Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-10/2024 15.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:50 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmaqla cəzası sınaq müddəti ilə şərti hesab edilmiş, orta təhsilli, tikintidə usta işləyən, subay, ünvan 1 ünvanda yaşayan, barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-90/2023 nömrəli 03 oktyabr 2023-cü il tarixli qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 sentyabr 2023-cü il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilmiş, 01 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra, yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman evin zirzəmisindən 01 ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,262 qram, 01 ədəd şüşə flakonda mayedə həll olunmuş vəziyyətdə quru halda təmiz çəkisi 1,463 qram, ümumi təmiz çəkisi 1,725 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilən protokollarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayının təxminən 26-da “Ceki” ləqəbli şəxslə Naxçıvan şəhərində 57 bazarı tərəfdə rastlaşmış, həmin şəxsi bir neçə il əvvəl Bakı şəhərində görüb tanımış, harada yaşaması və əslən haralı olması barədə məlumatı olmamışdır. Əsl adının Ceki və ya Ceyhun olmasını bilmir, çünki soruşmamışdır. Səhv etmirsə cənub bölgəsindən idi. “Ceki” Türkiyə Respublikasından gəlib Bakı şəhərinə gedəcəkdi. Naxçıvanda qalmağa yerinin olmadığını dedikdə ona yaşadığı evdə qala biləcəyini deyib evinə aparmışdır. Evə gedərkən işlədiyi yerdə fəhlə işləyən Nihata zəng edib onu da evə dəvət etmiş, birlikdə evə getmişlər. “Ceki”nin narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bilirdi. Bakı şəhərində olarkən 1-2 dəfə narkotik vasitələrdən birlikdə istifadə etmişdilər. Evdə olarkən “Ceki” çantasından psixotrop maddə və heroin çıxararaq istifadə edib-etməyəcəyini soruşduqda həmin maddələrdən ona da verməsini istəmişdir. “Ceki” Nihata da narkotik vasitələrdən təklif etdiyi zaman Nihat ilk əvvəl istifadə etmək istəmədiyini bildirsə də, sonradan o da istifadə etmək istədiyini demişdir. Həmin vaxt birlikdə heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsindən istifadə etmişlər. “Ceki” həmin gecənin səhəri Bakı şəhərinə gedəcəyini deyib evdən çıxmışdır. “Ceki” evdən çıxıb gedərkən çantasında olan metamfetamini ona vermiş, demişdir ki, saxlasın. Hətta demişdir ki, əlaqə saxlayacaq. Lakin Cekinin telefon nömrəsini bilmir. “Ceki”nin verdiyi metamfetamin həm kristal formada, həm də maye halında idi. “Ceki”dən aldığı metamfetamin psixotrop maddəsini yaşadığı evin zirzəmisində gizlətmişdir. Bir neçə gün keçdikdən sonra 30 sentyabr 2023-cü il tarixdə səhər vaxtı polis əməkdaşları onu yaşadığı məhəllədə saxlayaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasına gətirmişdilər.İlqar və Nihat da onun yanında olublar. Hər üçünü Nazirliyə gətirdilər. Orada narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğu bildirilərək üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada şəxsi axtarış aparılmış, üzərində qadağan olunmuş hər hansısa bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Lakin özü evdə narkotik maddə olduğunu demiş, hətta yerini də göstərmişdir. Polis əməkdaşları iki dəfə onun evinə gediblər. Bir dəfə anasına zəng ediblər, çünki o tək yaşayır. Evin açarı həm özündə həm anasında olubdur. Anası ona yemək bişirir. Narkotik vasitənin podvalda qırmızı çantaya qoymuşdu. Bir dəfə gündüz vaxtı onunla evə gediblər, özü narkotik vasitənin yerini göstəribdi. Həmin vaxt nə müdafiəçi, nə videoçəkiliş olmayıbdır. Hətta qayıdanda anası Nihata, ona yemək, paltar qoyubdur. Daha sonra ikinci dəfə müdafiəçi və videçəkilişlə axşam vaxtı evə baxış keçiriblər. Həmin vaxt narkotik vasitə podvalda ortada aşkar idi. O hesab edir ki, narkotik vasitənin miqdarını qəsdən artıq yazıbar. Mütəmadi olaraq narkotik vasitə və psixotrop maddədən istifadə etməyib. İlk dəfə 2019-cu ildə narkotik vasitə və psixotrop maddə istifadə edib. ünvan 4 ünvanında yerləşən evin zirzəmisindən aşkar olunmuş psixotrop maddələr onun evindən götürülmüşdür, lakin ona deyil Cekiyə məxsus olubdur. Dəfələrlə polis əməkdaşlarına bildirsə də ki, qonşu evlərin kamera görünütüsünə baxılsın Ceki adlı şəxs aşkar edilib müəyyənləşdirilsin. Heç bir tədbir görülməyib. Həmin maddələri “Ceki” istifadə etmək üçün ona vermiş, o da zirzəmidə saxlamışdır. “Ceki” ona vermiş olduğu psixotrop maddəni heçnə qarşılıq gözləmədən vermiş, onun Naxçıvan Muxtar Respublikasına gəlməsi barədə məlumatı və onunla əlaqəsi olmamışdır. Üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməyib. “Ceki”nin həmin maddələri Naxçıvan Muxtar Respublikasına gətirməsi və ya Naxçıvan Muxtar Respublikasında əldə etməsi ilə bağlı məlumatı olmamışdır. Nihat Novruzovu evə dəvət etdiyi zaman ona “Ceki” barəsində məlumat verməmişdir. Nihat Novruzov “Ceki”ni əvvəlcədən tanımayıb. Üzərində narkotik vasitə gəzdirməsindən nə onun, nə də Nihatın məlumatı olmamışdır. “Ceki”dən aldığı metamfetamin psixotrop maddəsindən heç kimə verməmiş və satmamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Əmlindən peşman olmasını nəzərə alıb qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs sentyabr ayının sonlarında ona zəng edib Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən evinə dəvət etmişdir. Ora getdiyində Fəridin “Ceki” dediyi dostu da orada olmuşdur. “Ceki”ni əvvəlcədən tanımayıb. İlk dəfə görmüş, Fərid onu “Ceki” deyə çağırdığı üçün onun əsl adını da öyrənə bilməmişdir. Ona “Ceki” demişdir. Fəridin narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bilirdi. Özü də narkotik vasitə və psixotrop maddələrdən istifadə edib. Orada olarkən Təqsirləndirilən şəxs dostu “Ceki” çantasından metamfetamin psixotrop maddəsi çıxarmış, ona da həmin maddələrdən istifadə etməyini təklif etmişdir. İlk əvvəl istifadə etmək istəməsə də, sonradan ürəyi istədiyi üçün metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Metamfetamini istifadə etdikdən sonra isə yaşadığı evə getmişdir. 2023-cü ilin sentyabr ayının 30-da polis əməkdaşları onu Fəridi və İlqarı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlamışdır. Polis əməkdaşlarına Təqsirləndirilən şəxsla birlikdə metamfetamin psixotrop maddəsindən istifadə etdiklərini bildirmişdir. Onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə inzibati həbs tətbiq edilmiş, inzibati həbs müddəti başa çatdıqdan sonra isə əvvəllər törətdiyi cinayət əməlinə görə barəsində tətbiq olunmuş azadlığın məhdudlaşdııllması cəzası 8 ay 8 gün müddətinə azadlıq məhrum etmə cəzasına dəyişdirilmişdir. Hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs ilə birlikdə istifadə etdiyi metamfetamin psixotrop maddəsinə görə Təqsirləndirilən şəxs və ya “Ceki” ləqəbli şəxsə pul və ya digər maddi nemət verməmişdir. Birlikdə həmin maddədən istifadə etmiş, Fərid və “Ceki” ilə birlikdə psixotrop maddə istifadə edən zaman orada onlardan başqa heç kim olmamışdır. “Ceki”nin çantasında olan narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs verməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onun narkotik vasitə və psixotrop maddə istifadə etdiyini bilsə də, onunla ilk dəfə birlikdə həmin maddələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs “Ceki” adlı dostu barədə ona əvvəlcədən heçnə deməmişdir. Fərid onu eləcə yaşadığı evə çağırmış, evə getdiyi zaman “Ceki”ni görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdən X4 xitmətə başlamış, 2023-cü ilin mart ayından Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. 01 oktyabr 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən xx xxxxxx 1982-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası X7 raportla məruzə etdikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, qrupun üzvü olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışan Şəmsi Mirzəyev ilə birlikdə Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə saat 18:10-da Naxçıvan şəhəri, Xətai məhəlləsində saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun nakotik vasitə və ya psixotrop maddələri üzərində gizlətməyinə kifayət qədər əsaslar olduğundan o, Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılmış, üzərinə şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı uzun müddətdir metamfetamin psixotrop maddəsindən istifadə etdiyini, hazırda yaşadığı evin zirzəmisində metamfetamin psixotrop maddəsi ilə metamfetamin psixotrop maddəsinin mayesini öz istifadəsi üçün saxladığını bildirdiyindən onun yaşadığı ünvan 5 ünvanına gedərək Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evin zirzəmisindən yarı bükülü aliminiyum floyaya bükülmüş ağ rəngli kristal vəziyyətdə metamfetamin psixotrop maddəsinə bənzər kütlə, şüşə qabda maye halında olan metamfetaminin suyuna bənzər maddə, ağ rəngli kağıza bükülmüş metamfetamin psixotrop maddəsinə bənzər ağ kristal maddə, 4 ədəd kiçik ölçüdə kolba və 4 ədəd tibbi şpris aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs özü həmin maddələrdən istifadə etdiyini, öz istifadəsi üçün saxladığını bildirmişdir. O və digər polis əməkdaşları iki dəfə Təqsirləndirilən şəxs evinə baxış keçirməmiş, bir dəfə müdafiəçi və videçəkilişdən istifadə olunmaqla axtarış və götürmə aparılmışdır. Hər üç şəxs Fərid, Nihat və İqbalı əməliyat işi nəticəsində tutmuşdurlar. Məhkəmə iclasında Şahid2 şahid qismində dindirilərkən Şahid1 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, O və digər polis əməkdaşları iki dəfə Təqsirləndirilən şəxs evinə baxış keçirməmiş, bir dəfə müdafiəçi və videçəkilişdən istifadə olunmaqla axtarış və götürmə aparılmışdır. Hər üç şəxs Fərid, Nihat və İqbalı əməliyat işi nəticəsində tutmuşdurlar. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən X4 xitmətə başlamış, 2023-cü ilin iyun ayından Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Tarixini tam xatırlamır, şübhəli şəxs qismində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evində narkotik vasitə və psixotrop maddələri saxlaması ehtimalına görə onun yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, həmin tarixdə onun da iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən yarı bükülü aliminiyum floyaya bükülmüş ağ rəngli kristal vəziyyətdə metamfetamin psixotrop maddəsinə bənzər kütlə, şüşə qabda maye halında olan metamfetaminin suyuna bənzər maddə, ağ rəngli kağıza bükülmüş metamfetamin psixotrop maddəsinə bənzər ağ kristal maddə, 4 ədəd kiçik ölçüdə kolba və 4 ədəd tibbi şpris aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs evinin zirzəmisindən aşkar olunmuş maddələri öz istifadəsi üçün saxladığını bildirmiş, evə baxış Təqsirləndirilən şəxs razılığı ilə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki güc və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında X5 şahid qismində dindirilərkən Şahid3 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş üzrə 01 oktyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış keçirilən zaman evin zirzəmisindən 01 ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,262 qram, 01 ədəd şüşə flakonda mayedə həll olunmuş vəziyyətdə quru halda təmiz çəkisi 1,463 qram, ümumi təmiz çəkisi 1,725 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli 985 nömrəli rəyinə əsasən təqdim olunmuş 01 ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi-0,262 qram olan ağ rəngli, kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddənin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və ekspertizaya təqdim edilən 01 ədəd şüşə flakonda maye şəklində təmiz çəkisi 7,315 qram olan, tərkibindəki həlledicini qurutduqdan və ekstraksiya etdikdən sonra quru təmiz çəkisi 1,463 qram olan maddənin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, həmçinin ekspertizaya təqdim edilən 02 ədəd qırıq şüşə ampulda və 02 ədəd narkotik vasitənin istifadəsi üçün kustar üsulla hazırlanmış şüşə kolbada psixotrop maddə metamfetaminin izləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş 01 ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,262 qram olan metamfetamin psixotrop maddəsi və 01 ədəd şüşə flakonda mayedə həll olunmuş vəziyyətdə quru halda təmiz çəkisi 1,463 qram metamfetamin psixotrop maddəsi cinayətin predmeti olduğundan, 02 ədəd qırıq şüşə ampulda və 02 ədəd narkotik vasitənin istifadəsi üçün kustar üsulla hazırlanmış şüşə kolbada psixotrop maddə metamfetaminin izləri aşkar edildiyindən 24 noyabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 0,242 qram metamfetamin psixotrop maddəsi və 1,463 qram metamfetamin psixotrop maddəsi, 02 ədəd qırıq şüşə ampul və 02 ədəd narkotik vasitənin istifadəsi üçün kustar üsulla hazırlanmış şüşə kolba məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 09 oktyabr 2023cü il tarixli 309 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs “Şizioid tip şəxsiyyət pozuntusu. Tez-tez psixiopatik reaksiyalarla. Emisional-iradi pozğunluqla.” Psixi xəstəliyi vardır, o anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 09 oktyabr 2023cü il tarixli 310 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmamışdır və məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Zeynalov X3 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Bu səbəbdən, Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadədə iki dəfə evinə baxış keçirilməsi, buna görə də psixotrop maddənin miqdarının artırılmasına nail olunmasına dair bildirdiyi hallarla əlaqədar məhkəmə hesab edir ki, bununla bağlı təkzibolunmaz sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, ittiham tərəfindən videoçəkilişdən istifadə edilməklə axtarış və götürülmə aparılması rəsmiləşdirilmiş və istintaq materiallarında təqsirləndirilən şəxs və ya müdafiəçisi tərəfindən hər hansı etiraz, vəsatət, sübut təqdim edilməmişdir. Eləcə də məhkəmə istintaqı zamanı bu hallarla bağlı sübutlar müdafiə tərəfindən təqdim edilməmişdir. Məhkəmə belə olan halda Təqsirləndirilən şəxs bu cür ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma tövsif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.2-ci maddəsinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) cinayətin residividir. Belə ki, Zeynalov X3 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza şərti hesab edilməklə sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddəti başa çatmadan yenidən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Plenum Qərarına görə şəxsin əməlində residivin mövcud olması üçün bəzi şərtlər tələb olunur: - şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması; - şəxsin yenidən qəsdən cinayət törətməsi; - residivi təşkil edən cinayətlərin ardıcıl olaraq törədilməsi; - əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alır və bununla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, həmçinin cinayəti baş vermə şəraitini və hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 30 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, istər təqsirləndirilən şəxsin, istər şahid Nihat Novruzovun ifadəsindən 30 sentyabr 2023-cü il tarixdə onların tutulduğu qeyd edilir. Polis əməkdaşları olan digər şahidlər Nihat Novruzovun, Təqsirləndirilən şəxs və digər şəxsin hər üçünün birlikdə tutulduğunu bildirirlər. Belə olan halda məhkəmə qeyd edir ki, şəxsin cəzasının hesablanmasının başlanğıcı 30 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi tam və ya qismən birləşdirilir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, o, əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, barəsində CM-in 70-ci maddəsi tətbiq edildiyindən və azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qanuni hesab edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc yerində saxlanılan təmiz çəkisi 0,262 qram olan metamfetamin psixotrop maddəsi və mayedə həll olunmuş vəziyyətdə quru halda təmiz çəkisi 1,463 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 0,242 qram metamfetamin psixotrop maddəsi və 1,463 qram metamfetamin psixotrop maddəsi, 02 ədəd qırıq şüşə ampul və 02 ədəd şüşə kolba hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi saxlanılan bir ədəd möhürlənmiş bağlamada olan güclü təsir edən maddə olan yarım həb preqabalin müşadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza sınaq müddəti ilə şərti hesab edilmiş cəzası, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc yerində saxlanılan təmiz çəkisi 0,262 qram olan metamfetamin psixotrop maddəsi və mayedə həll olunmuş vəziyyətdə quru halda təmiz çəkisi 1,463 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 0,242 qram metamfetamin psixotrop maddəsi və 1,463 qram metamfetamin psixotrop maddəsi, 02 ədəd qırıq şüşə ampul və 02 ədəd şüşə kolba hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-10/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-10/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver