Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-11/2024 18.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:00 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və tərcüməçi X2 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri Bulqan kəndində qeydiyyatda olmaqla Türkiyə Respublikasının İğdır şəhəri Mərkəz M.A.Ersoy məhəlləsində yaşayan, 18 sentyabr 2023-cü il tarixdə barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 206.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, əvvəlcədən yaşadığı Türkiyə Respublikası İğdır şəhərində olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi 1,966 qram metamfetamin psixotrop maddəsini Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisinə keçirmək üçün üzərində daşıyaraq qanunsuz olaraq Sədərək gömrük keçid məntəqəsindən gizlincə keçirib Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olmuş, gömrük nəzarətindən gizlin şəkildə keçirdiyi 1,966 qram metamfetamin psixotrop maddəsini üzərində daşıyaraq Naxçıvan şəhərinə gətirmiş və Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 sentyabr 2023-cü il tarixdə saat 19:30-da ünvan 1 ünvanında yerləşən Naxçıvan ŞPİ-nin inzibati binasına gətirilərək sonuncunun üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,966 ağ rəngli kristal formada və toz şəkilli hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmiş, ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Naxçıvan şəhəri Bulqan kəndində qeydiyyatda olmaqla, Türkiyə Respublikası İğdır şəhərində yaşayır. Halhazırda Türkiyə Respublikası İğdır şəhərində X16 adlı çay kafesini işlədir. O, həm Türkiyə Respublikasının, həm də Azərbaycan Respublikasının vətəndaşıdır. O, orta məktəbi İğdır şəhərində Şehid piyade Tunay Şafaq adına çoxtəyinatlı Anadolu liseyində təhsil almış və oradan məzun olmuşdur. Azərbaycan Respublikası vətəndaşı olsa da, Azərbaycan dilində danışa bilir, lakin oxuya bilmir. O, metamfetamin psixotrop maddəsindən heç istifadə etməyib. Onun yanında metamfetamin psixotrop maddəsini istifadə ediblər, o, da istifadə qaydasını görüb. Metamfetamini falqaya töküb və alışqanla yandıraraq tüstüsünü qəbul edirlər. 15 sentyabr 2023-cü il tarixdə Rəşadət ona metamfetamin maddəsini gətirə biləcəyini soruşmuşdur. O, ilk başda qəbul etməmiş, lakin sonra problem almayacağını fikirləşmiş və Rəşadətə ona metamfetamin maddəsini gətirə biləcəyini demişdir. O, Rəşadəti təxminən 8-9 aya yaxın bir müddətdir tanıyır. Onu tır sürücüsü kimi tanıyır. O, Rəşadətdən pulun göndərilməsini istəmiş, Rəşadət ona 200 manat pula gücü çatdığını bildirmişdir. O, da problemin olmadığını pulun 100 manatını Cahan TM-nin 2-ci mərtəbəsində valyuta dəyişən Müşviqə verməsini tapşırmışdır. Rəşadət 100 manatı Müşviqə vermiş, həmin pul Əkrəm döviz vasitəsilə ona çatmışdır. Metamfetamin almaq üçün Mələkli kəndində getmiş, orada bu işlərlə məşğul olan Gökmen adlı şəxslə əlaqə yaratmış və ona 8000 TL pul vermişdir. Gökmen ona pulun qarşılığında bir büküm metamfetamin maddəsi vermiş, maddəni aldıqdan sonra isə gömrük vasitəsilə Naxçıvana yola düşmüşdür. O, 16 sentyabr 2023-cü il tarixdə İğdır şəhərindən çıxıb Naxçıvan yola düşmüş, Yolda olanda bir bükümdə olan metamfetamin maddəsi üzərində olmuş və yolboyu daşımışdır. Həmin maddəni şalvarını sağ yan balaca cibinə qoymuş, Türkiyə gömrük keçid məntəqəsindən keçərkən üzərinə baxış keçirilməmiş, Azərbaycan gömrük məntəqəsindən keçən zaman yoxlama aparatı siqnal verməmiş, həmçinin nəzarətçi tərəfindən yoxlanılan zaman üzərindən maddə aşkar edilməmişdir. O, Naxçıvan MR ərazisinə keçərək orada tanımadığı taksiyə minib Naxçıvan şəhər Əliabad qəsəbəsi ərazisində yerləşən Yaşıl yanacaq doldurma məntəqəsinin yanına gəlmişdir. Rəşadət onu orada qarşılamışdır. Həmin vaxt iki nəfər mülki formalı şəxs onlara yaxınlaşmış, özlərini təqdim edərək polis olduqlarını bildirmiş və onları Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. Onlar Naxçıvan şəhər Polis İdarəsində dövlət hesabına müdafiəçi və tərcüməçi ilə təmin edilmiş, onların iştirakları ilə onun üzərində baxış keçirilmiş və şəxsi axtarış zamanı şalvarının sağ yan balaca cibindən bir büküm çıxardaraq təqdim etmişdir. Sonra müdafiəçinin, tərcüməçinin və onun iştirakı ilə həmin büküm açılmış və baxış keçirilmişdir. Bir ədəd sellofan bükümdə olan metamfetamin psixotrop maddəsinə bənzər maddə iştirakçılarla birlikdə götürülüb, qablaşdırılmış və möhürlənmişdir. Törətdiyi əməldən peşman olduğunu, bir daha bu cür əmələ yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsi, həmçinin şahid ifadələri, ekspert rəyi və istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4ır. Hal-hazırda rəsmi heç bir yerdə işləmir. Fərdi olaraq elektrik kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs təxminən iki ilə yaxın müddətdə Naxçıvan avtovağzalından tanımışdır. Yasin Naxçıvan avtovağzalında taksi fəaliyyəti ilə məşğul olurdu. O, Yasini taksi sürücüsü kimi tanıyıb. 16 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Yasin ona zəng vuraraq Naxçıvana gəldiyini demiş və onun görüşmək istədiyini bildirmişdir. Yasin ona Naxçıvan şəhər Əliabad qəsəbəsinə tərəf gəldiyini, onunda ora gəlməyini istəmiş və oradan da birlikdə pivə içmək üçün gedəcəklərini demişdir. O, Yasinlə danışan zaman Naxçıvan şəhər İstiqalal küçəsində yerləşən Dəyirmançı kafedə olmuşdu. Oradan avtomobilə minərək Naxçıvan şəhər Əliabad qəsəbəsində yerləşən Yaşıl yanacaq doldurma məntəqəsinə getmişdir. Bir az gözlədikdən sonra Yasin taksi ilə gəlmiş və onunla görüşmüşdür. Bir az söhbət etdikdən sonra Yasinlə birgə avtomobilə oturaraq mağazaya siqaret almağa getmiş və avtomobili mağazanın önündə saxlamışdır. Mağazadan çıxdıqdan sonra avtomobilə əyləşmiş, hərəkətə gətirmək istəyən zaman polis əməkdaşları onları saxlamış və Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, Babək rayonu Zeynəddin kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cahan Ticarət Mərkəzinin ikinci mərtəbəsində yerləşən valyuta məntəqsində oturur. X3 ona Təqsirləndirilən şəxs göndərmək üçün 100 manat pul verməyib və onun bu barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 16 avqust 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı nəticəsində rəis tapşırıq vermiş, tapşırığa uyğun olaraq iş yoldaşı X7 ilə əməliyyat tədbiri qurmuş, tədbirə uyğun olaraq 2023-cü ilin sentyabrın 16-sı axşam əməliyyat tədbirini həyat keçirəcəkmiş. Həmin günü saat 17 radələrində Şirxanla hazırlaşıb, tədbiri həyata keçirmək üçün rəisə məruzə edib İdarədən çıxmışlar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Turan X4 şəhəri Əliabad qəsəbəsində yerləşən yaşıl yanacaq doldurma məntəqəsinin yanında saxlanılaraq Polis İdarəsinə dəvət edilmiş, Polis İdarəsinə çatandan sonra təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da “üzərimdə bir ədəd büküm var, psixotrop maddədir” demişdir. Təhqiqatçı tərəfindən xidməti otaqda şəxsi axtarış aparılması üçün şərait yaradılmış, video-çəkiliş əməliyyat müvəkkili X5 tərəfindən aparılmış, video-çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yandakı balaca cibindən bir ədəd büküm çıxararaq tədqim edib “kağız bükümdə olan kütlənin metamfetamin psixotrop maddəsi adlanan psixotrop maddəyə oxşayır” demişdir. İlk əvvəl kağız bükümdə olan büküm açılmış və həmin bükümün içərisində ağ kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlə olduğu müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin kağızla birlikdə 1,966 qram olduğu müəyyən edilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində heç bir qanunla qadağan olmuş və dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitə, psixotrop maddə aşkar olunmamışdır. Həmin kütlələr prosessual qaydada götürülərək bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, həmin kağız zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X7 ifadəsində şahid qismində dindirilmiş X12 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yandakı balaca cibindən bir ədəd büküm çıxararaq təqdim edib. Büküm açıldıqda sellofan bükümün arasında çəhrayı rəngli, tozşəkilli psixotrop maddə olduğu məlum olur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan torbada kağız bükümdə olan psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini İğdır şəhərinin Mələkli kəndində Gökmen adlı şəxsdən aldığını bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində aşkar olunmuş kütlənin narkotik vasitə və psixotrop maddə olmasını müəyyən etmək məqsədilə 16 sentyabr 2023-cü il tarixdə məhkəmə kimyəvi ekspertizası keçirilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 17 sentyabr 2023-cü il tarixli 935 nömrəli ekspert rəyində 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,966 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddənin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin olduğu göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə psixiatrik ekspertiza və məhkəmə narkoloji ekspertiza keçirilmiş və Y.Budaqov adına Naxçıvan MR X1 alınmış xx.xx.2023-cü il tarixli 339 saylı məhkəmə narkoloji ekspertiza rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi, lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulunun istisna olunmadığı, dispanserdə qeydiyyata alınmasının məsləhət olduğu göstərilmişdir. Həmçinin eyni tarixli 340 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyində Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, psixi vəziyyətinin sağlam olduğu, onun hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,966 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 1,916 qram metamfetamin məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd “DVD” disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs əməlində həmçinin qaçaqmalçılıq cinayətinin tərkibi olduğundan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2 və 206.2-ci maddələrinə tövsif edilməli olduğu üçün Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 206.2-ci maddələri ilə yenidən ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 206.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini töərtməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərərk inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları üzərində axtarış aparılan zaman götürülən psixotrom maddə ilə tam təsdiqini tapmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasənın 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı metamfetamin olan psixotrop maddənin isə 0,15 (sıfır tam yüzdə on beş) qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə, baxılan iş üzrə cinayətin predmeti olan narkotik vasitələrin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,966 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddənin kustar üsulla hazırlanmış “metamfetamin” narkotik vasitəsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən, şəxsi istehlak miqdarından artıq miqdar kimi qiymətləndirilməlidir. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında göstərilmiş tövsiyyələri də nəzərə almışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 206.2-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya onun məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Мəhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ümumi hissə”sinin müddəaları nəzərə alınmaqla “Xüsusi hissə”sinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş hallarıda ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasы Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İstintaq zamanı Türkiyə Respublikasının aidiyyatı qurumlarına əməliyyat tapşırığı göndərilmişdir. Türkiyə Respublikasının müvafiq orqanları tərəfindən əməliyyat tapşığı icra olunaraq göndərilmiş və azərbaycan dilinə tərcümə olunaraq cinayət işi materiallarına əlavə olunmuş səndələrdə Təqsirləndirilən şəxs məhkumluğunun olmaması, müsbət xarakteriza olunduğu, Türkiyə Respublikasıında İğdır Universitetində ədəbiyyat fakultəsinin tarix bölməsi üzrə 1-ci kurs tələbəsi olduğu, atasının vəfat etdiyi, anasının isə yüksək qan təzyiqi və şəkər xəstəsi olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli az ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən qaçaqmalçılıq- Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3500 (üç min beş yüz) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddələri ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3000 (iki min) manat cərimə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq 5500 (beş min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Saadetin oğlunun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq ona qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs Saadetin oğlu xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin tarixdə barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə törədilən cinayət əməlinin təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə təsdiq olunduğunu, onun ifadəsindən başqa sübut növünün olmadığını, məhkumluğunun olmamasını, müsbət xarakteriza olunduğunu, Türkiyə Respublikasıında İğdır Universitetində ədəbiyyat fakultəsinin tarix bölməsi üzrə 1-ci kurs tələbəsi olduğu, əyani təhsil aldığını, valideyninin birini itirdiyini, digərinin isə xəstə olmasını bütün bu halların məcmusunu müstəsna hal hesab edir və buna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmayan cəzanın təyin edilməsini, həm islah olunmasına, həm şəxsiyyətinə, həm də ailə şəraitinə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində maddi sübutların saxlanc otağında saxlanılan təmiz çəkisi 1,966 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddənin metamfetamin psixotrop maddəsi ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 1,916 qram metamfetamin müsadirə edilməli və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə 3500 (üç min beş yüz) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddələri ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq 5500 (beş min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Saadetin oğlu şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində maddi sübutların saxlanc otağında saxlanılan təmiz çəkisi 1,966 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddənin metamfetamin psixotrop maddəsi ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 1,916 qram metamfetamin müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-11/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-11/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver