Azərbaycan Respublikası adından HÖKM Şuşa rayonu İş № 1(077)-2/2025 06.11.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim: Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.N968-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" MMC-də fəhlə işləyən, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xankəndi şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, ümumilikdə təmiz çəkisi N42,N5 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 30 ədəd ayrı-ayrı bükümlərdə qablaşdıraraq 27 fevral 2025-ci il tarixədək üzərində daşımış və müvəqqəti yaşadığı evdə saxlamış, 27 fevral 2025-ci il tarixdə saat 20 radələrində Şuşa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Şuşa şəhəri, H.Əliyev prospektində tikintisi aparılan “XN3”nin ərazisində saxlanılıb üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 0N ədəd üzəri yapışqan lentlə bağlanmış kibrit qutuda, 0N ədəd “Keno” markalı siqaret qutusunun içərisində saxladığı 0N ədəd ağ kağız bükümdə və NN ədəd gümüşü kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 6,NN qram, 0,69 qram, 0,7N qram, 0,72 qram, 0,82 qram, 0,75 qram, 0,55 qram, 0,76 qram, 0,69 qram, 0,7N qram, 0,74 qram, 0,58 qram, 0,5N qram, ümumi təmiz çəkisi N4,34 qram olmaqla, həmçinin, müvəqqəti yaşadığı Şuşa şəhəri, 8 Noyabr küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasının N-ci mərtəbəsinə daxil olduqda, sağ tərəfə döndükdən sonra soldan üçüncü otağa baxış keçirilərkən 0N ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində saxladığı 0N ədəd qırmızı kağız bükümdə, 0N ədəd qızılı kağız bükümdə, 08 ədəd gümüşü kağız bükümdə, 06 ədəd ədəd üzəri yapışqan lentlə bağlanmış kibrit qutuda, 0N ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketdə, ayrıayrılıqda təmiz çəkiləri 5,72 qram, 5,95 qram, 5,62 qram, 5,69 qram, 6,02 qram, 5,75 qram, 87,49 qram, 0,52 qram, 0,59 qram, 0,58 qram, 0,54 qram, 0,58 qram, 0,53 qram, 0,63 qram, 0,53 qram, 0,60 qram, 0,47 qram, ümumi təmiz çəkisi N27,8N qram olmaqla, ümumilikdə təmiz çəkisi N42,N5 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əməliyyat-axtarış tədbirləri keçirilən zaman onun üzərində və müvəqqəti yaşadığı ünvanda aşkar edildiyi göstərilən narkotik vasitə ona məxsus olmamışdır. Bunun qurğu olduğunu, narkotik vasitənin cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı hədə-qorxu gəlindiyini, yaşadığı ünvana aparılan zaman polis əməkdaşlarının həmin ünvanda olduğunu gördüyünü, əvvəlcədən ona narkotik vasitənin çantasında və döşəyinin altında olmasının deyildiyini, cinayət işi üzrə şahid qismində dindirilmiş ŞahidN, Şahid2, Şahid8, Şahid9, Şahid3, Şahid7 və ŞahidN0 narkotik vasitə satmadığını, həmin şəxslərlə aralarında borc pul alıb-vermə işlərinin olduğunu, buna görə də həmin şəxslər tərəfindən ona məxsus karta göndərilən pulların borc pul olduğunu, latın qrafikalı əlifba ilə oxuya bilmədiyini bildirmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə verdiyi ifadələrində, həmçinin, təqsirləndirilən şəxs qismində xx.xx.2025-ci il tarixdə verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, öz dolanışığını təmin etmək məqsədilə 2024-cü ilin oktyabr ayından Şuşa şəhərində tikinti işləri aparan "xxxx" MMC-də fəhlə işləyir. Əvvəllər Şuşa şəhəri, 8 noyabr küçəsində yerləşən “Bravo” marketin arxa tərəfində fərdi yaşayış evində digər iş yoldaşları ilə birlikdə qalmış, təxminən N ay qaldıqdan sonra Şuşa şəhəri, 8 noyabr küçəsində yerləşən, Yeni inşa edilən Şuşa rayon mərkəzi xəstəxanasının yaxınlığında olan 3 mərtəbəli yaşayış binasına köçmüşdür. Həmin binanın birinci mərtəbəsində "xxxx" MMC-də işləyən Sabirabad rayon sakinləri Kamal, Arif, Tovuz rayon sakini Elvin və Yevlax rayonu Aran qəsəbəsində yaşayan həmyerlisi Ənvər ilə birlikdə yaşamışdır. Hər gün saat N8 radələrində iş saatı bitdikdən sonra məscidin ərazisində yerləşən yeməkxanada yemək yeyib müvəqqəti qaldıqları ünvana getmişdir. Təxminən N il əvvəl başında ağrılar yarandığından narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış, öz istifadəsi üçün Yevlax şəhəri ərazisində yaşayan tanımadığı şəxslərdən bir neçə dəfə narkotik vasitə olan marixuana alıb istifadə etmiş, 2024-cü ilin mart ayında yaşadığı Aran qəsəbəsinin yaxınlığından keçən dəmiryolunun kənarında yerləşən meşə zolağında, böyürtkən kollarının arasına həmin ərazidən tapdığı 6 ədəd narkotik vasitə olan çətənə bitki toxumlarını əkmiş, həmin ilin iyul ayında qeyd edilən yerə gedəndə əkdiyi toxumlardan 3 ədədinin təbii vəziyətdə yetişərək kol halında olduğunu görmüş, kolları kökündən çıxarıb yarpaqlarını yığıb meşə zolağında qurutmuş, ağaclarını isə həmin əraziyə atmış, yığdığı narkotik vasitəni quyu qazıb sellofan torbaya büküb gizlədərək, lazım olanda özü üçün istifadə etmişdir. O, 2024-cü ilin təxminən noyabr ayının axırlarında icazə alıb yaşadığı ünvana getmiş, qayıdanda gizlətdiyi sellofana bükülmüş narkotik vasitə olan marixuananı əl çantasında özü ilə birlikdə Şuşa şəhərinə gətirmişdir. Şuşa şəhərində müvəqqəti qaldığı otaqda əl çantasında paltarlarının arasında saxladığı marixuananı ayaqyoluna gedərkən bir qədər götürüb satmaq məqsədilə kibrit qutularına doldurmuş, bir qismini siqaretin gümüş və qızılı rəngli kağızlarına bükmüş, dolu kibrit qutusunu 30 manata, bir kağız bükümünü isə 5 və ya N0 manata satmışdır. Həmçinin o, Yevlax şəhərində yaşayan, “Sprinter” markalı sərnişin avtobusunu idarə edən Elnur adlı şəxsə Yevlaxdan özü ilə Şuşa şəhərinə gətirdiyi narkotik vasitə olan marixuananı təxminən 2-3 dəfə olmaqla, N kibrit qutusunu 30 manata satmışdır. Daha sonra, Elnur Şuşa şəhərində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçuları Elgün və “Abi” ləqəbli hərbiçilərlə onu tanış etmiş, sonuncuların hər birinə 2 dəfə N kibrit qutusu dolu marixuana deyilən narkotik vasitəni 30 manata satmışdır. xx.xx.2025-ci il tarixdə yeni inşa edilən məsciddə işləyən Toğrul adlı tanışı ondan bir bükümü N0 manatdan olmaqla, 2 büküm marixuana alaraq əməkhaqqısını aldıqdan sonra 20 manat verəcəyinə söz vermiş, həmin gün axşam yeməyini yeyib məscidin həyətində siqaret çəkən zaman, saat təxminən 20 radələrində Şuşa rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə gəzdirməyi, qəbul etməyi və Şuşa şəhərində müvəqqəti yaşadığı ünvanda saxlamağı barədə məlumatları olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığı soruşmuş, o da heç bir təzyiq olmadan satmaq məqsədilə əynində olan iş gödəkçəsinin cibində gəzdirdiyi N ədəd dolu vəziyyətdə kibrit qutusu, N ədəd siqaret qutusuna yığdığı N2 ədəd siqaret kağızına bükülmüş narkotik vasitəni təqdim etmiş, təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 27,85 qram olmuş, ondan Şuşa şəhərində yaşadığı ünvanda narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan da, yaşadığı ünvanda əl çantasında və yatdığı yatağın altında narkotik vasitənin olduğunu bildirmişdir. Daha sonra, Şuşa rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Şuşa şəhəri, 8 noyabr küçəsində yerləşən və işlədiyi şirkətin işçilərinin yaşadıqları 3 mərtəbəli yaşayış evinin N-ci mərtəbəsində müvəqqəti yaşadığı otaqda özünə məxsus çantanın içərisində olan paltarlarının arasında saxladığı 6 ədəd kibrit qutusuna doldurulmuş, N ədəd sellafon torbaya qoyub bağladığı, həmçinin yatdığı yatağın döşəyinin altından N ədəd siqaret qutusuna yığdığı N0 ədəd kağız bükümdə narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitələr elektron tərəzidə çəkilən zaman ümumi çəkisi N75,48 qram gəlmişdir. Həmçinin o, təxminən 5-6 ay olar ki, narkotik vasitə olan marixuanadan isifadə etdiyini, arvadı Cəmilə Kazımova və oğlu Elsevər Kazımov ilə birlikdə yaşadığını, arvadının zob xəstəliyindən, oğlunun isə böyrək xəstəliyindən əziyyət çəkdiklərini, onların müalicə olunması məqsədilə narkotik vasitə satdığını və narkotik vasitənin satışından əldə etdiyi pulları arvadı və oğlunun müalicəsində istifadə etdiyini, konkret olaraq narkotik vasitə olan marixuananı "xxxx" şirkətində işləyən Toğrul adlı şəxsə xx.xx.2025-ci il tarixdə 20 manat müqabilində, Elnur adlı şəxsə təxminən bir ay əvvəl kibrit qutusunda 30 manata müqabilində, N nömrəli hərbi hissənin hərbiçisi Elgün adlı şəxsə təxminən N ay əvvəl kibrit qutusunda 30 manat müqabilində, N nömrəli hərbi hissədə “Abi” ləqəbli şəxsə N ədəd kibrit qutusunda 30 manat müqabilində, "xxxx" MMC-də işləyən Xəyyam adlı şəxsə təxminən 3 ay əvvəl N ədəd kibrit qutusunda 30 manat müqabilində, "xxxx" MMC-də işləyən İsrayıl adlı şəxsə təxminən N0-N5 gün əvvəl N ədəd siqaret kağızı bükümündə N0 manat müqabilində satdığını bildirmiş, onunla birlikdə eyni otaqda yaşayan Kamal, Arif, Elvin və Ənvər adlı şəxslərin onun narkotik istifadə etdiyini və satdığını bilməmiş, narkotik vasitə olan marixuananı kibrit qutusunda yaxud siqaretin kağız bükümündə hazırlamış, qablaşdırdığı narkotikin çəkisini yoxlamamış, kibrit qutusuna yığılmış olan narkotik vasitə olan marixuananı 30 manat, siqaret kağızı bükümündə qablaşdırdığı narkotik vasitə marixuananı isə 5 və ya N0 manat qarşılığında satmışdır. Marixuana deyilən narkotik vasitədən həm özü istifadə etmək, həm də satmaq məqsədilə əldə edərək öz üzərində gəzdirmiş və Şuşa şəhərində yerləşən müvəqqəti yaşadığı ünvanda saxlamışdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs qismində xx.xx.2025-ci il tarixdə verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, onda narkotik vasitə olmamışdır. Sualda adları çəkilən şəxslərə narkotik satmamışdır. Sadəcə həmin şəxslərə borca pul verib sonra almışdır. Əməliyyat-axtarış tədbirləri keçirilən zaman üzərində və müvəqqəti yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Məscidin həyətində polis əməkdaşları tərəfindən saxlasnılan zaman narkotik vasitə cibinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Bundan sonta rayon Polis şöbəsinə gətirilmiş, Elxan adlı polis əməkdaşı onu vurmuş və hədə-qorxu gəlmişdir. Daha sonra müvəqqəti yaşadığı ünvana aparılmışdır. Həmin ünvana çatan zaman polis əməkdaşlarının orada olduğunu görmüşdür. Ona əvvəlcədən narkotik vasitənin çantasında və döşəyinin altında olmasını bildirmişdirlər. O da, həmin ünvana çatan zaman əli ilə çantanı və döşəyin altını göstərmişdir. Həmin vaxt polislər çəkiliş aparmışdır. Bu günə qədər iş materiallarında olan ifadələr onun sözləri ilə yazılmayıb. Ona işgəncə verməklə, ləyaqətini alçaltmaqla və latın qrafikasını oxuya bilməməsi səbəbindən həmin ifadələrə yalnız imza atdırılıb. Həmin ifadələri təsdiq etmir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “Betta” mühafizə xidmətində 2023-cü ilin iyul ayından növbə rəisi vəzifəsində işləyir, işlədiyi “Betta” mühafizə xidməti Şuşa şəhərində tikinti işləri aparan "xxxx" MMC ilə müqavilə bağlamış, hazırda Şuşa şəhəri H.Əliyev prospektində tikintisi həyata keçirilən XN2 mühafizəsini təşkil edir və müvəqqəti olaraq xidmət etdiyi mühafizə xidmətinin Şuşa şəhəri ərazisində yerləşən kampında yaşayır. “XN3”nin tikintisini həyata keçirən digər şirkət olan "xxxx" MMC-də fəhlə işləyən Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayından etibarən tanımış, sonuncu ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. 2024-cü ilin oktyabr ayından etibarən Qəhrəman ilə yaxın münasibəti yaranmış, ərazidə xidmətdə olan zaman nahar vaxtı Qəhrəmanla görüşəndə onun narkotik vasitənin təsiri altında olduğunu bilmiş, bundan sonra Qəhrəmanla aralarında daha yaxın münasibət yaranmışdır. 2024-cü ilin noyabr ayında ilk dəfə Qəhrəmandan narkotik vasitə olan marixuana istəmiş, həmin vaxt sonuncu cibindən 2 ədəd kağız bükümündə narkotik vasitə olan marixuananı çıxarıb ona verərək, ilk dəfə olduğu üçün pul istəməmişdir. Təqsirləndirilən şəxs aldığı 2 ədəd kağız bükümündə narkotik vasitəni Şuşa şəhəri ərazisində istifadə etmiş, daha sonra, müxtəlif aralıqlarla Təqsirləndirilən şəxs ümumilikdə konkret olaraq xatırlamadığı vaxtlarda NN-N2 dəfə siqaret kağızı bükümündə narkotik vasitə olan marixuana almış, Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olan marixuananın qarşılığında ümumilikdə ona N20 manat pul vermişdir. Həmçinin o, qeyd etmişdir ki, təxminən N5-N6 ildir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir, narkotik vasitələrin satışın həyata keçirməmiş, Təqsirləndirilən şəxsla söhbətləşən zaman narkotik vasitəni pul qarşılığında ona satması barədə razılığa gəlmişlər. Qəhrəman ona bükümün N ədədin N0 manata satdığını demiş, aldığı narkotik vasitənin pulunu Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda həm nəğd formada, həmçinin, ona məxsus kart hesabına onlayn vasitəsilə göndərmiş, Təqsirləndirilən şəxs başqa kimlərə narkotik vasitə olan marixuananı satdığı barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadədə qeyd olunan faktiki hallara istinad edib, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ancaq marixuana almış, ödənişi nağd və kartla etmişdir. Qəhrəmanı ilk dəfə görəndə hiss etmişdir ki, o, nəşə çəkir. Qəhrəmandan borc pul almamışdır. Hadisədən N gün sonra Şuşa RPŞ-dən ona zəng edərək şöbəyə çağırmışdırlar. Şöbədə Qəhrəmanı tanıdığını soruşduqdan sonra hüquqları izah olunmuş və Qəhrəmanla bağlı suallar verilmişdir. Məhkəmə dövründə 2 dəfə polis şöbəsində olmuşdur. Təqsirləndirilən şəxsin sualına cavab olaraq ondan borc almadığını, alsaydı N0 manat yox, daha çox alacağını bildirmişdir. Narkotikə görə Qəhrəmana təqribən 40 manat borcunun qaldığını göstərmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 20N6-ci il tarixdən daxili işlər orqanlarında, 2022-ci il tarixdən isə Şuşa RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla, Şuşa şəhərində “XN4’nin tikintisini həyata keçirən "xxxx" MMC-də fəhlə işləyən və müvəqqəti olaraq Şuşa şəhəri 8 noyabr küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, daşıması və satması barədə ona qərəzsiz mənbədən məlumat daxil olmuş, daxil olmuş məlumat ilə bağlı dərhal rayon Polis Şöbəsinin rəisinə raportla məruzə edərək, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və həmin qərar Şöbə rəisi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, Şöbə rəhbərliyi tərəfindən əməliyyat-axtarış qrupunun yaradılması haqqında əmr verilmiş, bundan sonra o, əməliyyat qrupunun üzvləri RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı ŞahidN3, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X6 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı ŞahidN2 birlikdə Şuşa şəhəri H.Əliyev prospektində yerləşən və tikintisi həyata keçirilən “XN3”nin ərazisinə gəlmişlər. Təqsirləndirilən şəxs qeyd olunan ərazidə xx.xx.2025-ci il tarixdə, saat 20:06-da saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və üzərində yaxud başqa bir yerdə narkotik vasitə saxlayıbsaxlamadığı soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində, eləcə də yaşadığı ünvanda narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitədən istifadə etdiyini və Yevlax rayonundan gətirərək Şuşa şəhəri ərazisində satdığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən N ədəd siqaret qutusuna yığılmış N2 kağız bükümdə və N ədəd kibrit qutusuna doldurulmuş halda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmiş, qurudulmuş marixuanaya oxşar kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 27.85 qram olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs başqa hər hansı yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Şuşa şəhəri 8 noyabr küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasının N-ci mərtəbəsində yaşadığı otaqda narkotik vasitə olan marixuana olduğunu bildirmiş, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Qeyd olunan ünvanda olan zaman Təqsirləndirilən şəxs özünə məxsus qara rəngli çantasından 6 ədəd kibrit qutusuna yığılmış, N ədəd sellofan torbaya bükülmüş, həmçinin, yatdığı yataq dəstinin döşəyinin altından N ədəd siqaret qutusuna yığılmış N0 ədəd siqaret kağızı bükümündə narkotik vasitə marixuanaya oxşar kütləni təqdim etmiş, həmin kütlələr elektron tərəzi ilə çəkilən zaman ümumi çəkisi N75.48 qram olmuşdur. Həmçinin, o bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan narkotik vasitə aşkar olunan zaman fasiləsiz videoçəkiliş aparılmış və götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlələr qablaşdırılmış, bundan sonra, Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərindən və yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütlələr protokollaşdırıldıqdan sonra barəsində araşdırma aparılması məqsədilə raportla Şöbə rəisinə məruzə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadədə qeyd olunan faktiki hallara istinad edib, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əməliyyat qrupu yaradıldıqda rəhbəri özü olmuşdur. Narkotik vasitə məscidin yanında Qəhrəmanın cibində, evində isə qara sellofan torbada olmuşdur. Əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul olunmuşdur. Axşam saat 7-də əməliyyata getmişlər. Marixuana Təqsirləndirilən şəxs cibində siqaret qutusunda idi. Cibində dəsmalı da var idi. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. İbtidai istintaqda şahid qismində ifadə vermiş Şuşa Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili ŞahidN2, Şuşa Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili ŞahidN3 və Şuşa Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili ŞahidNN da Şuşa RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadədə qeyd olunan faktiki hallara istinad edib, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əməliyyat qrupu yaradıldıqda rəhbəri Fərəc müəllim olmuşdur. Qrup 4 nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs Evinə özünün razılığı ilə getmişdirlər. Marixuana, yatdığı otaqda krovatın altında və sumkada idi. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Daxil olmuş məlumat narkotikdən istifadə və satış barədə olmuşdur. Marixuana cibində kibrit qutusundan çıxmışdır. Axşam saat 8 radələrində əməliyyata getmişlər, əməliyyat yarım saat çəkmişdir. Qəhrəmanın evi məsciddən təxminən N km uzaqlıqda idi. Bina 3 mərtəbəli idi, 8 nəfər qalırdı. Otaqlar axtarıldıqdan sonra Qəhrəman şöbəyə gətirilmiş, protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadədə qeyd olunan faktiki hallara istinad edib, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupu yaradıldıqda rəhbəri Fərəc müəllim olmuşdur. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. Cibində büküm halında olan və kibrit qutusuna qoyduğu narkotik vasitəni özü təqdim etmiş, evində də narkotikin olmasını bildirmişdir. Marixuana, qaldığı otaqda çarpayıda yastığın altında kibrit qutusunda, döşəyinin altında isə qara sumkada idi. Elxan müəllim çox aralıdan müşahidə edirdi. Göyə çalan fəhlə kurtkasının sol cibindən narkotikə bənzər nəşə çıxmış, ordan qaldığı ünvana getmişdirlər. Məsafə təxminən 350 metr olardı. Evdə otaq yoldaşlarının çarpayılarının altına baxılmış, digər otaqlara baxılmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidNN ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadədə qeyd olunan faktiki hallara istinad edib, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsı əvvəlcədən tanımamışdır. Onun narkotik vasitə qəbul etməsi, daşıması və satması barədə etibarlı mənbədən məlumat daxil olmuş və təqsirləndirilən şəxsin zahiri görünüşü barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxsin özü narkotik vasitələrini könüllü təqdim etmiş və ona qarşı heç bir təziq olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəsini Yevlax rayonunda becərirdi. Əsas məlumat Narkotiklərlə mübarizə şöbəsinə daxil olmuşdur. Əməliyyat qrupunun üzvləri o özü, ŞahidN3, Şahid4 və ŞahidN2 ibarət olmuşdur. Təqsirləndirilən şəxsi izlədikdə, Elxan müəllim orada olmamışdır. Şahid4 Şuşa RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və o bilirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitəsi satır. Elxan müəllim tutulmada iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən kibrit qutusu, onun içində narkotik vasitə və dəsmal çıxdı. Müstəntiq Firudin müəllim tutulmada iştirak etməmişdir. Sonra Təqsirləndirilən şəxs evinə getmişlər və ona məxsus qara rəngli çantasından 6 ədəd kibrit qutusuna yığılmış, N ədəd sellofan torbaya bükülmüş, yatdığı yataq dəstinin döşəyinin altından N ədəd siqaret qutusuna yığılmış narkotik vasitə çıxmışdır. Özü etiraf etmişdir ki, daha narkotik yoxdur. Təqsirləndirilən şəxs otağından əlavə dəhlizdə olan başqa 2 otağa da baxış keçirilmişdir. Protokolun nə vaxt tərtib edildiyi yadında deyil. Protokola şöbədə qol çəkmişdir. Şöbədə təhqiqatçı çəkiliş aparırdı. Təqsirləndirilən şəxsə təzyiq olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, öz dolanışığını təmin etmək məqsədilə 202N-ci ildən Şuşa şəhərindən Füzuli və Yevlax rayonlarına özünə məxsus “Mercedes Sprinter” markalı, **-ER-*** dövlət nömrə nişanlı mikroavtobus ilə sərnişin daşımasını həyata keçirmişdir. Yevlax rayon Aran qəsəbəsində yaşayan və Şuşa şəhərində inşa edilən XN3ndə işləyən Təqsirləndirilən şəxs təxminən 2-3 ay əvvəl, 2025-ci ilin əvvəlindən Şuşa şəhərində tanımış, sonuncu ilə əvvəllər hər hansı bir münasibəti olmamışdır. Qəhrəmanı tanıdıqdan sonra Şuşa şəhərində sonuncu ilə bir neçə dəfə küçədə görüşüb söhbət etmiş, münasibəti yarandıqdan sonra Qəhrəmanın narkotik vasitə isifadə etdiyini hiss etmişdir. Təxminən 2024-cü ilin dekabr ayının axırlarında, dəqiq xatırlamadığı gündə Qəhrəmanla yeni inşa edilən Şuşa Məscidinin yaxınlığında görüşüb söhbət edən zaman Qəhrəmanın narkotik vasitənin təsiri altında olduğunu görüb ondan bu barədə soruşmuş, Qəhrəman “nəşə” deyilən narkotik vasitə çəkdiyini etiraf edib ona da təklif etmiş, o da Qəhrəmana pulunun olmadığını, pulu olanda verəcəyini deyərək sonuncu ilə razılaşmışdır. Razılaşdıqdan sonra Qəhrəman axşam vaxtı işdən çıxanda onun xatırlamadığı mobil nömrəsinə zəng etmiş, idarə etdiyi “Sprinter” markalı mikroavtobusla Qəhrəmanın Şuşa şəhəri, 8 noyabr küçəsində müvəqqəti yaşadığı 3 mərtəbəli binaya yaxınlaşmış, oradan Qəhrəmana təkrar zəng etmiş və Qəhrəman yola çıxıb N kağız bükümdə olan “nəşə” deyilən narkotik vasitəni ona verib 2 bükümlük olduğunu bildirərək 20 manat verməli olduğunu demişdir. O, narkotik vasitəni Qəhrəmandan alandan sonra həmin bükümdə olan nəşəni ayrı-ayrı vaxtlarda Yevlax şəhərində yaşadığı ünvanın yaxınlığında qəbul etmiş, narkotik vasitəni aldıqdan bir neçə gün sonra Qəhrəman ona zəng edib 20 manata satdığı narkotik vasitənin pulunu istəmiş, o isə narkotik vasitənin pulunu verəcəyinə söz vermişdir. Həmin vaxtdan sonra Qəhrəman bir neçə dəfə zəng edib pulu istəsə də, narkotik vasitənin pulunu verə bilməmişdir. Həmçinin o bildirmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitə olan marixuanadan ara-sıra istifadə edir, narkotik vasitənin satışını həyata keçirməmiş, N dəfə 20 manat dəyərində N kağız bükümdə olan nəşə deyilən narkotik vasitəni öz istifadəsi üçün Şuşa şəhərində Qəhrəmandan nisyə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs cəmi bir dəfə 20 manatlıq N büküm mal almışdır. Latın qrafikasında çətinliklə oxuya bilir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 20N3cü il tarixdən hərbidə, 2022-ci il tarixdən isə MN-nin N saylı hərbi hissəsində qovşaq rəisi vəzifəsində xidmət etmişdir. MN-nin N saylı hərbi hissəsinin əvvəllər Şuşa şəhəri ərazisində yerləşmiş, 2025-ci ilin yanvar ayının 29-da xidmət etdiyi hərbi hissə Şuşa şəhərindən Xocavənd rayonu ərazisinə köçürülmüşdür. Şuşa şəhərində XN2 tikintisini həyata keçirən "xxxx" MMC-də işləyən Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayından etibarən tanımış, həmin vaxtlar xidmət etdiyi hərbi hissə Şuşa şəhərində yerləşdiyi üçün ev tutub qalmış, Təqsirləndirilən şəxs da müvəqqəti yaşadığı evə çağırıb bir neçə dəfə iş gördürmüş, buna görə də sonuncu ilə münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs onu “Abi” ləqəbi ilə tanımış, 2024-cü ilin sentyabr ayının sonlarında dəqiq xatırlamadığı vaxtda Qəhrəmanı evə iş gördürmək üçün çağırmış, həmin vaxt Qəhrəman ona üzərində narkotik vasitə olan marixuana olduğunu demiş və Qəhrəmanda olan narkotik vasitəni birlikdə istifadə etmişlər. Təqsirləndirilən şəxs ona nə zaman narkotik vasitə lazım olsa köməklik göstərəcəyini demiş, daha sonra 2024-cü ilin oktyabr ayında müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs 2 ədəd siqaretin kağızı bükümündə narkotik vasitə olan marixuananı almış, Qəhrəmana 2 ədəd siqaret kağızı bükümündə olan narkotik vasitənin qarşılığında ümumilikdə 20 manat məbləğində pul vermiş, həmin siqaret kağızı bükümlərində olan marixuananı Şuşa şəhərində yaşadığı ünvanda istifadə etmiş, daha sonra 2024-cü ilin noyabr ayında təkrar olaraq narkotik vasitə almaq məqsədilə Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu Yevlax rayonunda olduğu üçün narkotik vasitə ala bilməmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs Şuşa şəhəri 8 Noyabr küçəsində görüşərək ayrı ayrılıqda hər dəfəsində N ədəd siqaret kağızı bükümündə olmaqla, ümumilikdə 2 ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan marixuana almış, aldığı marixuananın qarşılığında isə Qəhrəmana ümumilikdə 20 manat pul vermiş, Təqsirləndirilən şəxs N ədəd siqaret kağızı bükümündə olan narkotik vasitə marixuananı N0 manata satmış, N ədəd siqaret kağızı bükümündə olan narkotik vasitənin nə qədər çəkidə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Şuşa şəhəri 8 Noyabr küçəsində görüşərək ayrı ayrılıqda hər dəfəsində N ədəd siqaret kağızı bükümündə olmaqla, ümumilikdə 2 ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan marixuana almış, aldığı marixuananın qarşılığında isə Qəhrəmana ümumilikdə 20 manat pul vermiş, Təqsirləndirilən şəxs N ədəd siqaret kağızı bükümündə olan narkotik vasitə marixuananı N0 manata satmış, N ədəd siqaret kağızı bükümündə olan narkotik vasitənin nə qədər çəkidə olduğunu bilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, 2009cu ildən hərbidə, 20N7-ci il tarixdən isə MN-nin N saylı hərbi hissəsində xidmət edir və rabitəçi vəzifəsində işləyir. MN-nin N saylı hərbi hissəsi əvvəllər Şuşa şəhəri ərazisində yerləşmiş, 2025-ci ilin yanvar ayının 29-da xidmət etdiyi hərbi hissə Şuşa şəhərindən Xocavənd rayonu ərazisinə köçürülmüşdür. Şuşa şəhərində XN2 tikintisini həyata keçirən "xxxx" MMC-də işləyən Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayından etibarən tanımış, həmin tarixdə Şuşa şəhəri 8 Noyabr küçəsində yerləşən Qəhrəmanın müvəqqəti olaraq yaşadığı 3 mərtəbəli yaşayış binasının yanından keçən avtomobil yolunda onunla görüşüb N ədəd siqaret kağızı bükümündə olan narkotik vasitə marixuana almış, narkotik vasitəni aldıqdan sonra N nömrəli hərbi hissəyə gələrək narkotik vasitəni orada qəbul etmiş, həmin vaxtdan təxminən 3-4 gün müddət keçdikdən sonra Təqsirləndirilən şəxs zəng edərək narkotik vasitə olan marixuana almaq istəmiş, Təqsirləndirilən şəxs həmin vaxt ona hüzür yeri düşdüyü üçün Yevlax rayonunda olduğunu demişdir. O, bundan N həftə keçdikdən sonra narkotik vasitə olan marixuana almaq üçün təkrar olaraq Təqsirləndirilən şəxs zəng etmiş, həmin vaxt sonuncu rayonda olduğunu, portalı açılan zaman Şuşa şəhərinə gələ biləcəyini demiş, buna görə də Qəhrəmandan narkotik vasitə ala bilməmiş, sonra isə onunla əlaqə saxlamamışdır. 2025-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə olan marixuananın pulunu istəsə də, o pul verməyəcəyini bildirərək sonuncu ilə bir dahada əlaqə saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona verilən bükülü barədə komandirdən heç nə soruşmamış, Təqsirləndirilən şəxs pul verməmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxsla əlaqəsi olmamışdır. İbtidai istintaqda ifadəni özü verib və özü də imzalamışdır. Bir neçə vaxtdan sonra Eyyub ona bildirmişdir ki, “Qəhrəmana zəng et”. O da, Qəhrəmanı yığmışdır. Qəhrəman bildirmişdir ki, Şuşa şəhərində yoxdur və Yevlax rayonuna yasa gedib. Bükülüdə nə olduğunu Eyyub ona bildirməmişdir. Bu hadisələr noyabr- avqust aylarında olmuşdur. Firudin müəlim zəng zəng edərək şöbəyə gəlməsini bildirmiş, o da getmişdir. Şöbəyə 2025-ci ilin fevral ayında getmişdir. Şöbədə hüquqları izah edilmiş və 3 vərəqə qol çəkmişdir. Bir dəfə Gəncəyə getmiş, indi də məhkəməyə gəlmişdir. Kazımov ona zəng edərək apardığı bükülünün pulunu verməsini istəmiş, o da pulu Eyyubdan almasını bildirmişdir. Ondan 60 manat pul istəmişdir. 2009-cü ildə marixuanadan istifadə etmişdir. Onu da bir uşaq vermişdi. Bükülüdə marixuana olduğunu sonradan bilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayından Şuşa şəhərində tikinti işləri aparan "xxxx" MMC-də qəlibçi işləmiş, müvəqqəti olaraq Şuşa şəhəri 8 Noyabr küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasında yaşamışdır. İşlədiyi şirkət hazırda Şuşa şəhəri H.Əliyev prospektində “XN3”nin tikintisini həyata keçirir, Təqsirləndirilən şəxs həmin şirkətdə işləyən şəxs kimi tanımış, sonuncu ilə ədavəti olmamışdır. Təxminən 3-4 il olar ki, ara-sıra narkotik vasitə olan marixuanadan ağrıları olduğu üçün istifadə etmiş, Təqsirləndirilən şəxsla iş yoldaşı kimi münasibəti 2024cü ilin yay aylarından formalaşmış, sonuncunun narkotik vasitə olan marixuananın satışını həyata keçirdiyini əvvəlcədən bilmiş, buna görə də, 2024-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs N ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan marixuananı N0 manata alaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olan marixuananı istifadə etdikdən sonra ona pis təsir etdiyi üçün daha sonra sonuncudan hər hansı formada narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadədə qeyd olunan faktiki hallara istinad edib, verilmiş suallara cavab olaraq bildirmişdir ki, özü "xxxx" MMC-də usta, Qəhrəman isə fəhlə işləyirdi. Arabir marixuana istifadə edirdi, işlədiyi yerdə bildirmişdilər ki, Qəhrəman marixuana satır, ondan N ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan marixuananı N0 manata almışdır. Təqsirləndirilən şəxsla münasibəti normal olmuşdur. Marixuananı ağrı kəsmək üçün istifadə edirdi. Qəhrəman tutulan günü işdə olmamışdır. İş yerindən polisə çağırılmışdır. Qəhrəman tutulduqdan sonra 2 dəfə polisə getmişdir. N-ci dəfə polisə gedəndə məlumat verdilər, 2-ci dəfə gedəndə izahat vermiş və verdiyi izahata qol çəkmişdir. Qəhrəmanı heç vaxt nə hallı, nədəki nəşə çəkən görməmişdir. Qəhrəmandan N ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan marixuananı N0 manata almışdı, hansı gün olduğu yadında deyil, dekabr ayı olardı. Polis təərfindən ona heç bir təziq olunmayıb. Hazırda Şuşada işləmir, orada yaşamır. Şuşa Polisi ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs nəşə satdığını kollektivdə çox adam bilirdi, kimdən eşitdiyini xatırlamır. İbtidai istintaqda şahid qismində dindirilmiş ŞahidN0 ifadəsində göstərmişdir ki, 2023cü ilin dekabr ayından 2025-ci ilin mart ayınadək Şuşa şəhərində fəaliyyət göstərən "xxxx" Project MMC-də fəhlə işləmişdir. Həmin şirkət Şuşa şəhəri H.Əliyev proskpektində XN2 tikintisini həyata keçirmişdir. Təqsirləndirilən şəxs iş müddətində tanımış, sonuncu ilə həmin vaxtdan münasibəti yaranmış və ədavəti olmamışdır. Qəhrəmanla münasibəti olduğu üçün sonuncunun narkotik vasitə satdığını bilmiş, ilk dəfə 2025-ci ilin yanvar ayında dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs Şuşa şəhəri 8 Noyabr küçəsində yerləşən parkın ərazisində N ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan marixuananı N0 manat qarşılığında alaraq istifadə etmiş, aldığı narkotik vasitənin pulunu Qəhrəmanın ona “whatsapp” mobil tətbiqi vasitəsilə göndərdiyi bank kartına ödəmiş, daha sonra, 27 fevral 2025-ci il tarixdə təkrar olaraq Təqsirləndirilən şəxs Şuşa şəhəri 8 Noyabr küçəsində yerləşən parkda təkrar olaraq N ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan marixuana alaraq qarşılığında N0 manat pul vermişdir. Həmçinin, o, təxminən 2-3 il müddətində narkotik vasitələrdən ara-sıra istifadə etmiş, narkotik vasitələrin satışını həyata keçirməmiş, Təqsirləndirilən şəxs başqa kimlərə narkotik vasitə olan marixuana satdığı barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN0 hadisənin təfərrüatlarını xatırlamadığını göstərərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, Təqsirləndirilən şəxs 2 dəfə matixuana almışdır. Bir dəfə Qəhrəman tərəfindən Votsapp vasitəsilə göndərdiyi karta N0 manat, bir dəfə də N0 manat nağd pulu Qəhrəmana vermişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayından həmin ilin noyabr ayına qədər Şuşa şəhərində tikinti işləri aparan "xxxx" MMC-də fəhlə işləmiş, həmin şirkətdə işləyən zaman müvəqqəti olaraq Şuşa şəhəri 8 Noyabr küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasında yaşamışdır. İşlədiyi şirkət Şuşa şəhəri H.Əliyev prospektində “XN3”nin tikintisini həyata keçirmiş, Təqsirləndirilən şəxs həmin şirkətdə işləyən şəxs kimi tanımış, sonuncu ilə ədavəti olmamışdır. Təxminən bir il müddətində bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etmiş, Təqsirləndirilən şəxsla iş yoldaşı kimi yaxın münasibəti olduğu üçün həmin şəxsin narkotik vasitə olan marixuana satdığını öyrənmiş, 2024-cü ilin noyabr ayında sonucudan N ədəd siqaretin kağızı bükümündə narkotik vasitə olan marixuananı N0 manata alaraq istifadə etmiş, daha sonra, Təqsirləndirilən şəxs hər hansı formada narkotik vasitə almamışdır. Bükümdə neçə qram narkotik vasitə olduğunu bilməmiş, narkotik vasitələrin satışını həyata keçirməmiş, Təqsirləndirilən şəxs başqa kimlərə narkotik vasitə olan marixuananı satdığı barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 hadisənin təfərrüatlarını xatırlamadığını göstərərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İçki məclisində bir dəfə Qəhrəmandan marixuana alıb istifadə etmiş, N0 manat pul vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild N, i.v N). “Əməliyyat-axtarış tədbirinin keşirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması, yaşayış sahəsində baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:06-da Şuşai Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən Şuşa şəhəri, H.Əliyev prospektində tikintisi aparılan “XN3”nin ərazisində saxlanılaraq, qərar ona elan olunmuş, əməliyyataxtarış tədbirinin “Redmi Note 7” markalı mobil telefonla videoçəkilişinin aparılacağı barədə bildirilmiş və hüquqları izah edilmişdirr. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 0N ədəd siqaret qutusuna yığılmış N2 kağız bükümdə və 0N ədəd kibrit qutusuna doldurulmuş yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsini təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşma ilə birlikdə ümumi çəkisi 27.85 qram olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs başqa hər hansı yerdə narkotik vasitə saxlayıbsaxlamadığı soruşulmuş, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Şuşa şəhəri 8 noyabr küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasının N-ci mərtəbəsində yaşadığı otaqda narkotik vasitə olan marixuana olduğunu bildirmiş, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Qeyd olunan ünvanda olan zaman Təqsirləndirilən şəxs özünə məxsus qara rəngli çantasından 6 ədəd kibrit qutusuna yığılmış, N ədəd sellofan torbaya bükülmüş, həmçinin, yatdığı yataq dəstinin döşəyinin altından N ədəd siqaret qutusuna yığılmış N0 ədəd siqaret kağızı bükümündə narkotik vasitə marixuanaya oxşar kütləni təqdim etmiş, həmin kütlələr elektron tərəzi ilə çəkilən zaman ümumi çəkisi N75.48 qram olmuşdur. (cild N, i.v N0-N2). “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2N:55-də Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild N, i.v 36-45). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, sonuncuya həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild N, i.v 78-86). Ədliyyə Nazirliyi Məhkəmə X5 regional bölməsinin xx.xx.2025-ci il tarixli N6/20N nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə hesab edilən marixuanaya oxşar kütlələr” yazı və imzalar olan kağız paketdəki N ədəd üzəri yapışqan lentlə bağlanmış kibrit qutusunda və N ədəd KENO markalı siqaret qutusunda olan N ədəd ağ kağız bükümdə, NN ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6,NN qram, 0,69 qram, 0,7N qram, 0,72 qram, 0,82 qram, 0,75 qram, 0,55 qram, 0,76 qram, 0,69 qram, 0,7N qram, 0,74 qram, 0,58 qram, 0,5N qram, ümumi təmiz çəkisi N4,34 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Şuşa şəhərində yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən marixuana oxşar kütlələr” yazı və imzalar olan kağız paketdəki 6 (altı) ədəd üzəri yapışqan lentlə bağlanmış kibrit qutusunda, N ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketdə, N ədəd ROTHMANS markalı siqaret qutusunda olan N ədəd qırmızı kağız bükümdə, N ədəd qızılı kağız bükümdə, 8 ədəd gümüşü kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 5,72 qram, 5,95 qram, 5,62 qram, 5,69 qram, 6,02 qram, 5,75 qram, 87,49 qram, 0,52 qram, 0,59 qram, 0,58 qram, 0,54 qram, 0,58 qram, 0,53 qram, 0,63 qram, 0,53 qram, 0,60 qram, 0,47 qram, ümumi təmiz çəkisi N27,8N qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild N, i.v 39-42). “Ekspertiza xərcinə dair” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri – 60,80 manat təşkil etmişdir. “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 işitirakı ilə Təqsirləndirilən şəxs məxsus “Redmi 9A” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Redmi A9” markalı mobil telefonun əlaqələrində (kontaktında) “Xəyyam Ağdam”, “Toğrul Pem” adları ilə qeydiyyata alınmış şəxslərə zəng etdiyi, həmçinin, özünə məxsus ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial söhbət şəbəkəsində “Toğrul Pem” adlı istifadəçi ilə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə həmin şəxsə səsli mesaj, eyni zamanda 5239-N5N7-7926-7080 nömrəli kart hesabı göndərdiyi, “Elnur Qazel” adlı istifadəçi ilə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə danışıqlar apardığı, həmin şəxsə 5239-N5N7-7926-7080 nömrəli kart hesabı göndərdiyi, “İsrayıl Şuşa” adlı istifadəçi ilə xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025,xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə əlaqədə olduğu, həmin şəxsə 5239-N5N7-7926-7080 nömrəli kart hesabı atdığı, eyni zamanda “İsrayıl Şuşa” adlı istifadəçinin ona məxsus kart hesabına 60 manat məbləğində pul atdığı qəbzin görüntüsü, “Whatsapp” sosial söhbət şəbəkəsində “Abi Vayenu” adlı istifadəçi tərəfindən ona xx.xx.2025-ci il tarixdə 40 manat məbləğində pul göndərilməsi ilə bağlı qəbz və səsli mesajlar göndərilməsi, həmçinin “Hərbiçi Abo” adlı istifadəçi ilə xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə söhbət apardığı, həmin şəxsə 5239-N5N7-7926-7080 nömrəli kart hesabı göndərdiyi müəyyən edilmişdir. (cild N, i.v 84). "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs məxsus 5239-N5N7-7926-7080 nömrəli plastik kartla bağlı xx.xx.2025-ci il tarixli 2025/204/9920 nömrəli məktubla təqdim edilmiş kartın bağlı olduğu hesab üzrə çıxarışa baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus 5239-xx-xx-7926-70-80 nömrəli plastik kart hesabına: - cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 tərəfindən xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə N00 manat, xx.xx.2024-cü il tarixdə N50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-cü il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025ci il tarixdə 50 manat; - iş üzrə şahid qismində dindirilmiş Şahid7 tərəfindən xx.xx.2024-cü il tarixdə N0 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 25 manat, xx.xx.2024-cü il tarixdə N5 manat, xx.xx.2024-cü il tarixdə 35 manat , xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə N20 manat; - iş üzrə şahid qismində dindirilmiş ŞahidN tərəfindən xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə N0 manat, xx.xx.2024-cü il tarixdə N0 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə N20 manat; - iş üzrə şahid qismində dindirilmiş Şahid9 tərəfindən xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 60 manat məbləğində pul göndərilmişdir. (cild 2, i.v 34-72). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2025-ci il tarixli, 400 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild N, i.v N98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin N44 maddəsinin 2-ci hissəsinə əsasən Yevlax rayon Xalq Məhkəməsinin xx.xx.N993-cü il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.N994-cü il tarixdə Ağstafa rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 0N il 05 ay N3 gün vaxtından əvvəl şərti azad edilmişdir. (cild N, i.v N5N-N52). Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, PHŞ- 988/25 nömrəli arayışında görünür ki, Təqsirləndirilən şəxs Yevlax MRX-nin psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. (cild N, i.v N62). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 345N nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda yoxdur. (cild N, i.v 250). Yevlax rayonu İcra Hakimiyyəti başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində daimi qeydiyyatda olmaqla arvadı xx.xx.N970-ci il təvəllüdlü X7 və oğlu xx.xx.N998-ci il təvəllüdlü X3 ilə birlikdə yaşayır. (cild N, i.v 240). Yevlax rayonu İcra Hakimiyyəti başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (cild N, i.v 239). “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan və müvəqqəti yaşadığı ünvanda baxış keçirilən zaman aşkar edilərək götürülən və ekspertiza zamanı N.2 qram istifadə edildikdən sonra təmiz çəkisi N40.95 qram olan narkotik vasitə olan marixuana xx.xx.2025-ci il tarixdə maddi sübut qismində tanınmış və saxlanılması üçün Şuşa RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (cild N, i.v N07-N08). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan və müvəqqəti yaşadığı ünvanda baxış keçirilən zamanı lentə alınan videogörüntünün olduğu N ədəd disk, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı lentə alınan videogörüntünün olduğu N ədəd disk, "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarının olduğu N ədəd disk və Təqsirləndirilən şəxs məxsus olan və şəxsi axtarış aparılan zamanı üzərindən götürülmüş N ədəd “Redmi 9A” markalı mobil telefon maddi sübut qismində tanınmış və saxlanılması üçün Şuşa RPŞnin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (cild N, i.v 78-93). Məhkəmə iş üzrə şahidlər Şahid9, Şahid4, ŞahidN2, ŞahidN3, ŞahidNN, Şahid2, Şahid8, ŞahidN, Şahid3 ŞahidN0 və Şahid7 məhkəmə istintaqında və ibtidai istintaqda verdikləri ifadələrini, “Əməliyyat-axtarış tədbirinin keşirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması, yaşayış sahəsində baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolu, “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolu, ifadənin yerində yoxlanılması istintaq hərəkəti, axtarış və baxış aparılarkən videoçəkilişlərin əks olunduğu 03 ədəd DVD diskini, "xxxx" MMC-dən daxil olmuş 0N ədəd CD diskini, maddi sübutu, məhkəmə-bioloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 3-N6-N6-2-N7/NN0 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli N6/20N nömrəli rəyini, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2025-ci il tarixli 5 saylı arayışı, xx.xx.2024cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolu, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolu, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş, lakin məhkəmədə verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmədiyini, onda narkotik vasitənin olmadığını, narkotik vasitənin polis əməkdaşı tərəfindən onun üstünə qoyulduğunu və bu zaman ona işgəncə veirlməklə, ləyaqəti alçaldılmaqla və latın qrafikasını oxuya bilməməsi səbəbindən həmin ifadələrə yalnız imza atdırıldığını qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi məlumatlar arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş, narkotik vasitə marixuananı bir neçə nəfərə göstərilən pul məbləğləri müqabilində satdığını, onun üstündən çıxan N4,34 qram və evində aşkar edilən N27,8N qram, cəmi N42,N5 qram narkotik vasitə qurudulmuş mariuxananı satış məqsədilə əldə etdiyini, saxladığını və daşıdığını bildirmiş, həmin ifadəsində Şuşa RPŞ-də polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təzyiqin edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bu ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və bu ifadə alınan zaman ona fiziki və ya psixi təsirin edilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini nəyə görə dəyişməsini, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində CM-nin 234.2-ci maddəsilə təqsirli olduğunu etiraf etdiyi təqdirdə, sonradan məhkəmədə verdiyi ifadəsində bu xüsusatları nəyə görə inkar etdiyini tutarlı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi hallar iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, xx.xx.2024-cü il tarixli üzərində keçirilən şəxsi axtarış protokolu, bu şəxsi axtarışın videogörüntüləri əks olunmuş 0N ədəd DVD diski, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol, bu baxışın videogörüntüləri əks olunmuş 0N ədəd DVD diski, maddi sübut, məhkəmə-bioloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 3-N6-N6-2- N7/NN0 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının N3 mart 2024-cü il tarixli 442 nömrəli rəyi, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol, Şuşa RPŞ-nin İB-nin müstəntiqinin 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı və işdə olan digər mötəbər sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsindəki CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, onda tapılan narkotik vasitənin üstünə qoyulması və onun bu narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasını hədə-qorxu altında boynuna alması barədə göstərdiyi bu məlumatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələri təzyiq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Digər tərəfdən, məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Şuşa RPŞnin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə işdəki mötəbər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun N.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun N.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” N4 iyun 2024-cü tarixli 8 nömrəli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələroi) məhz satmaq məqsədi ilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir; təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin: 8.N-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 4N-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. 58.N və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin N0 fevral 20N7-ci il tarixli Sərəncamının N3.3 və N3.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.N-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 25 iyun 2003-cü il tarixli Qərarının N-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 4N-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar, CM-nin 6N-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdırdan halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-cii maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 il, yuxarı həddi isə 7 il müəyyən edilmişdir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 234.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Qanunverici maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəzanın təyin edilməsini CM-nin 62-ci maddəsinin tətbiqi şərtləri ilə bağlayır. Həmçinin qanuna əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusiilə təhlükəli residivə görə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi). Belə olan halda cəzanı yüngülləşdirən halın olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı nəzərə alınmaqla təqsirləndirilən şəxsə CM-nin 234.2-ci maddəsilə qanuni tələblər və şərtlər daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qeyd olunduğu kimi, qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhlükəli residiv və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Nəzərə çatdırıldığı kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halın olduğu halında təqsirləndirilən şəxsə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Məhz göstərilənləri, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğun, qanuni və ədalətli sayır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran hallların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli həmin tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 4(077)-N/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən göstərilməklə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.N.N2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.N.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməsi yeri ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.N.N9 - 346.N.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin N32.N.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şuşa RPŞ-də saxlanılan N40,95 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin N32.N.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; cinayət işi üzrə maddi sübut olan ***-***-**-** saylı nömrə ilə işlədilən “Redmi 9A” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya müraciət edəcəyi halda səlahiyyətli nümayəndəsinə qaytarılmalı; Azərbaycan Respublikası CPM-nin N98.N-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 60,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına NN manat hesablanmaqla, N5 iş saatına görə N65 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bərdə Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.N.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.N-ci və 346.N.N9-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətdiyi zaman cinayət yolu ilə əldə etdiyi hər hansı əmlakın mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-N.N-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 35N-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60,82 (altmış manat 82 qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2, Kod 2N0005, VÖEN **********, müxbir hesab AZ 4N NABZ******************** SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Şuşa rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi N40.95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan və müvəqqəti yaşadığı ünvanda baxış keçirilən zaman lentə alınan videogörüntünün olduğu N ədəd disk, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı lentə alınan videogörüntünün olduğu N ədəd disk, "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarının olduğu N ədəd disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Şuşa rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus olan və şəxsi axtarış aparılan zamanı üzərindən götürülmüş N ədəd “Redmi 9A” markalı mobil telefon özünə və ya müraciət edəcəyi halda səlahiyyətli nümayəndəsinə qaytarılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına NN (on bir) manat hesablanmaqla, N5 (on beş) iş saatına görə N65 (bir yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bərdə Rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(077)-2/2025
Şuşa Rayon Məhkəməsi Hökm — İş №1(077)-2/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver