Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-11/2023 06.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, təqsirləndirilən şəxsin müdafiəçisi X7, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X9 iştirakları ilə, xx.xx.1979-cu ildə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir uşaq atası, ali təhsilli, Naxçıvan MR Neft və X19 müəssisəsinin mühafizəçisi işləyən, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan, 17 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “28” aprel 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb 28 yanvar 2023-cü il tarixdə saat 21 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhər Xətai məhəlləsində Danyeri market istiqamətindən qəbirstanlıq istiqamətinə hərəkətdə olarkən qəbirstanlığın yanında yolun sol tərəfi ilə hərəkətdə olan velosipedçi xx.xx.1996-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan X11 vurması və nəticədə sonuncunun aldığı xəsarətlər hesabına Naxçıvan MR X1 daxil olması faktı olmuşdur. Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus məxsus Vaz 21099 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Xətai məhəlləsində Danyeri market istiqamətindən qəbirstanlıq istiqamətinə hərəkətdə olarkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, göstərilən tələbləri pozub hərəkətinə davam edərək, qəbirstanlığın yanında yolun əks istiqamətli hərəkət zolağında 1,20 metr məsafədə hərəkətdə olan velosipedçi X2 qədər diqqət və ehtiyatlılıq göstərməyib idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan X12 hər iki periorbital sahədə qançır, sağ qaş üstü nahiyyədə yara, sağ yanaq nahiyyəsində ağız bucağına qədər davam edən yara, bədənin müxtəlif nahiyyələrində sıyrıqlar, əng sümüyünün ön səthində sınıq xətti, hər iki burun sümüyünün sınığı, hər iki almacığın ön səthində sınıq, C7 fəqərəsinin sınığı, alın nahiyyəsində hematomalar, sağ bud çanaq oynağının çıxığı və sağ sirkə kasasının sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirməsinə səbəb olmuş, eyni zamanda törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 324 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunduğunu, 2005-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası aldığını, 2007-ci ildə aministiya əsasən vaxtından əvvəl cəzadan azad olunduğunu, hal-hazırda Naxçıvan MR Neft və X19 müəsisəsinin mühafizəçisi işlədiyini, velosiped sürən X11 əvvəlcədən anasıgilin qonşusu kimi tanıdığını, ancaq onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 28 yanvar 2023-cü il tarixdə saat 20 radələrində evdə olduğunu, dişi ağrıdığı üçün dişinin arğısı kəssin deyə bir stəkan çəkmə tut arağı içdiyini, dişinin arğısının biraz çəkildiyini, qardaşı Məhəmmədgilə getmək üçün evdən çıxdığını, qardaşı Məhəmmədin Naxçıvan şəhəri Xətai məhəlləsində yaşadığını, avtomobili küçə qapısının ağzında saxladığını, sərxoş vəziyyətdə sükanın arxasına keçdiyini, idarə etdiyi özünə məxsus VAZ 21099 minik **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə yol çıxıb Naxçıvan şəhəri Qaraçuq kəndindən Ağamalının diki ilə Naxçıvan şəhəri H.Əliyev prospekti ilə hərəkət edib sonra sağa dönüb Kapital Bank istiqamətindən 7 nömrəli tam orta məktəbi istiqamətində gedib, svetoforu keçib Danyeri marketdən Xətai məhəlləsi istiqamətində hərəkət edərək Xətai qəbirstanlığının yanına gəldiyini, qəbirstanlığın yanındakı yolu ilə 5-10 metr hərəkət edəndə tappıltı eşitdiyini, avtomobilin ön şüşəsinin qırıldığını, bir qədər irəli gedəndən sonra avtomobili saxlayıb yerə düşdüyünü, velosiped sürən şəxsi vurduğunu və avtomobildən bir qədər qabağa asfaltın üzərinə yerə düşdüyünü, velosipedin də qırılıb avtomobilin arxasına düşdüyünü gördüyünü, velosipedçi X9 yanına getdiyini, onun sifətinin qanadığını gördüyünü, birdən qanaxması olar və boğular deyə onu üzü üstə çevirdiyini, yolun qaranlıq olduğunu, hər şeyi aydın görə bilmədiyini, ona kömək edib qucağına götürüb idarə etdiyi avtomobilin arxa salonuna üzü üstə qoyduğunu, sonra qapını örtmək istəyəndə ayaqlarının imkan vermədiyini, onu bir qədər içəri itələdiyini, velosipedçi Sunar Zeynalovun huşunun özündə olmadığını, həmin vaxt ətrafda heç kəsin olmadığını, avtomobildə tək olduğunu, birbaşa avtomobili o vəziyyətdə Naxçıvan MR Xəstəxanasına sürüb yaralı velosipedçini xəstəxanaya təhvil verdiyini, sonra polis əməkdaşlarının xəstəxanaya gəldiyini, sərxoşluq müayinəsindən keçirdiklərini, tut arağı içdiyi üçün özündən sərxoşluq çıxdığını, sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getdiklərini, polis əməkdaşının iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirdiklərini, hadisə yerinin fotoşəkillərinin çəkildiyini, hadisə yerinin sxeminin tərtib edildiyini, Narkoloji mərkəzdə narkotestdən keçirildiyini, avtomobilini Naxçıvan ŞPİ-nə təhvil verdiyini, idarə etdiyi avtomobilin hərəkət sürətinin təxminən 40 km/saat olduğunu, görünüş məsafəsinin 10 metrdən az olduğunu, çünki yolun küçə işıqları ilə işıqlandırılmadığını, həmin vaxt avtomobili yaxın işıqlandırma vəziyyətində idarə etdiyini, avtomobili idarə edəndə velosipedçi X11 əvvəlcədən görmədiyini, avtomobili idarə edəndə tappıltı səsi eşitdiyini, sonra avtomobili saxladığını, avtomobildən yerə düşəndə velosipedçini vurduğunu gördüyünü, şəhərin içərisi ilə gəldiyi üçün yolun işıqlı olduğunu, qaranlıq yola keçəndə 5-10 metr getdikdən sonra hadisənin baş verdiyini, velosipedçini vurduğunu, yol qaranlıq olduğundan velosipedçini əvvəlcədən görmədiyini, yolda əvvəlcədən luk olduğunu, luka düşməsin deyə avtomobili ortalı sürdüyünü, avtomobili idarə edərkən tappıltı səsi eşitdiyini, sonra velosipedçini vurduğunu gördüyünü, əvvəlcədən velosipedçini görmədiyini, hadisədən əvvəl Xətai məhəlləsində hərəkət edərkən yolda avtomobilin olmadığını, hadisə olandan sonra da yolda avtomobilin olmadığını, hadisədən sonra velosipedçiyə kömək edəndə tək olduğunu, kömək etməyə ətrafda heç bir şəxsin də olmadığını, hadisə olmamışdan əvvəl idarə etdiyi avtomobildə fikrini yayındıracaq heç bir işlə məşğul olmadığını, hadisə zamanı idarə etdiyi avtomobildə tək olduğunu, 18 ildir, avtomobil idarə etdiyini, hadisə olan günü gün ərzində avtomobili təxminən 3 saatdan çox idarə etdiyini, əvvəllər heç bir yolnəqliyyat hadisəsi törətmədiyini, ilk dəfədir ki, xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyini, hadisədə əvvəl tut arağı içsə də, psixoloji vəziyyətinin normal olduğunu, yol nəqliyyat hadisəsi baş verdikdən sonra isə özünü itirmədiyini, velosipedçiyə kömək edib, avtomobili qəzalı vəziyyətdə idarə edərək yaralı velosipedçini Naxçıvan MR xəstəxanasına çatdırdığını, əməlindən peşman olduğunu bildirərək qeyd etdiklərinin nəzərə alınıb onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X16 ifadəsində ünvan 2 ünvanında yaşadığını Naxçıvan şəhər sanitar təmizlik idarəsində fəhlə işlədiyini, sürücü Təqsirləndirilən şəxs tanıdığını, amma onun ailəsini tanıdığını, arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 28 yanvar 2023-cü il tarixdə saat 21 radələrində dərman almaq üçün yaşadığı evdən velosipedi götürüb çıxdığını, həmin telefonun qulaqcığını taxıb mahnıya qulaq asdığını, yolu qalxıb Xətai məhəlləsində qəbirstanlığın yanında Lassa təkər yerini keçdiyini, həmin vaxt idarə etdiyi velosipedlə yolu sağ tərəfi ilə hərəkət etdiyini, düz hərəkət edərkən birdən üstünə avtomobilin gəldiyini görəndə birdən sürücünün mərdimazarlıq edib üstünə gəldiyini düşündüyünü, lakin düşündüyü kimi olmadığını, velosipedi sol tərəf çəkmək istədikdə avtomobilin ortalama özünü vurduğunu, ondan sonrasını xatırlamadığını, 29 yanvar 2023-cü il tarixdə özünə gələndə xəstəxanada olduğunu və həkimlərinin başının üstündə olduğunu gördüyünü, özünü normal hiss etdiyini, omba nahiyyəsində arabir ağrılarının olduğunu, velosipedi yolun sağ kənarı ilə idarə etdiyini, avtomobilin üstünə gəldiyini görəndə velosipedi sola çəksə də, avtomobilin onu vurduğunu, həmin vaxt havanın qaranlıq olduğunu, avtomobilin işığının gözünə düşdüyünü, xəstəxanada ayılandan sonra Təqsirləndirilən şəxs idarə etdiyin VAZ 21099 dövlət nömrə nişanlı avtomobil ilə özünü vurduğunu öyrəndiyini, velosipedi sürərkən hadisədən əvvəl qəbirstanlığın yanında heç kimin olmadığını, müayinə və müalicəsi üçün tələb olunan 6000 manatın sürücü Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, hadisə nəticəsində sınmış telefonunun və velosipedinin qarşılığında yenilərinin alınıb verildiyini, buna görə sürücü Təqsirləndirilən şəxs bağışladığını, onunla barışdığını, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində Naxçıvan şəhəri Xətai məhəlləsində qəbirstanlığın yanında yerləşən təsərrüfat malları mağazasında satıcı işlədiyini, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X11 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 28 yanvar 2023-cü il tarixdə Naxçıvan şəhəri Xətai məhəlləsində qəbirstanlığın yanında baş vermiş yol-nəqliyyat hadisəsini görmədiyini, polis əməkdaşının zəng vurub satıcı işlədiyi mağazanın video müşahidə kamerasının qeydə aldığını video-görüntülərə baxmaq istədiyini dediyini, evdən çıxıb iş yerinə getdiyini, ora gedəndə qəbirstanlığa tərəf mağazanın yanında yol-nəqliyyat hadisəsi olduğunu və polis əməkdaşlarının orada olduqlarını gördüyünü, polis əməkdaşı ilə mağazaya keçib kameranı yandırdığını, kameranı açan zaman hadisənin olduğu vaxtı müəyyən etdiklərini, kameraya baxdıqlarını, kameraya baxanda “sürücü idarə etdiyi avtomobilin qabaq tərəfi ilə yolda velosipedçini vurur və sonra qabağa gedərək dayanır” gördüyünü, polis əməkdaşlarının video-görüntüləri götürdüklərini, polis əməkdaşının özünü və bir nəfər tanımadığı şəxsi hadisə yerinə hal şahidi kimi dəvət etdiyini, razılıq verdiyini, polis əməkdaşının sürücü ilə aralarında olan münasibəti yoxladığını, hadisə yerinə baxış keçirildiyini, hadisə yerində velosipedin 3 hissəyə ayırıldığı və mağazaya tərəfə yerə düşdüyünü gördüyünü, avtomobilin də mağazadan bir qədər irəlidə dayandığını, polis əməkdaşının yolu ölçüb, hadisə yerinin sxemini tərtib edib hadisə yerinin fotoşəkillərini çəkdiyini, hadisə yerinin iştirakçıları ilə birlikdə protokolu və sxemi imzaladıqlarını, baxış bitəndən sonra dükanı bağlayıb getdiyini, kameraya baxanda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı avtomobillə **-BJ-*** dövlət nömrə avtomobillə velosipedçini vurduğunu bildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 hal-hazırda Naxçıvan ŞPİ-nin DYPB-də yol patrul xidməti üzrə inspektor işlədiyini, polis baş serjantı olduğunu, cinayət işi üzrə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X11 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, işi ilə əlaqədar Naxçıvan şəhərində xidmət apardıqlarını, Naxçıvan ŞPİ-nin növbətçi hissəsindən xəstəxanaya yaralı piyada gətiriblər məlumatının daxil olduğunu, iş yoldaşı Əziz Seyidovla birbaşa Naxçıvan MR Xəstəxanasına getdiklərini, xəstəxanaya çatanda “Vaz 21099 nömrəli **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzalı şəkildə dayandığını və qabağının dağıldığını gördüyünü, təcili Xəstəxananın Travmatologiya şöbəsinə keçdiklərini, həkimlərin piyadanı müayinə etdiklərini, sonra sürücünü soruşduqlarını, xəstəxananın həyətində olduğunu öyrəndiklərini, onu çağırdıqda sürücünün gəldiyini, sürücü Təqsirləndirilən şəxs hadisənin necə baş verməsini soruşduğunu, sürücü Təqsirləndirilən şəxs da “Xətai məhəlləsində yol ilə gedərkən velosipedçini vurdum və o vəziyyətdə xəstəxanaya gətirdim” dediyini, Təqsirləndirilən şəxs danışarkən onun hərəkətlərindən spirtli içki qəbul etdiyini hiss olunduğunu, onu dəvət edib təcili tibbi yardım mərkəzində sərxoşluq müayinəsindən keçirdiklərini, onun sərxoş çıxdığını, sənəddə 0.59 promil sərxoşluğu göstərdiyini, sürücü Turaldan “nə içibsən” soruşduğunu, Təqsirləndirilən şəxs da “tut arağı içmişəm” dediyini, onu narkotestdən keçirdiklərini, testdən heç nə çıxmadığını, hadisə yerinə getdiklərini, müstəntiqin sürücünün və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirdiklərini, sonda avtomobili Naxçıvan ŞPİ-nin mühafizə olunan dayanacağına apardıqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 77) Cinayət işində olan və məhkəmə iclasında tədqiq olunmuş 17 mart 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 93-94) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Hüquq Məsləhətxanasında fəaliyyət göstərən vəkillərdən birinin dövlət hesabına müdafiəçi qismində dəvət edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin X5 Bölməsinin 24 fevral 2023-cü il tarixli 2/2155 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi, Təqsirləndirilən şəxs cəzanı çəkib qutardıqdan sonra 2 ildən artıq müddət keçdiyindən, onun məhkumluğunun ödənilmiş və götürülmüş olduğu göstərilmişdir. (cild İ, iş vərəq 55-56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X8 tərəfindən verilmiş 18 fevral 2023-cü il tarixli, 193 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhər Qaraçuq kəndində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X6 dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 112) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Vaz 21099 nömrəli **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərxoşluq hallarının bütün növlərinin təyin etmək məqsədilə 28 yanvar 2023-cü il tarixdə o, Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserində müayinə olunmuş, 28 yanvar 2023-cü il tarixli 08 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolunda Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri olmadan narkotik və ya digər maddələrin bioloji obyektlərdən müəyyən edilməsi faktı aşkar olunmadığı, onun ağız suyunda narkotik maddə aşkar edilmədiyi göstərilmişdir. (cild İ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış 25 mart 2023-cü il tarixli 732 saylı arayışdan aydın olur ki, təqsirləndirilən şəxs Zeynalov X13 şəhəri Qaraçuq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Həmin Mənzil İstismar İdarəsindən alınmış xasiyyətnamədə ərazidə yaşadığı müddətdə Qaraçuq kəndində keçirilən ictimai siyasi tədbirlərdə iştirak etdiyi, kənd sakinləri arasında özünü yaxşı sakin kimi apardığı, vətənini və dövlətini sevdiyi göstərilmişdir. Naxçıvan Neft və X19 Müəssisəsindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs işlədiyi müddətdə öz işinin öhdəsindən layiqincə gəldiyi, heç bir nöqsan olmadan çalışdığı, rəhbərliyin və işçilərin hörmətini qazandığı, işinin növbəli olmasına baxmayaraq bütün işləri keyfiyyətli və vaxtında yerinə yetirdiyi göstərilmişdir. (cild İ, iş vərəq 96-101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən alınmış xasiyyətnamədə X9 işlədiyi vaxtdan üstünə düşən vəzifəni layiqincə yerinə yetirdiyi, rəhbərliyin verdiyi tapşırığı layiqincə vaxtı-vaxtında yerinə yetirdiyi, iş yoldaşlarına lazımi köməklik göstərdiyi, idarə kollektivinin hörmət və rəğbətini qazandığı göstərilmişdir. (cild İ, iş vərəq 105) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası DİN DYPİ QİTBŞ tərəfindən verilmiş AE858574 seriyalı BC kateqoriyalı sürücülük vəsiqəsindən xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən qeyd olunan sürücülük vəsiqəsini əldə etdiyi aydın olur. (cild İ, iş vərəq 21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası DİN DYPİ QİTBŞ tərəfindən verilmiş BD200871 seriyalı xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən 75BJ332 qeydiyyat nişanlı, tünd yaşıl metallik rəngli, VAZ markalı, 21099 minik modelli, SEDAN tipli avtomobilin Təqsirləndirilən şəxs mülkiyyətində olduğu aydın olur. (cild İ, iş vərəq 31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 29 yanvar 2023-cü il tarixli 149 saylı protokoldan aydın olur ki, VAZ 21099 markalı **-BJ-*** dövlət nömrə nişanlı аvtomobil hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olub və hadisə zamanı avtomobil yüksüz vəziyyətdə olub. (cild İ, iş vərəq 30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 14 mart 2023cü il tarixli 202 saylı ekspert rəyində 01 ədəd Domena MZ markalı X21 adlı 28-lik velosipedin 150.00, 01 ədəd Çində istehsal edilmiş, göy rəngli, “Redmi” markalı M1908C3JG modelli mobil telefonun (aksesuarsız) 170.00, 01 ədəd ağ rəngli “Redmi” markalı qulaqcığın 3.00, 01 ədəd “Redmi” M1908C3JG markalı mobil telefon üçün arxalığın (kabronun) 1.00 manat orta bazar qiyməti olduğu göstərilmişdir. (cild İ, iş vərəq 62-63) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 16 mart 2023-cü il tarixli 253 saylı ekspert rəyində vaz 21099 minik markalı **-BJ-*** dövlət nömrə nişanlı аvtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. (cild İ, iş vərəq 65-66) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış 03 fevral 2023-cü il tarixli 110 saylı ekspert rəyində vətəndaş X9 bədənində müəyyən edilmiş xəsarətlərin hər iki periorbital sahədə qançır, sağ qaşüstü nahiyyədə yara, sağ yanaq nahiyyəsində ağız bucağına qədər davam edən yara, sağ bud nahiyyəsinin yuxarı 1/3-nin içəri səthində iki ədəd yara, bədənin müxtəlif nahiyyələrində sıyrıqlar, əng sümüyünün ön səthində sınıq xətti, hər iki burun sümyünün sınığı, hər iki almacığın ön səthində sınıq, C7-fəqərəsinin sınığı, alın nahiyəsində hematomalar, sağ budçanaq oynağının çıxığı, sağ sirkə kasasının sınığı olduğu, göstərilən xəsarətlərin küt əşyanın təsirindən törəndiyi, avto-qəza zamanı yarana biləcəyi, xəsarətin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətlərinə aid olduğu göstərilmişdir. (cild İ, iş vərəq 35- 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli 206 nömrəli "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktında Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğu, sərxoşluğunun 0,59 promil olduğu, ağzından alkoqol iyinin gəldiyi göstərilmişdir. (cild İ, iş vərəq 19) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin yol-nəqliyyat hadisəsi Naxçıvan şəhəri Xətai məhəlləsində qəbirstanlığın yanında, yaşayış məntəqəsində baş vermişdir, yolda hərəkət sürətini məhdudlaşdıran yol nişanı yoxdur. Hadisə gecə vaxtı baş vermişdir, yol küçə işıqları ilə işıqlandırılmır. Hadisənin baş verdiyi yol iki tərəfli nəqliyyat yoludur, səthi asfalt örtüklüdür, quru və düzdür. Hadisə аvtomobil yolunun sağ tərəfdən 1,20 metr yola tərəf olan hissədə baş vermişdir. Yolun hərəkət hissəsinin ümumi eni 7,10 metrdir. Velosipedçi vurulma yerində qabağa 35,30 metr irəliyə yolun sağ kənarına yerə düşmüşdür ki, velosipedçinin düşdüyü yerdən sağ tərəfə düz xətt üzrə məsafə 0,60 metr, avtomobilin qabaq hissəsinə qədər məsafə 8,20 metr, dükanın küncünə qədər məsafə isə 18,10 metrdir. Velosipedçi vurulandan sonra velosiped 16,80 metr irəliyə düşmüşdür ki, vurulma yerində sağ tərəfdəki yolun küncünə qədər məsafə 11,3 metrdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21099 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil velosipedçini vurandan sonra 23,10 metr məsafə qət etdikdən sonra yolun sağında dayanmışdır ki, avtomobilin durduğu yerdə arxa sağ təkərdən sağ tərəf bardürə qədər düz xətt üzrə məsafə 1,30 metr, qabaq sağ təkərdən məsafə isə 1,40 metrdir, dükanın küncündən avtomobilin arxa tərəfinə qədər məsafə isə 6,90 metrdir. Hadisə yerində VAZ 21099 markalı **-BJ-*** dövlət nömrə nişanlı аvtomobilə məxsus tormoz izi yoxdur. (cild İ, iş vərəq 6-18) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cərimənin məbləği 6000 (altı min) manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 1 (bir) il 6 (altı) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan Naxçıvan MR DİNnin DYPİ-nin mühafizə olunan dayanacağında saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus Vaz 21099 minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəsini alandan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan Naxçıvan MR DİN-nin DYPİ-nin mühafizə olunan dayanacağında saxlanca verilmiş X12 məxsus Domena MZ markalı X21 adlı 28-lik velosipedin hissələri və cinayət işinə əlavə edilmiş ekranı sınmış göy rəngli Redmi markalı M1908C3JG modelli mobil telefon, ağ rəngli Redmi markalı qulaqcıq və Redmi M1908C3JG markalı mobil telefon üçün arxalıq (kabro) hökm qanuni qüvvəsini alandan sonra zərərçəkmiş şəxs X12 qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir ) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan MR DİN-nin DYPİ-nin mühafizə olunan dayanacağında saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus Vaz 21099 minik markalı **- BJ-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəsini alandan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan MR DİN-nin DYPİ-nin mühafizə olunan dayanacağında saxlanca verilmiş X12 məxsus Domena MZ markalı X21 adlı 28-lik velosipedin hissələri və cinayət işinə əlavə edilmiş ekranı sınmış göy rəngli Redmi markalı M1908C3JG modelli mobil telefon, ağ rəngli Redmi markalı qulaqcıq və Redmi M1908C3JG markalı mobil telefon üçün arxalıq (kabro) hökm qanuni qüvvəsini alandan sonra zərərçəkmiş şəxs X12 qaytarılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-11/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-11/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver