Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-1/2022 02.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:50 dəqiqədə Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, X46, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Naxçıvan şəhərində anadan olmuş, ailəli, 2 uşaq atası, orta təhsilli, AR vətəndaşı, azərbaycanlı, əvvəllər AR CM-in 178.2.2-ci maddəsi ilə məhkum edilmiş və məhkumluğu ödənilmiş, müvəqqəti işsiz, Naxçıvan şəhəri Nizami ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində 28.12.2021-ci il tarixdə 3 (üç) ay həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Şərur rayon Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim etməklə, vəzifəli şəxslər yanında sözünün keçdiyinə dair həqiqətə uyğun olmayan məlumatlar verərək, hər hansı bir səlahiyyətə malik olmadan, əlillik pensiyası təyin etmək və digər məsələləri də həll etmək imkanının olduğuna inandırmış və bundan sonra 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayınadək olan dövr ərzində Zərərçəkmiş şəxs1 ona İİ qrup əlillik dərəcəsinin təyin olunması üçün 1550 manat, "Müharibə veteranı" statusu alması üçün 1000 manat, veteranlara verilən evlər üçün qeydiyyata salınmasına görə 1500 manat, oğlu Şahid10 Naxçıvan MR Ədliyyə Nazirliyinə, digər oğlu Şahid12 Naxçıvan Bank ASC-yə işə düzəltmək üçün müvafiq olaraq 4000 manat və 3200 manat, arvadı X19 pensiya təyin olunması üçün 1500 manat, Şahid6 "KİA" markalı avtomobilini almaq üçün ilkin ödəniş kimi 3000 manat olmaqla ümümilikdə xeyli miqdarda, yəni 15750 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 başqa şəxslərə də, əmək pensiyası təyin edə biləcəyinə, pensiyası dayandırılan şəxslərin pensiyalarını da bərpa edəcəyinə inandıraraq, belə istəyi olan şəxsləri ona yönləndirməsini demiş və bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilmədən və onun vasitəçiliyi ilə müraciət etmiş Naxçıvan şəhər Bulqan kənd sakini Zərərçəkmiş şəxs4 onun arvadı X24 dayandırılmış əlillik pensiyasını 1200 manat müqabilində bərpa edəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verib aldatmış və bundan sonra 2021-ci ilin sentyabr ayında Naxçıvan şəhəri ünvan 2 ünvanında yerləşən "Çəmən" marketin qarşısında Zərərçəkmiş şəxs4lə görüşmüş və ondan 1200 manat pulunu alaraq zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs2 1700 manat müqabilində Şərur Rayon Xəstəxanasında xadimə kimi işə düzəldəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verərək, Zərərçəkmiş şəxs2 həmin məqsədlə göndərdiyi 1700 manat pulu Zərərçəkmiş şəxs1 alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə tanış olduğu Şərur rayon Xələc kənd sakini Zərərçəkmiş şəxs3 heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edərək, onu veteranlara veriləcək evlərin növbəsinə yazdıracağı barədə, həmçinin arvadı X11 əlilik pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək ondan, ev növbəsinə yazılmasına görə 2550 manat, arvadı X11 əlillik pensiyası təyin olunmasına görə isə 2000 manat olmaqla ümümilikdə 4550 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs5 heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, anası Şahid3 pensiyaya çıxarmaq üçün 3000 manat, qardaşı X25 Şərur rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsinə təyin olunması üçün 1500 manat, Naxçıvan MR Ürək xəstəxanasının "Hundai acsent" markalı avtomobili özəlləşdirmək üçün 3000 manat olmaqla ümumilikdə 7500 manat pulu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs6 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, heç bir səlahiyyətə malik olmadığı halda onun dayandırılmış pensiyasını bərpa etmək üçün 1800 manat, arvadı X5 pensiya təyin olunması üçün 3000 manat, qardaşı oğlu X26 pensiya təyin edilməsi üçün 3000 manat olmaqla ümumilikdə 7800 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs7 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, heç bir səlahiyyətə malik olmadığı halda onu pensiyaya çıxarmaq üçün 1200 manat, arvadı X15 pensiyaya çıxarmaq üçün 1650 manat, bacısının qızı X6 pensiyaya çıxarmaq üçün 1200 manat olmaqla ümumilikdə 4050 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, onun dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilməyən Zərərçəkmiş şəxs7 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs8 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs7 ilə göndərmiş olduğu 1300 manat pulu, bir neçə gün sonra isə Şərur rayonunda Zərərçəkmiş şəxs8 özündən 350 manat pulu almaqla ümumilikdə 1650 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs9 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, heç bir səlahiyyətə malik olmadığı halda onun dayandırılmış pensiyasını bərpa etmək üçün 1600 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs10 2500 manat qarşılığında Şərur Rayon Mərkəzi X30 yardım avtomobilinin sürücüsü kimi işə qəbul etdirəcəyinə, arvadı X38 isə 2500 manat qarşılığında əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs10 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu ümumilikdə 5000 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan suiistifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs19 gəlini X39 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs19 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 2500 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs15 Culfa rayon Mərkəzi Xəstəxanasının istismar müddəti bitmiş "UAZ” markalı avtomobilini onun adına özəlləşdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs15 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 1200 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs23 onun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs23 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 2500 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs13 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, onu X62 rayon filialında sürüçü kimi işə düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 1700 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs20 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs20 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 2800 manat pulunu aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs14 1700 manat müqabilində Şərur Rayon Xəstəxanasında xadimə kimi işə düzəldəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verərək, Zərərçəkmiş şəxs14 həmin məqsədlə göndərdiyi 1700 manat pulu Zərərçəkmiş şəxs1 aldadıb alaraq etibardan sui-istifadə və aldatma dələduzluq yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs22 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs22 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 1600 manat pulunu aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs17 onun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs17 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 2800 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs24 onun oğlu Elçin Qəribovun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs24 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 1500 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş X46 qızı Kənanə Heydərovanı 3000 manat qarşılığında Şərur rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi işə qəbul etdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə A.Heydərovun Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 3000 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, onun dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilməyən Şahid5 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs11 onun arvadı X1 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs11 Şahid5 ilə göndərmiş olduğu 1100 manat pulu, bir neçə gün sonra isə Şərur rayonunda 400 manat pulu Zərərçəkmiş şəxs11 özündən almaqla ümumilikdə 1500 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, onun dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilməyən Zərərçəkmiş şəxs11 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs12 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs12 Zərərçəkmiş şəxs11 ilə göndərmiş olduğu 1000 manat pulu, 2021-ci ilin sentyabr ayında isə Naxçıvan şəhərində Zərərçəkmiş şəxs12 özündən 200 manat pulu almaqla ümumilikdə 1200 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs16 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, lakin heç bir səlahiyyətə malik olmadığı halda oğlu Mustafayev Rasimi 3250 manat qarşılığında Şərur rayon Mərkəzi Xəstəxanasına sürücü vəzifəsinə, gəlini X12 isə 3250 manat qarşılığında həmin xəstəxanaya xadimə vəzifəsinə düzəltmək ilə bağlı yalan vəd verməklə 6500 manat pulunu, ümümilikdə xeyli miqdarda, yəni 6500 manatı etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs18 onun anası X34 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 1300 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində adları qeyd olunan şəxslərin bəzilərini aldadaraq onlardan pul almadığını, onların bəziləri ilə telofonda danışmadığını, Zərərçəkmiş şəxs1ı əvvəlcədən tanıdığını, Etibarı onunla dayısının bacanağı Məhərrəmin tanış etdiyini, həmin vaxtı Etibara Naxçıvan MR Kardiologiya Mərkəzinin baş həkimi Şahid6 sürücüsü olduğunu demədiyini, Etibardan pensiya düzəldilməsi üçün pul istəmədiyini, 04 avqust 2021-ci il tarixdə Etibar və Məhərrəm ilə görüşdüyünü, orada ona 200 manat pul verdiklərini, pulun verilmə səbəbinin əvvəlki günlərdə Etibarın ona zəng vurub "müəllim sənəd var sizə verəcəm" dediyini, yəni Etibarın kimdənsə iş düzəltmək üçün pul aldığını, bu səbəbdən ona zəng vurub pulun çatacağı barədə danışdığını, Zərərçəkmiş şəxs1 düzgün ifadə vermədiyini, Etibardan pul almadığını, Zərərçəkmiş şəxs1 1992-ci ildə Sədərək döyüşlərində iştirak etdiyinə ona 1000 manat qarşılığında müharibə veteranı verilməsi ilə bağlı aralarında söhbətin olmadığını, Zərərçəkmiş şəxs1 oğlu Şahid10 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəltmək üçün ondan 4000 manat pul istəmədiyini, bu barədə aralarında danışığın olmadığını, Zərərçəkmiş şəxs1 digər oğlu Şahid12 Naxçıvan Bank ASC-yə sürücü işinə düzəltmək üçün 3200 manat pul almadığını, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı X19 ürək xəstəliyi ilə əlaqədar pensiya təyin olunması üçün 1500 manat pul almadığını, ona avtomobil satılması üçün pul almadığını, bunlara barədə Etibarla söhbətin olmadığını, "060 356-56-16" mobil nömrəsinin ona məxsus olduğunu, həmin nömrə ilə Etibarla dəfələrlə danışdığını, Etibarın həmin nömrənin ona məxsus olduğunu bildiyini, Etibarın yanında adam olanda həmin nömrəyə zəng vurub, guya hansısa müəllimlə danışan kimi danışdığını, həmin nömrənin Ramin həkimin nömrəsi olması barədə Etibara heçnə demədiyini, Etibardan müharibə veteranlarına ev veriləcək şəxslərin siyahısında qabağa yazdıracağı adı ilə 1500 manat pul almadığını, Zərərçəkmiş şəxs1 aldadaraq 15700 manat pulunu ələ keçirmədiyini, ona pul lazım olduqda Etibara dediyini, onunda gətirib həftəlik 2000-3000 manat verdiyini, həmişədə üstündə pul aldığını, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin ona məxusus olduğunu, heç kimə həkim və ya başqa adamın nömrəsi kimi vermədiyini, X34 dayandırılmış pensiyasını bərpa edilməsi üçün onun oğlu Zərərçəkmiş şəxs18 1300 manat, qonşusu Zərərçəkmiş şəxs13 onun qohumu X35 pensiya təyin olunması üçün 2800 manat, Şərur rayon X30 yardıma sürücü düzəldilməsi üçün həmkəndlisi Zərərçəkmiş şəxs10 2500 manat, Zərərçəkmiş şəxs10 qardaşı arvadı Əliyeva Kəmaləyə pensiya təyin olunması üçün 2500 manat, həmkəndliləri Həliməyə pensiya təyin olunması üçün onun qaynanası Zərərçəkmiş şəxs19 2500 manat, tanışı Şərur rayon Qarabürc kənd sakini Zərərçəkmiş şəxs17 dayandırılmış pensiyasını bərpa etmək üçün 2800 manat, Xələc kənd sakini X46 qızı Şərur rayon Xəstəxanasına tibb bacısı vəzifəsinə düzəltmək üçün A.Heydərovdan 3000 manat, həmkəndlisi avtomobil təmir ustası işləyən Zərərçəkmiş şəxs15 Kardiologiya Mərkəzinin UAZ markalı avtomobilini onun adına özəlləşdirilməsi üçün 1200 manat, tanışı Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs24 övladının dayandırılmış pensiyasını bərpa etdirmək üçün 1500 manat, Cəlilkənd sakini X16 Şərur rayon xəstəxanasına xadimə vəzifəzinə düzətmək üçün 1700 manat, kirvəsi Şərur rayon Kürçülü kənd sakini Zərərçəkmiş şəxs22 pensiyaya təyin olunması üçün 1600 manat, qonşusu Zərərçəkmiş şəxs13 "xxxx" ASC-yə sürücü düzəltməsi üçün 1700 manat pulu ona verməsi barədə məlumatların yalan olduğunu, həmin şəxsləri tanımadığını, Etibarın hər dəfə şəhərə gələndə ona 100-150 manat verdiyini, ona görə ki, Etibarın insanlardan aldadaraq pul aldığını bildiyini, Etibarın pul almaq üçün ona zəng edib insanlarda inam yaratdığını, birinci dəfə ona zəng vurulub Şərur rayonuna çağırıb Zərərçəkmiş şəxs3, Etibarın və özünün birinci dəfə Şərur rayonun da çay içdiklərini, sonra şəhərə getmək istədiyini bildirdikdə maşına mindiklərini, avtomobildə Vilayətin çıxarıb Etibara pul verdiyini, Etibarın Vilayətə düş yerdə gözlə gəlirəm dediyini, Vilayətin düşdüyünü, Etibardan 200 manatını alıb getdiyini, Etibarla pul almaq barədə əvvəlcədən söhbətlərinin olduğunu, çay içərkən pul barədə söhbətlərinin olmadığını, Cəfəri qonşusu Həsənə görə tanıdığını, Həsəndən də bu işlərlə əlaqəli pul alıb könüllü özünün polisə düşmədən qaytardığını, Cəfərin şəhərdə bir nəfərə 15000 manat ayda 1500 manat almaq şərti ilə borc pul verdiyini, ona zəng vurub həmin adamdan pulunu almaqda kömək etməsini istədiyini, Cəfərin anasının pensiyasına görə yox öz işinə görə yəni pensiyaya çıxmaq üçün ona 1200 manat verdiyini, Cəfərin həmin adamdan pulunu almaq üçün notariusdan kağız almaq istəyinin olduğunu, həmin sənədi aldıqlarını, həmin şəxsin Cəfərin pulunu qaytardıqca onun da kartına Cəfərin 200-300 manat göndərdiyini, əlavə olaraq Cəfərin ona bir dəfə ətir alıb gətirdiyini, Cəfərə avtomobil özəlləşdirib almaqları barədə söhbətlərinin olmadığını, Zərərçəkmiş şəxs6 Fəxrəddinin vasitəsi ilə tanıdığını, Fəxrəddinin yanında Şərur rayonunda birinci dəfə İsfəndiyarın 400 manat ona verdiyini, Fəxrəddinin də ona 1800 manat əvəlcə verdiyini lakin sonradan onun pulunu qaytardığını, Birdə bacısının yoldaşı Ərrəhmanın pensiya işini düzəltmək üçün ona pul verdiyini, 1300 manat öz işinə, 1800 manat isə qardaşı Həsənin işinə verdiyini, onların 3100 manatını qaytardığını, İsfəndiyarın digər pulları öz kəndlərində ona müxtəlif vaxtlarda verdiyini, həmin pulları pensiya düzəltmək adı ilə aldığını, Zərərçəkmiş şəxs6 7800 manat pul almadığını, Etibarın ona İlkinin telofon nömrəsini verdiyini, zəng vurub Zərərçəkmiş şəxs4lə vağzalda otelin yanında görüşdüklərini, sonra İlkinin ona “Çəmən Marketin yanında gözlə gəlirəm dediyini, İlkinin 1200 manatı ona verdiyini, Əliyabadda həmin pulu aparıb yanında olan iki xanımın yanında 1000 manatını Etibara verib 200 manatını özünə götürdüyünü, 1200 manat pulu Zərərçəkmiş şəxs1 xahişi ilə aldığını, Əliabad qəsəbəsində Etibara verdiyini, Zərərçəkmiş şəxs7 Hüseyn oğlu ilə Ramin həkimin iş otağında birlikdə olduqlarını, Məhərrəmin pensiyasını həll etməsini həkimdən istədikdə həkimin ikisinidə iş otağından qovaraq çıxardığını, belə vəziyyətdə Məhərrəmin ona necə pul verəcəyini, Zərərçəkmiş şəxs7 pensiya düzəltmək üçün pul almadığını, onunla arasında pensiya düzəltmək barədə danışığın olmadığını, Zərərçəkmiş şəxs7 oğlu Mustafayev Xurraminin ona 1200 manat borc pul kartına göndərdiyini, sonra özünün gəldiyini qaytarıb pulu özünə verdiyini, Zərərçəkmiş şəxs8 ona cəmi 350 manat verdiyini, qalan verdiyi pulları Məhərrəmə verdiyini, ona çatmadığını, 350 manatı pensiya işini düzəltmək üçün aldığını, Musa ilə birlikdə Zərərçəkmiş şəxs9 iş yerinə getdiklərini, Familin zərfdən 1500 mantı çıxarıb verdiyini, sonradan 100 manatda göndərdiyini, əvvəlcədən Musayla razılaşmalarına görə 800 manat özünə istədiyini, qalanını nə danışıb alarsa özünə götürəcəyini, 1500 manatdan 700 götürdüyünü, qalanının Musada qaldığını, sonra Familin ona zəng vurub işinin həllini ya da pulunun qaytarılmasını istədiyini, əksi halda şikayət edəcəyini bildirdiyini, bu səbəbdən gəlib bazarda Musa ilə görüşüb 700 manatı verdiyini, Zərərçəkmiş şəxs10 adlı şəxsi tanımadığını, onunla aralarında söhbətin olmadığını, Etibardan həmin şəxsə aid olan pulu almadığını, Fatma adlı şəxsi tanımadığını, Etibardan həmin şəxsə aid olan pulu almadığını, Etibarın Zərərçəkmiş şəxs15 pulunu aldığını, Etibarın ona zəng vurub həmin şəxsin yanına getdiyini, oradan zəng edib onunla danışacağını dediyini, həmin şəxsin usta olduğunu, həmin şəxsi tanımadığını onu görmədiyini, həmin puldan Etibarın ona 200 manat verdiyini, Mustafa ilə telofonda danışmadığını, telofonda Etibarla danışdığını, Etibarın əvvəlcədən ona həmin şəxsin yanında ona zəng vurub səs gücləndirici ilə danışacağını, inandırıcı olmasını bildirdiyini, Zərərçəkmiş şəxs23 adlı şəxsi tanımadığını, onunla aralarında söhbətin olmadığını, Etibarın onun yanında həmin şəxslə telofonda danışdığını, həmin adamın Bakı şəhərində olduğunu, Etibarın həmin şəxsin işinə görə ona 150 manat verdiyini, həmin şəxsin şəxsiyyət vəsiqəsini göndərdiyini, onun həmin sənədi götürüb Etibara verdiyini, Zərərçəkmiş şəxs13 1700 manat gətirib Etibara verdiyini, həmin pulu Etibarla böldüklərini, Zərərçəkmiş şəxs20 adlı şəxsi tanımadığını, onunla aralarında söhbətin olmadığını, Etibardan həmin şəxsə aid olan pulu almadığını, Zərərçəkmiş şəxs14 adlı şəxsi tanımadığını, onunla aralarında söhbətin olmadığını, Etibardan həmin şəxsə aid olan pulu almadığını, Zərərçəkmiş şəxs22 adlı şəxsi tanımadığını, Etibardan həmin şəxsə aid olan pulu almadığını, Zərərçəkmiş şəxs17 tanımadığını, Etibardan həmin şəxsə aid olan pulu almadığını, özünün Etibarın və kirvəsinin Şərur rayon Kərimbəyli kəndinə getdiklərini, Məmməd Kərimovun pensiya işinin düzəlməsi məqsədi ilə onlara 1480 manat verdiyini, 20 manat çatmadığını, Etibarın yolda 100 manat kirvəsinə verdiyini, kirvəsini yolda düşürüb rayona gəlib qalan pulu Etibarla böldüklərini, Etibarın əvvəl ona zəng vurub Məmmədin dil kağızı istəməsini bildirdiyini, ona görə gəlməsini istədiyini, Məmmədin həmin pulu pensiya işinin düzəlməsi üçün verdiyini, Azad Heydərovun verdiyi pulu Etibarın götürdüyünü, ona Şərurda 250 manat verdiyini, hansı tarixdə verdiyini xatırlamadığını, Zərərçəkmiş şəxs11 iki halda pul aldıqlarını, Zərərçəkmiş şəxs16 verdiyi 6500 manat pulu aldığını, Zərərçəkmiş şəxs18 adlı şəxsi tanımadığını, onunla aralarında söhbətin olmadığını, Etibardan həmin şəxsə aid olan pulu almadığını, Şahid6 adını çəkmədiyini, kiməsə bu barədə demədiyini, Ramin həkimin adını Məhərrəmin çəkdiyini, zərərçəkmiş şəxslərdən pulu Etibarın alaraq eyni vədləri verdiyini, Şahid2 2 dəfə ayrı-ayrı vaxtlarda onun tapşırığı ilə birinci dəfə Kəngərli rayonundan Zərərçəkmiş şəxs1 alıb ona gətirdiyi pulların Zərərçəkmiş şəxs1 ona borclu olduğu pullar olduğunu, ikinci dəfə Naxçıvan şəhərində alıb ona gətirdiyi pulların isə Zərərçəkmiş şəxs1 1200 manat borc aldığını, 3 gün sonra isə 1500 manat qaytardığını, Şahid1 tanıdığını, aralarında sevgi münasibəti olduğunu, bir müddət danışdıqlarını, vətəndaşlarla əlaqə saxladığı ***-***-**-** olan Naxtell MMC-yə məxsus mobil nömrəsinin Şahid1 məxsus olduğunu, Şahid1 060 ***-**-** olan mobil nömrəsini ona verdiyini, istifadə etdiyi 060 ***-**-** mobil nömrəsinin XXX Şahid18 məxsus olduğunu, həmin nömrəni ona əmisi oğlu Şahid17 verdiyini, Rzanın Azərin qohumu olduğunu, nömrənində Rzanın adına olduğunu, həmin nömrəni 1 il olar ki, istifadə etdiyini, 2021-ci lin yay aylarında Şahid7 əlillkik dərəcəsini 2 qrup etmək adı ilə ondan 1800 manat pul aldığını, oktyabr ayının 12-si Həsənin aldandığını öyrənib Ramin həkimin yanına getdiyini, həkimin ona zəng vuraraq pulu qaytarmasını dediyini, onun da pulu Şahid7 qaytardığını, 2021-ci ilin yay aylarında Şahid9la tanış olduğunu, onun pensiyasının artırılacağı adı ilə aldadaraq 1450 manat pul aldığını, sonra həmin pulu Rəhmanın qardaşı Şahid7 qaytardığını, 2021-ci ilin yay aylarında o, Şahid8 pensiya təyin olunması adı ilə 1300 manat pul aldığını, sonra Şahid8 aldadıldığını öyrənib Ramin həkimin yanına getdiyini, həmin pulu qaytardığını, X17 tanıdığını, aralarında sevgi münasibəti olduğunu, Şahid13 ilə 2021-ci ilin avqust ayının ortalarında tanış olduğunu, aralarında sevgi münasibəti yarandığını, 2021-ci ilin oktyabr ayına qədər davam etdiyini, həmin müddət ərzidə ona hər gün ən azı 100-200 manat ən çox isə 400-500 manat arası pul verdiyini, əlavə olaraq ona bir gündən bir gözəllik salonuna getmək üçün 100 manat pul verdiyini, Şahid13 1500 manat dəyərində qızıl boyun bağı və qızıl bilərzik aldığını, Şahid13 ilə dəfələrlə Duzdağ Otelə və Ağbulaq Oteldə görüşləri olduğunu, həmin vaxtı bütün xərcləri qarşıladığını, Şahid13 hər gün restoranlardan yemək alıb apardığını, Elnarəyə və rəfiqəsinə 2 dəfə quzu apardığını, rəfiqəsinə 100 manat pul verdiyini, Elnarənin 300 manat borcunu ödədiyini, üzük almaq üçün 500 manat pul verdiyini, Elnarənin isə ona 900 manat dəyərində qızıl bilərzik aldığını, vətəndaşları aldadaraq pensiya və işə düzəltmək adı ilə aldığı pulları Şahid13 ilə xərclədiyini, Zərərçəkmiş şəxs11 Firdovsi oğlundan onun arvadına pensiya təyin olunması adı ilə aldadaraq ümumilikdə 1500 manat pul aldığını, Zərərçəkmiş şəxs12 dayandırılmış pensiyasını bərpa etdirmək üçün 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs11 Firdovsi oğlunun vasitəsilə 1000 manat, sonra isə Zərərçəkmiş şəxs12 özündən 200 manat pul aldığını, Zərərçəkmiş şəxs13 tanımadığını, 2021-ci ilin oktyabr ayında onu X62 rayon filialında sürücülük işinə düzəltmək üçün 1700 manat pul almadığını, pensiya və işə düzəltmək adı ilə aldatdığı vətəndaşlar ilə həkim adı ilə danışdığını, pul aldığı şəxslər ilə Ramin həkimin adından pensiya işlərinin düzələcəyi barədə danışdığını, 2021-ci ilin iyun ayından oktyabr ayınadək olan müddət ərzində icarəyə götürdüyü bahalı avtomobillərin günlük kirayə pulunun 75-150 manat arasında olduğunu, əsasən günü 75 manata olan Lifan markalı avtomobili sürdüyünü, arada 150 manata BMW, Mercedes markalı avtomobilləri də kirayə götürdüyünü, özünün pulu olduğundan kirayə pulunu özünə məxsus puldan verdiyini, törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, azyaşlı uşağının nəzərə alınmasını göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 2014-cü ildə sol ayağında olan vətər qırıqlığına görə ona İİİ qrup əlillik təyin olunduğunu, aylıq müavinət aldığını, 2021-ci ilin ortalarında onun müavinətinin dayandırıldığını, yenidən Şərur rayon xəstəxanasında müayinədən keçirildiyini, ona İİİ qrup əlillik düşmədiyi bildirildiyini, 2021-ci ilin avqust ayında Şərur rayonunun Çomaxtur kəndində toy mərasimində Çomaxtur kənd sakini, xalasının qaynı olan Zərərçəkmiş şəxs7 Hüseyn oğlu ilə söhbət zamanı pensiya barədə danışdığını, Məhərrəmin ona “mənim də pensiyam dayandırılmışdı, bizim bir tanış var, düzəldir, istəyirsən deyim, səninkində düzəltsin” dediyini, Məhərrəm ilə razılaşdığından Məhərrəmin kənara çəkilib telefonla danışaraq 1300 manata işinin həll olacağını dediyini, 04 avqust 2021ci il tarixdə Məhərrəmlə görüşüb, Xanlıqlar kəndinə tərəf gedərək orada qara rəngli “BMW” markalı avtomobilə minərək Məhərrəmin Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs ilə onu tanış etdiyini, Məhərrəmin Nailin onun bacanağının bacısı oğlu olduğunu dediyini, Nailin ona “mən Naxçıvan MR Kardiologiya Mərkəzinin baş həkimi Şahid6 sürücüsüyəm dediyini, Ramin həkimin ona ürək çatışmazlığına görə İİ qrup əlillik təyin edəcəyini dediyini, 1200 manat pul verəcəksən həmin pul Ramin həkimə çatacaq” dediyini, razılaşıb orada 1200 manat pulu şəxsən Təqsirləndirilən şəxs verdiyini, əlaqə saxlamaq üçün birbirlərinin telefon nömrələrini götürdüklərini, 05 avqust 2021-ci ildə Təqsirləndirilən şəxs onu Naxçıvan şəhərinə çağırdığını, Nail ilə Əliabad qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində görüşdüklərini, Nailin idarə etdiyi “BMW” markalı avtomobillə Naxçıvan MR Mərkəzi Xəstəxanasının avtomobil dayanacağına getdiklərini, Təqsirləndirilən şəxs avtomobildən enib Kardiologiya Mərkəzinə tərəf getdiyini, qayıdanda Nailin əlində sənəd olduğunu, həmin sənəddə nə yazılması barədə məlumatının olmadığını, Nailin sənədləri ona göstərmədiyini, gəlib avtomobilə əyləşdikdən sonra ona “sənə İİ qrup veriləcək, ömürlük istəyirsənsə 500 manat ver, heç vaxt komissiyaya çağırılmayacaqsan” dediyini, 500 manatı olmadığını dedikdə Nailin “350 manat verərsən, düzəldərəm” dediyini, Həmin vaxt üzərində olan 100 manatı Nailə verərək, qalan 250 manatıda axşam rayonda verəcəyini bildirdiyini, Mərkəzi Xəstəxananın arxa tərəfinə getdiklərini, Nailin yenidən avtomobildən enərək Mərkəzi Xəstəxananın zirzəməsinə daxil olub təxminən 10-15 dəqiqə sonra qayıdıb əlində yenə sənədlər olduğunu, Nailin əlindəki sənədləri göstərib “sənədlərin hazırdır, bu gündən adın xəstəxanada yatan kimi komputerə salındı 4-5 aya işin düzələcək pensiya alacaqsan” dediyini, baş həkimin yoldaşının forma 9 verdiyini gedək sənədləri verək ona, çıxaq gedək dediyini, Sonra xəstəxananın digər tərəfinə getdiklərini, Təqsirləndirilən şəxs xəstəxanaya girdiyini və bir az keçdikdən sonra qayıdıb işlərinin bitdiyini dediyini, Həmin günün axşamı 250 manatı Təqsirləndirilən şəxs SHXÇDX-nin Şərur rayon şöbəsinin yanında verdiyini, Həmin vaxtı Nailin ona "qohumda, tanışda pensiyası kəsilmiş və ya işə düzəlmək istəyən varsa göndər yanıma, mənimlə əlaqələndir həmin adamlarında işlərini düzəldim" dediyini, Sonra Təqsirləndirilən şəxsla telefonla danışarkən 1992-ci ildə Sədərək döyüşlərində iştirak etdiyini, hərbi biletində komissarın möhürü olduğunu, lakin Müharibə veteranı verilmədiyini dediyini, Təqsirləndirilən şəxs ona 1000 manat qarşılığında Müharibə veteranı vəsiqəsi veriləcəyini bildirdiyini, razılaşdığından Naxçıvan şəhərində Maliyyə Nairliyinin inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs 1000 manat pul verdiyini, Bundan başqa, Təqsirləndirilən şəxs oğlu Şahid10 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəltmək üçün ondan 4000 manat pul istədiyini, gəlininin adına "Kapital Bankdan" kredit götürüb Nailə verdiyini, Təqsirləndirilən şəxs ondan digər oğlu Şahid12 Naxçıvan Bank ASC-yə sürücü düzəltmək üçün isə 3200 manat pul aldığını, Bundan başqa, Təqsirləndirilən şəxs onun həyat yoldaşı X20 ürək xəstəliyi ilə əlaqədar pensiya çıxarmaq üçün 1500 manat pul istədiyini, 1500 manat pul və şəxsiyyət vəsiqəsinin surətini Nailə verdiyini, həmin vaxtı Nailin ona 060 ***-**-** mobil nömrəsini verərək, Ramin həkimin nömrəsi olduğunu zəng vurub, danışa biləcəyini dediyini, Təqsirləndirilən şəxs ona zəng vurub müharibə veteranlarına ev veriləcəyini, istəyirsənsə 1500 manata onu həmin siyahıda qabağa yazdıra biləcəyini dediyini, Təqsirləndirilən şəxs müharibə veteranlarına verilən evlər üçün qeydiyyata salmaq üçün 1500 manat pul verdiyini, Bundan sonra Təqsirləndirilən şəxsla Cahan Ticarət Mərkəzinin yanında görüşdüyünü, Nailin Ramin həkimin “Kia Cerato” markalı maşını olduğunu, 15000 manata satışa çıxardığını, əgər istəsə Ramin həkimlə danışıb 10000 manata kreditlə yəni 3000 manatı əvvəlcədən, qalanında kreditlə hissə-hissə olmaqla onun üçün ala biləcəyini dediyini, Təqsirləndirilən şəxs onu X9 avtomobil dayanacağına apardığını, orada ona qəhvəyi rəngli “Kia Cerato” markalı avtomobil göstərdiyini, avtomobilin qapıları bağlı vəziyyətdə olduğundan avtomobilin üst tərəfinə baxdıqlarını, Nailin bir daha avtomobilin Ramin həkimin olduğunu dediyini, avtomobil xoşuna gəldiyindən həmdə qiyməti ucuz olduğundan Nail ilə razılaşdığını, həmin günün sabahı gedib, dostu Mustafadan 3000 manat borc alıb Naxçıvan şəhərinə gələrək pulu Naxçıvan şəhərində Əliabad qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində Nailə verdiyini, Nailin ona "2-3 günə zəng vuracam gəl şəhərə, abtomobili sənədləşdirək, sənin adına keçirdək" dediyini, 2-3 gün sonra yəni 09 oktyabr 2021-ci il tarixdə Naxçıvan şəhərinə gələrək Nail ilə görüşdüyünü, Nailin "Ramin həkim Şahbuz yolundan Badamlı qəsəbəsi tərəfdə qəza törədib, avtomobili körpüdən düşüb, uşağının vəziyyəti yaxşı deyil, başı qarışıqdı, 2-3 gün sonra gələrsən sənədləşdirərik" dediyini, sonra X74 getdiklərini, Nailin həmin binaya girərək 5-10 dəqiqə sonra gəlib, "həkim rəislə danışıb, 2 gün sonra gəl avtomobili adına keçirdim" dediyini, 11 oktyabr 2021-ci il tarixdə Nail ilə danışaraq pulu borc aldığını, avtomobili nə vaxt sənətləşdirəcəyini soruşduqda Nailin ona "həkimlə danışmışam 13 oktyabr 2021-ci il tarixdə Naxçıvana gəl avtomobili adına keçirdim, mənə inanmırsansa həkimə zəng eliyərsən" dediyini, Nailin verdiyi nömrəyə zəng vurduqda həmin danışdığı şəxs bir daha Ramin həkim olduğunu bildirməklə oktyabr ayının 13-ü avtomobili sənədləşdirin dediyini, Təqsirləndirilən şəxs ona ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələrindən zəng etdiyini, bundan başqa, ***-***- **-** saylı mobil nömrəni verərək Maliyyə Nazirliyində işləyən Qoşqar müəllim kimi təqdim edərək veteranlıq işini onun həll edəcəyini bildirdiyini, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri verərək Ramin həkim olduğunu, ***-***-**-** saylı mobil nömrəni verərək isə X37 İsgəndər həkimin olduğunu bildirdiyini, Təqsirləndirilən şəxsla söhbətləri zamanı Nailin ona qohumlarından, tanışlarından kimsə pensiyasını bərpa elətdirmək, yaxud pensiyaya çıxmaq, işə girmək istəsə ona deməsini, Ramin həkimin vasitəsilə düzəldəcəyini bildirdiyini, onun da bu səbəbdən xalası qızı, Şərur rayon Kür kəndində yaşayan X34 pensiyasının bərpa edilməsi üçün 1300 manat, qonşusu Zərərçəkmiş şəxs13 qohumunun pensiyaya çıxarılması üçün 2800 manat, Şəhriyar kənd sakini Kəmalə adlı qadından pensiyaya çıxarılması üçün 2500 manat, Şəhriyar kənd sakini Həlimə adlı qadından pensiyaya çıxarılması üçün 2500 manat, Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs10 adlı şəxsdən Şərur rayon X30 yardıma sürücü düzəldilməsi üçün 2500 manat, Şərur rayon Qarabürc kənd sakini İlham adlı şəxsdən pensiyasının bərpa edilməsi üçün 2800 manat, qohumu Xələc kənd sakini Zərərçəkmiş şəxs3 əmisi qızının tibb bacısı işinə düzəldilməsi üçün 3000 manat, Şəhriyar kənd sakini, usta işləyən Zərərçəkmiş şəxs15 Kardiologiya Mərkəzinin “UAZ” markalı avtomobilini onun adına özəlləşdirilməsi üçün 1200 manat, Dəmirçi kənd sakini Məhəmmədəli adlı şəxsdən oğlunun pensiyaya çıxarılması üçün 1500 manat, Cəlilkənd sakini Səkinə Əliyeva adlı qadından və onun rəfiqəsindən Şərur rayon xəstəxanasına xadimə işinə düzəldilməsi üçün 3400 manat, Şərur rayon Kürçülü kənd sakini, kirvəsi Allahverdi adlı şəxsdən pensiyaya çıxarılması üçün 1600 manat, adını xatırlamadığı iki nəfər şəxsdən də 1000 və 1500 manat olmaqla pul alıb Təqsirləndirilən şəxs verdiyini, qonşusu Zərərçəkmiş şəxs13 "xxxx" ASC-yə sürücü düzəltməsi üçün 1700 manat pulu onun yanında Təqsirləndirilən şəxs verdiyini, digər şəxslərdən aldığı pulları təklikdə Təqsirləndirilən şəxs verdiyini, hər dəfə aldığı pulları gətirib Naxçıvanda Təqsirləndirilən şəxs verdiyi üçün ona yol pulu olaraq bir neçə dəfə 30-50 manat aralığında pul verdiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Zərərçəkmiş şəxs1 uzun illərdir tanıdığını, həmkəndli olduqlarını, Zərərçəkmiş şəxs1lə aralarında münasibətlərin yaxşı olduğunu, təxminən 2021-ci ilin avqust ayında Etibar onun yaşadığı evə gələrək söhbət edən zaman Naxçıvan şəhərində bir nəfər şəxslə tanış olduğunu, yaxşı əlaqələrinin olduğunu, dayandırılmış pensiya məsələsini həll etmək üçün pul verdiyini, pensiyaya çıxmaq istəyən olsa həmin şəxsin vasitəsilə həll etməyin mümkün olduğunu dediyini, Etibara elə adamlara və məsələlərə inanmadığını, xəstə adamlara belə pensiya verilmədiyini, sağlam adamlara necə pensiya veriləcəyini dediyini, təxminən 10-15 gün sonra Etibarla yenidən pensiya barədə söhbət olarkən Şərur Rayonunda Xəstəxanada xadimə işi olsa işləyə biləcəyini dediyini, həmin vaxtı Etibar mobil telefonla Naxçıvan şəhərində olan tanışı Təqsirləndirilən şəxs zəng vuraraq telefonu mikrofon rejiminə qoyduğundan danışıqlarını eşitdiyini, X70 rayonunda tanışı olduğunu və Şərur rayon Xəstəxanasında xadimə kimi işləmək istədiyini, həmin yerdə işə düzəlməyə köməklik edib-edəmiyəcəyini soruşduğunu, Nailində Etibara həmin yerdə, yəni Şərur rayon Xəstəxanasında xadimə ştatında 2 boş yer olduğunu, 2000 manat pul versin, həmin adamı oraya xadimə kimi işə düzəldim dediyini, eşidəndə 2000 manatın çox olduğunu, o məbləğdə pulunun olmadığını dedikdə telefonda eşidən Nail Məmədov 1700 manat versin işə düzəldim dediyini, razılaşdığını bildirib pulu düzəldib xəbər edəcəyini dediyini, Dəmirçi kəndində yaşayan rəfiqəsi Zərərçəkmiş şəxs14 Şərur rayon Xəstəxanasında xadimə kimi işə düzələcəyini, istəsə onuda həmin yerdə xadimə kimi işə düzəltməyə adam olduğunu dediyini, Zərərçəkmiş şəxs14 razı olduğunu, 2 gün sonra 1700 manat borc alıb Etibara zəng vuraraq pulu hazırladığını və gəlib götürməsini dediyini, həmin günü Etibarın gəlib 1700 manat pulu onun yaşadığı Cəlilkənd kəndində yerləşən evindən götürən zaman Etibara Dəmirçi kəndində Firuzə adlı rəfiqəsinində işə düzəlmək istədiyini dediyini, Etibarın oradan Təqsirləndirilən şəxsla danışdığını, Təqsirləndirilən şəxs əlavə olaraq "1700 manatda həmin adam versin ikisin bir yerdə həll edək, amma yubatmasın, pulu tez versin, həmin yerə işə düzəlmək istəyən çox adam var" dediyini, Zərərçəkmiş şəxs14 ilə danışdığını, işə düzəlmək üçün 1700 manat pul verməli olacağını dediyini, Firuzənin 2-3 gün ərzində pulu düzəldə biləcəyini bildirdiyini, 2- 3 gün sonra o, Etibarla birlikdə Firuzənin yaşadığı yerdən pulu götürüb Təqsirləndirilən şəxs verməsi üçün Etibara verdiyini, təxminən 10 gün sonra Etibarın ona zəng vurub, onun və Firuzənin tərcümeyi-hal, əmək kitabçası və foto şəkil hazırlamasını, Təqsirləndirilən şəxs istədiyini dediyini, həmin günün sabahı sənədləri hazırlayıb verdiyini, təxminən 1 ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onu işə düzəltmədiyini, aldadaraq 1700 manat pulunu aldığını, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində X55 bitirdiyini, lakin işləmədiyini, 2021-ci ilin iyul ayının sonlarında qonşuları Şahid7 onun ***-**-** saylı ev telefonuna zəng edib ondan 200 manat borc pul istədiyini, həmin vaxtı onun üstündə nəğd pul olmadığından, bank kartında olan puldan çəkib verə biləcəyini bildirdiyini, kənddə bonkamat olmadığı üçün Şərur şəhərinə getməli olduqlarını, Həsənin ağ rəngli nömrəsi 777 olan “BMV” markalı avtomobillə onun evinin qarşısına gəldiyini, həmin vaxtı “BMV” markalı avtomobili idarə edən başqa bir şəxs olduğunu, həmin şəxsi birinci dəfə gördüyünü, rayona gedən vaxtı sürücünün özü barəsində danışaraq Naxçıvanda əlinin hər yana çatdığını, nə problemi olsa köməklik edə biləcəyini, adının Nail olduğunu dediyini, Naildən nə iş gördüyünü soruşan zaman vəzifəli şəxslərin adamı olduğunu, onların ev sürücüləri kimi fəaliyyət göstərdiyini, qonaqlarını qarşılayıb, lazım olan yerlərə apardığını və bir sözlə inandıqları şəxs olduğunu dediyini, Həsən ilə həmin şəxsin hansı əlaqəsinin olduğunu soruşan zaman, Həsənin pensiya məsələsi var onu düzəldirəm dediyini, Nailə anasının onurğa sümüklərində problem olduğunu, amma həmin xəstəliyinə görə pensiya düşmədiyini dedikdə Nailin ona "sən narahat olma, mənim əlim uzundur hər yerə çatır, əgər sən istəyirsənsə evinizdə valideyinlərinlə məsləhətləş, mənə de, mən ananı pensiyaya çıxarım" dediyini, sonra Nailin mobil telefonu ilə Ürək xəstəxanasının baş həkimi olan Ramin həkimə zəng edərək bu haqda danışmağa başladığını, telefonda danışdığı şəxsdən pensiyaya çıxarmaq üçün nə qədər pul lazım olacağını soruşaraq ona 3000 manata başa gələcəyini dediyini, evə gəldikdən sonra anası Şahid3 ilə bu barədə danışdığını, sonra anasının telefonla Nail ilə danışan zaman Nailin Ramin həkimin nömrəsini danışması üçün onlara verdiyini, "***-***-**-**" nömrəli mobil nömrəsi ilə əlaqə saxladıqda həmin adamın özünü Ramin həkim kimi təqdim edərək narahat olmamalarını, 3000 manat pulu Nailə vermələrini dediyini, Şərur rayonunda Nail ilə görüşüb ona 1500 manat verdiyini, təxminən 2 gün sonra Naillə Şərur şəhərində Hərbi Komisarlığın yanında görüşdüklərini, Nailin ağ rəngli nömrəsinin sonu 777 olan “BMV” markalı avtomobillə tək gəldiyini, 500 manatı Nailə verdiyini, Nailə 2-3 günədə gəlib qalan 1000 manatı da götürməsini dediyini, Nailin 3 gün sonra ona zəng edərək qalan 1000 manatı istədikdə işinin olduğunu, Şərura gələ bilməyəcəyini, əgər mümkündürsə bankomat kartına yükləməsini dediyini, Nailin bank kartının şəklini ona göndərdiyini, həmin günü Nailin kart hesabına öz kart hesabından 1000 manat pulu göndərdiyini, Nailə sonuncu 1000 manat pulu göndərdiyi gündən təqribən 15-20 gün sonra zəng vurub məsələnin nə yerdə olduğunu soruşduqda, 2 günə xəbər edəcəyini, Naxçıvan şəhərinə çağıracağını dediyini, 2 gün sonra Nail ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının qarşısında görüşüb ürək xəstəxanasına getdiklərini, Nailin xəstəxanadan bir kağız alıb gələrək “bu ananın forma 88idir, anan guya ki, 6 aydır bu xəsətəxanada yatır, indi bu kağızı aparıb verəcəyik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında işləyən Ramin həkimin yoldaşı Tamilla xanıma, Tamilla xanım forma 88-i dolduracaq və bununla da ananın pensiya məsələsi hazırdır” dediyini, Nail ilə sağollaşıb Şərura qayıtdığını, bir neçə gün sonra Nailin ona zəng vuraraq "anan Şahid3 şəxsiyyət vəsiqəsini götür, gəl Naxçıvan şəhərinə ananın pensiyasını bu gün səhiyyə naziri təsdiqləməlidir" dediyini, Nail ilə Səhiyyə Nazirliyinin arxasındakı oturacaqlar olan yerdə görüşdüklərini, həmin vaxtı orda təxminən 5-6 nəfər başqa adamların olduğunu, onlardan birinin adını sonradan öyrəndiyi Etibar adlı şəxsin olduğunu, Nailin onlardan şəxsiyyət vəsiqələrini alıb, Səhiyyə Nazirliyinə gedib 10 dəqiqə sonra geri qayıdıb vəsiqələri özlərinə qaytarıb, "məsələniz hazırdır Ramin həkimi ürək xəstəxanasının baş həkimi vəzifəsindən çıxarıb, səhiyyə naziri təyin etdikləri üçün sizinlə burada görüşdüm, gedin pensiya fondundan cavab gözləyin" dediyini, bir həftə sonra yenidən Nailə zəng vurub pensiya fondundan cavabın gəlmədiyini deyən zaman Nailin ondan anasının vaksin vurdurub vurdurmadığını soruşanda anasının vaksin olunmadığını deyən zaman Nailin "yuxarıdan tapşırıblar pensiyaya çıxarılan şəxs məcburi olaraq hər iki vaksini də vurdurmalıdır" dediyini, anası Şahid3 Nailin bu dediklərindən sonra gedib 1-ci vaksini, 1 ay sonra da 2-ci vaksini vurdurduğunu, yenidən Nailə zəng edib anasının hər iki vaksini də vurdurduğunu dedikdə Nailin sentyabrın 17-nə kimi sizi çağıracaqlar deyib sağollaşdığını, 2021-ci il sentyabr ayının ortalarında Nailin ona zəng edib, Ramin həkimin xəstəxanalara sürücü və həkim kimi işə adam götürdüyünü dediyini, qardaşı Sadiq Hüseynovun işsiz olduğunu Nailə qardaşını işə düzəltməsini dediyini, Nailin heç bir problem olmadığını, 2000 manat pul qarşılığında sürücü kimi işə düzəldəcəyini dediyini, Nailə 2000 manata imkanı çatmadığını, 1500 manata bu işi həll etməsini dedikdə Nailin də ona "Ramin həkimin nömrəsi səndə var zəng elə özü ilə danış" dediyini, Ramin həkimin nömrəsi kimi bildiyi ***- ***-**-** nömrəli telefonuna zəng edib danışan zaman telefonda danışan şəxs 1500 manata onun qardaşını Şərur Rayon Mərkəzi Xəstəxanasına “Ambulans” sürücüsü kimi işə götürəcəyini dediyini, Naillə 2-3 gün sonra Şərur rayonunda görüşüb 1500 manat pulu sayıb Nailə verdiyini, qardaşının şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonu ilə çəkib sağollaşıb getdiyini, həmin günün səhərisi Nailin ona zəng edib, ürək Xəstəxanasına yeni maşınlar verildiyini, köhnə maşınların satışa çıxarıldığını, istəsən çox aşağı qiymətə “UAZ” markalı maşın olduğunu dediyini, istəmədiyini deyən zaman Nailin "bir ədəd də 2008-ci il istehsalı olan “Hyundai Accent” markalı maşın var, gəl heç olmasa bunu 3500 manata sən al" dediyini, əlavə olaraq Ramin həkimlə danışıb Hyunadi markalı maşını özəlləşdirmə qiymətini 3000 manata salacağını bildirdiyini, səhəri Nail ilə Şərurda, Hərbi Komisarlığın yanında görüşdüklərini, Nailin gilanar rəngli “Naz Lifan” markalı avtomobillə gəldiyini, üzərində gətirdiyi 2500 manat pulu sayaraq Nailə verib, qalan 500 manat pulu isə səhərə kimi çatdıracağını dediyini, həmin gün axşamı 300 manat, səhəri gün isə 200 manat pulu öz hesabından telefon vasitəsi ilə Nailin kart hesabına göndərdiyini, həmin kart hesabına göndərdiyi pulların qəbzlərini saxladığını, Nailin ona 2-3 günə avtomobili verəcəyini dediyini, 2-3 gün sonra Nail ilə telefonda danışdıqda Nailin özəlləşdirmənin 14 gün müddətində olacağını dediyini, 14 gün sonra yenə Naillə əlaqə saxlayıb Ramin həkimin yanına şikayətə gedib onu aldatdığını deyəcəyini bildirdiyini, Nailin onu Mərkəzi Xəstəxananın qarşısında saxlayaraq 1 gündə gözləməsini, əgər alınmasa gedib, polisə şikayət etməsini dediyini, Nailə “problem yoxdur, bir gündə gözləyərəm” dediyini, 2021-ci il 13 oktyabr tarixində anası ilə Naxçıvana gəlib Nailin onu aldatdığını öyrəndiyini, Təqsirləndirilən şəxs onu aldadaraq anası Şahid3 pensiya düzəltmək üçün 3000 manat, qardaşı X25 işə düzəltmək üçün 1500 manat, ona avtomobil satacağı adı ilə 3000 manat olmaqla ümumilikdə 7500 manat pulunu ələ keçirdiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində Zərərçəkmiş şəxs1 onun həmkəndlisi və qonşusu olduğunu, təxminən 2021-ci ilin avqust ayının sonlarında qonşusu Zərərçəkmiş şəxs1 evinə gedib onunla söhbət edən zaman Etibarın "Nail adlı tanışının olduğunu, əlinin hər yerə çatdığını, istəyirsənsə Nail ilə danışaq sənə bir iş düzəltsin" dediyini, razılaşdığından Etibarın Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra onu Şərur Rayon Mərkəzi X30 Yardım maşınının sürücüsü kimi işə düzəldə biləcəyini, 2500 manat pul vermək lazım olduğunu dediyini, Zərərçəkmiş şəxs1 ona dediklərini valideyinləri ilə danışıb, sonra Etibarın mobil telefonuna zəng edərək, həmin tanışı Nail ilə danışmasını və işini həll etməsini xahiş etdiyini, əlavə olaraq Etibardan qardaşı arvadı X38 pensiya düzəltməsi üçün tanışı Nail ilə danışmasını dediyini, Etibarın Nail ilə danışıb, Əliyeva Kəmaləyə pensiya düzəltmək üçün 2500 manat pul verilməsi lazım olduğunu bildirdikdə “Vaz 2107” markalı avtomobilini 7100 manata satıb, 5000 manatını və şəxsiyyət vəsiqəsini Etibara verdiyini, Etibarın ona “narahat olma tez bir zamanda Nail işini həll edəcək” dediyini, 2500 manat işə düzəlmək, 2500 manat isə qardaşı arvadı X38 pensiya düzəlməsi məqsədilə Təqsirləndirilən şəxs verilməsi üçün Zərərçəkmiş şəxs1 verdiyini, Təqsirləndirilən şəxs adlı şəxsin onu və qonşusu Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirdiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində Zərərçəkmiş şəxs1 ilə həmkəndli və qonşu olduqlarını, Etibarın ona təqribən 2021-ci ilin oktyabr ayının əvvələrində X62 rayon filialında sürücülük işi olduğunu, bir nəfər tanışı olduğunu onu həmin yerə işə düzəldə biləcəyini dediyini, həmin işə düzəlmək üçün 1700 manat pul verməli olduğunu dediyini, işsiz olduğu üçün 1700 manat pul verib, işə düzəlməyə razılıq verib, pulu hazırladıqdan sonra Etibarla birlikdə Daşarx kəndinin yaxınlığında Etibarın tanışı Naillə ilə görüşüb maşınına oturub 1700 manat pulu sayıb, Etibarın yanında Nailə verdiyini, Nailin ondan sürücülük və şəxsiyyət vəsiqəsini də alıb, 700 manat maaş, 3 aydan bir premiya alacağını, həmdə günorta yeməyi verəcəklərini bildirdiyini, sonra maşından düşüb Etibarın maşınına getdiyini, Etibarın Nailin yanında qalıb birazdan Etibarın gələrək ona "sənin işin düzələcək, pensiyaya çıxmaq istəyən qohumun və ya tanışın varsa bu adam pensiyada düzəldə bilir" dediyini, Nailin özünündə maşında olan zaman ona "pensiyaya çıxmaq istəyən varsa deyin onlara pensiya düzəldim" dediyini, Türkiyədə olan xalası oğlu Orxanla danışıb belə bir adamla tanış olduğunu dediyini, Orxanın arvadı Zərərçəkmiş şəxs20na əlillik dərəcəsi üzrə pensiya düzəltməyi ona dediyini, Ümidədən 2800 manat pul alıb, Etibara verdiyini, 13 oktyabr 2021-ci il tarixdə Naxçıvan şəhərinə, X43 Respublikasına getmək üçün sənəd almağa gələrkən bu zaman Etibarın ona zəng edib, Nailin dələduz olduğunu dediyini, Təqsirləndirilən şəxs adlı şəxsin onu və qonşusu Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirdiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində təqaüdçü olmaqla ayda 250 manat pensiya aldığını, təxminən 2021-ci ilin avqust ayında həmkəndlisi Zərərçəkmiş şəxs1 oğlu Şahid12 onun evində təmir işləri görərkən atası Etibarın pensiya düzəldilməsi ilə məşğul olan tanışı olduğunu, neçə nəfər tanışlarının pensiyaya çıxmaq üçün sənəd verdiyini, istəyirsənsə danışaq pulun verək, gəlinini də pensiyaya çıxardaq dediyini, gəlini Həlimənin evdar qadın olmaqla heç bir yerdə işləmədiyindən pensiya almasını fikirləşdiyini, oğlunun fəhləlik etdiyini, daimi iş yeri olmadığını, 1 gün işi olur, 1 gün iş olmur, pensiya düzələr daim çörək pulları olar deyə fikirləşdiyini, onun aldığı pensiya ilə dolandıqlarını, Həsənin dedikləri ilə razılaşıb pensiya işi düzəltməsi üçün dediyi adamla danışmağını istədiyini, Həsənin telefonla danışdıqdan sonra ona 3000 manat pul versən gəlinin Həliməni ürək xəstəliyi ilə bağlı pensiyaya çıxardacaqlar dediyini, Həsənin kiminlə telefonda danışdığını bilmədiyini, 2500 manat pulu olduğunu dediyindən Həsənin bir daha telefonla danışdıqdan sonra pensiya düzəldən adam razıdır, 2500 manat hazırla verək dediyini, 2500 manat pulu öz yaşadığı evində Şahid12 verdiyini, həmin vaxtdan sonra gəlini Həliməyə pensiya təyin olunması ilə bağlı heç bir iş görülmədiyini, sonradan Zərərçəkmiş şəxs1 tanışının Etibarı aldadıb tanışlarının pulunu ələ keçirdiyini öyrəndiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində ərinin xalası oğlu Zərərçəkmiş şəxs13 ona tanışının olduğunu 1800-2000 manat pul vermək qarşılığında onu xəstəliklə pensiyaya çıxardacağını və ömürlük təqaüd alacağını dediyini, Elxanı qohum kimi yalan danışmayan insan kimi tanıdığından ona inandığını, Elxanın ona bu işi Etibar adlı həmkəndlisi ilə düzəldəcəyini bildirdiyini, Etibarla eyni kənddə yaşasada tanımadığını, 2021-ci ilin sentyabr ayında Elxana 2800 manat pul verdiyini, pul verildikdən bir müddət sonra Zərərçəkmiş şəxs1 Nail adlı tanışının onları aldatdığını öyrəndiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində Elçin adlı övladının anadan gəlmə iflic xəstəsi olmaqla görmə və eşitmə qabiliyyətinin olmadığını, haliyyədə 19 yaşı olduğunu 3 yaşından təqaüd aldığını, 2020-ci ildə 18 yaşı tamam olduğundan və növbəti tibbi komissiyanın vaxtı çatdığından dövlət tərəfindən verilən müavinətin dayandırıldığını, Şərur rayon pensiya fondu şöbəsindən oğlu Elçinin yenidən tibbi komissiyadan keçməli olduğunun bildirildiyini, həmin vaxtı Kürdçülü kənd sakini Şahid11la qarşılaşanda pensiya barədə söhbət edərkən Şahid11 ona kirvəsi Şərur rayon Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs1 pensiya məsələlərini həll edə biləcək tanışının olduğunu dediyini, Şəhriyar kəndinə gedərək Etibarla görüşüb oğlu Elçinin pensiyasının bərpa olunması ilə bağlı tanışı ilə danışmasını xahiş etdiyini, Etibarın onun yanında həmin tanışına zəng vuraraq pensiya haqqına danışıb, sonra ona tanışının adının Nail olduğunu, Nailin bu işin qarşılığında 1500 manat pul istədiyini dediyini, danışıqdan təxminən 2 gün sonra 1500 manat pulu və oğlu Elçinin şəxsiyyət vəsiqəsinin surətini Şərur rayonu Çomaxtur kəndinin yaxınlığında olan avtoservisdə görüşərək Nailə çadırması üçün Etibara verdiyini, sonradan Təqsirləndirilən şəxs ona məxsus 1500 manat pulunu dələduzluq yolu ilə aldadıb aldığını bildiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində arvadı Elvira Rzayevaya çənə və sifət nahiyyəsində olan yanığa görə uşaq yaşlarından pensiya verildiyini, İİİ qrup əlliliyi olduğunu, 2020-ci ilin əvvəllərində arvadının pensiyasının dayandırıldığını, qaynatası Şahid11 2021-ci ilin sentyabr ayında zəng edib, kirvəsi Zərərçəkmiş şəxs1 bir tanışı olduğunu, Elviranın pensiya işini düzəldəcəyini, amma 1200 manat pul verilməli olduğunu dediyini, 1200 manat pulu verməyə razı olduğundan həmin günü Etibar adlı şəxsin onun mobil telefonuna zəng etdiyini, həmin vaxtı arvadının pensiya məsələsinin necə, hansı formada düzələcəyi barədə danışıqları olmadığını, yalnız pulu verəcəyi adamın ona zəng vuracağını dediyini, Həmin günün axşamı bir nəfərin ona zəng edib adının Nail olduğunu, Etibarın dediyi şəxs olduğunu dediyini, Naxçıvan şəhərində “Çəmən” marketin qarşısında Nail ilə görüşüb 12 ədəd yüzlük olmaqla 1200 manatı Nail adlı şəxsə verdiyini, Təqribən 15-20 gün keçdikdən sonra Nailin ona zəng etmədiyindən, özünun zəng etdiyini, Nailin ondan yoldaşının şəxsiyyət vəsiqəsini istədiyini, üzgüçülük mərkəzinin qarşısında Nail ilə görüşüb, şəxsiyyət vəsiqəsini ona verdiyini, Nailin Naxçıvan MR Mərkəzi Xəstəxanasına gedib 10- 15 dəqiqə sonra qayıdıb, vəsiqəni ona qaytarıb və onun yoldaşını qeydiyyatdan keçirdiyini, yaxın günlərdə çağıracaqlarını bildirdiyini, sonradan Təqsirləndirilən şəxs ona məxsus 1200 manat pulunu dələduzluq yolu ilə aldadıb aldığını bildiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində təqaüdçü olduğunu, Çernobıl AES-da baş vermiş qəza zamanı orada hərbi xidmətdə olduğu və şüalanmaya məruz qaldığı üçün ayda 350 manat prezident təqaüdü, 259 manat isə təqaüd aldığını, Zərərçəkmiş şəxs1 ilə qohum olduqlarını, təxminən 2021ci ilin oktyabr ayının əvvəlləri Etibarın onun evinə qonaq gəldiyini, onunla söhbət zamanı yoldaşı X7 pensiya alıb-almadığını soruşduğunu, hələki pensiyaya çıxmadığını dedikdə Zərərçəkmiş şəxs1 ona səhiyyə nazirinin sürücüsü ilə dost olduğunu və istəyirsənsə yoldaşını onun vasitəsi ilə 2000 (iki min) manat pul hörmət qarşılığında pensiya düzəldə biləcəyini dediyini, Etibarın mobil telefonu vasitəsi ilə həmin dostuna zəng edib bu məsələ haqqında onunla danışdığını, həmin günü saat 11:30 radələrində evdə pulu olduğu üçün 2000 manatı götürüb Etibar ilə birlikdə həmin səhiyyə nazirliyində sürücü işləyən Etirbarın dostu ilə görüşməyə getdiklərini, orada həmin adamın adının Nail olduğunu öyrəndiyini, Nailin idarə etdiyi avtomobilə əyləşdiklərini, Etibara verdiyi 2000 manat pulu onun yanında Etibarın Nailə verdiyini, Nailin 2000 manat pulu alandan sonra sayıb onlarla sağollaşıb, Naxçıvan şəhəri istiqamətində hərəkət etdiyini, təxminən 2 gün sonra Etibarın yenə onun evində olan zaman dövlətdə ev alma növbəsinə durduğunu, əgər istəyirsənsə onu da ev alma növbəsinə yazdıra biləcəyini dediyini, Etibardan bunun necə və nə cür olacağını soruşan zaman Etibarın ona həmin səhiyyə nazirinin sürücüsü olan Nail adlı dostunun əlinin hər yerə çatdığını dediyini, Nailin bu işi həll edəcəyi qarşılığında nə qədər pul istəyəcəyini soruşduqda Etibarın 1500 manata düzələcəyini dediyini, o qədər pulunun olmadığını, 1350 manatı ancaq tapa biləcəyini dediyini, Etibarın onun yanında mobil telefonu ilə Nailə zəng edərək onu ev almaq növbəsinə yazdırmağı xahiş etməklə, 1350 manata ancaq gücünün çatdığını bildirdiyini, Nailin Etibarla razılaşdığından Naxçıvan şəhərinə gəlmələrini dediyini, Naxçıvan şəhərinə gələrək "Mikrorayon" deyilən yerdə yerləşən "Çəmən" marketin qarşısında Nailin yanına gəldiklərini, özünün avtomobildə qaldığını, Etibarın avtomobildən düşərək Naillə görüşərək verdiyi pulu Nailə verdiyini, Etibarın avtomobilə qayıdan zaman 20 manat pul verərək "bu 20 manatı Nail verdiki yanacaq vurarsız" dediyini, sonra Etibarın onun telefonuna zəng edərək "1200 manat da ödəsən püşk atılanda sənə 2 və ya 3 otaqlı ev düşə bilər" dediyini, 1 otaqlı evdəndirsə 1200 manatda tapıb ödəyib 2 və ya 3 otaqlı ev alacağını fikirləşib razılaşdığını, Naxçıvan şəhərində İran məscidinin qarşısında Nail və Etibar ilə görüşüb 1200 manat pulu Etibara verdiyini, Etibarın da onun yanında 1200 manat pulu sayaraq Nailə verdiyini, Nail pulu aldıqdan sonra ona 2021-ci il 28 oktyabr tarixdə evlərin bölgüsünün olacağını deyərək sağollaşıb Etibarla birlikdə getdiyini, 2021-ci il oktyabrın sonlarına yaxın Etibarın ona zəng edərək Nailin Naxçıvan şəhərindən qaçdığını dediyini, pulu Nailə verməsi üçün Etibara verdiyini, Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs1 etibarından sui istifadə etməklə 4550 manat pulunu aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində 2007-ci ildə onda yüksək təzyiq-hiportoniya və şəkər xəstəliyinin əmələ gəldiyini, eyni zamanda kardioloji xəstəxanada müayinə zamanı ürəyində problemlərin olmasının aşkar olunduğunu, 2015-ci ildə qeyd etdiyi xəstəliklərlə bağlı həkim komissiyasından keçib 2-ci qrup əlil kimi təqaüdə çıxdığını, qanuna görə həmin qrupun ona 5 il müddətinə verildiyini və müddət bitdikdən sonra yenidən komissiyasından keçməli olduğunu, 2021-ci ilin may ayında müavinəti ödənilmədiyindən Şərur rayon Sosial Müdafiə Şöbəsinə gedib yenidən həkim komissiyasından keçməli olacağını öyrəndiyini, bir müddət sonra yaxın tanıdığı Şərur rayonunun Çomaxtur kənd sakini Fəxrəddinlə danışan zaman onun pensiya düzəldən tanışının olduğunu öyrəndiyini, Fəxrəddinin vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, onunla ilk dəfə Şərur rayonunun Maarif Şöbəsinin yaxınlığında görüşdüklərini, Nailin oraya qara rəngli “BMW” markalı maşın ilə gəldiyini, Nailə vəziyyəti izah etdikdə ona 1800 manata pensiyasını düzəldəcəyini dediyini, Nailə qanuni xəstə olduğunu, verəcək o qədər pulunun olmadığını bildirdikdə Nailin Ram adlı həkimə zəng vurub nə isə danışandan sonra ona "Ramin həkimlə danışdım, 1400 manatı əvvəlcədən, qalan 400 manatını isə məsələ həll olduqdan sonra verəcəksən" dediyini, Nail ilə razılaşıb bir neçə gün sonra iri buynuzlu heyvanı Şərur şəhərindəki heyvan bazarında 1350 manata satıb, Şərur şəhərində Təqsirləndirilən şəxsla görüşdüklərini, Təqsirləndirilən şəxs ağ rəngli, 777 nömrəli, markası yadında qalmayan maşınla gəldiyini, 1350 manatı Təqsirləndirilən şəxs verdiyini, Nailin "bu azdı, düzəlməz" dediyini, məcbur qalıb Fəxrəddindən 25 manat alıb pula əlavə edərək cəmi 1375 manatı Təqsirləndirilən şəxs verdiyini, qalan 425 manatı düzəltdikdən sonra yenidən Təqsirləndirilən şəxsla görüşüb pulu ona verdiyini, bir neçə müddətdən sonra Nailin ona zəng vurub "eşitmişəm yoldaşında xəstədir, fürsətdir, gəl onuda təqaüdə çıxardaq” dediyini, həqiqətəndə arvadının xəstə olduğunu, həkimlərin xərçəng xəstəsi diaqnozu qoyduqlarını, Nail ilə razılaşıb arvadının pensiyasının düzəldilməsi üçün 2700 manat pul verdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs qardaşı Heydərin oğlu Şahmarın anadan gəlmə ayaqlarında əyrilik, ağ ciyərində problemlər olduğunu dediyini, Nailin 2700 manat qarşılığında pensiya düzəldəcəyini bildirdiyini, Nailin onu tapa bilməyib yaşadığı ev getdiyini, həmin vaxtı qızı Nurayın Naili qapıdan qovaraq sən dələduzsan dediyini, bu hadisədən sonra ona zəng gəldiyini, həmin şəxsin özünü Ramin həkim kimi təqdim edərək və hədə-qorxu gəlirək "sənin qızın kimdirki mənim sürücümə hədə-qorxu gəlir" dediyini, həkimə "səhvlik edibdir, bağışlayın" dediyini, kənd qəbirstanlığında Nail ilə görüşüb arvadı Sevdanın və qardaşı Heydərin oğlu Şahmarın təqaüdə çıxamaları, yəni əlillik almalarına görə hər biri üçün 2700 manat olmaqla 5400 manat pul verdiyini, əlavə olaraq onların hər biri üçün 300 manat olmaqla 600 manatda təqaüdünü ömürlük etməsi üçün pul verdiyini, Təqsirləndirilən şəxs ümumilikdə 7800 manat məbləğində pulu təxminən 1 ay müddətində verdiyini, həmin pulu mal-heyvanlarını sataraq düzəltdiyini, qardaşı oğlu Şahmarın pensiyaya çıxmağı üçün 3000 manat pulu da özünün verdiyini, pulları verdikdən sonra Naillə mütəmadi olaraq telefonda danışdıqlarını, Təqsirləndirilən şəxs onu hər dəfə məsələ ilə məşğul olduğunu, tezliklə hər şeyin həll olacağına inandırdığını, sonuncu dəfə o Təqsirləndirilən şəxsla oktyabr ayının 12-də səhər vaxtı danışdığını, Nail ona sabahı, yəni oktyabr ayının 13-də gəlib sənədlərini götürməsini dediyini, oktyabr ayının 13-də Naxçıvan şəhərinə gəlib lakin Təqsirləndirilən şəxsla görüşə bilmədiyini, Təqsirləndirilən şəxs 7800 manat pulunu aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində qızı X13 2016-cı ildən ayaqlarında və bədənində tromp olduğu üçün 2-ci qrup əlil kimi pensiyaya çıxdığını, 2021-ci ildə növbəti tibbi komissiya vaxtı çatdığı üçün ona verilən pensiyanın dayandırıldığını, tibbi komissiyadan keçməyə gedəndə isə həmin komissiyanın həkimləri yeni qanuna əsasən qızına pensiya düşmədiyini bildirdiklərini, nə qədər çalışsada qızının kəsilən pensiyasını bərpa edə bilmədiyini, təxminən 2021-ci ilin iyun-iyul aylarında həmkəndlisi Zərərçəkmiş şəxs7 ilə Şərur şəhərində rastlaşdığını, birlikdə yaşadıqları Çomaxtur kəndinə gedən zaman pensiya barədə söhbətləri olduğunu, Məhərrəmin ona bir adamın köməkliyi ilə öz pensiyasını düzəltdiyinı dediyini, o da Məhərrəmdən həmin adamın vasitəsilə qızı Ramilənin pensiyasını düzəltməyi xahiş etdiyini, Məhərrəmin tanışı ilə danışdıqdan sonra onun qızının pensiya məsələsinin 1300 manata həll olacağını bildirdiyini, o da 1300 manat pulu pensiya düzəldən tanışına vermək üçün Məhərrəmə verdiyini, pulu verdikdən bir neçə gün sonra Məhərrəmin dediyi həmin adamın onun mobil nömrəsinə ***-***-**-** mobil nömrəsi ilə zəng vurub salamlaşdıqdan sonra Məhhərrəmin dediyi adam olduğunu, adının Nail olduğunu, Məhərrəmdən 1300 manat pulu aldığını bildirdikdən sonra qızının şəxsiyyət vəsiqəsinin surətini ondan istədiyini, sabahı gün şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq Naxçıvan MR Mərkəzi Xəstəxanasının arxa tərəfində olarkən Nailə zəng vurduğunu, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs qara rəngli bir avtomobillə gələrək ondan şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ona avtomobilə oturmağını və Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, pensiyaya çıxmaq üçün epikriz almağa gedəcəklərini dediyini, Nailin poliklinikaya gedən zaman o avtomobilində Naili gözlədiyini, təxminən 5 dəqiqə sonra Nailin ona zəng edərək evin telefon nömrəsini istədiyini, Nailə telefon nömrəsini deyib, nə üçün istədiyini soruşanda evinizə zəng edib qızın Ramilənin səhəti ilə bağlı nəsə soruşa biləcəklərini dediyini, Naillə sağollaşıb getmək istəyəndə ona "Ramin həkim çox yaxşı insandır, o, deyir ki ağsaqqalı sən apar düşürt Şərura" dediyini, Şərura gedən zaman Nailin ona "Musa kişi istəyirsənsə 350 manatda əlavə ver, sənin qızının pensiyasını ömürlük edək daha 5-6 il sonra birdə bu əziyyətləri çəkmə" dediyini, razılaşıb səhəri Nailin ***-***-**-** nömrəsinə zəng vurub, 350 manat pulun hazır olduğunu və harada verə biləcəyini deyəndə Nailin Şərur Rayon Mərkəzi Xəstəxanasına gələcəyini, orada görüşə biləcəklərini bildirdiyini, həmin günü saat 11 radələrində Nail ilə xəstəxananın yanında görüşüb, 350 manat pulu verən zaman Nail ona "sənin bütün sənədlərin qaydasındadır, qısa bir zamanda pensiya məsələsi həll olunacaq" dediyini, Nailin bu dəfə başqa qara rəngli markasını bilmədiyi avtomobillə gəldiyini, həmin gündən sonra Nail ilə tez-tez telefonda danışdığını, Nailin hər dəfəsində bir söz deyib, fərqli bəhanələr gətirdiyini, sonuncu dəfə Nailin ona ***-***-**-** nömrəsini verib Ramin həkimin nömrəsi olduğunu, zəng vur həkimlə danış dediyini, həmin nömrəyə zəng vurub danışanın Ramin həkim olub-olmadığını soruşanda telefonla danışan şəxsin Ramin həkim olduğunu, Nailin qızının pensiya məsələsini ona dediyini və həll olunacağını, biraz səbirli olmağını dediyini, sonra Nail ilə telefonla bir neçə dəfə danışdığını, sonra Nail ilə əlaqəsinin kəsildiyini, Təqsirləndirilən şəxs onun 1650 manat pulunu aldadaraq ələ keçirdiyini, əlavə olaraq tanışı Zərərçəkmiş şəxs9 dayandırılmış pensiyasını bərpa etmək üçün Təqsirləndirilən şəxsla danışdığını, Nail ilə birlikdə Zərərçəkmiş şəxs9 iş yeri olan Su İdarəsinə gedib Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxsla tanış etdiyini, sonra özləri pensiya məsələsi barədə söhbət etdiklərini, Zərərçəkmiş şəxs9 1500 manat pulu onun yanında Təqsirləndirilən şəxs verdiyini, Nailin Zərərçəkmiş şəxs9 pensiyasını 1600 manata düzəldəcəyini, həmin vaxtı 1500 manatı verib 100 manatının qaldığını, həmin 100 manatı bir gün sonra Nailin Famildən aldığını, Familə qaytarılması üçün Nailin ona pul vermədiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində Şərur Rayon Melorasiya və Su Təsərüfatı İdarəsində mühəndis vəzifəsində işlədiyini, səhətində olan xəstəliklə əlaqədar uzun müddətdirki problem yaşadığından 2-ci qrup əlil kimi pensiya aldığını, 5 illik tibbi komissiya müddəti bitdiyindən pensiyası kəsildiyini, 2021-ci ilin avqust ayında Musa adlı tanışı ilə rastlaşanda söhbət zamanı Musanın bir nəfər Nail adlı tanışının olduğunu, X23 baş həkimi Ramin həkimin sürücüsü işlədiyini, pensiya düzəltməklə məşğul olduğunu, Musanın 2 gün sonra Təqsirləndirilən şəxsla birlikdə ağ rəngli markasını bilmədiyi bir avtomobillə onun işlədiyi idarənin qarşısına gəldiyini, həmin vaxtı Musanın vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olduğunu, Nailin onun pensiyasını bərpa etdirmək qarşılığında 1200 manat, 400 manat isə ömürlük təyin olunması üçün istədiyini, 1500 manat pulu Musanın yanında şəxsən sayıb Təqsirləndirilən şəxs verdiyini, Nailin pulu sayıb aldıqdan sonra ona öz işlətdiyi mobil nömrəni (***-***-**-**) və baş həkim kimi təqdim etdiyi Ramin həkimin nömrəsini (***-***-**-**) verdiyini, həmin vaxt Nailin ona "sənin pensiyanı elə edəcəm ki, ömürlük olacaq, yəni bundan sonra heç bir tibbi komissiyadan keçməyəcəksən" dediyini, 2021-ci ilin oktyabr ayının 6-da Nail ona zəng edərək, oktyabr ayının 8-də X37 həkim qəbulunda olmasını dediyini, 8 oktyabr 2021-ci il tarixdə adı çəkilən yerə getdikdə aldadıldığının məlum olduğunu, İsgəndər həkim deyilən bir şəxsin ümumiyyətlə olmadığını anladığını, X31 Ramin həkimin yanına getdiyini, Ramin həkimin bu məsələ ilə heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs adlı sürücüsünün olmadığını öyrəndiyini, onun pulunun ödənilmədiyini, Musanın ona 800 manat pul qaytarmadığını, ondan alınan pulların tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində arvadı X2 "Onkoloji" xəstə olduğu üçün 2021-ci ilin fevral ayınadək pensiya aldığını, fevral ayında isə pensiyasının kəsildiyini, təqribən 2021-ci ilin iyul ayının sonlarında taksi sürücüsü kimi tanıdığ Şərur rayonu Cəlilkənd sakini adının Süleyman olduğunu bildiyi şəxslə söhbət əsnasında yoldaşının əvvəllər pensiya aldığını, lakin sonradan pensiyasının kəsildiyini dediyini, bacısı oğlu Nailin Naxçıvan MR Ürək Xəstəxanasının baş həkimi Ramin həkimin sürücüsü olduğunu və onun əlinin hər yerə çatdığını, əgər istəyirsənsə Nailin arvadının pensiya məsələsini düzəldə biləcəyini dediyini, Süleyman telefonla danışdıqdan sonra bacısı oğlu Nailin yoldaşının pensiyasını həll edəcəyini və bunun qarşılığında isə 1100 manat pul alacağını bildirdiyini, sabahıHəmin günü 1100 manat pulu Nailə verməsi üçün Süleymana verdiyini, Süleyman ondan aldığı 1100 manatı Nailə verəcəyini və Nailin özünün onunla əlaqə saxlayacağını dediyini, həmin günü axşam tərəfi ***-***-**-** saylı mobil nömrədən onun telefonuna zəng gəldiyini, həmin zəng edən Süleymanın bacısı oğlu Nail olduğunu, dayısı Süleymana verdiyi 1100 manat pulun ona çatdığını və narahat olmamağını, işinin tez bir zamanda həll olcağını deyib sağollaşdığını, 3 gün sonra Nailin yenidən ona zəng edərək "imkanın varsa 400 manat da əlavə ödə ki, yoldaşının pensiyasını ömürlük edim, yəni bir daha heç bir həkim komisiyasında keçməsin" dediyini, Nailin dediklərinə razılıq verərək, 400 manatı dayısı Süleymana verəcəyini dedikdə Nailin "ehtiyac yoxdur özüm gəlirəm Şərurura, sizin avtoservisin yanına, oraya çatanda deyəcəm çıx yolun kənarına özüm səndən pulu götürüm" dediyini, təxminən 1 saat sonra Nailin ona zəng edərək yolun kənarında gözlədiyini dediyini, Nailin 900 dövlət qeydiyyat nömrəli, qara rəngli BMV markalı avtomobildən onu çağırdığını, avtomobilə oturub, 400 manat pulu şəxsən Nailin özünə verdiyini, Nailin ona başqa tanış və ya qohumlar varsa onlarında pensiyasını düzəldə biləcəyini dediyini, 20 gün sonra zəng vurub işin nə yerdə olduğunu soruşduqda Nailin "narahat olma növbəti pensiyalar veriləndə siz pensiyanızı alacaqsınız, bu bir şansdır, başqa qohumun və tanışın varsa gətir onlarında pensiyasını həll edim, mənim əlim uzundur, hər yerə çatır." Dediyini, 2021-ci ilin avqust ayının ortalarında qaynı Zərərçəkmiş şəxs12 dayandırılmış pensiyasını bərpa olunması üçün Nail ilə danışıb Bəhruzla Naili əlaqələndirdiyini, Bəhruzun 1000 manat pulu Nailə çatdırması üçün ona verdiyini, pulu Bəhruzdan aldıqdan sonra Nail ilə telefonda danışdıqda Nailin "Şərur rayon xəstəxanasına təcili tibbi yardım maşını xəstə gətirib deyəcəm pulu ver ona çatdırsın mənə" dediyini, bir qədər sonra yenə zəng edib pulu gəlib özünün götürəcəyini bildirdiyini, Nailin qara rəngli BMV markalı avtomobili ilə onun işlədiyi avtoservisə gəlib 1000 manatı ondan alan zaman, yoldaşının pensiyası haqında soruşduqda Nailin ona "yoldaşının adının qarşısına qırmızı qoymuşdular onu sildirmişəm, narahat olma, yoldaşınla qaynın Bəhruzun ikisinin də pensiyasını eyni vaxtda həll edəcəm" dediyini, bir müddət sonra Nailin ona zəng vurub, "səhər yoldaşının şəxsiyyət vəsiqəsini də götür gəl Ürək xəstəxanasına "Tibbi Komissiya"dan keçəcək" dediyini, yoldaşı gəlməsə komissiyadan necə keçəcəyini soruşduqda Nailin "yoldaşına ehtiyac yoxdur sən gətir şəxsiyyət vəsiqəsini ver, mən 5 dəqiqəyə özüm həll edəcəm" dediyini, Naxçıvan şəhərində Nail ilə görüşüb, ürək xəstəxanasına getdiklərini, şəxsiyyət vəsiqəsini Nailin ondan alıb xəstəxanaya girib 5 dəqiqə sonra geri gəlib əlindəki kağızı göstərib, Zərifə Əliyeva adına poliklinikada işləyən Ramin həkimin yoldaşı Ülkər həkimə yoldaşının forma 88-ni doldurmaq üçün verəcəyini dediyini, Nailin həmin poliklinikaya gedən zaman avtomobilində gözləmiş, təxminən 10 dəqiqə sonra Nailin geri qayıdıb onun yoldaşının pensiyasının tam düzəldiyini və rahat kəndə qayıda biləcəyini dediyini, həmin gündən sonra hər pensiyalar veriləndə Nailə zəng vurmağına baxmayaraq fərqli-fərqli yalanlar deyərək onu aldatdığını, axırıncı dəfə Nailə zəng vurduqda ***-***-**-** nömrəsini verib, "bu İsgəndər həkimin nömrəsidir, X37 tibbi komisiyanın üzv həkimlərindən biridir, istəyirsənsə zəng elə özü ilə danış" dediyini, həmin nömrəyə zəng vurub danışan zaman danışanın Nailin özünün olduğunu və səsini dəyişərək onunla danışdığını hiss etdiyini, bu zaman ona "Nail sənsən?" deyə sual verəndə "Nail deyil, səninlə danışan İsgəndər həkimdir" dediyini, həmin adama Nailinin onun pensiya məsələsini həll edən adam olduğunu deyən zaman telefonla danışan şəxsin "hə tanıyıram, Nail Ramin həkimin sürücüsüdür, sizin sənədləri mənə verib 13 oktyabr 2021-ci il tarixdə saat 09:00-da olarsız X37" dediyini, 13 oktyabr 2021-ci il tarixdə saat 09:00 yoldaşı X8 və qaynı Zərərçəkmiş şəxs12 ilə birlikdə X44 getdiklərini, Nailə zəng edib həmin yerə gəldiyini deyən zaman Nailin "içəri girməyin orada gözləyin, özüm gəlirəm, bir yerdə girək İsgəndər həkimin qəbuluna" dediyini, təxminən 1 saat Naili gözləmələrinə baxmayaraq Nailin gəlmədiyini, daha sonra onun mobil telefonuna dəfələrlə zəng etməyinə baxmayaraq telefonuna zəng çatmadığını, Naili iyun-iyul aylarından tanıdığını, ümumilikdə Nailə 2500 manat verdiyini, Süleymanın danasını satıb ona 1000 manat verdiyini, həmin 1000 manatı Zərərçəkmiş şəxs12 verdiyini, ondan alınan pulların tam şəkildə ödənilməsini istədiyini, Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə həbs olunmasını deyil pulunu verməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində 1999-cu ildə hərbi xidmətdə olan zaman səhətində problemlər yarandığına görə ona 2-ci qrup əlillik dərəcəsi verildiyini, 2000-ci ildən 2020-ci ilin iyul ayınadək 2-ci qrup əlil kimi pensiya aldığını, 2020-ci ilin iyul ayında tibbi komissiya vaxtı olduğu üçün pensiyasının dayandırıldığını, Həmin vaxtlarda bacısı X2 evinə gedən zaman bacısının əri Zərərçəkmiş şəxs11lə söhbət edərkən Natiqin ona pensiya düzəldə biləcək bir dostunun olduğunu istəyirsənsə işini düzəldə biləcəyini dediyini, razılaşdığından Natiqin tanışına zəng edərək onun pensiyasını həll etməyini xahiş etdiyini, Zərərçəkmiş şəxs11 telefonla danışdığı şəxs onun pensiya məsələsini düzəlməsi qarşılığında 1000 manat pul alacağını bildirdiyini, evə gedib 1000 manat pul gətirib Natiqə verdikdə Natiqin həmin adama zəng edərək pulun hazır olduğunu bildirdikdə Nail adlı şəxsin 1000 manat pulu gəlib götürəcəyini dediyini, Həmin günü səhəri Natiqin ona Nail adlı şəxsin pulu götürdüyünü dediyini, Təxminən 20 gün sonra o Natiqdən işin nə yerdə qaldığını soruşan zaman Natiqin ona “istəyirsənsə həmin adamın nömrəsini sənə verim özün onunla əlaqə saxla” deyib ***-***-**-** Naxtel mobil nömrəsini verərək həmin adamın adının Nail olduğunu dediyini, həmin nömrəyə zəng edərək danışanda Nailin ona “Bəhruz narahat olma, səni bir-iki günə çağıracam, kimliyini də götür gəl Naxçıvana avtovağzalın yanında düşərsən, gəlib özüm səni aparacam Naxçıvan şəhərində yerləşən ürək xəstəxanasına, orada həkim müayinəsindən keçirdəcəm” dediyini, 3 gün sonra Nailin ona zəng edərək həkim müayinəsindən keçmək üçün Naxçıvan şəhərinə gəlməyini istədiyini, Naxçıvan şəhərinə gəlib Təqsirləndirilən şəxsla görüşdüyünü, Nailin ağ rəngli “BMV” markalı dövlət qeydiyyat nömrə nişanı isə 900 olan avtomobillə gəldiyini, Nailin ona “sən çox yerə şikayətə getdiyin üçün sənin adının qabağına qırmızı qoyublar, sənin işin biraz problemlidir, mənə 200 manatda ver həmin problemi aradan qaldıraq tez bir zamanda işin həll olsun" dediyini, işin tez bir zamanda həll olması üçün 200 manatı Nailə verdiyini, Nailin Əliabad qəsəbəsində binaların yanından adının sonradan Etibar olduğunu öyrəndiyi şəxsi də götürüb ürək xəstəxanasının yanına getdiklərini, Nailin ondan və Etibar adlı şəxsdən şəxsiyyət vəsiqələrini alaraq onlara “siz burada gözləyin mən ürək xəstəxanasının baş həkimi Ramin həkimin yanına gedirəm sizin sənədlərinizi ona verim gəlim” dediyini, Nailin təxminən 20 dəqiqədən sonra onların yanına gələrək onlara “narahat olmayın daha buralıq işimiz qurtardı, gedin sizi çağıracam gələrsiz komissiyadan keçməyə” dediyini, 20 gün sonra yəni sentyabr ayında Nailin ***-***-**-** mobil nömrəsinə zəng edib işi haqqında soruşduqda gələn ayın 13-də çağıracam gəlin Naxçıvan şəhərində yerləşən X44 tibbi komissiyadan keçməyə dediyini, Təqsirləndirilən şəxs dediyi tarixdə yəni 13 oktyabr 2021-ci ildə səhər saat 09:00-da bacısı Natavan Şirəliyeva və kürəkənləri Zərərçəkmiş şəxs11 ilə birlikdə X44 getdiklərini, Nail ilə telefonda danışan zaman Nailin "orada gözləyin, qətiyyən içəri girməyin, məni gözləyin birazdan gəlirəm özümlə birlikdə girək həkimlərin yanına" dediyini, 2 saat gözlədikdən sonra Nailin ***-***- **-** mobil nömrəsinə zəng vurduqda telefonunun bağlı olduğunu, Təqsirləndirilən şəxs onu aldadaraq 1200 manat pulunu ələ keçirdiyini, verdiyi puldan 1000 manatı Natiqin verdiyini, 200 manatının isə ödənilmədiyini, ondan alınan pulunun ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində Təqsirləndirilən şəxs uzun illərdir tanıdığını, Nailin anası ilə həmkəndli olduğunu, Nailin tez-tez onların kəndində yaşayan dayısıgilə gəldiyi üçün Naili oradan tanıdığını, təxminən 2021-ci ilin avqust ayının sonunda Naillə kənddə təsadüfən rastlaşdığını, Nailin ondan oğlu və ya gəlininin işləməsini soruşduqda işləmədiklərini dediyini, Nailin ona "istəyirsənsə oğlunu Şərur Rayonu Mərkəzi Xəstəxanasına sürücü kimi, gəlininizi isə həmin yerə xadimə kimi işə düzəldim" təklifini etdiyini, Naildən bunu necə edəcəyini soruşduqda "Naxçıvan Muxtar Respublikası Ürək Xəstəxanasının baş həkimi Ramin həkim mənim yaxınımdır, onunla danışım sənə deyəcəm" dediyini, həmin vaxtı Nailin mobil telefonu ilə kiməsə zəng vurduğunu, danışdıqdan sonra ona oğlu ilə gəlinini işə düzəltmək üçün hər birinə 3250 manat olmaqla ümumilikdə 6500 manat pul verməli olduğunu dediyini, 1-2 gün sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək 6500 manat pulun hazır olub-olmamamsını soruşduqda "pul hazırdır, gəl bizim evə pulu verim" dediyini, bir qədər sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək 6500 manat pulu ailə üzvlərinin yanında ondan alaraq, 2 ay ərzində oğlu ilə gəlinini işə düzəldəcəyi vədini verib getdiyini, Həmin gündən Nailin ***-***-**-** nömrəli telefonuna dəfələrlə zəng vurmağına baxmayaraq Nailin həmişə müxtəlif yalanlar uyduraraq onu aldatdığını, 2021-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs anası ilə bacısının onun telefonuna zəng edərərək onu Şərur rayonu Siyaqut kəndinə çağırdıqlarını, onlarla orada görüşən zaman Təqsirləndirilən şəxs verdiyi 6500 manat pulun 500 manatını ona geri qaytararaq "narahat olma, tez bir zamanda sənin qalan 6000 manat pulunu da bankdan kredit götürüb geri qaytaracağıq" dediklərini, ondan alınan pulunun ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə həbs olunmasını deyil pulunu ödəməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində Zərərçəkmiş şəxs1 onun anası X34 doğma xalası oğlu olduğunu, anası Əliyeva Fatmanın ürək xəstəsi olduğunu, ayaqlarında tromp olduğunu, təxminən 7-8 il bundan əvvəl gizli beyin infarktı keçirdiyinə görə özünü sərbəst idarə edə bilmədiyini, anasının xəstəliyi ilə əlaqədar olaraq 2016-cı ildən hər ay 130 manat olmaqla pensiya aldığını, həmin pensiyanın 2021-ci ilin aprel ayında növbəti tibbi komissiyanın vaxtı çatdığı üçün kəsildiyini, qohumu Zərərçəkmiş şəxs1lə və ailəsi ilə çox yaxın münasibətləri, ailəvi gediş-gəlişləri olduğunu, 2021-ci ili avqust ayında Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə anasının yaşadığı evə qonaq gəldiklərini, Zərərçəkmiş şəxs1 söhbət zamanı Fatmanın hələdə yenidən tibbi komissiyadan keçmədiyini və pensiya işinin düzəlmədiyini öyrəndikdə Naxçıvan şəhərində Nail adlı bir tanış adam olduğunu, pensiya işini düzəldə bildiyini təklif etdiyini, Etibarın bu təklifini öz aralarında müzakirə edib, Zərərçəkmiş şəxs1 həmin tanışı ilə danışıb, anasının pensiyasını həll etmək qərarına gəldiklərini, Etibarın həmin adamla telefonla danışdıqdan sonra tanışı Nailin pensiyanı düzəldə biləcəyini, amma 1300 manat pul istədiyini dediyini, 1300 manat pulu və anasının şəxsiyyət vəsiqəsini Nailə verməsi üçün Etibara verdiyini, 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs çatdırması üçün Etibara 1300 manat pul verməsinə baxmayaraq pensiya məsələsi ilə bağlı bir iş görülmədiyini, pulunun qaytarılmadığını, Təqsirləndirilən şəxs ona məxsus 1300 manat pulu ələ keçirdiyini, Təqsirləndirilən şəxs tanımadığını, pulu avqust ayında Zərərçəkmiş şəxs1 verdiyini, ondan alınan pulunun ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində Zərərçəkmiş şəxs2 onu rəfiqəsi olduğunu, təxminən 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 ilə söbhət əsnasında ona Şərur Rayonu Mərkəzi Xəstəxanasında xadimə ştatının boş olduğunu, əgər istəyirsənsə tanışları Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs1 dostunun köməkliyi ilə onu işə düzəldə biləcəyini dediyini, fikirləşdikdən sonra 1700 manat pulu tapıb Səkinəyə zəng edib pulu düzəltdiyini dediyini, bir neçə saat sonra Səkinənin Etibarla onun yaşadığı ünvana gəldiyini, Etibarın rəfiqəsi Səkinə ilə onun yanında tanışı Nail adlı şəxslə mobil telefonla zəng edərək, telefonu mikrofon rejiminə alıb onun işi haqqında danışdığını, həmin Nail adlı şəxsin Etibara "çalış bu gün iş vaxtı bitənə kimi 1700 manatı mənə çatdır ki, həmin yerə başqa namizəddə vardır, həmin namizəddən qabaq məndən xahiş etdiyin Firuzə xanımın sənədlərini və 1700 manatı nazirə verim ki, Firuzə xanımı işə götürsün" dediyini, Naillə Etibarın bu danışığından sonra 1700 manat pulu gətirib, Etibara verdiyini, iki ay sonra Səkinənin Nailin onları aldatdığını dediyini, Naili görmədiyini, pulunu istədiyini, Pulu etibara verdiyini, ondan alınan pulunun ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində tanışı Zərərçəkmiş şəxs1 3000 manat pul borc verdiyini, təxminən 5 gün sonra Etibarın ona ürək xəstəxanasının baş həkimi Ramin həkimin sürücüsü işləyən Nail adlı tanışının olduğunu, Culfa Rayon Mərkəzi Xəstəxanasının "UAZ" markalı avtmobilini 2000 manata satıqlarını, həmin avtomobili almaq fikrinin olub olmadığını dediyini, Etibara həmin avtomobili almaq istədiyini, onda olan puldan avtomobilin pulunu verməsini dediyini, Etibarın Nail adlı tanışına zəng vuraraq danışdıqda ilk öncə Nailin avtomobil üçün 2000 manat qiymət desədə o qiymtələ razılaşmadıqda sonda 1200 manata həmin avtomobili almağa razı olduğunu, danışıqdan Etibar ilə danışan şəxsin Ürək Xəstəxanasının baş həkimi Ramin həkimin sürücüsü olduğunu başa düşdüyünü, Ramin həkimin müvəqqəti olaraq Səhiyyə Nazirinin yerinə baxmasına, xəstəxanaların istifadəsində olan istismar müddəti bitmiş avtomobillərin satışına rəhbərlik etməsinə, bu səbəbdən Nailin Etibara dediklərinə inanıb xəstəxananın "UAZ" markalı avtomobilini almağa qərar verdiyini, Nail Etibarla telefonda danışan zaman pulu axşam taksinin gəlib götürəcəyini, həmin günün səhəri isə Naxçıvan şəhərində avtomobili onun adına səndləşdirəcəyini dediyini, həmin günün səhəri Zərərçəkmiş şəxs1lə Naxçıvan şəhərinə gəldiklərini, qara rəngli, markasını bilmədiyi avtomobilin gəldiyini, Etibarın avtomobilə tərəf gedib danışdıqdan sonra gəlib ona Şərur rayonuna qayıtmağını, sənədləşmənin sabah olacağını dediyini, həmin gündən sonra 20 gün gözlədiyini, amma avtomobilin sənədləşməsi ilə bağlı heç bir xəbər ala bilmədiyini, Ramin həkimin yanına gedib məsələni danışdıqda Naili tanımadığını bildirdiyini, sonra Təqsirləndirilən şəxs onları aldatdığını və ona məxsus 1200 manat pulu ələ keçirdiyini öyrəndiyini, Naildən soruşduqda Etibarın 1200 manatı ona verdiyini təsdiqlədiyini, ondan alınan pulunun ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində 2-ci qrup əlillik dərəcəsi üzrə 233 manat təqaüd aldığını, 2021-ci ilin fevral ayından təqaüdünün dayandırıldığını, 2021-ci ilin avqust ayının 22-də qohumu olan Zərərçəkmiş şəxs1 Şərur şəhərində görüb pensiyasının dayandırıldığını dediyini, Etibarın isə tanışının olduğunu pensiyasını düzəldə biləcəyini dediyini, Etibarın onun yanında həmin dediyi adama zəng edib telefonu mikrofon rejiminə qoyub "bir qohumum var, adı İlhamdır, bu dəqiqə yanımdadır, sənin səsini eşidir, pensiyasını kəsiblər, onu düzəltmək lazımdır" dediyini, həmin şəxsin "pensiyasının 1 illiyini versə düzəldərəm, nə qədər pensiya alır" deyən zaman, Etibara 233 manat pensiya aldığını dediyini, Etibarın telefonda danışdığı şəxsin 2800 manat qarşılığında pensiyasını düzəldəcəyini bildirdiyini, 23 avqust 2021-ci il tarixdə 2800 manat pulu Şərur şəhərində Etibarla görüşüb ona verdiyini, 2021-ci ilin 18 oktyabr tarixində Etibarın ona zəng edib, Nail adlı şəxsin onu aldatdığını, pulları ələ kəçirib qaçdığını dediyini, Naili tanımadığını, pulu Etibara verdiyini, pulunu Etibardan istədiyini, ödənilmədiyi təqdirdə qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Hüseyn oğlu ifadəsində 2003-cü ildən şəkər və ürək xəstəsi olduğu üçün pensiyaya çıxdığını, hər 5 ildən bir tibbi komissiyadan keçdiyini, 2021-ci ilin yanvar ayında növbəti tibbi komissiya vaxtı çatdığından Naxçıvan şəhərinə ürək xəstəxanasına komissiyadan keçmək üçün getdiyini, həkimin onda olan ürək xətəliyinə görə pensiyaya çıxmağın mümkün olmadığını dediyini, Şərur rayon Cəlilkənd sakini Şahid5 onun bacanağı olduğunu, təxminən 2021-ci ilin avqust ayında ailəsi ilə birlikdə bacanağı Tahirin evinə qonaq getdiklərini, Tahirin ondan pensiyasının nə yerdə qaldığını soruşanda pensiyaya çıxa bilmədiyini dediyini, Tahirin ona bacısı oğlu Nailin ürək xəstəxanasının baş həkiminin qonşuları olduğunu və bildiyi qədəri ilə yaxşı münasibətləri olduğunu, istəyirsənsə Nailin həkimlə danışa biləcəyini, əgər alınırsa pensiya məsələsini həll edə biləcəyini dediyini, Tahirin dediklərindən sonra bacısı oğlu ilə danışmasını xahiş etdiyini, onların yanında Tahirin Nailə zəng vurub, onun məsələsini ona danışdıqda Nailin heç bir problem yoxdur, “mənim nömrəmi ver bacanağın Məhərrəmə mənə zəng vursun, gəlsin pensiyasını həll edim" dediyini, Tahirin Naillə əlaqə saxlamaq üçün ***-***-**-** nömrəsini ona verdiyini, həmin günü Nailə zəng vurub danışan zaman Nailin ona "həkimlə danışmışam heç bir problem yoxdur, sən 800 manat pul götür gəl məsələni həll edim" dediyini, danışıqlarından 3 gün sonra evində olan 700 manatı götürüb, Naxçıvan şəhərinə “Yaşıl Aptek”-in yanına gəlib Naillə zəngləşib binalarının həyətində görüşüb pulu verdikdə, Nailin telefonda danışan zaman 800 manata pensiyasının həll olacağını dediyi üçün ondan niyə 700 manat gətirdiyini soruşanda, Nailə ancaq bu qədərinə imkanının çatdığını dediyini, Nailin heç nə deməyib 700 manatı ondan aldıqdan sonra şəxsiyyət vəsiqəsinin surətini və şəkər xəstəliyi ilə bağlı olan kartoçkanı çatdırmağını deyərək onunla sağollaşıb getdiyini, həmin gündən sonra Nailin hər gün ona zəng vurararq “bu bir fürsətdir düşübdür, adam tap pensiyasını düzəldək” dediyini, Nailə "mənim məsləmi həll elə ondan sonra adam taparam onunda işini həll edərsən" dediyini, 700 manatı Təqsirləndirilən şəxs verdiyi gündən 3-4 gün sonra Nailin ona zəng edərək "imkanın çatırsa 500 manatda əlavə ödəniş elə sənin pensiyanı ömürlük edim, bundan sonra daha heç bir həkim komissiyasından keçmə" dediyini, 500 manat pulu düzəldib Nailə zəng vurub X78 Vağzalının yanında görüşməyi bildirdiklərini, Nailin “BMV” markalı avtomobillə tək gəldiyini, 500 manatı sayıb Nailin maşınında Nailə təhvil verdiyini, 500 manatı Nailə verən zaman Nailin ona yenə "adam tap hamınızın işini birdən həll edək" dediyini, evə gəldikdən sonra Nailə zəng vuraraq yoldaşı X15 da pensiyaya çıxarmaq istədiyini dedikdə Nailin "problem yoxdur 2000 manat tap ver onunda işini həll edək" dediyini, Nailə buna imkanının çatmayacağını, ancaq 1350 manata gücünün çatdığını deyəndə Nail ona "gözlə həkimlə danışım sənə xəbər edəcəm" dediyini, bir neçə dəqiqə sonra Nailin ona zəng edib ona həkimin 1350 manata razı olduğunu bildirdiyini, həmin günü Bakıda yaşayan oğluna zəng edərək "mənə 1200 manat pul göndər" dediyini, oğlunun həmin pulu Təqsirləndirilən şəxs kartına göndərdiyini, oğlunun telefon nömrəsini Nailə danışmaları üçün verdiyini, oğlunun Nailin dediyi karta 1200 manat pulu göndərdiyini, səhəri günü Naillə danışıb Naxçıvan şəhərində görüşüb Nailə 150 manat pul verdiyini, beləliklə arvadının pensiyasının düzəlməsi üçün Nailə 1350 manat pul verdiyini, Nailin avtomobili ilə Şərura qayıdan zaman yolda Nailin telefonuna zəng gəldiyini, Nailin zəng edənin Ramin həkim olduğunu və onun yoldaşının pensiyasına görə əlavə olaraq 300 manat pul istədiyini dediyini, Nailə "bir yaxın adam var, səndən xahiş edirəm maşını sür Şərur bazarına orada həmin adamdan borc 300 manat alım verim sənə" dediyini, Şərurdakı tanışından 300 manat borc alıb, Nailə verdiyini, Nailə ümumi olaraq 1650 manat verdiyini, Naillə sağollaşdıqdan sonra o, öz yaşadığı Çomaxtur kəndinə gəlib bacısı Tellinin qızı Aybənizin xərçəng xəstəsi olduğu üçün bacısına "belə bir adam var pensiyanı həll edə bilir, istəyirsənsə gəl Aybənizi də pensiyaya çıxaraq" dediyini, bacısının onunla razılaşaraq bu məsələni Naillə danışmağını istədikdə Nailə zəng vurub bacısı qızı Aybənizin xəstəliyi ilə bağlı məlumat verdikdə "heç bir problem yoxdur, 1200 manat pul verə bilərlərsə onun pensiyasını mən həll edərəm" dediyini, həmin günü tanışından 1200 manat borc alıb Nail ilə telefonda danışdıqda Nailin "birazdan Şərura gələcəm və pulu səndən götürəcəm" dediyini, X79 Vağzalın yanındakı parkda görüşdüklərini, Nailin yenə “BMV” markalı avtomobili ilə tək gəldiyini, Təqsirləndirilən şəxs ondan bacısı qızı Aybənizin şəxsiyyət vəsiqəsinin surətini və 1200 manat pulu aldıqdan sonra tez bir zamanda pensiya məsələlərini həll edəcəyini və narahat olmamalarını deyib oradan getdiyini, sonra Naillə telefonla danışan zaman Nailin ona 060 ***-**-** mobil nömrəsini verib, "Ramin həkimin nömrəsidi, nə danışmaq və ya soruşmaq istəsən həkimə zəng edərsən" dediyini, həmin nömrə ilə danışdıqda danışdığı şəxsin özünü Ramin həkim kimi tədqim edərək pensiya məsələsini düzəldəcəyini, narahatçılığa əsas olmadığını, Nail ilə əlaqə saxlamağını dediyini, müəyyən vaxt keçməsinə baxmayaraq pensiya məsələsi düzəlmədiyini, Nailin hər gün fərqli bəhanələr uyduraraq pulu qaytarmaqdan imtina etdiyini, onu aldadaraq 4050 manat pulunu ələ keçirdiyini, əlavə olaraq o, həmkəndlisi Zərərçəkmiş şəxs8 qızı Ramilənin pensiya məsələsinin düzəldilməsi üçün Nail ilə Musanı tanış etdiyini, Musanın verdiyi 1300 manat pulu da Nailə çatdırdığını, Naillə birlikdə pensiya işi üçün Ramin həkimin yanında olduqlarını, həkimin onları qovmadığını, Xanlıqlar kəndində Etibarın Nailə 1200 manat pulu verəndə gördüyünü, pulları həmişə Nailə verərkən yanlarında kimsənin olmadığını, pullarının qaytarılmadığını, hazırda Nailə yazığının gəldiyindən şikayət etmədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X59 ifadəsində qızı X21 Naxçıvan Muxtar Respublikası Tibb Kollecini bitirib heç bir yerdə işləmədiyini, 2021-ci ilin avqust ayının 25-də həyətində işləyərkən onun mobil telefonuna Şərur rayon Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs1 zəng vurub, salamlaşdıqdan sonra onu küçə qapısına çağırdığını, Etibarın yanında həmkəndlisi Zərərçəkmiş şəxs3 də olduğunu, Etibarın ona Səhiyyə nazirliyində bir tanışı olduğunu, onun qızını Şərur Rayon Mərkəzi Xəstəxanasına tibb bacısı kimi işə düzəldə biləcəyini dediyini, bunun qarşılığında isə həmin adamın 3000 manat pul alacağını bildirdiyini, Etibarın bu təklifini götür-qoy etdikdən sonra razı olduğunu bildirib evdə pulu olduğu üçün 3000 manatı Zərərçəkmiş şəxs3 yanında gətirib Etibara verdiyini, Etibarın Nail adlı tanışına verilməsi üçün aldığı 3000 manat pulu aldıqdan sonra işinin düzələcəyini dediyini, sonra Etibar ilə əlaqə saxladıqda pulu Nailə çatdırdığını ən geci 3 həftəyə onun qızını tibb bacısı kimi Şərur Rayon Mərkəzi Xəstəxanasına işə düzələcəyini dediyini, həmin gündən 1 ay keçdikdən sonra nə zaman Etibardan qızının işinin nə yerdə olduğunu soruşsa da Etibar Nailin biraz səbrli olmağını bildirdiyini, sonra Etibarın Nailin onları aldatdığını bildirdiyini, Naili görmədiyini, Etibarın telofonla danışarkən adının Nail olduğunu bildiyini, Etibarın Nailə pul verməsini görmədiyini, pulu verdiyi vaxtdan 3-4 gün sonra Etibardan soruşduqda şəhərə getdiyini və pulu Nailə verməsini dediyini, pulu Vilayətin yanında Etibara verdiyini, etibardan soruşduqda bir neçə adamın işini də Nailə dediklərini bildirdiyini, pulunun qaytarılmadığını, pulunu kim mənimsəyibsə ondan da tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində 2014-cü ildə sağ ayağında olan problemə görə 3-cü qrup əlil kimi pensiyaya çıxdığını, 2021-ci ilin iyun ayında pensiya təminatının dayandırıldığını, pensiyasının dayandırılmasına səbəb isə növbəti tibbi komissiyadan keçmə vaxtının çatmasının olduğunu, Bakı şəhərində olduğundan telefonla həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə danışan zaman Etibarın ona “Adil qardaş eşitmişəm sənində pensiyan dayandırılıb, əgər istəsən mənim Nail adında bir tanışım var, o, mənimdə pensiyamı həll edir. Razısansa gəl sənində xahişini Naildən edim, o, bizim pensiyamızın bərpa olunması üçün lazım olan bütün sənədləri hazırlayıb elektron qaydada tibbi komissiyaya təqdim etsin, səndə bir günlük işindən icazə alıb gəlib tibbi komissiyadan keçərsən, Nail bütün sənədlərinin həll olunması müqabilində səndən 2500 manat pul alacaq” dediyini, Etibarın bu təklifi ilə razılaşdığını, 2021-ci ilin avqust ayında anasının yas mərasimində iştirak etmək üçün Naxçıvana gəlib yas mərasimindən sonra Zərərçəkmiş şəxs1lə kənddə görüşüb birlikdə Şərur şəhərinə gedib orada “1 kart“ plastik kartından pul çəkib, əlavə olaraq üzərində olan pul ilə birlikdə 2500 manat pulu Zərərçəkmiş şəxs1 verdiyini, Naxçıvanda olmasada tez-tez Etibarla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb sənədlərinin nə yerdə qalmasını soruşduğunu, bir neçə ay keçməsinə baxmayaraq hələdə onun pensiyasının bərpa edilməsi üçün heç bir iş görülmədiyini, 2 ay sonra Etibarın Nailin qaçdığını, onları aldatdığını, işlərin qaldığını dediyini, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, 2500 manat pulunun ələ keçirildiyini, pulunun qaytarılmadığını, pulu Etibara verdiyini, hazırda pulunu tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs1la kirvə və yaxın münasibətləri olduğunu, Şərur şəhərində Etibarla birlikdə çay içən zaman Etibarın ona tanışı olduğunu pensiya düzəltdiyini dediyini, Etibara düzəldə bilirsə tanışı ilə danışıb onu pensiyaya çıxartmasını dediyini, Etibarın telefonla danışıb sonra ona 1600 manata başa gələcəyini dediyini, həmin vaxtı Etibarın kiminlə danışdığını bilmədiyini, 2 baş dana satıb 1600 manat pul düzəldib yaşadığı Şərur rayon Kürçülü kəndində Etibara verdiyini, Etibarın da pulu aparıb pensiya işi düzəldən şəxsə verdiyini, Etibarın onunla görüşən zaman pulu aparıb Naxçıvan şəhərində Nail adlı tanışına verdiyini dediyini, Nail adlı şəxsin onun heç bir xəstəliyi olmadan hansı qaydada pensiyaya çıxardacağı barədə Etibarın ona heçnə demədiyini və heç bir sənəd tələb etmədiyini, bir müddət keçdikdən sonra pensiyaya çıxarılmağı məsələsinin yalan olduğunu anladığını, Zərərçəkmiş şəxs1 heç bir tələbinin olmadığını, tələbinin pulunu aldadaraq ələ keçirdən Təqsirləndirilən şəxs olduğunu, pulunun qaytarılmadığını, hazırda pulunu tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində 2021-ci ilin təxminən iyun-iyul aylarında qonşuları Həsənin zəng edərək oğlu Cəfərdən 200 manat borc pul istədiyini, oğlunun evdə hal-hazırda pulu olmadığını, bankomatdan çəkib verə biləcəyini dediyini, Cəfərin Həsənə pul çəkib verməsi üçün evdən çıxıb gedib bir saat sonra həyətdə olarkən küçə qapısının qarşısında ağ rəngli, qara şüşəli bir avtomobilin dayandığını və oğlu Cəfərin həmin avtomobildə olduğunu gördüyünü, Cəfərin ona həmin adamın adının Nail olduğunu, ürək xəstəxanasının baş həkimi Ramin həkimin sürücüsü işlədiyini, əlinin hər yerə çatdığını, qonşuları Həsən dayının pensiyasını həll etdiyini, Nailin Cəfərə "istəyirsənsə gəl sənin ananıda pensiyaya çıxarım" dediyini, Cəfərin Nailin verdiyi ***-***-**-** nömrəsinə zəng vurub telefonu ona verdiyini, Naillə danışanda Nailə "mənim ürəyimdə problem var, amma əməliyyat olunacaq qədər güclü problem deyil" dediyini, Nailin ona "sən narahat olma Ramin həkim ürək xəstəxanasının baş həkimidir, yoldaşıda həkimdi forma 88 verir, yəniki həkimin özü düz-qoş edəcək" dediyini, Nailin bu dediklərindən sonra ona ***-***-**-** nömrəsini verib Ramin həkimin nömrəsi olduğunu, özlərinin danışmaqlarını bildirdiyini, Nailin verdiyi həmin ***-***-**-** mobil nömrəsinə zəng vurduqda həmin adamın ona "Ramin həkim olduğunu, Təqsirləndirilən şəxs onun sürücüsü olduğunu və narahat olmayın sizi 2-ci qrup əlil kimi pensiyaya çıxaracam" dediyini, telefonda danışdığı şəxsə "qəbulunuza gəlmək istəyirəm" dedikdə "yanıma gəlməyinizə ehtiyac yoxdur, siz Nail nə sənəd desə hazırlayın qiymətinidə Nailə demişəm" dediyini, bu işi neçəyə həll edəcəyini soruşduqda 2500 və ya 3000 manat tutacağını dediyini, sonra Nailin Cəfərə zəng vurub, həkimlə danışıb-danışmadığımızı soruşanda danışdıqlarını və razı olduqlarını dediyini, Təqsirləndirilən şəxs həmin 3000 manat pulu mal-heyvanı satıb düzəldərək oğluna Nailə verməsi üçün verdiyini, əlavə olaraq Nailin oğlu X27 Şərur Rayonu Mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobilinə sürücü kimi işə düzəltmək adı ilə 1500 manat pul aldığını, Nailin oğlu Cəfərdən avtomobil satmaq adı ilə 3000 manat pul aldığını, alınan pulların ödənilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X49 ifadəsində Təqsirləndirilən şəxs onun dayısı olduğunu, onunla dayı-bacoğlu olmağına baxmayaraq bir dost kimi çox yaxın münsaibətləri olduğunu, dayısını Təqsirləndirilən şəxs eşitdiyinə görə "Rent Car" şirkətindən avtomobil kirayələyərək Bakıdan gələn qonaqları gəzdirərək pul qazandığını, 2021-ci ilin yay aylarında dayısı ilə o, “Duzdağ” otelə çimməyə getdiklərini, həmin vaxtı iş yoldaşı Yasin ilə orada görüşüb söhbət edən zaman "tanıdığın pul qarşılığında görüşən qız tanışın varsa nömrəsini ver dayım Nail ilə görüşək istirahət etmək istəyirik" dediyini, iş yoldaşı Yasinin yanında adını bilmədiyi dostunun mobil telefonu ilə bir qıza zəng edərək yanında bir qızda götürüb “Duzdağ” otelə gəlməsini xahiş etdiyini, dayısı Təqsirləndirilən şəxs, iş yoldaşı Yasin və onun dostları kotecdə oturub yeyib içmək qərarına gəldiklərini, bir müddət sonra 2 xanımın gəldiklərini, xanımlardan birinin adının Elnarə, digərinin adının isə Ceyran olduğunu, yeyib içdikdən sonra, dayısı Təqsirləndirilən şəxs Elnarə ilə özünün isə Ceyranla pul qarşılığında görüşdüklərini, qızların pulunu dayısı Təqsirləndirilən şəxs verdiyini, gecə saat 1-2 radələrində “Duzdağ” oteldən ayrılaraq öz evinə qayıdıb, səhəri gün isə həmin xanımlarla görüşərək dayısının "Rent Car" şirkətindən kirayələdiyi avtomobillə "Ağbulaq" istirahət mərkəzinə getdiklərini, "Ağbulaq" istirahət mərkəzində təxminən 5-6 saata yaxın müddətdə yeyib-içib istirahət etdiklərini, gedib gəlmək xərcini və qızların pulunu dayısının verdiyini, həmin günün səhəri isə Elnarə, Ceyran və dayısı Təqsirləndirilən şəxsla "Uzunoba" restoranında yemək yeməyə getdiklərini, sonra "Duzdağ" otelə getdiklərini, Təqsirləndirilən şəxs vətəndaşları aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirməsi barədə hər hansı bir məlumatının olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində 2018-ci ildə Naxçıvan MR Kardioloji Mərkəzinin baş həkimi vəzifəsinə təyin olunduğunu, Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs adında şəxsi tanımadığını, qohumluq, düşmənçilik münasibətlərinin olmadığını, vəzifəsi üzrə xidməti sürücüsunün olmadığını, Naxçıvan MR X14 Nail Telman oğlu adında şəxsin işləmədiyini, əvvəlki vaxtlarda da işləmədiyini, 12 oktyabr 2021-ci il tarixdə Şərur rayon sakini Şahid7 onun yanına gələrək, sürücüsün onu aldatdığını və ona məxsus 1800 manat, qardaşı Şahid9 məxsus 1500 manat pulu ələ keçirdiyini bildirdiyini, Şahid7 Nail adlı şəxsin nömrəsini alıb danışdıqda Təqsirləndirilən şəxs həmin şəxslərdən aldığı pulu 1 saata qaytaracağını dediyini, 1 saat sonra vətəndaşa pulunu qaytardığını, 13 oktyabr 2021-ci il tarixdə Kardioloji Mərkəzdə olarkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs15 onun qəbuluna gəlib Təqsirləndirilən şəxs barədə söhbət etdikdən sonra işin ciddi olduğunu anlayıb bu barədə Naxçıvan MR Səhiyyə nazirinə məlumat verdiyini, onun göstərişi ilə Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinə və Naxçıvan MR Daxili İşlər Nazirliyinə məlumat verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində ailəli olduğu zaman Naxçıvan şəhərində köhnə “Dombut” deyilən yerin yanında yaşadığını, Təqsirləndirilən şəxs da oradan tanıdığını, Təqsirləndirilən şəxs yolun sağında qaldığını, boşandıqdan sonra Təqsirləndirilən şəxsla münasibətinin olduğunu, telefonda danışdıqlarını, Naillə telefon vasitəsilə 2 ilə yaxın sevgi münasibətində olduqlarını, heç vaxt görüşmədiklərini, 2019-cu ildə anasının ona “samsung” markalı iki kartlı mobil telefon aldığını, həmin telefonun üzərində ***-***-**-** olan Naxtell MMC-yə məxsus mobil nömrə ilə yanaşı bir ədəd də Nar nömrə olduğunu, 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs onun ***-***-**-** olan nömrəsinə zəng vurub onunla görüşüb, telefonuna gələn zəngləri yoxlamaq üçün telefonu ondan alıb qaytarmadığını, sonra telefonu satdığını dediyini, telefonunun üzərində olan Naxtel MMC-yə məxsus ***-***-**-** nömrəsinin Naildə qaldığını, Nailin nömrəni qırıb atdığını ona dediyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində 2021-ci ilin yay aylarında qardaşı Rəhmanın ona zəng vurub "Həsən tanış var, adı Naildir, pensiya işi düzəldir, sənin əlillik qrupunu dəyişib 2 qrup edəcək, 280 manat pensiya alassan" dediyindən razılıq verdiyini, qardaşı Rəhmanın vasitəsilə Təqsirləndirilən şəxsla tanış olub pensiyasının düzəlməsi üçün Nailə 1800 manat pul verdiyini, 1800 manat pulun 600 manatını bacısından, 200 manatını qonşusu Zərərçəkmiş şəxs5 aldığını, 1000 manatınıa isə heyvan sataraq Nailə verdiyini, Təqsirləndirilən şəxs onu Naxçıvan şəhərinə çağırıb xəstəxanaya apardığını, 10 dəqiqədən sonra əlində bir kağızla gəlib, "gedirik forma 8 almağa" dediyini, Nailin bir daha xəstəxanaya girib çıxdıqdan sonra "sənin forma 8-in və bütün sənədlərin hazırdır, pensiya hazır olanda gələcəm Şərur rayon Pensiya fonduna, səndə gələrsən ora, qol çəkib pensiya kartını götürərsən" dediyini, bir ay sonra Naildən heç bir xəbər çıxmadığını, gedib pensiyasını çəkən zaman pensiyada fərqin olmadığını görüb Nailə zəng vurduqda "bir həftədən sonra gəlirəm Şərura hamınızın pensiya kartını özünüzə verib qayıdacam" dediyini, həftə keçmiş, Nailin gəlmədiyini gördükdə zəng etdikdə "Həsən əmi narahat olma ayın 13-ü səni çağıracaqlar X44 tibbi komissiyadan keçməyə" dediyini, Nailin bu dediklərindən sonra onda şübhə yarandığını, danışıqdan 3-4 saat sonra telefonuna başqa bir nömrədən zəng gəldiyini, zəng edənin özünü Əlillərin bərpa mərkəzinin baş həkimi kimi təqdim edərək "Həsən müəllimdir?", dediyini, "bəli Həsəndir danışan" dedikdə zəng edənin Nail olduğunu anladığını, səsini dəyişərək onunla danışdığını, "Nail bu sənsən?" deyən zaman telefonda danışanın ona "Nail kimdir?" dedikdə cavab vermədiyini, telefonda danışan şəxsin "oktyabr ayının 13-ü gələrsən komissiyadan keçməyə" dediyini, səhəri gün yəni oktyabr ayının 12-si danışıqdan şübhələndiyi üçün ürək xəstəxanasına Ramin həkimin yanına getdiyini, orada aldadıldığını öyrəndiyini, Ramin həkimin Nailin telefon nömrəsini alaraq danışdıqda Nailin pulu 1 saata qaytaracağını dediyini, bir saat sonra sarı rəngli taksinin xəstəxananın qarşısına gəlib ona 1800 manat pul verib getdiyini, Təqsirləndirilən şəxs onun pulunu qaytardığından heç bir şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində 2021-ci il iyun ayının 7-də Naxçıvan şəhərində yerləşən "Sizin Market" adlı mağazanın qarşındakı Kapital Banka məxsus bankomatdan özünə aid 5404 0852 3831 3011 seriyalı debit kartından pul çəkən zaman tanımadığı, 40-50 yaşlarında bir şəxsin ona yaxınlaşaraq "salam, sizdən bir xahişim var, anam xəstə olduğu üçün ona dərman almalıyam, Bakıdan mənə pul göndərəcəkələr, gec olduğu üçün heç bir bank və poçt işləmir. Xahiş edirəm sizin bankomat kartınızın nömrəsini deyəsiniz mən qohumuma deyim pulu sizin karta atsınlar burdan çəkim" dediyini, kartının 5404 0852 3831 3011 nömrəsini həmin tanımadığı şəxsə dedikdən təqribən 5 dəqiqə sonra onun mobil telefonunda olan "Bir Bank" mobil aplikasiyasına xəbərdarlıq gəlmiş və bankomat kartına 1200 manat pulun köçürüldüyünü gördüyünü, Kapital Bankın bankomat kartının "Debit" kart olduğu üçün göndərilən hər 100 manat məbləğində pulu nağdlaşdıranda 1 manat komissiya haqqı tutulduğu üçün kartını "Sizin Market"-in qarşısında yerləşən bankomata daxil edərək 792 manat bir, 396 manatda bir olmaqla ümumilikdə 1188 manat pulu çəkərək həmin şəxsə verdiyini, həmin şəxsin 1188 manat pulu aldıqdan sonra mobil telefonu ilə pulu göndərən şəxsə zəng edib təşəkkür etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində 2021-ci lin yay aylarında həmkəndlisi Zərərçəkmiş şəxs7 vasitəsilə Təqsirləndirilən şəxsla tanış olduğunu, Şərur şəhərində dəmir yoluna yaxın bağda Nail ilə görüşüb pensiyasının düzəlməsi üçün 1300 manat pulu sayaraq Təqsirləndirilən şəxs verdiyini, təxminən 3 aya yaxın Təqsirləndirilən şəxs ona verdiyi ***-***-**-** nömrəsi ilə dəfələrlə danışdığını, hər dəfə fərqli-fərqli yalanlar dediyini, bir dəfə əkin sahəsində işləyən zaman onun mobil nömrəsinə zəng gəldiyini, həmin şəxsin özünü Ramin həkim kimi təqdim edib ondan "Düdəngə kəndindən ət almışıq 200 manat pulumuz çatmır, imkanın varsa mənim sürücüm Nail gəlsin yanına ona 200 manat pul borc ver, mən sənə sonra qaytaracam" dediyini, həkimlə danışdıqdan sonra Nailin onun yanına gəlib həkimin ondan borc kimi istədiyi 200 manat pulu Təqsirləndirilən şəxs verdiyini, Nail getdikdən sonra həkimin ondan 200 manat borc pul istəməsi onu bir qədər düşündürdüyündən Nailin onu aldatdığından şübhələndiyini, səhəri Naxçıvan şəhərinə Ramin həkimin qəbuluna gedib görüşən zaman həkimin Naili tanımadığını dediyini, həkimdən Təqsirləndirilən şəxs adlı sürücüsünün olub-olmamasını soruşduqda Nail adlı sürücüsünün olmadığını dedikdə Nailin onu aldatdığını bilib, Nailə zəng vurub Ramin həkimin yanında olduğunu dediyini, Nailin ona "sən nə etmisən, hər şeyi qatmısan bir-birinə, Ramin həkim özü sənin işini boynuna çəkmişdi, sən hər şeyi bərbat etdin" dediyini, Nailin onu Naxçıvan şəhərində yerləşən Uşaq şəhərciyi adlanan yerə çağırıb ondan aldığı ümumilikdə 1500 manat pulu qaytardığını, pulu qaytarıldığından Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində dövlət qeydiyyat nömrə nişanı ** BJ *** olan, ağ rəngli VAZ 2107 markalı avtomobili ilə taksi kimi fəaliyyət göstərdiyini, qonşu olduğu Mübariz adlı şəxsin onu Təqsirləndirilən şəxsla tanış etdiyini, həmin tanışlıqdan sonra dəfələrlə Təqsirləndirilən şəxs ona taksi kimi harasa getmək lazım olduğunda zəng vurduğunu, bir dəfə Nailin ona zəng edərək "Orxan sənə mobil nömrə deyirəm onu qeyd et, get Kəngərli rayon Qıvraq qəsəbəsinə, həmin nömrəyə zəng vur, onunla görüş, pul var onu həmin adamdan götür, gətir Naxçıvan şəhərində mənə ver" dediyini, Nail ilə bu danışıqdan sonra avtomobili ilə Kəngərli rayon, Qıvraq qəsəbəsinə gedib qırmızı rəngli, VAZ 2107 markalı avtomobillə Şərurdan gələn şəxslə görüşüb məbləği tam olaraq yadında qalmayan təxminən 1700 manat pulu alıb Nailə zəng vurub pulu götürdüyünü dedikdə Nailin onun telefonu ilə həmin şəxslə danışdığını, Naxçıvan şəhərinə gəlib Nailə ilə 5 nömrəli orta məktəbin qabağında görüşüb həmin pulu Nailə verdiyini, Nailin ona yol pulu olaraq 50 manat pul verdiyini, bir dəfə də Nailin ona zəng vurub "təcili olaraq Çəmən marketin qabağına get, keçən dəfə Qıvraq qəsəbəsində sənə pul verən adam orada səni gözləyir, həmin adam yenə sənə pul verəcək, onu götür və mənə çatdır" dediyini, Nailin həmin adamın nömrəsini ona dediyindən Çəmən marketin qabağına gedib, oradan həmin nömrəyə zəng vurub marketin qabağında görüşüb, həmin şəxsin təxminən 1100-1200 manat pul və sənəd üzü verdiyini, sənədə baxmadan pulu və sənədi götürüb, Nailə zəng vurub pulu götürdüyünü dedikdə Nailin onun telefonu ilə həmin şəxslə danışdığını, sonra Nailin 5-10 dəqiqə sonra ona yenidən zəng vurub, Çəmən marketin zirzəmisində yerləşən 1 Bakal kafesinə gəlməyini dediyini, o marketin qabağından kafeyə keçmiş, həmin pulu və sənədi Təqsirləndirilən şəxs verdikdə Nailin ona 10 manat yol pulu verdiyini, bir neçə dəfə Nailin icarəyə götürdüyü avtomobil ilə Şərur rayonuna getdiklərini, Nailin Anadolu restoranında sipirtli içki içdiyindən avtomobili onun idarə edərək Naxçıvan şəhərinə gətirdiyini, buna görədə ona 20-30 manat pul verdiyini, avqust ayının sonları Təqsirləndirilən şəxs ona zəng edib salamlaşdıqdan sonra onu 1 bakal kafesinə çağırıb "mən içkiliyəm, avtomobil sürə bilmərəm, işin yoxdursa, bizi "X33 apar" dediyini, bir bakal kafesindən Naillə yanındakı adını bilmədiyi xanımı Nailin icarəyə götürdüyü "Naz Lifan" markalı avtomobil ilə " X45"-nə aparıb həmin gecəni orada qaldıqlarını, orada qalmaq xərclərini Nailin ödədiyini, səhər saat 12 radələrində isə "X45"indən Naxçıvan şəhərinə gəldiklərini, Nailin ona 50 manat pul verdiyini, Təqsirləndirilən şəxs dələduzluq edərək vətəndaşları pensiya və iş düzəltmək adı ilə aldadaraq pulunu ələ keçirməsi barədə məlumatının olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid13 ifadəsində 2021-cilin avqust ayının ortalarında rəfiqəsi Ceyran ilə gözəllik salonunda olan zaman Ceyrana zəng gəldiyini, danışdıqdan sonra ona "tanışım var, bir dostu ilə bizi görüşə dəvət edirlər, axşam vaxtı gedək Duzdağ Oteldə görüşək" dediyini, təklifi qəbul etdiyindən həmin gün axşam saat təxminən 17-18 radələrində Ceyranın avtomobili ilə Duzdağ Otelə gedib orada adının Nail olduğunu öyrəndiyi şəxslə və onun İlkin olaraq tanınan amma əsl adının Afiq olduğunu bildiyi şəxslə tanış olub, oturub pivə içdiklərini, Nailin onunla, rəfiqəsi Ceyranın isə Afiqlə ayrı otaqlara keçdiklərini, Nailin otaqda ona 200 ABŞ dolları pul verdiyini, Ceyranın pulunuda Nailin verdiyini, Nailin onun mobil nömrəsini götürüb "sabah zəng vuracam gedək X33" dediyini, sonra Nailin idarə etdiyi qara rəngli 400 nömrəli "Toyoto Camry" markalı avtomobil ilə öndə onlar isə arxasında Ceyranın idarə etdiyi avtomobil ilə şəhər istiqamətində gedərkən Nailin ona zəng vurub "arxamca gəlin yancaq doldurma məntəqəsinə" dediyini, Nailin YDM-ində işləyən şəxsə 100 manat pul verib "xanımların avtomobilinin çənini doldur" dediyini, avtomobilə 60 manatlıq yanacaq vurulduğunu, qalıq 40 manatı da Ceyranın götürdüyünü, sabahısı Nailin ona zəng vurub "hazırlaşın Ağ bulağa Otelə gedək" dediyini, təxminən 17 radələrində şəhərdən çıxıb rəfiqəsi Ceyranın, Nailin və Afiqin Nailin idarə etdiyi 900 nömrəli BMW markalı avtomobil ilə istirahət mərkəzinə getdiklərini, orada yemək yeyib, içki içdikdən sonra Nailin kotec götürdüyünü, orada o, Nail ilə Ceyran isə Nailin bacısıoğlu Afiq ilə görüşdüklərini, Nailin 200 manat ona, 150 manat isə Ceyrana verdiyini, Nailin əlavə olaraq 80 manat kotecə, təxminən 100 manat yeməyə verdiyini, gedəndə 1 litrlik 60-70 manata Jack Daniles markalı viski aldığını, axşamı şəhərə qayıdan zaman yolda Nailin onlara "mənim Şərur rayonunda böyük fermam var, orada çoxlu qoyun-quzu saxlayıram, sizə sabah quzu gətirəcəm yeyəsiniz" dediyini, yolda söhbət zamanı Ceyranla sabah bazara gedəcəklərini danışanda Nailin "mən sabah sizə quzu gətirəcəm, 300 manatda pul verəcəm bazarda xərcləyərsiniz" dediyini, sabahı günü Nailin 900 nömrəli qara rəngli avtomobil ilə Qahab kəndinə gəlib avtomobildən quzunu endirib, həyətə bağlyıb, onu və Ceyranı götürüb bazara apardığını, Cahan Ticarət Mərkəzinə çatanda 300 manat pul verdiyini, həmin pulun 150 manatını Ceyranın, 150 manatını isə özünün götürdüyünü, həmin günü axşam saat 17 radələrində Nailin, X80 restoranına getdiklərini, sonra Afiqin gəldiyini, Nailin onlara 250 manat pul verdiyini, Uzun Oba restoranından Duzdağ Otelə getdiklərini, gecəni orada keçirdiklərini, oteldə olarkən Nailin ona 150 manat pul verdiyini, həmin günün axşamı Nail ilə görüşüb, yenə Duzdağa gedib gecəni orada qaldıqlarını, ona 150 manat pul verdiyini, sabahı Şahbuz rayonunda yerləşən Farel restoranında oturub oradan Şərur rayonuna getdiklərini, Şərur rayonuna çatmağa az qalmış, Nailin avtomobili saxlayıb, yolun əks tərəfində dayanan avtomobilə tərəf gedib bir şəxsdən pul aldığını, Nailin avtomobilə qayıdıb ona təxminən 200-400 manat arası pul verdiyini, Bakı şəhərinə gedib 1 gün qalıb Naxçıvan şəhərinə qayıtdığını, Bakıda olarkən Naxçıvandan qızıl satılan yerdən Nailin ad gününə qızıl sifariş verdiyini, Nailə 900 manat dəyərində qızıl bilərzik aldığını, həmin günün axşamı Nail ilə görüşüb Ağbulaq Otelinə getdiklərini, orada olarkən Nailin ad gününə aldığı qızılı verdiyini, Nailin də ona 400 manat pul verdiyini, mağazaya olan 300 manat borcunu Nailin ödədiyini, Nailin ona qızıl bilərzik və qızıl boyunbağı aldığını, boyunbağını 1500 manata aldığını ona dediyini, qızıl üzük alması üçün 500 manat pul verdiyini, Nail ilə tanış olduğu gündən yəni 2021-ci ilin avqust ayından oktyabr ayının 13-nə kimi olan vaxt ərzində qeyd etdiklərindən əlavə Nailin hər gün ona gün ərzində 1-2 dəfə, ən azı 1 dəfə yemək aldığını, həmin yeməklərin Melisa və Dəyrimançı restoranlarından sifariş edildiyini, Nailin yeməklərin pulunu ödədiyini, gün aşırı gözəllik salonuna getdiyini, hər dəfə salona gedəndə 100 manat pul verdiyini, Nailin hər gün ona ən azı 100-200 manat ən çox isə 400-500 manat arası pul verdiyini, 2 gündən bir otelə getdiklərini, orada qalmaq, yemək və digər xərcləri Nailin ödədiyini, Naili tanıdığı müddətdə hər gün icarəyə götürdüyü avtomobilləri sürdüyünü, bəzən icarəyə 2 avtomobil götürdüyünü, Nail ona avtomobillərin ona məxsus olduğunu, icarəyə verdiyini dediyini, rəfiqəsinin evində qaldığı vaxtlarda Nailin ona 3-4 dəfə 100 manat verib rəfiqənin evində qalırsan ona ver dediyini, Nailin əlavə olaraq bir dəfə quzu kəsdirib rəfiqəsigilə apardığını, bir dəfə də 1 tay kartof aldığını, bir dəfədə məhlə mağazasına olan 100 manat borcunu verdiyini, Nailin həmin vaxtlarda özünə 2000 manata telefon aldığını, qolunda bahalı saat olduğunu, qızıl saatı 3000 manata aldığını dediyini, Təqsirləndirilən şəxs ilə münasibətdə olduğu 2 ay ərzində qeyd etdiyi xərclədikləri pullardan əlavə ona təxminən 1500 manat nağd pul verdiyini, Nailə Şərurdan pulu həmişə qırmızı rəngli Vaz 2107 markalı avtomobilin gətirdiyini, Nailin ona aldığı boyunbağını və bilərziyi 1000 manata satdığını, boyunbağının 9 qram, bilərzikin isə 7 qram olduğunu, Təqsirləndirilən şəxs vətəndaşları aldadaraq dələduzluq yolu ilə onların pulunu ələ keçirməsi barədə məlumatının olmadığını, Nailin ona ferması olduğunu, pulu oradan qazandığını dediyini, Təqsirləndirilən şəxs Şərur rayonunda qırmızı rəngli avtomobil ilə gələn, pul aldığını dəfələrlə görsədə həmin şəxsi tanımadığını, çünki avtomobildən enmədiyi üçün, həmin şəxsin üzünü görmədiyini, Nailin həmin şəxsin ona məxusus qoyun sürüsünü otaran çobanı olduğunu dediyini, Nailin idarə etdiyi avtomobildə qabaqda əyləşdiyindən 07 markalı avtomobilin pul gətirib verməsini görmədiyini, Nailin qabaqcadan ona pul almağa gedirik quzu puludu dediyini, Nailin avtomobilə qayıdanda ona pul verdiyindən həmin vaxtı Nailin avtomobildən pul aldığını düşündüyünü göstərmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid11 ifadəsində Zərərçəkmiş şəxs1 ilə uzaq qohumçuluq əlaqələri olduğunu, təxminən 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1lə yaşadığı məhəllədə rastlaşdığını, söhbətləri əsnasında Etibarın bir nəfər tanışı olduğunu həmin tanışının vasitəsi ilə yaxın zamanlarda pensiyaya çıxacağını dediyini, Etibarın bu dediklərini eşitdikdən sonra Etibardan qızı X22 pensiya məsələsini düzəltməyi həmin tanışından xahiş etdiyini, Etibarın ona həmin adamla danışıb xəbər edəcəyini dediyini, bu söhbətdən bir həftə sonra Etibarın onun mobil telefonuna zəng edərək həmin tanışının pensiya məsələsini həll edəcəyini boynuna götürdüyünu deyib qızının şəxsiyyət vəsiqəsinin surətini istədiyini, sonra Etibarla danışan zaman qızının pensiyasının 1200 manata həll olunacağını dediyini, kürəkəni Zərərçəkmiş şəxs4 ilə pensiya məsələsini danışıb 1200 manata qızı Elviranın pensiyasını həll ediləcəyini dediyini, İlkinin nömrəsini Etibara verdiyini, Etibarın pensiyanı həll edən Nail adlı şəxsin İlkinlə danışıb razılığa gəlidiklərindən bir neçə gün sonra Etibarın ona zəng edərək Nail adlı şəxsin qızının pensiyasını həll edilməsi üçün verilməli olan 1200 manat pulu ondan istədiyini, Etibara qızının Naxçıvan şəhərində yaşadığını, pulu ancaq şəhərdən götürə biləcəyini dediyini, sonra İlkindən eşitdiyi qədər ilə Etibarın tanışı Nail adlı şəxsin 1200 manat pulu İlkindən götürdüyünü, İlkinin ona zəng vurub, Nail adlı şəxslə görüşdüyünü 1200 manat pulu ona verdiyini, Etibarla Nailin telofonda danışığını eşitdiyini, Etibarın Nailə kirvəmdir dediyini, bu səbəbdən pensiya işini 1300 manata yox 1200 manata düzəldəcəyinə razılaşdığını, pulun bu günədək qayıtmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 ifadəsində Zərərçəkmiş şəxs1 onun atası olduğunu, təxminən 2021-ci ilin yay aylarında atası Zərərçəkmiş şəxs1 evdə olan zaman Nail adlı bir tanışı olduğunu, onu Ədliyyə Nazirliyinə işə düzəldəcəyinə söz verdiyini və bunun müqabilində isə 4000 manat pul istədiyini dediyini, atasının dedikləri ilə razılaşıb Kapital Bankdan 4000 manat kredit pul götürüb atasına Təqsirləndirilən şəxs verilməsi üçün verdiyini, atasının Təqsirləndirilən şəxs pensiyasını bərpa etmək üçün 1500 manat, müharibə veteranı statusu almasi üçün 1000 manat, veteranlara evlərin verilməsi üçün 1500 manat, qardaşı Şahid12 Naxçıvan Bank ASC-nin Şərur rayon filalında sürücülük vəzifəsinə işə düzəltmək üçün 3200 manat, anası X20 pensiyaya çıxartmaq üçün 1500 manat, Naxçıvan MR ürək xəstəxanasının baş həkimi Şahid6 "kia" markalı avtomobilini almaq üçün ilkin olaraq 3000 manat pul verdiyini göstərmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində 2021-ci ilin yay aylarında qaynı Zərərçəkmiş şəxs6 həyətində işlədiyi zaman küçədən bir nəfər 40-45 yaşlarında şəxsin İsfəndiyarı çağırdığını, bu zaman İsfəndiyarın həmin şəxsin yanına gedərək onunla salamlaşıb söhbət etməyə başladığını, həmin şəxsin adının Nail olduğunu öyrəndiyini, Nailin ondan pensiya alıb-almadığını soruşanda 80 manat Qarabağ veteranı olduğu üçün pensiya aldığını dediyini, həmin vaxt Nailin ona "mən X23 baş həkimi Ramin həkimin sürücüsüyəm, istəyirsənsə həkimdən xahiş edim sənin pensiyanı artıraq" dediyini, Naildən bunun necə olacağını soruşan zaman Nailin "təzə qanun çıxıb, həmin qanuna əsasən sizlər 80 manat yox 280 manat almalısınız, istəyirsənsə gəl 1800 manat pul ver, sənin də məsələni həll edim" dediyini, razılaşdığından Təqsirləndirilən şəxs 1450 manat pul verdiyini, bir gün qardaşı Həsənin ona zəng edərək Təqsirləndirilən şəxs onları aldatdığını, onun Ramin həkimin sürücüsü olmadığını, onun dələduz olduğunu dediyini, sonra şikayət etdiklərindən verdiyi 1450 manat pulu qardaşı Həsənin Naildən aldığını, hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını göstərmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid15 ifadəsində 2021-ci ilin avqust ayının ortalarında Yasin adlı tanışının onun mobil nömrəsinə zəng edərək bir rəfiqəsini də götürüb Duzdağ otelə gəlməsini dediyini, rəfiqəsi Elnarə ilə Duzdağ Otelə getdiklərini, təxminən 2 saata yaxın bir yerdə olduqlarını, orada olan zaman onun Afiqlə rəfiqəsi Elnarənin isə Naillə görüşdüklərini, bunun qarşılığında isə rəfiqəsi Elnarəyə 200 ABŞ dolları pul verildiyini, həmin pulu böldüklərini, oradan çıxan zaman Nailin və Afiqin onlarla birlikdə çıxdıqlarını, həmin vaxtı Nailin 400 nömrəli Toyoto markalı avtomobil idarə etdiyini, idarə etdiyi avtomobili YDM-nə sürdüyünü, Nailin orada işləyən şəxsə 100 manat verib onun avtomobilinə benzin vurmağını dediyini, 60 manatlıq benzin vurulduğunu, 40 manat qalan pulu o götürdüyünü, sabahı Nail, Afiq, Elnarə və onun birlikdə Ağbulağa getdiklərini, orada yeyib-içib, görüşdükdən sonra Nailin ona 150 manat pul verdiyini, Nailin Şərur rayonunda ferması olduğunu, qoyun quzu saxladığını dediyini, həmin günün səhərisi onun yaşadığı Babək rayon Qahab kəndinə Nailin quzu gətirdiyini, Elnarə ilə Cahan Ticarət Mərkəzinə gedən zaman Nailin hər birinə 150 manat pul verdiyini, Nailin onun rəfiqəsi Elnarə ilə münasibəti olduğunu, təxminən 2 ay bir yerdə olduqlarını, Elnarənin Nailin ona qızıl aldığını, bütün xərclərini qarşıladığını, ona pul xərclədiyini dediyini, Təqsirləndirilən şəxs vətəndaşları aldadaraq dələduzluq yolu ilə onların pulunu ələ keçirməsi barədə məlumatının olmadığını göstərmişdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, uşaqlıqdan hamı onu Süleyman adı ilə çağırdığı üçün onu tanıyan insanlar adını Tahir kimi deyil, Süleyman kimi bilirlər. X50 onun doğma bacıs Nəcibənin oğludur. Şərur rayonunun Düdəngə kəndinə yerləşən avtoservisə tanışları ilə çay içməyə və ya avtomobilində hər hansısa nasazlığı təmir etdirmək üçün gedən zaman orada adının Natiq olduğunu bildiyi usta ilə münasibəti var, təxminən 4-5 ay bundan əvvəl o Natiqin işlədiyi servisdə olan zaman Şərur rayonu Çomaxtur kəndində yaşayan bacanağı Məhərrəm oraya gəlmiş, söhbət zamanı pensiyadan danışmışlar, Məhərrəm “şükür allaha pensiyam düzəldi” demiş, bu zaman Natiq usta yoldaşınında pensiyasının kəsildiyini demiş, onlardan yoldaşının pensiyasını necə bərpa edə biləcəyini soruşmuş, o da Natiqə “mən bilmirəm, kim, necə və hansı yolla düzəldirsə mənim xəbərim yoxdur” demişdir. Natiqlə bu söhbətindən təxminən 3-4 gün sonra, Natiq işlədiyi servisə çay içməyə getmiş, Natiq ona 1100 manat pul vermiş və pulu bacoğlusu Nailə verməsini demiş, Natiqdən 1100 manat pulu Nailə nə üçün verdeyini soruşmuş, Natiq "sənin işin olmasın, sən bu 1100 manatı çatdırarsan bacoğlun Nailə" demişdir. O Natiqdən aldığı 1100 manatı aparıb öz evində saxlamış, Nailə zəng vuraraq onlara gəlib gəlməyəcəyini soruşmuş, Nail "dayı gələcəm deyib" sağollaşmışdır. Natiq ustanın verdiyi 1100 manatı bacoğlusu Naili görmədiyi üçün ona verə bilməmiş, 5-6 gün sonra Natiq usta ilə qaynı Bəhruz ona zəng edərək işləri alınmasa polisə verəcəklərini deyəndə onu bu işə qatmamalarını, özlərinin danışdığını özlərinin bilməsini demiş, 1100 manat pulu saxlamış, telefonda onlarla mübühisə etdiyi üçün pulu onlara qaytarmamış, təxminən 2 ay pulu özündə saxlamış, 2 aydan sonra aparıb pulu Natiqə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid12 ifadəsindən müəyyən edilir ki, 2021-ci ilin yay aylarında atası Zərərçəkmiş şəxs1 pensiyasının kəsildiyini və bir nəfər Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olduğunu, həmin Təqsirləndirilən şəxs adlı şəxsin atası Etibarın pensiyasını düzəldəcəyini bildirmiş, atası Etibarın Təqsirləndirilən şəxs dayandırımış pensiyasını düzəltmək üçün 1500 (min beş yüz) manat, müharibə veteranı sutatusu almaq üçün 1000 (min) manat, veteranlara evlərin verilməsi üçün isə 1500 (min beş yüz) manat, onu Naxçıvan Bank ASC-nin Şərur rayon filialında sürücü vəzifəsinə 3200 (üç min iki yüz) manat, qardaşı Şahid10 Ədliyyə Nazirliyinə işə düzəltmək üçün 4000 (dörd min) manat, anası X19 pensiya təyin edilməsi üçün 1500 (min beş yüz) manat, Naxçıvan MR Ürək Xəstəxanasının baş həkimi Şahid6 KİA markalı avtomobilini almaq üçün ilkin ödəniş kimi 3000 (üç min) manat olmaqla ümümilikdə 15750 (on beş min yeddi yüz əlli) manat pul vermiş, əlavə olaraq həmkəndlisi Zərərçəkmiş şəxs19 gəlini Həliməyə pensiya təyin olunması üşün atasının tanışı olduğunu demiş, atasına Təqsirləndirilən şəxsla bu barədə danışmağı demiş, atasının danışandan sonra 3000 manat vermək lazımdır demiş, Fatmadan 2500 manat pul alaraq Təqsirləndirilən şəxs verməsi üçün atası Zərərçəkmiş şəxs1 vermiş, sonradan Təqsirləndirilən şəxs atasını aldatdığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid16 Məhərrəm oğlunun ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xalası Bahar Quliyevanın baldızının oğlu kimi tanıyır. Naili cəmi bir dəfə təqribən 2016-cı ildə Türkiyə Respublikasının İstanbul şəhərində xalası Bahar Quliyevanın evində görmüş və Naillə yaxın münasibəti və ədavəti yoxdur. 2021-ci ilin may-iyun aylarında atası Zərərçəkmiş şəxs7 Hüseyn oğlunun ürəyində olan xəstəliklə bağlı aldığı pensiyanın kəsilməsindən xəbəri olmuş, o, həmin ərəfələrdə Bakı şəhərində imiş. O, atası ilə danışan zaman atası ona pensiya məsələsinin həll edilməsində Təqsirləndirilən şəxs onlara köməklik edəcəyini və bu köməyin müqabilində Təqsirləndirilən şəxs istədiyi pulun əsas hissəsini ödədiyini, 1200 manatını isə ondan Təqsirləndirilən şəxs bank hesabına ödəməyini xahiş etmiş, atası Nailin telefon nömrəsini ona vermiş, o, hal-hazırda həmin telefon nömrəsini xatırlamır. O, Təqsirləndirilən şəxs ilə təqribən 06.06.2021-ci il tarixdə telefon vasitəsi ilə əlaqə yaratmış və ona özünü təqdim etmiş, Naillə telefonda danışan zaman Nail ondan atasının dediyi 1200 manat pulun təcili olaraq həkimə çatdırılması üçün Nailə göndərməsini istəmiş, o, isə pulu növbəti gün göndərəcəyinə söz vermiş. Bundan sonra Nail öz adına olan “5522 0993 5983 0759” saylı Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş “Tam kart” plastik kartının şəklini “vatsap” ani mesajlaşma sistemi vasitəsilə göndərib pulu həmin hesaba göndərməsini bildirmiş, o həmin kartın fotoşəklinin telefonda qaldığını və istintaqa təqdim edə biləcəyini demiş, növbəti gün 07.06.2021-ci il tarixdə saat 20 radələrində Naillə eyni məzmunlu telefon söhbətindən sonra o, Nailin qeyd edilən kartına 1200 manat pulu göndərməyə cəhd etsədə texniki səbəblərdən ötrü pulu göndərə bilməmiş, Nailə zəng edib bu barədə məlumat vermiş, Nail isə bir tanışının hesab nömrəsini verərək pulu həmin hesaba göndərməsini bildimiş, o, da pulu 07.06.2021-ci il tarixdə saat 20:31 radələrində Nailin ona dediyi hesab nömrəsinə Bakı daxilində quraşdırılmış “Emanat” ödəmə sistemi vasitəsi ilə 1200 manat pul göndərmiş, bir qədər sonra Təqsirləndirilən şəxs telefonla zəng edərək göndərilən pulu götürdüyünü demiş, o, göndərilən pulun qəbzini telefonunda saxladığını, həmin pul göndərilən kartın sahibi X28 isə tanımadığını və kim olduğu barədə heç bir məlumatının olmadığını demiş, daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun atasını aldadaraq müəyyən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. O, Təqsirləndirilən şəxs göndərdiyi 1200 pulun atasına məxsus olduğunu bildirərək bu barədə heç bir tələbinin olmadığını, aparılan araşdırma zamanı atası Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanındığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid17 ifadəsindən müəyyən edilir ki, Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun əmisinin oğludur, Naillə münasibətləri normaldır, heç bir ədavətləri yoxdur, onlar gec-gec görüşdükləri üçün Nailin nə işlə məşğul olduğundan məlumatı olmamışdır. O, mahiyyəti üzrə bildirmişdir ki, ***-***-**-** nömrəsini təqribən 2018-ci ildə ona qohumu Rza vermişdir. Həmin nömrəni təqribən 1 ay öz telefonunda istifadə etmiş, sonra nömrə “Naxtel” şəbəkəsinə aid olduğundan Bakı şəhərində istifadəsi çətin olduğundan nömrəni Naxçıvana getdikdə istifadə etməsi üçün qohumu Təqsirləndirilən şəxs vermiş, o, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə qarşı dələduzluq edərək onların müxtəlif məbləğlərdə pullarını ələ keçirməsi barədə hər hansısa bir məlumatı olmamış, Təqsirləndirilən şəxs tutulduqdan sonra bu barədə qohumlarından məlumat almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid XXX Şahid18 ifadəsindən müəyyən edilir ki, Bakı şəhərində yaşayır, Təqsirləndirilən şəxs onun xalasının əri Şahid17 əmisi oğludur. ***-***-**-** nömrəsi onun adına qeydiyyatdadır, həmin nömrəni təqribən 2018-ci ildə Naxçıvan şəhərində yerləşən mağazalardan birindən almış və həmin nömrəni heç vaxt istifadə etməmiş, nömrəni aldığı tarixdən təqribən 1 həftə sonra həmin nömrəni istifadə etməsi üçün hədiyyə olaraq xalasının yoldaşı Şahid17 vermiş, daha sonra ona məlum olmuşdur ki, Şahid17 nömrəni əmisi oğlu Təqsirləndirilən şəxs vermişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 17.01.2022-ci il tarixli 04 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisələrini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25.02.2022-ci il tarixli 52 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs psixi cəhətdən normal inkişaf etmişdir. Müayinə olunan Təqsirləndirilən şəxs ümumi dünya görüşü orta səviyyədə olmaqla bilikləri güzaran təcrübəsinə və onu əhatə edən sosial mikromühitə uyğundur. O, ətraf aləmin predmet və hadisələrini, onlar arasında olan uyarlıqları dərk etməkdə çətinlik çəkmir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs kifayət qədər lügət ehtiyatına malik olmaqla, öz fikirlərini başqalarına çatdıra bilir. Təqsirləndirilən şəxs təfəkkürünün müstəqilliyi kimi keyfiyyəti normal səviyyədə olmaqla, təhlil və tərkib prosesləri yaşına uyğundur. Təqsirləndirilən şəxs ixtiyari yadda saxlaması normaldır. Təqsirləndirilən şəxs ona təqdim olunmuş anlayışların müqayisəsi və təsnifatı zamanı, eləcə də onların əsas əlamətlərini müəyyən edərkən, predmet və hadisələrin mahiyyətini qavramaq və anlamaqla əsasən ikinci dərəcəli əlamətlərdən çıxış edir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılma və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə özündən uydurmağa, hadisə barəsində müəyyən informasiya və məlumatları təhrif etməyə meyillidir. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyi X81 İdarəsinin 06 dekabr 2021-ci il tarixli, 1/1108 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində avtonəqliyyat vasitəsi qeydiyyatda durmur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və X67 Dövlət Komitəsinin 03 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X18 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X18 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində zərərçəkmiş şəxslərdən bəzilərini tanımaması və onların pulunu almaması barədə ifadəsinin təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan və təyin olunacaq cəzasının yüngülləşdirilməsinə nail olunmasına cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəinin 3-cü bədinin tələbinə əsasən həl edilməidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Şərur rayonu, Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim etməklə, vəzifəli şəxslər yanında sözünün keçdiyinə dair həqiqətə uyğun olmayan məlumatlar verərək, hər hansı bir səlahiyyətə malik olmadan, əlillik pensiyası təyin etmək və digər məsələləri də həll etmək imkanının olduğuna inandırmış və bundan sonra 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayınadək olan dövr ərzində Zərərçəkmiş şəxs1 ona İİ qrup əlillik dərəcəsinin təyin olunması üçün 1550 manat, "Müharibə veteranı" statusu alması üçün 1000 manat, veteranlara verilən evlər üçün qeydiyyata salınmasına görə 1500 manat, oğlu Şahid10 Naxçıvan MR Ədliyyə Nazirliyinə, digər oğlu Şahid12 Naxçıvan Bank ASC-yə işə düzəltmək üçün müvafiq olaraq 4000 manat və 3200 manat, arvadı X19 pensiya təyin olunması üçün 1500 manat, Şahid6 "KİA" markalı avtomobilini almaq üçün ilkin ödəniş kimi 3000 manat olmaqla ümümilikdə xeyli miqdarda, yəni 15750 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 başqa şəxslərə də, əmək pensiyası təyin edə biləcəyinə, pensiyası dayandırılan şəxslərin pensiyalarını da bərpa edəcəyinə inandıraraq, belə istəyi olan şəxsləri ona yönləndirməsini demiş və bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilmədən və onun vasitəçiliyi ilə müraciət etmiş Naxçıvan şəhər Bulqan kənd sakini Zərərçəkmiş şəxs4 onun arvadı X24 dayandırılmış əlillik pensiyasını 1200 manat müqabilində bərpa edəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verib aldatmış və bundan sonra 2021-ci ilin sentyabr ayında Naxçıvan şəhəri ünvan 2 ünvanında yerləşən "Çəmən" marketin qarşısında Zərərçəkmiş şəxs4lə görüşmüş və ondan 1200 manat pulunu alaraq zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs2 1700 manat müqabilində Şərur Rayon Xəstəxanasında xadimə kimi işə düzəldəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verərək, Zərərçəkmiş şəxs2 həmin məqsədlə göndərdiyi 1700 manat pulu Zərərçəkmiş şəxs1 alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə tanış olduğu Şərur rayon Xələc kənd sakini Zərərçəkmiş şəxs3 heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edərək, onu veteranlara veriləcək evlərin növbəsinə yazdıracağı barədə, həmçinin arvadı X11 əlilik pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək ondan, ev növbəsinə yazılmasına görə 2550 manat, arvadı X11 əlillik pensiyası təyin olunmasına görə isə 2000 manat olmaqla ümümilikdə 4550 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs5 heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, anası Şahid3 pensiyaya çıxarmaq üçün 3000 manat, qardaşı X25 Şərur rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsinə təyin olunması üçün 1500 manat, Naxçıvan MR Ürək xəstəxanasının "Hundai acsent" markalı avtomobili özəlləşdirmək üçün 3000 manat olmaqla ümumilikdə 7500 manat pulu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs6 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, heç bir səlahiyyətə malik olmadığı halda onun dayandırılmış pensiyasını bərpa etmək üçün 1800 manat, arvadı X5 pensiya təyin olunması üçün 3000 manat, qardaşı oğlu X26 pensiya təyin edilməsi üçün 3000 manat olmaqla ümumilikdə 7800 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs7 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, heç bir səlahiyyətə malik olmadığı halda onu pensiyaya çıxarmaq üçün 1200 manat, arvadı X15 pensiyaya çıxarmaq üçün 1650 manat, bacısının qızı X6 pensiyaya çıxarmaq üçün 1200 manat olmaqla ümumilikdə 4050 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, onun dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilməyən Zərərçəkmiş şəxs7 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs8 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs7 ilə göndərmiş olduğu 1300 manat pulu, bir neçə gün sonra isə Şərur rayonunda Zərərçəkmiş şəxs8 özündən 350 manat pulu almaqla ümumilikdə 1650 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs9 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, heç bir səlahiyyətə malik olmadığı halda onun dayandırılmış pensiyasını bərpa etmək üçün 1600 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs10 2500 manat qarşılığında Şərur Rayon Mərkəzi X30 yardım avtomobilinin sürücüsü kimi işə qəbul etdirəcəyinə, arvadı X38 isə 2500 manat qarşılığında əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs10 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu ümumilikdə 5000 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan suiistifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs19 gəlini X39 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs19 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 2500 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs15 Culfa rayon Mərkəzi Xəstəxanasının istismar müddəti bitmiş "UAZ” markalı avtomobilini onun adına özəlləşdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs15 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 1200 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs23 onun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs23 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 2500 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs13 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, onu X62 rayon filialında sürüçü kimi işə düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 1700 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs20 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs20 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 2800 manat pulunu aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs14 1700 manat müqabilində Şərur Rayon Xəstəxanasında xadimə kimi işə düzəldəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verərək, Zərərçəkmiş şəxs14 həmin məqsədlə göndərdiyi 1700 manat pulu Zərərçəkmiş şəxs1 aldadıb alaraq etibardan sui-istifadə və aldatma dələduzluq yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs22 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs22 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 1600 manat pulunu aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs17 onun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs17 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 2800 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs24 onun oğlu Elçin Qəribovun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs24 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 1500 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş X46 qızı Kənanə Heydərovanı 3000 manat qarşılığında Şərur rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi işə qəbul etdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə A.Heydərovun Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 3000 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, onun dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilməyən Şahid5 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs11 onun arvadı X1 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs11 Şahid5 ilə göndərmiş olduğu 1100 manat pulu, bir neçə gün sonra isə Şərur rayonunda 400 manat pulu Zərərçəkmiş şəxs11 özündən almaqla ümumilikdə 1500 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, onun dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilməyən Zərərçəkmiş şəxs11 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs12 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs12 Zərərçəkmiş şəxs11 ilə göndərmiş olduğu 1000 manat pulu, 2021-ci ilin sentyabr ayında isə Naxçıvan şəhərində Zərərçəkmiş şəxs12 özündən 200 manat pulu almaqla ümumilikdə 1200 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs16 özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi Şahid6 sürücüsü kimi təqdim edib, lakin heç bir səlahiyyətə malik olmadığı halda oğlu Mustafayev Rasimi 3250 manat qarşılığında Şərur rayon Mərkəzi Xəstəxanasına sürücü vəzifəsinə, gəlini X12 isə 3250 manat qarşılığında həmin xəstəxanaya xadimə vəzifəsinə düzəltmək ilə bağlı yalan vəd verməklə 6500 manat pulunu, ümümilikdə xeyli miqdarda, yəni 6500 manatı etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə müraciət etmiş Zərərçəkmiş şəxs18 onun anası X34 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs1 ilə göndərmiş olduğu 1300 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Məmmədov X36 rayon məhkəməsinin 10 mart 2004-cü il tarixli, 1-84/2004 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib şərti maliyə vahidinin 300 (üç yüz) misli miqdarında 1.650.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 3 saylı Mİİ-si tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmaqla, ətrafındakılara qarşı mehriban olmuş, xeyir-şər işlərində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə bəzi epizodları etiraf etməsini, əməlindən bəzi epizodlar üzrə peşman olmasını, himayəsində bir az yaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs7 Hüseyn oğluna dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməllərinin törədilməsi hallarını, əksər zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmədiyini və zərərçəkmiş şəxslərin əksər qisminin onun barəsində şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla, təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Naxçıvan şəhər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 4(078)-31/2021 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, 28 dekabr 2021-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov
Məhkəmə qərarları › İş №1(078)-1/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-1/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver