Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-10/2021 11.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, müvəqqəti işsiz, 17.12.2018-ci il tarixdən “anadangəlmə əqli zəiflik, debillik səviyyəsində davranış pozuntusu” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Culfa şəhər sakini Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə saat 0010 dəqiqədən saat 0645 dəqiqəyədək olan vaxt ərzində Naxçıvan şəhəri Qaraçuq kənd sakini X7 məxsus ünvan 2 ünvanında yerləşən "Qaraçuq" ərzaq mağazasının bağlı olduğu müddətdə təqribən saat 0420 radələrində daşı tullayaraq mağazanın giriş qapısının şüşəsini sındırıb, oradan içəri daxil olmaqla mağazanın kassasında olan Ceyhun Novruzova məxsus 1500 manat nağd pulu gizli yolla talayaraq sonuncuya maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs ifadəsində Culfa şəhərində yaşadığını, təxminən axşamüstü saat 5-də Ordubad maşınına minib Naxçıvana gəldiyini, evdən çıxanda hara getməsi barədə valideynlərinə heç nə demədiyini, Naxçıvan şəhərində yerləşən “Əyləncə Mərkəzinə” getdiyini, cibində 5 manat pulu olduğunu, orada bir bakal pivə içdiyini, pivəni içib oradan çıxdıqdan sonra taksiyə minib mikrorayona getdiyini, mikrorayona çatanda havanın qaranlıq olduğunu, pulunun qutardığını, mikrorayonu piyada gəzməyə başladığını, cibində pulu olmadığına görə sıxıldığını, mağazalardan birinə girib pul oğurlamaq istədiyini, səhərə yaxın orada olan beş mərtəbəli yaşayış binalarının qarşısına çatdığını, orada iki mağaza olduğunu, birinci mağazaya daş atsa da şüşəsinin sınmadığını, binanın altında yerləşən ərzaq mağazasının qabağında dayandığını, yolun kənarında olan daşı yerdən götürüb həmin mağazanın giriş qapısına atdığını, ancaq qapının şüşəsi qalın olduğundan sınmadığını, sonra ikinci dəfə yenə daşı yerdən götürüb mağazanın qapısına tulladığını və qapının şüşəsinin sındığını, sınan şüşədən mağazaya daxil olduğunu və kassaya tərəf getdiyini, kassanı dartıb açaraq orada olan pulları götürdüyünü, kassada əlavə pul da olduğunu, ancaq onun çox olan pulu aldığını, mağazadan çölə çıxdığını, bu zaman ətrafda heç kimin olmadığını, sonra piyada Naxçıvan şəhərinda yerləşən “Sizin Marketə” tərəf getdiyini, onun qarşısından taksiyə minərək Şahbuz rayonuna babasıgilə getdiyini, sonra Şahbuz rayonundan avtobusa minərək Naxçıvan şəhərinə gəldiyini, avtobusdan düşüb dörd yolda olan ticarət mərkəzinə girdiyini, oğurladığı pulun bir qismi ilə oradan özünə bir köynək və bir şortiq aldığını, sonra bir neçə gün şəhəri gəzərək oğurladığı pulun bir hissəsini xərclədiyini, 3-4 gündən sonra səhər vaxtı şəhəri gəzən zaman polis əməkdaşlarının onu yaxalayaraq idarəyə gətirdiklərini, polis əməkdaşlarının ona mağazadan oğurluq edərkən ətrafda olan kameralara düşdüyünü bildirdiklərini, ondan oğurluq edib-etməməyini soruşduqlarını, özünün 3-4 gün bundan qabaq gecə mikrorayonda ərzaq mağazasının şüşəsini qırıb içəri girərək oradan pul götürdüyünü, pulun az bir hissəsini xərclədiyini, qalanının isə cibində olduğunu bildirdiyini, ondan sonra polis əməkdaşlarının atasını idarəyə çağırdıqlarını, üstündə olan pulu çıxarıb polislərə verdiyini, mağazadan pulu götürdükdən sonra saymadığını və cibinə qoyduğunu, pulların içərisində 100, 50, 20 və 1 manatlıq əskinasların olduğunu, onun oxuma-yazması olmadığını, hərfləri tanımadığını, pulları da tam bilmədiyini, üstündəki rənglərdən onları tanıdığını, oğurluq etdiyi mağazanın sahibini tanımadığını, ilk dəfə həmin mağazanın qarşısından keçdiyini, oğurladığı pulun bir hissəsi ilə özünə paltar aldığını, sonra taksiyə minib Şahbuz rayonuna getdiyini, “Grand Otel”-də pivə içdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi olan Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Kənan anadangəlmə psixi xəstəlikdən əziyyət çəkir və onun tərəfindən edilən müalicələrə baxmayaraq onun səhəti düzəlmir. Onlar Culfa şəhərində yaşayırlar. Dəfələrə Kənan özbaşına evdən çıxıb getmiş, Polis İdarəsinə müraciət edərək oğlunun evdən getdiyini bildirmişdir. Onu saxlamağa nə özünün, nə də anasının gücü çatmır. Culfa maşınları Kənanı tanıdıqları üçün öz maşınlarına götürmür. O da Ordubaddan gələn maşınlara minib Naxçıvana gəlir. Əvvəllər də Kənan ziyanverici hərəkətlər edibdir, lakin cinayət etməyibdir. Bir il bundan əvvəl müalicə alsın deyə onu Bakıda yerləşən xəstəxanaya aparmış, lakin 29 gündən sonra orada qalması üçün əsas olmadığını bildirib onu xəstəxanadan evə yazmışlar. Yenə də Kənanın vəziyyətində yaxşılaşma olmamışdır. Kənan evdən getdikdən sonra özü Polis Şöbəsinə bu barədə məlumat vermişdir. Sonradan bildiyinə görə, Kənan 16 sentyabr 2021-ci il tarixdə saat 0010 dəqiqədən saat 0645 dəqiqəyədək olan vaxt ərzində Naxçıvan şəhəri Qaraçuq kənd sakini X7 məxsus ünvan 2 ünvanında yerləşən "Qaraçuq" ərzaq mağazasının bağlı olduğu müddətdə təqribən saat 0420 radələrində daşı tullayaraq mağazanın giriş qapısının şüşəsini sındırıb, oradan içəri daxil olmaqla mağazanın kassasında olan Ceyhun Novruzova məxsus 1500 manat nəğd pulu oğurlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən1362 manat məbləğində pul götürülmüş, qalan 138 manat pulu Kənan xərcləmişdir. Həmin pulu özü gətirib Naxçıvan Şəhər Polis İdarəsinin inzibati binasında zərər çəkmiş şəxsə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 ifadəsində ünvan 3 ünvanında yerləşən "Qaraçuq" ərzaq mağazasında satıcı işlədiyini, həmin mağazanın bacısının əri X7 məxsus olduğunu, mağazanı səhər tezdən Ceyhunun açdığını, saat 10:00-a kimi orada olduğunu, sonra Ceyhunun qardaşı X8 təhvil verdiyini, Ceyhunun bir də axşam saat 10:00-da gəlib gecə 00:00-a kimi özünün oturduğunu, gecə mağazanı Ceyhunun bağlayıb evə getdiyini, orada o və X1 işlədiyini, 16 sentyabr 2021-ci il tarixdə gecə saat 00:10-da Ceyhun Novruzovla birlikdə mağazanı bağlayıb evinə getdiyini, həmin günün səhəri saat 06:30 radələrində Ceyhunun ona zəng edərək mağazaya topdan çörək gətirən "Bərəkət Pazarlama” MMC-nin satış təmsilçisi Xəqani adlı şəxsin onun mobil telefonuna zəng vuraraq mağazanın şüşəsinin sındığını dediyini, ona gəlib onu da götürməsini dediyini, birlikdə mağazaya çatdıqlarını, mağazanın şüşəsinin sınmış vəziyyətdə olduğunu gördüyünü, mağazaya daxil olmadığını və mağazanın qarşısında gözlədiyini, həmin vaxtı ərazidə xidmət edən polis əməkdaşına zəng vuraraq, vəziyyət barədə məlumat verdiyini, sonra 1 nömrəli Polis Bölməsinin əməkdaşlarının oraya gəldiklərini, onların iştirakı ilə mağazaya daxil olduqlarını, özü isə pullar olan kassaya baxdığını, mağazadakı kassanın masanın siyirməli gözündə yerləşdiyini, kilitlə bağlanmadığını, siyirməli gözü özünə tərəf çəkdikdə açıldığını, siyirmənin qırılaraq bir tərəfinin masadan asılı vəziyyətdə qaldığını gördüyünü, axşam mağazanı bağlamamışdan qabaq pulları saydığını, orada şirkətə vermək üçün 1500 (min beş yüz) manat, əlavə 540 (beş yüz qırx) manat və danışıq kartlarının pulu olan 250 (iki yüz əlli) manat pul olduğunu, kassaya baxan zaman 540 manat və danışıq kartlarının pulu olan 250 manatın orada olduğunu, amma şirkətə vermək üçün ayırdığı 1500 manatın orada olmadığını, bu barədə hadisə yerində olan polis əməkdaşlarına məlumat verdiyini, mağazaya ümumi nəzər saldığını, ərzaq məhsullarının ətrafa dağılmamasını, puldan başqa mağazadan başqa heç nə oğurlanmadığını, oğurlanan pulların tam olaraq hansı nominallı əskinaslardan neçə ədəd olduğunu xatırlamadığını, ancaq 1500 manat pulun içərisində bütün əskinaslardan, yəni 100-lük, 50-lik, 20-lik, 10-luq əskinasın olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X9 ifadəsində ünvan 4 ünvanında yaşamaqla Naxçıvan MR-də fəaliyyət göstərən "xxxx" MMC-də satış təmsilçisi işlədiyini, həmin şirkətin ərzaq məhsullarının satışı ilə məşğul olduğunu, özünün isə həmin şirkətdə çörək satışı üzrə işlədiyini, Naxçıvan şəhəri ərazisində, yəni mikrorayonlarda, Qaraçuq və Qaraxanbəyli kəndlərində yerləşən ərzaq mağazalarına çörək satışı ilə məşğul olduğunu, gecə saat 04:00-da şirkətdən çörəyi avtomobilə yükləyib əraziyə çıxdığını, ilk növbədə kəndlərdə yerləşən mağazalara çörəyi verib sonra mikrorayon ərazisinə keçdiyini, 16.09.2021-ci il tarixdə həmişəki kimi mikrorayon ərazisinə gəldiyini, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən Ceyhuna məxsus olan ərzaq mağazasının qarşısına çörək yeşiklərini yığarkən mağazanın giriş qapısının şüşəsinin sındırılmış vəziyyətdə olduğunu gördüyünü, həmin vaxtı saat təxminən 06:30 radələri olduğunu, mobil telefonundan Ceyhunun mobil telefonuna zəng vurduğunu və ona mağazasının şüşəsinin sındırılmış vəziyyətdə olduğu barədə xəbər verdiyini, iş qrafikinə uyğun olaraq orada gözləyə bilmədiyini, digər mağazalara da vaxtında çörək verməli olduğunu, həmin vaxtı hər hansı bir şübhəli hal ilə qarşılaşmadığını, ətrafda heç kimin olmadığını, havanın alatoran olduğunu və orada heç kimi görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 ifadəsində Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində CAX-üzrə baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, zərərçəkmiş şəxs X10 xidmət etdiyi ərazidə ərzaq mağazası işlətdiyinə görə, hadisəni törətmiş Culfa şəhər sakini Təqsirləndirilən şəxs isə əvvəllər bir neçə dəfə hüquq pozuntusu törətdiyinə görə, idarəyə gətirildiyi üçün əvvəlcədən tanıdığını, onların heç biri ilə aralarında heç bir ədavət, düşmənçilik və ya qohumçuluq münasibəti olmadığını, X6 müraciət edərək, 16 sentyabr 2021-ci il tarixində saat 00:10 dəqiqədən saat 06:45 dəqiqəyədək işlətdiyi Naxçıvan şəhər Ə.Qəmküsar küçəsi ev 11 ünvanında yerləşən "Qaraçuq" ərzaq mağazasının bağlı olduğu müddətdə naməlum şəxs və ya şəxslər tərəfindən mağazanın giriş qapısının şüşəsi sındırılmaqla ona məxsus 1500 manat pulun oğurlandığını bildirdiyini, həmkarları ilə birlikdə həmin oğurluq hadisəsini törətmiş şəxs və ya şəxsləri müəyyən etmək üçün bir sıra əməliyyat tədbirləri keçirdiklərini, kamera görüntülərindən və əldə etdikləri digər məlumatlara əsasən həmin hadisəni Culfa şəhər sakini Təqsirləndirilən şəxs törətməsinə kifayət qədər şübhə yarandığını, 20 sentyabr 2021-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs Naxçıvan şəhərində "Gənçlik Ticarət Mərkəzi”-nin qarşısında saxlayaraq Polis İdarəsinə gətirdiklərini, onun törətdiyi əməli etiraf etdiyini, Təqsirləndirilən şəxs istintaqa təhvil verdiklərini, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin, atasının və 2 hal şahidinin iştirakı ilə baxış keçirilərək, onun üzərindən "Qaraçuq" ərzaq mağazasından oğurladığı 1500 manat puldan 1362 manat məbləğində pul aşkar olunaraq götürüldüyünü bildiyini, daxil olmuş məlumatlara və mağazanın ətrafında olan müşahidə kameralarına baxış zamanı Təqsirləndirilən şəxs həmin cinayət hadisəsini təkbaşına törətdiyini bildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X17 ifadəsində Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşadığını, Naxçıvan şəhəri 2 nömrəli Mənzil İstismar İdarəsində süpürgəçi işlədiyini, təxminən 3 ildir ki, həmin İdarədə işlədiyini, 20.09.2021-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin qarşısından keçərkən bir nəfər şəxsin ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirdiyini, polis əməkdaşının ona "oğurluq cinayəti törətməkdə şübhə edilən bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılması nəzərdə tutulduğunu və onun orada hal şahidi kimi iştirak etməyini xahiş etdiyini" dediyini, onun polis əməkdaşının xahişini qəbul edib onunla polis idarəsinin inzibati binasına getdiyini, orada müstəntiqin bir nəfər şəxsi təqdim edərək "bu şəxs Təqsirləndirilən şəxsdur, o, Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşən ərzaq mağazasından oğurluq etməkdə şübhəli şəxsdir, onun üzərində axtarış aparılacaqdır" dediyini, həmin şəxsi əvvəlcədən tanımadığını və ilk dəfə orada gördüyünü, həmin vaxtı orada təqdim olunan Təqsirləndirilən şəxs yanında atası, müdafiəçisi, bir nəfər polis əməkdaşı və bir nəfər digər hal şahidinin olduğunu, həmin şəxsin üzərində hər hansı bir qanunla qadağan olunmuş və ya cinayət yolu ilə əldə olunmuş əşyanın olub-olmamasını soruşduqlarını, həmin şəxsin əynindəki şalvarın cibindən bir dəstə pul çıxardıb təqdim etdiyini, həmin pulun sayıldığını, müxtəlif əskinaslarda 1362 manat pul olduğunun müəyyən edildiyini, həmin şəxsin bildirdiyinə görə bu pulları Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşən ərzaq mağazasının şüşəsini qıraraq içəri girib oradan oğurladığını, onun üzərindən başqa əşya aşkar olunmadığını, Kənanın təqdim etdiyi pulların kağız zərfə qoyularaq bağlandığını və möhürləndiyini, bu barədə protokol tərtib olunduğunu, orada iştirak edən şəxslər tərəfindən zərfin üzərinin və protokolun imzalandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15, şahid Elxan Əliyevlə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Zərərçəkmiş şəxs X13 ilkin məhkəmə baxışı iclasında iştirak etmiş, üzürlü səbəbdən məhkəmə baxışı iclasında iştirak etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, zərərçəkmiş şəxs X13 ibtidai istintaq zamanı ifadəsində ünvan 3 ünvanında yerləşən "Qaraçuq" ərzaq mağazasını işlətdiyini, həmin mağazanın özünə məxsus olduğunu, 2006-cı ildən ərzaq mağazası kimi fəaliyyət göstərdiyini, özünə məxsus olan ərzaq mağazasının tezdən saat 07:00-da fəaliyyətə başlayıb axşam saat 00:00-a kimi işlədiyini, mağazanı səhər tezdən özünün açdığını, saat 10:00-a kimi orada olduğunu, sonra qardaşı X8 təhvil verdiyini, birdə axşam saat 10:00-da gəlib gecə 00:00-a kimi özünün oturduğunu, gecə mağazanı özünün bağlayıb evə getdiyini, orada qardaşından əlavə qaynı X14 və baldızının oğlu X11 da satıcı işlədiyini, 16 sentyabr 2021-ci il tarixdə gecə saat 00:10-da Hüseyn Əlisoyla birlikdə mağazanı bağlayıb evinə getdiyini, həmin günün səhəri saat 06:30-da mağazaya topdan çörək gətirən "Bərəkət Pazarlama” MMCnin satış təmsilçisi Xəqani adlı şəxsin +994 ***-***-**-** mobil nömrə ilə onun mobil telefonuna zəng vuraraq, "sənin mağazanın giriş qapısının şüşəsi sınmış vəziyyətdədir" dediyini, özünün dərhal evdən çıxıb, 15 dəqiqə ərzində mağazaya çatdığını, mağazanın şüşəsinin sınmış vəziyyətdə olduğunu gördüyünü, mağazaya daxil olmadığını və mağazanın qarşısında gözlədiyini, həmin vaxtı onunla oraya gedən Hüseyn Əlisoyun ərazidə xidmət edən polis əməkdaşına zəng vuraraq, vəziyyət barədə məlumat verdiyini, sonra 1 nömrəli Polis Bölməsinin əməkdaşlarının oraya gəldiklərini, onların iştirakı ilə mağazaya daxil olduqlarını, özünün isə pullar olan kassaya baxdığını, mağazadakı kassanın masanın siyirməli gözündə yerləşdiyini, kilitlə bağlanmadığını, siyirməli gözü özünə tərəf çəkdikdə açıldığını, siyirmənin qırılaraq bir tərəfinin masadan asılı vəziyyətdə qaldığını gördüyünü, axşam mağazanı bağlamamışdan qabaq pulları saydığını, orada şirkətə vermək üçün 1500 (min beş yüz) manat, əlavə 540 (beş yüz qırx) manat və danışıq kartlarının pulu olan 250 (iki yüz əlli) manat pul olduğunu, kassaya baxan zaman 540 manat və danışıq kartlarının pulu olan 250 manatın orada olduğunu, amma şirkətə vermək üçün ayırdığı 1500 manatın orada olmadığını, bu barədə hadisə yerində olan polis əməkdaşlarına məlumat verdiyini, mağazaya ümumi nəzər saldığını, ərzaq məhsullarının ətrafa dağılmamasını, puldan başqa mağazadan başqa heçnə oğurlanmadığını, özünün heç kimlə ədavətinin və ya düşmənçiliyinin olmadığını, özünə məxsus olan ərzaq mağazasından oğurluq edilməsi ilə bağlı hər hansı bir şübhələndiyi şəxsin olmadığını, oğurlanan pulların tam olaraq hansı nominallı əskinaslardan neçə ədəd olduğunu xatırlamadığını, ancaq 1500 manat pulun içərisində bütün əskinaslardan, yəni 100-lük, 50lik, 20-lik, 10-luq əskinasın olduğunu, axşam həmişə olduğu kimi ətrafın tam sakitçilik olduğunu, heç bir şübhəli halın onun diqqətini çəkmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 16 sentyabr 2021-ci il tarixli qərardan aydın olur ki, cinayət işinin başlanmasına əsas Naxçıvan şəhər sakini X6 16 sentyabr 2021-ci il tarixdə Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə ərizə ilə müraciət edərək 16 sentyabr 2021-ci il tarixədə saat 0010 dəqiqədən saat 0645 dəqiqəyədək olan vaxt ərzində ona məxsus ünvan 2 ünvanında yerləşən "Qaraçuq" Ərzaq Mağazasının bağlı olduğu müddətdə naməlum səxs və ya şəxslərin mağazanın giriş qapısının şüşəsini sındırıb içəri daxil olmaqla kassada olan ona məxsus 1500 manat nəğd pulun gizli yolla talandığını bildirməsi olmuşdur. “Şübhəli şəxs qismində tanınma haqqında” 20 sentyabr 2021-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 20 sentyabr 2021-ci il tarixli Qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış aparılması haqqında” 20 sentyabr 2021-ci il tarixli protokoldan aydın olur ki, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları sayıldıqda 8 ədəd 100 manatlıq, 10 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 12 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 1362 (min üç yüz altmış iki) manat olduğu müəyyən edildi. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd edilənlərdən əlavə qanunla qadağan olunmuş və ya cinayət yolu ilə əldə olunmuş əşya aşkar olunmadı. “Video görüntülərə baxış keçirilməsi haqqında” 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 16.09.2021-ci il tarixdə saat 04:15-dən, 04:20-yə qədər təxminən 15-20 yaşlarında, 1,5 metr boylarında, qaşları nisbətən qalın, əynində qolsuz gödəkcə olan kişi cinsli bir nəfər şəxs əlində olan daşı "Yaşaroğlu" ərzaq mağazasının pəncərə şüşəsinə tullayır, şüşə qırılmadıqda daşı əlinə götürüb mağazanın giriş qapısına yaxınlaşaraq mağazanın içərisini müşahidə edir, sonra təkrarən əlindəki daşı mağazanın giriş qapısının şüşəsinə tullayır, qapının şüşəsinin də qırılmadığını görüb, orada olan sütunun arxasında bir qədər dayandıqdan sonra, daşı əlinə götürərək X7 məxsus "Qaraçuq" ərzaq mağazası tərəfə keçir. İstintaqla əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən və ondan sonra öz hərəkətlərini ölçüb-biçmək və ya onu idarə etmək iqtidarında olubolmamasını, habelə hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ya özünü idarə etmək iqtidarında olub-olmamasını, həmçinin anlaqlığını istisna etməyən psixi pozuntunun olubolmamasını və stasionar məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi bilik tələb edən ekspert rəyinin zəruriliyini nəzərə alaraq 24.09.2021-ci il tarixli qərarla "Məhkəmə psixiatrik ekspertizası" təyin edilmiş və ekspertin 27.09.2021-ci il tarixli 85 saylı rəyində göstərilir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra "Yüngül dərəcəli əqli zəiflik. Davranış pozuntusu ilə" psixi xəstəliyi olub. Şübhəli şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik deyil. İxtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin olunması məsləhətdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşür. 29 sentyabr 2021-ci il tarixli Qərarla Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanılmışdır. “Cinayət əməlini törətmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi” 30 sentyabr 2021-ci il tarixli qərardan aydın olur ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. “Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsinin nəzarəti altına vermə təhlükəsizlik tədbirinin tətbiqi haqqında” 30 sentyabr 2021-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs səhiyyə orqanına bildirməklə qanuni nümayəndəsi Qanuni nümayəndə nəzarəti altına verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 05 oktyabr 2021-ci il tarixli Qərardan aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qanuni nümayəndəsinin nəzarəti altına vermə qətimkan tədbiri əvəzində təhlükəsizlik tədbiri dəyişdirilmədən saxlanılmış, cinayət işi üzrə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsi, zərərçəkmiş şəxs Ceyhun Novruzovun ifadəsi, şahidlərin ifadələri, Məhkəmə-Daktiloskopik ekspertizasının rəyi istisna olmaqla, ekspert rəyləri, digər istintaq hərəkətlərinin protokolları və onlara əlavələr, cinayət işi üzrə toplanmış digər sənədlər, eləcə də, ilkin sənədlər sübut kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə əhəmiyyətli olduğundan Təqsirləndirilən şəxs gizli yolla taladığını bildirdiyi, üzərində şəxsi axtarış aparılan zaman aşkar olunub götürülərək 1 ədəd kağız zərfə qablaşdırılmış 1362 manat məbləğində nəğd pul 23 sentyabr 2021-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Cinayət işi üzrə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 02.10.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat X4 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Culfa şəhər MMİ-dən alınmış arayışdan aydın olur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Culfa şəhər M. Hüseynzadə küçəsi ev 31, mənzil 14 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Həmin MMİ-dən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. İstintaq zamanı zərərçəkmiş şəxs X13 25.09.2021-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, 16 sentyabr 2021-ci il tarixdə ona məxsus "Qaraçuq" ərzaq mağazasında baş vermiş oğurluq hadisəsi zamanı 1500 manat pulun oğurlandığını, həmin pulun mağazaya yeni ərzaq malları gətirilməsi üçün şirkətə ödənilməli olan pul olduğunu, işinin dayanmaması üçün ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Cinayət işi üzrə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə 27.09.2021-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin inzibati binasında 138 manat pulu təqdim edərək, oğlu Təqsirləndirilən şəxs oğurladığı puldan 138 manat məbləğində pulu xərclədiyinə görə həmin pulun zərərçəkmiş şəxsə ödənilməsini xahiş etmişdir. Həmin tarixdə Qanuni nümayəndə təqdim etdiyi 138 manat və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1362 manat məbləğində pul, ümumilikdə 1500 manat zərərçəkmiş şəxs X7 tərtib olunmuş aktla təhvil verilmişdir. Zərərçəkmiş şəxs X13 həmin tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və heç bir mülki tələbinin olmadığını bildirmişdir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, zərərçəkmiş şəxsin nümayəndəsinin, məhkəmə ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməl Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün təhlükəli olubolmadığını müəyyən etmək üçün məhkəmənin qərarı ilə əlavə məhkəmə ambulator psixiatrik ekspertizası təyin edilmiş, ekspertin 05 noyabr 2021-ci il tarixli rəyindən aydın olmuşdur ki, törətdiyi əməlin ictimai təhlükəi olması nəzərə alınaraq Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün təhlükəli olması istisna edilmir. Məhkəmə, yuxarıda şərh olunan məhkəmə ambulator psixiartiya ekspertizasının və əlavə məhkəmə ambulator psixiatriya ekspertizasının rəylərinə əsasən hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, "Yüngül dərəcəli əqli zəiflik. Davranış pozuntusu” formasında xroniki prosessual psixi xəstəlik davam etdiyinə görə Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona hazırda cəza təyin edilməsi və cəzanın icrasını mümkün deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Şərh olunan məhkəmə psixiatrik ekspertizasının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır. Həmin məcəllənin 93.1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində məqsəd, həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydaları”nın 82-ci bəndində göstərilmişdir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir. BMT-nin Baş Assambleyasının 17 dekabr 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri”nin 20ci bəndində də müəyyən edilmişdir ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir. Göstərilənlər “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8№-li qərarının tövsiyyələrində də müəyyən edilmişdir. Məhkəmə, göstərilən konstitusion və beynəlxalq normaları, habelə CPM-in göstərilən maddələrini rəhbər tututaraq və işin hallarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilməli, həmin əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməli, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməli, barəsində seçilmiş qanuni nümayəndənin nəzarəti altına vermə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməlidir. Qərarın icra edilməsi Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321 və 468-477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Naxçıvan Şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş səhiyyə orqanına bildirməklə qanuni nümayəndənin nəzarəti altına vermə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-10/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-10/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver