Məhkəmə qərarları › İş №1(078)-1/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-1/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-1/2023 17.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 oktyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “29” dekabr 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs asan gəlir əldə etmək məqsədi ilə 2020ci ilin noyabr ayının ortalarında X7 və onun qızı X18 Naxçıvan şəhərində yeni açılmış uşaq bağçasına işə düzəldəcəyi adı ilə aldadaraq vahid niyyətlə Zərərçəkmiş şəxs1 6500 manat məbləğində, xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının ortalarında asan gəlir əldə etmək üçün, qəsdən, tamah məqsədi ilə X19 ilə danışaraq ona vəzifədə hörmətli adamının olduğunu, həmin şəxsin adını verə bilməyəcəyini, onun bir kəlmə sözü ilə qızı X18 4500 manat müqabilində Naxçıvan şəhərində yeni açılacaq 8 №-li uşaq bağçasında metodist kimi, özünü isə 2000 manat müqabilində həmin uşaq bağçasında aşbaz kimi işə düzəldə biləcəyi adı ilə aldadaraq qəsdən, vahid niyyətlə Zərərçəkmiş şəxs1 6500 manat, yəni xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, qəsdən, tamah məqsədilə, təkrarən, 2022-ci ilin fevral ayında, əvvəllər hərbi xidmətdə olarkən tanıdığı, xidmət yoldaşı olmuş Babək rayon Şəkərabad kənd sakini Zərərçəkmiş şəxs2 xidmət zamanı ağ ciyər xəstəliyinin olduğunu bildiyindən ona dayısının həkim olduğunu bildirərək, hərbi xidmətdə olarkən keçirdiyi xəstəliklə əlaqədar onu təqaüdə çıxara biləcəyinə inandırıb, onu aldadaraq onun 2150 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində qəsdən, tamah məqsədilə, təkrarən əvvəllər qonşusu olmuş, Zərərçəkmiş şəxs3 yaşadığı, Naxçıvan şəhəri, X52, ev 26 ünvanında yerləşən evinə gedərək onunla danışıb, ona Naxçıvan Şəhər İcra Hakimiyyətində əvvəllər sürücü işlədiyini, orada tanışının olduğunu deyib, oğlu X20 Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan şəhər Xətai məhəlləsinin İƏDÜ nümayəndəsi kimi işə düzəldə biləcəyinə inandıraraq Zərərçəkmiş şəxs3 aldadıb onun 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və törətdiyi cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 6500 manat məbləğində, yəni xeyli miqdarda, Zərərçəkmiş şəxs2 2150 manat məbləğində, Zərərçəkmiş şəxs3 isə 4000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 5, hal-hazırda heç yerdə işləmədiyini, işsiz olduğunu, evli olduğunu, 3 uşaq atası olduğunu, Zərərçəkmiş şəxs1 2 ilə yaxındır tanıdığını, onunla öz arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2020-ci ilin sentyabr ayının 15-də 17 nömrəli tam orta məktəbə qeydiyyat üçün uşaqlarını apardığını, məktəbə bilik günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun gəldiyini, həmin vaxt əvvəllər onunla işlədiyi üçün Mirsənani Seyidovla görüşdüyünü, ondan sonra öz uşaqlarını 17 nömrəli məktəbdə qeydə aldıqlarını, həmin məktəbə uşaqları aparıb gətirəndə, yəni 2020-ci ilin noyabr ayının ortalarında məktəbdə direktorun köməkçisi Elvira Nəcəfova ilə tanış olduğunu, söhbət zamanı X22 Dövlət Universitetinin ibtidai sinif müəllimliyini bitirdiyini bildirdiyini, sonra Elviranın özündən onu bağçaya işə düzəldə biləcəyini soruşduğunu, Elvira Nəcəfovaya “danışıb sizə xəbər edərəm” dediyini, bir qədər keçəndən sonra öz telefonuna zəng gəldiyini və telefonu açdığını, telefonda danışan şəxsin özünü təqdim edib “mən Elvira Nəcəfovanın anasıyam, adım Natelladır” dediyini, Natellaya “buyurun tanıdım” dediyini, Natellanın özündən “Elviranı işə düzəldə biləcəksiniz” barədə soruşduğunu, Natellaya “problem yoxdur, düzəldəcəm” dediyini, Natellanın da özünə “işə düzəltmək neçəyə başa gələr” dediyini, Natellaya “bir nəfər var soruşub deyərəm” dediyini, sonra Natella xanıma zəng vurub “danışmışam, sənəd hazırlamağı deyiblər, onları hazırlayıb təqdim etməliyik” dediyini, ancaq telefonda Natella xanıma pulun məbləğini demədiyini, sonra Zərərçəkmiş şəxs1 ilə danışıb onların yaşadığı evə getdiyini, evdə Zərərçəkmiş şəxs1 ilə görüşən zamanı Natella xanıma “iş hazırdır, düzəldəcəm, təzə açılacaq bağçada müəllimə işləyəcək, 4500 manat pul verməlisən” dediyini, Zərərçəkmiş şəxs1 da özünə “mənə vaxt ver, bankla danışım, 4500 manat pulu düzəldib, sənə xəbər edəcəm” dediyini, evdən çıxıb getdiyini, 3 gün keçəndən sonra Zərərçəkmiş şəxs1 özünə zəng vurub “pul hazırdır” dediyini, Natelladan harada olduğunu soruşduğunu, Zərərçəkmiş şəxs1 da özünə “Naxçıvan şəhərində Azərtürk bankın qabağındayam” dediyini, bankın qabağına gəlib orada Natella xanımla görüşdüyünü, Natella xanımın özünə pulu verdiyini, özünün pulu saydığını, 4500 manat olduğunu, həmin 4500 manat pulu götürüb Natellaya “Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin yanında bağça tikilir, həmin bağça hazır olan kimi Elviranın işini həll edəcəm və orada işləyəcək” dediyini, həmin vaxt Natellanın 4500 manat məbləğində pulla birlikdə qızı Elviranın hazırladığı sənədlərini də özünə verdiyini, 4500 manat pulu və Elvira Nəcəfovanın sənədlərini alıb idarə etdiyi QAZ 3110 markalı **-BC- *** dövlət nömrə nişanlı avtomobilinə qoyduğunu, bağçada tikinti getdiyinə görə Zərərçəkmiş şəxs1 “gözlə tikinti bitsin, xəbər edəcəm” deyib onu əmin etdiyini, bir qədər keçəndən sonra Zərərçəkmiş şəxs1 özünə zəng vurub Elviranın işindən xəbərin olub-olmadığını soruşduğunu, Natellaya “bağça hələ tikilməyib, məndə gözləyirəm, hazır olsun işi düzələcək” dediyini, Zərərçəkmiş şəxs1 da özünə “mənə görə də, bağçada iş varsa, köməklik elə” dediyini, Natellaya “maraqlanıb sənə xəbər edəcəm” dediyini, iki gün keçəndən sonra Natellaya zəng vurub “maraqlanmışam, bağçada aşbaz yeri boşdur, 2000 manat pul ver, bağça açılanda sən də aşbaz kimi orada işləyəcəksən” dediyini, Natellanın da özünə “problem yoxdur, pulu verəcəm, rayona gedim-gəlim sənə xəbər edərəm” dediyini, 2-3 gün keçəndən sonra Natellanın özünə zəng vurub “görüşək, pul hazırdır” dediyini, Zərərçəkmiş şəxs1 yaşadığı Naxçıvan şəhəri Atabəylər məhəlləsinə getdiyini, orada Natella Vəliyevə ilə görüşüb 2000 manat pulu ondan aldığını, sonra həmin 2000 manat pulu da avtomobilində saxladığı əvvəlcədən Natelladan aldadıb aldığı digər 4500 manatın üstünə qoyduğunu, ümumlikdə 6500 manat pul elədiyini, həmin pulları borclarına xərclədiyini, ondan sonra Natella xanım zəng vurub işin nə yerdə olduğunu soruşsa da, müxtəlif bəhanələr gətirib, bugün, sabah işin düzələcək deyib onu aldatdığını, 19 oktyabr 2022-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsindən zəng gəldiyini, telefonda Zərərçəkmiş şəxs1 barəsində İdarəyə şikayət ərizəsi yazdığını bildirdiklərini, sonra Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdildiyini, Polis İdarəsinə gəlib törətdiyi əməli etiraf etdiyini, Natella Vəliyevəm borcu olduğuna görə pul əldə etmək üçün aldatdığını, Zərərçəkmiş şəxs1 da pulu almaq üçün “qızınız Elviranı və sizi təzə açılacaq bağçada işə düzəldəcəm” deyib aldatdığını, onlar da inandan sonra özünün Natelladan pulu aldığını, 10 ay bundan qabaq əsgərlikdə bir yerdə olduğu Babək rayon Şəkərabad kənd sakini Zərərçəkmiş şəxs2 ağ ciyər xəstəsi olduğuna görə təqaüdə çıxarmaq adı ilə 2150 manatını aldığını, keçmiş qonşusu Səkinənin oğlu X20 Naxçıvan şəhərində Mənzil İstismar İdarələrindən birinə nəzarətçi kimi işə düzəltmək adı ilə aldadıb 2000 manat pulunu aldığını, adını qeyd etdiyi şəxslərdən başqa heç kimi aldatmadığını, pula ehtiyacı olduğuna görə asan gəlir əldə etmək üçün Zərərçəkmiş şəxs2 və Hümbət Cəfərovu aldadıb onların pullarını aldığını, borclarını ödəmək üçün vətəndaşları aldatdığını, vətəndaşları aldadanda tək olduğunu, təkcə bu cinayət əməlini törətdiyini, heç kimin kömək etmədiyini, kimləsə əlbir olmadığını, vətəndaşlarla əlaqə saxlayarkən “danışıb xəbər edəcəm, maralanıb deyərəm” kimi ifadələr işlədərək onları aldadanda heç kimlə maraqlanmadığını və danışmadığını, “guya həqiqətən də kimləsə danışmışam” fikri yaradaraq pul almaq üçün onları aldatdığını, ancaq elə şeyin olmadığını, özünə inandırmaq üçün elə dediyini, vətəndaşlarla ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladığını, başqa nömrəsinin olmadığını, vətəndaşları aldatmağı ilə bağlı əvvəlcədən kimə və ya kimlərəsə məlumat vermədiyini, bu barədə sonradan kiməsə nəsə demədiyini, Zərərçəkmiş şəxs3 yalan dediyini, oğlu - Hümbət Cəfərovu işə düzəltmək adı ilə Səkinəni aldadıb 2000 manat pulunu aldığını, ondan başqa məbləğdə pul almadığını, “zərərçəkmiş şəxslər mənə inansın və mən onları aldada bilim” deyə onlardan sənəd istədiyini, Səkinənin oğlu Hümbətin sənədlərini alıb özündə saxladığını, sonra ondan aldığı pulu xərclədiyini, sonra da sənədləri Hümbətə qaytardığını, Natella və Elviradan da pulla birlikdə aldığı sənədləri avtomobilə qoyduğunu, sonra həmin pulları xərclədiyini, sonra da həmin sənədləri itirdiyini, indiki Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovla əvvəllər Nəqliyyat Nazirliyində bir yerdə işlədiyini, onun ailəsinin sürücüsü olduğunu, birlikdə işlədiyi üçün onunla münasibətinin olduğunu, sonradan Mirsənani Seyidovun İcra Hakimyyətinə başçı təyin edildiyini, Mirsənani Seyidov icra başçısı olduğundan “ona deyərəm mənə köməklik edər” deyib ümidləndiyini, buna görə də, vətəndaşlarla tanış olanda Naxçıvan şəhər ərazisində işə ehtiyacları olduğunu öyrənib sonra onlara sənəd hazırlatdırdığını, özünün əvvəlcədən məbləğ təyin edib vətəndaşlardan pul aldığını, belə-belə bir neçə vətəndaşa “səni işə düzəldəcəm” deyib ümid verdiyini, ancaq pulu alandan sonra əlindəki pulu Mirsənani Seyidova aparmağa üzünün olmadığını, çünki işə düzəltmək adı ilə vətəndaşlardan pul aldığını əvvəlcədən Mirsənani Seyidova demədiyini, onun da bu barədə xəbərinin olmadığını, nə edəcəyini bilmədiyini, vətəndaşlardan aldığı pulları elə ora-bura, əvvəlcədən olan borclarına xərclədiyini, vətəndaşlar soruşanda müxətlif bəhanələr deyərək, “bugün, sabah işin alınacaq” deyib beləcə vətəndaşları aldatdığını, Zərərçəkmiş şəxs2 düz dediyini, onu təqaüdə çıxarmaq adı ilə aldadıb ondan 2150 manat pul aldığını bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7irayə yaşadığını, evli olduğunu, 3 övladının olduğunu, hal-hazırda Naxçıvan şəhərində Bərəkət Qida MMC-də fəhlə işlədiyini, X11 öz doğma qızı olduğunu, qızı Elviranın Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəbdə direktor köməkçisi işlədiyini, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla 2020-ci ilin noyabr ayında, özünü aldatdığı gündə tanış olduğunu, Təqsirləndirilən şəxsla öz arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2020-ci ilin noyabr ayının ortalarında qızı Elviranın məktəbdən evə gəlib özünə “işlədiyim məktəbə Elnur adında bir valideyn gəlmişdi, mən onun uşaqlarının sənədlərini qəbul edərkən aramızda olan söhbət zaman məni işə düzəldəcəyini dedi” dediyini, qızı Elviraya “Elnuru tanımıram, gəlsin söhbət edək, görək kimdir, onu tanıyım” dediyini, qızından Elnurun nömrəsinin olub-olmadığını soruşduğunu, qızı Elviranın da ona nömrəsini veribdir dediyini, qızından nömrəni alıb həmin nömrəyə zəng vurub Elnurla danışdığını, Elnurun özünə tanışlıq verib “mən indi işləmirəm, əvvəllər hərbidə işləmişəm, ona görə tanışım çoxdur, 4500 manat pul ver, yuxarıdan bir nəfər şəxsin əli ilə qızınıza iş təşkil edim” dediyini, həmin şəxsin kim olduğunu Elnurdan soruşduğunu, ancaq Elnurun həmin şəxsin adını verməyib “inanılmış şəxsdir, bir sözü ilə qızınızın işi həll olacaq” dediyini, Elnurdan qızını hara işə düzəldəcəyini soruşduğunu, Elnurun da “4500 manatı mənə çatdır, təzə bağça tikilir, bağçanın açılışına bir həftə qalmış sizə zəng vurub çağıracaqlar, qızınız da sənədlərini verər” dediyini, Elnura “vaxt ver, pulu düzəldim” dediyini, Elnurun da özünə “axşama kimi 4500 manatı hazırla, gəlib götürəcəm” dediyini, sonra evdən qızı Elviranın qızıllarını götürüb Cahan Ticarət Mərkəzində qızıl satılan yerə gedib, qızılları 1950 manata satdığını, ondan sonra Azərtürk banka gedib qalan pulu da bankdan kreditə götürdüklərini, pulun üstünü düzəltdib 4500 manat məbləğində pulu hazırladıqlarını, Elnura zəng vurub pulun hazır olduğunu dediyini, Elnurun da ondan harada olduğunu soruşduğunu, Elnura Azərtürk bankın qabağında olduğunu dediyini, biraz gözləyəndən sonra Elnurun idarə etdiyi avtomobillə bankın qabağına gəlib görüşdüyünü, 4500 manatı Elnura verdiyini, Elnurun da 4500 manatı sayıb götürərək getdiyini, bir neçə gün keçəndən sonra Elnurun özünə zəng vurub “yaşadığın yerdən arayışı, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında kağızı və 2 ədəd 3x4 fotoşəklini hazırla” dediyini, Elnurdan həmin sənədlərin hara təqdim olunacağını soruşduğunu, Elnurun da özünə “arayışlar Naxçıvan Şəhər İcra Hakimiyyətinə təqdim edilməsi üçün yazılsın” dediyini, qızı Elviranın sənədlərini düzəldib Elnura verdiyini, bundan bir neçə gün sonra Elnurun özünə zəng vurub “qızınız Elviranı işə düzəltdiyim uşaq bağçasında aşbaz yeri boşdur istəyirsiniz 2000 manat verin sizi də ora işə düzəldim” dediyini, Elnura “evdə yoldaşımla məsləhətləşim sənə deyəcəyəm” dediyini, bundan təxminən 2-3 gün sonra Elnurun dəfələrlə özünə zəng vurub “cəmi bir aşpaz yeri qalıb əgər istəyirsinizsə bu gün pulu çatdırın yoxsa başqasını götürəcəklər” dediyini, yoldaşı ilə məsləhətləşib elə həmin günü Azərtürk bankdan əlavə 2000 manat da kredit götürdüyünü, Ordubad şəhərində qeydiyyatda olduğu üçün Ordubad Şəhər İcra Nümayəndəliyindən yaşayış yeri ilə əlaqədar arayış, Ordubad rayon xəstəxanasından isə sağlamlıqla bağlı arayış aldığını, şəxsiyyət vəsiqəsinin surətini çıxartdığını, sonra Naxçıvan şəhərinə gəldiyini, X2 yaxınlığında Colorit adlı yerdə fotoşəklini çəkdirdiyini, ondan sonra Elnura zəng vurub sənədləri hazırladığını dediyini, Elnurun da harada olduğunu soruşduğunu, Elnura X2 yanında olduğunu dediyini, Elnurun da “gəlirəm” dediyini, bir qədər keçəndən sonra Elnurun ora gəldiyini, Elnurla görüşüb hazırladığı sənədləri 2000 manatla birlikdə Elnura verdiyini, həmin vaxt Elnurun özünə “telefonda hər şeyi danışma, telefona qulaq asırlar, sözün olanda mənə zəng vur, gəlim evdə söhbət edək” dediyini, Elnura yaxşı dediyini, bir də Elnurdan işlərinin nə olduğunu soruşduğunu, Elnurun da “bağçanın tikintisi dayanıb, nə olsa, sizə xəbər edəcəm” dediyini, ondan sonra işlə bağlı Elnura zəng vursa da, Elnurun hər gün bir bəhanə gətirib “gah Şahbuz rayon Kükü kəndindəyəm, gah Ordubad rayon Parağa kəndindəyəm, gələ bilməyəcəm, hələ işlə bağlı xəbər yoxdur, işlə bağlı yenilik olsa sizə xəbər edəcəm” dediyini, Elnurdan “bəs iş nə oldu, iş nə yerdə qaldı” soruşduğunu, Elnurun da “bağça açılıb ki, sizi işə götürsünlər, bağçanın açılmağına bir həftə qalmış sizə xəbər edəcəm” dediyini, Elnura əvvəlcədən Bərəkət-Qida MMC-də işlədiyini dediyindən bağçada iş alınan kimi özünə bir həftə qabaqdan xəbər verməsi üçün Elnurdan xahiş etdiyini, Elnurun da hər dəfə müxtəlif bəhanələr gətirərək özünə “işdən hələ xəbər yoxdu, mən də sizin kimi gözləyirəm, xəbər olan kimi mən sizə əvvəlcədən məlumat verəcəm” dediyini, 2022-ci ilin sentyabr ayının 30-da Elnurun səhər-səhər zəng vurub “mən bacımı Türkiyə Respublikasına əməliyyata aparıram, uzağı bir həftəyə kimi Naxçıvan şəhərinə qayıdacam, birdən mənə zəng vursanız və mənə zəng çatmasa, nigaran qalmayın” dediyini, Elnura “sən gedirsən, ancaq bizim işimiz nə olacaq” dediyini, Elnurun da “milyon faiz işiniz həll olunub, qayıdıb gəlim, siz işə gedəcəkəsiniz” dediyini, bu danışıqdan 3 gün sonra, yəni 2022-ci ilin oktyabr ayının 3-də Elnura zəng vurduğunu, ancaq Elnura zəng çatmadığını, Elnurun həyat yoldaşının 4 nömrəli bağçada işlədiyini öyrəndiyini, Elnurun həyat yoldaşı Nəcibənin yanına gedib Elnurla bağlı aralarında olan söhbətləri Nəcibəyə dediyini, Nəcibənin də özünə “mən sizi tanımıram, siz mənə pul verməmisiniz, Elnur Bakı şəhərinə işləməyə gedib, işləyib borclarını ödəyəcək” dediyini, həmin an “Elnur məni neçə vaxtdı aldadır, həyat yoldaşı Nəcibəyə Bakı şəhərinə getdiyini, mənə isə Türkiyəyə getdiyini deyib” düşünərək Elnurun onu aldatdığı anladığını, həmin an Elnurun yalan danışdığını və hər şeyin yalan olduğunu bildiyini, bu qədər müddətdir Elnurun özünü aldatdığını, sonra Elnurun bacısını axtarıb tapdığını, onlara gedərək Elnurun bacısı ilə danışdığını, Elnurun bacısının özünə “onun dərdi bizi öldürəcək” dediyini, həmin vaxt Elnurun qardaşı da orada olduğundan bütün danışdıqlarını eşidib onun özünə “hər kəsi aldadıb, mənim Elnur adlı qardaşım yoxdur” dediyini, Elnurun yalanını tutandan sonra Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin yanındakı 8 nömrəli bağçaya getdiyini, orada olan şəxslərdən bağçanın direktorunun kim olmasını soruşduğunu, icazə alıb direktorun otağına keçdiyini, direktordan bağçanın metodistinin olub-olmadığını soruşduğunu, direktorun da “bağçada metodist var” dediyini, direktordan bağçada vakant yerin olduğunu soruşduğu, direktorun da özünə “bağça bütün iş yerləri doludur, vakant yer yoxdur” dediyini, həmin an Elnurun 2 ildir özünü bu yalanlarla aldadıb 6500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə və 2 il ərzində müxətlif bəhanələr gətirərək özünü aldatdığına əmin olduğunu, bir qədər də gözləsə də, Elnurdan xəbər çıxmadığını, 18 oktyabr 2022-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə gələrək Təqsirləndirilən şəxs barəsində özünə qarşı dələduzluq etməsi ilə bağlı şikayət ərizəsi yazdığını, Təqsirləndirilən şəxs özünü aldadıb ümumilikdə 6500 manat pulunu ələ keçirdiyini, əvvəlcə Təqsirləndirilən şəxs inandığını, Elnurun özünə o qədər yalan danışdığını, buna görə, həqiqətən də, Elnurun onları bağçaya düzəldəcəyinə inandığını, Elnurun özünü aldadacağına şübhə belə etmədiyini, çünki Elnurun özünə ana dediyini, Elnurun özünə “anam rəhmətə gedib, sən mənim anamsan” dediyini, qızı Elvira Elnurdan şübhə etsə də, Elviraya “Elnur məni heç vaxt aldatmaz” dediyini, bu cür yalan vədlər verərək Elnurun onu aldadıb 6500 manat pulunu aldığını, Elnurun Elviradan hansı sənədləri istədiyini tam bilmədiyini, ancaq Elvira ilə bir dəfə söhbət edəndə Elviranın özünə “Elnur məndən şəxsiyyət vəsiqəmin və diplomumun surətini alıb” dediyini, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladığını, 2020-ci ilin noyabr ayında tanış olan zaman Elnur digər ***-***-**-** mobil nömrəsi ilə də əlaqə saxladığını, ancaq sonradan ***-***-**-** mobil nömrəsinin işləmədiyini, əsas ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb zəngləşdiklərini, Təqsirləndirilən şəxs başqa kimi aldatması barədə məlumatının olmadığını, çünki bağça açılana qədər Elnurdan şübhələnmədiyini, bağça açılandan sonra Elnurun özünü aldatdığına əmin olduğunu, şikayət ərizəsi yazandan sonra Elnurun özlərindən başqa bir neçə nəfər şəxsi də aldatdığını eşitdiyini, ancaq onları tanımadığını, 2022-ci ilin oktyabr ayının əvvəllərinə qədər Elnurun özünü aldatdığını bilmədiyini, son günə qədər Elnura inandığını, ancaq Elnurun ailəsi ilə söhbət edəndən sonra Elnurun heç yerdə işləmədiyini və özünə yalan vədlər verdiyini öyrəndiyini, ondan sonra polisə müraciət etmək qərarına gəldiyini bildirərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, onunla əsgərlik yoldaşı olub Sədərək rayonunda xidmət etdiyini, Təqsirləndirilən şəxsla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 20 oktyabr 2022-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə dəvət edildiyini, Polis İdarəsinə gələndən sonra polis əməkdaşlarından Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu və ifadəsində özünü də aldatdığını öyrəndiyini, buna görə də, Təqsirləndirilən şəxsla arasında olan məsələni polis əməkdaşına danışdığını, İdarədə olandanElnurun özündən başqa bir neçə şəxsə qarşı dələduzluq edib pulunu ələ keçirdiyini öyrəndiyini, həmin an Elnurun özünü pensiyaya çıxarmaq adı ilə aldadıb 2150 manat pulunu aldığına əmin olduğunu, Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edib şikayət ərizəsi yazdığını, Elnurla əsgərlik yoldaşı olduğuna görə onunla ara-sıra əlaqə saxladığını, Elnur özünün mobil telefon ustası olduğunu bildiyini, ona görə də, hərdən Naxçıvan şəhəri Atatürk küçəsində yerləşən mobil təmir yerinə gəlib özü ilə hal-kef elədiyini, təxminən 2022-ci ilin fevral ayının ortalarında həmişə olduğu kimi işdə olduğunu, Elnurun da dükana gəlib salamlaşıb sonra küçəyə çıxdığını, özünün də dükanda olduğunu, dükandan küçəyə çıxanda Elnur tanımadığı bir şəxslə söhbət etdiyini gördüyünü, həmin vaxt aralarında məsafə az olduğundan Elnurun həmin tanımadığı şəxslə xəstəliyə görə təqaüdə çıxarmaqla bağlı söhbət etdiyini eşitdiyini, həmin şəxs gedəndən sonra Elnurun yanına getdiyini, maraqlı olduğu üçün Elnura “15 il bundan qabaq əsgərlikdə olarkən ağ ciyər pnevmoniyası keçirmişəm, ancaq məni təqaüdə çıxarmadılar, mən maraqlananda dedilər sağalıbsan” dediyini, Elnurun da özünə “mən bunu həll edə bilərəm, danışacam, sənə xəbər verərəm” dediyini, sonra Elnurun getdiyini, günortadan sonra Elnur zəng vurdu “danışmışam, sənin təqaüd məsələni həll edəcəm, amma 2500 manat pul istəyir” dediyini, Elnurdan pulu kimin istədiyini soruşduğunu, Elnurun da “doktor pul istəyir, mənim dayımdır, sən narahat olma, mən həll edəcəm” dediyini, Elnura “2500 manat pula mənim gücüm çatmır, 1900 manat düzəldə bilərəm” dediyini, Elnurun da “problem yoxdur, 1900 manatı hazırla, gəlib götürəcəm” dediyini, 1900 manatı hazırladığını, səhərisi gün, Elnurun dükana gəlib 1900 manatı özündən alıb “xəbər edəcəm” dediyini, təxminən 10 gün keçəndən sonra Elnurun özünə zəng vurub “işin alınmır, əlavə 250 manat da verməlisən” dediyini, Elnura “gözlə sənə xəbər edəcəm” dediyini, dükanda öz yanında işləyən Naildən 250 manat borc aldığını, ancaq işi ilə bağlı Elnura pul verəcəyini Nailə demədiyini, sonra Elnura zəng vurub “250 manat hazırdır, gəl götür” dediyini, Elnurun da “gözlə, gəlirəm” dediyini, yarım saat keçəndən sonra Elnurun dükana gəlib 250 manatı özündən aldığını, Elnurdan təqaüd işinin nə olduğunu soruşduğunu, Elnurun da “gözlə yaxşı olacaq” dediyini, ondan sonra Elnur dükana gəlib-getsə də, hər dəfə təqaüdə çıxmağı ilə bağlı soruşsa da, Elnur elə eyni sözləri deyib özünü yola verdiyini, təqaüdə çıxmağı ilə bağlı xəbər olubolmadığını Elnurdan soruşsa da, Elnurun elə “yaxşı olacaq, biraz gözlə, bir şey qalmayıb, bir həftəyə düzələcək, üç günə pensiyan hazırdır” dediyini, işi ilə əlaqədar 27 sentyabr 2022-ci il tarixdə Bakı şəhərinə getdiyini, 2022-ci ilin oktyabr ayının 3-də Bakı şəhərindən Naxçıvana qayıtdığını, səhərisi gün, işə çıxanda Təqsirləndirilən şəxs Naxçıvan şəhərində bir neçə şəxsə pul atdığını eşitdiyini, sonra Elnura zəng vurduğunu, amma Elnurun telefonunun bağlı olduğunu və zəng getmədiyini, ondan sonra Elnurla əlaqə saxlaya bilmədiyini, Təqsirləndirilən şəxs dələduzluqla məşğul olduğunu bilmədiyini, başqa kimi aldatdığını bilmədiyini, Elnurun bir neçə şəxsi aldatdığını eşitsə də, həmin şəxsləri tanımadığını bildirərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində ünvan 9 ünvanında qeydiyyatda olmaqla ünvan 10 evli olduğunu, 3 övladının olduğunu, hal-hazırda işləmədiyini, X12 öz doğma oğlu olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, əvvəllər onun ailəsi ilə qonşu olduğunu, oğlu Türkan ilə Elnurun uşaqlıqda sinif yoldaşı olduğunu, 2002-ci ilin sonlarında ailəlikcə Bakı şəhərinə köçdüklərini, ondan sonra Elnur ilə əlaqələrinin olmadığını, böyük oğlu Türkan Cəfərovun İİ Qarabağ döyüşçüsü, qazi olduğunu, 44 günlük Qarabağ müharibəsi bitdikdən sonra Türkanın Şuşa şəhərindən Naxçıvana gəldiyini, Naxçıvana gələndə Elnurun da Türkanı qarşılamağa gəldiyini, həmin vaxt balaca oğlu Hümbətin Şahbuz rayonunda hərbi hissədə hərbi xidmətdə olduğunu, Elnurun özlərini aeroportda qarşıladığını, sonra Elnurun onları idarə etdiyi avtomobillə Cahan Ticarət Mərkəzində həyat yoldaşı Gülağanın yanına apardığını, Türkan atasını görəndən sonra birbaşa Şahbuza gedib Hümbəti gördüklərini, sonra Naxçıvan şəhərinə qayıtdıqlarını, beləcə Elnuru tanıdığını, Türkanın uşaqlıq sinif yoldaşı həmin Elnur olduğunu bildiyini, 2022-ci ilin sentyabr ayının əvvəlində öz mobil telefonuna zəng gəldiyini, telefonu açanda danışan şəxsin özünü təqdim edib “Səkinə xala, mənəm, Elnur, nömrənizi Gülağa əmidən almışam, Hümbət evdədir” dediyini, Elnuru tanıyandan sonra ona “Hümbət evdədir” dediyini, Elnurun da “sizə gəlirəm” dediyini, Elnura “gəl evdəyik” dediyini, 10 dəqiqə keçməmiş Elnurun evə gəldiyini, həyətdə Elnurla görüşdüyünü, çatan kimi Elnurun özünə “Mirsənani müəllim mənə deyib mikrorayona və Xətai məhəlləsinə icra nümayəndəsi lazımdır, mən də ona görə gəlmişəm, başqası niyə o işə getsin, Hümbəti düzəldək işləsin, Türkanın mənə çox köməyi dəyib” dediyini, Elnurdan Mirsənani kimdir deyə soruşduğunu, Elnurun da “Mirsənani müəllim Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısıdır, mən də onun özəl sürücüsüyəm, axşam saat 6-dan sonra onu mən gəzdirirəm, bugün Ordubad rayonuna gedəcəyik, axşam Hümbət haqqında ona deyəcəm, köməklik etsin” dediyini, sonra Hümbətin harada olduğunu soruşduğunu, Elnura “Hümbət yatıb, dişi ağrıyır” dediyini, Elnurun da “saat 16:00-dan sonra gələcəm” deyib getdiyini, saat 16:00-dan sonra Elnurun özünə zəng vurub evdə olub- olmadıqlarını soruşduğunu, “evdəyik gəlin” dediyini, sonra Elnurun evə gəlib Hümbətin sənədlərini soruşduğunu, Hümbətin də diplomunu və fəxri fərmanını Elnura verdiyini, Elnur sənədlərə baxandan sonra “bu sənədlər bəs edər, heç diplomuna gərək yoxdur,başçı sənədləri görən kimi Hümbəti işə qəbul edəcək” dediyini, sonra Elnurun Hümbətə “axşam başçı ilə birlikdə olacam, sənin haqqında ona deyəcəm” dediyini, sonra Elnurun getdiyini, axşam Elnurun zəng vurub “başçı ilə danışmışam, Hümbəti işə qəbul edəcək, dedi, sənədləri - 2 ədəd 3x4 fotoşəkili, sağlamlıq kağızı, ərizəanket, tərcüməyi hal, şəxsiyyət vəsiqəsinin və digər sənədlərin surətini sabah saat 11:00-na kimi hazırlasın” dediyini, Hümbətə özünün “tələs, sənədlərini hazırla” dediyini, Hümbətin də ona “sevincərək olma, axşam saat 6-dan sonra heç yer açıq deyil, qaldı səhərə, səhər sənədləri hazırlayacam” dediyini, səhər saat 08:30-da Elnurun zəng vurub “Hümbəti tələsdir, sənədləri hazırlasın” dediyini, oğlum Hümbətə Elnurun zəng vurduğunu dediyini, Hümbətin sənədləri hazırlamaq üçün evdən çıxdığını, saat 11 radələrində Hümbətin evə gəlib “bütün sənədləri hazırladım, sağlamlıq kağızını ala bilməmişəm, həmin vaxt Elnur mənə tez-tez zəng vururdu, Elnura dedim, təkcə sağlamlıq kağızı hazır deyil” dediyini, Hümbətdən sənədi necə həll etdiyini soruşduğunu, Hümbətində özünə “Elnur poliklinikanın baş həkimin sürücüsü ilə dostdur, 15 manat istədi” dediyini, həmin vaxt Hümbətin üstündə xırda olmadığı üçün Elnura 20 manat pul verdiyini, Elnurun da Hümbətdən bütün sənədləri alıb apardığını, Hümbətə “tərcümeyi hal evdə qalıb” dediyini, Hümbətin də öz yanında Elnura zəng vurub “sənədin biri qalıb, hara gətirim” dediyini, Elnurun da Hümbətə “İcra Hakimiyyətinin binasının yanındayam, ora gətir” dediyini, Hümbətin də sənədi götürüb getdiyini, sonra Hümbətin evə gəlib özünə “Elnura sənədi verdim və Elnur dedi başçıya sənədləri verəcəm, saat 16:00-dan sonra xəbər edəcəm” dediyini, həmin gün saat 16:00-dan sonra Elnurun gah özünə, gah da Hümbətə zəng vurub “işin həll edilir, başçı səni bəyənib, sənədlərin yoxlanılacaq, sentyabr ayının 25-i işə çıxacaqsan” dediyini, buna görə çox sevindiklərini, sonra Elnurun “səhəri sizə gələcəm” dediyini, sabahısı gün, yəni 2022-ci ilin sentyabr ayının 8-də saat 11 radələrində Elnurun evə gəlib “Hümbəti də çağır” dediyini, Hümbət gələndən sonra Elnurun onlara “başçı 5000 manat istəyir, bu işin qiyməti budur, amma başçı ilə münasibətim var, yarı-yarıya qiyməti aşağı salacam, sabah saat 16:00-na kimi pulu çatdırmalıyam” dediyini, Elnurun bu işi 2500 manata həll edəcəyini düşünüb, oradan-buradan köməkli 2000 manat pul düzəltdiklərini, sonra Elnura bir neçə dəfə zəng vurduqlarını, ancaq Elnurun telefonunun bağlı olduğunu, axşamçağı Elnura bir də zəng vurduqlarını, Elnur telefonu açanda oğlu Hümbətin Elnura “gəl çay içək” dediyini, Elnur əvvəlcədən tənbehlədiyi üçün pulla bağlı telefondan danışmadıqlarını, Elnurun özlərinə “bu məsələnin başçı ilə mən bilirəm, buna görə başqa heç yerə getməyin” dediyini, Elnurdan Səfərin bu məsələ ilə bağlı xəbərinin olub-olmadığını soruşduğunu, Elnurun da “hamsının xəbəri var, ancaq siz söhbəti açmayın, işi pozarsınız” dediyini, ona görə də, heç kimə heç nə demədiklərini, axşamçağı saat 19 radələrində Elnurun həyətə gəldiyini, ailəsi ilə birlikdə çay içdiklərini, sonra 2000 manat pulu gətirməyi ilə bağlı Hümbətin işarə elədiyini, 2000 manat pulu gətirib stolun üstünə qoyduğunu, Hümbətin də əli ilə pulu Elnura tərəf itələyib “paketi bağlamadım, say” dediyini, Elnurun da o nə sözdür deyib, pulu saymadan götürdüyünü, çıxanda Hümbətin Elnura “2000 manat hazırlamışıq, xəbərin olsun” dediyini, Elnurun da “başçı ilə danışaram” dediyini, ondan sonra Elnurun tez-tez vaxtaşırı Hümbətə zəng vurub “telefonu açıq saxla, özünə kostyum al, oktyabr ayının 6-sı təqdimatın olacaq, səni Səftər müəllimin yanına aparacam” dediyini, sentyabr ayının 20-dən sonra Elnurun özünə zəng vurub “başçı razı deyil, 2000 manat da əlavə hazırlayın” dediyini, 2 günə 2000 manatı hazırladıqlarını və evə qoyduqlarını, sentyabr ayının 25-də Elnurun pulu özlərindən götürdüyünü, səhərisi gün Elnurun zəng vurub “Hümbətə de, hazırlaşsın və 3 nömrəli məktəbin yanına gəlsin” dediyini, sonra Elnurun Hümbətə də zəng vurub “Səftər müəllimin yanına gedəcəyik” dediyini, sonra Hümbətin geyinib-keçinib evdən çıxdığını, bir saat keçməmiş Hümbət qaşqabaqlı evə gəldiyini gördüyünü, “nə olub, niyə tez gəldin” deyə soruşduğunu, Hümbətin də “heç başçının da, Səftər müəllimin də bu işdən xəbəri yoxdur, mənim bu işdən gözüm su içmir” dediyini, özünün də dilxor olub Elnura zəng vurduğunu, Elnuru yoxlamaq üçün ona yalandan “böyük vəzifədə işləyən qohumum var, ona deyim başçı ilə danışsın, iş deyəsən uzanıb” dediyini, Elnurun da “nə danışırsan, ay Səkinə xala, bu iş bir aya düzəlir, hələ 18 gün deyil, sənin oğlunun sənədləri gedib, narahat olma, ayın 6-sı təqdimat olacaq, gözlə” dediyini, özünün də bir qədər səbr edib, gözlədiyini, sonra Elnurun zəng vurub “o biri sənədləri vermişəm, diplom mən də qalıb, Hümbətə de, qapıya çıxsın gətirirəm” dediyini, Hümbətə bu barədə də dediyini, Hümbətin də qapıya çıxıb Elnurdan diplomu aldığını, diplomu verən günün axşamı Elnur zəng vurub “gözünüz aydın olsun, oğlunun işi hazırdır, sənədlər başçısının otağındadır, mənim də qonaqlığımı hazırla” dediyini, özünün də sevinib sevincindən ağladığını və Elnura dua etdiyini, sonra Gülağaya zəng vurub “qonaqlığını ver, Hümbətin işi hazırdır” dediyini, bu məsələdən iki gün sonra, 2022-ci ilin oktyabr ayının 2-də Elnurdan xəbər ala bilmədiklərini, zəng vursalar da, onunla telefon əlaqəsi saxlaya bilmədiklərini, “Elnur bizi aldadıb və qaçıb” deyə şübhələndiklərini, ancaq hələ də bu barədə heç kimə heç nə demədiklərini, Elnurun qohumlarından Elnurun harada olmasını maraqlandıqlarını, Elnurun 3 gündür Naxçıvanda olmadığını, heç kimlə əlaqə saxlamadığını eşitdiklərini, Elnurdan xəbər çıxar deyə bir qədər gözlədiklərini, ancaq heç bir xəbərin çıxmadığını, sonra telefonuna zəng gəldiyini, Naxçıvan Şəhər Polis İdarəsinə dəvət edildiyini, Naxçıvan Şəhər Polis İdarəsinə gələndə polis əməkdaşının Elnur onları aldadıb-aldatmadığını soruşduğunu, polis əməkdaşına olanları danışdığını, Təqsirləndirilən şəxs özünə qarşı dələduzluq edib və 4000 manat pulunu ələ keçirdiyinə əmin olduğunu, buna görə də, Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazdığını, Polis İdarəsində də Təqsirləndirilən şəxs özündən başqa bir neçə nəfər şəxsi də aldatdığını və pulunu aldığını öyrəndiyini, Təqsirləndirilən şəxs oğlu Hümbəti Naxçıvan şəhəri Xətai məhəlləsinin icra nümayəndəsi olaraq işə düzəltməklə bağlı özünə vəd verdiyini, ümumilikdə bunun qarşılığında 4000 manat pulunu aldığını, Təqsirləndirilən şəxs özü və oğlu Hümbətlə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladığını, Elnurla çox vaxt telefon əlaqəsi saxlayanda vatçap sosial şəbəkəsi ilə zəngləşdiyini, Elnurun telefonda çox şeyi danışmadığını, tez-tez də evə gəlib evdə özləri ilə söhbət etdiyini, Təqsirləndirilən şəxs əvvəlcədən özlərini “başçı ilə birlikdə Hümbətini işini həll edirik, bununla bağlı heç kimə heç nə deməyin, əgər kiməsə nəsə desəniz, Hümbətin işi pozulacaq” deyə tənbehlədiyini, buna görə, qorxub kiməsə nəsə demədiyini, bu barədə heç bir yerə müraciət etmədiyini bildirərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində Naxçıvan şəhəri Tumbul kəndində qeydiyyatda olmaqla yaşadığını, hal- hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır tanıdığını, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da, Naxçıvan şəhəri, M.S.ünvan 11adığını, özünə təhkim olunmuş ərazidə yaşadığı üçün onu tanıdığını, Elnurun əvvəllər taksi sürücü işlədiyini, ancaq bildiyinə görə son vaxtlar işləmədiyini, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumluq münasibətinin olmadığını, tam tarixini xatırlamasa da, 2022-ci ilin sentyabr-oktyabr ayları olduğunu Elnurla Hümbətin yanına gəldiyi günü ancaq tam xatırladığını, həmin günün şənbə günü, saat 09 radələri olduğunu, həmin günü iş günü olmadığı üçün iş formasında olmadığını, bir gün əvvəldən Elnurun özünə zəng vurub “səninlə təcili işim var” dediyini, Elnura idarədə olmadığını dediyini, səhərisi gün saat 09 radələrində Elnurun yenə özünə zəng vurub “Həmkarların binasının qabağındayam, görüşək” dediyini, Elnura “çatıram” dediyini, amma Elnurun nə üçün özünü çağırdığını bilmədiyini, əvvəllər də Elnurun özünə zəng vurduğu üçün “yəqin ərazidə nəsə olub, ona görə görüşmək istəyir” deyə düşündüyünü, İdarəyə çatanda Elnurun binanın qabağında yanında da tanımadığı bir nəfər şəxslə durduğunu gördüyünü, Elnurla görüşərək keçib həyətdə oturduqlarını, sonra Elnurun yanındakı olan şəxsi təqdim edib “yaxın dostumun qardaşıdır, mərfətli, qızıl oğlandır, Allah qoysa işə düzəlir və sizinlə işləyəcək” dediyini, Elnurun da özünə “sizin işiniz necədir, iş barəsində danış Hümbət eşitsin” dediyini, işi barəsində Elnurun yanında olan Hümbətə “işə saat 9:00-da gəlirik, gündəlik iş planına uyğun işimizi icra edirik” dediyini, sonra Elnurun əmək haqqını soruşduğunu, əmək haqqı barədə onlara məlumat verdiyini, söhbət vaxtı Hümbətin heç danışmadığını, Elnurun elə özündən iş barəsində soruşduğunu, özünün də Hümbətə işini təriflədiyini, sonra Elnurun Hümbətin yanında özünə “Hümbəti Qəhrəmanın yerinə düzəldirik” dediyini, Elnura axı Qəhrəman işləyir dediyini, Elnurun da özünə “Qəhrəman bilməsin, o da yaxın qardaşdır, başqa məsələdir, sən bilmirsən, onu başqa yerə verəcəklər” dediyini, Elnura inanıb heç nə demədiyini, sonra Elnurun “Hümbət işə başlayanda çətinliyi olsa, qardaşımsan, ona köməklik edərsən” dediyini, Elnura “hamımız bir- birimizə kömək edirik, o nə sözdür” dediyini, aralarındakı söhbətin heç 10 dəqiqə çəkmədiyini, sonra Elnurun özü ilə sağollaşdığını, görüşərək Elnurla Hümbətin getdiyini, ondan sonra Elnurdan özünə zəng gəlmədiyini, sonra Elnurun yanında olan Hümbəti belə görmədiyini, bu söhbətdən sonra Təqsirləndirilən şəxs da görmədiyini, heç onunla telefon əlaqəsi də saxlamadığını, sonra Təqsirləndirilən şəxs dələduzluq cinayəti elədiyinə görə Naxçıvan Şəhər Polis İdarəsində barəsində cinayət işi başlanıldığını eşitdiyini, Təqsirləndirilən şəxs özünə təhkim olunmuş ərazidə yaşadığı üçün ərazidə olan problemlərlə, arayış almaq üçün və s. zəng vurduğunu, bu məsələ ilə bağlı Elnurun bir gün əvvəldən özünə zəng vurub “işim var görüşək” dediyini, amma nə iş olduğunu demədiyini, özünün də heç nə soruşmadığını, öz-özünə “yəqin Elnur arayış almaq üçün məni axtarır” deyə düşündüyünü, səhərisi gün Elnurun tezdən özünə təkrar zəng vurduğunu və İdarədə onunla görüşdüklərini, o vaxt Elnurun yanında olan Hümbəti gördüyünü, Elnurun əvvəlcədən Hümbətlə gələcəyini özünə demədiyini, sadəcə olaraq həmin vaxt Elnurun işinin necə olduğunu soruşduğunu, özünün də işi barədə onlara danışdığını, Elnurla aralarında heç bir razılaşma olmadığını, Elnurla öz arasında belə halların olmadığını, birinci dəfə idi, Elnurun yanında olan bir şəxslə gəldiyini, Elnur yanına Hümbətdən başqa heç kimi gətirmədiyini, Təqsirləndirilən şəxs nə üçün öz yanında adam gətirdiyini və bunu nə məqsədlə etdiyini bilmədiyini, Elnurdan heç nə soruşmadığını, sadəcə olaraq Elnur Hümbəti işə düzələcəyini dediyindən, öz işi barəsində danışdığını, ancaq Elnurun Hümbəti aldatdığından şübhələnmədiyini, Elnurun söhbət zamanı “dostumun qardaşıdır, elə bil mənim özüməm, mənə necə köməklik edirsən ona da köməklik et” dediyindən Elnura inandığını, “Elnur yaxın qardaş dediyi şəxsi və məni aldadar” deyə düşünmədiyini, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə başqa kimi və kimləri aldatdığı barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladığını, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış digər şəxsləri - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımadığını, X8 ilə iş yoldaşı olduğunu, X23 Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İƏD-nin nümayəndəsi olduğunu, Qəhrəman Eyvazovun bu məsələ ilə bağlı heç bir məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində S.C.Pişəvəri küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla yaşadığını, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 onun həyat yoldaşı olduğunu, Hümbət Cəfərovun onun oğlu olduğunu, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, Elnurun onun böyük oğlu Türkanla yoldaş olub və eyni məhəllədə böyüdüklərini, 2022-ci ilin sentyabr ayının əvvəllərində Cahan Ticarət Mərkəzində olanda Elnurun gəlib onunla görüşdüyünü, "Hümbətə iş tapmışam, gələcəm evdə görüşək, söhbət edək, sənədlərini hazırlasın, Naxçıvan şəhər Xətai məhəlləsinə icra nümayəndəsinin yeri boşdur, Hümbəti ora düzəldəcəyik" dediyini, Elnurdan kimlə həll edəcəyini soruşduğunu, Elnurun da "şəhər icra başçısı Sənani müəllimin sürücüsüyəm, işdən kənar yerlərə gedəndə mən onu aparıb-gətirirəm, Hümbətin işi düzəlsə, pul lazım olacaq" dediyini, özünün də Elnura "bazar söhbəti deyil, Türkanla danış, gələrsən evdə söhbət edərik" dediyini, sonra Elnurun getdiyini, özünün Elnurdan oğlu Hümbəti işə düzəltmək barədə xahiş etmədiyini, sadəcə oğlu Türkanla münasibəti olduğundan Elnurun onu görüb Hümbəti işə düzəldəcəyini dediyini, özünün də oğlu Hümbətin ali təhsilli olduğunu, işi olmasını düşündüyünü, ona görə bu barədə Səkinəyə dediyini, sonra Elnurla onların danışdığını, özünün də işdən çıxıb evə getdiyini, Elnurun da evə gedib həyat yoldaşı Səkinə və oğlu Hümbətlə danışdığını, Elnurun Hümbətə sənəd siyahısı verdiyini, Hümbətin həmin sənədləri hazırladığını, bir neçə gün keçəndən sonra onun işdən evə gəldiyini, təxminən saat 18 radələri olduğunu, Elnurun onların evinə gəldiyini, həyətdə onunla görüşdüklərini, oturub çay içdiklərini, söhbət zamanı Elnurun "gec gəldim, üzrlü sayın, axşam Mirsənani müəllimi Kükü kəndinə apardığım üçün yorulub yatmışdım" dediyini, Söhbət vaxtı Elnurun həmçinin "Sənani müəllimi sağolsun, uşaqların paltarı yox idi, mənə 300 manat pul verdi, uşaqlarıma məktəb paltarı almışam. Çox yaxşı insandı, nə deyirəm edir. Mirsənani müəllimlə bir yerdə oluram, darıxmayın, oktyabr ayının 6-na Hümbət işdə olacaq" dediyini, sonra Elnura zəng gəldiyini, Elnurun da "5 dəqiqəyə çıxıram" dediyini, həmin vaxt oğlu Hümbətin 2000 manat hazırlayıb zərfə qoyduğunu, çay içəndə Hümbətin zərfi Elnura verdiyini, Elnurun da zərfi götürüb saymadan cibinə qoyduğunu, Hümbətin Elnura "say" dediyini, Elnurun da "eyib deyil, problem yoxdur" dediyini, sonra Elnurun stoldan durduğunu, Elnuru Hümbətlə birlikdə küçə qapısından yola saldıqlarını, həmin vaxt Elnurun arxasınca 71 nömrəsi ilə olan xarici avtomobil gəldiyini, Elnurun həmin avtomobilə minib getdiyini, ondan sonra Elnuru görmədiyini, 20 gün keçəndən sonra evə gələndə Səkinənin "qalan 2000 manat da hazır oldu, Hümbət də 2000 manat pulu Elnura verməyə gedib" dediyini, ancaq Hümbətin harada Elnura pul verdiyi bilmədiyini, 2022-ci ilin oktyabr ayının əvvəllərində Səkinənin ona zəng vurub "Elnuru görməmisən, zəng çatmır" dediyini, ona görmədiyini dediyini, ondan nə olduğunu soruşduğunu, Səkinənin də ona "Elnur deyəsən qaçıb gedib, tapa bilmirik" dediyini, bir neçə gün keçəndən sonra Elnurun qardaşı Ramili gördüyünü, Elnurun harada olduğunu soruşduğunu, Ramilin də "mən bilmirəm" dediyini, ondan sonra Elnurun onları aldatdığına əmin olduqlarını, həyat yoldaşı Səkinənin də Naxçıvan şəhər Polis İdarəsinə müraciət edib Elnur barəsində şikayət ərizəsi yazdığını, Elnurun oğlu Hümbəti Xətai məhəlləsinə icra nümayəndəsi kimi işə düzəltmək üçün 4000 manat pul istədiyini, ilk əvvəl 2000 manat düzəldə bildikləri üçün evdə çay içərkən oğlu Hümbətin 2000 manat pulu zərfdə Elnura verdiyini, Elnurun pulu götürdüyünü, sonra özünün işdən evə gələndə Səkinədən "Hümbət haradadır" soruşduğunu, Səkinənin də "Elnur əlavə 2000 manat pulu istəmişdi, borc-xərc edib 2000 manatı düzəltdik, Hümbət də həmin 2000 manat pulu aparıb Elnura versin" dediyini, sonra Hümbətin evə gəldiyini, ondan neylədiyini soruşduğunu, Hümbətin də 2000 manat pulu Elnura verdiyini dediyini, sonra Hümbətin işinin düzəlməsi üçün gözlədiklərini, lakin Elnurun yoxa çıxdığını, onu tapa bilmədiklərini, sonradan Elnurun onları aldadıb, dələduzluq yolu ilə 4000 manat məbləğində pullarını ələ keçirdiyini öyrəndiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində ünvan 12 ünvanında qeydiyyatda olmaqla ünvan 13al-hazırda heç yerdə işləmədiyini, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 onun anası olduğunu, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, onunla əvvəllər eyni məhəllədə yaşadığını, qonşu olduqlarını, 2022-ci ilin sentyabr ayının əvvəllərində özünün evdə olduğu vaxt anası Səkinənin gəlib ona "Elnur qapıya gəlmişdi, səni işə düzəltmək istəyir" dediyini, həmin gün axşam saat 18 radələrində Elnurun evə gəldiyini, həmin vaxt həyətdə ailəsi ilə - atası, anası və qardaşı Toğrul Cəfərovla oturduqlarını, Elnurun gəlib onlarla görüşdüyünü və onlara "Türkan 4-5 ay bundan qabaq mənə demişdi qardaşım Hümbətin işə ehtiyacı var, buna görə başçıya xəbər vermişdim, başçı da dünən maşında deyib tanışın işə düzəlmək istəyirsən, sənədlərini gətir, baxaq" dediyini, sonra Elnurun başçı barədə onların ailəsinə məlumat verdiyini, onun haqqında danışdığını, hara işə düzəltmək barədə ailəsi ilə danışdığını, anası Səkinəyə "iki yer var, bir Naxçıvan şəhəri Xətai məhəlləsinin icra nümayəndəliyi, bir də Naxçıvan şəhər Qaraçuq kəndindin icra nümayəndəliyi işi var" dediyini, onların da Xətai məhəlləsinin icra nümayəndəliyi olsa, yaxşı olacağını dediklərini, Elnurun da "çalışacam ora düzəldəm" dediyini, ertəsi gün Elnurun yenə axşamçağı evə gəldiyini, ona "diplomun surəti, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış, tərcümeyi-hal və ərizə-anket, 3x4 şəkili hazırla" dediyini, sonra da "axşamdır, 4 yol tərəfdə ərizə anket və tərcümeyi hal nümunəsi satılır, onları al və doldur, qalanı da səhər saat 11-ə çatdırarsan" dediyini, özünün də Elnura yaxşı dediyini, ancaq ora getmədiyini, gec olduğu üçün bağlandığını bildiyini, səhərisi saat 9-da evdən çıxıb sənədləri düzəltməyə getdiyini, əvvəlcə Kitab evinin yanındakı fotoda şəkil çəkdirib, 3x4-ə 2 ədəd fotoşəkil aldığını, orada dəftərxana var olduğunu, oradan da ərizə-anket və tərcümeyi-hal aldığını, Saat 11-ə qalmış Elnurun ona zəng vurduğunu, sənədlərini hazırladığını soruşduğunu, özünün də ona bir sağlamlıq haqqında arayışın qaldığını dediyini, Elnurun da tez ol, vaxta az qalıb deyə tələsdirdiyini, özünün də birbaşa Z.Əliyeva adına Polikilinkaya getdiyini, orada sıra gözləyən zaman Elnurun yenə mənə ona zəng vurduğunu, nə olduğunu soruşdğunu, özünün də Elnura sıra gözlədiyini dediyini, Elnurun da "baş həkimin sürücüsü ilə danışım, sənə xəbər edəcəyəm, bir az gözlə" dediyini, 2-3 dəqiqə keçəndən sonra Elnurun ona zəng vurduğunu, "mən baş həkimin sürücüsü ilə danışdım, gec olacaq, sən gözləmə, mənə 15 manat verərsən, mən özüm alacam" dediyini, özünün də oradan çıxıb evə gəldiyini, tərcümeyi halı yazdığını, ərizəanketi doldurmağa başladığı vaxt Elnurun evə gəldiyini, Elnurun "tələs, sənədləri ver" dediyini, onun da tələm-tələsik sənədləri yazıb, şəkil yapışdırdığını, sonra sənədləri və sağlamlıq kağızına görə 20 manat pulu Elnura verdiyini, Elnurun da "xırdam yoxdur" dediyini, özünün də "eybi yox, sonra verərsən" dediyini, 3-4 dəqiqdə keçəndən sonra anası Səkinənin "bu nə kağızdı qalıb" dediyini, həmin vaxt tərcümeyi halın qaldığını gördüyünü, sonra Elnura zəng vurub "tərcümeyi-hal yaddan çıxıb qalıb, İcra Hakimiyyətinin qabağında gözlə gəlirəm" dediyini, Elnurun razılaşdığını, özünün də İcra Hakimiyyətinin qarşısına getdiyini, ora çatanda Elnur ağ rəngli avtomobillə gəldiyini gördüyünü, İcra Hakimiyyətinin kənarında şəhərciyə tərəf gedən yolda Elnurla görüşdüyünü, Elnurun avtomobildən yerə düşmədiyini, şüşəni endirdiyini, özünün də sənədi ona verdiyini, Elnurun ona "hələ sağlamlıq kağızını götürməyə gedirəm" dediyini, bu məsələdən 1-2 gün keçəndən sonra Elnurun ona zəng vurub "diplomun gəlib götürəcəm" dediyini, sonra Elnurun evə gəldiyini, onun özünə məxsus bakalavr və orta ixtisas diplomunu Elnura verdiyini, Elnurun "narahat olmayın, 100-də milyon faiz işiniz alınacaq" dediyini, Elnurun diplomların əslini götürüb getdiyini, səhərisi gün Elnurun zəng vurub "başçı diploma baxıb, hər şey qaydasındadır, gəlirəm söhbət edək" dediyini, özünün də anası Səkinəyə "Elnur deyir diploma baxıblar, gəlir söhbət edə" dediyini, Elnurun evə gəldiyini, anası Səkinəyə and içə-içə "oğlunun işinə görə 5000 manat pul istəyir, 4000 manatdan aşağı endirə bilmədim, hələ başçıya da demişəm ki, elə bil məni işə götürürsən, yaxın adamdır. Başçı da mənə dedi ki, sənə görə 1000 manat keçirəm, 4000 manata düzəldərəm" dediyini, həmin vaxt 3-cü gün olduğunu, Elnurun "sabaha 4000 manatı düzəldin, əgər alınmasa, uzağı 5-ci günə kimi pulu hazır eləyin" dediyini, sonra Elnurun getdiyini, 2022-ci ilin sentyabr ayının 9-da Elnura zəng vurub "gəl evə samovar çayı içək" dediyini, həyətdə atası, anası, qardaşı və özünün oturduqlarını, sonra Elnurun gəldiyini, çay içən zaman Elnura "2000 manat hazırdı, iş həll olunub qurtaranacan qalan 2000 manatı da həll edəcəyəm dediyini", Elnurun da "deyərəm, problem eləməz" dediyini, özünün də içərisində 2000 manat olan zərfi Elnura verdiyini, Elnurun da çayı içdiyini, atası və özünün Elnuru yola salmaq üçün ayağa durduqlarını, küçəyə çıxdıqlarını, yenə ayaqüstü söhbət elədiklərini, Elnurun da "narahat olmayın, 20-25 günə işinin başında olacaq" dediyini, ondan sonra Elnurun getdiyini, ondan sonra arada Elnurun zəng vurub "telefonunu açıq saxla, sənə zəng vuracaqlar, gedəcəksən, səni işlə tanış edib, sənə işi öyrədəcəklər" dediyini, özünün də bir iki-gün gözlədiyini, ancaq telefonuna zəng gəlmədiyini, Elnura zəng vurub bəs nə üçün çağırmadıqlarını soruşduğunu, Elnurun da "iclas olub, çağıracaqlar, narahat olma" dediyini, sonra onun təhsili ilə əlaqədar 3 günlük Türkiyə Respublikasının Qars şəhərinə getdiyini, orada olan zaman anası Səkinə ilə danışdığını, anası Səkinənin ona "Elnur zəng vurmuşdu, səni təbrik elədi, dedi, təhsilini dondurmasın, qiyabiyə çevirsin, işləyə-işləyə oxuyar" dediyini, ondan sonra onun Naxçıvan şəhərinə qayıtdığını, sonra Elnurla aralarında telefon danışığı olduğunu, ondan işindən xəbər çıxmadığını soruşduğunu, Elnurun da sentyabr ayının 25-nə xəbər çıxacağını dediyini, 1-2 gün keçəndən sonra Elnurun ona zəng vurub "hazırlaş, gəlib səni Həmkarlara aparacam, sənə işi öyrədəcəklər" dediyini, gözlədiyini, ancaq saat 13:00 olduğunu, ancaq Elnurun gəlmədiyini, özünün də onun nahardan sonra gələcəyini düşündüyünü, saat 14:00-da Elnura zəng vurduğunu harada olduğunu soruşduğunu, Elnurun "Əshabi-kəfdəyəm, işimiz uzun çəkdi, gələcəm, narahat olma" dediyini, amma Elnurun həmin gün gəlmədiyini, sonra danışıq olduğunu, Elnurun da "qurban əti paylamışam, işim çox oldu, gələ bilmədim" dediyini, özünün də "eybi yoxdur" dediyini, Elnurun sentyabr ayının 25-27 arası ona zəng vurduğunu, özünün də həmin vaxt evdə olmadığını, Elnurun "qonaqlığımı verərsən, işin hazırdı, oktyabr ayının 1-i, 2-si işdəsən" dediyini, özünün də Elnura "problem yoxdur" dediyini, sonra da Elnurun anası Səkinəyə zəng vurub göz aydınlığı verdiyini, soonra Elnur zəng vurub ondan "əmanətin geri qalanı hazırdı" soruşduğunu, əslində 2000 manat pulu hazır etdiklərini, ancaq Elnura sabah gələrsən dediyini, ondan sonra səhərisi gün axşam saat 19 radələrində Elnurun zəng vurub "işim var tələsirəm, sən çıx yola, mən də gəlirəm" dediyini, özünün də 19:30-da yola çıxdığını, 5-6 dəqiqə keçəndən sonra Elnurun gəldiyini, görüşdüklərini, kağızın arasında olan 2000 manat pulu Elnura verdiyini, Elnur da "diplomların məndədir, diplomunun bakalavr olanı vermişəm, başçı demişdi o birinə ehtiyac yoxdu, sabah diplomlarını gətirəcəm" dediyini, sonra sağollaşdıqlarını, Elnurun getdiyini, ancaq sabahısı gün Elnurun gəlmədiyini, bir gün keçəndən sonra saat 17 radələrində Elnurun "gəlirəm yola çıx, diplomlarını verəcəm" dediyini, özünün də yola çıxdığını, Elnurun da taksi ilə gəldiyini, pəncərəni açıb diplomlarını verdiyini, sonra getdiyini, sonra Elnura zəng vurduğunu, onu niyə çağırmadıqlarını soruşduğunu, Elnurun da "narahat olma çağıracaqlar" dediyini, sonra qardaşı Türkana zəng vurduğunu "Elnur deyir səni işə çağıracaqlar, ancaq çağırmırlar, Elnur da bugün sabah məni yola verir" dediyini, Türkanın "Elnurla iş görəndə elə olar" dediyini, özünün də "necə yəni sən deməmisən ki, iş düzəltsin mənə" dediyini, Türkanın da "yox, mən deməmişəm" dediyini, özünün də "Elnur deyirdi 4-5 ay bundan qabaq Türkan deyib, ona görə xatırlamaz" deyə düşünüb, üstünü vurmadığını, Türkanın da Elnurla danışacağını dediyini, axşamçağı Elnurun ona zəng vurub "səhər saat 9:00-da Ali məhkəmənin yanında hazır ol" dediyini, özünün də ona yaxşı dediyini, səhər saat 9:00-da Ali Məhkəmənin yanına gedib Elnura zəng vurduğunu, Elnurun ona həmkarların binasına gəlməyini dediyini, özünün də ora getdiyini, Elnurun da orada olduğunu, onunla görüşdüklərini, Elnurun "gözlə Səftər müəllim indi gəlir" dediyini, 5-6 dəqiqə sonra Səftər müəllimin gəldiyini, Səftər müəllimin də icra nümayəndəsi olduğunu, ancaq hansı əraziyə baxdığını bilmədiyini, onunla görüşüb tanış olduqlarını, sonra həyətdə skamyalarda oturduqlarını, amma binaya girmədiklərini, ondan sonra Səftərin ona iş haqqında danışıb, işi təriflədiyini, özünün də Səftərlə Elnurun danışığından şübhələndiyini, Elnurun Səftəri də aldatdığını hiss etdiyini, həmin vaxt Elnurun Səftərə "Hümbət Qəhrəmanın yerinə gələcək, ancaq heç kim bilmir, özü də bilmir, sən də demə" dediyini, Səftərin də razılaşdığını, həmin vaxt İcra hakimiyyətindən heç kimin Səftərə onunla bağlı tapşırıq vermədiyini, Elnurun özünün Səftəri ora çağırdığını hiss etdiyini, sonra Səftərlə sağollaşıb, üzü Danyeri marketə tərəf piyada Elnurla getdiyini, Elnurun özü əli ilə işarə edib "buralar sənin ərazin olacaq, tanış ol" dediyini, sonra "işim var, üzrlü say gedirəm" dediyini, sonra sağollaşıb evə gəldiyini, evdən nə olduğunu soruşduqlarını, özünün də Elnurdan şübhələndiyini, onları aldatdığını dediyini, sonra qardaşı Türkana zəng vurduğunu, olanları Türkana danışdığını, Türkanın da onu danlayıb "Elnurla danışıb deyəcəm" dediyini, sonra Türkanın da zəng vurub Elnurun telefonlarını açmadığını dediyini, bir müddətdən keçəndən sonra Elnurun ona zəng vurduğunu "Türkanla danışmışam, ayıbdır, o nə sözdür Türkana demisən" dediyini, özünün də "mən Türkana elə demədim, Türkan mənə zəng vurdu, mən də evdə olduğumu dedim, o da nə üçün işdə olmadığımı soruşdu, mən də gedib-qayıtdığımı dedim, o da nə tez dedi, mən olanları dedim, bu qədər o da dedi ki, bu işdən gözüm su içmir" dediyini, Elnurun da "yox narahat olma, işin 100-də triliyon faiz hazırdır" dediyini, sonra telefonu söndürdüyünü, eşitdiyinə görə sonra anası ilə də danışdığını, ancaq nə söhbət elədiklərini bilmədiyini, 2022-ci ilin oktyabr ayının 2-də səhərsəhər yuxudan oyandığını, anası ilə söhbət edəndəndə anasının "Elnura zəng vururam, zəng çatmır" dediyini, ondan Elnurun onları aldadıb pullarını aldığını anladıqlarını, sonra bu məsələ ilə bağlı anası Zərərçəkmiş şəxs3 polisə müraicət etdiyini, anası Səkinə ilə Elnurun arasında olan söhbəti anası Səkinənin ona danışıb, "Elnura dedim yuxarıda tanış vəzifəli şəxs var, ona deyək, bir soruşsun görək, Hümbəti nə üçün işə çağırmırlar. Elnur da dedi ki, işi korlayarsınız, gözlə başçının müavini də bu məsələni bilmir, təkcə özü bilir, ora-bura zəng vurarsınız Hümbətin işi alınmaz" dediyini, buna görə də, hər hansı bir müəssisə və təşkilata bununla bağlı müraciət etmədiklərini, Elnurun ondan diplomun surətini, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışı, tərcümeyi-halı və ərizə-anketi, 3x4 şəkili istədiyini, özünün də diplomun surətini, şəxsiyyət vəsiqəsinin surətini, tərcümeyi-halı və ərizə-anketi, 3x4 şəkili Elnura verdiyini, sağlamlıq kağızı ilə bağlı Elnura 20 manat pul verdiyini, sonra Elnurun diplomların əslini ondan istədiyini, özünün də diplomlarını verdiyini, sonra Elnurun diplomları qaytardığını, ancaq digər sənədləri qaytarmadığını, həmin sənədləri nə etdiyini də bilmədiyini, işə düzəltmək üçün Elnura ayrı-ayrılıqda 2000 manat olmaqla ümumilikdə 4000 manat pul verdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində ünvan 12 ünvanında qeydiyyatda olmaqla ünvan 13al-hazırda heç yerdə işləmədiyini, Zərərçəkmiş şəxs3 onun anası olduğunu, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, onunla əvvəllər eyni məhəllədə yaşadıqlarını, qonşu olduqlarını, 2022-ci ilin sentyabr ayının əvvəllərində Elnurun onların evinə gəldiyini, X35 şəhəri Xətai məhəlləsinin icra nümayəndəsi kimi işə düzəltmək üçün 4000 manat pul istədiyini, Elnurun pul hazır olanda xəbər edin dediyini, həmin vaxt da Hümbətin Elnura zəng vurub çay içməyə çağırdığını, ondan sonra Elnurun onların evinə gəldiyini, onların həyətdə ailəsi ilə - atası Gülağa, anası Səkinə və qardaşı Hümbətlə oturduqlarını, Elnurun da evə gəlib onlarla görüşdüyünü, çay içdiyini, çay içəndə anası Səkinənin "Hümbətin işi necə olacaq, problem olmaz" soruşduğunu, Elnurun da anasına "narahat olma, Hümbətin işi 100 faiz hazırdı, heç bir problem olmayacaq, hər gün Mirsənani müəllimlə birlikdəyəm, demişəm xəbəri var" dediyini, sonra Elnura zəng gəldiyini, Elnurun 5 dəqiqəyə çıxacağını dediyini, ondan sonra Hümbətin zərfdə 2000 manatı Elnura verdiyini, Elnurun da saymadan götürdüyünü, sonra da Elnurun getdiyini, Təqsirləndirilən şəxs 4000 manat pullarını aldığını, bunun qarşılığında Hümbəti işə düzəldəcəyini dediyini, Hümbətin evdə ona ilk əvvəl 2000 manat verdiyini, qalan 2000 manatı isə nə vaxt verdiyini bilmədiyini, Hümbətin 2000 manat pulu onun yanında həyətdə çay içəndə Elnura verdiyini, qalan 2000 manat pulu ailəlikcə evdə borc-xərc edib düzəltdiklərini, ancaq Hümbətin pulu Elnura verəndə yanında olmadığını, ancaq Hümbətin ümumilikdə Elnura 4000 manat pul verdiyini bildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində onun ünvan 14 ünvanında qeydiyyatda olmaqla, ünvan 7irayə yaşadığını, hal-hazırda Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəbdə direktorun köməkçisi işlədiyini, Zərərçəkmiş şəxs1 onun anası olduğunu, Təqsirləndirilən şəxs 2 ildir tanıdığını, Təqsirləndirilən şəxsla 2020-ci ilin sentyabr ayında tanış olduğunu, 2020-ci ilin sentyabr ayının 15-də bilik günü ilə əlaqədar Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə tədbir keçirildiyini, həmin tədbirə Naxçıvan Şəhər icra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun da gəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs da uşaqlarını məktəbə gətirdiyini, həmin vaxt Elnuru tanımadığını, tədbirdən sonra Təqsirləndirilən şəxs uşaqlarını qeydiyyatdan keçirdiyini və sənəd qəbulu ilə bağlı telefon nömrəsini qoyduğunu, onun da uşaqların qəbulu ilə bağlı sənədləri yoxladığını, uşaqlardan bir neçəsinin sənədinin düzgün olmadığını görüb valideynləri ilə əlaqə saxladığını, həmin vaxt Təqsirləndirilən şəxsla da əlaqə saxladığını, beləcə onunla tanış olduqlarını, söhbət zamanı Elnurun ondan “sizin təhsiliniz nədir” deyə soruşduğunu, onun da ona “ali təhsilliyəm” dediyini, Elnurun ondan “hansı universiteti bitirmisiniz” deyə soruşduğunu, onun da X42 Üniversitetinin ibtidai sinif müəllimliyini bitirdiyini dediyini, Elnurun da “nə üçün direktor köməkçisi işləyirsiz” dediyini, onun da “vakant yer olmadığı üçün, Naxçıvan şəhər ərazisində məktəblərdə yer tapa bilmədim, ona görə də, bu məktəbdə direktor köməkçisi işləyirəm” dediyini, Elnurun da “mən həll edərəm, sənin işin mənlikdir” dediyini, onun Elnurdan “məni hansı məktəbə işə düzəldə bilərsiniz” deyə soruşduğunu, Elnurun da “mənim gücüm məktəbə çatmaz, ancaq bağçaya işə düzəldə bilərəm” dediyini, hansı bağçaya düzəldəcəyini soruşduğunu, Elnurun da "Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin yanında təzə bağça tikilir, ora tikilən kimi sənin işin hazırdır, metodist kimi işləyəcəksiniz" dediyini, ondan kiminlə həll edəcəyini soruşduğunu, Elnurun da "siz məni tanıyırsınız, mənlə iş görürsünüz, hər şeyi özüm həll edəcəm, narahat olmayın" dediyini, sonra Elnurun ondan diplomumun və şəxsiyyət vəsiqəsinin surətini və əlaqə nömrəsini istədiyini, ondan sənədləri nə vaxt verəcəyini soruşduğunu, Elnurun da "sizinlə əlaqə saxlayacam" dediyini, bir neçə gün keçəndən sonra Elnurla qarşılaşdıqlarını və ondan sənədləri istədiyini, sənədlər çantasında olduğundan orada şəxsiyyət vəsiqəsinin və diplomunun surətini çıxarıb Elnura verdiyini, Elnurla arasında tanışçılıq olduğundan 2020-ci ilin noyabr ayında anası Natellaya "məktəbə Elnur adında bir nəfər şəxs gəlib-gedir, onunla tanış olmuşam. Elnur deyir ki, sizi bağçaya işə düzəldəcəm" dediyini, anasının Elnurun kim olduğunu soruşduğunu, özünün də anasına "valideyndir, ancaq elə də yaxından tanımıram, telefon nömrəsini verim danış" dediyini, sonra Elnurun nömrəsini anası Natellaya verdiyini, ondan sonra anası Natellanın Elnurla danışdığını, ondan sonra anası Natellanın "Elnurla danışmışam, sənin işini həll edəcək, ancaq 4500 manat pul istəyir" dediyini, onun də özünə məxsus qızıllarını 1950 manata satdığını, qalan pulu da Azərtürk bankdan götürdüklərini, ümumilikdə 4500 manat pulu hazırladıqlarını, pulu hazırlayan zaman da Elnurun zəng vurub tez-tez anası Natellaya "pulu hazır elədiniz, pul hazırdı, pulu hazırdırsa, tez çatdırın" dediyini, anası ilə birlikdə 4500 manat pulu Azərtürk bankın qabağında Elnura verdiklərini, bir neçə gün keçəndən sonra işdən evə gələndə anasının ona "Elnura zəng vurmuşdum" dediyini, özünün də anasından nə danışdıqlarını soruşduğunu, anası Natellanın da "sənin işini soruşdum. Elnur da mənə dedi ki, bağça tikilsin Elviranın işi hazırdır, istəsən səni də ora aşbaz köməkçisi düzəldim" dediyini, onun da anasına Elnurun nə qədər pul istədiyini soruşduğunu, anası Natellanın da 2000 manat istədiyini dediyini, onların da ikisi də bir yerdə işləyəcəkləri və bir gedib-gələcəkləri üçün sevindiklərini, ona görə də təkrar Azərtürk bankdan kreditə pul götürüb, üstünü düzəltdiklərini, sonra anasının 2000 manat pulu sənədlərlə birlikdə Elnura verdiyini, anası Natellanın ümumilikdə 6500 manat məbləğində pulu Elnura versə də, Elnurun hər dəfə müxtəlif bəhanələr gətirərək bugün, sabah deyib onları sakitləşdirdiyini, alınacaq dediyini, beləcə 2 ilin keçdiyini, hər dəfə anası soruşanda, Elnurun anasına "bağça hələ tikilməyib, hazır olsun, işiniz də hazırdır" dediyini, 2022-ci ilin oktaybr ayının ilk günlərində Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin yanında yeni tikilən 8 nömrəli uşaq bağçasının açılışı olacağını eşitdiyini, özünün də narahat olduğunu və anasına zəng vurub "bağça açılır, bizi ora dəvət edən yoxdur, Elnurla danış gör, işimiz nə oldu" dediyini, bir az keçəndən sonra anasının zəng vuraraq Elnura zəng çatmadığını dediyini, Elnur yalandan onlara vədlər verib onları aldadıb ümumilikdə 6500 manat pullarını ələ keçirdiyindən əmin olduqlarını, buna görə də, anası Natellanın Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazdığını, Təqsirləndirilən şəxs anası Natelladan ümumilikdə 6500 manat pul aldığını, başqa pul söhbəti olmadığını, Elnurun onunla pul söhbəti etmədiyini, ancaq anası Natella ilə əlaqə saxladığını, pulu anasından aldığını, Elnurun birinci anası Natelladan 4500 manat pulu aldığını, ona "qızını təzə tikiləcək bağçaya metodist düzəldəcəm" dediyini, sonra da anasını aldadıb həmin bağçaya aşbaz köməkçisi düzəltmək üçün əlavə 2000 manat pulunu aldığını, bağça açılana qədər Elnurun onları aldatdığını anlamadıqlarını, ona görə də, heç bir müəssisə və təşkilata müraciət etmədiklərini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 89-90) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 22 oktyabr 2022-ci il tarixli 2/3762 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 102-103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X16 tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, 765 nömrəli məktubdan görünür ki, ünvan 16 ünvanında qeydiyyatda olan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X4 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 01 noyabr 2022-ci il tarixli, 03/633 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. (cild İ, iş vərəq 117) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 606/2022 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması haqqında nazirlikdə hər hansı bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin **********965700 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası DİN-nin DYPİ-nin 1/1138 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı bir avtonəqliyyat vasitəsinin qeydiyyatda durmadığı göstərilmişdir. (cild İ, iş vərəq 123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X36 Limanının 326 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 252 saylı Naxçıvan-Bakı reysi ilə Bakı şəhərinə getdiyi, Naxçıvan şəhərinə təyyarə vasitəsilə geri qayıtmasının qeydə alınmadığı göstərilmişdir. (cild İ, iş vərəq 158) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədə (pasporta) baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üçün əhəmiyyətli olduğundan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr-oktyabr aylarında Naxçıvandan Bakıya gedibqayıtmasını müəyyən etmək məqsədilə 30 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus PC AZE C01695512 seriyalı xxxxxxx fərdi identifikasiya nömrəli ümumvətəndaş pasportuna baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının 08-də Biləsuvardan İrana keçmiş, Culfadan da Naxçıvana keçmişdir. Təqsirləndirilən şəxs Müdafiəçi iştirakı ilə sənədə baxış zamanı 2022-ci ilin sentyabr ayının təxminən 25-i, 26-sı Naxçıvandan Bakıya təyyarə ilə getdiyini, Bakıdan Naxçıvana isə pasportda qeyd olunduğu kimi 08 oktyabr 2022-ci il tarixdə İran yolu ilə Biləsuvardan İrana keçdiyini, İran yolu ilə Culfaya gəldiyini, Culfadan Naxçıvan MR-na qayıtdığını, ondan başqa Bakı şəhərinə təyyarə vasitəsilə və ya İran yolu ilə getmədiyini bildirmişdir. (cild İ, iş vərəq 148-149) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli 375 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs əsas fərdi-psixi xüsusiyyətlərinin rəyin tədqiqat prosesinin təsviri hissəsində açıqlandığı, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətlərinin müşahidə olunmadığı, lakin düşdüyü stiuasiyaya və hadisə şəraitinə görə özünün xeyrinə ifadələr vermək və özünü müdafiə etmək istəyinin üstünlük təşkil etdiyi göstərilmişdir. (cild İ, iş vərəq 182-190) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 2001 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 17 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 162) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 2000 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 17 ünvanında qeydiyyatdadır və onun ailə üzvləri arvadı 1986-cı il təvəllüdlü X31, oğlu 2015-ci il təvəllüdlü X25 və oğlu 2014-cü il təvəllüdlü X14r. (cild İ, iş vərəq 163) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (cild İ, iş vərəq 167) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2022-ci il tarixli, 2158 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 18 ünvanında yaşayır. (cild İ, iş vərəq 172) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (cild İ, iş vərəq 174) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı 10384168 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. (cild İ, iş vərəq 168) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı 12112555 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxsdur. (cild İ, iş vərəq 169) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı 12112564 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10 atası Təqsirləndirilən şəxsdur. (cild İ, iş vərəq 169) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “X37” MMC tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli məktubda Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdən “X37” MMC-nin çörək istehsalında fəhlə işlədiyini və onun müsbət xarakterizə olunduğu göstərilmişdir. (cild İ, iş vərəq 131) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Ordubad Rayon İcra Hakimiyyətinin Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış arayışlardan aydın olur ki, Zərərçəkmiş şəxs1 ünvan 19 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə Zərərçəkmiş şəxs1 müsbət xarakterizə olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Mənzil İstismar İdarəsindən alınmış arayışlardan aydın olur ki, Vəliyeva X15 şəhəri Atabəylər məhəlləsi ev 11, mənzil 9 ünvanında qızı – X30 ilə birlikdə kirayə yaşayır. Həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə Zərərçəkmiş şəxs1 müsbət xarakterizə olunmuşdur. (cild İ, iş vərəq 132-134, 155-157) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlardan aydın olur ki, Zərərçəkmiş şəxs2 Babək rayon Şəkərabad kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs2 müsbət xarakterizə olunmuşdur. (cild İ, iş vərəq 144-146) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Mənzil İstismar İdarəsi tərəfindən verilmiş arayışlardan aydın olur ki, Cəfərova X33 şəhəri Qoçüstü məhəlləsi ev 4, mənzil 32 ünvanında ailəsi ilə birlikdə qeydiyyatdadır. Həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs3 xarakterizə olunmamışdır. (cild İ, iş vərəq 159-161) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlardan aydın olur ki, Cəfərova X33 şəhəri S.C.Pişəvəri ev 26 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs3 müsbət xarakterizə olunmuşdur. (cild İ, iş vərəq 162-164) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X24 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əvvəllər məhkumluğunun olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) il 08 (səkkiz) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla cəmi 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələbləri nəzərə alınaraq zərər çəkmiş şəxslərə mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla cəmi 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri ləğv edilsin, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. İş üzrə zərər çəkmiş şəxslərə mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar