Məhkəmə qərarları › İş №1(078)-1/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-1/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-1/2025 16.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, üç uşaq anası, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naxçıvan şəhəri, ünvan 2şayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 14 avqust 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 20 oktyabr 2023-cü il tarixdə Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs3 Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs adlı xanımın onun vasitəçiliyi ilə tanışlarını işə və universitetə düzəltmək adı ilə aldadaraq 13400 manat pulunu ələ keçirməsini bildirməsi, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs7 2500 manat pul qarşılığında Naxçıvan şəhərində yerləşən Don Pionerə ibtidai sinif müəlliməsi kimi düzəldəcəyi ilə bağlı vəd verib, 5 sentyabr 2021-ci il tarixdə Naxçıvan şəhərində Vüsalə xanımın yaşadığı Y.Cabbarov küçəsində 2500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs9 həyat yoldaşını 2500 manat pul qarşılığında Naxçıvan şəhərində yerləşən on nömrəli bağçaya dayə kimi düzəldəcəyi ilə bağlı vəd verib, 2021-ci ilin sentyabr ayının ortalarında Naxçıvan şəhərində Vüsalə xanımın yaşadığı Y.Cabbarov küçəsində 2500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs8 Naxçıvan şəhərində yerləşən səkkiz nömrəli bağçaya dayə kimi düzəldəcəyini vəd edib, Zərərçəkmiş şəxs3 vasitəçiliyi ilə Zərərçəkmiş şəxs8 2500 pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs12 2500 manat pul qarşılığında Naxçıvan şəhərində yerləşən yeddi nömrəli bağçaya ütüçü kimi düzəldəcəyi ilə bağlı vəd verib, 25 sentyabr 2021-ci il tarixdə Naxçıvan şəhərində Vüsalə xanımın yaşadığı Y.Cabbarov küçəsində 2500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs14 3500 manat pul qarşılığında Naxçıvan şəhərində yerləşən səkkiz nömrəli bağçaya müəllimə kimi düzəldəcəyi ilə bağlı vəd verib, 2021-ci il sentyabr ayının sonlarında Naxçıvan şəhərində Vüsalə xanımın yaşadığı Y.Cabbarov küçəsində 3500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs10 qızlarını Naxçıvan Texniki kollecdə müəllimə kimi işə düzəldəcəyini vəd edib, Zərərçəkmiş şəxs3 vasitəçiliyi ilə Zərərçəkmiş şəxs10 4000 pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Məmmdətağı oğlunun oğlu X21 qabiliyyət imtahanından keçirmək üçün vəd verib, 2022-ci ilin aprel ayında Naxçıvan şəhər Cahan Ticarət mərkəzinin yaxınlığında 6500 pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 onun qızının 4000 manat pul qarşılığında X31 ixtisasının dəyişdirilməsi ilə bağlı vəd verib, 20 avqust 2022-ci il tarixdə Naxçıvan şəhəri Gənclər şəhərciyində yerləşən yaşadığı evdə 4000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onun oğlu X9 5000 manat pul qarşılığında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə düzəldəcəyini vəd edib, 01 sentyabr 2022-ci il tarixdə Naxçıvan şəhər Əziz Əliyev küçəsində yerləşən “Simit Sarayı” adlanan kafedə 5000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs11 qızını 3900 manat pul qarşılığında tibb kollecinə tələbə kimi düzəldəcəyi ilə bağlı vəd verib, 25 oktyabr 2022-ci il tarixdə Naxçıvan şəhərində Vüsalə xanımın yaşadığı Y.Cabbarov küçəsində 3900 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs6 qızını 1500 manat pul qarşılığında müəllimə kimi işə düzəldəcəyi ilə bağlı vəd verib, 27 oktyabr 2022-ci il tarixdə Naxçıvan şəhərində Vüsalə xanımın yaşadığı Y.Cabbarov küçəsində 1500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X14 vasitəçiliyi ilə onun tanışı Zərərçəkmiş şəxs13 həyat yoldaşını Hava Limanına işə düzəltmək adı ilə bağlı aldadaraq 2023-cü ilin may ayında Naxçıvan şəhərində 4000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X16 Naxçıvan MR Xəstəxanasına tibb bacısı olaraq işə düzəltmək adı ilə bağlı 2023-cü ilin iyun ayında Naxçıvan şəhərində 670 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X14 vasitəçiliyi ilə onun xalası X22 Sumqayıt şəhərində yerləşən bağçalardan birinə tibb işçisi kimi düzəltmək adı ilə bağlı aldadaraq 2023-cü ilin iyun ayında Naxçıvan şəhərində 1900 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X14 vasitəçiliyi ilə onun qardaşı X4 vəsiqəsi düzəltmək adı ilə bağlı aldadaraq 2023-cü ilin iyun ayında Naxçıvan şəhərində 590 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 vasitəçiliyi ilə onun tanışlarını işə və universitetə düzəltmək adı ilə aldadaraq 19200 manat pulunu ələ keçirmiş, həmin pulların 5800 manatını ödəsə də, 13400 manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini, 2020-ci il tarixdə evində usta işləyən İkram adlı şəxsin yanında telefonda ikinci tura qəbulla bağlı danışdığını, həmin vaxt İkramın onun danışdıqlarını eşitdiyini, İkram ona həyat yoldaşının qohumunun imtahandan kəsildiyini dediyini, ona da ikinci turda qəbul olması üçün köməklik etməsini bildirdiyini, İkrama “sən onlarla danış gəlsinlər söhbət edək” dediyini, bir neçə saat sonra İkram, Taleh və onun həyat yoldaşı Ramilənin onlara gəldiklərini, həmin vaxt Ramilənin ona qızı Sumrunun Musiqi kollecinə imtahan verdiyini, lakin imtahandan kəsildiyini dediyini, Ramilənin ona qızı Sumrunu Musiqi kollecində pianino müəllimliyinə düzəltmək istədiklərini dediyini, Ramilə xanıma qızını ikinci turla qəbul etdirə biləcəyini dediyini, onlara beş min manat pul verməli olduqlarını bildirdiyini, Ramilə xanımın ona dörd min manata güclərinin çatacağını dediyini, bir neçə saat sonra, İkram, Taleh və Ramilə xanımın yenidən onların yaşadığı binanın qarşısına gəldiklərini, İkramın ona zəng etdiyini, binanın həyətinə düşdüyünü, ona dörd min manat pul verdiklərini, Sumrunun şəxsiyyət vəsiqəsinin surətini də onlardan götürdüyünü, ikinci tura qeydiyyat başladığını, Sumrunu ikinci tura qeydiyyatdan keçirdiyini, ikinci turun cavabları çıxan zaman Sumrunun Musici kollecinin xor-dirijorluq fakültəsinə daxil olduğunun bilindiyini, bir müddət sonra Sumrunun xor-drijorluq fakültəsində oxumaq istəmədiyini, pianino müəllimliyinə keçmək istədiyini anası Ramilənin ona dediyini, özünün isə Ramilə xanıma nə vaxtsa yerdəyişmə məsələsi olsa köməklik edəcəyini dediyini, lakin bir müddət yerdəyişmə məsələsi olmadığı üçün onların istədiyinin alınmadığını, Ramilə xanımı da götürüb Təhsil Nazirliyinə getdiyini, Təhsil Nazirliyində onlara yerdəyişmə ilə bağlı heç bir məlumat vermədiklərini, Ramilənin səhərisi gün xəstəliyi ilə bağlı Bakı şəhərinə gedəcəyini dediyini, bir neçə gün sonra Bakı şəhərindən Ramilənin ona zəng etdiyini, ona inanmadığı üçün Bakı şəhərində Təhsil Nazirliyinə getdiyini və orada ona yerdəyişmə məsələsi olduğunu dediklərini bildirdiyini, 2023-cü ilin yanvar ayında yerdəyişmə məsələsinə icazə verildiyini, o, balaca qızı Aynurun fakültəsini dəyişmək istəyən zaman Ramilənin həyat yoldaşı Talehə zəng etdiyini, ona Sumrunun adına yaşayış yerindən arayış, təhsil aldığı yerdən qiymət cədvəlini və şəxsiyyət vəsiqəsinin surətini ona göndərmələrini istədiyini, Talehin ondan həmin sənədləri hara təqdim edəcəklərini soruşduğunu, Talehə həmin sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edəcəklərini dediyini, Talehin bir qədər sonra ona zəng etdiyini, qiymət cədvəlini kollecin direktoru məzuniyyətdə olduğu üçün təsdiq etdirə bilmədiyini dediyini, Talehin təsdiq olunmamış qiymət cədvəlini və digər sənədləri o, Bakı şəhərində olduğu üçün gətirib anası Yazgülə verdiyini, anasıgilin isə qızının arayışı ilə birlikdə həmin sənədləri ona göndərdiklərini, yerdəyişmə ilə bağlı onlayn qaydada müraciət etdiyini, cavablar çıxan zaman isə qızı Aynurun və Sumrunun təsdiq cavabı gəlmədiyini, həmin vaxtdan sonra Talehgillə əlaqə saxlamadığını, Talehgildən aldığı 4000 manat pulu öz şəxsi ehtiyaclarına istifadə etdiyini, Bundan başqa Zərərçəkmiş şəxs1 oğlu X32 MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə düzəltmək üçün Zərərçəkmiş şəxs1 5000 manat məbləğində pul aldığını, Zərərçəkmiş şəxs1 Asəf adlı şəxsə görə tanıdığını, Asəfin onun padruqası Təhminə xanımın həyat yoldaşı olduğunu, Asəfin qardaşı oğlunu və qaynı oğlunu Universitetə qəbul elətdirdiyini, həmin vaxtdan onlarla əlaqəsi yarandığını, 2022-ci ilin sentyabr ayında Asəfin ona zəng etdiyini, bir nəfər tanışının olduğunu və onun oğlunu Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə düzəltmək üçün köməklik etməyini dediyini, həmin məsələni tanışı Şahid1 dediyini, Zahidin isə ona qardaşı oğlunun da işini həll etdiyini, bu məsələni də həll edə biləcəyini dediyini, ona qardaşı oğlunun işini Mirzə Cəlilova dediyini, bu işi də Mirzə Cəlilova deyə biləcəyini dediyini, hətta ona bu işin bir az ağır iş olduğunu, işin razılıq məsələsini X47 sədri Vasif Talıbovun verəcəyini dediyini, Şahid1lə telefonda danışdıqdan sonra telefonda Asəflə danışdığını, Asəfin ondan telefonda yüz faiz işin alına biləcəyini souşduğunu, ona “həll olan işdir” dediyini, bir neçə gün sonra Asəf və Bəxtiyarla Naxçıvan şəhərində yerləşən Simit sarayında görüşdüyünü, Bəxtiyarın ona oğlunun sənədlərini və 5000 manat məbləğində pul verdiyini, səhərisi gün Zahidlə yaşadığı Naxçıvan şəhər H.Əliyev prospekti 40 məzil 8 ünvanında görüşdüyünü, Bəxtiyardan aldığı 5000 manat pulu Şahid1 verdiyini, pulu Zahidə verdikdən bir müddət keçdikdən sonra Zahiddən işin nə yerdə olduğunu soruşduğunu, Zahidin isə ona sədr icazə versin həll olunacaq dediyini, Bakı şəhərində olan zaman Bəxtiyarın onunla Bakı şəhərində görüşdüyünü, nə üçün işin bu qədər uzandığını soruşduğunu, onunla görüşən zaman pulu verdiyi adamla danışdığını, Bəxtiyarın yanında Zahidə zəng etdiyini, Zahidin telefonda ona sədrin razılıq verdiyini dediyini, bir qədər də gözləmələrini bildirdiyini, Bəxtiyar ilə sağollaşıb, çıxıb getdiyini, həmin vaxt Naxçıvanda dəyişiklik olduğuna görə yoxlamalar başladığını, Bəxtiyarın oğlunun iş məsələsinin həll olunmadığını, sonradan da Bəxtiyarın ona zəng etdiyini, Bəxtiyarın oğluna başqa iş düzəldəcəyini dediyini, ona görə də oğluna görə verdiyi pulu və sənədlərini geri qaytarmağını dediyini, ondan şikayət edəcəyini bildirdiyini, bundan başqa Zərərçəkmiş şəxs3 ilə onun bacısı oğlunu Universitetə düzəldən zaman tanış olduğunu, həmin vaxt Ülviyyə xanımın oğlunu konservatoriyaya düzəltmək üçün verilməli olan 5000 manat məbləğində pulu Vüsalə xanımdan uşaq xəstəxanasından götürən zaman orada onunla tanış olduğunu, sonradan Vüsalə xanımın ona müraciət edərək onun tanışılarını da işə və universitetə düzəltmək üçün ondan köməklik istədiyini, Vüsalə xanımın ona adlarını tanımadığı şəxsləri işə, universitetə düzəltmək üçün sənədlərini və pulları gətirdiyini, həmin şəxslərin pulları Vüsalə xanıma verdiklərini, Vüsalə xanımın da pulları ona gətirdiyini, Zərərçəkmiş şəxs7 şəxsən tanımadığını, Vüsalə xanımın vasitəçiliyi ilə onu Don Pionerə müəllimə kimi düzəltmək üçün ondan 2500 manat məbləğində pul aldığını, lakin onu məktəbə müəllimə kimi düzəldə bilmədiyini, Zərərçəkmiş şəxs8 şəxsən tanımadığını, Vüsalə xanımın vasitəçiliyi ilə onu səkkiz nömrəli bağçaya dayə kimi düzəltmək üçün ondan 2500 manat məbləğində pul aldığını, lakin onu bağçaya dayə kimi düzəldə bilmədiyini, Zərərçəkmiş şəxs12 şəxsən tanımadığını, Vüsalə xanımın vasitəçiliyi ilə onu yeddi nömrəli bağçaya ütüçü kimi düzəltmək üçün ondan 2500 manat məbləğində pul aldığını, lakin onu bağçaya ütüçü kimi düzəldə bilmədiyini, Zərərçəkmiş şəxs14 şəxsən tanımadığını, Vüsalə xanımın vasitəçiliyi ilə onu səkkiz nömrəli bağçaya müəllimə kimi düzəltmək üçün ondan 3500 manat məbləğində pul aldığını, lakin onu bağçaya müəllimə kimi düzəldə bilmədiyini, Zərərçəkmiş şəxs11 şəxsən tanımadığını, Vüsalə xanımın vasitəçiliyi ilə onu qızını tibb kollecinə tələbə kimi düzəltmək üçün ondan 3900 manat məbləğində pul aldığını, lakin onun qızını tibb kollecinə tələbə kimi düzəldə bilmədiyini, Zərərçəkmiş şəxs6 şəxsən tanımadığını, Vüsalə xanımın vasitəçiliyi ilə onun qızını məktəbə müəllimə kimi düzəltmək üçün ondan 1500 manat məbləğində pul aldığını, lakin onun qızını məktəbə müəllimə kimi düzəldə bilmədiyini, Zərərçəkmiş şəxs10 şəxsən tanımadığını, Vüsalə xanımın vasitəçiliyi ilə onun qızlarını texniki kollecə düzəltmək üçün ondan 4000 manat pul aldığını, lakin onun qızlarını müəllimə kimi düzəldə bilmədiyini, Zərərçəkmiş şəxs9 şəxsən tanımadığını, Vüsalə xanımın vasitəçiliyi ilə onun həyat yoldaşını 2500 manat pul qarşılığında on nömrəli bağçaya dayə kimi düzəldəcəyini dediyini, lakin pulu aldıqdan sonra onun işini həll etmədiyini, Vüsalə xanımın vasitəçiliyi ilə zərərçəkmiş şəxslərdən aldığı ümumilikdə 19200 manat pulun 5800 manatını Vüsaləyə geri qaytardığını, qalan 13400 manat məbləğində pulu isə öz şəxsi ehtiyaclarına xərclədiyini, bundan başqa Zərərçəkmiş şəxs4 oğlunu qabliyyət imtahanından keçirmək üçün 2022-ci ilin aprel ayında Naxçıvan şəhər Cahan Ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs4 6500 manat pul aldığını, lakin onun qabliyyət məsələsini həll etmədiyini, bir neçə ay keçdikdən sonra Nəsibin oğlunun hərbi çağırış məsələsinin ortaya çıxdığını, həmin məsələni həll etmək üçün anası Şahid2 xalası oğlu Şahid1 köməklik istədiyini, Nəsibin oğlu Tağının möhlət hüququ alması üçün 2000 manat pul verdiyini, həmin vaxt şirinlik kimi Şahid1 isə 500 manat pul verdiyini, sonradan isə əlavə olaraq ona 350 manat pul verdiyini, Tağının möhlət huququ məsələsini həll etsə də, onun qabliyyət məsələsini həll edə bilmədiyini, bundan başqa X10 vasitəçiliyi ilə onun tanışı Zərərçəkmiş şəxs13 həyat yoldaşı X55 işə düzəltmək adı ilə 2023-cü ilin may ayında Naxçıvan şəhərində 4000 manat pul aldığını, lakin sonradan X48 işə qəbul olunması məsələsini həll edə bilmədiyini, həmin 4000 manat pulu da geri qaytara bilmədiyini, bundan başqa X16 Naxçıvan MR Xəstəxanasına tibb bacısı olaraq işə düzəltmək adı ilə bağlı 2023-cü ilin iyun ayında Naxçıvan şəhərində 670 manat pulunu aldığını, lakin onun da işini həll edə bilmədiyini, ondan aldığı 670 manat pulu geri qaytara bilmədiyini, bundan başqa X10 vasitəçiliyi ilə onun xalası X22 Sumqayıt şəhərində yerləşən bağçalardan birinə tibb işçisi kimi düzəltmək adı ilə bağlı 2023-cü ilin iyun ayında Naxçıvan şəhərində 1900 manat pulunu aldığını, onun işini həll edə bilmədiyini, həmin pulu da sonradan geri qayatara bilmədiyini, bundan X10 vasitəçiliyi ilə onun qardaşı X4 vəsiqəsi düzəltmək adı ilə bağlı 2023-cü ilin iyun ayında Naxçıvan şəhərində Nuranədən 590 manat pul aldığını, sonradan ona sürücülük vəsiqəsi ala bilmədiyini, həmin pulu da sonradan geri qayatara bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, törətdiyi əmələ görə peşman olduğunu, bir də belə əməllərə yol verməyəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində təxminən iki il bundan əvvəl Leyla adlı xanımı bacısı İlahəyə görə tanıdığını, həmin vaxt Leylanın bacısıgildən oğlunu universitetə düzəltmək adı ilə pul aldığını, bacısının oğlunu universitetə düzəltdiyini, iş yoldaşları ilə birlikdə olan zaman söhbət edərkən iş yoldaşı Xəyalənin ona qızının universitetdən kəsildiyini dediyini, ona bacısı oğlunun da kəsildiyini, lakin Leyla adlı xanım olduğunu, müəyyən vəsait qarşılığında onu universitetə düzəldəcəyini dediyini bildirdiyini, Xəyalənin onun qızını da tibb kollecinə düzəltməsi üçün ondan köməklik istədiyini, bacısından Leylanın nömrəsini aldığını, Xəyalənin qızını tibb kollecinə düzəltmək üçün 3900 manat manat məbləğində pul istədiyini, Xəyalədən həmin pulu alaraq Leylaya verdiyini, Leylanın isə 3900 manat puldan ona köməklik etdiyi üçün şirinlik kimi 500 manat məbləğində pul verdiyini, Leylanın ona Bakı ilə iş gördüklərini, sənədlərin Bakıdan gəlcəyini dediyini, bundan əlavə qonşusu Xanımdan isə onu uşaq və gənclər mərkəzinə müəllimə düzəltmək adı ilə 2500 manat məbləğində pul aldığını, Xanım ilə məhəllədə söhbət edən zaman kənd məktəbində müəllimə işlədiyini, uşaqları balaca olduğu üçün gedib gəlməkdə çətinlik çəkdiyini, yaxın yerə gəlmək istədiyini dediyini, həmin vaxt ona Leyla adlı xanım olduğunu, ona köməklik edə biləcəyini dediyini, həmin vaxt Leylaya zəng etdiyini, Xanım ilə telefonda danışdıqlarını, Leylanın həll edə biləcəyini dediyini, həmin işə görə 2500 manat pul istədiyini, həmin pulu Xanımın ona verdiyini, Leylanın onun evinə gəldiyini, həmin pulu evdə ona verdiyini, həmin puldan 250 manatını isə şirinlik kimi Leylanın ona verdiyini, bundan əlavə Xanımın dayısı qızı Nətəvanı isə onu bağçaya dayə kimi düzəltmək adı ilə 2500 manat məbləğində pul aldığını, Xanımın ona dayısı qızı Nətəvanın da dayə kimi on bir nömrəli bağçaya düzəlmək istədiyini dediyini, Nətəvanın həyat yoldaşı Valeh ilə birlikdə Xanımgilə gəldiklərini, telefonda Leylaya zəng etdiyini, Leyla ilə telefonda danışdıqlarını, Leylanın həmin işə görə 2500 manat pul istədiyini, həmin pulu da Xanımın evində Nətəvangilin ona verdiklərini, Leylanın onun evinə gəldiyini, həmin pulu ondan aldığını, ona yenə də 250 manat şirinlik verdiyini, bundan əlavə Xəyalənin baldızı qızını Fərqanəni bağçaya musiqi müəlliməsi düzəltmək adı ilə 1500 manat məbləğində pul aldığını, həmin puldan da ona 250 manat məbləğində pul verdiyini, bundan əlavə Qonşusu Vəsilənin dayısı gəlini Nərmini bağçaya müəllimə düzəltmək adı ilə 3500 manat pul aldığını, onlar məhlədə söhbət edən zaman Nərmini bağçaya müəllimə düzəlmək istədiyini dediyini, Leylanın ona köməklik edə biləcəyini soruşduğunu, Leylanın nömrəsini verdiyini, Leyla ilə Nərminin telefonda danışdıqlarını, Leylanın Nərmindən 3500 manat pul istədiyini, Nərmingilin kredit götürərək həmin pulu düzəltdiklərini, həmin pulu Nərmingilin ona verdiklərini, Leylanın onun evinə gələrək pulu ondan aldığını, həmin puldan isə şirinlik kimi ona 500 manat pul verdiyini, sonradan işdən xəbər çıxmadığını, bundan əlavə Nərminin qızının qaynanası Sevdadan isə onu bağçaya texniki işçi düzəltmək adı ilə 2500 manat məbləğində pul aldığını, Leylaya zəng etdiyini, Leyla ilə telefonda danışdığını, Leylanın onu iki nömrəli bağçaya ütüçü kimi düzəldə biləcəyini dediyini, Sevdaya həmin işə görə Leylanın 2500 manat pul istədiyini dediyini, pulu Sevdagilin ona verdiklərini, həmin pulu Leylaya öz yaşadığı evdə verdiyini, Leylanın ona bu işdən şirinlik kimi 250 manat pul verdiyini, bundan əlavə iş yoldaşı Nətəvanın baldızı Zəminənin qızlarını texniki kollecə müəllimə düzəltmək adı ilə hərəsindən iki min olmaqla ümumilikdə 4000 manat məbləğində pul aldığını, Nətəvan ilə bir yerə işlədiklərini, işdə söhbət zamanı Nətəvanın ona həmin məsələni dediyini, Leyla ilə danışdığını, Leylanın qızları kollecə müəllimə kimi düzəldə biləcəyini dediyini, Leylanın ikisinə birlikdə 4000 manat pul istədiyini, həmin pulu Zəminənin yaşadığı evdə ona verdiklərini, həmin pulu Leylaya onların yaşadığı məhəllədə verdiyini, Leylanın isə ona həmin puldan şirinlik kimi 1200 manat pul verdiyini, bundan əlavə Nərminin qonşusu Xalidədən isə onu bağçaya xadimə düzəltmək adı ilə 2500 manat məbləğində pul aldığını, Xalidəni isə ona Nərminin dediyini, Leyla ilə danışdığını, Leylanın ona 2500 manata həll edə biləcəyini dediyini, həmin pulu Xalidənin yaşadığı evin qarşısında ona verdiyini, həmin pulu Leylaya verdiyini, Leylanın isə həmin puldan şirinlik kimi 250 manat məbləğində pul verdiyini, Leylanın şirinlik kimi bu işlərə görə ümumilikdə ona 3600 manat pul verdiyini, sonradan Leylanın onları aldatdığını, işləri həll etmədiklərini bildiklərini, pulları ondan istədiklərinə görə məcbur qalaraq həmin şəxslərin pullarını kredit götürərək ödədiyini, Leylanın isə sonradan ona aldığı pullardan 5800 manat məbləğində pulu hissə-hissə geri qaytardığını, lakin qalan 13400 manat məbləğində pul qaytarmadığını, ona dəfələrlə müraciət etsə də pulları geri qaytarmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində 2022-ci ilin aprel ayında oğlu X49 Dövlət Universitetinin Konservatoriya fakültəsinin qabliyyət imtahanından keçirmək istədiyini, həmin vaxt Naxçıvan şəhərində 48-ci məhəllədə yerləşən maşın təmiri sexində Rəvan Qarayev adlı şəxslə tanış olduğunu, onlar söhbət edən zaman Tağının qabliyyət məsələsini həmin şəxsə danışdığını, Rəvanın ona Leyla adlı tanışının olduğunu bu məsələdə ona köməklik edə biləcəyini dediyini, yanında Leyla xanıma zəng etdiyini, Rəvanın onu Leyla ilə Naxçıvan şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən parkda görüşdürdüyünü, Təqsirləndirilən şəxs oğlunun qabiliyyət məsələsini danışdığını, Leyla xanımın ondan oğlunun işini həll etmək üçün 6500 manat pul istədiyini, səhərisi gün Naxçıvan şəhərində Cahan Ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşdüyünü, oğlunun qabliyyət məsələsi üçün 6500 manat pulu Leyla xanıma verdiyini, pulu Leyla xanıma verdikdən sonra bir müddət keçsə də Leyla xanımın oğlunun işini həll edə bilmədiyini, oğlu Tağının hərbi xidmətə çağırış məsələsinin ortaya düşdüyünü, Leyla xanıma oğlunu hərbi xidmətə çağırdıqlarını, onun pulunu geri qaytarmasını dediyini, həmin vaxt Leyla xanımın oğlunu əsgərliyə çağırış müddətinin uzadılması ilə bağlı köməklik edə biləcəyini dediyini, onu Şahid1 adlı şəxslə tanış etdiyini, onların Naxçıvan şəhərində Leyla xanım ilə birlikdə Şahid1lə görüşdüklərini, Şahid1 onlara Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müavini Vüsal müəllimlə danışdığını, Vüsal Əliyevə 2000 manat məbləğində pul verəcəklərini dediyini, Təqsirləndirilən şəxs yaşadığı evə getdiklərini, Leylanın evdən pul götürüb gəldiyini, Şahid1 avtomobildə Leylaya “bəs mənim şirinliyim necə olacaq” dediyini, onların Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getdiklərini, Leyladan 2000 manat pulu aldığını, Zahid ilə birlikdə Vüsal müəllimin yanına getdiklərini, pulu çıxarıb stolun üstünə qoyduğunu, Zahid ilə birlikdə otaqdan çıxdıqlarını, onun avtomobilinə əyləşib Şahid1 yaşadığı Naxçıvan şəhər Tumbul kəndində yerləşən evinə getdiklərini, Leylanın avtomobildən yerə düşdüyünü, Şahid1 500 manat pul verdiyini, bir müddət sonra oğlunun möhlət məsələsinin həll olunduğunu, lakin Leyla xanımın oğlunun qabliyyət məsələsini həll etmədiyini, həmin vaxt Vüsal müəllimin yanına getdiyini, oğlunun Universitet məsələsinin həll olunmadığını dediyini, Vüsalın onun verdiyi 2000 manat pulu geri qaytardığını, sonra isə Şahid1 zəng etdiyini, Leyla xanımın oğlunun möhlət məsələsinə görə ona verdiyi 500 manat pulu istədiyini, lakin Şahid1 ona kiməsə verəcək pulunun olmadığını dediyini, həmin vaxt Leyla X2, onunla əlaqə saxlaya bilmədiyini, X11 çıxdıqdan sonra ona Şahid1 400 manat pul gətirib anası Yazgül xanıma verdiyini dediyini, həmçinin Leylanın ona oğlunun möhlət məsələsinə görə 500 manatdan əlavə olaraq Şahid1 350 manat pul verdiyini dediyini, Leyladan pulu ala bilmədiyi üçün ondan şikayət etdiyini, pulunu qaytarmasını istədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində böyük qızı Hacıyeva Sumrunun 2020-ci ildə imtahan verdiyini, həmin vaxt qızının birinci imtahandan kəsildiyini, qızı Sumrunun ikinci imtahanda balına görə bir neçə ixtisasa düşdüyünü, qızının Musiqi kollecində pianino ixtisası üzrə təhsil almaq istədiyini, lakin qızının balının həmin ixtisasa düşmədiyini, həyat yoldaşının bibisi qızının evinə qonaq gedən zaman həmin söhbətin orada açıldığını, həyat yoldaşının bibisinin kürəkəni İkramın onlara Leyla adlı tanışı olduğunu və həmin məsələni həll edə biləcəyini dediyini, bir neçə gün sonra İkram və həyat yoldaşı Ramilə ilə birlikdə Leyla adlı xanımın Naxçıvan Gənclər şəhərciyində yerləşən evinə getdiklərini, həmin vaxt Leyla xanıma qızının pianino ixtisasında təhsil almaq istədiyini, lakin balının həmin ixtisasa düşmədiyini dediyini, Leyla xanımın onlara köməklik edə biləcəyini dediyini, qızını həmin ixtisasa düzəltmək üçün beş min manat pul istədiyini, həmin vaxt onların tanışlarından dörd min manat pul aldıqlarını, həyat yoldaşı Ramilə və İkramın birlikdə bir gün sonra təkrar yenidən Leyla xanımın evinə getdiklərini, həmin vaxt həyat yoldaşı Ramilənin dörd min manat pulu Leyla xanıma verdiyini, Leyla xanımın birinci semestrdə qızının ixtisasını dəyişərək istədiyi pianino ixtisasına keçirəcəyini bildirdiyini, onun qızının ikinci turda dirijorluq ixtisasına qəbul olduğunu, birinci semestrdən sonra Leyla xanıma ixtisası dəyişməyini dediklərini, lakin onun müxtəlif bəhanələr gətirərək qızının ixtisasını dəyişdirmədiyini, onların Leylaya ixtisasını dəyişmək üçün verdikləri dörd min manatı pulu geri qaytarmasını dediklərini, hər dəfə müraciət edən zaman Leylanın müxtəlif bəhanələr gətirdiyini, pulu qaytarmadığını, qaytarmasını istədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs adlı xanımı tanışı Asəfə görə tanıdığını, Asəfin vasitəçiliyi ilə 2022-ci ilin sentyabr ayının 1-də Leyla xanımla tanış olduğunu, həmin vaxt oğlu X40 MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə işə düzəltmək istədiyini, tanışı Asəf adlı şəxlə birlikdə Təqsirləndirilən şəxs ilə Naxçıvan şəhər Əziz Əliyev küçəsində yerləşən “Simit Sarayı” adlanan yerdə görüşdüyünü, “Simit Sarayında” oğlunu işə düzəlməsi üçün 5000 (beş min) manat pulu Təqsirləndirilən şəxs verdiyini, Təqsirləndirilən şəxs ona oğlu Səxavət Novruzovun sentyabr ayının 3-də iş əmri çıxacağını dediyini, lakin pulu verdikdən sonra bir müddət keçsə də oğlunun işi ilə bağlı xəbər çıxmadığını, Leyla xanıma zəng etdiyini, Leyla xanımın ona səbirli olmağını, noyabr ayının əvvəlində əmrinin çıxacağını dediyini, bir müddət gözləsə də işlə bağlı heç bir xəbər çıxmadığını, Leyla xanım ilə əlaqə saxladığını, ona verdiyi pulu geri qaytarmasını dediyini, lakin onun yenə də müxtəlif bəhanələr gətirməklə pulunu geri qaytarmadığını, sonradan Təqsirləndirilən şəxs ona oğlunu işə düzəltməsi üçün verdiyi pulu tanışı Şahid1 adlı şəxsə verdiyini dediyini, Leyla ilə danışan zaman ona Naxçıvan Şəhər Hərbi komisarlığına getməsini dediyini, onu orada Vüsal müəllimin gözlədiyini dediyini, həmin yerə gəlsə də, onu heç kimin qəbul etmədiyini, Leylanın yenə də ona müxtəlif bəhanələr gətirməkdə davam etdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs9 ifadəsində Zərərçəkmiş şəxs3 dayısının oğlu Səmədə görə tanıdığını, Vüsalə xanımın Səmədgilin qonşuluğunda yaşadığını, həyat yoldaşını işə düzəltmək istədiyini, həmin vaxt dayısıoğlu Səmədin də həyat yoldaşını Vüsalə xanımın vasitəçiliyi ilə işə düzəltdiyini, onlara həyat yoldaşını işə düzəltməkdə kömək etmələrini dediyini, Vüsalə xanım həyat yoldaşını 10 nömrəli bağçaya dayə kimi düzəldə biləcəklərini dediyini, Vüsalə xanımın tanışı Leyla adlı xanımın həmin işi həll edəcəyini dediklərini, lazım olan sənədləri və işə düzəltmək üçün Leyla xanımın istədiyi 2500 manat məbləğində pulu Səmədgilin evində Vüsalə xanıma verdiyini, həmin vaxt 2021-ci ilin sentyabra ayının ortaları olduğunu, Vüsalə xanımın ona bir-iki ay ərzində həyat yoldaşının işə çıxacağını dediyini, lakin həmin müddət keçsə də həyat yoldaşının iş məsələsindən xəbər çıxmadığını, Vüsalə xanıma onun pullarını geri qaytarmasını dediyini, həmin vaxt Vüsalə xanımın pulları Leylalaya verdiyini dediyini, Vüsalə xanımın Leyla ilə danışıb pulu istədiyini dediyini, lakin Leylanın pulu vermədiyini dediyini, Vüsalə xanımın bankdan kredit götürərək pullarını verəcəyini dediyini, sonradan Vüsalə xanımın kredit götürərək onun 2500 manat pulunu verdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 ifadəsində Zərərçəkmiş şəxs3 qonşu olduqlarına görə tanıdığını, Culfa rayon Kırna kəndində müəllimə işlədiyini, iş yeri uzaq olduğu üçün başqa iş axtardığını, Vüsalə ilə söhbət edən zaman iş yerinin uzaq olduğunu başqa iş yeri axtardığını ona dediyini, həmin vaxt Vüsalənin ona Leyla adında tanışı olduğunu və ona köməklik edə biləcəyini dediyini, Vüsaləyə danışıb ona xəbər eləməsini dediyini, Vüsalənin bir neçə gün sonra ona Leyla ilə danışdığını dediyini, Leylanın onu Don pionerə ibtidai sinif müəlliməsi kimi düzəldə biləcəyini dediyini, həmin işə görə Vüsalə xanımın Leylanın 2500 manat istədiyini dediyini, bir neçə gün ərzində o pulu tapdığını, Vüsalə xanımın onu işə düzəldən xanımla danışdığını, sənədlərini hazırlamağını dediyini, 2021-ci ilin sentyabr ayının 5-i Vüsalə xanımla yaşadığı evdə görüşdüyünü, həmin vaxt hazırladığı sənədləri və 2500 manat pulu Vüsalə xanıma verdiyini, Vüsalə xanımın ona oktyabr ayının biri işə çıxacağını dediyini, oktyabrın biri gəlib çatdıqdan sonra Vüsalə xanımın ona bir ay da gözləməyini dediyini, noyabr ayının birinə kimi gözlədiyini, lakin yenə də onun işə başlamağından heç bir xəbər çıxmadığını, Vüsalə xanıma onun pullarını geri qaytarmasını dediyini, həmin vaxt Vüsalə xanımın pulları Leylaya verdiyini, Leyla ilə danışıb pulu istədiyini dediyini, lakin Leylanın pulu vermədiyini bildirdiyini, Vüsalə xanımın bankdan kredit götürərək pulunu verəcəyini dediyini, sonradan Vüsalə xanım kredit götürərək onun 2500 manat pulunu geri qaytardığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs12 ifadəsində Zərərçəkmiş şəxs3 Vüsalə xanımın qonşusu Vəsilə xanıma görə tanıdığını, hərdən Vəsilə xanımın evində görüşdüklərini, Vəsilə xanımgildə olan zaman işə düzəlmək söhbəti getdiyini, həmin vaxt işə düzəlmək istədiyini dediyini, Vüsalə xanımın tanışı olduğunu, ona işə düzəlməkdə köməklik edə biləcəyini dediyini, bir neçə gün sonra Vüsalə xanımın ona zəng etdiyini, həmin şəxslə danışdığını onu yeddi nömrəli bağçaya ütüçü kimi işə düzəldə biləcəyini dediyini, ondan həmin işə görə 2500 manat pul istədiyini, Vüsalə xanım onu işə düzəldən xanımla danışdığını sənədlərini hazırlamağını dediyini, 2021-ci ilin sentyabr ayının 25-i Vüsalə xanımla onun yaşadığı Y.Cabbarov küçəsində yerləşən evlərinin qarşısında görüşdüyünü, 2500 manat pulu və sənədləri Vüsalə xanıma verdiyini, ona uzağı on beş gün sonra işə çağırılacağını dediyini, lakin on beş gün keçdikdən sonra onun işindən xəbər çıxmadığını, sonradan həmin bağçada yer olubolmaması ilə maraqlandığını, həmin bağçada vakant iş yeri olmadığını ona dediklərini, ondan sonra Vüsalə xanıma onun pulunu qaytarmasını dediyini, Vüsalənin ona bir qədər də gözləməsini dediyini, lakin ona işləmək istəmədiyini dediyini, həmin pulu borca aldığını, qaytarıb verməli olduğunu dediyini, Vüsalə xanımın bir müddət sonra onun 2500 manat pulunu geri qaytardığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs14 ifadəsində Zərərçəkmiş şəxs3 həyat yoldaşının bibisi qızı Vəsilə xanıma görə tanıdığını, Vəsiləgilə gedən zaman Vüsalə xanımın da orada olduğunu, həmin vaxt söhbət zamanı işə düzəlmək istədiyini dediyini, həmin vaxt Vüsalə xanımın ona bir nəfər tanışının olduğunu dediyini, həmin şəxsin ona işə düzəlməyində kömək edə biləcəyini dediyini, Vüsalə xanımın həmin şəxslə danışıb ona xəbər edəcəyini dediyini, bir neçə gün sonra Vüsalə xanımın ona zəng etdiyini, həmin şəxslə danışdığını onu təzə açılacaq səkkiz nömrəli bağçaya müəllimə düzəldəcəyini dediyini, Vüsalə xanımın onu həmin işə düzəltmək üçün 3500 manat pul istədiyini, Vüsalə xanımın onu işə düzəldən xanımla danışdığını sənədlərini hazırlamağını dediyini, 2021-ci ilin sentyabr ayının axırlarında Vüsalə xanımla onun işlədiyi uşaq xəstəxanasında görüşdüyünü, Vüsalə xanıma 3500 manat pulu və hazırlamasını dediyi sənədləri, yaşayış yerindən arayışı, xasiyyətnamə, anket, ərizə, şəxsiyyət vəsiqəsinin surətini verdiyini, ona 2022-ci ilin yanvar aynın birində işə başlayacağını dediyini, sonradan ona mart ayında bağçanın işə başlayacağını, onun da mart ayında işə başlayacağını dediyini, lakin 2022-ci ilin mart ayı olduğunu, onun işindən xəbər çıxmadığını, işinin həll olmadığını gördükdən sonra Vüsalə xanıma onun pulunu qaytarıb verməsini dediyini, həmin vaxt Vüsalə xanımın ona pulu işə düzəltməsi üçün Leyla adlı xanıma verdiyini dediyini, həmin xanımın Bakı şəhərində olduğunu, Naxçıvan şəhərinə gələn zaman pulunu verəcəyini dediyini, lakin bir müddət keçsə də onun pulunu vermədiklərini, sonradan Vüsalə xanımın kredit götürərək onun 3500 manat pulunu verdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs8 ifadəsində Zərərçəkmiş şəxs3 qonşuları Nərmin xanıma görə tanıdığını, Nərmin xanım ilə söhbət edən zaman işə düzəlmək istədiyini dediyini, həmin vaxt Nərminin ona tanıdığı Vüsalə adlı xanım olduğunu dediyini, həmin xanımın ona işə düzəlməyində köməklik edə biləcəyini dediyini, Nərmindən Vüsalə xanımın nömrəsini aldığını, Vüsalə xanım ilə telefonda danışdığını, Vüsalə xanıma onu bağçada işə düzəltməsini dediyini, Vüsalə xanımın ona danışıb xəbər edəcəyini dediyini, bir neçə gün sonra Vüsalə xanımın ona zəng etdiyini, onu səkkiz nömrəli bağçaya dayə kimi işə düzəldə biləcəyini dediyini, Vüsalə xanımın onu işə düzəldən xanımla danışdığını, sənədlərini hazırlamağını dediyini, onu səkkiz nömrəli bağçaya dayə kimi düzəltmək üçün üç min manat pul istədiyini, lakin o qədər pulunun olmadığını dediyini, Vüsalə xanımla 2500 manata razılaşdığını, 2021-ci ilin sentyabr ayının iyirmisi Vüsalə xanımla Naxçıvan şəhərində 10 nömrəli məktəbin yaxınlığında görüşdüyünü, həmin vaxt ona hazırlmağını dediyi sənədləri, yaşayış yerindən arayışı, xasiyyətnamə, anket, ərizə, şəxsiyyət vəsiqəsinin surətini və 2500 manat pulu Vüsalə xanıma verdiyini, ona 2022-ci ilin yanvar aynın birində işə başlayacağını dediklərini, lakin 2022-ci ilin yanvar ayı olduğunu, onun işindən xəbər çıxmadığını, işin həll olmadığını gördükdən sonra Vüsalə xanıma onun pulunu qaytarıb verməsini dediyini, həmin vaxt Vüsalə xanımın pulu onu işə düzəltməsi üçün Leyla adlı xanıma verdiyini dediyini, həmin xanımın Bakı şəhərində olduğunu, Naxçıvan şəhərinə gələn zaman pulunu verəcəyini dediyini, lakin bir müddət keçsə də onun pulunu vermədiklərini, sonradan Vüsalə xanımın kredit götürərək onun 2300 manat pulunu verdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs10 06 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmiş və 05 mart 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını, həmin iş üzrə istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs10 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət və düşmənçilik olmadığını, Zərərçəkmiş şəxs3 qardaşının həyat yoldaşı Nətəvan xanıma görə tanıdığını, Nətəvan ilə Vüsalənin bir yerdə işlədiklərini, həmin vaxt onlar söhbət edən zaman Vüsalə xanımın bir nəfər tanışının olduğunu işə düzəlməkdə köməklik edə biləcəyini dediyini, Nətəvanın ona zəng etdiyini, qızlarını işə düzəltmək istəyibistəmədiyini soruşduğunu, qızlarının işləmək istədiklərini dediyini, Nətəvanın ona iş yoldaşı Vüsalənin bir nəfər tanışı olduğunu, işə düzəlməkdə köməklik edə biləcəyini dediyini, qızlarının hər ikisini işə düzəltmək istədiyini, qızlarını Texniki kollecdə müəllimə kimi işə düzəldə biləcəklərini dediyini, həmin vaxt bir dəfə Vüsalə xanımın vasitəçiliyi ilə Leyla ilə danışdığını, Leyla xanımın ona “narahat olma qızlarının işini yüz faiz həll edəcəyəm” dediyini, onunla 4000 manat məbləğində pul vermək barəsində razılaşdıqlarını, həmin pulu 2021-ci ilin oktyabr ayında 10 nömrəli məktəbin yaxınlığında Vüsalə xanıma verdiyini, ona uzağı bir ay müddətində qızlarının işə başlayacağını dediklərini, lakin həmin müddət tamam olsa da qızlarının işindən xəbər çıxmadığını, Vüsalə xanıma ona verdiyi pulu geri qaytarmasını dediyini, bir müddət sonra Vüsalə xanımın kredit götürərək onun pulunu geri qaytardığını bildirmişdir. Zərərçəkmiş şəxs X23 30 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmiş və 10 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Naxçıvan Şəhər Məhkəməsində baxılan Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını, həmin iş üzrə Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X23 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında qohumçuluq və düşmənçilik münasibəti olduğunu, 2023-cü ilin may ayında Leyla ilə Naxçıvan şəhərində 3 nömrəli uşaq bağçasının qarşısında tanış olduğunu, parka uşaqlarını aparan zaman Leylanın da balaca uşağını oraya gətirdiyini, həmin vaxtı aralarında münasibət yarandığını və bir-birinin evinə gedib gəlməyə başladıqlarını, Leyla ilə söhbət zaman ona pensiya, qayı, tibb sahəsində və Hava Limanında vətəndaşları işə düzəltdiyini dediyini, ona inanıb onunda Bakıda tibb kollecini bitirdiyini, onu da işə düzəltməsini dediyini, Leylanın ona danışıb xəbər edəcəyini dediyini, Leylanın onu Naxçıvan MR Xəstəxanasına tibb bacısı kimi işə düzəldə biləcəyini dediyini, sənədləri hazırlayıb Leylaya verdiyini, Leylanın da ilkin olaraq ondan 1000 manat pul istədiyini, Leylaya imkanının olmadığını dediyini, Leylanın ona “gücün nəyə çatırsa göndər” dediyini, Leylaya 670 manat pul verdiyini, bir müddət gözlədikdən sonra Leylanın onu Səhiyyə Nazirliyinə göndərdiyini, oraya gedib işə düzəlmək üçün müraciət etdiyini, ona imtahan zamanı yaxınlaşıb qeydiyyatdan keçməsini dediklərini, ancaq Leylanın onu imtahansız işə düzəldəcəyini dediyini, sonra Leylanın ona oradan imtahan istədiklərini dediyini, Leyladan işinin nə zaman düzələcəyini soruşduğunu, Leylanın onu tibb bacısı kimi yox, baş tibb bacısı kimi işə düzəldəcəyini, səbirli olmağını dediyini, 2023-cü ilin iyun ayında o, rəfiqəsi Səkinə ilə söhbət zamanı Leyla barəsində ona danışdığını, Səkinə ilə həyat yoldaşlarının iş yoldaşı olduqlarını, Səkinənin də heç bir yerdə işləmədiyini, X45 işə düzəlmək istədiyini dediyini, Leylanın “4000 manat gətirsin, işə düzəldərəm” dediyini, Səkinəgilin ona 4000 manat pul verdiklərini, həmin pulu Leylanın yaşadığı binanın həyətində aparıb Leylaya əldən verdiyini, bundan əlavə Leylaya xalası X24 da Sumqayıt şəhərində bağçada işə düzəltməsini dediyini, Leylanın da həmin işə görə 2500 manat pul istədiyini, həmin pulun qarşılığında Leylanın xalası Ülkəri bağçada tibb işçisi kimi işə düzəldəcəyini, xalasına iş üçün 2500 manat pul lazım olduğunu dediyini, xalasının da ona 1300 manat pul göndərib qalanını işə düzəldikdən sonra verəcəyini dediyini, Leyla da pulun az olduğunu bildirdiyini, həmin pulun üzərinə əlavə 600 manat qoyub Leylaya verdiyini, ondan əlavə Leylaya qardaşı X4 vəsiqəsi almaq istədiyini dediyini, Leylanın sürücülük vəsiqəsinə görə isə 590 manat pul istədiyini, qardaşı Turanın ona 590 manat pul göndərdiyini, 590 manat pulu Leylanın kart hesabına göndərdiyini, sonradan Leylanın onun və qohumlarının işini düzəltmədiyini və hər dəfə müxtəlif bəhanələr gətirib işi gecikdirdiyini, axırda Leylanın dələduzluq edərək onu aldadıb pulunu ələ keçirdiyini öyrəndiyini, Leyladan pullarını istəsə də onun pulları geri qaytarmadığını, hamı ondan pulunu istədiyi üçün məcbur qalıb bankdan kredit götürüb hamının pulunu ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxs13 30 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmiş və 10 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını, həmin iş üzrə Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs13 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında qohumçuluq və düşmənçilik münasibəti olmadığını, onun iş yoldaşı Şahid4 2023-cü ilin may ayında ona bir nəfər tanıdığı Leyla adında xanım olduğunu, həmin xanımın işə düzəlməkdə köməklik etdiyini dediyini, həmin vaxt həyat yoldaşı X55 işə düzəltmək istədiyini, Azərin ona Leyla ilə həyat yoldaşının münasibəti olduğunu, ona danışıb xəbər edəcəyini dediyini, bir neçə gün sonra Azərin ona Leyla xanımın onun həyat yoldaşı X55 işə düzəldə biləcəyini dediyini, Leyla adlı xanımın həmin işə görə 4000 manat pul istədiyini, 2023-cü ilin may ayının 21-də 4000 manat pul verdiyini, Azərin ona Leyla xanımın iyun ayının 15-i həyat yoldaşı Səkinənin işə çıxacağını dediyini, Azərə iyun ayının iyirmi birinə kimi ona vaxt verdiyini dediyini, iyun ayının 17-si həyat yoldaşının Hava Limanının müdirinin qəbuluna getməli olduğunu dediklərini, lakin sonradan maraqlandığını, elə bir məsələnin olmadığını bildiyini, Sonra Azərə onun işinin həll olunmadığını dediyini, pulunu geri qaytarmalarını bildirdiyini, həmin vaxt Leyla adlı xanımın ona zəng etdiyini, Leylanın ona bir bir qədər vaxt vermələrini dediyini, ona işin həll olunacağını dediyini, lakin onunla razılaşmadığını, pulunu geri qaytarmalarını dediyini, bir müddət sonra Azərgilin kredit götürərək onun pulunu geri qaytardıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs11 15 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, üzrlü səbəbdən ötrü məhkəmə iclaslarında iştirak edə bilmədiyini, bunu nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmiş və 09 dekabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, tələb və şikayəti olmadığını nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ifadəsində Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası mərkəzi uşaq xəstəxanasında xadimə işlədiyini, qızı İlahə Qaybalıyevanın 2022-ci ildə Universitetə qəbul olmaq üçün imtahan verdiyini, həmin vaxt qızının Universitetə qəbul ola bilmədiyini, qızının ikinci turdan Musiqi kollecinə qəbul olmasını istədiyini, işdə olan zaman iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə söhbət edən zaman qızının Universitetdən kəsildiyini dediyini, həmin vaxt Vüsalə xanımın bacısının oğlunun da Universitetdən kəsildiyini dediyini, Vüsalə xanımın bir nəfər şəxs tanıdığını, onun bacısı oğlunu ikinci turla Universitetə düzəltdiyini dediyini, Vüsalə xanımın həmin şəxsə onun qızına da köməklik etməsini dediyini, Vüsalənin həmin şəxslə danışıb xəbər edəcəyini dediyini, 2022-ci ilin oktyabr ayında Vüsalə xanımın həmin şəxslə danışdığını dediyini, qızı İlahəni Musiqi kollecinə düzətmək üçün üç min manat pul istədiyini dediyini, pulu hazırladıqdan sonra 2022-ci ilin oktyabr ayının 25-i Vüsalənin yaşadığı Naxçıvan şəhər Y.Cabbarov küçəsinə getdiyini, Vüsalə ilə yaşadığı məhlədə görüşdüyünü, üç min manat məbləğində pulu Vüsaləyə verdiyini, bir həftə keçdikdən sonra Vüsalənin ona həmin şəxsin qızını Musiqi Kollecinə qeydiyyatdan keçirə bilmədiyini, qızı İlahəni Tibb kolecinə düzəltməli olacağını dediyini, lakin onlardan 500 manat əlavə pul istədiyini, 500 manat pulu bir neçə gün sonra işlədiyi xəstəxanada Vüsaləyə verdiyini, bir ay keçdikdən sonra Vüsalənin ona lazım olan sənədləri dediyini, qızının attestatının əslini, surətini, sağlamlıq haqqında sənədi və şəxsiyyət vəsiqəsinin surətini Vüsaləyə verdiyini, Vüsalənin ona qızının ödənişi üçün 400 manat pul verməli olduğunu dediyini, həmin pulu ödəsə qızının dərsə başlayacağını, sənədləri təsdiq olunması üçün Bakıya göndərildiyini, 400 manat pulu da işlədiyi xəstəxanada Vüsaləyə verdiyini, onların 2023-cü ilin yanvar ayına kimi gözlədiyini, hər dəfə “sənədlər hələ təsdiq olunmayıbdır” dediyini, qızının işi həll olunmadıqdan sonra Vüsaləyə pulunu qaytarmalarını dediyini, həmin vaxt Vüsalənin aldığı pulları X41 verdiyini dediyini, həyat yoldaşı Səbri Qaybalıyevin iş yerinə gəldiyini, Vüsalədən pulu istəyən zaman Vüsalənin yoldaşı ilə onun yanında Leyla adlı xanıma zəng etdiyini, Leylanın telefonda pullarını iki həfətəyə qaytaracağını dediyini, lakin həmin söhbətdən xeyli müddət keçsə də onların pullarını qaytarıb vermədiyini, sonradan Vüsalə xanımın kredit götürərək onların 3900 manat pulunu geri qaytardığını, bundan başqa həmin vaxt bibisi qızı Zərərçəkmiş şəxs6 da qızını işə düzəltmək istədiyini, həmin vaxt Vüsaləyə bir nəfər qohumunun olduğunu onunda qızını işə düzəltmək istədiyini dediyini, Vüsalənin Leyla ilə danışdığını, Leyla xanımın Səməngülün qızını musiqi məktəbinə müəlim kimi düzəldəcəyini dediyini, Səməngülün qızını məktəbə müəllimə kimi düzəltmək üçün 1500 manat pul istədiyini, Səməngülün onların məhəlləsində yaşadığını, Səməngüldən 1500 manat pul götürdüyünü, işdə olan zaman pulu Vüsaləyə verdiyini, Vüsalənin isə həmin pulu Leylaya verdiyini, lakin sonradan Səməngülün qızının da iş məsələsinin alınmadığını, pulu Leyladan isətsələr də pulu geri qaytarmadığını, Sonradan Vüsalənin həmin 1500 manat pulu onlara geri qaytarıb verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 03 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını, ərizəsini nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmiş və 09 dekabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, tələb və şikayəti olmadığını nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ifadəsində Naxçıvan Muxtar Respublikası yoluxucu xəstəliklər xəstəxanasında xadimə işlədiyini, qızını məktəbə müəllimə kimi düzəltmək istədiyini, qızının işi ilə bağlı söhbət edən zaman bibisiqızı Xəyalənin ona iş yoldaşı Vüsalə xanımın olduğunu, Vüsalə xanımın tanışı olduğunu, qızı Fərqanəni işə düzəltməyə kömək edə biləcəyini dediyini, Xəyalənin Vüsalə ilə danışıb xəbər edəcəyini dediyini, Xəyalənin bir neçə gün sonra Vüsalə ilə danışdığını onun tanışının qızı Fərqanəni bağçaya müəllimə kimi düzətmək üçün 1500 manat pul istədiyini dediyini, 2023-cü ilin oktyabr ayının 27-i 1500 manat pulu bibisiqızı Xəyaləyə verdiyini, Xəyalənin həmin gün pulu birlikdə işlədikləri xəstəxanada Vüsalə xanıma verdiyini, qısa müddət ərzində qızının işə çıxacağını dediklərini, lakin pulu verdikdən sonra bir ay keçsə də işdən xəbər çıxmadığını, bir müddət də gözlədiyini, sonra isə Xəyaləyə onun pulunu Vüsalənin qaytarıb verməsini dediyini, bir müddət keçdikdən sonra Vüsalənin onun pulunu geri qaytardığını bildirmişdir. Zərərçəkmiş şəxs X46 25 sentyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını, ərizəsini nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmiş və 27 yanvar 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X46 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında qohumçuluq və düşmənçilik münasibəti olmadığını, onun bacısı X14 Naxçıvan şəhərində yaşadığını, Nuranənin həyat yoldaşının Naxçıvan şəhərində hərbidə işlədiyi üçün onların orada yaşadıqlarını, 2023-cü ilin iyun ayında o, bacısı ilə danışan zaman ona sürücülük vəsiqəsi almaq istədiyini dediyini, həmin vaxt ona sürücülük vəsiqəsi almaqda köməklik edəcək şəxs lazım olduğunu, bacısı Nuranənin ona bir nəfər Leyla adında tanışı olduğunu, həmin şəxsin ona sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini dediyini, bacısının Leyla ilə danışdıqdan sonra ona zəng etdiyini, Leyla adlı xanımın ona köməklik edəcəyini dediyini, bacısının ona Leyla xanımın sürücülük vəsiqəsinə görə 590 manat məbləğində pul istədiyini dediyini, sürücülük vəsiqəsi almaq üçün bacısına Leylaya verməsi üçün 590 manat məbləğində pul göndərdiyini, sonradan Leyla xanımın onun işini həll etmədiyini, pulunu geri istəsə də müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmadığını, sonradan bacısının kredit götürərək onun pulunu geri qaytardığını bildirmişdir. Zərərçəkmiş şəxs X42 10 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Naxçıvan Şəhər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə baxılan iş üzrə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını, iş üzrə ibtidai istintaq mərhələsində verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X42 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında qohumçuluq və düşmənçilik münasibəti olmadığını, onun bacısı qızı X14 Naxçıvan şəhərində yaşadığını, 2023-cü ilin iyun ayında bacısı qızı ilə danışan zaman işə düzəlmək istədiyini dediyini, həmin vaxt bacısı qızı Nuranənin ona bir nəfər Leyla adında tanışı olduğunu, həmin şəxsin onu işə düzəldə biləcəyini dediyini, Nuranəyə həmin xanımla danışmasını dediyini, Nuranənin Leyla ilə danışdıqdan sonra onu Sumqayıt şəhərində yerləşən bağçalardan birinə tibb işçisi kimi işə düzəldəcəyini dediyini, Nuranənin ona Leyla xanımın 2500 manat pul istədiyini dediyini, Nuranəyə 1300 manat pul göndərdiyini, Nuranənin həmin pulun üstünə 600 manat da əlavə pul qoyaraq Leyla xanıma verdiyini, Nuranəyə iş düzələndən sonra qalan pulu da verəcəyini dediyini, sonradan Leyla xanımın onun işini həll etmədiyini, pulunu geri istəsə də müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmadığını, sonradan bacısı qızı Nuranənin kredit götürərək onun pulunu geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs1 əvvəlcədən tanıdığını, Bəxtiyar ilə onun arasında dostluq münasibəti olduğunu, qızının Tibb kollecində təhsil aldığını, həmin vaxt Leyla xanımın orada dərs dediyini, qızının oxuduğu kollecə gələn zaman Leyla ilə tanış olduğunu, Leylanın ona işə düzəlməkdə nəsə lazım olsa köməklik edə biləcəyini dediyini, Bəxtiyar ilə birlikdə olan zaman ona oğlu Səxavətin işdən çıxdığını dediyini, Səxavəti Şərur rayon Hərbi komisarlığına işə düzəltmək istədiyini dediyini, həmin vaxt Leylanın dediklərinin yadına düşdüyünü, Bəxtiyara Leyla barəsində danışdığını, Bəxtiyarın ona həmin xanımla danışmasını dediyini, Leyla xanımla danışdığını, bir nəfər tanışı olduğunu və oğlunu Şərur hərbi komisarlığına işə düzəltmək istədiyini dediyini, Leyla xanımın ona işini həll edə biləcəyini dediyini, Leylanın nömrəsini Bəxtiyara verdiyini, həmin vaxt 2022-ci ilin sentyabr ayı olduğunu, Bəxtiyarın Leyla ilə danışdıqdan sonra razılşadıqlarını, ondan 5000 manat pul istədiyini dediyini, Bəxtiyarın lazım olan sənədləri və pulu hazırladığını, Bəxtiyarın ona Naxçıvan şəhərinə gəlməsini dediyini, Naxçıvan şəhərinə gəldiyini, Bəxtiyar ilə birlikdə Təqsirləndirilən şəxs ilə Cahan Ticarət mərkəzinin qarşısında yerləşən Simit Sarayında görüşdüklərini, həmin vaxt Bəxtiyarın sənədləri və 5000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini, onların Bəxtiyar ilə oradan çıxıb getdiklərini, Təqsirləndirilən şəxs onlara on beş gün müddətində Səxavətin əmrinin çıxacağını dediyini, Bəxtiyargilə məlumat veriləcəyini dediyini, lakin həmin müddət tamam olduqdan sonra Leylanın işi həll edə bilmədiyini, Bəxtiyar Leylaya zəng etsə də hər dəfə müxtəlif bəhanələr gətirdiyini, Bəxtiyarın Leylaya onun pulunu geri qaytarmağını desə də Leylanın həmin 5000 manat pulu geri qaytarmadığını, Bəxtiyarın ondan polisə şikayət etmək qərarına gəldiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2015-ci ildə Hərbi komisarlıqdan təqaüdə çıxdığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, Təqsirləndirilən şəxs onun xalası qızı Yazgülün qızı olduğunu, təxminən üç il bundan əvvəl xalası qızı Yazgülün ona zəng etdiyini, qızı Leylanın vayonkamat ilə bağlı bir məsələsi olduğunu və ona bu işdə köməklik etməyini dediyini, Yazgülün ona Leyla ilə görüşməsini dediyini, Leyla ilə Naxçıvan şəhərində görüşdüyünü, həmin vaxt Leyla ilə tanış olduğunu, Leylanın ona bir nəfər padurqası olduğunu, onun hərbi komisarlıq ilə bağlı bir məsələsinin olduğunu dediyini, bir illik möhlət hüququnu həll etmək üçün 6000 manat pul istədiklərini dediyini, Leylaya həmin pulu kimin istədiyini dediyini, onun bir nəfər müəllimin adını çəkdiyini, həmin şəxsin adını hazırda yaddaşında olmadığını dediyini, həmin şəxsin Leylaya bir il möhlətə görə Vüsal müəllimin 6000 manat pul istədiyini dediyini, Leylaya elə bir şey ola bilmədiyini dediyini, Leylaya ona bir şərtlə kömək edə biləcəyini, həmin şəxsin özü ilə onu tanış etməsini dediyini, Leylanın həmin şəxsin özünü gətirəcəyini dediyini, bir neçə gün sonra Leylanın sonradan adının Nəsib olduğunu bildiyi şəxsi və onun oğlunu onunla görüşdürdüyünü, Nəsibdən həmin məsələni soruşduğunu, Nəsibin ona oğluna bir illik möhlətə görə 6000 manat pul istədiklərini dediyini, Nəsibdən pulu kimin istədiyini soruşduğunu, Nəsibin ona həmin pulu Vüsal müəllimin istədiyini dediyini, Nəsibə onu Vüsal müəllimin yanına aparacağını dediyini, Nəsib və onun oğlu Tağını da götürüb, birlikdə Vüsal müəllimin yanına getdiyini, həmin vaxt Leylanın isə avtomobildə onları gözlədiyini, özünün və Nəsibin Vüsal müəllimin yanına girdiyini, Nəsibin oğlunun da çöldə gözlədiyini, Vüsal müəllimə Nəsibdən bir nəfərin bir illik möhlətə görə onun adından 6000 manat pul istədiyini dediyini, Vüsal müəllimin ona sizdən həmin pulu istəyən şəxsin onu aldatdığını dediyini, hamının möhlət pulunu bildiyini dediyini, Vüsal müəllimə Nəsibə köməklik etməsini dediyini, Nəsibin Vüsala 2000 manat pul verdiyini, otaqdan çıxıb getdiklərini, Nəsib və Leylanın ondan razılıq etdiklərini, onlar avtomobildə gedən zaman Leylaya onun şirinliyinin necə olacağını dediyini, Leylanın ona həll edəcəyini dediyini, yaşadığı evin qarşısına çatdıqdan sonra avtomobildən düşdüyünü, Leylanın da avtomobildən düşüb onun arxasınca gəldiyini, ona 400 manat pul verdiyini, Leylanın yenidən Nəsibin avtomobilinə mindiyini, çıxıb getdikərini, təxminən həmin söhbətdən bir il keçdikdən sonra evə gələn zaman qapıda asılmış bir vərəq gördüyünü, həmin vərəqdə bir nömrə qeyd olunduğunu, həmin nömrəyə zəng etməyini yazdıqlarını, həmin nömrəyə zəng etdiyini, həmin şəxsin telefonda ona Nəsib olduğunu dediyini, bir il bundan əvvəl vayonkomat məsələsində ona köməklik etdiyini dediyini, Nəsibdən nəsə problem olduğunu soruşduğunu, Nəsibin isə ona problem olmadığını dediyini, lakin başqa məsələ olduğunu, nə məsələ olduğunu soruşduğunu, Nəsibin onu məhkməyə verəcəyini dediyini, “nə üçün” deyə soruşduğunu, Nəsibin ona “siz məsələni bilmirsiniz, qohumunuz Təqsirləndirilən şəxs mənim oğlumun universitet məsələsini həll etməmişdir” dediyini, onun və Vüsal müəllimin adını vermək məcburiyyətində olduğunu dediyini, Nəsibə “mənim nə günahım var” dediyini, həmin məsələni Nəsibdən öyrəndikdən sonra Leylaya zəng etdiyini, onu nə üçün problemə saldığını soruşduğunu, Leylanın Nəsibin bir də ona zəng etməyəcəyini dediyini, bir müddət ona heç kimin zəng etmədiyini, həmin söhbətdən təxminən bir il keçdikdən sonra Nəsibin ona yenidən zəng etdiyini, işi məhkəməyə verəcəyini dediyini, sonradan Yazgülün ona zəng etdiyini, Leylanın ona verdiyi pulu geri qaytarmağını dediyini, bacısı oğlu Qafar ilə birlikdə Yazgülün qaldığı evə getdiyini, bacısı oğlunun telefon çəkilişi etdiyini, videogörüntü ilə həmin 400 manat pulu Yazgülə verdiyini, pulu Yazgülə verdikdən sonra Nəsibin yenə də ona zəng etdiyini, Nəsibə həmin pulu Leylanın anası Yazgülə verdiyini dediyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində böyük qızı Hacıyeva Sumrunun 2020-ci ildə imtahan verdiyini, həmin vaxt onun qızının birinci imtahandan kəsildiyini, qızı Sumrunun ikinci imtahanda balına görə bir neçə ixtisasa düşdüyünü, həmin vaxt qızının Musiqi kollecində pianino ixtisası üzrə təhsil almaq istədiyini, lakin qızının balının həmin ixtisasa düşmədiyini, bibisiqızıgilə qonaq gedən zaman həmin söhbətin orada açıldığını, bibisi qızının həyat yoldaşı İkramın həmin vaxt Leyla adlı tanışının olduğunu, onlara köməklik edəcəyini dediyini, bir neçə gün sonra İkram və həyat yoldaşı Taleh ilə birlikdə Leyla adlı xanımın Naxçıvan Gənclər şəhərciyində yerləşən evinə getdiklərini, həmin vaxt Leyla xanıma qızının pianino ixtisasında təhsil almaq istədiyini, lakin balının həmin ixtisasa düşmədiyini dediyini, Leyla xanımın onlara köməklik edə biləcəyini dediyini, qızını həmin ixtisasa düzəltmək üçün beş min manat pul istədiyini, həmin vaxt tanışından dörd min manat pul aldığını, həyat yoldaşı Taleh və İkramla birlikdə bir gün sonra təkrar yenidən Leyla xanımın evinə getdiyini, həmin vaxt dörd min manat pulu Leyla xanıma verdiyini, Leyla xanımın birinci semestrdə qızının ixtisasını dəyişərək istədiyi pianino ixtisasına düzəldəcəyini dediyini, onun qızının ikinci turda dirijorluq ixtisasına qəbul olduğunu, birinci semestrdən sonra Leyla xanıma ixtisası dəyişməyini dediklərini, lakin onun müxtəlif bəhanələr gətirərək qızının ixtisasını dəyişdirmədiyini, ona ixtisasını dəyişmək üçün verdikləri dörd min manatı bu günə kimi geri qaytarmadığını, hər dəfə müraciət edən zaman müxtəlif bəhanələr gətirdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid5 06 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət və düşmənçilik olmadığını, Zərərçəkmiş şəxs3 ilə Əziz Əliyev adına uşaq xəstəxanasında birlikdə işlədiyini, Vüsalənin onun iş yoldaşı olduğunu, həmin məsələnin 2021-ci ilin oktyabra ayında baş verdiyini, işdə olan zaman Vüsalə ilə söhbət edərkən, Vüsalənin ona bir nəfər Leyla adında tanışının olduğunu həmin şəxsin işə düzəltməkdə köməklik etdiyini dediyini, həmin vaxt onun baldızı qızlarının da universitet qurtardıqlarını, lakin onların da işləri olmadığını, baldızı Zəminəyə zəng etdiyini, iş yoldaşı Vüsalənin tanışı olduğunu, Leyla adlı xanımın işə düzəlmə məsələlərində köməklik etdiyini dediyini, Zəminənin ona qızlarının da işə düzəlməsinə köməklik etməsini dediyini, Vüsalənin nömrəsini Zəminəyə verdiyini, sonradan Zəminənin ona Vüsalə xanımla danışıb qızlarını texniki kollecə müəllimə kimi düzəltmək üçün 4000 manat pul verdiyini dediyini, Zəminənin bir müddət sonra ona qızlarının işinin alınmadığını dediyini, Vüsalədən onun pulunu geri qaytarmasını istədiyini, lakin Vüsalənin onun pulunu Leylaya verdiyini dediyini, Vüsalə Leylaya nə qədər zəng edib pulunu istəsə də Leylanın onun pulunu vermədiyini, sonradan Vüsalə xanımın məcbur qalaraq kredit götürdüyünü və Zəminənin ona verdiyi 4000 manat pulu ona geri qaytardığını bildirmişdir. Şahid4 30 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, Təqsirləndirilən şəxs yaşadığı məhəllədə həyat yoldaşı Nuranə ilə münasibəti olduğu üçün tanıdığını, Leylanın həyat yoldaşı Nuranə ilə parkda tanış olduqlarını, həmin vaxt Təqsirləndirilən şəxs həyat yoldaşına nə üçün işləmədiyini dediyini, həyat yoldaşına onu işə düzəlməkdə köməklik edə biləcəyini dediyini, həyat yoldaşının ona Leyla adlı bir nəfər xanımın olduğunu və işə düzəlmək məsələlərində ona köməklik edə biləcəyini dediyini, həyat yoldaşının tibb bacısı kimi işləmək istədiyini, Leylanın həyat yoldaşını tibb bacısı kimi işə düzəltmək üçün 1000 manat pul istədiyini, həmin vaxt həyat yoldaşının işə düzəlmək üçün ona 670 manat pul ödədiyini, həyat yoldaşının özü ilə yanaşı xalasını Sumqayıt şəhərində bağçaya işə düzəltmək üçün isə 1900 manat pul verdiyini, Leylanın həyat yoldaşının vasitəsi ilə həyat yoldaşı Nuranənin qardaşı Turan Abdulovdan isə 590 manata ona sürücülük vəsiqəsi alacağı ilə aldadaraq 590 manat pul aldığını, onu iş yoldaşı Zərərçəkmiş şəxs13 isə onun həyat yoldaşını hava limanına işə düzəltmək üçün 4000 manat pul aldığını, Leyla pulları aldıqdan sonra işləri həll etmədiyini, həyat yoldaşı ilə həmin məsələlərə görə ailələrində mübahisələr baş verdiyini, Leylaya dəfələrlə pulları qaytarmaq barədə müraciət etsələrdə onun pulları geri qaytarmadığını, sonradan onlar həyat yoldaşı ilə kredit götürərək həmin şəxslərin pullarını ödədiyini bildirmişdir. Şahid2 19 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs onun doğma qızı olduğunu, onun Leylanın gördüyü işlərindən xəbəri olmadığını, lakin bir dəfə Leylanın ona xalası oğlu Hərbi komisarlıqda işləyən Şahid1 nömrəsinin lazım olduğunu dediyini, Zahidin nömrəsini tapıb Leylaya verdiyini, Leylanın ona komisarlıqda bir məsələ olduğunu, həmin məsələ ilə bağlı Zahiddən köməklik istəyəcəyini dediyini, həmin söhbətdən xeyli müddət keçdiyini, Leylanın həmin ərəfələrdə Bakı şəhərində olduğunu, onun yaşadığı evə Nəsib adlı bir nəfər şəxs gəldiyini, ondan Leylanı soruşduğunu, qızı Leylanın Bakı şəhərində olduğunu dediyini, Nəsibdən nə üçün Leylanı axtardığını soruşduğunu, Nəsibin ona Leyla ilə işi olduğunu dediyini, onun işini həll etmədiyini, ondan 6500 manat pul aldığını, həmin pulu hazırda Zahid adlı şəxsə verdiyini dediyini, onun pulunu geri qaytarıb vermədiyini, Nəsibə “Leyla Bakıdan gələn zaman gəlib özü ilə danışarsan” dediyini, həmin məsələdən bir müddət keçdikdən sonra onun xalasıoğlu Şahid1 yaşadığı evə gəldiyini, həmin vaxt qızı X1, Şahid1 video çəkərək ona 400 manat pul verdiyini, həmin pulu şirinlik kimi iş həll elədiyinə görə Leylanın ona verdiyini dediyini, ona həmin pulu verdikdən sonra Şahid1 çıxıb getdiyini, həmin vaxt o, pulu mağazaya borcu olduğu üçün oraya verdiyini, qızı Leylaya isə həmin pulla bağlı heç nə demədiyini, Zərərçəkmiş şəxs1 oğlunu işə düzəltmək üçün Leylaya verdiyi pulu Leylanın Zahidə verməsi ilə bağlı heç bir məlumatının olmadığını bildirdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə X34 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 dekbabr 2023-cü il tarixli ərizədən görünür ki, Novruzov X15 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək 2022-ci ilin sentyabr ayında tanış olduğu X25 oğlu X9 hərbi komissarlıqda işə düzəltməsi üçün 5000 (beş min) manat pulu Naxçıvan şəhərində yerləşən “Simit sarayı” kafesində Leyla Əsədovaya verdiyini, nə oğlunu işə düzəltdiyini nə də ki, pulunu geri qaytardığını, ona dəymiş ziyanı geri qaytarmaqla həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 6) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 38-40) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, Hacıyev X35 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək 2020-ci ildə Naxçıvan şəhər sakini Leyla Əsədova adlı xanıma qızının oxuduğu Musiqi kollecində yerini dəyişib pianino qrupuna salmaq üçün dörd min manat məbləğində pul verdiyini, lakin bu günə kimi qızının qrupunu dəyişmədiyini, dəfələrlə müraciət edib pulunu geri qaytarmasını tələb etsə də onun dörd min manat məbləğində pulunu geri qaytarmadığını, bu barədə ona köməklik edilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 20) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 26-28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli ərizədən görünür ki, Əhmədova X26 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X34 tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə onu işə düzəldəcəyini vəd edib ümumilikdə onun 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Leyla Əsədovadan onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 79) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs14 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 80-82) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli ərizədən görünür ki, Əliyeva X27 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X34 tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə onu işə düzəldəcəyini vəd edib ümumilikdə onun 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Leyla Əsədovadan onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 93-95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs12 Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X34 tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə onu işə düzəldəcəyini vəd edib ümumilikdə onun 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Leyla Əsədovadan onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs12 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 105-107) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli ərizədən görünür ki, Zamanova X28 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X34 tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə onu işə düzəldəcəyini vəd edib ümumilikdə onun 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Leyla Əsədovadan onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 116) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 118-120) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X34 tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə onun qızını işə düzəldəcəyini vəd edib ümumilikdə onun 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Leyla Əsədovadan onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 129) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 131-133) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs11 Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X34 tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə qızını tibb kollecinə tələbə kimi düzəldəcəyini vəd edib ümumilikdə onun 3900 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Leyla Əsədovadan onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 142) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 143-145) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (cild İ, iş vərəq 155-156) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Asan Vəkil Bürosunda fəaliyyət göstərən Müdafiəçi dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 166) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla, surəti təqdim edilmişdir. (cild İ, iş vərəq 167-168) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 178-179) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Asan Vəkil Bürosunda fəaliyyət göstərən Müdafiəçi dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 184-185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla, surəti təqdim edilmişdir. (cild İ, iş vərəq 188-189) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* cinayət işi nömrəsi ilə davam etdirilmişdir. (cild İ, iş vərəq 199-201) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, X6 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək 2023-cü ilin iyun ayında X34 onu Naxçıvan Muxtar Respublika xəstəxanasında tibb bacısı kimi işə düzəltmək adı ilə aldadıb ümumilikdə 7500 manat pulunu ələ keçirdiyini qeyd etmişdir. (cild İ, iş vərəq 206) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X23 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 238-241) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Məmmədov X12 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək 2022-ci ilin aprel ayında Naxçıvan şəhər sakini Leyla Əsədova adlı şəxsə 6500 manat pul verdiyini, bu günə qədər cəmi 2400 manatını geri aldığını, məbləğin geri qalanının geri qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 216) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 Məmmdətağı oğlu zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 223-226) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İİ, iş vərəq 13-16) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs13 Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tanışı Şahid4 həyat yoldaşı vasitəsilə özünün həyat yoldaşını işə düzəldəcəyini vəd edib ümumilikdə onun 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Təqsirləndirilən şəxs onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İİ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs13 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İİ, iş vərəq 28-31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Səlimov X30 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə həyat yoldaşını işə düzəldəcəyini vəd edib ümumilikdə onun 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Təqsirləndirilən şəxs onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İİ, iş vərəq 40) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İİ, iş vərəq 42-44) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs10 Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə onun qızlarını işə düzəldəcəyini vəd edib ümumilikdə onun 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Təqsirləndirilən şəxs onun pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İİ, iş vərəq 58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İİ, iş vərəq 60-62) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2024-cü il tarixli ərizədən görünür ki, X7 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X34 işə düzəltmək adı ilə onu aldadaraq onun 1900 manat pulunu ələ keçirməklə dələduzluq etdiyini, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İİ, iş vərəq 71) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X42 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İİ, iş vərəq 72-74) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2024-cü il tarixli ərizədən görünür ki, X8 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X5 vəsiqəsi almağına köməklik edəcəyi adı ilə onu aldadaraq onun 590 manat pulunu ələ keçirməklə dələduzluq etdiyini, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İİ, iş vərəq 83) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X46 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İİ, iş vərəq 84-86) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2024-cü il tarixli cinayət iş üzrə əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İİ, iş vərəq 130-132) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild İİ, iş vərəq 133-136) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2024-cü il tarixli ərizədən görünür ki, X6 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs özünü və tanışlarını işə düzəltməsi üçün 7160 manat məbləğində pul verdiyini, lakin Leylanın onu və tanışlarını işə düzəltmədiyini, sonradan çətinliklə də olsa onun verdiyi 7160 manat məbləğində pulu ona geri qaytarıb verdiyini, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 153) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-13/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, X50 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X34 həbsdə və ev dustaqlığında olduğu 46 (qırx altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, X34 barəsində seçilmiş “ev dustağı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X34 cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X34 üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan Muxtar Respublikası ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, X34 cəzasının icrası yaşadığı yer üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. (cild İİ, iş vərəq 95-129) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 22 aprel 2024-cü il tarixli 3-13-43/2-5784/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-13/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli hökmü ilə barəsində 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi göstərilmişdir. (cild İ, iş vərəq 56-57) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli, 579 nömrəli arayışdan görünür ki, Quliyeva X44 şəhəri, 59-cu məhəllə, döngə 4, ev 10 ünvanında yaşayır və qızı X51, qızı X52 və oğlu X56 adlı ailə üzvləri var. (cild İİ, iş vərəq 155) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs 1984-1995-ci illərdə Naxçıvan Şəhər 15 nömrəli tam orta məktəbində təhsil aldığı, Təqsirləndirilən şəxs 1995-2001-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində ali təhsil və magistatura təhsili aldığı, Təqsirləndirilən şəxs subay olduğu, 3 övladı olduğu, hal-hazırda işləmədiyi, Təqsirləndirilən şəxs bu ünvanda yaşadığı müddətdə özünün nizam intizamına görə məhəllə sakinləri və qonşular arasında hörmət qazandığı, onun barəsində İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmadığı, İcra Nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunduğu qeyd olunmuşdur. (cild İİ, iş vərəq 154) İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 01/1522 nömrəli arayışdan görünür ki, Quliyeva X44 şəhəri, ünvan 2şayır. Zərərçəkmiş şəxs4 13 dekabr 2024-cü il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə Təqsirləndirilən şəxs ona olan 3500 (üç min beş yüz) manat borcun və ödəmiş olduğu 55 (əlli beş) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 28 dekabr 2024-cü il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyan olan 13400 (on üç min dörd yüz) manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 130.20 (bir yüz otuz manat iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 10 yanvar 2025-ci il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair onun mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs ona vurulan maddi ziyanın məbləği olan 4000 (dörd min) manat pulu ona ödəməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağı olmasını və cinayət nəticəsində vurduğu ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il 7 (yeddi) ay müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Quliyeva X44 Şəhər Məhkəməsinin 1(078)-13/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli hökmü ilə 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin 16 aprel 2025-ci il tarixli məktubundan isə görünür ki, X34 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilməsinə dair Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-13/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli hökmü 18 dekabr 2023-cü il tarixdə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və X50 19 dekabr 2023-cü il tarixdə qeydiyyata götürülmüş, məhkum X50 16 aprel 2025-ci il tarixədək cəzasının 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gününü çəkmiş, çəkilməmiş qalan cəzası 11 (on bir) ay təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində hökm çıxarılanadək hazırki əməlləri törətdiyindən ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-13/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yəni 11 (on bir) ay cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin əvvəli 16 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1A, mənzil 27 ünvanında yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməli və mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilməlidir. Həmçinin zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 13400 (on üç min dörd yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməli və mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 130.20 (bir yüz otuz manat iyirmi qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Həmçinin zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməli və mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 60 (altmış) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər “ASAN” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 1(078)-13/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yəni 11 (on bir) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1A, mənzil 27 ünvanında yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. Mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 13400 (on üç min dörd yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 130.20 (bir yüz otuz manat iyirmi qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 60 (altmış) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Naxçıvan Şəhər “ASAN” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar