Məhkəmə qərarları › İş №1(077)-1/2025

Şuşa Rayon Məhkəməsi Hökm — İş №1(077)-1/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şuşa rayonu İş № 1(077)-1/2025 25.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Oğuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, “X11 Sanayi ve Ticaret Anonim Şirkəti” nin Azərbaycan Respublikasındakı filialında sürücü işləyən, məhkum olunmamış, subay, Oğuz şəhəri, Ş.İ.Xətai küçəsi ev 2-də qeydiyyatda olmaqla, Oğuz rayonu Kərimli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmiş, daşımış və saxlamış, habelə qanunsuz olaraq soyuq silahı əldə etmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə işlədiyi “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Şuşa rayon Turşsu qəsəbəsi ərazisində yerləşən yataq düşərgəsində 5 nömrəli otaqda iş yoldaşı X2 əvvəllər yatdığı ikimərtəbəli dəmir konstruksiyalı çarpayının birinci mərtəbəsindəki yataq dəstinin (döşəyin) altından Rusiya Federasiyasının “İjevsk” mexaniki zavodunda istehsal edilmiş, ********* nömrəli, üzərində təyinatını dəyişdirən əlavə dəyişiklik edilməyən, saz vəziyyətdə və atəş açmaq üçün yararlı - yəni barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan, “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı, 7.62 mm kalibrli, 1 (bir) ədəd döyüş təyinatlı, yivli-odlu avtomat silahını və həmin avtomat silahında, habelə “AK”, “AKM”, “AKMS” markalı avtomat silahlarında, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı olan, döyüş sursatı hesab edilən 29 (iyirmi doqquz) ədəd patronu, habelə qeyd olunan markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı olan, silahdan təyinatı üzrə istifadə etməyə - atəş açmağa imkan verən 1 (bir) ədəd sandıqçanı, həmçinin zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağını tapdıqdan sonra qeyd olunan predmetləri mənimsəmək qərarına gələrək bu məqsədlə real imkanları olmasına baxmayaraq, bununla bağlı işlədiyi şirkətin rəhbər heyətinə və ya müvafiq quruma hər hansı məlumat verməməklə, əvvəlcə qəsdən qanunsuz olaraq qeyd olunan odlu avtomat silahını, onun komplekt hissələrini və döyüş sursatını, habelə soyuq silahı əldə etmiş, daha sonra həmin otaqda öz yatdığı yataq dəstinin (döşəyin) altına gətirib qoymaqla qəsdən qanunsuz olaraq daşımış, daha sonra isə qeyd edilən yerdə gizlədərək xx.xx.2025-ci il tarixədək saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Oğuz rayonu Kərimli kəndində ailəsi ilə birlikdə yaşasa da, 2024-cü ilin iyul ayında işi ilə əlaqədar Şuşa şəhəri Turşsu qəsəbəsində düşərgədə quraşdırılmış vaqon tipli yaşayış sahəsində yaşayır. 2010cu il tarixdən “X11 Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında sürücü vəzifəsində işləmiş, 2024-cü ilin iyul ayında sonuncu iş yeri olan Siyəzən rayonundan Şuşa şəhərinə gəlmiş, həmin dövrdən şirkətin Şuşa rayon Turşsu qəsəbəsində yataq düşərgəsində quraşdırılmış vaqon tipli yaşayış yerində Tovuz rayon sakini Nizami Əmiraslanov və Hacıqabul rayon sakini, soyadını bilmədiyi, 64 yaşında Əzabulla ilə birlikdə yaşamış, xx.xx.2024-cü il tarixdə şirkətin işləri müvəqqəti yekunlaşdığı üçün evə getmişdir. xx.xx.2024-cü il tarixdə xatırlamadığı iş yoldaşı ona zəng edərək X5 rayonunda yaşadığı evdə beyninə qansızma nəticəsində öldüyü barədə məlumat vermiş, xx.xx.2025-ci il tarixdə şirkət tərəfindən işi üçün geri çağırılmış, xx.xx.2025-ci il tarixdə saat təxminən 18 radələrində Şuşa şəhəri Turşsu qəsəbəsindəki düşərgəyə qayıtmış, lakin Əzabullaya ehtiyac olmadığına görə çağırılmamış, bu səbəbdən həmin yaşayış sahəsində tək qalmışdır. Burada qaldığı müddətdə adəti üzrə səhər saat 8-də işə başlamaqla, axşam saat 19 radələrində düşərgəyə qayıtmış, 1 fevral 2025-ci il tarixdə təxminən günorta saatlarında Şuşa-Laçın yolunun kənar hissəsində iş vaxtı yol kənarlarını təmizləyərkən tir tüfənginin 2 ədəd qırılmış hissəsini tapmış, lülə hissəsini tapıb və yaxud düzəltdirib həvəs üçün istifadə etməyi düşünərək həmin gün tapdığı tir tüfənginin bir hissəsini qaldığı vaqonda yatağındakı döşəyinin altına, yəni döşəklə taxtanın arasına qoymuşdur. 2025-ci il fevral ayının 4-də günorta saatlarında şirkətin məsul işçiləri qaldığı vaqona gəlmiş, Nizaminin ölməsi ilə əlaqədar işdən çıxarıldığını, bu səbəbdən onun yatdığı yataqdakı yorğan, çexol, yastıq, üzlük və adyalı götürməli olduqlarını bildirmişlər. Onlara kömək edərək həmin əşyaları vermiş, lakin döşək yerində qalmış, həmin vaxt heç kim döşəyi qaldırıb altına baxmamışdır. xx.xx.2025-ci il tarixdə axşam işdən gəldikdən sonra Nizaminin yatağındakı döşəyi ilə öz yatdığı yatağın döşəyini dəyişdirmək qərarına gəlmiş, Nizaminin döşəyini qaldırarkən döşəklə yatağın dəmir konstruksiyanın arasına qoyulmuş taxtanın üstündə 1 ədəd “Kalaşnikov” avtomat silahı, yanında ayrıca qoyulmuş 1 ədəd “Kalaşnikov” tipli avtomatın darağını, 1 ədəd dəstəyi qəhvəyi rəngdə olan süngü bıçağı, həmin avtomatda nişangah üçün istifadə olunan komplekt hissənin olduğunu aşkar etmiş, darağın içinin patronlarla dolu olduğunu görmüş, lakin patronları saymamışdır. Nizaminin yatdığı çarpayının döşəyini öz yatdığı çarpayının döşəyi ilə dəyişdirdikdən sonra, tapdığı 1 ədəd Kalaşnikov avtomatı, həmin avtomata məxsus içərisində patron olan 1 ədəd darağını, 1 ədəd nişangah quraşdırılması üçün istifadə olunan kompekt hissəni və 1 ədəd süngü bıçağı Nizaminin yatdığı çarpayıdakı döşəyinin altından götürüb öz yatdığı çarpayının döşəyinin altına gətirərək saxlamış, həmçinin əvvəlcədən özünün tapdığı tir tüfəngini də həmin silah-sursatın yanına qoymuşdur. Həmin vaxtı bu barədə heç kimə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixdə Şuşa şəhərində hansısa nəqliyyat vasitəsinin ehtiyat hissəsinin itməsi barədə ona məlumat verilmiş, bu zaman Şuşa rayon polis şöbəsindən “itmiş ehtiyat hissəsi ilə bağlı yük maşınlarındakı dəmirlərin arasına baxılması” göstərişi verilmiş, buna görə də şirkətin tapşırığı ilə yol kənarlarında qalan yararsız, ermənilərdən qalmış dəmir qırıntılarını təmizləyib yük avtomobillərinə yığmışdır. Həmin gün o itmiş ehtiyat hissəsinin tapılması ilə məşğul olmuş, axşam saat 19-20 radələrində yenidən qaldığı düşərgəyə qayıtmış və həmin vaqonda yatmışdır. Sonrakı gün günorta saat 15 radələrində işini bitirib avtomobili boşaltdıqdan sonra və qar yağdığı üçün yollar buzladığından şirkət tərəfindən 2 günlük evə getməsinə icazə verilmiş, buna görə Oğuz rayonuna yaşadığı evə getmiş, xx.xx.2025-ci il tarixdə isə səhər saat 8-də Şuşa şəhərinə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə axşam saat 20 radələrində müvəqqəti yaşadığı düşərgədə olan zaman Laçın RPŞ-nin əməkdaşları yaxınlaşaraq otaqda silah-sursat saxlamağı ilə bağlı məlumat aldıqlarını buna görə də otağa baxış keçiriləcəyini bildirmişlər. Bu zaman otağa baxış keçirilməsi ilə bağlı etirazının olmaması ilə əlaqədar ərizə yazmış, polis əməkdaşları ilə birlikdə baxış keçirilən zaman yatdığı çarpayının döşəyinin altından 1 ədəd “Kalaşnikov” markalı avtomatı, içərisində 29 ədəd patron olan 1 ədəd darağı, 1 ədəd süngü bıçağı, 1 ədəd nişangah quraşdırılması üçün istifadə olunan kompekt hissəni, əvvəlcədən tapdığı tir tüfənginin 2 ədəd qırılmış hissəsini və otaqda gündəlik mətbəx işlərində istifadə etdiyikləri 2 ədəd mətbəx bıçağını polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra yuxarıda qeyd etdiyi silah-sursat, süngü bıçaq, avtomatın komplekt hissəsi, tir tüfənginin hissələri və 2 ədəd mətbəx bıçağı qablaşdırılaraq maddi sübut qismində götürülmüş, törətdiyi əmələ görə Laçın rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Həmçinin o, bildirmişdir ki, 1 ədəd “Kalaşnikov” markalı avtomatı, içərisində 29 ədəd patron olan 1 ədəd darağı, 1 ədəd süngü bıçağı, 1 ədəd nişangah quraşdırılması üçün istifadə olunan kompekt hissəni rəhmətlik Nizami Əmiraslanovun yatağının altından tapdığına görə predmetlərin Nizami tərəfindən yatağın altına qoyulduğunu düşünmüş, polis əməkdaşları tərəfindən saxlanılan zaman həyəcanlı olmuş, öz fikrini tam olaraq çatdıra bilməmişdir. Nizaminin yatdığı çarpayıda yatmamış, Nizamiyə məxsus çarpayının döşəyini öz yatdığı çarpayının döşəyi ilə dəyişdirmiş, bu zaman Nizaminin yatdığı çarpayının döşəyinin altından tapdığı silah-sursatı və komplekt hissəsini oradan götürüb öz yatdığı çarpayının döşəyinin altında saxlamış, süngü bıçaqdan heç bir formada istifadə etməmiş, müvəqqəti yaşadığı otaqda aşkar edilmiş 2 ədəd bıçağın mətbəx bıçağı olduğu üçün həmin bıçaqlardan gündəlik mətbəx işlərində istifadə etmişdir. Tir tüfənginin 2 ədəd qırılmış hissəsini Şuşa-Laçın yolunun kənar hissəsindən tapmış, silah-sursatı və komplekt hissələri öz yatdığı çarpayının döşəyinin altında saxlamağını heç kim görməmiş, həmçinin silah- sursatın və süngü bıçağın ona məxsus çarpayının döşəyinin altında olmasından heç kimin xəbəri olmamış, Nizaminin yatdığı çarpayının döşəyinin onun istifadəsində olan döşəkdən daha rahat olduğunu olduğu üçün döşəkləri dəyişdirmiş, qeyd olunan predmetləri aşkar etdikdən sonra qorxduğu üçün heç kəsə məlumat verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü il tarixdən “X11 Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında ekskvator operatoru vəzifəsində işləməyə başlamış, işlədiyi şirkət Şuşa-Laçın avtomobil yolunun bərpasını həyata keçirmiş, müvəqqəti olaraq işlədiyi şirkətin Şuşa rayon Turşsu qəsəbəsi ərazisində yerləşən kampında yaşamışdır. İşlədiyi şirkətdə işləyən Ramin, Əzəbulla və Nizami adlı şəxsləri işlədiyi müddətdə tanımış, həmin şəxslərə qarşı hər hansı formada ədavəti yaxud düşmənçiliyi olmamışdır. Nizami 2024-cü ilin dekabr ayında vəfat etmiş, hər üç şəxs şirkətin vaqon tipli otaqlarında müvəqqəti olaraq birlikdə yaşamış, onun yaşadığı vaqon tipli otaq qeyd edilən şəxslərin qaldıqları otaqla yan-yana olmuşdur. xx.xx.2025-ci il tarixdə Raminin yaşadığı vaqon tipli otağa polis əməkdaşları gəlmiş, bundan sonra Raminin yaşadığı otaqda yatağındakı döşəyinin altında silah-sursat saxlaması barədə məlumatı olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il tarixdən Laçın RPŞ-nin CAB-nın axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etməyə başlamışdır. 11 fevral 2025-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1981-ci il təvəllüdlü, Oğuz rayon Kərimli kənd sakini, “X11 Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında sürücü vəzifəsində işləyən Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı, Şuşa şəhəri Turşsu qəsəbəsi ərazisində yerləşən, həmin şirkətə məxsus düşərgədəki vaqon tipli yaşayış sahəsində qanunsuz olaraq odlu silah saxlaması barədə məlumat daxil olmuş, məlumat ilə bağlı dərhal rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, həmin tarixdə İstintaq qrupunun baş müstəntiqi, polis kapitanı Ülvi Alyarov ilə birlikdə Şuşa rayon Turşsu qəsəbəsində yerləşən, “X11 Sanayi ve Ticarət Anonim Şirkətf’nin Azərbaycan Respublikasındakı filialının yaşamaq üçün nəzərdə tutulmuş düşərgəsinə gəlmiş, qeyd olunan ərazidə Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş, Təqsirləndirilən şəxs daxil olmuş məlumat barədə izah verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı otaqda qanunsuz odlu silah olduğunu etiraf etmiş, həmin şəxs ərizə yazaraq, yaşadığı otağa baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Ülvi Alyarov tərəfindən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı 5 nömrəli otağı göstərmiş və otaqda olan bütün əşyaları könüllü olaraq təqdim etmiş, baxış prosesində otaqda ikimərtəbəli yatağın birinci mərtəbəsində döşəyin alt hissəsində 1 (bir) ədəd avtomat silah, içərisində 29 (iyirmi doqquz) ədəd patron olan 1 (bir) ədəd daraq, 1 (bir) ədəd süngü bıçağı, 2 (iki) ədəd məişət bıçağı, 1 (bir) ədəd naməlum dəmir parçası və digər silaha aid 2 (iki) ədəd qırılmış vəziyyətdə predmet aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs şahidlərin ifadələrini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Laçın RPŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etməsi, daşıması və saxlaması faktı üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (iş vər. 2) - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən ərazi “X11 Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının Şuşa rayon Turşsu qəsəbəsi ərazisində yerləşən düşərgəsində, Təqsirləndirilən şəxs müvəqqəti olaraq yaşadığı vaqon tipli 5 nömrəli otaqdır. Otaqda 2 mərtəbəli dəmir konsturuksiyalı çarpayı vardır. Təqsirləndirilən şəxs yatdığı 2 mərtəbəli dəmir konstruksiyalı çarpayının birinci mərtəbəsindəki döşəyinin altında olan 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, içərisində patron olan Kalaşnikov markalı avtomatı məxsus 1 ədəd darağı, 1 ədəd süngü bıçağı, 1 ədəd avtomat silahında nişangah quraşdırılması məqsədilə istifadə olunan komplekt hissəsi, tir tüfənginin 2 ədəd qırılmış hissəsi və 2 ədəd mətbəx bıçağını təqdim etmiş və həmin silah-sursat, onun komplekt hissəsi, süngü bıçaq, tir tüfənginin hissələri, 2 ədəd mətbəx bıçağı qablaşdırılaraq müvafiq qaydada götürülmüşdür. Baxış keçirilməsi istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə saat 19:14-də başlamış və həmin tarixdə saat 19:45-də başa çatmışdır. (İş vər: 5-9). - Kompleks məhkəmə-ballistik və soyuq silah ekspertizasının xx.xx.2025-ci il tarixli 3/209; 3/210; 3/211 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah Rusiya Federasiyasında “İjevsk” mexaniki zavodunda istehsal edilmiş, 7.62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, “AK-103” markalı, “171144536” nömrəli, döyüş təyinatlı, yivliodlu avtomat silahıdır, sazdır, atəş açmaq üçün yararlıdır, silahın və zavod nişanlarının üzərində sonradan əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça “AK-103” (“AK”, “AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 29 ədəd predmet 7.62 mm kalibrli “AK-103”, “AK”, “AKM”, “AKMS” markalı avtomat silahlarda, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 7.62x39 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar(3 ədəd patron ekspertimental atəş zamanı istifadə edilmişdir.). Tədqiqata təqdim edilmiş 2 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqli iş prinsipinə malik, 4.5 mm kalibrli, “Bomer XSBİ” markal, “112105834” nömrəli, pnevmatik tüfəngin hissələridir, 1 ədəd qəlibidir, 1 ədəd isə qundağıdır, odlu silah, qaz silahının hissələri hesab edilmir, təyin tədqiqi hissəsində göstərilən səbəblərdən təyinatı üzrə istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş 1 ədəd metal predmet zavod üsulu ilə istehsal edilmiş, “AK- 103”, (AK-74M, AK-104, AK-105) markalı avtomat silahlarda, “Caüra MK”, “Canra 410”, “TG-2”, “Berıpt-İB”, “Benpt-308” markalı karabinlərə və s. odlu silahlara optik nişangah, kolimator, lazer fonarı və s. keçirilib quraşdırılması üçün nəzərdə tutulmuş kronşteyndiristifadəyə yararlıdır, odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 2 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat- məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmirlər. Qərarda qoyulmuş “Xüsusi saxlanma qaydası varmı? Sözügedən silahın əldə olunması üçün hər hansı sənəd tələb olunurmu? sualları Mərkəzin ekspertinin səlahiyyətlərinə aid olmadığından cavablandırılmadı. Tədqiqata təqdim edilmiş bir ədəd “AK-103” markalı, “171144536” nömrəli avtomat silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Müvafiq elmi metodik vəsait olmadığından sonuncu atəşin açılma vaxtını müəyyən etmək mümkün deyil. (c.İ, i.v.25-30) - “Cinayət əməlinin tövsif olunması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Laçın RPŞ-nin müstəntiqi tərəfindən ********* nömrəli cinayət işinin istintaq materiallarının Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci və 228.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. (iş vər. 42-43) - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Laçın RPŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (iş vər. 45-46) - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Laçın RPŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (iş vər. 64-65) - “Əşyanın maddi sübut hesab edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 1 ədəd avtomat silah, 1 ədəd sandıqça, 29 ədəd patron və 1 ədəd süngü bıçağı ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. (iş vər. 67-68) - “Oğuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 1 mart 2025-ci il tarixli 18- 1-64/2-208/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (c.l, i.v.24). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c.l, i.v.23). - Oğuz rayonu İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz şəhəri, X10 küçəsi ev 2-də qeydiyyatdadır, subaydır və həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (c.l, i.v.21-22). - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci və 228.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Laçın RPŞ-dən Şuşa RPŞ-nə göndərilmişdir. (iş vər. 74-78) - “Cinayət əməlinin tövsif olunması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şuşa RPŞ-nin müstəntiqi tərəfindən ********* nömrəli cinayət işinin istintaq materiallarının Azərbaycan Respublikası CM-nin 228.1-ci və 228.4-cü maddələrindən həmin Məcəllənin 228.1-ci və 228.5-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. (iş vər. 88-89) - “Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şuşa RPŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 228.1-ci və 228.5-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (iş vər. 93-95) - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərdiklərini əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. Onun ifadəsi ilə ifadəsinin yerində yoxlanması zamanı göstərdiyi xüsusatlar arasında ziddiyyət müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən video çəkilişdən istifadə edilərək, görüntüləri özündə əks etdirən 1 ədəd “CD” disk protokola əlavə edilmişdir. (İ.v.101-103) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-13-12/2-231094/25 nömrəli məktubunda göstərilmişdir ki, 1 ədəd “AK-103” markalı, 7.62 mm kalibrli, ********* nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN-nin BƏSİİ-də məlumat yoxdur. (c.l, i.v.123) - “Sübutların qiymətləndirilməsi barədə” 01 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs “X11 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının Şuşa rayon Turşsu qəsəbəsi ərazisində yerləşən düşərgəsində, müvəqqəti yaşadığı vaqon tipli 5 nömrəli otağa baxış keçirilən zaman aşkar edilmiş 1 ədəd “Kalaşnikov” konstruksiyalı, “AK-103” markalı, 7.62 mm kalibrli ********* nömrəli avtomat silahı, 1 ədəd avtomat silahına məxsus sandıqça, 29 ədəd 7.62 mm kalibrli patron (ekspertiza zamanı 3 ədədindən ekspertimental atəş zamanı istifadə edilmişdir) və 1 ədəd süngü bıçağı Laçın RPŞ-nin İQ-nin baş müstəntiqi, polis kapitanı Ülvi Alyarov tərəfindən maddi sübut qismində tanınmış və saxlanılması üçün Laçın RPŞ-də maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə saxlanılması üçün Şuşa RPŞ-yə təhvil verilmişdir. (c.l, i.v. 125-135). Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən onun etirafedici ifadəsi, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası CM-nin: 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, “Odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr, odlu silahın lüləsi, zərbə, buraxılış (tətik), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür. Lakin odlu silahın üzərində olsa belə, həmin silahdan təyinatı üzrə atəş açmağa imkan verməyən əşyalar və qurğular (süngü bıçağı, süngü və s.) CM-in 228 və 229-cu maddələrində nəzərdə tutulmuş odlu silahın komplekt hissələrinə aid deyillər.” “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 228.1 və 228.5-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cu maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, işğaldan azad edilmiş bölgədə ictimai-faydalı əməklə məşğul olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və ali təhsilli olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən (cinayəti etiraf etməsi, əməlindən peşman olması, ilk dəfə cinayət törətməsi, işğaldan azad edilmiş bölgədə ictimai-faydalı əməklə məşğul olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması, ali təhsilli olması) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 228.1 və 228.5-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona təqsirli bilindiyi 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, 228.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 iyun 2025-ci il tarixindən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin: 353.4-cü maddəsinə əsasən, ittiham hökmünün nəticəvi hissəsində aşağıdakılar göstərilməlidir. 353.4.10. mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi); 353.4.11. maddi sübutların həlli, xüsusi müsadirə edilən əmlakın siyahısı; 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şuşa RPŞ-nə təhvil verilmiş- 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, “AK-103” markalı, 7.62 mm kalibrli ********* nömrəli avtomat silahı, 1 (bir) ədəd avtomat silahına məxsus sandıqça, 26 (iyirmi altı) ədəd 7.62 mm kalibrli patron və 1 (bir) ədəd süngü bıçağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şuşa RPŞ-nə təhvil verilmiş 2 (iki) ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3/209; 3/210; 3/211 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış ekspertiza tədqiqatının dəyəri 192 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 192 manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına 11 manat hesablanmaqla, 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 228.5-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin və saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilsin. Cəza çəkməsinin əvvəli 25 iyun 2025-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 192 (bir yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şuşa RPŞ-nə təhvil verilmiş 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, “AK-103” markalı, 7.62 mm kalibrli, ********* nömrəli avtomat silahı, 1 (bir) ədəd avtomat silahına məxsus sandıqça, 26 (iyirmi altı) ədəd 7.62 mm kalibrli patron, 1 (bir) ədəd süngü bıçağı və 3 (üç) ədəd silah hissəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şuşa RPŞ-nə təhvil verilmiş 2 (iki) ədəd mətbəx bıçağı məhv edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Şuşa rayonu Polis Şöbəsinə həvalə edilsin. Axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu 1 (bir) ədəd CD diski və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması prosesini əks etdirən videogörüntünün olduğu 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxılanılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına 11 (on bir) manat hesablanmaqla, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Abşeron Rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: S.B.Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar