi üçün Zərərçəkmiş şəxs orqanına müraciət etmiş, lakin işin həlli ilə bağlı müsbət cavab ala bilməmişdir. Daha sonra arıçılığı inkişaf etdirmək, ekoloji sağlam mühit yaratmaq üçün bal verən ağacların əkilməsini təmin etmiş, oraya paviloniya, evodiya, çökə və digər meşə ağacları əkmişdir. 01 may 2023–cü il tarixdə Azərbaycan Respublikasının İqtisasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları tərəfindən hazırda onun arı yeşiklərinin olduğu və ağacları əkdiyi, ətrafını dəmir torla hasarladığı 0,5 hekar torpaq sahəsinə baxış keçirdikləri barədə məlumatı olmuşdur. Bundan sonra dövlət mülkiyyətində olan su fondu təyinatlı torpaq sahəsinin 0,5 hekar hissəsinin ətrafını dəmir torla hasara alaraq zəbt etməyi barədə ona məlumat verilmişdir. Həmin ərazinin dövlət mülkiyyətinə aid olan su fonduna aid toraq sahəsi olduğunu əvvəlcədən bilmiş, lakin həmin ərazidən müvəqqəti olaraq istifadə etmək niyyəti olmuşdur. Bununla belə hazırda həmin torpaq sahəsini zərərçəkmiş hüquqi şəxsin sahibliyinə və istifadəsinə qaytarmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınmasını və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Aparatında Hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Şəmkir rayonu, Qədimqala kənd sakini Zirəddin Mnövlayevin dövlət mülkiyyətinə aid olan 0,5 hektar torpaq sahəsinin və Şəmkir rayonu, Çinarlı qəsəbə sakini X4 1,5 hektar torpaq sahəsinin qanunsuz olaraq zəbt edilərək məftil torla hasarlanması barədə məlumatı olmuşdur. O, bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin aidiyyatı əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs və Nurlan Nəbiyevə öz qanunsuz əməllərini dayandırmağı tələb etmiş, lakin ona məhəl qoyulmamışdır. 01 may 2023–cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsini məlumatlandıraraq Şəmkir rayonu, Qədimqala kənd sakini Təqsirləndirilən şəxs tərəfindən və Nurlan Nəbiyev tərəfindən dövlət mülkiyyətində olan su fondu torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Sonradan almış olduğu məlumata görə 01 may 2023–cü il tarixdə onun tərəfindən göstərilən və qeyd etdiyi şəxslər tərəfindən zəbt edilən ərazilərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları tərəfindən baxış keçirilərək akt tərtib edilmişdir. X3 Kadastr X6 məlumatlarına əsasən məlum olmuşdur ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətinə məxsus su fondu torpaq sahələrinin Təqsirləndirilən şəxs tərəfindən 0,5 hektar torpaq sahəsi koordinatları (x=593369;y=4517966), Şəmkir rayonu, Çinarlı qəsəbə sakini X9 tərəfindən 1,5 hektar torpaq sahəsi koordinatları (x=593408;y=4518050) hasarlanmışdır. Həmin ölçülərdə qanunsuz olaraq zəbt edilmiş torpaq sahələri Şəmkir rayon İcra Hakimyyətinin mülkiyyətindədir. Bununla belə Təqsirləndirilən şəxs qeyd olunan 0,5 ha torpaq sahəsini Şəmkir rayon İcra Hakimyyətinin sahibliyinə və istifadəsinə geri qaytarmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi X8 edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçi–müfəttiş vəzifəsində işləyir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin Dövlət əmlakın idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi X13 və şöbənin məsləhətçisi Şahid3 iştirakı ilə 01 may 2023–cü il tarixdə Şəmkir rayonu ərazisində Azərbacan Respublikası Prezidentinin 2000–ci il 28 noyabr tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin və 12 may 2020– ci il tarixli 1017 saylı Fərmanı ilə ilə təsdiq edilmiş “X1 Nazirliyi yanında Əmlak Məslələri Dövlət Ximdəti haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq monitorinq keçirən zaman Bakı–Qazax–Gürcüstan magistral yolunun Qazax şəhəri istiqamətində yolun sol tərəfindən 200 metr məsafə aralıda Şəmkir çayının məcrasında 2.0 hektar torpaq sahəsinin məftil torla hasarlanmış olması faktı aşkar olunmuşdur. Monitorinq zamanı aşkar olunmuş məftil torla hasarlanma işlərinin Şəmkir rayonu, Qədimqala kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 0,5 hektar torpaq sahəsinin hasarlanması və Şəmkir rayonu, Çinarlı qəsəbə sakini X9 tərəfindən isə 1,5 hekar torpaq sahəsinin hasarlanması faktları aşkar edilmişdir. Məftil torla hasarlanmış torpaq sahəlirindən götürülmüş döngə nöqtələrinin koordinatlarına X14 İnformasiya Sisteminin məlumatlarında baxılmış və məlum olmuşdur ki, həmin torpaq sahələri dövlət mülkiyyətində olan su fondu təyinatlı torpaq sahələridir və yuxarıda adları qeyd edilən Şəmkir rayon sakinlərinin torpaq sahəsi üzərində heç bir istifadə, icarə və mülkiyyət hüququ yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin əməkdaşı Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin əməkdaşı X10 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X15 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 04 may 2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt etdiyi torpaq sahələrinə baxış keçirilməklə protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan 0,5 ha torpaq sahəsinin Şəmkir rayon İcra Hakimyyətinin mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax regional X8 edilməsi və nəzarət sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş 01 may 2023–cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin Dövlət əmlakın idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi X13 və şöbənin məsləhətçisi Şahid3 iştirakı ilə 18 aprel 2023–cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində monitorinq keçirilərkən Bakı–Qazax avtomobil yolundan 200 metr məsafədə yerləşən Şəmkir çayının məcrasındakı 2.0 ha torpaq sahəsinin məftil torla hasarlanmış olması faktı aşkar edilmişdir. Monitorinq zamanı aşkar olunmuş məftil torla hasarlanma işlərinin aşağıda adları qeyd edilən Şəmkir rayon sakinləri tərəfindən aparılması müəyyəın edilmişdir: 1. Şəmkir rayonu, Qədimqala kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 0,5 hektar torpaq sahəsi hasarlanmışdır. Koordinatları (x=593369;y=4517966), Şəmkir rayonu, Çinarlı qəsəbə sakini X9 tərəfindən 1,5 hektar torpaq sahəsi hasarlanmışdır. Koordinatları (x=593408;y=4518050). Məftil torla hasarlanmış torpaq sahəsindən götürülmüş döngə nöqtələrinin koordinatlarına X5 X6 məlumatlarında baxılmış və məlum olmuşdur ki, həmin torpaq sahələri dövlət mülkiyyətində olan su fondu təyinatlı torpaq sahələridir və yuxarıda adları qeyd edilən Şəmir rayon sakinlərinin torpaq sahəsi üzərində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan bu işləri aparması məlum olmuşdur. Nəticədə vətəndaşlara törətdikləri qanun pozuntusu faktlarının Cinayət Məcəlləsinin 188–ci maddəsinə uyğun olduğu bildirilmiş, xx.xx.2023–cü il tarixli 008742 saylı bildiriş tərtib olunmaqla Şəmkir rayonu, Qədimqala kənd sakini Təqsirləndirilən şəxs və xx.xx.2023–cü il tarixli 008741 saylı bildiriş tərtib olunmaqla Şəmkir rayonu, Çinarlı qəsəbə sakini X2 yaşadığı ünvana göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin işçiləri tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində monitorinq keçirilmiş, monitorunq zamanı dövlət mülkiyyətində olan su fonduna aid 0,5 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən, 1,5 ha torpaq sahəsinin isə X9 tərəfindən metal torla çəpərlənməsi faktları aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Qədimqala kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 0,5 ha torpaq sahəsi məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istifadəsinə geri qaytarılmışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində, Bakı–Qazax avtomobil yolundan 200 metr məsafədə yerləşən, Şəmkir çayının məcrasındakı 0,5 hektar, Torpaqların Kadastr X6 məlumatlarında qeydə alınmış x=593369:y=4517966 koordinatları olan dövlət mülkiyyətində olan su fondu təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsini məftil torla hasarlayaraq torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM–nin 74–cü maddəsinə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM–nin 39.1.11–ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM–nin 43.1.2–ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4–cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM–nin 43.1.2–ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahəsini Zərərçəkmiş şəxs sahibliyinə və istifadəsinə qaytarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və onun tərəfindən törədilmiş əməlin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74–cü maddəsinin və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39, 40 və 305.1–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini – ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli 0,5 hektar torpaq sahəsinin Zərərçəkmiş şəxs mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsinin yenidən Zərərçəkmiş şəxs sahibliyinə və istifadəsinə qaytarılması onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 (on bir) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar