Məhkəmə qərarları › İş №1(078)-11/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-11/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-11/2025 22.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:55 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1974-cü ildə Babək rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, üç uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının sonlarında qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edərək köhnə traktorun dəmir qoşqusunda gizlətdiyi qurudulmuş marixuana narkotik vasitəsinin bir qismini sinif yoldaşı Şahid4 ilə birlikdə istifadə etmək üçün götürmüş, həmin narkotik vasitəni ünvan 3 ünvanında yerləşən evin həyətindəki zirzəminin giriş hissəsində quraşdırılan dam örtüyünün üstündə, əşyanın altında gizlətmiş və qanunsuz olaraq saxlamışdır. Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 01 oktyabr 2024-cü il tarixdə saat 16:40 dəqiqədə ünvan 3 ünvanında yerləşən evin yanında küçədə olarkən saxlanılmış və qanunsuz olaraq əldə edib yaşadığı evin həyətindəki zirzəminin giriş hissəsində quraşdırılan tam örtüyünün üstündə əşyanın altında gizlətdiyi bir bağlamada təmiz çəkisi 6,141 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək prosessual qaydada götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə 1997-ci ildə məhkum olunmuşdur. Şahid4 sinif yoldaşı olmuşdur, birlikdə Xətai məhəlləsində yerləşən tam orta məktəbi bitirmişdirlər. Hafiz və özü Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən işləmişlər, özü mühafizəçi işləyir, Habil də elektrikçi işləmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Şəhər İdarəsində işləmişdir. Özü də məzuniyyətdə olmuşdur, məzuniyyətdən qayıdıb ərazini gəzəndə Su İdarəsinin arxasında olan ərazidə dəmir qoşqunu görmüş, dəmir qoşqu köhnə olduğu üçün istifadə edilməmişdir. Həmin qoşquya Hafizlə birlikdə baxanda qurudulmuş marixuana narkotik vasitəsi olduğunu görmüşdür. Həmin narkotik vasitədəb götürüb evə aparmasını xatırlamır. 29 sentyabr 2024-cü il tarixdə Hafiz istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, telefonda danışan zaman laminat kəsmək üçün lobzik istəmişdir. Ancaq həmin vaxt aralarından qurudulmuş marixuana söhbəti olmamışdır və o Hafizə onun yerini deməmişdir. Çünki onlar birlikdə ərazini gəzərkən həmin narkotik vasitəni görmüşdür. 01 oktyabr 2024-cü il tarixdə saat 16:40 radələrində ünvan 3 ünvanında yerləşən evin yanında məhlədə küçədə olan zaman iki nəfər mülki formada polis əməkdaşı yaxınlaşıb özlərini təqdim etmişlər, özü ilə sorğu-sual etmişlər, üzərini yoxlamışlar, üzərindən heç nə aşkar olunmadır. Polis əmədaşları harada narkotik vasitə olduğunu soruşmuş, lakin o narkotik vasitə evdə olduğunu xatırlamamışdır. Onlar birinci hər yeri axtarmış, sonra da tapmışlar. O da çox fikriləşmişdir ki, həmin narkotik vasitəni nə vaxt qoymuşdur. Videoçəkiliş sonradan aparılmışdır, onlar necə demişdilərsə o da video çəkilişi zamanı həmin marixuana narkotik vasitəsini polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin qurudulmuş marixuana narkotik vasitəsini götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürləmişlər. Məhkəmə iclasında da video görüntülərə baxılmış, qurudulmuş marixuana narkotik vasitəsi elektron tərəzidə çəkilmiş, çəkisi 7.21 qram gəlmişdir. Qurudulmuş marixuana narkotik vasitəsini özü tapmışdır. Qurudulmuş marixuana narkotik vasitəsinin yerini Hafizə o deməmişdir. Şahid4 həmin qurudulmuş marixuananı satmamışdır. Hafizin istifadə edib- etmədiyini bilməmişdir, görməmişdir, birlikdə də istifadə etməmişdirlər. Yaşadığı evdə narkotik vasitə saxladığını tamamilə unutmuşdur. Marixuana narkotik vasitəsindən çəkməmişdir. İşdən məzuniyyətə çıxmışdı, həyat yoldaşının xəstəliyi ilə əlaqədar onu Türkiyə Respublikasının Ərzurum şəhərinə xəstəxanaya aparmışdır. Orada müalicə olunmuşdur. Özü də xəstəxananın çayçısına enmiş, orada çay içən zaman tanımadığı bir türk ilə tanış olmuş, söhbət edən zaman danışmışlar, türkün özü də marixuana çəkirsən təklif etmiş, özü də “olsa, ver çəkim” demiş, türk də üstündə siqaretə doldurulmuş qurudulmuş marixauananı çıxarıb yandıraraq vermiş, özü də marixuananı çəkmişdir. Türk özünə marixuana verməmişdir. Müalicə qurtardıqdan sonra Naxçıvana qayıtmışdır. Türkiyədən Naxçıvan gələndə gömrük nəzarətindən kənar hər hansı bir narkotik vasitə keçirməmişdir. Bir dəfə Türkiyədə istifadə etmişdir. Elə də narkotikin aludəçisi olmamışdır. Gömrük nəzarətindən kənar narkotik vasitə keçirməmişdir. 2024-cü ilin sentyabr ayının 27-28-i tarixlərində axşam saat 18:00-da işə getmiş, iş rejmi saat 18:00-dan səhər saat 09:00-a olmuşdur. Çətən bitkisi əkməmişdir, becərməmişdir, sadəcə olaraq qoşqusun arxasında çətənə bitkisinin qurudulmuş formasını tapmışdır. Evindən aşkar olunan qurudulmuş marixuana narkotik vasitəsi Su idarəsinin yanındakı dəmir qoşqudan götürmüşdür, lakin necə və nə nə vaxt götürdüyünü xatırlamamışdır. Həyat yoldaşı xəstədir, özü də onun xəstəliyi ilə bağlı müalicəsini apara bilmir, imkanı çatmır, uşaqlarının ehtiyaclarını çətinliklə ödəyir. Qurudulmuş marixuana narkotik vasitəsini götüründə bu səbəblərə görə həmin vaxt fikirili olmuşdur, qurudulmuş marixuana narkotik vasitəsini ora necə gətirdiyi yadına gəlməmişdir. Şahid4 pul qarşılığında qurudulmuş marixuana narkotik vasitəsi verməmişdir. Polis tərəfindən tutulanda Hafizin onun adını verdiyini bilmişdir. Narkotik vasitənin aludəçisi və düşkünü olmamışdır. Əvvəllər Şahid4 narkotik vasitə və psixotrop maddələr satmamışdır, verməmişdir. Telefonun da olan çətənə kolu bitkisinin şəklini çəkməmişdir, sadəcə internetdən yükləmişdir. Həmin fotoşəkil də telefonunda qalmışdır. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. 10 mart 2025-ci il tarixli məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində qohumluğunun olmadığını, 2024-cü ilin sentyabr aylarında əməliyyat məlumatı daxil olduğunu, su idarəsinin axrasında, köhnə maşının arxasında narkotik vasitə aşkarlandığını, şəxsin özünə yaxınlaşdığını, ona bu barədə məlumat verdiyini, Hafizin dostu Habilin adını verdiyini, narkotik vasitənin Habilin dediyini, Habilin yaşadığı evdə zirzəmidə dəmirlərin üstündə narkotik vasitə aşkarladığını, 2023-cü il martın axırından işlədiyini, usta kimi Habili tanıdığını, narkotik vasitə istifadəçisi kimi tanımadığını, Hafizin dalınca getdiyini, Hafizin dostu Habilin zəng vuraraq ona narkotik vasitənin yerini dediyini, Habilin evində küçədə olduğunu, evlərinin iki qapılı olduğunu, gəlmək məqsədlərini ona dediyini, özünü təqdim etdiyini, evdə ailə-uşağının olduğunu dediyini, ona təzyiq etmədiyini, baxış keçirdiyini, satmaq məsələsini demədiyini, Hafizin Habilin yeri deməsini dediyini, başa düşdüyü qədərilə əzəldən dost olduqlarını, evi axtardığını, evinin dalında gül dibçəklərinin olduğunu, ilkin olaraq onlar aşkar etdiklərini, eyni mala oxşadığını, evlərinin arxasının tikilib qurtarmadığını, evə arxadan girə bilməyin mümkün olduğunu, video-çəkilişdə hər şeyin düşdüyünü, ilk görəndə Habilin təəccübləndiyini, Habili istifadəçi kimi tanımadığını, Hafiz barədə məlumatının olmadığını, görüblərsə də, gizli qaydada narkotik vasitə əldə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ekologiya və Təbbi Sərvətlər Nazirliyində işlədiyini, işdən çıxarıldığını, Habilə zəng vuraraq taxta kəsən istədiyini, idarənin həyətin gəzdiyini , istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, Habilin narkotik vasitə istifadə etməsini bilmədiyini, çətənə yarpağı sahədə gördüyünü, Habilin dediyi yeri tanıdığını, 1 dənə lapet olduğunu, lapetin arxasında olduğunu, lapetə baxmağa getdiyini, 1991-1992-ci illərdə narkotik vasitə gördüyünü, lapetdə səpələnmiş halda çətənə yarpağı olduğunu, 6-7 dənə olduğunu, 1-2 dənəsin gördüyünü, deməsəydi orda olacağını bilməyəcəyini, orada köhnə sim olduğunu, qapıdan çıxanda ona zəng vurulduğunu, rəisin onu çağırdığını dediklərini, Habilə götürmə barədə demədiyini, telefonda yarpaq gördüyünü dediyini, 15-20 dəqiqə çəkdiyini, bilsəydi ordadı, gedib götürərdi, telefonda ona dediyini, Habilin adətən öskürdüyünü, oradan narkotik vasitə istifadə etdiyini düşündüyün, buraları gəzdiyini dediyini, gəzən zaman gördüyünü, öz maşını ilə gəldiyini, onu görmədiyini, mühafizəçinin bir yerdə durmadığını, bardurdan qıraqda olduğunu, 1 dəqiqə çəkmədiyini, götürüb, çıxdığını, gəlib, götürdüyünü, yolun yarısında olduğunu, ərazidə bir yerdə olmadığını, söhbətinin telefonda olduğunu, əvvəllər istifadə etdiyini, mütəmadi çəkən olmadığını, ona qarşı məcburiyət olmadığını, tanımasını soruşduqlarını, hamısını böhtan olduğunu, yalan olduğunu, həmin gün şöbədə olduğunu, necə şiferin altına yarpaq qoyacağını, ona yarpaq təklif etmədiyini, mümkün olmadığını, 234.2-sini verdiklərinə görə elə dediyini, onun maddəsinin aşağı düşməsi üçün elə dediyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı nəticəsində rəisə məruzə etmiş, onun tapşırığına əsasən X2 əməliyyat müvəkkili, baş leytenant Şahid2la birlikdə əməliyyat tədbiri qurmuşlar, tədbirə uyğun olaraq 2024-cü ilin oktyabr ayının 1-də əməliyyat tədbirini həyat keçirmişlər, narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda olan şübhəli olan xx.xx.1974-cü il təvəllüdlü Şahid4 saxlanılmışlar. Tədbirin davamı olaraq ünvan 3 ünvanında yerləşən evin yanma getmişlər, kənardan müşahidə edəndə şübhəli şəxs xx.xx.1974-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs küçədə olduğunu görmüşlər, həmin vaxt Naxçıvan ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 da tədbirdə iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən Şahid3 öz şəxsi istifadəsində olan mobil telefonla video çəkilişə başlamış, video çəkiliş aparıla zaman Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxsla sorğu-sual edib üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Üzərini yoxlamışlar, üzərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs harada narkotik vasitə olduğunu, saxladığını və gizlətdiyini soruşmuşlar, Habil də “evin zirzəmisinin üstündə dam örtüyündə qurudulmuş marixuana narkotik vasitəsi var” demişdir. Video çəkilişi ilə Habilin razılığına əsasən fərdi yaşayış evinin həyətinə keçmişlər, Habil həyətdə evi zirzəmisinin üstündə dam örtüyündə olan əşyanın altındakı qurudulmuş marixuana narkotik vasitəsi təqdim etmiş, əməkdaşlarla birlikdə həmin qurudulmuş marixuana narkotik vasitəsini götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürləmişlər. Habili Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişlər. Dövlət hesabına müdafiəçi dəvət edilmiş, təhqiqatçı tərəfindən video çəkilişlə tərəflərindən çəkilən video görüntülərə baxmışlar, həmin möhürlənmiş zərf açılmış, həmin zərfdə olan qurudulmuş marixuana narkotik vasitəsi elektron tərəzidə çəkilmiş, çəkisi 7.21 qram gəlmişdir. Təhqiqatçı tərəfindən həmin qurudulmuş marixuana narkotik vasitəsi kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid4 tanıyır, sinif yoldaşı olmuşlar, dəmir qoşquda aşkar olunan qurudulmuş marixuana narkotik vasitəsinin yerini Hafizə özü demişdir. İbtidai istintaq zamanı dndirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir. Həmçinin aşağıdakı istintaq hərəkətləri məhkəmə iclasında təqsirləndirilən şəxsin təqsirini müəyyən edən sübut kimi qiymətlərindirilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib olunmuş əməliyyat axtarış tədbirinin keçirilməsi və mənzilə baxış keçirilməsi protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi qurudulmuş marixuana narkotik vasitəsi yaşadığı və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisinin giriş hissəsində quraşdırılan dam örtüyünün üstündə əşyanın altında gizlədərək saxlamışdır. Əməliyyat tədbiri zamanı video çəkiliş aparılmış və video çəkiliş ilə Təqsirləndirilən şəxs istifadə etmək üçün gizlətdiyi qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunaraq götürülüb qablaşdırılaraq möhürlənmişdir. xx.xx.2024-cü il tarixdə tərtib olunmuş təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, əməliyyat tədbiri zamanı video çəkilişlə aşkar olunan qurudulmuş marixuana narkotik vasitəsi həqiqətəndə kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin zərf açılmış, zərfdə olan qurudulmuş marixuana narkotik vasitəsi elektron tərəzidə çəkilmiş və çəkisi 7.21 qram gəlmişdir. Həmçinin əməliyyat tədbiri zamanı qeydə alınan video görünütü birlikdə izlənilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzindən alınmış 02 oktyabr 2024-cü il tarixli 1179 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar olunmuş kütlənin təmiz çəkisi 6,141 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi olduğu göstərilmiş, həmçinin Şahid4 təqdim etdiyi təmiz çəkisi 6,020 qram olan qurudulmuş marixuana ilə vizual görünüşü, xırdalanma dərəcəsi və NTX analizi zamanı hər iki marixuana nümunələrində Silufol təbəqədə alınan ləkələrin tündlüyünə və THC RF göstəricilərinə əsasən eynilik təşkil etmişdir. İstintaq zamanı Y.Budaqov adma Naxçıvan MR X1 alınmış xx.xx.2024-cü il tarixli 457 saylı məhkəmə narkoloji ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs epizodik marixuana narkomaniyası aşkar olunmuşdur, məcburi müalicəyə ehtiyacı yoxdur, dispanserdə qeydiyyata alınması məsləhət olmuşdur. İstintaq zamanı Y.Budaqov adma Naxçıvan MR X1 alınmış xx.xx.2024-cü il tarixli 456 saylı məhkəmə ambulator psixiatrik ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, onun hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. İş üzrə Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar olunmuş təmiz çəkisi 6,141 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,091 qram qurudulmuş marixuana narkotik vasitəsi maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-nin ƏSİŞ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 1997-ci il tarixdə Azərbaycan SSR CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə 6 ay azadlıqdan məhrum edilmişdir. Həmçinin xx.xx.2000-ci ildə Azərbaycan SSR CM- nin 242-ci maddəsi ilə 3 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs satış məqsədilə gizlətdiyi yerdən aşkar olunmuş təmiz çəkisi 6,141 qram olan qurudulmuş marixuana narkotik vasitəsi ilə Şahid4 aşkar olunmuş təmiz çəkisi 6,020 qram olan qurudulmuş marixuana narkotik vasitəsi vizual görünüşü, xırdalanma dərəcəsi və NTX analizi zamanı hər iki marixuana nümunələrində Silufol təbəqədə alınan ləkələrin tündlüyünə və THC RF göstəricilərinə əsasən eynilik təşkil etdiyi istintaq zamanı nəzərə alınmışdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. X8 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub- olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə ittiham aktında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə münasibətdə belə hesab edir ki, həmin maddə ilə şəxsin təqsiri məhkəmə istintaqında sübuta yetirilməmişdir. Həmin Məcəllənin 234.2-ci maddəsi-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma adlanır və bu dispozisiyaya görə sanskiya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında məhkəmələrə izah edilir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Cinayət işinin məhkəmə istintaqı zamanı şahid ifadələrindən və təqsirləndirilən şəxsin ifadəsindən Təqsirləndirilən şəxs “digər şəxsi maraq”, ifadəsi altında narkotik vasitənin yayılmasını nəzərdə tutan halların mövcudluğu işə baxılan zaman sübuta yetirilmir. Şəxsə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham verilməsinin yeganə əsası şahid X3 ifadəsi təşkil etmişdir. Həmin ifadəyə nəzər saldıqda Təqsirləndirilən şəxs ona narkotik vasitnin yerini telefonla danışarkən bildirdiyini qeyd edir. Şahidin bildiriyi həmin hal istintaq tərəfindən araşdırılmamış və bununla bağlı telefon zəng məlumatlarının əldə edilməsi ilə bağlı zəruri istintaq tədbirləri aparılmamışdır. Bununla yanaşı şahidin ifadəsindən təqsirləndirilən şəxsin daha sonra həmin narkotik vasitəni götürüb-götürməməsi barədə maraqlanmaması həmin narkotik vasitənin bəxşiş şəklində başqasına verilməsi faktını inkar edir. Bu halda isə “digər şəxsi maraq” kimi ifadəsinin nədən ibarət olması, hansı maraq təkil etməsinin hazırki cinayət işi üzrə sübuta yetirilməsi həmin maddə üzrə ittiham verilməsinin əsasını təşkil etdiyi halda bunu təsdiq edən ikinci hər hansı sübut müəyyən edilməmişdir. Bu halda şəxsə ehtimallar əsasında ittiham verilməsinin qanunla yolverilməzliyi nəzərə alınmalı və məhkəmə istintaq zamanı sübuta yetirilmiş hallara uyğun ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024cü ilin sentyabr ayının sonlarında qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edərək köhnə traktorun dəmir qoşqusunda gizlətdiyi qurudulmuş marixuana narkotik vasitəsinin bir qismini sinif yoldaşı Şahid4 ilə birlikdə istifadə etmək üçün götürmüş, həmin narkotik vasitəni ünvan 3 ünvanında yerləşən evin həyətindəki zirzəminin giriş hissəsində quraşdırılan dam örtüyünün üstündə, əşyanın altında gizlətmiş və qanunsuz olaraq saxlamışdır. Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 01 oktyabr 2024-cü il tarixdə saat 16:40 dəqiqədə ünvan 3 ünvanında yerləşən evin yanında küçədə olarkən saxlanılmış və qanunsuz olaraq əldə edib yaşadığı evin həyətindəki zirzəminin giriş hissəsində quraşdırılan tam örtüyünün üstündə əşyanın altında gizlətdiyi bir bağlamada təmiz çəkisi 6,141 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək prosessual qaydada götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilir və götürülmüş sayılır. Təqsirləndirilən şəxs cəzanı çəkib qutardıqdan sonra 2 ildən artıq müddət keçdiyindən, onun məhkumluğu ödənilmiş və götürülmüş hesab edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olması, müsbət xarakterizə olunması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s.bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməli, Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- ünvan 4 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 39-cu bədində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan və hazırda Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 6.091 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhv etmə komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İstintaq zamanı Y.Budaqov adma Naxçıvan MR X1 alınmış xx.xx.2024-cü il tarixli 457 saylı məhkəmə narkoloji ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs epizodik marixuana narkomaniyası aşkar olunmuşdur, məcburi müalicəyə ehtiyacı yoxdur, dispanserdə qeydiyyata alınması məsləhət olmuşdur. İstintaq zamanı Y.Budaqov adma Naxçıvan MR X1 alınmış xx.xx.2024-cü il tarixli 456 saylı məhkəmə ambulator psixiatrik ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, onun hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs epizodik marixuana narkomaniyası aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasa da, o, X6 Narkoloji Dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Ona görə də Nəsirov X4 Muxtar Respulikası Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. X7 27-ci bəndində qeyd edilmişdir ki, məhkəmə tərəfindən işlərə baxılarkən CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması araşdırılmalı və bu araşdırmanın nəticələrindən irəli gələn məsələlər həll edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə ekspertiza xərci olan 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- ünvan 4 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut olan və hazırda Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 6.091 (altı tam mində doxsan bir) qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar