Məhkəmə qərarları › İş №1(078)-10/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-10/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-10/2020 24.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədov Qabil Neymət oğlunun sədrliyi, Mustafayev Xeyrulla Süleyman oğlunun katibliyi, Xüsusi ittihamçılar-X4 və X7, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Babək rayonu Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evil, üç uşaq atası, orta ixtisas təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Babək rayonu Qahab kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X6 yalan olmasını bilə-bilə xx xxxxxx 2020-ci il tarixdə, xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhər Gömrük İdarəsində malını gömrükdən keçirən zaman həmin İdarənin əməkdaşları X8 və X7 ondan qanunsuz gömrük ödənişi tələb etdiyini bildirməklə bu barədə Gömrük İdarəsinin əməkdaşları yanında onların şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları başqa şəxslərə bildirilməsini, yəni yayılmasını həyata keçirmişdir.. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki,noyabr ayının 10-da Bakı şəhərindən gətirdiyi xurmanın Naxçıvan şəhər Gömrük İdarəsində saxlanıldığını, ondan həmin malların buraxılması üçün 10 qəpik hər kiloqram üçün pul tələb etdiklərini, ona ödəmədiyi halda malın buraxılmayacağını bildirdiklərini, onlara malı Bakı şəhərindən alıb gətirdiyini, Azərbaycan Respublikasının regionlarından aldığını, fiziki şəxsi kimi fəaliyyət göstərdiyini, vergidə qeydiyyatda olduğunu, neçə illərdir ki, Azərbaycanın müxtəlif regionlarından meyvə tərəvəz alıb hər dəfə də onu incidib qanunsuz ödəmə pulları aldıqlarını, hansı ki Azərbaycan daxilində daxili daşıma üçün gömrük rüsumu ödənilməməli olduğunu, neçə ildir ki, gömrük işçilərinin həmin pulları daxili daşıma üçün gətirdiyi meyvə və tərəvəzin hər kiloqramına 0.10 qəpik pul aldıqlarını, ona da saxta qəbzlər verdiklərini, həmin qəbzlərin surətlərini prokurorluğa təqdim etdiyini, gömrük əməkdaşlarına Gömrük Komitəsinin sədri Səhhət müəllimə sahibkar kimi neçə dəfələrlə yazdığını, Azərbaycandan aldığı müyvə-tərəvəz üçün Naxçıvana gətirdiyinə görə gömrük rüsumu ödəməli olub-olmadığını soruşduğunu, bundan başqa məktubda qardaş Türkiyə Respublikasından və X19 Respublikasından Naxçıvan MR Gömrük İdarəsinə gətirirlən malların dəyərinin hansı üsulla müəyyən edildiyini soruşduğunu, bu günə qədər sorğusuna cavab almadığını, ona görə də gömrük idarəsinə daxili daşıma üçün pul ödəmək fikri olmadığını, əgər qanunla pul ödəməlidirsə qəbz və ya bəyan etmə vərəqəsi verilməsini banka ödəyəcəyini bildirdiyini, həmin pulun dövlət büdcəsinə ödənildiyinə əmin olacağını, hansı ki bu günə qədər ödədiyi pullara görə saxta qəbzlər verildiyini bildirdiyini, bu vaxt 2-3 nəfər gömrük işçisinin ona yaxınlaşdığını, nə problem olduğunu ondan soruşduğunu, heç bir problem olmadığını, malını buraxılmasını, yoxsa xarab olacağını bildirdiyini, onların rəisin yanına getməsini dediklərini, lakin onun rəisin yanına getmədiyini, onlara buraxmırsınızsa malı boşaldın yerə dediyini, təxminən 1 saat orada gözlədiyini, lakin həmkəndlisi Rasimin malını pul alıb buraxdıqlarını, sonra ona bəlkə rəisin yanına getsə onun malını buraxacaqlarını dediklərini, rəisin qəbul etmədiyini, pulunu ödəsin, sonra aparsın dediyini, onun da pul ödəməyib çıxıb getdiyini, xx xxxxxx 2020-ci il tarixdə yenə bir tır xurma gəldiyini, Culfa Gömrük Məntəqəsindən Şəhər Gömrük İdarəsinə gəldiyini, yenə də pul verməsə malını buraxmayacaqlarını bildirdiyini, mala baxış keçirdiklərini, sonra sürücüyə kənara çəkməsini dediklərini, gömrük işçilərinə ayın 10-da gələn malını da buraxmadığını, malın qalıb xarab olacağını bidlirdiyini, ondan istədikləri pulun qanunsuz olduğunu, yerli mala görə daxili daşımaya görə pul ödəməyəcəyini, pulu onlara verincə orduya verəcəyini, əməkdaşların ona komitəyə getməyi məsləhət gördüklərini, Komitədə olduğunu, Səhhət müəllimin onu qəbul etmədiyini bidlirdiyini, məcbur qalıb Ali Məclisə getdiyini, orada ona Səhhət müəllimə demişik get qəbul edəcək dediklərini, Səhhət müəllimin qəbuluna getdiyini, ona gömrük əməkdaşlarının qanunsuzluqlarını çatdırdığını, Səhhət müəllimin heç bir qanunsuz iş görülmədiyini, pulunu ödədiyi halda malı çıxara biləcəyini dediyini, onun da ya şikayət edəcəyini, ya da özünü yandıracağını bildirdiyini, Səhhət müəllimin get şikayətini et dediyini, onun da 15 noyabrda bütün orqanlara şikayət etdiyini, sonra 16 noyabrda bir tır malı daha gəldiyini, orada Əli müəllimlə, Nicat müəllimlə görüşdüyünü, onlara 10 noyabrdan bütün mallarının Gömrük İdarəsində qaldığını bildirdiyini, həmin şəxlsərin bizlik deyil rəisə məruzə edək deyək dediyini, bir müddətdən sonra gəlib pulu ödəməsən malın buraxılmayacaq dediklərini, onun da pul ödəmədiyini və çıxıb getdiyini, sonra bir dəfə rəis Rəvan müəllimin onu yanına çağırdığını, aşağı edərik gəl pul ödə malı apar dediyini, onun isə pul ödəməyəcəyini bidliridyini, səhəri onu yenidən çağırdıqlarını və 18 noyabrda malı təhvil aldığını, heç bir ödəniş etmədiyini, malı yaş mal olduğundan çox hissəsinin xarab olduğunu, bununla bağlı ziyana düşdüyünü, ondan daxili daşımaya görə qanunsuz ödəniş pul tələb edildiyini, heç bir səs küy salmadığını, kiməsə böhdan atmadığını, qanuni haqqını tələb etdiyini bildirərək, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə xüsusi ittihamçı qismində çıxış edən X12 ifadəsində Naxçıvan şəhər Gömrük İdarəsində Gömrük Əməliyyatları Şöbəsində baş inspektor vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il tarixlərdə növbə rəisi funksiyalarını yerinə yetirdiyini, Naxçıvan şəhər Gömrük İdarəsində Gömrük Əməliyyatları Şöbəsində şöbə rəisi vəzifəsində işlədiyini, vətəndaş Əsəd Qasımovun Bakı şəhərindən gətirdiyi xurmalardan gömrük ödənişi alınmadan və heç bir iqtisadi siyasət tədbirləri tətbiq olunmadan malların buraxılışının tərəfindən təmin edildiyini, Əsəd Qasımovun xurmanın buraxılması üçün ondan hər kiloqramına 0.10 qəpik pul tələb etməsi, pul ödəməyəcəyi təqdirdə xurmaları gömrükdən buraxmayacağını, bunun rəisin göstərişi olduğunu bildirdiyi halların yalan olduğunu, ölkə ərazisinə gətirilən bütün malların VAİS proqram təminatında müvafiq qeydiyyatlar aparılmaqla rəsmiləşdirildiyini, Muxtar Respublikada daxili bazarın qorunması və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bəzi gətirilən mallara məhdudiyyət qoyulduğunu, lakin xurma ilə əlaqədar heç bir məhdudiyyət tətbiq olunmadığını, onda görə də ondan ödəniş pulu tələb edilməsinin ona atılan böhtan olduğunu, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə Əsəd Qasımovun Gömrük idarəsinin həyətində və Gömrük idarəsinin qarşısında onun ünvanına böhtanlar deyərək səs küy saldığını, hamının yanında ondan qanunsuz rüsum tələb etdiyini deyərək iş yoldaşlarının yanında böhdan deməklə şərəf və ləyaqətini ləkələyən ifadələr işlətdiyini, Əsəddən heç vaxt xurmaya görə gömrük ödənişi tələb etmədiyini, ona böhtan atdığından onun nüfuzuna xələl gəldiyini, məhz bu səbəbdən həmin hallar qeyri-obyektiv, həqiqətə uyğun olmayan yalan məlumatları özündə əks etdirən məlumatlar olduğundan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə xüsusi ittihamçı qismində çıxış edən X8 ifadəsində Naxçıvan şəhər Gömrük İdarəsində Gömrük Əməliyyatları Şöbəsində şöbə rəisi vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdə qohumunun yas mərasimi olduğundan işdə olmadığını, Əsəd Qasımovun Bakı şəhərindən gətirdiyi xurmalarla əlaqədar heç bir söhbəti olmadığını, bu barədə heç bir şey deyə bilmədiyini, xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə Əsəd Qasımovun gətirdiyi xurmalardan gömrük ödənişi alınmadan onun mallarının buraxılmasının təmin edildiyini, Əsəd Qasımovun xurmanın buraxılması üçün ondan hər kiloqramına 0.10 qəpik pul tələb etməsi, pul ödəməyəcəyi təqdirdə xurmaları gömrükdən buraxmayacağını, bunun rəisin göstərişi olduğunu bildirdiyi halların yalan olduğunu, ölkə ərazisinə gətirilən bütün malların VAİS proqram təminatında müvafiq qeydiyyatlar aparılmaqla rəsmiləşdirildiyini, Muxtar Respublikada daxili bazarın qorunması və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bəzi gətirirlən mallara məhdudiyyət qoyulduğunu, lakin xurma ilə əlaqədar heç bir məhdudiyyət tətbiq olunmadığını, onda görə də ondan ödəniş üçün pul tələb etməsi ilə əlaqədar ona atılan böhtan olduğunu, xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə Əsəd Qasımovun Gömrük idarəsinin həyətində və Gömrük idarəsinin qarşısında onun ünvanına böhtanlar deyərək səs küy saldığını, hamının yanında ondan qanunsuz rüsum tələb etdiyini deyərək iş yoldaşlarının yanında böhdan deməklə şərəf və ləyaqətini ləkələyən ifadələr dediyini, Əsəddən heç vaxt xurmaya görə gömrük ödənişi tələb etmədiyini, ona böhtan atdığından onun nüfuzuna xələl gəldiyini, məhz bu səbəbdən həmin hallar qeyri-obyektiv, həqiqətə uyğun olmayan yalan məlumatları özündə əks etdirən məlumatlar olduğundan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X10 ifadəsində Naxçıvan şəhər Gömrük İdarəsində mühasibat uçotu və təchizat bölməsində bölmə rəisi vəzifəsində işlədiyini,xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il tarixlərdə vəzifələrini icra edərkən vətəndaş Əsəd Qasımovun Gömrük idarəsinin həyətində səs-küy salaraq X7 ünvanına ondan qanunsuz rüsum tələb etdiyini, onun mallarını qanunsuz saxlamaqlarını dediyini, həmin vaxtı Gömrük idarəsinin əməkdaşlarının orada olduğunu,başqa mal gətirən insanlarında olduğunu, xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə Əsəd Qasımovun Gömrük idarəsinin həyətində və Gömrük idarəsinin qarşısında X4 ünvanına da ondan qanunsuz rüsum tələb etdiyini, onun mallarını qanunsuz saxlamaqlarını dediyini, həmin vaxtı Gömrük idarəsinin əməkdaşlarının və digər şəxslərin orada olduğunu, Əsəd Qasımovun uca səslə danışdığından hər kəsin onun sözlərini eşitdiyini bildirdi. Məhkəmə iclasında şahid X9 ifadəsində Naxçıvan şəhər Gömrük İdarəsində mühasibat uçotu və təchizat bölməsində böyük inspektor vəzifəsində işlədiyini,xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il tarixlərdə vəzifələrini icra edərkən vətəndaş Əsəd Qasımovun Gömrük idarəsinin həyətində səs-küy salaraq X7 ünvanına ondan qanunsuz rüsum tələb etdiyini, onun mallarını qanunsuz saxlamaqlarını dediyini, həmin vaxtı Gömrük idarəsinin əməkdaşlarının və başqa mal gətirən insanların orada olduğunu, xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə Əsəd Qasımovun Gömrük idarəsinin həyətində və Gömrük idarəsinin qarşısında X4 ünvanına da ondan qanunsuz rüsum tələb etdiyini, onun mallarını qanunsuz saxlamaqlarını dediyini, həmin vaxtı da Gömrük idarəsinin əməkdaşlarının və digər şəxslərin orada olduğunu, Əsəd Qasımovun uca səslə danışdığından hər kəsin onun sözlərini eşitdiyini bildirdi. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə məhkəmə işdə toplanmış hüquqi sənədləri araşdırıb məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, xüsusi ittihamçıların məhkəmədə verdiyi ifadələri əlaqəli şəkildə tədqiqi edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 əməlində cinayət tərkibi vardır. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan atma cinayətini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclası zamanı Ə.Qasımov özü verdiyi ifadəsində xüsusi ittihamçıların ondan qanunsuz gömrük ödənişi tələb etməsi barədə yazılı müraciətləri müxtəlif təşkilatlara və vəzifəli şəxslərə göndərdiyini etiraf etmiş, öz hərəkətlərini haqlı hesab edərək törətdiyi əməldən peşman olmadığını bildirmişdir. Məhkəmə təqsirlənidirlən şəxs X2 ona elan olunmuş xüsusi ittiham üzrə özünün təqsirli bilməyərək ümumiyyətlə heç kəsə böhtan atmamaqla cinayət əməlini törətməməsi barədə məhkəmədəki ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onun həmin fadələri özünü müdafiə xarakteri daşımaqla məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təkzib olunur. Qeyd olunanlar onu göstərir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. X6 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. X3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Ümumi hissəsi”nin müddəaları nəzərə alınmaqla “Xüsusi hissəsi”nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. X1 cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə real cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan tərbiyə və islah olunması mümkün deyildir. Odur ki, məhkəmə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də təqsirləndirilən şəxs X3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381,384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. X6 barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. X6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar