Məhkəmə qərarları › İş №1(078)-10/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-10/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-10/2023 19.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs Abbasəli oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Şahbuz rayonu Şahbuz kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin məhəllənin döngə 9, ev 21D ünvanında yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin 4(078)17-2023 nömrəli qərarı ilə barəsində xx.xx.2023-cü il tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Abbasəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Abbasəli oğlu tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək bu məqsədlə mənzil sahəsi vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Abbasəli oğlu, təxminən 2 ay müdətində yaşadığı ünvan 3 ünvanında qeyri-rəsmi olaraq birlikdə yaşadığı Şahid4 ilə, evin aylıq kirayə pulu olan 200 manatın 100 manatını verəcəyinə, həmçinin qonşuluqlarında yaşayan X8 və Şahid6 həmin evdə hər görüşdükləri şəxsə görə qarşılığında ona 10 manat verəcəklərinə görə onlarla razılaşaraq yaşadığı evdə onların müxtəlif şəxslərlə cinsi əlaqədə olmalarına razılıq verib yaşadığı evdə onların görüşünü təşkil edərək, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib, saxlamış və 15 yanvar 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evdə göstərilən qadınlarla cinsi əlaqədə olmaq üçün həmin evə gələn müştərilərin görüşünü təşkil edərkən cinayət başında yaxalanmışdır. Bununla da, Təqsirləndirilən şəxs Abbasəli oğlu Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Abbasəli oğlu ifadəsində, ona edilmiş ittihamın mahiyyəti və mənasını bildiyini, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin evi satdığına görə, təxminən 5-6 aydır ki, ünvan 5 ünvanda kirayə yaşadığını, X7 3 ilə yaxındır ki, tanıdığını, 2 il olar ki, onunla qeyri rəsmi olaraq birlikdə yaşadıqlarını, X9 və Şahid6 isə tutulmamışdan təxminən 5-6 ay əvvəl hazırda yaşadığı evə köçdükdən sonra tanıdığını, həmin vaxtlarda tanışı Maqsudun ona zəng vuraraq tanış bir qız var, onunla görüşmək istəyirəm, amma yer yoxdu, icazə verirsənsə gəlib sizdə görüşək dediyini, xəstə olanda Maqsud ona çox köməklik etdiyinə görə onun evində qızla görüşməsinə razı olduğunu, Maqsud Güneli onun evimə gətirərək orada onunla cinsi əlaqədə olduğunu, təxminən bir həftə sonra yenə Maqsudun ona zəng vurub onlara gələcəyini dediyini, bir neçə dəqiqə sonra Maqsudun bir qızla birlikdə onlara gəldiyini, Maqsudun yenədə ona evində qızla görüşmək istədiyini bildirib onun razılığı ilə otağa keçərək həmin qızla cinsi əlaqədə olduğunu, Maqsud Günellə onlara gələndə Vüsalə evdə olmasada, Bəyimlə birlikdə gələndə Vüsalənin də evdə olduğunu, onlar görüşüb qurtardıqdan sonra birlikdə oturub söhbət etdiklərini, həmin vaxtı Vüsalənin Bəyimlə tanış olduqlarını, Maqsuddan Bəyimin kim olduğunu soruşduğunu, Maqsudun da Bəyimin keçən dəfə gətirdiyi Günellə qayın arvadı olduqlarını və Şıxmahmud kəndində yaşadıqlarını, Bəyimlə də onu Günelin tanış etdiyini dediyini, bundan sonrada Bəyimlə Vüsalənin arasında münasibət yarandığını, təxminən 4 ay bundan əvvəl oğluna toy etdikdən sonra madi cəhətdən vəziyyəti pisləşdiyinə görə Vüsalənin ona, mənim uşaqlarımı saxlamağım üçün mənə pul lazımdır, mənim işimə qarışma pul qazanmaq üçün mən başqa kişilərlədə görüşüb pul qarşılığında cinsi əlaqədə olacağam əgər istəmirsənsə çıxıb gedim dediyini, özünündə Vüsaləyə, başqa yerə getmə mən onsuzda bu evə ayda 200 manat kirayə verirəm, 100 manatını sən ver kiminlədə istəyirsən görüş dediyini, bundan sonra Vüsalənin tanışı Nicatın ara sıra onlara gəlib Vüsalə ilə görüşdyünü, 2-3 dəfədə taksi kimi özünün gedib Nicatı evə gətirdiyini, Vüsalə ilə Bəyim tanış olduqdan sonra Bəyim evlərə təmizliyə gedəndə uşaqlarını gətirib Vüsalənin yanına qoyduğunu, tutulmamışdan təxminən 3 ay bundan əvvəl Bəyim həyat yoldaşı və uşaqları ilə birlikdə onlara gəlib Şıxmahmutda evdən çıxmışıq 1-2 gün sizdə qalaq dediyini, maddi imkanına görə onların evində qalmağına razılıq vermədiyini, X10 kəndinə öz evlərinə apardığını, onlar Nehrəm kəndində qalsalarda Vüsalənin uşaqları şəhərdə oxuduğuna görə hər gün Nehrəm kəndinə gedib onları məktəbə gətirirdiyini, Vüsaləgil təxminən 15-20 gün Nehrəmdə qaldıqdan sonra ona, hər gün uşaqları aparıb gətirməyə yanacaq çatdıra bilmirəm qayıdın gəlin şəhərə evə dediyini, onlar şəhərə evə qayıtdıqdan sonra Vüsalənin ona, "onsuzda mən özüm evdə başqa kişilərlə görüşürdüm, Bəyimin də adamları var, deyir ki, Oruc əmi icazə verirsə burda həmin şəxslərlə görüşüm, hər dəfə görüşən də aldığım pulun 10 manatını evə verim" dediyini, maddi vəziyyətinə görə buna razılıq verdiyini, Bəyim və Vüsalənin öz müştəriləri ilə evdə görüşdüklərini, Vüsalə ilə əvvəlcədən razılaşdığı kimi onun, evin kira puluna köməklik etdiyini, Bəyimdə hər dəfə görüşəndə aldığı pulun 10 manatını evə verdiyini, tutulmamışdan təxminən 2 ay əvvəl Şahbuz rayonu Şahbuz kəndindən qonşusu olan Samitin ona zəng vurub, "nə vaxt gəlim oturub yeyib içək qız tapa bilərsən" birdə dostum var onunla gələcəyəm dediyini, özünündə ona nə vaxt istəyirsən gəlin, amma gəlməmişdən qabaq zəng et dediyini, həmin vaxtdan 2-3 gün sonra Samitin günorta saatlarında ona zəng vurub dostu ilə birlikdə gəlmək istədiyini dediyini, evinin ünvanını ona deyib, qabağına çıxacağını bildirdiyini, Samitin yanında əlavə bir nəfər kişi ilə onlara gəldiyini, Samitin ona həmin şəxsin Ayrınc kəndindən olan iş yoldaşı İsgəndər olduğunu bildirdiyini, həmin vaxtı Vüsalə və Bəyimin də evdə olduqlarını, onları Samit və İsgəndərə göstərib qızlar bunlardır 35 manata görüşürlər dediyini, Samit Bəyimlə, İsgəndər də Vüsalə ilə cinsi əlaqədə olub hərəsi 35 manatı ona verib getdiklərini, öz 10 manatını götürüb onların pulunu verdiyini, bundan bir neçə gün sonra Samitin ona zəng vurub gəlmək istədiyini dediyini, Samitə evdə olduğunu bildirdiyini, Samitin onlara gəlib Bəyimlə görüşmək istədiyini dediyini, həmin vaxtı Bəyimin qayını arvadı Günelin də onlarda olduğunu, Samitin otağa keçib Bəyimlə görüşüb otaqdan çıxdıqlarını, Samit Bəyimin 35 manatını verdiyini, Bəyimin də 10 manat ona verdikdən sonra, Günelə Samit səninlədə görüşmək istəir 30 manat verəcək dediyini, Güneldə 30 manatı alıb 10 manatını evə görə ona verdiyini, 20 manatını da özünə götürüb otağa keçərək Samitlə görüşdüyünü, sonra Vüsalənin ona "Günel deyir müştəri olanda mənə də deyin gəlim görüşüm evin pulunu verim" dediyini, Günelin ailəsini tanıdığına görə buna razılıq vermədiyini, lakin buna baxmayaraq Samit, İsgəndər, və başqaları Bəyim və Vüsalə ilə görüşmək üçün onlara gələndə Güneldə təsadüfən orada olduğuna görə həmin şəxslərin onunlada 2-3 dəfə görüşdüklərini, Günelin də Bəyim kimi hər dəfə aldığı pulun 10 manatını evə verdiyini, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Samitin iş yoldaşı İsgəndərlə birlikdə qızlarla görüşmək üçün onlara gəldiyini, həmin vaxtı Vüsalə ilə Bəyimin təmizliyə getdikləri üçün evdə olmadıqlarını, amma Günelin onlarda olduğunu, Vüsaləyə zəng vurub Samitlə İsgəndərin görüşməyə gəldiyini dediyini, Vüsalənin də işimizi qurtaraq deyəcəyəm gəl gedək dediyini, İsgəndərin Vüsalə gil gələnə qədər Günellə görüşmək istəyirəm dediyini, Güneldə razı olduğuna görə onların otağa girib cinsi əlaqədə olduqlarını, yemək yedikdən sonra Vüsalənin zəng vurub işlərini qurtardığını bildirdiyini, İsgəndərlə birlikdə gedib onları evə gətirdiklərini, Samitin Bəyimlə, İsgəndərin də Vüsalə ilə görüşdüklərini, görüşüb qurtarandan sonra Samitin ondan nə qədər pul verəcəyini soruşduğunu, ona İsgəndər Günellə də görüşüb hər qıza görə 35 manatdan 105 manat verəcəksən dediyini, Samitin də bütov 100 manatlıq verib başqa pulunun olmadığını bildirdiyini, razılaşıb 100 manatı aldığını, özümdə olan 80 manat xırda pulu Vüsaləyə verib 100 manatlıq bütün puluda özünə götürdüyünü, Samit gil getdikdən sonra elə həmin gün saat 17 radələrində bir nəfər tanımadığı şəxsin ona zəng vurub qazi olduğunu, iki nəfər olduqlarını və qızla görüşmək üçün onlara gəlmək istədiklərini dediyini, həmin vaxtı Günelin də onlarda olduğunu, həmin şəxsə gələ biləcəyini dediyini, həmin şəxsin ondan görüşmək üçün nə qədər pul verəcəyini soruşduğunu, ona qızların hərəsinə 40 manat verəcəksiniz dediyini, bir neçə dəqiqədən sonra həmin şəxsi qonaq evinin yanında qarşılayaraq, tək gəldiyini görüb ondan digər şəxsin harada olduğunu soruşduğunu, həmin şəxsində dostunun işi çıxdığına görə gələ bilmədiyini dediyini, həmin şəxsi evə apardığını, həmin vaxtı Vüsalə, Bəyim və Günelin evdə olduqlarını, içəri girdikdən sonra həmin şəxs dostu gəlməsədə özünün 70 manat verib qızların ikisi ilə görüşmək istədiyini bildirdiyini, onunla razılaşıb ondan 70 manatı aldığını, Vüsalə görüşmək istəmədiyini desədə Bəyimlə, Günelin görüşmək istədiklərini bildirdiklərini, həmin şəxsin birinci Bəyimlə, sonrada Günellə görüşdüyünü, həmin şəxs Günellə otaqda görüşərkən, Nicatın tanımadığı bir şəxslə onlara gəldiyini, Nicatın həmişə onlara gəlməzdən əvvəl Vüsalə ilə danışıb gəldiyini, yanındakı oğlanı da Bəyimlə görüşmək üçün gətirdiyini, qazi olduğunu bildirən şəxsin Günellə də görüşüb otaqdan çıxdıqlarını, həmin oğlan çıxıb getdikdən sonra, Nicatın gətirdiyi oğlan Bəyimlə görüşmək üçün birlikdə otağa girdiklərini, onlar otaqda olarkən mülki geyimdə olan bir neçə şəxsin onu çağıraraq polis olduqlarını bildirdiklərini, ona evdə qız görüşdürdüyün barədə məlumatımız var dediklərini, onun razılığı ilə evə girdiklərini, həmin vaxtı da Bəyimin otaqda oğlanla görüşdüyünü, polis əməkdaşları iki nəfər hal şahidi dəvət edib onların və özünün iştirakı ilə evə baxış keçirərək bəzi paltarları götürdüklərini, sonra onlardan qızlarla cinsi əlaqədə olduqlarına görə müştərilərdən alınan pulun harada olduğunu soruşduqlarını, özündə olan pulları, mətbəxdən xalçanın altından 209 manatı çıxarıb polis əməkdaşlarına verdiyini, Vüsalə də həmin gün Sabit və İsgəndərlə görüşdüklərinə görə onlara verdiyi 80 manatı polis əməkdaşlarına verdiyini, Polis əməkdaşları da onlara verdikləri pulları protokolda qeyd etdiklərini, gostərilən qızlardan başqa evində görüşdürdüyü qızın olmadığını, Vüsalənin onunla bir evdə qaldığını, onunla kirapulunun yarısını verəcək deyə razılaşdıqlarını, Bəyimlə Günelə gəldikdə isə onların özlərinin təklif edib, onun evində görüşüb hər dəfə görüşəndə də 10 manat evdə görüşdülkərinə görə ona verəcəklərni dediklərini, həmin qadınları heç bir şəkildə nəyəsə məcbur etmədiyini, onların özləri pul qarşılığında cinsi əlaqədə olmalarını istədiyi üçün onlara müştəri tapdığını, həmin evi Culfa rayonu Ərəfsə kənd sakini Vəli adlı şəxsdən kirayə götürdüyünü, Vəlinin onun evdə bucür işlərlə məşğul olduğunu bilmədiyini, əgər bilsəydi evdən çıxardacağını, etdiyi əməldən peşman olduğunu ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Abbasəli oğlu son sözündə əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında sahid qismində dindirilmiş Şahid4 ifadəsində Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla, Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, 21D ünvanında Təqsirləndirilən şəxsla qeyri rəsmi olaraq birlikdə yaşadığını, Təqsirləndirilən şəxs təxminən 5-6 il olarki, tanıdığını, Orucun əvvəllər onu avtomobili ilə taksi kimi müəyyən yerlərə apardığını, sonra Oruc xəstə olduğu üçün bir müddət ona baxdığını, 2 ildən artıqdır ki, qeyri rəsmi olaraq birlikdə yaşadıqlarını, X9 və Şahid6 isə təxminən 5-6 ay əvvəl hazırda yaşadığı evə köçdükdən sonra tanıdığını, həmin vaxtlarda Orucun tanışı Maqsudun Orucun razılığı ilə birinci Güneli, ondan bir həfdə sonra isə Bəyimi cinsi əlaqədə olmaq üçün onların evinə gətirdiyini, Maqsud Günellə onlara gələndə evdə olmasada, onu sonradan eşitdiyini, Bəyimlə birlikdə gələndə isə evdə olduğunu, onlar görüşüb qurtardıqdan sonra birlikdə oturub söhbət etdiklərini, həmin vaxtı Bəyimlə tanış olduqlarını, X14 kim olduğunu soruşduqda, Maqsudun Bəyimin keçən dəfə gətirdiyi Günellə qayın arvadı olduğunu və Şıxmahmud kəndində yaşadıqlarını bildirdirib, Bəyimlə də onunla Günelin tanış etdiyini dediyini, bundan sonra da Bəyimlə aralarında münasibət yarandığını, tutulmamışdan təxminən 4 ay bundan əvvəl Orucun maddi cəhətdən vəziyyəti pisləşdiyinə görə, ona "mənim uşaqlarımı saxlamağım üçün mənə pul lazımdır, mənim işimə qarışma pul qazanmaq üçün mən başqa kişilərlədə cinsi əlaqədə olacağam, əgər istəmirsənsə çıxıb gedim" dediyini, Orucun da ona, "başqa yerə getmə mən onsuzda bu evə ayda 200 manat kirayə pulu verirəm, 100 manatını sən ver kiminlədə istəyirsən gətirib evdə cinsi əlaqədə olun" dediyini, bundan sonra Nicatın, ara sıra onunla görüşmək üçün həmin evə gəldiyini, hər dəfəsində Nicatdan 40 manat pul aldığını, Bəyimlə tanış olduqdan sonra Bəyimin evlərə təmizliyə gedəndə uşaqlarını gətirib onun yanına qoyduğunu, tutulmamışdan təxminən 3 ay əvvəl Bəyimin həyat yoldaşı və qızı ilə birlikdə onlara gəlib Şıxmahmutda evdən çıxmışıq 1-2 gün sizdə qalaq dediklərini, Orucda narazılıq etdiyindən onları Nehrəm kəndinə öz evinə apardığını, Nehrəm kəndində qalsalarda uşaqları Naxçıvan şəhərdə oxuduğuna görə Orucun hər gün Nehrəm kəndinə gedib onları məktəbə gətirirdiyini və məktəbdən sonra da Nehrəm kəndinə qaytardığını, təxminən 15-20 gün Nehrəm kəndində qaldıqdan sonra Orucun ona, hər gün uşaqları aparıb gətirməyə yanacaq çatdıra bilmirəm qayıdın gəlin evə dediyini, evə qayıtdıqdan sonra Bəyimin ona, "sən onsuzda evdə Nicatla görüşüb pulunu alırsan, Oruc əmiyə de icazə versə məndə görüşüm hər görüşdüyüm müştəridən aldığım puldan 10 manat evə verim" dediyini, özünündə Oruca Bəyim deyir "Oruc əmi icazə verirsə burda məndə müştərilərlə cinsi əlaqədə olum, hər dəfə görüşən aldığım pulun 10 manatını evə verim" dediyini. Orucunda razılıq verdiyini, Bəyim və özünün müştəriləri ilə evdə görüşürdüklərini, özünün aldığı pulu özü götürsədə, Bəyimin hər dəfə görüşəndə aldığı pulun 10 manatını evə verdiyini, Orucun tanışları olan Samit və İsgəndəri onlarla cinsi əlaqədə olmaq üçün bir neçə dəfə evə gətirdiyini, hər dəfədə görüşəndə hərəsinə 35-40 manat pul aldıqlarını, Samitin bir dəfə Bəyimlə görüşmək üçün onlara gələndə həmin vaxtı Bəyimin qayını arvadı Günelin də onlarda olduğunu, Samit otağa keçib Bəyimlə görüşüb otaqdan çıxdıqdan sonra, X23 səninlədə görüşmək istəyir 30 manat verir dediyini, Güneldə 30 manatı alıb 10 manatını evə verdi 20 manatınıda özünə götürərək otağa keçib Samitlə görüşdüyünü, Günelində onlara müştəri olanda deyin gəlim görüşüm evin pulunu verim dediyini, Orucun da Günelin ailəsini tanıdığına görə razılıq vermədiyini, buna baxmayaraq Samit, İsgəndər və başqaları Bəyim və onunla görüşmək üçün gələndə Güneldə təsadüfən onlarda olduğuna görə həmin şəxslərin onunlada 2-3 dəfə görüşdüklərini, Bəyimin özünün onun tanışı Nicata, müştər olsa onunlada görüşmək üçün tapsın dediyini, xx.xx.2023-cü il tarixdə günorta saatlarında X15 və onunla görüşmək üçün evə gəldiklərini, həmin vaxtı Bəyimlə birlikdə təmizliyə getdiklər üçün evdə olmadıqlarını, amma Günelin onlarda olduğunu, işləri qurtardıqdan sonra, Orucla İsgəndərin birlikdə gəlib onları evə apardıqlarını, evə gedəndə onlar gələnə qədər İsgəndərin Günellə görüşdüyünü bildiyini, sonra Samitin Bəyimlə, İsgəndərin də onunla görüşdüyünü, görüşüb qurtarandan sonra Samitin Orucdan nə qədər pul verəcəyini soruşduqda, X19 Günellə də görüşdüyünə görə hər qıza 35 manatdan 105 manat edir dediyini, Samitin də bütov 100 manatlıq verib başqa pulunun olmadığını bildirdiyini, Orucun da razılaşıb pulu aldığını, özündə olan 80 manat xırda pulu Bəyimlə ona verib 100 manatlıq bütün pulu özü götürdüyünü, Samit gil getdikdən sonra elə həmin gün saat 17 radələrində Oruc bir nəfər tanımadığı şəxsi evə gətirib həmin şəxsin iki nəfər qızla görüşmək istədiyini və həmin şəxsin qazi olduğunu dediyini, həmin vaxtı Günelin də orada olduğunu, özü görüşmək istəmədiyini bildirdiyini, Bəyim və Günelin görüşməyə razı olduqlarını, həmin şəxsin birinci Bəyimlə, sonrada Günellə görüşdüyünü, həmin oğlan Günellə otaqda olanda, özünün tanışı Nicatın tanımadığı bir şəxslə onlara gəldiyini, Nicatın həmişə gəlməzdən əvvəl ona zəng vurduğunu, yanındakı oğlanı da Bəyimlə görüşmək üçün gətirdiyini, qazi olduğunu bildirən şəxs Günellə görüşüb otaqdan çıxdıqdan sonra, Nicatın gətirdiyi oğlanın Bəyimlə görüşmək üçün birlikdə otağa girdiklərini, onlar otaqda olarkən mülki geyimdə olan bir neçə şəxsin Orucu çağıraraq polis olduğlarını bildirdirib, Oruca evdə qız görüşdürdüyü barədə məlumatlarının olduğunu deyib, Orucun razılığı ilə evə girdiklərini, həmin vaxtı da Bəyimin otaqda oğlanla görüşdüyünü, polis əməkdaşları iki nəfər hal şahidi dəvət edib onların və Orucun iştirakı ilə evə baxış keçirərək bəzi paltarları götürdüklərini, sonra onlardan cinsi əlaqədə olduqlarına görə müştərilərdən alınan pulun harada olduğunu soruşduqlarını, Orucun özündə olan pulları mətbəxdən xalçanın altından çıxarıb polis əməkdaşlarına verdiyini, özünündə həmin gün Sabit və İsgəndərlə görüşdüklərinə görə Orucun verdiyi 80 manatı polis əməkdaşlarına verdiyini, polis əməkdaşlarının da onlara verdikləri pulları protokolda qeyd etdiklərini, həmin evdə özlərindən başqa heç bir qadının olmadığını, əvvəl Orucla birlikdə Orucun qardaşının evində qaldıqlarını, orada bu cür işlərin olmadığını, təxminən 4 ay əvvəldən başlayaraq evdə öz tanışları ilə görüşdüyünü, 2 ay olar ki, Bəyimlə, Günelin Orucun gətirdiyi və digər müştərilərlə evdə görüşərək cinsi əlaqədə olduqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X13 şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatlar bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatlar bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 Hüseyn oğlu ifadəsində, Şahbuz rayonu Şahbuz kəndində qeydiyyatda olmaqla yaşadığını, Şahbuz rayonu Qaz İdarəsində çilingər işlədiyini, Şahid8 onun iş yoldaşı olduğunu, ev sahibi Təqsirləndirilən şəxs isə uşaqlıqdan tanıdığını, Orucla Şahbuz kəndində qonşu olduqlarını, orada olan qadınları isə təxminən 2 ay olar ki, həmin evə onlarla görüşmək üçün gedəndə tanıdığını, göstərilən şəxslərin heç biri ilə arasında ədavət, düşmənçilik və ya qohumçuluq münasibəti olmadığını, təxminən 2 ay bundan əvvəl Şahbuz rayonu Şahbuz kəndindən qonşuları olan Təqsirləndirilən şəxs evində qadınlarla görüşmək üçün şərait olduğunu eşitdiyini, həmin vaxtı Oruca zəng vurub, ona nə vaxt gəlim oturub yeyib içək qız tapa bilərsən, birdə dostum var onunla gələcəyəm dediyini, Orucun da, əgər istəyirsənsə 2 satdan sonra gələ bilərsiz, gəlməmişdən qabaq zəng et çıxıb sizi qarşılayım dediyini, həmin vaxtı iş yoldaşı İsgəndərlə birlikdə Naxçıvan şəhərdə olduqlarını, 2 saatdan sonra Oruca zəng vurub hara gələcəklərini və qızlara nə qədər pul verəcəyini soruşduqda, Orucun ona, qızların hərəsinə 35 manat verəcəksiniz, qonaq evinin yanından Xətai məhəlləsinə girin yolda gözləyirəm dediyini, İsgəndərlə birlikdə Orucun dediyi yerə getdiklərini, Orucun yolda onları gözlədiyini, Orucla görüşüb evə getdiklərini, həmin vaxtı evdə 2 qadının olduğunu, Orucun həmin qızları göstərib "qızlar bunlardır 35 manata görüşürlər" dediyini, qadınların adlarını bilmədiyini, Orucun göstərdiyi kimi, otağa keçib qadınlardan biri ilə görüşdüyünü, sonrada İsgəndərin digər qadınla görüşərək hərəsinin Oruca 35 manat pul verdiklərini, gedərkən Orucun onlara nəvax gəlmək istəsəniz əvvəlcədən zəng vurun dediyini, bundan bir neçə gün sonra özü tək Naxçıvan şəhərinə toya gələndə Oruca zəng vurub onlara getdiyini, Orucun onu qapıda qarşılayıb içəri apardığını, orada birinci dəfə görüşdüyü qızdan əlavə başqa bir qadının da olduğunu gördüyünü, birinci əvvəl görüşdüyü qadınla otağa keçib görüşdüklərini, sonra Oruca 30 manat verib digər qadınlada görüşmək istədiyini dediyini, Orucun da razı olduğunu, həmin qadınlada görüşüb Oruca ümumilikdə 65 manat pul verdiyini, ikinci görüşdüyü qadını Orucun evində ilk dəfə görürdüyünü, çünki birinci dəfə İsgəndərlə gedəndə həmin qadının orada olmadığını, xx.xx.2023-cü il tarixdə günorta saatlarında İsgəndərlə birlikdə qadınlarla görüşmək üçün Orucgilə getdiklərini, həmin vaxtı əvvəl görüşdüyükləri qadınların evdə olmadığını, Orucun onlara qızların təmizliyə getdiklərini dediyini, həmin vaxtı Orucgilə pivə və kolbasa alıb apardıqlarını, yemək yeyərkən ikinci dəfə gələndə görüşdüyü həmin kök qadının Oruc gilə gəldiyini, İsgəndərin Orucdan həmin qızın görüşüb görüşmədiyini soruşduğunu, Orucun da ona istəsən görüşər dediyini, digər qadınlar gələnə qədər İsgəndərin otağa girib həmin qadınla görüşdüklərini, yemək yedikdən sonra qadınların Oruca zəng vurub işlərini qurtardıqlarını dediklərini, Orucla İsgəndərin birlikdə gedib onları evə gətirdiklərini, hərəsi qadınların biri ilə görüşdüklərini, Orucdan nə qədər pul verəcəyini soruşduqda, Orucun ona İsgəndər digər qızlada görüşüb, hər qıza 35 manatdan 105 manat edir dediyini, Oruca bütov 100 manatlıq verib başqa pulunun olmadığını dediyini, Orucun da razılaşıb 100 manatı aldığını, həmin günün axşamüstü İsgəndərin ona zəng vurub, "polislər Orucu tutub, şahid kimi bizidə çağırırlar" dediyini, birlikdə Polis İdarəsinə gəlib izahat verdiklərini və Orucun evində gostərilən qızlardan başqa qız görmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 şahid qismində dindirilmiş Şahid7 Hüseyn oğlu ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatlar bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X20 ifadəsində Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 3 ünvanında faişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlayaraq, evdə olan qadınları müştəri taparaq görüşdürdüyü barədə daxil olmuş məlumata əsasən həmkarları Şahid1 və Şahid2 ilə birlikdə tərəflərindən əməliyyat tədbiri keçirərək, bir nəfər Məhərrəm Məmmədov adlı şəxs müəyyən edib, həmin şəxsi Təqsirləndirilən şəxsla danışdırdıqlarını, Məhərrəmin Təqsirləndirilən şəxsla danışıb 2 qızla görüşmək istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs da ona hər qıza görə 40 manat alacağını dediyini, Məhərrəmin razı olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs qonaq evinin yanına gələrək Məhərrəmi qarşılayacağını dediyini, Şahid1 Məhərrəmə Təqsirləndirilən şəxs verməsi üçün 4 ədəd 20 nominallı azərbaycan manatı olmaqla 80 manat pul verərək, həmin əskinasların seriya və nömrələrini götürdüyünü, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi gilanar rəngli VAZ21074 markalı avtomobillə gələrək Məhərrəmi götürüb evinə apardığını, onların arxasınca gedib Təqsirləndirilən şəxs evinin yaxınlığında gözlədiklərini, orada olarkən həmin evə 2 nəfər əlavə kişinin gəldiyini, bir qədər sonra Məhərrəmin evdən çıxdığını, həmin evə gedərək Təqsirləndirilən şəxs çağırıb ona, faişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etməkdə şübhəli olduğunu bildirib, onun öz razılıq ərizəsini alaraq evinə baxış keçirdiklərini, baxış zamanı həmin evə müştəri olaraq gəlmiş Şahid10, otaqlardan birində faişəliklə məşğul olan X13 ilə cinsi əlaqədə olduğunun müəyyən edildiyini, sonra iş üçün əhəmiyyətli olduğundan həmin otaqda olan üzərində yaxma olduğu ehtimal edilən əsgi parçasının, A.Mustafayevə və B.Həsənovaya məxsus alt paltarlarının, həmçinin faişəliklə məşğul olduqları qarşılığında müştərilərdən alınan pulun onlardan götürüldüyünü, baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək lazımı qeydlər aparıldığını, əvvəlcədən seriya və nömrələri götürülərək əməliyyatın keçrilməsi zamanı istifadə edilmiş 80 manat pulun Şahid1 tərəfindən götürüldüyünü, bu barədə də protokolda müvafiq qeydlər aparıldığını, həmin şəxslərin Polis İdarəsinə dəvət edilərək izahatları alındığını, toplanmış materialın raportla istintaqa verildiyini, gostərilən qızlardan başqa qadın görmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatlar bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatlar bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında sahid qismində dindirilmiş Şahid9 ifadəsində Culfa rayonu Əbrəqunus kəndində qeydiyyatda olmaqla yaşadığını, günəmuzd fəhlə işlədiyini, Şahid10 onun həmkəndlisi olduğunu, aralarında tanışlıq münasibətlərinin olduğunu, digər şəxsləri yəni ev sahibi Təqsirləndirilən şəxs və orada olan qadınlardan Vüsaləni təxminən 6-7 ay olarki tanıdığını, Bəyim və Güneli isə sonradan həmin evdə görüb tanıdığını, Göstərilən şəxslərin heç biri ilə aralarında ədavət, düşmənçilik və ya qohumçuluq münasibinin olmadığını, 2022-ci ilin avqust ayında Vüsalə ilə telefonda tanış olduqlarını, Vüsaləyə onunla görüşmək istədiyini dedikdə, Vüsalənin ona nə zaman istəsən gəl evdə görüşək 40 manat verərsən dediyini, 15-20 gündən bir Vüsalənin evinə gedib hər dəfəsində 40 manat verərək onunla görüşdüyünü, son vaxtlarda Vüsalə ilə görüşməyə gedəndə Bəyimidə Vüsaləgildə gördüyünü, Vüsalədən Bəyimin kim olduğunu soruşanda, Vüsalənin ona rəfiqəmdi bizdə qalır, dostun, tanışın görüşmək istəsə özünlə gətirərsən dediyini, 15 yanvar 2023-cü il tarixdə həmkəndlisi Şahid10 Naxçıvan şəhərində qızlar var öz evlərində görüşürlər, mən bir neçə dəfə getmişəm, istəyirsənsə sənidə aparım dediyini, həmin gün saat 17 radələrində yaşadıqları kənddə Alı ilə görüşüb Naxçıvan şəhərinə gəldiklərini, birlikdə Cahan ticarət mərkəzinin arxasında olan yeməkxanada yemək yedikdən sonra Vüsaləyə zəng vurub danışdığını, Alı ilə birlikdə taksi ilə həmin evə getdiklərini, küçə qapısında həmin evin sahibi Təqsirləndirilən şəxs onları qarşılayaraq evə apardığını, evə girdikdən sonra Orucun onlara, hazırda otaqda görüşənlər var, gözləyin onlar çıxsın sonra Alı diqər qızla girib görüşər dediyini, təxminən 5 dəqiqə gözlədikdən sonra otaqda olan oğlanla qızın çıxdıqlarını, ev sahibi Təqsirləndirilən şəxs Alıya Bəyimi göstərib, birinci sən o, qızla keçib otaqda görüş dediyini, Alı Bəyimlə otağa keçdikdən sonra Orucun polis əməkdaşlarının gəldiyini dediyini, polis əməkdaşlarının ev sahibinin iştirakı ilə evə baxış keçirdiklərini, birlikdə həmin evə gedəndə orada ilk öncə iki qız gördüyünü, ev sahibi qızlardan birinində otaqda başqa bir oğlanla görüşdüyünü dediyini, həmin vaxtı evdə 3 qadının olduğunu, özü həmişə həmin evə tək getdiyini və Alını da ilk dəfə idi ki, həmin evə apardığını bildirdi. İbtidai istintaq dövründə baxış zamanı qadınların müştərilərlə cinsi əlaqədə olduqlarına görə əldə edilən Təqsirləndirilən şəxs götürülmüş 129 manat pul, həmçinin Şahid4 və Bəyim Həsənovadan götürülmüş 80 manat pul cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməklə, 1 ədəd kağız zərfdə olan 129 mana pul və 1 ədəd kağız zərfdə olan 80 manat pul saxlanılması üçün X16 Muxtar Respublikası İdarəsinə saxlanılmaya verilmişdir. İbtidai istintaq zamanı Şahid4, X13 və X5 hər hansı bir zöhrəvi xəstəliklərin olubolmamasının müəyyən edilməsi ilə bağlı, müayinə olunmaları üçün Naxçıvan MR X3 X21 göndərilmiş, alınmış arayışda göstərilən şəxslərdə heç bir yoluxucu xəstəliyin aşkar edilmədiyi göstərilmişdir. İstintaq zamanı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamə ilə Təqsirləndirilən şəxs Abbasəli oğlunun ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin məhəllənin döngə 9, ev 21D ünvanında yaşadığı, müsbət xarakterizə olunduğu müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Abbasəli oğlunun qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənildiyindən, məhkum olunmamış hesab edilməsi, məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir, onun əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs Abasəli oğlunun məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat X4 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs Abbasəli oğlunun Azərbaycan Respublikası CM-nin 32.5-179.2.2, 32.5- 179.2.3, 32.5-179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona 2100 manat cərimə cəzası tətbiq edildiyi göstərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Abbasəli oğlunun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən, Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Abasəli oğlunun törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və işin digər halları ilə onun yaşadığı ünvan 3 ünvanında qeyrirəsmi olaraq birlikdə yaşadığı Şahid4 ilə, evin aylıq kirayə pulu olan 200 manatın 100 manatını verəcəyinə, həmçinin qonşuluqlarında yaşayan X8 və Şahid6 həmin evdə hər görüşdükləri şəxsə görə qarşılığında ona 10 manat verəcəklərinə görə onlarla razılaşaraq yaşadığı evdə onların müxtəlif şəxslərlə cinsi əlaqədə olmalarına razılıq verib yaşadığı evdə onların görüşünü təşkil edərək, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Abasəli oğluna cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs Abasəli oğluna cəza təyin edərkən özünü təqsirli bilməsini, qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abasəli oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abasəli oğluna təqsirli bilindiyi həmin Məcəllənin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Abasəli oğluna cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əvvəllər cinayət törətməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün— ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abasəli oğlu həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Abasəli oğlunun barəsində seçilmiş həbs qətimkan təddbiri dəyişdirilmədən saxlanılmalı, azadlığı faktiki olaraq 08 fevral 2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abasəli oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, X16 Muxtar Respublikası İdarəsində maddi sübut kimi saxlanılan 129 və 80 manat pul əskinası hökm qanuni qüvvəsinə mindikdən sonra dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Abasəli oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs Abasəli oğluna göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Abasəli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Abasəli oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış X16 Muxtar Respublikası İdarəsində saxlanılan 129 və 80 manat pul hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs Abasəli oğluna göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs Abasəli oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Q.N.Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar