Məhkəmə qərarları › İş №1(078)-12/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-12/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-12/2023 12.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 4(078)-20/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə xx.xx.1998-ci ildə Naxçıvan şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, müvəqqəti işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə məhkum olunaraq məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 4(078)-21/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “04” may 2023-cü ildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs2 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq tamah məqsədilə qabaqcadan əlbir olaraq Zərərçəkmiş şəxs məxsus Naxçıvan şəhəri 52-ci məhəllə 13A ünvanında yerləşən hasarsız həyətyanı torpaq sahəsində olan şvellerləri, Uaz markalı avtomobilin ramasını, müxtəlif ölçülərdə olan uqonlik, armatur və metal tullantılarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 397,60 manat dəyərində maddi ziyan vurmaları faktı olmuşdur. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ilə qəsdən, tamah məqsədilə qanunsuz olaraq qabaqcadan cinayət əlaqəsinə girərək birgə 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Şahbuz rayon Biçənək kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus Naxçıvan şəhəri 52-ci məhəllə 13A ünvanında yerləşən hasarsız həyətyanı torpaq sahəsinə daxil olub 204 manat dəyərində olan 04 ədəd 5,10 m uzunluğunda, 16 sm enində, qalınlığı 5 mm olan dəmir şvellerləri, 150 manat dəyərində olan bir ədəd 4,15x1,12 m ölçülü UAZ markalı avtomobilin ramasını, 8,60 manat dəyərində olan bir ədəd 2,15 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 4,20 manat dəyərində bir ədəd 1,05 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 3 manat dəyərində bir ədəd 0,84 m uzunluğunda 8 sm enində qalınlığı 2 mm olan dəmir şvelleri, 5 manat dəyərində bir ədəd 1,14 m uzunluğunda 12 sm enində qalınlığı 2 mm olan dəmir şvelleri, 6 manat dəyərində bir ədəd 1,46 m uzunluğunda 8 sm enində qalınlığı 2 mm olan dəmir şvelleri, 5 manat dəyərində bir ədəd 1,30 m uzunluğunda 10 sm enində qalınlığı 2 mm olan dəmir şvelleri, 3 manat dəyərində bir ədəd 1,55 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyü (uqolniki), 3 manat dəyərində bir ədəd 1,47 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyü (uqolniki), 3 manat dəyərində bir ədəd 1,50 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyü (uqolniki), 0,80 manat bir ədəd 1,50 m uzunluğunda 12-lik armaturu və 2 manat bir ədəd 4 m uzunluğunda 12-lik armaturu gizli olaraq talamışlar və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 397,60 manat məbləğində maddi ziyan vurmuşdurlar.Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə qəsdən, tamah məqsədilə qanunsuz olaraq qabaqcadan cinayət əlaqəsinə girərək birgə 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Şahbuz rayon Biçənək kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus Naxçıvan şəhəri 52-ci məhəllə 13A ünvanında yerləşən hasarsız həyətyanı torpaq sahəsinə daxil olub 204 manat dəyərində olan 04 ədəd 5,10 m uzunluğunda, 16 sm enində, qalınlığı 5 mm olan dəmir şvellerləri, 150 manat dəyərində olan bir ədəd 4,15x1,12 m ölçülü UAZ markalı avtomobilin ramasını, 8,60 manat dəyərində olan bir ədəd 2,15 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 4,20 manat dəyərində bir ədəd 1,05 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 3 manat dəyərində bir ədəd 0,84 m uzunluğunda 8 sm enində qalınlığı 2 mm olan dəmir şvelleri, 5 manat dəyərində bir ədəd 1,14 m uzunluğunda 12 sm enində qalınlığı 2 mm olan dəmir şvelleri, 6 manat dəyərində bir ədəd 1,46 m uzunluğunda 8 sm enində qalınlığı 2 mm olan dəmir şvelleri, 5 manat dəyərində bir ədəd 1,30 m uzunluğunda 10 sm enində qalınlığı 2 mm olan dəmir şvelleri, 3 manat dəyərində bir ədəd 1,55 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyü (uqolniki), 3 manat dəyərində bir ədəd 1,47 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyü (uqolniki), 3 manat dəyərində bir ədəd 1,50 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyü (uqolniki), 0,80 manat bir ədəd 1,50 m uzunluğunda 12-lik armaturu və 2 manat bir ədəd 4 m uzunluğunda 12-lik armaturu gizli olaraq talamışlar və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 397,60 manat məbləğində maddi ziyan vurmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, Təqsirləndirilən şəxs1 aşağıdakı məhlədə yaşadığını, Təqsirləndirilən şəxs1 özünə məxsus avtomobili ilə taksiçilik fəaliyyəti ilə məşğul olduğunu, ora-bura getmək üçün onu çağırdığını, idarə etdiyi Vaz 21074 markalı avtomobili ilə apardığını, Zərərçəkmiş şəxs belə tanımadığını, onun öz evlərinin yanında torpaq sahəsinin olduğunu, həmin həyətin boş olduğu, həyətin hasarının da tam olduğunu, onunla öz arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, oğurluq olmamışdan qabaq Yusiflə bir yerdə olanda Yusifin “mənim adıma cərimə var, yol patrul xidməti əməkdaşları mənə 45 manat cərimə yazıblar, mənim də pulum yoxdur, mənə köməklik et, cəriməmi ödəyim” dediyini, Yusifə “həyətimizdə dəmir qapı var, istəyirsən verim sat, cəriməni ödə” dediyini, 25 yanvar 2023-cü il tarixdə Yusifə zəng vurub “haradasan” soruşduğunu, Yusifin də “Naxçıvan şəhərində Dəyirmançının yanındayam, idarə etdiyim avtomobili park yerindən çıxaranda dövlət avtomobili gəlib Chevrolet markalı avtomobilə dəyib” dediyini, Yusifə “sən orada neyləyirdin” dediyini, Yusifin də “Dəyirmançının altında atcılıq kafesində çay içirdim” dediyini, danışdığı kimi onun yanına getdiyini, Yusifin həmin vaxt idarə VAZ 21074 markalı avtomobili ilə Dəyirmançının qabağında dayandığını, həmin vaxt əvvəlcədən tanımımadı Vüqarın da Yusifin yanında olduğunu, onunla da görüşdüklərini, Yusifdən qardaş kim olduğunu soruşduğunu, Yusifin də “sərnişindir, əli çatlayıb, onu sınıqçıyam aparmışdım, o da evdə yox idi” dediyini, Yusiflə birlikdə gəlib dəmir qapıya baxdıqlarını, dəmir qapının özünə aid olduğunu, dəmir qapı hasarın ardından qaldığından onu çıxarmağın çətin olduğunu, Yusifin də “dəmiralana zəng vuracam, gəlib dəmirləri götürəcəklər” dediyini, Yusif dəmiralana zəng vurub onların həyətinə çağırdığını, dəmir alanın da həyətə gəldiyini, onu tanımadığını, dəmir qapını göstərdiyini, onun da “sizin işini olmasın, yarımsaat adam gətirəcəm, dəmirləri yığacaqlar” dediyini, nənəsinin həyətindən öz həyətlərinə keçdiklərini, həyətin yanında boş həyətyanı sahənin olduğunu, evinin pəncərəsindən həmin həyətin görsəndiyini, Yusifə “bax, bizim qonşu həyətdə dəmir var” dediyini, Yusifin də “götürək sataq” dediyini, Yusifə “məni məhlədə hamı tanıyır, götürə bilmərəm, götürmək istəyirsənsə, özün götür.” dediyini, Yusifin də “problem yoxdur, götürək” dediyini, şəhərə çıxdıqlarını, həmin vaxt Vüqarın da avtomobildə olduğunu, Yusifin “Vüqarı sınıqçıya aparıram gətirəm” dediyini, Naxçıvan şəhərində Ali Məclisin yanında avtomobildən düşdüyünü, Yusiflə Vüqarın gedib-gəldiklərini, dəmiralanın Yusifə zəng vurub “dəmiri gəlirik götürək” dediyini, söhbəti eşidib “dəmiralana de, sabah gəlsin” dediyini, Yusifin də dəmiralanla danışıb sabah gəl dediyini, dəmiralanın da “sabah işim olacaq, deyirsinizsə indi gəlim götürüm” dediyini, özünün də razılıq verdiyini, Yusifin idarə etdiyi avtomobillə Naxçıvan şəhəri 52-ci məhəlləyə getdiklərini, özünün də nənəsigilin qapısın yanında avtomobildən düşdüyünü, Yusifin də “qonşunuzun həyətindən dəmir götürməyə gedirik” dediyini, Yusifə “gözləyirəm, işinizi qurtarın, sonra nənəmgilin həyətinə gələrsiniz” dediyini, Yusifin də dəmiralanlarla gedib qonşu həyətdəki dəmir şvevelleri, uqonlikləri və armatur parçalarını götürüb yük avtomobili yığdıqlarını, Vüqarın əli sındığından əlini tutub maşında oturduğunu, həmin vaxt Yusifin özünün dəmirləri qonşu həyətdə götürüb yanına gələrək səslədiyini, dəmir qapının yerini onlara göstərdiyini, dəmiralan şəxslərin də nənəsinin qapısını çıxarıb apardıqlarını, dəmiralanın idarə etdiyi Qazel markalı avtomobilə “dəmirlər çəkiyə qoyanda yanlarında olum” deyə onların avtomobilinə mindiyini, Yusifin də Vüqarla birlikdə fəhlələri götürüb Limon marketin yanına apardığını, dəmiralanla birlikdə Limon marketin arxasında könhə tikinti materiallarının satıldığı dükana getdiklərini, nənəsinin həyətindən götürdüyü dəmir qapını və qonşu həyətdən götürdükləri 4 ədəd dəmir şvelleri, bir ədəd UAZ markalı avtomobilin ramasını və bir yığın şveller, uqonlik və armaturları tərəziyə qoyduqlarını, həmin vaxt Yusifin də yanında olduğunu, dəmirləri tərəzidə çəkdiklərini, qapı ilə birlikdə 700 kq-dan çox dəmirin çəkisinin elədiyini, dəmirləri 136 manata həmin təmir-tikinti materialları dükanına satdığını, 136 manat pulu özünün aldığını, Yusiflə birlikdə Kapital bankın yanına getdiklərini, orada Yusifin 45 manat cəriməsini ödədiyini, Yusif həmin puldan Reyhan YDM-də avtomobilinə 10 manatlıq benzin vurduğunu, qalan pula da Yusiflə birlikdə siqaret, su aldıqlarını və xərclədiklərini, öz həyətlərindən qonşunun həyətindəki dəmirləri Təqsirləndirilən şəxs1 göstərib “qonşunun həyətidir, mən ora girə bilmərəm, qonşular məni tanıyır” dediyini, Yusifin də “problem yoxdur, mən özüm götürəcəm, sən gəlməzsən, qonşular da soruşsa deyəcəm təzə almışıq, indi də dəmirləri satıram” dediyini, qonşu həyət olduğundan həmin dəmirləri götürməyə getmədiyini, Yusifin dəmirləri qonşunun həyətindən dəmiralanlarla götürdüyünü, onlarla köməkli ilk əvvəl Yusifin qonşunun həyətindəki torpaq altında olan 4 ədəd şvellerləri, UAZ markalı avtomobilin ramasını və müxətlif ölçülərdə olan uqolnik, armatur və metal tullantılarını götürdüyünü, öz həyətə gedib nənəsinin həyətindən dəmir qapını götürdüklərini, dəmiralanın Qazelinə oturduqlarını, Yusifin də fəhlələri maşına mindirdiyini, dəmirləri çəkiyə qoyub satdıqlarını, qarşılığında 136 manat pul aldıqlarını, başqa kimsəyə kömək etmədiyini, X3 dəmirləri oğurlamaqda və satmaqda kömək etmədiyini, Yusifin Vüqara “öz həyətimizin dəmirdi satırıq” dediyini, Vüqarın avtomobildə oturduğunu, əvvəllər oğurluq əməli elədiyinə görə barəsində inzibati həbs seçildiyini, 2 dəfə inzibati məsuliyyətə cəlb edildiyini, 2017-ci ilin dekabr aylarında bir ədəd avtomobilin təkərini oğurladığını, buna görə barəsində Naxçıvan Şəhər Məhkəməsinin qərara ilə inzibati həbs seçildiyini, neçə gün olduğunu tam xatırlamadığını, bir ədəd hinduşka oğurladığını, ona görə də inzibati həbs olunduğunu, heç kimin oğurluq etmələrindən xəbərlərinin olmadığını, əvvəllər təkcə özünün oğurluq etdiyini, inzibati qaydada tutulduğunu, lakin əvvəllər heç bir etdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilmədiyini, ilk dəfə idi Təqsirləndirilən şəxs1la oğurluq etdiyini, əvvəllər etmədiyini, oğurluq etməkdə onlara başqa heç kimin kömək etmədiyini, ehtiyacı olduğundan bu oğurluq əməlini etdiyini, etdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, Təqsirləndirilən şəxs2 3-4 aydır tanıdığını, yuxarı məhlədə yaşadığını, özünə məxsus Vaz 21074 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobillə taksiçilik etdiyini, Naxçıvan şəhəri Dram teatrın yanında dayanıb taksiçilik etdiyini, həmin vaxtlarda İlkinin də gəlib öz avtomobilinə minib taksi kimi ora-bura apardığını, beləcə münasibətlərinin olduğunu, X6 ilə də elə tanış olmadığını, onun da avtomobili ilə sərnişin kimi gəlib mindiyini, belə tanış olduğunu, 25 yanvar 2023-cü il tarixdə səhər-səhər saatlarında Vüqarın zəng vurub “gəl məni evdən götür, gedək xəstəxanaya, sürücülük vəsiqəsinə sənəd hazırlayıram” dediyini, gedib Vüqarı yaşadığı məhlədən götürdüyünü, Z.Əliyeva adına Poliklinikaya apardığını, həmin vaxt Vüqarın kimliyini götürmədiyini, ona görə onun sənəd almağının qaldığını, Vüqarın “gedək çay içək” dediyini, birlikdə Dəyirmançı kafenin altındakı Atıcılıq kafesinə getdiklərini, orada bir çay içdiklərini, kafedən çıxanda dəyirmançının qabağında avtoqəzanın olduğunu, avtoqəzaya baxanda İlkinin öz yanına gəldiyini, 3-4 gün bundan qabaq öz avtomobilinə 45 manat cərimə yazıldığını, bu barədə İlkindən 45 manat borc istədiyini, İlkinin “nənəmgilin həyətində və evlərinin arxasında boş həyətdə dəmir olduğunu dediyini, “onları götür apar sat, cəriməni ödə” dediyini, İlkinin “gedək baxaq, görək nə dəmirdi, kimin həyətidir” dediyini, İlkin və Vüqarla birlikdə İlkinin nənəsigilin həyətinə getdiklərini, nənəsigilin həyətində dəmirə baxdıqlarını, iri dəmir qapının olduğunu, ağır çəkili olduğunu, İlkinə “bu qapı ağırdı, bunu qaldırmaq bizlik deyil” dediyini, İnstagram sosial şəbəkəsində naxçıvan-elanları səhifəsində dəmir yığanlar nömrə paylaşdıqlarını, elanlar səhifəsinə daxil olub həmin mobil nömrəyə zəng vurub “dəmir var satırıq” yazdıqlarını, ünvanı soruşduqda “gəlirəm” dediyini, gəlib dəmirə baxıb “indi işim var, gələndə fəhlələri də gətirəcəm, nə dəmir satsanız aparacam” dediyini, İlkingilin həyətinə keçdiklərini, İlkinin qonşu həyəti göstərib “bu həyət boşdur, o vaxt yolda iş gedib, oradan çıxan dəmir tullantıları bura atıblar, torpağın altındadır, istəyirsən onları da götür sat, qonşular məni tanıyır, mən gəlməyəcəm, istəyirsən sən sat, problem olmayacaq” dediyini, həyətin yiyəsinin kim olduğunu soruşduğunu, İlkinin də “yiyəsi yoxdur, neçə illəridir gəlmir Bakı şəhərində yaşayır, mən özüm dəmirləri götürə bilmirəm, məni qonşular tanıyır, sən dəmir yığanlara göstər, onlar yığacaqlar, soruşan olsa, deyərsən öz həyətimdir” dediyini, onunla razılaşıb “narahat olma, öz həyətimdir, satacağıq” dediyini, İlkinlə dəmiralanları gözləmək üçün çay içməyə getdiklərini, Vüqarın da yanlarında olduğunu, Atıcılıqda oturub çay içdiklərini, dəmir yığanın təkrar zəng vurub “mən gəlirəm dəmirləri götürəm” dediyini, İlkinin də “bugün qalsın, sabah götürsünlər” dediyini, dəmir alan da “sabah işim var, indi gələ biləcəm” dediyini, İlkinə baxdığını, İlkinin də “gedək sataq” dediyini, idarə etdiyi avtomobillə İlkinin nənəsigilə getdiklərini, dəmiralanların yük avtomobili ilə gəldiklərini, onlara işarə elədiyini, avtomobilinin arxasına düşdüklərini, onları İlkingilin evinin yanındakı yarım hasarlı boş həyətə gətirdiyini, həmin yerə İlkinin gəlmədiyini, razılaşdıqları üçün İlkinin tanınmasın deyə gəlmədiyini, Vüqarla birlikdə ora getdiyini, dəmiralanlara boş həyətdəki şvellerləri və Uaz markalı avtomobilin ramasını və digər metal tullantılarını göstərdiyini, dəmiralanın yanında iki fəhlənin olduğunu, onların köməkli dəmirləri yük avtomobilinə yığdıqlarını, dəmirləri yığan zaman qonşudan bir nəfərin gəlib bu həyət sizindir soruşduğunu, qonşuya hə dediyini, qonşunun da heç nə deməyib getdiyini, İlkinin dediyi kimi nənəsigilə getdiklərini, oradakı dəmir qapını götürdüklərini, dəmiralanın “bir nəfər mənimlə gəlsin, dəmirləri çəkək” dediyini, İlkinin də yük avtomobilinə mindiyini, fəhlələri apardığını, fəhlələri Limon marketin yanına apardığını, fəhlələrin orada düşdüyünü, Vüqarı Əliabada sınıqçıya apardığını, Vüqarın orada düşdüyünü, Limon marketin yanına gəlib İlkini götürdüyünü, İlkinin “dəmirləri 136 manata satdığını dediyini, İlkinin də cəriməsini ödəmək üçün 45 manat verdiyini, birlikdə kapital banka getdiklərini, orada cəriməsini ödədiklərini, avtomobilinə 10 manatlıq benzin vurduqlarını, Vüqarın zəng vurub “8 nömrəli məktəbin yanında olduğunu dediyini, danışdıqları kimi onu götürdüyünü, özünə zəng gəldiyini, İlkingili araz kafeyə aparıb müştərinin dalınca getdiyini, əvvəlcədən İlkinə 45 manat cəriməsinin olduğunu dediyini, 25 yanvar 2023-cü il tarixdə İlkinin nənəmgildə dəmir var sat, cəriməni ödə dediyini, bir yerdə gedib dəmirə baxdıqlarını, İlkinin qonşu həyəti göstərib orada dəmir var dediyini, yiyəsinin olub-olmadığını soruşduğunu, İlkinin də yoxdur dediyini, İlkinə “soruşsalar deyəcəm mən almışam” dediyini, beləcə razılaşdıqlarını, İlkinin qonşu həyəti göstərib, qonşular tanıyır deyə gəlmədiyini, Vüqarla birlikdə dəmiralanlara qonşu həyəti göstərdiklərini, dəmirləri yük avtomobilinə yığdıqlarını, İlkini aparıb dəmirləri satdığını, başqa kimsənin kömək etmədiyini, X3 dəmirləri oğurlamaqda və satmaqda kömək etmədiyini, Təqsirləndirilən şəxs2lə əvvəllər oğurluq etmədiyini, ilk dəfə idi oğurluq elədiyini, cəriməsi olduğundan İlkinə “mənə kömək elə, o da dedi dəmir var sataq, cəriməni ödə” dediyini, onunla razılaşdığını, dəmirləri boş həyətdən götürüb satdıqlarını, dəmirləri oğurlamaq ilə bağlı bu barədə əvvəlcədən heç kimin xəbərinin olmadığını, İlkinlə danışıb razılaşaraq satdıqlarını, dəmiralanlara “öz dəmirimizdir, özümüzündü satırıq” dediyini, 2016-cı ilin yanvar ayında başlayaraq 2018-ci ilin fevral ayına kimi N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olduğunu, xidmət etdiyi müddətdə əsgər yoldaşı söyüş söydü üçün onunla mübahisə elədiyini, ona bir sillə vurduğunu, buna görə barəsində Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işinin Azərbayan Respublikası CMnin 332.1-ci maddəsi ilə başlanıldığını, istintaq getdiyini, nəticədə Hərbi məhkəmə tərəfindən N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası verildiyini, 2018-ci ilin fevral ayında cəzasının bitdiyini, əsgərliyi bitdiyindən təxris olunduğunu, həqiqi hərbi xidmətinin bitməsinə 18 gün qalmış bu hadisənin olduğunu, ehtiyacı olduğundan bu oğurluq əməlini etdiyini, etdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində Şahbuz Rayonu Yol İdarəsinin müdiri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımadığını, göstərilən şəxslərlə heç bir münasibətinin olmadığını, Şahbuz rayonu Biçənək kəndində yaşasa da 10 ilə yaxındır, ev tikmək üçün Naxçıvan şəhəri 52-ci məhəllə 13 ünvanda torpaq sahəsi aldığını, torpaq sahəsini hasara alsa da darvaza qapısı qoymadığını, həyətdə tikinti apardığından ora dəmir material olan şveller və Uaz markalı avtomobilin ramasını qoyduğunu, imkanı olmadığına görə tikintini təxminən 5 ildir dayandırsa da arada gedib həyətə baş çəkdiyini, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həyətə baş çəkmək üçün gedəndə həyətdə hər bir əşya qoyduğu kimi, yerində olduğunu, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində 52-ci məhəllədən olan qonşulardan birinin zəng vuraraq “sən torpağı satmısan, burada bir nəfər var deyir bu torpağı təzə almışam dəmirləri yığıb aparır, həyəti təmizləyirəm” dediyini, qonşuya “torpağı satmamışam özüm gəlirəm” dediyini, şəhərə gəlib həyətinə getdikdə həyətində olan bütün dəmirləri, yəni şvellerləri və Uaz markalı avtomobilin ramasını oğurlandığını gördüyünü, qonşulardan soruşduqda “iki nəfər cavan oğlan idilər dəmirləri Qazel markalı yük avtomobilinə yığırdılar, biz nə etdiklərini soruşduq biri dedi mən buranı almışam həyəti təmizləyirəm və dəmirləri yığıb apardılar” dediyini, həmin gün gec olduğundan səhəri gün Polis İdarəsinə ərizə ilə müraciət etdiyini, elə həmin günü həyətində olan dəmirləri qonşuluqda yaşayan İlkinin əlavə bir nəfər tanışı ilə gəlib oğurlayaraq aparıb metal qəbulu ilə məşğul olan şəxsə satdığını öyrəndiyini, 4 ədəd şveller uzun ölçülü olduğuna görə ərizəsində yalnız onu qeyd etdiyini, lakin həyətindən bundan əlavə 1 ədəd Uaz markalı avtomobilin köhnə ramasının, bir neçə ədəd xırda ölçülü şveller və əlavə dəmir parçalarının da oğurlandığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi olmadığını, onları bağışladığını, onlara yüngül cəza verilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində hal-hazırda Naxçıvan şəhəri 9-cü küçə 31 ünvanında yerləşən könhə tikinti materialları dükanında fəhlə işlədiyini, Naxçıvan şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, təxminən 25 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 21074 markalı avtomobili ilə işlədiyi dükana gəldiklərini, onun yanında əlavə iki oğlanın da olduğunu, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb yanlarına gəldiyini, həmin vaxt Anarın və Orucun da orada olduğunu, Yusifin gəlib “dəmir var, onları gəlin aparın metalloma verək” dediyini, dəmirlərin harada olduğunu soruşduğunu, Yusifin də “avtomobilim arxasıca gəlin mən göstəcəm” dediyini, Anarla birlikdə yük avtomobili ilə onların arxasına düşdüklərini, Yusifin də köhnə donuz damı adlana yerə, hərbi hissənin yanına getdiyini, özünün də onların ardınca getdiklərini, avtomobili saxlayıb avtomobildən düşdüklərini, Yusifin də avtomobildən düşüb həyəti göstərib “qohum həyətidir, götürün mən buradayam” dediyini, Yusifin yanında olan İlkinin də yaxınlaşıb “anbar tikiləcək, biz burada işləyəcəyik, dəmirlər yğışdırılmalıdır” dediyini, Anarla dəmirlərə baxdıqlarını, dəmirlərin daşların altında olduğunu, orada 4 ədəd şvellerin, bir ədəd UAZ markalı avtomobilin ramasının, armatur və digər dəmir hissələrinin olduğunu, həmin dəmirləri çəki ilə alacaqları üçün orada nə dəmir var idi, götürdüklərini, İlkinin və Yusifin də ilk əvvəl dəmirləri götürəndə əl atdıqlarını, ağır olduğu üçün bizlik deyil dediklərini, Anarla dəmirləri avtomobilə yüklədiklərini, həmin vaxt orada qonşuluq yaşayan əvvəlcədən tanıdığı Nəcəfin ora gəlib “bunları nə edirsiniz” dediyini, Nəcəfə “bu iki oğlan satıb mən də almışam, aparırıq dükana” dediyini, Nəcəfin də heç nə demədiyini, dəmirləri yük maşınına yığdıqlarını, İlkinin gəlib “anbar tikiləcək qapısı bu tərəf açılacaq, o biri həyətdə də dəmir var” dediyini, İlkinin dediyi həyətə getdiklərini, köhnə iki tağlı dəmir qapının olduğunu, həmin dəmir qapını da Anarla birlikdə yerindən çıxardıqlarını, həmin vaxt səsə qonşunun da gəlib nə olub dediyini, İlkinin də qonşusu ilə nəsə danışdığını, həmin vaxt dəmiri çıxarmağa yerin olmadığını, qonşusun da “maşını bizim həyətə tərəf sürün aparın, burada dəmiri çıxarda bilməyəcəksiniz” dediyini, avtomobili qonşunun həyətinə sürdüyünü, dəmiri oradan qoyub apardıqlarını, onların da özlərinin ardınca dükana gəldiyini, Yusifin də İlkinin də anbara gəldiyini, dəmirləri Anarla boşaltdıqlarını, sonra dəmirləri tərəzidə çəkdiklərini, İlqarın dəmirlərin çəkisinə görə pulu Yusifə və İlkinə verdiyini, onların da pulu alıb getdiklərini, dəmirlərin oğurladığını bilmədiyini, bu barədə Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 onlara heç nə demədiklərini, dəmirləri alanda İlkinin “burada anbar tikiləcək, təmizlənir” dediyini, Yusifin də “qohumunun həyətidir” dediyini, buna görə onlardan şühbələnmədiklərini, həmin vaxt Yusifin və İlkinin özünü rahat apardığını, heç ətrafdan da heç kimin heç nə demədiyini, ona görə də şübhələnmədiyini, həmin şəxsləri əvvəl görmədiyini, onları tanımadığını, birinci dəfə onları gördüyünü, Anarla birlikdə Yusifin idarə etdiyi avtomobilin arxasınca getdiklərini, Yusifin hərbi hissənin yanında bir boş həyəti göstərdiyini, həmin həyətdəki dəmirləri satdıqlarını dediyini, Anarla birlikdə dəmirləri yığdığını, başqa da yanlarında heç kimin olmadığını, idarə etdiyi avtomobildə iki nəfərlik olduğunu, avtomobili idarə etdiyini, Anarında yanında oturduğunu, Təqsirləndirilən şəxs2 yaxud da Təqsirləndirilən şəxs1 avtomobilə minmədiklərini, Yusifin Vaz 21074 markalı avtomobili idarə etdiyini, İlkinin də avtomobildə oturduğunu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yanında bir uşağın olduğunu, ancaq avtomobildə oturmadığını, İlkin və Yusifə qarışmadığını, Yusifin dəmirləri satıram dediyini, İlkinin də “anbar tikiləcək, buraları boşaldırıq”dediyini, o biri oğlanı tanımadığını, başqa da onların yanında heç kimin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində hal-hazırda Naxçıvan şəhəri 9-cü küçə 31 ünvanında yerləşən könhə tikinti materialları dükanında qaynaqçı işlədiyini, Naxçıvan şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, təxminən 25 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 21074 markalı avtomobili ilə işlədiyi dükana gəldiklərini, onun yanında əlavə bir oğlan da olduğunu, onların dükana gəlib “dəmir var satırıq” dediklərini, həmin vaxt Mehmanın da orada olduğunu, Mehmanın “dəmir haradadır” deyə soruşduğunu, onlardan birinin “maşının arxasıca gəlin” dediyini, Mehmanın sükan arxasına keçdiyini, onun da yanına oturduğunu, sonra həmin ağ rəngli VAZ 21074 markalı avtombilin arxasınca getdiklərini, o qədər də tanımadığını, Şahbuz yolu ilə getdiklərini, oradan məhəlləyə yol getdiyini, o biri tərəfdə də hərbi hissənin yerləşdiyini, İlkinin də Yusifin də, yarımçıq hasarlı həyəti göstərib “qohumun həyətdir, dəmirləri satırıq” dediklərini, dəmir olan hissəni göstərdiklərini, dəmirlərin də daşın altında olduğunu, orada şveller, Uaz markalı avtomobilin raması və metal tullantılar olduğunu, Mehmanla birlikdə dəmir metalları yük avtomobilinə yüklədiklərini, onlardan birinin də öz həyətləri olduğunu güman etdiyi qonşuluqda olan həyətə girdiyini, İlkinin də öz həyətlərindən pəncərədən onlara baxdığını, onların özlərinə kömək etmədiklərini, dəmirləri yük avtomobilinə yüklədikdən sonra İlkinin “nənəmin həyətdir” dediyini, dəmir qapını götürdüklərini, o biri həyətə girdiklərini, dəmir qapını qonşularının həyətindən çıxardıqlarını, sonra yük avtomobilinə mindiklərini, Mehmanın və onun yük avtomobilində olduqlarını, İlkinin də Yusiflə birlikdə Vaz 21074 markalı avtomobildə gəldiklərini, dəmirləri boşaldıb tərəziyə yığdıqlarını, dəmiri çəkəndən sonra İlqarın pulu verdiyini və getdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində hal-hazırda Naxçıvan şəhəri 9-cü küçə 31 ünvanında yerləşən könhə tikinti materiallarının alqı-satqısı ilə məşğul olduğunu, oranı işlətdiyini, Naxçıvan şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, təxminən 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində dükanda olduğunu, həmin vaxt dükanda işləyən Mehman və Anarın tanımadığı bir nəfər şəxslə bir ədəd dəmir qapı, 4 ədəd şveller, bir ədəd UAZ markalı avtomobilin ramasını, uqolnik, armatur və metal tullantıları gətirdiyini, onlardan bu dəmirlərin kimin olduğunu soruşduğunu, dəmirləri satan oğlanın həyətimizin dəmirləridir dediyini, tərəziyə qoyduqlarını 800 kq dəmirlərin çəkisinin elədiyini, hesablayanda 137 manat elədiyini, satan şəxsə 140 manat pul verdiyini, həmin günü hava qaralanda polis əməkdaşının zəng vurub dəmir gətirib satıblar soruşduğunu, Polisə bir nəfər tanımadığı şəxsin gətirib satdığını dediyini, polis əməkdaşının təkrar özünə “həmin dəmirlər oğurluq maldır” dediyini, polis əməkdaşına “narahat olma burdadırlar” danışdıları kimi polis əməkdaşlarının gəlib baxış keçirdiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə həyatyanı sahədən dəmirləri oğurladıqlarını bildiyini, Təqsirləndirilən şəxs2 da gətirib satdığını, Təqsirləndirilən şəxs2 “həyətimizdəki dəmirlərdir satıram” dediyini, oğurluq olduğunu bilmədiyini, əvvəllər həmin şəxsləri görmədiyini, birinci dəfə idi gördüyünü, İlkinin birinci dəfədir gətirib dəmir satdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində hal-hazırda Naxçıvan şəhəri 9-cü küçə 31 ünvanında yerləşən könhə tikinti materialları dükanında nəzarətçi işlədiyini, Naxçıvan şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, təxminən 25 yanvar 2023-cü ilin saat 14 radələrində dükanda olduğunu, Anar və Mehmanın da dükanda olduğunu, həmin vaxt dükana müştəri gəldiyini, Anar və Mehmanın da dəmir götürməyə getdiklərini, iki saat keçəndən sonra Anar və Mehmanın dəmirləri yük avtomobilində dükana gətirdiklərini, sonra tərəziyə qoyub çəkdiklərini, sonra iki oğlanın dəmirin pulunu alıb getdiklərini, sonradan həmin şəxslərin Yusif və İlkin olduğunu bildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində hal-hazırda fərdi qaydada qaynaqçı işlədiyini, Naxçıvan şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Bayramov Vüqarın öz doğma oğlu olduğunu, Vüqar Bayramovun yaşı ilə əlaqədar Naxçıvan şəhərində N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olduğunu, vətənə borcunu yerinə yetirdiyini, hadisəni görmədiyini və heç nə bilmədiyini, sadəcə olaraq oğlu Vüqarın onların yanında olduğunu, ancaq Vüqarın orada heç bir əlinin olmadığını, polisə gələndən sonra İlkin və Yusifin dəmir oğurlayıb satdıqlarını öyrəndiyini, Vüqarın da həmin vaxt onların yanında olduğunu, Vüqarın “onlarla birlikdə Araz kafeyə getmişdik, onlar orada piyvə içiblər, mən su içdim, sonra da dəmirləri satıb Yusif 40 manat cəriməsini ödəyib” dediyini, başqa da heç nə bilmədiyini, oğlu Vüqarın onların yanında olsa da, onun uşaq olduğunu, heç nə bilmədiyini, onların da “Vüqar yanlarında olsa da, heç nədən xəbəri olmayıb” dediklərini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 63) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 93-94) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 111-112) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 4(078)-20/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 134-135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 4(078)-21/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 137-138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizəsinə əsasən ona məxsus Naxçıvan şəhəri 52-ci məhəllə 13A ünvanında yerləşən yarım hasarlı həyətyanı sahəyə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin həyətdən 4 ədəd 5 metrlik 16 sm-lıq olan şvellerlər, bir ədəd 4,15x1,12 sm ölçüdə olan UAZ markalı avtomobilin raması və müxtəlif ölçülərdə olan uqonlik, armatur və metal tullantıları həmin yerdə yoxdur. (cild İ, iş vərəq 4-11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Naxçıvan şəhəri 9-cu məhəllə 31 ünvanında yerləşən köhnə tikinti materialların alqı-satqı yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 4 ədəd 5 metrlik 16 sm-lıq olan şvellerlər, bir ədəd 4,15x1,12 sm ölçüdə olan UAZ markalı avtomobilin raması və müxtəlif ölçülərdə olan uqonlik, armatur və metal tullantılarını həqiqətən də ora satılıb və həmin əşyalar oradadır. (cild İ, iş vərəq 15-18) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 13 mart 2023-cü il tarixli 2/2975 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs2 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 150) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 13 mart 2023-cü il tarixli 2/2975 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs1 barəsində 08 may 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə barəsində Naxçıvan MR Hərbi Məhkəməsi tərəfindən N ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası verildiyi göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilir və götürülmüş sayılır. Göstərilən normaya əsasən Təqsirləndirilən şəxs1 cəzanı çəkib qutardıqdan sonra bir ildən artıq müddət keçdiyindən, onun məhkumluğu ödənilmiş və götürülmüşdür. (cild İ, iş vərəq 151) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2023-cü il tarixli 105 saylı ekspert rəyində 04 ədəd 5,10 m uzunluğunda, 16 sm enində, qalınlığı 5 mm olan dəmir şvellerlərin 204 manat dəyərində, bir ədəd 4,15x1,12 m ölçülü UAZ markalı avtomobilin ramasının 150 manat dəyərində, bir ədəd 2,15 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvellerin 8,60 manat dəyərində, bir ədəd 1,05 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvellerin 4,20 manat dəyərində, bir ədəd 0,84 m uzunluğunda 8 sm enində qalınlığı 2 mm olan dəmir şvellerin 3 manat dəyərində, bir ədəd 1,14 m uzunluğunda 12 sm enində qalınlığı 2 mm olan dəmir şvellerin 5 manat dəyərində, bir ədəd 1,46 m uzunluğunda 8 sm enində qalınlığı 2 mm olan dəmir şvellerin 6 manat dəyərində, bir ədəd 1,30 m uzunluğunda 10 sm enində qalınlığı 2 mm olan dəmir şvellerin 5 manat dəyərində, bir ədəd 1,55 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyün (uqolniki) 3 manat dəyərində, bir ədəd 1,47 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyün (uqolniki) 3 manat dəyərində, bir ədəd 1,50 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclüyün (uqolniki) 3 manat dəyərində, bir ədəd 1,50 m uzunluğunda 12-lik armaturun 0,80 manat dəyərində, bir ədəd 4 m uzunluğunda 12-lik armaturun 2 manat dəyərində olduğu və ümumi dəyərin təxminən 397,60 manat olduğu göstərilmişdir. (cild İ, iş vərəq 29-30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən 15 aprel 2023-cü il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə 04 ədəd 5,10 m uzunluğunda, 16 sm enində, qalınlığı 5 mm olan dəmir şvellerlər, bir ədəd 4,15x1,12 m ölçülü UAZ markalı avtomobilin raması, bir ədəd 2,15 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şveller, bir ədəd 1,05 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şveller, bir ədəd 0,84 m uzunluğunda 8 sm enində qalınlığı 2 mm olan dəmir şveller, bir ədəd 1,14 m uzunluğunda 12 sm enində qalınlığı 2 mm olan dəmir şveller, bir ədəd 1,46 m uzunluğunda 8 sm enində qalınlığı 2 mm olan dəmir şveller, bir ədəd 1,30 m uzunluğunda 10 sm enində qalınlığı 2 mm olan dəmir şveller, bir ədəd 1,55 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclük (uqolniki), bir ədəd 1,47 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclük (uqolniki), bir ədəd 1,50 m uzunluğunda, 50-lik, qalınlığı 2 mm olan dəmir künclük (uqolniki), bir ədəd 1,50 m uzunluğunda 12-lik armatur, bir ədəd 4 m uzunluğunda 12-lik armatur maddi sübut hesab edilmiş, maddi sübut hesab edilmiş yuxarıda adı çəkilən əşyalar saxlanca verilmişdir.(cild İ, iş vərəq 173-174) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu 52-ci məhəllədə yaşadığı müddətdə ictimai asayişi pozduğu, nümayəndəlik tərəfindən şəxs haqqında maraqlanarkən onun barəsində müsbət fikirlər deyilmədiyi qeyd olunmuşdur. (cild İ, iş vərəq 157) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 567 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X19 şəhəri, 52-ci məhəllə, 34 nömrəli evdə qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun ailə üzvləri atası- 1972-ci il təvəllüdlü X32, anası – 1974-cü il təvəllüdlü X7, bacısı- 1995-ci il təvəllüdlü X27r.(cild İ, iş vərəq 156) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşadığı 48-ci məhəllədə qonşuların rəğbətini qazandığı, ərazidə yaşayan və köməyə ehtiyacı olan tək-tənha şəxsə həyətyanı sahədəki işlərində yaxından köməklik göstərdiyi, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 154) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 565 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zeynalov X11 şəhəri, 48-ci məhəllə, 108 nömrəli evdə qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun ailə üzvləri atası- 1960-cı il təvəllüdlü X5, anası – 1969-cu il təvəllüdlü X8, bacısı- 1997-ci il təvəllüdlü X9r.(cild İ, iş vərəq 152) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Şahbuz rayon İcra Hakimiyyəti Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 8/44 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Şahbuz rayon, Biçənək kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Onun ailə üzvləri həyat yoldaşı- X10, oğlu- X28, qızı- X14, oğlu-X15r.(cild İ, iş vərəq 158) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan əməli törətmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CMin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 18 fevral 2023-cü il tarixdən hesablanması görünür. Həmçinin iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 18 fevral 2023-cü il tarixdən hesablanması görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, 20 fevral 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə qaldığı 113 (yüz on üç) gün, cəmi 115 (yüz on beş) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 07 (yeddi) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, 20 fevral 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə qaldığı 113 (yüz on üç) gün, cəmi 115 (yüz on beş) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 07 (yeddi) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək əlavə vəzifə də müəyyən edə bilər. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onların üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Naxçıvan şəhəri 9-cü küçə 31 ünvanında yerləşən köhnə tikinti materialları dükanında saxlanca verilmiş 04 ədəd 5.10 m. uzunluğunda, 16 sm enində, qalınlığı 5 mm olan dəmir şvellerləri, 150 manat dəyərində olan bir ədəd 4.15x1.12m ölçülü UAZ markalı avtomobilin ramasını, 8.60 manat dəyərində olan bir ədəd 2.15 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 4.20 manat dəyərində bir ədəd 1.05 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 3 manat dəyərində bir ədəd 0.84 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 5 manat dəyərində bir ədəd 1.14 m uzunluğunda, 12 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 6 manat dəyərində bir ədəd 1.46 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 5 manat dəyərində bir ədəd 1.30 m uzunluğunda, 10 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 3 manat dəyərində bir ədəd 1.55 m uzunluğunda, 50-lik qalınlığı, 2 mm olan dəmir künclüyü (uqolnik), 3 manat dəyərində bir ədəd 1.50 m uzunluğunda, 50-lik qalınlığı, 2 mm olan dəmir künclüyü (uqolnik), 0.80 manat dəyərində bir ədəd 1.50 m uzunluğunda, 12-lik armaturu və 2 manat dəyərində bir ədəd 4 m uzunluğunda 12-lik armatur hökm qanuni qüvvəsini alandan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, 20 fevral 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə qaldığı 113 (yüz on üç) gün, cəmi 115 (yüz on beş) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 07 (yeddi) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, 20 fevral 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə qaldığı 113 (yüz on üç) gün, cəmi 115 (yüz on beş) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 07 (yeddi) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Naxçıvan şəhəri 9-cü küçə 31 ünvanında yerləşən köhnə tikinti materialları dükanında saxlanca verilmiş 04 ədəd 5.10 m. Uzunluğunda, 16 sm enində, qalınlığı 5 mm olan dəmir şvellerləri, 150 manat dəyərində olan bir ədəd 4.15x1.12m ölçülü UAZ markalı avtomobilin ramasını, 8.60 manat dəyərində olan bir ədəd 2.15 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 4.20 manat dəyərində bir ədəd 1.05 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 3 manat dəyərində bir ədəd 0.84 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 5 manat dəyərində bir ədəd 1.14 m uzunluğunda, 12 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 6 manat dəyərində bir ədəd 1.46 m uzunluğunda, 8 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 5 manat dəyərində bir ədəd 1.30 m uzunluğunda, 10 sm enində, qalınlığı 2 mm olan dəmir şvelleri, 3 manat dəyərində bir ədəd 1.55 m uzunluğunda, 50-lik qalınlığı, 2 mm olan dəmir künclüyü (uqolnik), 3 manat dəyərində bir ədəd 1.50 m uzunluğunda, 50-lik qalınlığı, 2 mm olan dəmir künclüyü (uqolnik), 0.80 manat dəyərində bir ədəd 1.50 m uzunluğunda, 12-lik armaturu və 2 manat bir ədəd 4 m uzunluğunda 12-lik armatur hökm qanuni qüvvəsini alandan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar