Məhkəmə qərarları › İş №1(078)-12/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-12/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-12/2024 10.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X19 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X22 iştirakları ilə, xx xxxxxxxx 1968-ci il tarixdə Füzuli rayon, İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, fərdi qaydada reklam işi ilə məşğul olan, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 26 dekabr 2023-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 19 sentyabr 2023-cü il tarixdə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində quraşdırılan reklam lövhəsinin Naxçıvan şəhəri, Tumbul kənd sakini X11 üzərinə aşması nəticəsində xəsarət alması və hadisədən bir neçə saat sonra ölməsi barədə Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki o, vəzifəli şəxs hesab olunmasına əsas verən hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması ilə nəticələnən və yaxud nəticələnə bilən hərəkətlər etməklə hüquqi şəxs yaratmadan reklam lövhələrinin quraşdırılması və sair xidmətlər göstərməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən, Naxçıvan şəhərinin müxtəlif yerlərində açıq məkanda reklam yerləşdirilməsinə Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti PHŞ tərəfindən 31 mart 2023-cü il tarixdə icazə verilmiş “X83” MMC ilə 15 avqust 2023-cü il tarixdə 12 nömrəli xidmət müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən icraçı kimi vəzifəli şəxs olaraq texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etmək və qaydaların pozulması nəticəsində yaranmış zərərə görə tam cavabdehlik öhdəliyi daşımışdır. Təqsirləndirilən şəxs müqavilənin icrası ilə bağlı 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhərindən Naxçıvan şəhərinə gələrək reklam lövhələrinin quraşdırılacağı yerləri müəyyən etdikdən sonra işlərin görülməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi öhdəliyini digər şəxsə həvalə etmədən 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhərinə getmiş, Naxçıvan şəhərində olmadığı müddətdə 19 sentyabr 2023-cü il tarixdə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi ilə İstiqlal küçəsinin kəsişməsində yerləşən ərazidə reklam lövhəsi quraşdırılarkən “Xidmət müqaviləsi”nin şərtlərinə görə texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş icraçıreklam lövhələrinin quraşdırılması işinə rəhbərlik edən şəxs kimi “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1, 2.2, 2.4, 2.5, 12.12, 12.14-cü bəndlərinin tələblərinə əsasən, reklam lövhəsinin quraşdırıldığı sahədə siqnal məhəccəri və ya təhlükəsizlik nişanlarının quraşdırılmasını, reklam lövhəsinin özülü tam bərkimədən, yəni dirəyin dayanıqlı vəziyyətinin təmin edilməsi üçün tam hazır olmayana qədər xüsusi mühafizə tədbirlərinin (lövhənin bir neçə istiqamətdə dayaqlara bağlanması, qaldırıcı qurğudan (krandan) asılı halda saxlanılması) həyata keçirilməsini təmin etməli olduğu halda, səhlənkarlıq edərək işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi səbəbindən qeyd olunan ağır çəkili dəmir materialdan hazırlanmış reklam lövhəsi həmin gün saat 13:48-də “Zərifə Əliyeva” adına Naxçıvan şəhər poliklinikası istiqamətindən “Əziz Əliyev” adına X41 istiqamətində səki ilə hərəkət edən Naxçıvan şəhəri, Tumbul kənd sakini X11 üzərinə aşmış və nəticədə onun bu əməli ehtiyatsızlıqdan zərərçəkmiş Z.Qafarovanın dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “Gövdənin arxa səthində bir neçə qançırlar, sol dirsək nahiyəsinin arxa səthində sıyrıqlar, qapalı kəllə-beyin travması, kəskin daxili qanitirmə ilə müşayiət olunan sol V-Vİ qabırğaların, sağ kürək və sol büd sümüklərinin sınığı, hər iki ağciyər kökünə və qaraciyər diafraqma səthində sağ payın üzərində qansızma” xəsarətlərini almaqla ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, özünün hadisə zamanı Bakıda olduğunu, işi “Focus Media”dan götürdüyünü, işin icraçısının özü olduğunu, hadisədən də heç bir məlumatı olmadığını, hadisə zamanı müqavilə bağladıqları şirkətin özünün burada olduğunu, işə baılanılması ilə bağlı göstərişi özünün vermədiyini, şirkət sahibinin verdiyini, birlikdə işlədiklərini, onlar nə deyirdisə etdiklərini, istintaq zamanı işi özü götürdüyü üçün özünü təqsirli bildiyini, sonradan işi özü götürsə də göstərişi özünün vermədiyini başa düşdüyünü, özünün göstərişi olmadan reklam lövhəsini quraşdırdıqlarını, konstruksiyaların düzəldilməsini özünün etdiyini, reklam lövhələrinin quraşdırmasını özünün etmədiyini, müqavilədə quraşdırılma nəzərdə tutulsa da özünün etmədiyini, betonun tökülməsinin özlərinin üzərində olmadığını, müqavilədə olmadığını, müqaviləni özünün görmədiyini, müqavilənin küçədə bağlanıldığını, Nobel prospektində müqaviləni bağladıqlarını, eynəyi olmadığı üçün müqaviləni oxumadığını, 30 ildir ki, bu işlə məşğul olduğunu, görəcəyi işi şifahi danışdıqlarını, Naxçıvanda iş görəcəklərini də bilmədiyini, sonradan bildiyini, yalnız istehsal etmək üçün gəldiklərini, məsuliyyəti icraçı olduğu üçün üzərinə götürdüyünü, İslamın şirkətin nümayəndəsi olduğunu, reklam yerləşdirilməsi üçün çalaları onun qazdırdığını, betonu gətirdiyini, bəlkə də ona da başqa adamın bunları etməsini dediyini, ancaq özünün şirkətdən İslamı tanıdığını, gedəndə də İslama “mən gedirəm siz özünüz burdasız” dediyini, reklam lövhələrinin düzəldilməsinə görə pul verdiklərini, anbarda özünün gətirdiyi işçilərin işlədiyini, özünün göstərişi ilə reklam lövhəsinin taxılmalı olduğunu, amma beton tökdürməyin, çalanı qazdırmağın özünün işi olmadığını, 30 ilə yaxındır ki, bu işlə məşğul olduğunu, “Focus Media” ilə ilk dəfədir işlədiyini, bu işi “Brend Media” şirkətinin dediyini, müqaviləni Nobel prospektində bağladıqlarını, müqavilələrin hamısını bu formada bağlamadığını, sadəcə hadisə olmuşdu deyə təcili Naxçıvan şəhərinə gəlməli olduğunu, müqavilənin hadisədən sonra bağlandığını, dediklərinə görə müqaviləni bağlamağın yadlarından çıxdığını, Həsənov Mayisin zəng edib hadisə barədə məlumat verdiyini, müqaviləni pulu almaq üçün imzaladığını, xammalı gətirib Naxçıvanda reklam lövhələrini hazırladıqlarını, daşınması mümkün olmadığı üçün hissə-hissə gətirilib burada hazırlandığını, sentyabr ayının 19-u reklam quraşdırılması nəzərdə tutulmamışdı deyə Bakıya getdiyini, Mayislə Rövşənin özünə tabe olduqlarını, İslamın şirkətdən iştirak etdiyini, işi özünün icra etməli olduğunu, lakin özü olmadan Rövşən və Mayisin icra etdiklərini, çünki həmin vaxt Rövşən və Mayisə işin başlanmasının şirkət tərəfindən deyildiyini, şirkət nə deyirdisə, onu etdiklərini, lövhələri özlərinin hazırladıqlarını, reklam lövhələrinin hamısının hazır olmadığını, sadəcə özünün işçilərinə şirkət tərəfindən göstəriş verildiyini, özlərinin sürətli şəkildə düzəltdiklərini, çünki dövlət nümayəndələrinin gələcəyinin deyildiyini, güclü külək olanda quraşdırdıqlarını, özü burada olsa, hava şəratinə görə icazə verməyəcəyini, özü burada olanda təhlükəsizliyə özünün baxdığını, əməyin mühafizəsinin quraşdırma olmayacağı üçün nəzərdə tutulmadığını, işçilərə birbaşa quraşdırma ilə bağlı göstəriş verdiklərini, onların da şirkət nə deyirdi edirdilər deyə işi icra etdiklərini, özünə quraşdırma ilə bağlı məlumat vermədiklərini, istintaq zamanı özünü icraçı kimi təqsirli bildiyini, quraşdırmada iştirak etmədiyi üçün indi təqsirli bilmədiyini, hadisə olan günü zəng edərək belə bir hadisə baş verdiyini dediklərini, özünə deyiləndə mərhumun dünyasını dəyişmədiyini, şirkətin onsuzda orada olduğunu, özünün də məlumatı olsun deyə dediklərini, özünün də işin icraçısı olduğunu, bu səbəbdən məlumatı olmalı olduğunu, özü Bakıya gedən zaman reklam lövhələrinin quraşdırılması ilə bağlı plan olmadığını, istehsal edib verdiklərini, quraşdırmanı özlərinin etdiklərini, amma beton sifarişi, beton pulu, kran və s. heç birini özünün etmədiyini, özü gedəndə quraşdırma olmadığını, məsuliyyətdən azad olunmasını demədiyini, günahı varsa, çəkəcəyini, Mayisin montajçı olduğunu, Mayisin özünün işçisi olduğunu, Mayisin özü gedəndə burada olduğunu, özlərinin sadəcə reklam lövhələrini istehsal etdiklərini, quraşdıranda Mayisin orada olduğunu, onun zəng etdiyini, şirkətin Mayislə Rövşənə quraşdırmaq lazım olduğunu dediyini, orada da tək işçinin onlar olmadıqlarını, özünün 2 əməkdaşı olduğunu, elə əvvəldən belə olduğunu, hadisədən sonra da Rövşənlə heç bir əlaqəsi olmadığını, Mayislə isə 1-2 dəfə görüşüb danışdığını, özü Bakıya gedəndə işin tam olaraq tamamlanmadığını, sentyabr ayının 19-na qədər qalan reklam lövhələrini Mayis, Rövşən və İslamın hazırladıqlarını, şirkətdən burada nümayəndə olduğu üçün, texniki işçilərin də burada olduğunu, birlikdə işlədiklərini, özünün məlumatı olmadığını, günorta ərəfələri olduğunu, zəng edib “güclü külək olub lövhə aşıb qadının üzərinə” dediklərini, bir saat keçəndən sonra da zəng edib öldüyünü dediklərini, reklam qurğusu qoyulacaq yer qazılanda yerin səthindən asılı olaraq dəyişiklik olduğunu, kvadrat şəklində olmalı olduğunu, ancaq bunların traktorla qazdıqlarını, 1 m 20 sm, 1 metrin 1 metrə 1 kub yarım beton istifadə olunmalı olduğunu, orada düzgün olub-olmadığını bilmədiyini, aşmış vəziyyətdə gördüyünü, 30 ilə yaxındır bu işlə məşğul olduğu üçün ölçüləri bildiyini, qalacaq yerləri olmadığı, tanışlar olmadığı üçün sadəcə hazırlamaq üçün danışdıqlarını, özünün uzun müddət üçün getmədiyini, şəhidin qalıqlarının tapıldığını, müharibədə iştirak etdiyi üçün onu da çağırıqlarını, həm də toy olduğunu, özünün doğum günü olduğunu, 2 gündən bir Naxçıvanla əlaqə saxladığını, Rövşənin də olanlar barədə məlumat verdiyini, amma reklam lövhələrinin quraşdırılacağını bilmədiyini, sadəcə özünün də gedəcəyini, bir quraşdıracaqlarını, düşündüyünü, özü olmadan əslində reklam lövhəsinin quraşdırılmamalı olduğunu, qazdırmanın özlərində olmadığını, heç iştirak da etmədiyini, onların etməli olduğunu, özlərinin də nəzarət etməli olduqlarını, görüntüsünə və s. özlərinin baxmalı olduqlarını, bütün məsuliyyəti üzərinə götürdüyünü qeyd etdiyini, özünə məlumat vermədiklərini, özündən böyük şirkət olduğunu, onların dediyinə uyğun hərəkət etdiklərini, ona görə də məsuliyyəti üzərinə götürdüyünü, müqavilədəki bəndləri bilmədiyini, reklam kontruksiyası istehsal edəcəklərini, amma özlərinin Balakəndə iş görəcəklərini bildiklərini, öz sexlərində düzəltdiklərini, hazır olduğunu, avans kimi pul verməyə gəldiklərini, tır gəldiyini, yükləyə bilmədiklərini, təhlükəli olduğu üçün Balakənə apara bilmədiklərini, sonra rəhbərliklə danışdıqlarını, sonra tır gəldiyini, onların qonaqlamasına köməklik etdiklərini, “Focus Media”nın nümayəndəsi, Rəhmanın sexə gəldiyini “15 dənə reklam lövhəsi olacaq, amma Naxçıvana gedəsiyik” dediyini, özünün də gedə biləcəklərini, ancaq qiymətin dəyişəcəyini dediyini, reklam lövhəsinin niyə aşdığını bilmədiyini, təcrübəsinə görə külək gücü çox olanda, betonun mayesi duru olanda bu halın baş verə biləcəyini, 1 saat qalmalı olduğunu, az qaldığını, bunun özünün versiyası olduğunu, dəqiq bilmədiyini, reklam quraşdırıldığı gün burada olsa, özü nəzarət etsə, beton vurduqdan sonra fundamentin qurumağını gözləyəcəyini, 12 ədəd reklam qurğusu qurulanda iştirak etdiyini, heç birində də heç bir problem olmadığını, işin icraçısı özüdürsə, təqsirli olduğunu, rəsmi olaraq qol çəkibsə, icraçının özünün olduğunu, istintaq zamanı vediyi ifadəsi ilə oxuyub tanış olduğunu, həmin vaxt ifadəsi ilə razı olmadığını dediyini, qanunları özünün bilmədiyini, özünün müqaviləni sentyabr ayının 19-da imzaladığını, amma tarixinin 15 avqust olduğunu, eynəyi olmadığını, görmədiyini, həm də dəyişib gətirdiklərini, illərdir şifahi danışıb bağladıqları müqavilələr olduğunu, müqaviləni ilk dəfə səhv gətirdiklərini, ona görə də geri qaytardığını, sonra da məsələnin uzandığını, şirkəti işə başlamamışdan əvvəl 1 həftə olardı ki, bildiyini, şifahi danışdıqları üçün təhlükəsizliklə bağlı müqavilə şərtlərinə baxmadığını, müqaviləni 19 sentyabrda imzaladığını, Rövşənə “iş necə gedir” deyə zəng edəndə ona narahat olmamağını, hər şeyin qaydasında olduğunu, laqunda daşlarının qurtardığını, onu da İslamın alacağını dediyini, hadisə günü Naxçıvana gecə gəldiyini, şirkət nə deyibsə, işçilərinin də onu etdiklərini, Rövşənlə hadisədən sonra heç bir əlaqəsi olmadığını, işi də başlamağı onlara özünün sifariş vermədiyini, kimisə qorumalı olmadığını, şirkətin sözü ilə 5 ya da 6 dəfə mərhumun evinə getdiyini, onun ailəsinə köməklik edildiyini, Qurani-Kərim oxutduqlarını, zərərçəkmiş şəxsin hüquqi varisinin niyə şikayətinin olduğunu bilmədiyini, sənədlərlə uyğunlaşmadığını, həmin yerə qoyulmalı olan qurğunun bilbort olmadığını, dövlət tərəfindən həmin yerə skroller qurğusu təyin olunduğunu, Türkiyədən gələn qurğunun skroller olduğunu, lakin onların qurğusu olan bilbort quraşdırıldığını, göstərmə qabiliyyətinə görə qurğuların arasında fərq olduğunu, skrollerin motorla işlədiyini, hərəkətli olduğunu, özlərinin reklam qurğuları olan bilbortun 1 reklam göstərdiyini, sənədə görə isə hərəkətli olan qurğu qoyulmalı olduğunu, skroller qurğusu quraşdırılanda əvvəlcədən fundament qoyulduğunu, bir neçə gün sonra quraşdırıldığını, heç bir vasitə olmadığından bərkitmək mümkün olmadığı üçün əvvəlcədən beton töküldüyünü, quruduqdan sonra qurğu quraşdırıldığını, sənədlərlə sonradan tanış olub, skroller quraşdırılmalı olduğunu bildiyini, reklam lövhəsini özlərinin quraşdırmalı olmadığını, özü olmadan quraşdırmaya razılıq vermədiyini, razılaşma protokolları olmadığını, bunu da əvvəlcədən dediyini, sonradan sınma, qırılma və ya xarab olma kimi şeylər deyilməməsi üçün özünün müşahidəsi ilə reklam lövhələrinin quraşdırılmalı olduğunu, reklam quraşıdırılacaq yerlərə baxdıqları zaman da reklam satılmayacağı üçün hətta bir dənəsininin yerini dəyişdirdiyini, həmin reklam quraşıdırılacaq yerlərin kimin qərarı olduğunu bilmədiyini, özünün göstəriş vermə səlahiyyəti olmadığını, şirkətin dəyişə biləcəyini, reklam quraşıdırılması üçün xüsusi olaraq icazə sənədi olduğunu, özlərinin istehsal etdikləri qurğunun yeri olmadığını, çünki sənəddə başqa qurğu olduğu, eşitmiş, bilmiş ola biləcəyini, amma özünün səlahiyyətində olmadığını, şirkət tərəfindən quraşdırıldığını, qurğuların düzəlməsi ilə bağlı icraçı olduğunu, müqavilənin saxta olduğunu, istintaq dövrü sənədlərə baxmadığını, xəstə olduğunu, dərman qəbul etdiyini, etiraz etdiyini, müdafiəçinin özünün də “etiraz edib” dediyini, müqavilənin 2 vərəqdən ibarət olduğunu, qol çəkəndə sentyabr ayının 19-u saat 9-un yarısı olduğunu, orada montaj etdiklərini, möhrü də unutduqlarını, müqavilənin düzgün olmadığını, istehsal etməyə gəldiyini, müşahidənin də öz reklamlarına aid olduğunu, reklam lövhələrinin quraşıdırlmasına cavabdeh olmadığını, sadəcə sınığı, qırığı olmamasına görə quraşdırılan vaxt orada olmalı olduğunu, saxta müqavilədə 1 il ərzində onun məsuliyyət daşıdığının yazıldığını, beton və s. hər şeyi özlərinin etdiklərini, birincisi səhv reklam qurğusu olduğunu, ikincisi özü olmadan qoyduqlarını, üçüncüsü də kimin göstəriş verdiyini bilmədiyini, təcrübəsindən istifadə etdiklərini, İslamın heç qurğular barədə məlumatı olmadığını, reklam quraşdırılması sahəsində təcrübəli olduğu üçün özünün baxmağa getdiyini, sentyabr ayının 14-ü Bakıya getdiyini, 19-u hadisə olan günü yenidən Naxçıvana qayıtdığını, qurğunun harada aşdığını bilmədiyi üçün gəldiyini, ona Mayisin zəng edib reklam lövhəsinin quraşdırılarkən aşdığını dediyi üçün Naxçıvana qayıtdığını, çünki, adamları işləməyə özünün gətirdiyini, ona görə də gəlməli olduğunu, müqaviləyə qol çəkməsə, ödəniş ala bilməyəcəyini, birinci dəfə müqaviləni sentyabr ayının 19-u saat 4-5 arası şirkətdən Rəhman adlı şəxsin gətirdiyini, səhv olduğunu, tamamilə başqa şeylər olduğunu dediyini, dəyişdirib gecə 9-un yarısı bir də gətirdiklərini, o zaman qol çəkdiyini, Naxçıvana saat 11-12 arası gəldiyini, ona müqaviləni də prokurorluğa aparmağının deyildiyini, bir nüsxəsinin də özlərində qaldığını, müqaviləni prokurorluğa özünün təhvil vermədiyini, şəhadətnaməni, təltiflərini özünün təhvil verdiyini, ittiham aktına etiraz etdiyini, imza çəkmək istəmədiyini, yazılı da müraciət etdiyini, özünün beton töküləndə heç nə etmədiyini, sadəcə orada olduğunu, heç bir aləti də olmadığını, sadəcə quraşdırılma üçün istiqamət olaraq dediyini, şirkət dediyi üçün zərərçəkmişə yarı-yarıya pul verdiyini, Yusifin də ağsaqqal kimi ondan ailəsi bu məsələni bilməsin deyə xahiş etdiyini, insan kimi əlindən gələn yardımı hər kəsə etdiyini, yerlərə baxmağa gedəndə Yusifin, özünün və İslamın olduğunu, Yusifin ona zərərçəkmiş şəxsə “kömək elə bizdə köçürmə edəcəyik” dediyini, ona reklam lövhəsinin aşması barədə məlumatı Mayisin verdiyini, Yusifin müqaviləni göndərdiyi zaman onunla əlaqə saxladığını, ilk gündən gələndə hər şeyi Yusifin dediyini, reklamların ölçülərini dediyini, yerləri tapdığını, iş sahibi Yusif olduğu üçün işçilərinə “Yusif nə deyir onu edin” dediyini, İslamla mübahisə etdikləri üçün Mayis və Rövşənə yaxınlaşıb işin sahibinin Yusif olduğunu, onlar nə deyir etməli olduqlarını dediyini, sifarişçinin Yusif, podratçının isə özü olduğunu, istehsal etməyə özlərinin gəldiyini, Mayis və Rövşənin onun işçisi olduğunu, sifarişçi, yəni şirkət də nə deyirsə, onu etdiklərini, betonu, kranı, fəhləni onların gətirdiklərini, özü gedəndə 5 reklam qaldığını, qalan reklamları hazırlamalarını dediyini, prezidentin gələcəyi, işin tez hazırlanmalı olduğu üçün işçilərinə rüşvət təklif etdiklərini, əlavə pul verdiklərini, reklam lövhələri quraşdıranda işçilərinin ona zəng edib heç nə demədiklərini, onların da pul alır deyə belə etdiklərini, ADA-da təhsil alan iki övladı olduğunu, onların gələcəyinin bu məsələyə görə zədələnməyini istəmədiyini bildirərək bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X52 ifadəsində hadisəni kameradan gördüyünü, təqsirləndirilən şəxsin cəzasını almasını istədiyini, ondan tələbinin və şikayətinin olduğunu, təqsirləndirilən şəxsin ona 40000 manat yasa görə pul ödədiyini, bütün pulu yas xərclərinə sərf etdiyini, yarısını etdiyini, digər yarısını da edəcəyini, təqsirləndirilən şəxsin gəldiyini, yas mərasimində iştirak etdiyini, özünün xəstəxana tərəfində olduğunu, zəng edərək anasının xəstəxananın önündə yıxılmasını dediklərini, xəstəxanaya getdiyini, o gedən zaman anasının hələ sağ olduğunu, xəstəxanaya gedəndə reklam lövhəsinin üzərinə düşməsini öyrəndiyini, tələbinin təqsirləndirilən şəxs kimdirsə cəzasını çəkməsi olduğunu, istintaq zamanı şikayət ərizəsi verdiyini, təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmaması ilə bağlı notarial qaydada ərizəsinin oluduğunu, lakin məhkəmə prosesi zamanı eşitdiklərinin istintaq zamanı olanlarla tamamilə fərqləndiyini, istintaq zamanı tamam başqa cür olduğunu, Elbəyinin günahkar olduğu deyildiyini, ancaq hal-hazırda Rövşənin günahkar olduğunu, Elbəyinin də onu qoruduğunu, onunla danışmadığını dediyini, lakin belə olmadığını düşündüyünü, Təqsirləndirilən şəxs kredit götürüb ona pul verdiyini dediyini, Yusifin İslamla birlikdə xəstəxanaya gəldiyini, “bizi şikayət etmə nə lazımdırsa edəcəyik” dediyini, özünün də heç nə lazım olmadığını, sadəcə anasının sağalmasını istədiyini dediyini, İslamın ona “çölə çıxaq” dediyini, Yusifin onu qırağa çəkib həmin sözləri dediyini, Yusifin “bizdən şikayət etməyin” dediyini, “bizdən” deyəndə kimi nəzərdə tutduğunu bilmədiyini, Yusifi ondan sonra görmədiyini, kiməsə nəsə sual verəcək vəziyyətdə olmadığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, heç bir cəza almasını istəmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində hadisə olan zaman hadisə yerində olmadığını, həmin günü iki qurğu quraşdırıldığını, birinin hadisə olan yerdə, digərinin də X63 57-nin yanında olduğunu, küləyin çox olduğunu görərək nəsə hadisə olar deyə, nəsə olsa işçilərə xəbər edə bilmək üçün quraşdırılmış qurğunun yanına getdiyini, getdiyi zaman orada heç bir problem olmadığını gördüyünü, qayıdan zaman avtomobildə olarkən uşaqların zəng edib hadisə olduğunu, bir nəfərin lövhənin altında qaldığını dediyini, özünün tez oraya çatdığını, xəsarət alanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya apardıqlarını, özünü də oraya getdiyini, əlindən gələn köməkliyi də etdiyini, sonra da onu prokurorluğa dəvət etdiklərini, “Focus Media”nın Naxçıvanda əməkdaşı olduğunu, montajçı olduğunu, Təqsirləndirilən şəxs gəlməmişdən qabaq ona işçilərin gələcəyini, qarşılamalı, onlarla maraqlanmalı olduğunun deyildiyini, onun da gələn zaman gecə onları qarşıladığını, evə apardığını, sonra da səhər gedib götürdüyünü, bir-iki yerə gedildiyini, maşınla apardığını, şirkət tərəfindən harada işlər görüləcəyinin deyildiyini, şəhəri də o tanıdığı üçün o həmin yerlərə apardığını, sonra yemək-içmək məsələsin də o həll etdiyini, bir sözlə Naxçıvanda hər şeyi aralarından o bildiyi üçün nəsə lazım olanda onun etdiyini, beton zavodla danışdığını, yük maşını, fəhlə tapdığını, reklam quraşdırılacaq yerlərdən məlumatının olduğunu, gedib əvvəlcədən baxdıqlarını, 57-də, 2 dənəsi Kanal 35-in yanında, Daxili Qoşunların yanında iki dənə üz-üzə hadisə olan yerdə, danyerinin, İran konsulluğunun yanında quraşdıracaqlarını, belə fərqli yerlərdə əlavə də olacağını, reklam qurğusunun iki cür olduğunu, skroller və bilbort, 10 dənə skroller qurğusunun artıq qoyulub bitdiyini, aşan qurğunun da bilbort olduğunu, ikisi Yeni Naxçıvanda quraşdırılandan sonra da xəstəxananın qabağına quraşdırılmağa gedildiyini, güclü külək başladığını, saat 12-1 arası olduğunu, məktəb çıxışı olduğunu, qızının da orada oxuduğu üçün də narahat olduğunu hadisə olar deyə oraya getdiyini, heç bir problem olmadığı üçün də qayıtdığını, qayıdan zaman hadisə barədə ona məlumat verildiyini, montajçı olduğunu, reklam lövhələri quraşdırılandan sonra üzərinə şəkilləri vurmağının onun vəzifəsi olduğunu, reklam lövhələri quraşdırılarkən orada olduğunu, ancaq göstəriş vermədiyini, reklam lövhəsini Rövşənin və Mayisin quraşdırdığını, işin icraçısının Elbəyi olduğunu, ancaq hadisə olan gün onun Naxçıvanda olmadığını, yasa görə Bakıya getdiyini, səhər 11-12 arası artıq iki reklam lövhəsi quraşdırılıb qurtardığını, Elbəyi burada olanda quraşdırılan lövhələrin skrollerlər olduğunu, İran konsulluğu və müəllimlər institunun yanında quraşdırıldığını, Elbəyi gedəndə kiməsə tapşırma ilə bağlı heç bir məlumat olmadığını, ona deyilmədiyini, işi görənin Rövşən olduğunu, nəzarəti edənin kim olduğunu bilmədiyini, Elbəyinin işçilərinin Mayis və Rövşən olduğunu, onların üstündə duran adamın Elbəyi olduğunu, onlar gəlmədən qabaq yerlər qazılmasından başqa heç bir iş görülmədiyini, Focus Media-nın sifarişi ilə qazıldığını, şirkətin sözünü deyənlərin Yusif ya da Elşən olduğunu, ikisi ilə kontakta olduğunu, başqa heç kimlə şirkətdən danışmadığını, Təqsirləndirilən şəxs Naxçıvana gəlməzdən 2 gün qabaqdan yerlərin qazılmasının deyildiyini, 27 yer qazıldığını, qazılmadan qabaq rəhbərlik gəldiyini, Elşən müəllimin gəldiyini, yerləri təyin edib, sənədləri aldığını, ona “WhatsApp”dan yerlərin şəkilləri göndərildiyini, yerlərin deyəsən İcra hakimiyyəti və reklam agentliyi ilə müəyyənləşdirildiyini, ona Elbəyi tərəfindən sifariş verilmədiyini, icra hakimiyyətindən kiminsə gəldiyini görmədiyini, hadisə olan yerdə Bilbort quraşdırılmalı olduğunu, onun da quraşdırıldığını, həmin günü Rövşənin 11 qurğu quraşdıracağını dediyini, 2-si qoyulduğunu, 3-cü də hadisə olduğunu, şirkətin hansı yerlərə hansı qurğu quraşdırılacağını dediyini, Elşənin dediyini, oraya bilbort quraşdırılacağını bildiyini, birlikdə hadisə olan yerə baxdıqlarını, Təqsirləndirilən şəxs bilbort qoyulacağını bildiyini, skrollerin hərəkət edən qurğu olduğunu sonradan bildiyini, bilbortun isə 5x3 ölçüdə, 15 kvadrat metr olan qurğu olduğunu, bilbort qurğusunun 15 yerə, skrollerin isə 12 yerə quraşdırılacağını, skroller qurğusunun qapaqlarında iki dənəsində problem yarandığı, həm də birinin yerinə sonradan icazə verilmədiyi üçün 10 dənəsinin quraşdırıldığını, sentyabr ayının 15-i birinci qurğunun quraşdırıldığını, skrollerin quraşdırılması bitdikdən sonra təyin olunmuş yerlərə bilbort qoyulmağa başlandığını, şəxsən də aparıb hansı yerlərə hansı qurğu quraşdırılacağını dediyini, ona “apar Elbəyi baxsın” dediklərini, özünün də apardığını, özünün yazılı sənəd görmədiyini, Elşən və Yusifin dediklərini, onların şifahi tapşırıqlarına əsasən Elbəyini aparıb reklam quraşdırılacaq yerləri göstərdiyini, Elbəyi gəlməmiş reklam lövhələrinin yerləşdiriləcəyi yerlərin qazıldığını, sonra gedib baxıldığını, Elbəyi baxdığı vaxt “olmaz” desə çalaların üstünün örtüləcəyini, qırmızı kraska aldıqlarını, hətta bəzi yerləri cızdıqlarını, reklam lövhəsi yerləşdirilməsi nəzərdə tutulan Asan xidmətin yanındakı yerə Təqsirləndirilən şəxs satış olmayacağı üçün etiraz edəndə rəhbərliyə dediyini və yerin dəyişdirildiyini, hətta Elbəyinin göstərişi ilə 2 yer dəyişdirildiyini, birinin də temanın qabağından Şəhər məscidinin önünə olaraq dəyişdirildiyini, hər şey barədə məlumatı da rəhbərliyə verdiyini, xəstəxanın yanında bilbort olmasını da Təqsirləndirilən şəxs dediyini, rəhbəlik tərəfindən belə deyildiyini, həmin vaxt Təqsirləndirilən şəxs “burada quraşdırılma olmaz” desə olmayacağını, Təqsirləndirilən şəxs sənədləri dediyini, özündə olan şəkillər olduğunu, amma ki, şəkillərin photoshopla olduğunu, demək olar ki, şəkillərin hamısında qurğunun skrollerə oxşadığını, amma yer və hansı qurğu olduğunun bir-bir deyildiyini, sadəcə yer dəqiq olsun deyə şəkildə işarə edildiyini, yerləri və qurğuları bir-bir, hamısını da dediyini, eşitdiklərini, özünə dediklərini, göstərdiyini, özünün onların əməkdaşı olduğunu, Təqsirləndirilən şəxs ona etiraz etmədiyini, “mənə deyilən yerlər bunlardı” dediyini, niyə 27 ərazi göstərdiyini soruşmadığını, 27 əraziyə də baxdıqlarını, özünün əvvəlcə reklam lövhəsi quraşdırmadığını, amma şirkətin Bakıda belə işlərlə məşğul olduğunu, Naxçıvan ərazisində də belə işin ilk dəfə olduğunu, sentyabr ayının 15-i reklam lövhələri qoyulmağa başlandığını, skroller quraşdırıldığını, ilk qurğunun da müəllimlər institunun qabağında quraşdırıldığını, 19-u isə ilk dəfə digər qurğunun quraşdırıldığını, Təqsirləndirilən şəxs tərəfindən onlara “mən gələnə qədər qurula bilməz” kimi sözlər deyilmədiyini, əksi kimi sözlər də deyilmədiyini, reklam lövhəsi quraşdırılan vaxt Rövşən və Mayisin də orada olduqlarını, Təqsirləndirilən şəxs Bakıda olduğu üçün hadisə baş verən ərazidə olmadığını, Yusifin də orada olduğunu, Yusifin niyə orada olduğunu bilmədiyini, əvvəlki reklam lövhələri yerləşdirilərkən beton töküləndə Təqsirləndirilən şəxs orada olduğunu, Elbəyinin tarazla hətta əyriliyinə düzlüyünə baxdığını, özünün orada apar-gətir işlərinə baxdığını, işçiləri təyin olunmuş yerlərə apardığını, yeməklərini və s. başqa şeyləri həll etdiyini, özünü montajçı kimi işə götürdüklərini, işinin qurğular qoyulandan sonra onların üzərinə çəkiləcək reklamların montaj edilməsi olduğunu, lövhələrin qazılmasında, qurulmasında rolu olmadığını, sadəcə aparıb yerləri göstərdiyini, hansı qurğuların hara qoyulacağı yerini göstərdiyini, Naxçıvanda qalan, buranı tanıyan olaraq nə lazımdırsa, kömək etdiyini, beton ya da qaynaqla bağlı heç bir təklif verə bilməyəcəyini, anlayışı olsa belə göstəriş vermək səlahiyyəti olmadığını, şirkətin yerləri təyin etdiyini, Təqsirləndirilən şəxs da gəlib baxdığını, Rövşənlə Mayisin də qurğuları qoyanda burada olduqlarını, Təqsirləndirilən şəxs isə Bakıda olduğunu, ona quraşdırılma ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən nəsə iş tapşırılmadığını, Təqsirləndirilən şəxs “İslama arxayınam” sözünə görə prokurorluqda da üzləşmələri olduğunu, 4 nəfər üzləşmə də iştirak etdiklərini, məsələyə də “arxayınlıq yemək almaq, aparıb gətirmək kimi şeylərdə olub” formasında aydınlıq gətirildiyini, yoxsa məsuliyyətin özündə olması kimi bir söhbət olmadığını, Yusifin şirkətə aidiyyəti olmayan adam olduğunu, Yusifin hadisə olmamışdan qabaq gələndə səhv etmirsə pul gətirdiyini, burada işlə bağlı nə pul vermişdirsə, onun pulunu gətirdiyini, Yusifin haranın işçisi olduğunu bilmədiyini, sadəcə özünün Elşən müəllimə dediyini, onun da işinin çox olduğunu, Yusifə deməyini, onun pulu gətirəcəyini dediyini, Yusifin qurğuları quraşdıranda burada olmadığını, “betonu belə tökün, qaynağı belə edin” kimi sözlər işlətmədiyini, Yusifin sentyabrın 15-i skroller qoyulanda orada olmadığını, amma bilbord qoyulanda gəldiyini, özünə pul gətirdiyini, Kamili özünün çağırdığını, Yusifin Kamilə anasının sağalması üçün həkimlərlə danışa biləcəklərini onlardan şikayətçi olmamasını dediyini, külək olduğu üçün qurğuya baxmağa Yusiflə birlikdə getdiklərini, baxmağa getdikləri qurğunun həmin gün quraşdırıldığını, özünün hadisə baş verməsin deyə getdiyini, özünün quraşdırmadığını, Yusifin də sadəcə yanında olduğu üçün getdiyini, Yusifin ondan qurğuların müəyyən yerlərə nə vaxt qoyulacağını soruşduğunu, yoldaş olduqlarını, aşmasının özünün vecinə olduğunu, üzərinə məsuliyyət götürmədiyini, yoldaşçılığa xatir getdiyini, hansı yerlərə nə vaxt qurğuların quraşdırılacağını Elşənin özünə dediyini, qazılan yerlərə birlikdə getdiklərini, həmin yerlərin, qazıntıların uyğun olduğunu dediklərini, Elbəyi və Mayisin dediyini, qazılmış yerlərin hamısına baxdıqlarını, Mayis, Rövşən, Elbəyinin qazıntıların içlərinin təmizlənib qurğuların qoyula biləcəyini dediklərini, sadəcə istiqamətlərlə bağlı nələrsə dediklərini, Mayis və Elbəyi təsdiq etməsə qurğuların oraya qoyula bilməyəcəyini, onların lövhələri hazırladıqlarını, sonra da qoyulmağa başlandığını, Elbəyinin reklam quraşıdırılacaq bəzi yerlərdə satışa uyğun olmadığı üçün dəyişiklik edilməsini dediyini, Elbəyini müdir bildiyini, yerlərin Elbəyi gəlməmişdən qabaq qazıldığını, hadisə yerinin də qazıldığını, üstünün də örtüldüyünü, yerləri qazmağı şirkətin dediyini, özünə şəxsən Elşənin dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X45 ifadəsində Bakı şəhərindən Naxçıvan şəhərinə gəldiklərini, işlə tanış olduqlarını, sexdə reklamları yığdıqlarını, Elbəyinin sentyabr ayının 17-i ad günü olduğu üçün sentyabr ayının 14-ü Bakı şəhərinə qayıtdığını, sentyabr ayının 18-i Yusifin İslama zəng etdiyini, Yusifin şirkətin işçisi olduğunu, onu elə də tanımadığını, sentyabr ayının 19-u tezdən reklamları quraşdırmağa getdiklərini, Yusifin Naxçıvana gəldiyini, Rövşənlə danışdıqlarını, İslamın avtomobillə gəldiyini, onları götürdüyünü, reklamları quraşdırmağa getdiklərini, sonra da reklam lövhəsinin fundamentdən çıxdığını, qadının üzərinə düşdüyü üçün də qadının vəfat etdiyini, reklam qurğusunu rənglədiyi üçün özünün tam olaraq görmədiyini, işçi kimi özünü Naxçıvana Elbəyinin gətirdiyini, Elbəyinin reklam işi ilə məşğul olduğunu, reklam qurğuları ilə bağlı sifariş götürdüyünü, şirkətin sifariş verdiyini, müqavilə bağladıqlarını, iş olanda dediyini, özünün də işlədiyini, onunla elə də çox işləmədiyini, istintaq zamanı düzgün ifadə verdiyini, həmin ifadəni təsdiq etdiyini, Rövşənin qaynaq etdiyini, özünün də rəngləmə, diktlənməsini etdiyini, Elbəyinin onların işinə nəzarət etdiyini, o getdiyi üçün də İslamla Yusifin nəzarət etdiyini, İslamın onların yeməyini, maşını təşkil etdiyini, şirkətin adamı olduğunu, Elbəyinin onlara reklamı quraşdırmalarını demədiyini, Elbəyinin reklam müdiri olduğunu, Elbəyinin şirkətlə müqavilə bağladığını, özlərinin də onunla işlədiklərini, üzlük vurub, diktləmə və rəngləməsini etdiyini, Rövşənin də qaynaq etdiyini, betonu mikserin tökdüyünü, betonu da fəhlələrin düzəltdiyini, bu şeyləri İslamın dediyini, özünün əsas Elbəyini tanıdığını, İslamı da Naxçıvanda tanıdığını, İslamın reklam lövhəsini qaldırana kimi orada olduğunu, külək olduğu üçün sonra Yeni Naxçıvana digər reklam lövhəsinə baxmağa getdiyini, reklam lövhəsini kranın qaldırdığını, kranı sürənin Kənan olduğunu, reklamların hamısının Elbəyi gedəndə hazır olmadığını, Bakıdan 4 nəfər gəldiklərini, Yusif, Elbəyi, Rövşən və özünün gəldiklərini, Yusifin şirkətin işçisi olduğunu, onları İslamla Yusifin tanış elədiyini, İslamın onları evdən götürüb apardığını, gedib işlədiklərini, İslamın nömrəsinin telefonunda olduğunu, Yusifin də nömrəsinin telefonunda olduğunu, şiti qaldırmaq göstərişini Rövşənin verdiyini, Rövşənə də İslamla Yusifin bildirdiyini, İslamın orada olduğunu, sonra külək olduğu üçün getdiyini, sonra da qayıtdığını, Yusifin də reklam lövhələri quraşdırılanda orada olduğunu, Yusifin özü ilə telefon əlaqəsi saxlamadığını, İslamın telefonu ilə “bura küləklidi, işləmək olmur” dediyini, Yusifə külək olduğunu dediyini, Asan xidmətin yanında reklam lövhəsi quraşdırılanda dediyini, üzlüyünü özü vurduğu üçün dediyini, külək olanda vurmaq olmadığını, İslamla 10-15 gün idi birlikdə çörək yediklərini, özünün də fəhlə olduğunu, 500 manata danışıb işləməyə gəldiyini, nə deyirdilərsə etdiyini, Elbəyinin gedərkən işə nəzarəti kimə tapşırdığını bilmədiyini, İslamın üstü kimi olduğunu, “bu işi gör” dediyini, özünün də gördüyünü, müdirinin Elbəyi olduğunu, üzlük vurmaq, diktləmə etmək və rəngləmə etməyin özünün vəzifəsi olduğunu, Rövşənin də rəngləmə etdiyini, Türkiyədən gələn reklam lövhələri quraşdırılanda köməklik etdiklərini, reklam lövhələrinin hamısının hazır olmadığını, 6-7 günə hazır olacağını, özləri gələrkən yarısının hazır olduğunu, Türkiyədən gələn reklam lövhələri quraşdırılanda özlərinin də köməklik etdiklərini, özlərinin Türkiyədən gələn reklam lövhələrini quraşdırmalı olduqlarını, beton tökmədə orada olmadığını, Türkiyədən gələn reklam lövhələrini quraşdırmağa köməklik edilmələri deyildiyi üçün etdiklərini, başqa heç bir mənada demədiyini, sadəcə İslamın Rövşənə zəng etdiyini, Yusifin də gəldiyini, quraşdırmağa gedəcəklərini dediyini, istintaq zamanı təhlükəzliyə nəzarətin kimdə olduğunu bilmədiyini dediyini, istintaq zamanı verdiyi ifadəyə imzanı özünün çəkdiyini, sonradan nəsə yazılıbsa bilmədiyini, təhsili olmadığını, özündən “Təqsirləndirilən şəxs orada olub, ya yox” deyə soruşulduğunu, özünün də “xeyr olmayıb” dediyini, quraşdırma deyəndə reklam lövhələrinə üzlük vurduğunu, tarazlığı düzəltməyinin də özünün işi olduğunu, quraşdırmanın özünün işi olmadığını, birlikdə işlədiklərini, köməklik lazım olduğu üçün tarazlığı düzəltdiyini, 43 yaşı olduğunu, indiyə kimi polisə getmədiyini, Yusiflə İslamla bağlı ifadəsində heç nə deməmə səbəbini bilmədiyini, latın qrafikası ilə oxuyub, yaza bilmədiyini, müstəntiq Elvin müəllimin ifadəni oxuduğunu, başqa heç kim olmadığını, İslamın adını çəkdiyini, müstəntiqin digər müstəntiq Elvinlə danışdığını, “lazım deyil, xətt qoyulan yerlərə baxın” dediyini, əsas sualın Təqsirləndirilən şəxs orada olubolmamağı olduğunu, başqa suallar da ola biləcəyini, yadından çıxmış ola biləcəyini, texniki təhlükəsizlik nədir bilmədiyini, müqaviləni oxumadığını, müstəntiqə oxuya bilməməyini bildirdiyini, onları Naxçıvana Yusifin gətirdiyini, Yusifi Elbəyinin vasitəsilə tanıdığını, Bakıda Elbəyinin Naxçıvana işləməyə getdiklərini dediyini, reklam lövhələrinə banner vurmağa gəldiyini, Elbəyinin bu işdə böyükləri olduğunu, özünün banner vuracağını, Elbəyinin müdirləri olduğunu, onun göstəriş verəcəyini, özlərinin də işləyəcəklərini, Elbəyinin ad gününə görə Bakıya getdiyini, Naxçıvana gələndən 2-3 gün sonra özü, İslam, Yusif, Elbəyi və Rövşənin çıxıb yerlərə baxdıqlarını, işin icraçısının Elbəyi olduğunu, yerlərin əvvəlcədən qazılı olduğunu özlərinin çox vaxt sexdə olduqlarını, reklam lövhələri quraşdırılanda orada olduqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində özünün maşını sürən olduğunu, İslamın ona iş təklif etdiyini, özünün də qəbul etdiyini, işlədiyini, həmin işdə də maşını sürüb genaratoru lazımi yerlərə apardığını, bəzi işlərə də kömək etdiyini, qaynaq vurulan zaman da genaratoru maşını sürürək lazımi yerlərə apardığını, mərhum özü iş görən vaxtı onun qabağından keçdiyini, keçən zaman da plakat üzərinə aşdığını, özünün başqa nəsə bilmədiyini, özünə bu işi İslamın dediyini, Təqsirləndirilən şəxs işləyən zaman gördüyünü, Təqsirləndirilən şəxs 1-2 dəfə anbarda iş görən zaman gördüyünü, onu müdir kimi bildiyini, genaratoru lazımi yerlərə apardığını, özü gedən vaxtı yerlərin qazıldığını, özünün öz maşını ilə getdiyini, Mirzəli, özü və Təqsirləndirilən şəxs həmin yerlərə getdiklərini, Təqsirləndirilən şəxs reklam lövhəsinin hansı istiqamətdə durmalı olduğunu dediyini, musiqi məktəbi, müəllimlər institutu, İran konsulluğu, DİN-in önünə reklam lövhələri quraşdırılan zaman Təqsirləndirilən şəxs da orada olduğunu, hadisə baş verən yerə heç qabaqcadan getmədiklərini, özünün iş görüləcək yerə getdiyini, hadisə baş verən günü Təqsirləndirilən şəxs orada olmadığını, özünün Yusifi tanımadığını, hadisə günü gördüyünü, Yusifin Kanal 35in yanında reklam lövhəsi quraşdırılanda orada olduğunu, hadisə günü hadisə baş verməmişdən əvvəl Kanal 35-in yanında reklam lövhəsi quraşdırıldığını, Yusif, özü, İslam, Rövşən, Kənan, Mayis və Mirzəlinin birlikdə hadisə baş verən yerə getdiklərini, nəzarəti bildiyi qədərilə Rövşənin etdiyini, çünki, əyriliyə və s. tarazla nəzarət etdiyini, Yusifi də özünün müdir kimi bilmədiyini, işin başında kim durursa, özünün onu müdir kimi bildiyini, Təqsirləndirilən şəxs pul təklifi olmadığını, pulu İslamın ödədiyini, ona da pulun Bakıdan göndərildiyini, işi aparanın da İslam olmadığını, taraza baxanın da Rövşən olduğunu, mərhumu özlərinin kömək edib lövhənin altından çıxardıqlarını, Yusiflə İslamın digər reklam lövhəsinə baxmağa getdiklərini, İslam orada olanda kiməsə oradan keçməsinə icazə vermədiyini, özlərinin başı qarışıq olduğu üçün o şeyə İslamın nəzarət etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində orada fəhlə kimi işlədiyini, dəmiri tutduğunu, qaynaq etdiklərini, sonra da plakatın aşdığını, onun nəticəsində də qadının vəfat etdiyini, özünün fəhlə kimi gediyini, İslamın çağırdığını, Elbəyini şəxsən tanımadığını, Elbəyini hadisədən sonra gördüyünü, taraz, pilləkən kimi avadanlıqlar gətirdiyini, hadisə yerində Rövşən, Səməd, özü, İslam və Mayisin olduğunu, əslində hər ağızdan bir söz çıxdığını, kimin maaşı yüksək idisə, özünü müdir kimi apardığını, “Rövşən nə deyirdisə, onu edin” deyildiyini, qaynaq edənin Rövşən olduğunu, o necə desə elə olduğunu, hadisə yerinə sonra bir nəfərlə İslamın da gəldiyini, İslamın göstəriş verməyə ixtiyarı olmadığını, məsuliyyətin Rövşənin üstündə olduğunu, hadisə vaxtı Elbəyini görmədiyini, yerin əvvəlcədən qazıldığını, kimin qazdığını bilmədiyini, ancaq 4-5 yeri özünün qazdığını, qazmağını İslamın dediyini, ödənişi İslamın etdiyini, özünün Yusifi tanımadığını, kim olduğunu bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X53 ifadəsində həmin gün hadisə yerində Rövşəni və Mayisi gördüyünü, başqa Səmədin də orada olduğunu, İslamın da sonradan gəldiyini, lövhəni göyə qaldırdığını, kran ilə qaldırdığını, nəzarəti Rövşənin etdiyini, onun verdiyi istiqamət üzrə yerləşdirdiyini, yerləşdirəndən sonra Rövşənin hava küləkli olduğu üçün bir az boşlamağını dediyini, yoxladıqlarını, “aç” dediyini, özünün də açdığını, özünün maşının yerini dəyişdirmək üçün yerə düşdüyünü, o zaman da lövhənin aşdığını, qadının üzərinə düşdüyünü, İslamın əmisi ilə danışdığını, maşının onun olduğunu, onun da özünə dediyini, hadisədən əvvəl Elbəyini görmədiyini, 7-8 gün olardı ki işlədiyini, təqsirləndirilən şəxsi hadisədən sonra gördüyünü, göstəriş verən bir nəfərin Yusif olduğunu, onun da tez-tez gəlmədiyini, apar-gətir işlərini İslamın gördüyünü, ustaları aparıb gətirdiyini, reklam lövhələri ilə bağlı göstərişləri Mayislə Rövşənin verdiyini, İslamın lövhə aşandan sonra gəldiyini, Kanal 35-in yanında olan reklam lövhəsinə baxmağa getdiklərini, işlədikləri vaxtın 7-8 gün olduğunu, əvvəllər işləmədiyini, betona istiqamət verənin Rövşən olduğunu, Mirzənin fəhlə olduğunu, Səmədin də şofer olduğunu, avadanlıq daşıdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində fevral yaxud mart ayları ərəfəsi olduğunu, istintaq zamanı ifadəsini verəndə dəqiqləşdirib daha dəqiq şəkildə dediyini, “Focus Media” tərəfindən orqana müraciət daxil olduğunu, sabiq rəhbər Farid Bağırovla söhbət aparıldığını, ilkin variantda 20 ya 21 reklam lövhəsinin quraşdırılması ilə bağlı danışıq olduğunu, 2 nəfər gəldiklərini, reklam müqaviləsi nümunəsi ilə razılaşmadıqları üçün şirkətin gətirdiyi reklam müqaviləsi ilə yuxarı orqana müraciət edildiyini, müraciət təsdiqləndikdən sonra da reklam lövhələrinin quraşdırıldığını, bir də ödənişlərlə bağlı məlumatı olduğunu, məsələ ilə bağlı bildiklərinin bundan ibarət olduğunu, özünün müqavilə hazırlayan tərəfin əməkdaşı olduğunu, İcra hakimiyyəti tərəfindən iştirak etdiyini, özlərinin müqavilə nümunələrinin təsdiqlənmədiyini, reklam müqaviləsi nümunəsinin niyə təsdiqlənmədiyini bilmədiyini, söhbət əsnasında otaqda olmadığını, reklamın ölçüsü, ünvanı və ödəniş məbləğinin müqavilədə əks etdirildiyini, quraşdırma ilə bağlı müqavilədə heç nə nəzərdə tutulmadığını, hadisə baş verən ərazidə reklam lövhəsinin adını bilmədiyini, lakin ölçülərinin səhv olduğunu, istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu, ifadəsini oxuduğunu, düzgünlüyünü təsdiq etdiyini, quraşdırmaya nəzarət kimi bir şöbələri, dolayı yolla da işçiləri də olmadığını, elə bir səlahiyyətləri də olmadığını, texniki təhlükəsizliklə bağlı heç bir vəzifələri olmadığını, təhlükəsizlik məsələlərinə, başqa qurumların nəzarət etməli olduğunu, onların reklam yayıncısının reklam fəaliyyətinə icazə verən qurum olduqlarını, istintaq zamanı sonradan reklam lövhələri aralarındakı fərqlərdən məlumatı olduğunu, bu işi görənə kimi reklamlardan məlumatları olmadığını, müqaviləni hazırlayıb Farid Bağırova təqdim etdiyini, Farid Bağırovun sabiq rəhbərləri olduğunu, müqaviləni təqdim edəndə şirkətin əməkdaşlarının da orada olduğunu, şablonun icarə müqaviləsi forması olduğunu, orada da texniki nəzarətlə bağlı nəsə olmadığını, quraşdırma ilə bağlı heç nə bilmədiyini, müqaviləni özünün tərtib etdiyini, Focus Media qrup MMC göstərildiyini, təmsilçi kimi şəxsiyyət vəsiqəsi təqdim edildiyini, ona əsasən də adını yazdığını, gün ərzində 100 müqavilə tərtib etdiyini, kim olduğunun yadından çıxdığını, müqavilədə şəxsiyyət vəsiqəsinə əsasən şəxsin adını yazdığını, müqavilənin tarixinin 2023-cü ilin mart ayı olduğunu, özünün tərtib etdiyi, özlərinin nümunəsi olan müqavilədə 3 il müddət nəzərdə tutulduğunu, lakin şirkətin nümunəsində müddət nəzərdə tutulmadığını, prokurorluqda ifadəsi alınacağı zaman baxdığını, harada hansı qurğunun olmalı olduğunu orada bildiyini, ona görə ifadəsində elə dediyini, özünün tərtib etdiyi müqavilənin icra olunmadığını, şirkətin müqavilə nümunəsinin icra olunduğunu, xidmət kimi özlərinin iştirak etmədiklərini, əraziyə nəzarət olunduğunu, ərazini bildiklərini, amma ölçüləri bilmədiklərini, birinci etapda 23 reklam olduğunu, yerləri bildiklərini, ancaq reklam ölçüləri ilə bağlı sonradan prokurorluqda məlumatı olduğunu, ona görə ölçüləri konkret göstərdiyini, reklam lövhələri qoyulacaq yerlərə nəzarət edildiyini, ancaq ölçülərə nəzarət edildiyini, yerlərə nəzarət etmək üçün Ticarət və Xidmət Departamentindən əməkdaşların getdiyini, özünün də getdiyini, X24 tanımadığını, quraşdırma ilə bağlı heç bir danışıq aparmadıqlarını, təqsirləndirilən şəxsi tanımadığını, birinci dəfədir gördüyünü, onunla hər hansı danışıq aparılmadığını, sadəcə əraziyə nəzarət vəzifəsi olduğunu, verilən ünvana yerləşdirilib, yerləşdirilmədiyi ilə bağlı olduğunu, qanunla üzərlərində ölçülərlə bağlı göstəriş olmadığını, Ticarət və Xidmət Departamentinin səlahiyyət və vəzifələrinin nizamnamə ilə müəyyən olunduğunu, qurumun reklam fəaliyyətinə icazə verdiyini, nizamaməni təqdim edə biləcəyini, Şəhər İcra Hakimiyyətində razılaşdırıldığını, razılaşma olmadan quraşdırıla bilməyəcəyini, quraşdırılmaya icazə verildiyini, başqa qurğunun quraşdırılmasına nəzarət edənin özləri olmadığını, belə bir vəzifə öhdəliyini də kiminsə üzərinə qoyanın özünün olmadığını, vətəndaşın təklifinin alındığını və İcra Hakimiyyəti ilə razılaşdırıldığını, razılaşmanın müqavilə hazırlanmadan qabaq olduğunu, müqavilə bağlandığını, sonra reklam quraşdırıldığını, hazırlanan vaxt razılıq alındığını, İcra Hakimiyyətindən icazə alındığını, sonra müqavilə bağlanıldığını, müqavilə bağlanmadan heç bir reklam lövhəsi quraşdırılmadığını, reklam yayımına özlərinin nəzarət etdiklərini, reklam lövhəsi qurğusundan söhbət getmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X46 ifadəsində hadisə ilə bağlı məhkəməyə niyə şahid kimi çağırıldığını da bilmədiyini, hadisə yerində olmadığını, hadisənin necə baş verməsindən də xəbəri olmadığını, sadəcə olaraq Focus Medianın əməkdaşı İslam ilə birlikdə olduqlarını, qurğunun aşması ilə bağlı zəng gəldiyini, özlərinin də yaxınlaşıb həmin anda hadisə yerinə getdiklərini, hadisə yerində kamera olduğunu, onun orada olmadığının da yəqin ki, məlum olduğunu, ona barəsində şikayət olunması ilə bağlı məlumat verildiyini, guya öhdəçiliyin onda olduğunun deyildiyini, hadisə yerində hadisə olan zaman olmadığını, ondan öncə olduğunu, İslam bəylə birlikdə onun təkidi ilə digər qurğuya baxmağa getdiklərini, öhdəliyin özündə olmasını, şikayət olduğunu Elbəyi bəyin çöldə dediyini, öhdəliyin Focus Media və Elbəyi bəy arasında olduğunu, əsas öhdəliyin Elbəyi bəydə olduğunu, bunun müqavilə ilə tənzimləndiyini, müqavilənin nə zaman bağlandığını xatırlamadığını, Elbəyi bəyi illərdir tanıdığını, şirkət tərəfindən ona belə bir iş deyildiyini, özünün də vasitəçilik etdiyini, illərdir reklam sahəsində çalışdığı üçün ona müraciət etdiklərini, özünün də əvvəlcədən işlədiyi, tanıdığı üçün Elbəyi bəyi dediyini, aralarında vasitəçilik etdiklərini, Elbəyi bəy ilə birlikdə Naxçıvana gəldiyini, kimlər ilə birlikdə gəldiklərini xatırlamadığını, hadisədən əvvəl Naxçıvana gəldiklərini, hansı işlərin görüləcəyi ilə bağlı şirkətin dediklərini dediyini, danışıqlarla bağlı heç bir məlumatı olmadığını, Elbəyi bəyin Focus Medianın işini görməli olduğunu, Focus Medianın işini Naxçıvanda görməli olduğunu, özünün Focus Media ilə əməkdaşlıq etmədiyini, onların əməkdaşı olmadığını, dediyi kimi, reklam sahəsində illərdir fəaliyyət göstərdiyi üçün müraciət etdiklərini, özünün də Elbəyini onlara yönəltdiyini, özünün şirkətlə xidməti müqavilə bağlamalı olduğunu, yerlərin satışı ilə məşğul olacağını, yerlərə baxmağa gəldiyini, təsadüfən Elbəyi bəy ilə gəldiyini, aralarında müqavilə bağlanmadığını, yerlərin təyin olunmadığını, buna görə müqavilə bağlamadıqlarını, faktiki olaraq işi görmədən gəlib müəyyən etməli olduğunu, görmədiyi yerlə bağlı müqavilə bağlaya bilməyəcəyini, hansı şirkətlərin fəaliyyət göstərdiyini müəyyən etmək üçün, harada daha yaxşı, uyğun reklam lövhəsi quraşdırmaq üçün gəldiyini, şəxsinə aid olduğu üçün şirkətləri demək istəmədiyini, şirkətlərin siyahısını çıxarmaq üçün gəldiyini, siyahını özünün çıxarmaq üçün gəldiyini, Elbəyi bəy icra etdikdən sonra yerlərin satışı ilə bağlı Focus Media ilə müqavilə bağlayacağını, reklam lövhəsi quraşdırılandan sonra hansı şirkətin eskizinin satılacağının danışıldığını, niyyətinin şirkət tapmaq olmadığını, reklam lövhələri quraşdırılan yerlərin yaxınlığındakı şirkətləri müəyyən etmək olduğunu, hadisə baş verən ərazidə hadisə anında olmadığını, məqsədinin qurğuların şəklini çəkib, hansı şirkətlərin yaxınlıqda olduğunu müəyyən etmək olduğunu, Elbəyi bəy tərəfindən görülüb bitən işlərlə bağlı ona məlumat verildiyini, Naxçıvana gəliş tarixini xatırlamadığını, Naxçıvan şəhərində özü gələndə qurğular olduğunu, quraşdırıldığını, Elbəyi bəy tərəfindən quraşdırıldığını, sentyabr ayının 08-19-u ərəfəsi quraşdırılan qurğular olduğunu, şəkillərin də çəkdiyini, şəkilləri kiməsə hesabat vermək üçün çəkmədiyini, dediyi kimi, Naxçıvanda olan reklam qurğularının şirkətlərə eskizinin satılması ilə bağlı Focus Media şirkəti ilə aralarında xidməti müqavilə ilə bağlanmalı olduğunu, bu səbəbdən şəkillərini çəkdiyini, reklam lövhələrinin həmin gün quraşdırıldığını, tamamlanacağı ilə bağlı Elbəyi bəy tərəfindən məlumat verildiyini, xəstəxanaya İslam bəylə getdiyini, İslam bəylə birlikdə olduqları zaman onlara məlumat verildiyini, birlikdə xəstəxanaya getdiklərini, hər bir Azərbaycan vətəndaşının həmin vəziyyətdə əlindən gələni etməyin vicdani borcu olduğunu, Kamil bəyə də Bakıda tanıdığımız həkimlər olduğunu, köməklik edə biləcəklərini dediyini, “məni şikayət etmə” kimi bir söz işlətmədiyini, əgər elə bir söz işlətsə, bunu danmayacağını, düşüncəsiz olmadığını, elə vəziyyətdə olan kiməsə yaxınlaşıb o sözü deməyəcəyini, İslamla əlaqə saxlayıb, yerləri göstərməsini dediyini, telefonla əlaqə saxlayıb heç kimə göstəriş vermədiyini, elə bir şəxs olsa idi, işi özünün edəcəyini, Elbəyi bəy ilə şirkət arasında müqavilə bağlandığını, müqavilənin yəqin ki, adiyyəti orqanda olduğunu, müqavilənin digər tərəfinin şirkətin direktoru olduğunu, Direktorun kim olduğunu bilmədiyini, rəhbərin kim olmasının özünə maraqlı olmadığını, “yaxşı qazanc olacaq” kimi bir söz işlətmədiyini, qazanc əldə edə bilmədiyini, əvvəllər Elbəyi bəylə işlədikləri zaman ona zərər dəydiyi üçün bu işi ona dediyini, şirkət olmadığını, ona belə bir iş olması ilə bağlı məlumat gəldiyini, Məmmədov Elnurun dediyini, şirkətin əməkdaşı olduğunu bildirdiyini, belə bir iş olduğunu, icra edə biləcəyini soruşduğunu, özünün də icra edə bilməyəcəyini, lakin tanıdığı adamlar olduğunu, yönləndirə biləcəyini dediyini, birbaşa özünün danışdığını, “mən bu işlərdən uzağam danış” dediyini, özünün də danışdığını, Elnuru tanıdığını, rəhbəri bilmədiyini, müqavilədən xəbəri olduğunu, lakin tarixi xatırlamadığını, müqaviləni şirkətin verməli olduğunu, müqaviləni Elbəyi bəyə özünün göndərdiyini, imzalamaq üçün müqaviləni göndərdiyini, vasitəçilik edəni xatırlamadığını, hər iki tərəfində imzaladığını, Elbəyi bəyi sonuncu dəfə Bakıda gördüyünü, tarixi xatırlamadığını, informasiyanı tam olaraq bilmədiyi üçün Balakəndə də iş ola biləcəyini dediyini, ilkin olaraq sadəcə hazırlanma barədə məlumat verildiyi üçün Elbəyi bəyə bunu dediyini, Focus Media tərəfindən ilkin mərhələdə qurğuların hazırlanacağının deyildiyini, daha sonra quraşdırma ilə bağlı məlumat verildiyini, Elbəyi bəyə təklif etdiyini, onun da qəbul etdiyini, onun deməyi ilə heç kimin nəsə edə bilməyəcəyini, şirkət tərəfindən köməklik etməyin deyildiyini, özünün də bunu Elbəyi bəyə çatdırdığını, Elşənin əvvəlcə işlədiyi Brend Media şirkətində rəhbər olduğunu, Elşən Məmmədov barədə heç bir söhbət olmadığını, özündə olan informasiyaya görə onun bu işlə heç bir əlaqəsi olmadığını, onları X30rşıladığını, amma onu buraya Elşənin göndərmədiyini, işlə tanış etmək üçün özünün gətirdiyini, özünün burada başqa işləri də olduğunu, Cinema Plusun əməkdaşı olduğunu, onunla əlaqədar işləri olduğunu, şirkətin müqaviləni təqdim etdiklərini dediyini, hətta başqa lazımi orqanlara da müqavilənin verildiyini, müqaviləni göndərdiyi adamın ya Rəhman, ya da Uğur olduğunu, müqaviləyə imza edib qaytardığını, hadisəni birbaşa icraçı olduğu Elbəyi bəyə dediyini, Naxçıvana daha öncədən də gəldiyini, Focus Medianın rəsmi işçisi olmadığını, müqavilənin imzalanma tarixini xatırlamadığını, şirkətin ona göndərdiyini, özünün də Elbəyi bəyə göndərdiyini, reklam lövhələrinin quraşdırılandan sonra şəklini çəkdiyini, quraşdırmada iştirak etmədiyini, hər hansı da bir məlumatı olmadığını, elə bir bilgisi olsa özünün edəcəyini, Elbəyi bəyə deməyəcəyini, Naxçıvana gələndən sonra yerlərin müəyyən olunduğunu, “necə duracaq reklam lövhəsi” və s. kimi danışıqlar getdiyini, hadisə olan günü Naxçıvanda olduğunu, həmin gün gəldiyini, Bakıya neçə gün qabaq getdiyini xatırlamadığını, hazır olduğunu Elbəyi bəyin dediyini, şəkil çəkməyə gəldiyini, həmin gün səhər gəldiyini, Elbəyi bəyi həmin gün Naxçıvanda görmədiyini, hadisə baş verən yeri bildiyini, quraşdırma işləri getdiyini, Elbəyi bəyin orada olmadığını, özlərinin baxıb quraşdırıldığını gördüklərini, İslamın “gedək digər yerə baxaq” dediyini, getdiklərini, Hadisə ilə bağlı zəng gəldiyini, onların da hadisə yerinə, oradan da xəstəxanaya getdiklərini, İslamın niyə göstərişi onun verdiyini dediyini bilmədiyini, elə bir şey deyibsə, tamamilə yanlış olduğunu, müqavilənin imzalanma tarixini xatırlamadığını, Rəhmanın nömrəsinin sonunun 01- 53 olmalı olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X47 ifadəsində Şəhər Prokurorluğuna mütəxəssis kimi getdiyini, Şəhər Prokurorluğundan “hansı tədbirlər görülsə, hadisənin qarşısı alına bilərdi” kimi sualların cavabını ala bilmək üçün mütəxəssis istədiklərini, hadisəni də görmədiyini, iş yerinin Rabitə Nazirliyinin yanında olduğunu, orada da reklam qurğusu quraşdırıldığını, orada qazıntını gördüyünü, bunu da orada dediyini, betonun quruma müddəti, dayağın nə zaman sökülməsi ilə bağlı məlumatlar verdiyini, hal-hazırda da eyni yerdə işlədiyini, sadəcə strukturun dəyişildiyini, strukturun yanvar ayında dəyişildiyini, özlərinin dövlət tərəfindən maliyyələşən bütün tikintilərdə nəzarət həyata keçirdiklərini, orada olan tikintinin də keyfiyyətinə və kəmiyyətinə baxdıqlarını, struktur dəyişikliyindən sonra icazələrə də baxdıqlarını, özlərinin şirkətlə heç bir əlaqələri olmadığını, İcra hakimiyyətinin yalnız icazələrə baxdığını, ümumi bütün tikintilərə yəqin ki, FHN baxdığını, dövlət sifarişi ilə bina tikilərsə, özlərinin ona nəzarət etdiklərini, ancaq dövlət sifarişli tikililərə nəzarət etdiklərini, özünün inşaat mühəndisi olduğunu, müstəntiqin də “hansı tədbirlər görülsə, reklam lövhəsi aşmazdı” və s. kimi suallar verdiyini, hadisə haqqında məlumatı prokurorluqda aldığını, sadəcə mütəxəssis kimi getdiyini, betonun hansı qaydada tökülməsi, dayaqların nə zaman sökülməli olduğunu dediyini, işlə bağlı heç bir məlumatı olmadığını, sadəcə iş yerinin yanında olan qazıntını təsadüfən gördüyünü, onu dediyini, o qazıntını vətəndaş kimi gördüyünü, özlərinin işi olmadığını, özlərinin səlahiyyətində olsa, bir inşaat mühəndəsi kimi özünün qane edən qaydada normalara uyğun qaydanı deyəcəyini, özünün qazıntı gördüyünü, görən zaman onun reklam lövhəsi üçün olacağını belə bilmədiyini, bilsə idi belə, özünün səlahiyyətində olmadığını, nəsə edə bilməyəcəyini, müstəntiqin “nə etmək lazımdır?” deyə sual verdiyini, özünün də cavab verdiyini, hər tikintiyə müdaxilə kimi bir imkanları olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində hadisə zamanı fərdi işçi kimi orada olduğunu, sonradan adını öyrəndiyi Yusifin göstərişi əsasında işlədiyini, Yusif nə deyirdisə, onu etdiklərini, “reklamın üzü belə baxmalıdır, belə qoyulmalıdır” dediyini, işin sonuna çatan zaman güclü külək olduğunu, reklam lövhəsini aşırdığını, ölən şəxs həmin yerdən keçdiyi zaman uşaqların “ay xala” deyə qışqırdığını, onun özü ilə də həmin şəxs arasında 3, 5 metr məsafə olduğunu, özünün də ona səsləndiyini, lakin çox səs-küy olduğu üçün, ya da başqa hansısa səbəbə eşitmədiyini, lövhənin üzərinə düşdüyünü, hamısının köməkliklə reklam lövhəsini qaldırdıqlarını, həmin xanımın sağ olduğunu, ona “bala səs-küy salma, özüm çıxacağam, yaxşıyam” dediyini, özünün fərdi fəhlə olduğunu, qaynaq etdiyini, çala qazdığını, beton tökdüyünü, daş qaldırdığını, ifadəsində də dediyi kimi, keçmişdə birlikdə işlədiyi iş yoldaşı Mayis olduğunu, onun zəng edib belə bir iş olduğunu dediyini, reklam işi olduğunu, reklamları özlərinin quraşdırmayacaqlarını, emal edəcəklərini, özünün Naxçıvana 08 sentyabr tarixdə gəldiyini, Yusif, Mayis, özünün və Elbəyinin gəldiklərini, İslam adlı birinin onları qarşıladığını, evə yerləşdirdiyini, yemək və s. bir çox şeyi onun həll etdiyini, işi qəbul edənin kim olduğunu bilmədiyini, əmək haqqını Mayisin danışdığını, kiminlə danışdığını bilmədiyini, 750 manata danışıldığını, sadəcə reklamları emal edəcəklərini, sonra da montaj məsələsinin danışıldığını, işin artırıldığını, göstərişləri Yusifin verdiyini, o olmadığı zaman da İslama dediyini, İslamın onlara dediyini, telefonda İslama deyildiyini, Elbəyinin onları yerləşdirdiyini, “qurğuları emal edəcəyik” dediyini, Yusifin göstəriş verdiyini, Elbəyi ilə nə danışdıqlarını bilmədiyini, özünün sadəcə fəhlə olduğunu, Yusifi Naxçıvana gələndə gördüyünü, onlara işlərin düzələcəyini, yaxşı olacağını, 10 günlük bir şey olduğunu dediyini, Yusifin gəlib iş vaxtları 6-da bitməli olsa da, onlara saat 1-ə kimi işləmələrini dediyini, Elbəyinin Bakıya sentyabr ayının 14-ü getdiyini, Elbəyi burada olanda quraşdırma olmadığını, qaynaq etdiyini, Mayisə də kömək etdiyini, dikt vurduğunu, quraşdırma ilə bağlı göstərişləri Yusifin verdiyini, “reklam mənimdir, nə deyirəm onu da etməlisiz” dediyini, təhlükəsizliyi İslamın qoruduğunu, İslamın vəzifəsini bilmədiyini, Yusif nə deyirdisə onu etdiyini, cavabdehin həmin vaxt Yusif olduğunu, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini, müstəntiqə “kostyumlu adam var idi orada, göstərişləri o verirdi, ancaq adını bilmirdim” dediyini, sonradan Yusif olduğunu öyrəndiyini, hadisə olan yerdə kamera olduğunu, yəqin ki kamerada da hər şeyin düşdüyünü, müstəntiqə də dediyini, həmin ifadəni də təkrar etdiyini, ad anlaşılmazlığı ola biləcəyini, özünün sadəcə işçi olduğunu, Elbəyini tanıdığını, Yusifin adını bilmədiyini, orada özünü itirdiyini, sadəcə pul qazanmağa gəldiyini dediyini, vəsiqəsini də vermədiklərini, sonradan müstəntiqin köməklik göstərib vəsiqəsini verdiyini, gündə 1 dəfə çörək yediyini, hətta pulunu belə vermədiklərini, istintaqda nə sual veriblərsə, ona cavab verdiyini, bu gün dediyini orada da dediyini, Yusifin adını bilmədiyini, sadəcə müstəntiqə “qara kostyumlu, köynəkli kök bir oğlan var idi” dediyini, onun da bildiyini, sadəcə onun suallarına cavab verməyini dediyini, həmin kostyumlu adamın Bakıdan onlarla gələn adam olduğunu, qarajın tam nə olduğunu bilmədiyini, sadəcə orada işlədiklərini, reklamları orada hazırladıqlarını, Yusif müəllimin özünün onları oraya apardığını, Elbəyi müəllimin də orada olduğunu, sonra Elbəyinin hüzura görə Bakıya getdiyini, Yusifin ona “Elbəyi olmayanda uşaqlara muğayat olarsan” dediyini, reklam quraşdırmanın özlərinin işi olmadığını, hazırlamağın Mayislə özünün işi olduğunu, quraşdırmanı özlərinin etdiyini, maşını da, işçi qüvvəsini də onların təşkil etdiyini, Yusiflə İslamın nəzarət edib göstəriş verdiyini, reklam aşan yerdə Yusifin olduğunu, amma hadisə zamanı qurğu qoyduqları digər yerə Yusiflə İslamın getdiyini, hadisədən təxminən 5 dəqiqə sonra qayıdıb gəldiklərini, reklam lövhələrini quraşdırılan yerə yük maşınında gətirdiklərini, Yusif müəllimin göstərişi ilə gətirildiyini, özü də olmayanda İslama dediyini, İslamın “soruşum görüm Yusif nə məsləhət verir” dediyini, Yusif uşaqların hamısına pul təklif etdiyini, onu da sadəcə həvəsləndirmək üçün etdiyini, çünki işi çatdıra bilmədiklərini, 200-300 əlavə şirinlik kimi verəcəyini dediyini, işçilərin də etiraz etdiklərini, “biz öləndən sonra pul nəyə lazımdır” dediklərini, elə özünün də Yusif telefonla danışdığı üçün İslama “milyon da versəz, iş yükü budur, çatdıra bildiyimiz də budur” dediyini, özünün fərdi işçi olduğunu, heç kimi tanımadığını, kimə nəyin xəbərini verəcəyini, özünün Elbəyiyə məlumat verilmədiyini bilmədiyini, hadisədən 2 gün qabaq gecə reklam lövhələrini quraşdırmalarını dediklərində Mayisin Elbəyiyə zəng etdiyini, onun da “etməyin, quraşdırmayın” dediyini, əvvəlcə Mayisin danışdığını, sonra da özünün telefonu alıb işi gecə görə bilməyəcəyini dediyini, Elbəyinin də “eləməyin” dediyini, sonra da Yusifin gəlib burada rəhbərin onun olduğunu, nə deyirsə, etməli olduqlarını dediyini, ona “sən kimsən ki, fikir irəli sürürsən” dediyini, özünün də Mayisə onları gətirən müəllimə zəng etməsini dediyini, Elə şəkildə aralarında danışıq olduğunu, əmək haqqını Elbəyinin verəcəyini, göstərişi başqa şəxsdən almamalı olduğunu, amma Yusif nə desə onu etməli olduqlarını, Elbəyi Bakıya qayıdanda dediyini, Elbəyinin bunu Mayisə dediyini, reklam quraşdırılan yerlərin çalalarının elə olmamalı olduğunu, onlar bunu deyəndə onların ağızlarından vurduqlarını, İslama dediklərini, İslamında “mənə deyilən budu” dediyini, İslamı özünün icraçı kimi bildiyini, lenti bağladığını, polislə danışdığını, lazımi olan şeyləri onun etdiyini, özünün çalaların uyğun olmamasını İslama dediyini, Mayisə “bizi bura kim gətirib” dediyini, onun da Elbəyinin gətirdiyini dediyini, “ona zəng elə de” dediyini, zəng etdiyini, Elbəyinin də “eləməyin, qayıdın gedin yatın” dediyini, onları zorla işlətmədikərini, “işləyin, işi çatdırmalısınız” dediklərini, hamının işlədiyini, özünün də işlədiyini, orada tək başına etiraz edə bilməyəcəyini, özünün qaynaqçı olduğunu, bəzəyini özünün yapışdırırdığını, çalanın kənarında birləşdirmə etdiyini, quraşdırma zamanı fəaliyyətinin dayağı birləşdirmək olduğunu, əslində sexdə etməli olduqlarını, ancaq sonra fikir dəyişikliyi edildiyini, ona görə də quraşdırma edilən zaman yerində dayağı birləşdirdiyini, istintaq zamanı ifadə zamanı işçi qüvvəsi olaraq soruşulub deyə elə Yusifin adını çəkmədiyini, Yusifin göstəriş verdiyini dediyini, adını bilmədiyini dediyini, istintaq zamanı ifadəsinin dediyi kimi yazıldığını, yanlış heç nə olmadığını, müstəntiqin ona “rəhbər kimdir?” deyə sual vermədiyini, hadisəni soruşduğunu, söhbət etdikləri zaman “kostyumlu adam olub” dediyini, onun da “onlar lazım deyil hadisə necə olub onu danış” dediyini, beton töküləndə orada olduğunu, beton maşınının yuyulduğunu, maşını şoferin şəhərə dağılmasın deyə yuduğunu, orada olan ağacların, ya güllərin çalasına tökdüklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində hadisə anında orada olmadığını, prokurorluqda da beton haqqında məlumat verdiyini, izahatının bundan ibarət olduğunu, betonun qəlibdə 1 gün qalmalı olduğunu, ondan sonra sökülməli olduğunu, hadisə yerində olmadığını, orada hadisənin necə olduğunu bilmədiyini, sifarişi kimin verdiyini satış müdirinin bildiyini, pul köçürməsini də bilmədiyini, B30 markalı beton olduğunu, əvvəllər betonun parla qurudulduğunu, sifarişin verildiyini, nümunə alındığını, 1 gün qəlibdə saxlanıldığnı, qəlibdən çıxarılandan sonra 7-28 gün müddət ərzində qırılma nöqtəsi olduğunu, 28 gün sonra qırılmırsa təhvil verildiyini, betona qatqı qatıldığını, Naxçıvan Muxtar Respublikasına bir dənə qatqı növü gəldiyini, bütün növ betonlara qatqı qatıldığını, çalanın içərisinə su tökülməməli olduğunu, su nə qədər betonda çox olarsa, o qədər ziyan olduğunu, betonun 1 kubuna 420 kiloqram sement qatdıqlarını, küləyin betona təsir edə biləcəyini, istinin, başqa təsirlərin qarşısını almaq üçün qatqı qatıldığını, NMR-a gətirilən qatqının yararlı olduğunu, asfalt çirklənməsin deyə sürücünün beton maşınını yuduğunu, cərimə olunmasın deyə yuduğunu bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə toplanmış sənədlərdə baş vermiş hadisə nəticəsində ölmüş şəxsin adı “Zimurə” kimi göstərilsə də əsl həqiqətdə mərhumənin adı “Zümulə” olduğundan “Zimurə” “Zümulə” kimi oxunması qərara alınmışdır. (cild İİ, iş vərəq 57-85) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə toplanmış araşdırma materialları üzrə fakta görə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai araşdırma aparılması üçün Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X17 icraatına qəbul edilmiş və X26 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 1-2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2023-cü il tarixli telefon məlumatından görünür ki, 19 sentyabr 2023-cü il tarixdə saat 14:09-da Naxçıvan şəhər Polis İdarəsinin növbətçi hissəsindən Naxçıvan şəhər Prokurorluğunun xidməti istifadəsində olan ***-**-** nömrəsinə zəng edilərək Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində quraşdırılan reklam lövhəsinin Naxçıvan şəhəri, Tumbul kənd sakini X11 üzərinə aşaraq xəsarət alması barədə məlumat verilmiş və telefon məlumatını Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X31 qəbul etmişdir. (cild İ, iş vərəq 6) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində quraşdırılan reklam lövhəsinin Naxçıvan şəhəri, Tumbul kənd sakini X11 üzərinə aşaraq xəsarət alması ilə bağlı Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında Naxçıvan Muxtar Respublikası Xəstəxanası PHŞnin qarşısı, Naxçıvan şəhəri, Əziz Əliyev və İstiqlal küçəsinin kəsişməsinin yerləşdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer Naxçıvan Muxtar Respublikası Xəstəxanası PHŞ-nin qarşısı, Naxçıvan şəhəri, Əziz Əliyev və İstiqlal küçəsinin kəsişməsinin olduğu ərazidir. Qeyd olunan həmin ərazidə yarı hissəsi səkidə, yarı hissəsi piyada keçidinin üzərində olan reklam nümayiş etdirmək üçün istifadə olunan lövhə vardır. Həmin lövhə 13 sm qalınlığında olmaqla çərçivə hissəsi 307x500 sm ölçüdədir. Reklam lövhəsi dəmir materialdan hazırlanmaqla çərçivə hissəsi taxta materialdandır. Qeyd olunan taxta materialdan olan çərçivənin sol tərəf hissəsi çatlamış vəziyyətdədir. Həmin lövhə dəmir boruya 6 ədəd dəmir qaynaqla bərkidilmişdir. Dəmir borunun ümumi ölçüsü 691 sm-dir. Dəmir borunun yer səthinə basdırıldığı hissə 90 sm ölçüdədir və həmin boru 73 sm diametrindədir. Həmin dəmir borunun yer səthinə hissəsinin üzərinə 2 ədəd profil qaynaq edilmişdir. Reklam lövhəsinin yuxarı hissəsində qırmızı rəngli kəmər vardır. Piyadaların hərəkət etdiyi səkinin eni 6.45 metrdir. Həmin səkinin qurtaracağından 3.75 m məsafədə beton tökülmüş sahə vardır. Həmin beton tökülmüş sahə 1.30x1.50 m ölçüdədir. Beton tökülmüş sahədə olan beton yaşdır. Həmin beton tökülmüş sahədə olan beton parçası iş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq müvafiq qaydada qablaşdırılaraq götürüldü. Dəmir borunun basdırıldığı yerin yaxınlığında “Kamaz” markalı üzərində qaldırıcı qurğu (kran) olan ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobilin yanında qırmızı rəngli, 14 pillədən ibarət olan nərdivan vardır. Qeyd edilən nərdivanın yanında 91 sm uzunluğunda böyük çəkic vardır. Həmin böyük çəkicin əl dəstəyi 84 sm olmaqla 14 sm diametrindədir. Reklam lövhəsi quraşdırılan ərazi insanların sıx hərəkət etdiyi ərazi olmaqla həmin ərazinin ətrafı hər hansısa təhlükəsizlik lenti ilə mühafizə olunmamışdır. Baxışda iştirak edən Məqatil Şaməmmədov reklam lövhəsinin basdırıldığı sahəyə ilk öncə karkaz toxunmalı olduğunu, həmin karkazın orta hissəsinin saxlanılmalı olduğunu və həmin hissəyə dəmir borunun yerləşdirilməli olduğunu, daha sonra isə boruya yuxarı və aşağıdan olmaqla dəmir qaynaq edilməli olduğunu, həmin beton verilmiş hissəyə karkaz toxunmadığından həmin quraşdırılma işinin düzgün aparılmadığını bildirmişdir. (cild İ, iş vərəq 7-9) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 mart 2023-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazədən görünür ki, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti X76 “X83" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixindən xx.xx.2033-cü il tarixinədək açıq məkanda reklam yerləşdirilməsinə icazə vermişdir. Reklam daşıyıcısının Naxçıvan şəhər, Əziz Əliyev - İstiqlal ünvanında yerləşdiriləcəyi, növünün “roller” olduğu, ölçüsünün 2.40 x 3.60 metr olduğu, reklamın sahəsinin 8.64 m2 olduğu göstərilmişdir. (cild İ, iş vərəq 19) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin etmək barədə qərardan görünür ki, 66C-23 nömrəli material üzrə məhkəmə tibb ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 28-29) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2023-cü il tarixli təqdim olunmuş əşyanın qəbul edilməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Naxçıvan şəhər prokurorluğunda araşdırılan 66C-23 nömrəli material üzrə İslam Qurbanovun “X21 Kompleksi” MMC tərəfindən verilmiş könüllü şəkildə təqdim etdiyi qaimə fakturaya baxış zamanı 57555 göndəriş nömrəli qaimə faktura “X21 Kompleksi” MMC tərəfindən verilmiş olmaqla istehsal tarixinin xx.xx.2023-cü il tarix saat 11:08:43 olduğu, sifariş ünvanının “X75” olduğu, istehsal olunmuş betonun çatdırılma vaxtının isə xx.xx.2023-cü il tarix saat 11:12:02 qeyd olunduğu, həmin betonun ** AF *** dövlət qeydiyyat nişanlı avtomobillə Namiq adlı sürücü tərəfindən gətirildiyi və betonun mikserli olmaqla 6 m3 miqdarında B 30 markalı olduğu müəyyən edilmişdir. (cild İ, iş vərəq 44) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X52 tərəfindən Naxçıvan Şəhər Prokurorluğuna ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli ərizədə qeyd etmişdir ki, “Bildirirəm ki, xx.xx.2023-cü il tarixdə anam X26 ilk müayinəsi ilə bağlı olaraq Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikasının yan tərəfində yerləşən diş poliklinikasına getmiş, oradan çıxdıqdan sonra isə quraşdırılan reklam lövhəsi onun üzərinə aşaraq xəsarət almış, daha sonra isə diaqnostika müalicə mərkəzində vəfat etmişdir. Anamın ölümü ilə bağlı reklam şirkətinin nümayəndələri yas xərclərini qarşılamaq üçün pul vəsaiti vermişdir. Buna baxmayaraq anamın ölümü ilə bağlı reklam şirkətinin rəhbərliyinə və onun Naxçıvan şəhəri üzrə nümayəndəsindən şikayətim vardır. Həmçinin onun ölümü ilə bağlı tələbim isə anamın arzusu olduğundan Bakı şəhərindən iki otaqlı evlə təmin olunmaqdır. Anamın ölümündə günahı olan şəxslərin məsuliyyətə cəlb olunmasını istəyirəm. Xahiş edirəm ərizəmi nəzərə alasınız”. (cild İ, iş vərəq 66) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 84 nömrəli məktubdan görünür ki, Əziz Əliyev küçəsi ünvanında “X83” MMC-ə məxsus reklam lövhəsinin yerləşdirilməsinə “01” Aprel 2023-cü il tarixli müqavilə ilə 10 il müddətinə “01” Aprel 2033-cü il tarixədək sabiq direktor X40 tərəfindən icazə verilmişdir. (cild İ, iş vərəq 70) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 sentyabr 2023-cü il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri İdarəetmə Xidmətinin bilavasitə tabeliyində olan “Təhlükəsiz şəhər” Xidmətinə verilmiş sorğuya cavab olaraq göndərilmiş məktuba 10 ədəd disk əlavə edilmiş və bununla bağlı protokol tərtib edilərək həmin disklərə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, qeyd edilən 10 ədəd diskdən 9 diskdə 2 videogörüntü, 1 diskdə 1 videogörüntü olmaqla ümumililikdə 19 videogörüntü vardır. Həmin videogörüntülər Naxçıvan şəhəri, Əziz Əliyev və İstiqlal küçələrinin kəsişməsində müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərdir. Qeyd edilən videogörüntülərə sıra ardıcıllığı ilə baxılmış, sıra ardıcıllığı ilə baxılan zaman iş üçün əhəmiyyət kəsb edən videogörüntülərin 8, 9, 10, 11, 12 və 13-cü videogörüntülər olduğu müəyyən edilmişdir. Belə ki, 8-ci videogörüntüdə xx.xx.2023-cü il tarixdə saat 12:51:00-da beton maşınının işıqfordan keçərək sağ tərəfə, yəni Naxçıvan MR Xəstəxanası PHŞ istiqamətində döndüyü və saat 12:51:15-də dayandığı görünür. 9-cu videogörüntüdə saat 12:52:02-də bir nəfər şəxsin, 12:53:18-də isə 3 nəfər şəxsin reklam lövhəsinin yanında dayandığı görünür. Saat 12:54:00da “Peykan” markalı avtomobilin işıqfordan keçərək sağ tərəfə, yəni Naxçıvan MR Xəstəxanası PHŞ istiqamətində döndüyü və saat 12:54:30-da dayandığı görünür. Saat 13:01:53-də arxasında qaldırıcı qurğu (kran) quraşdırılmış “Kamaz” markalı avtomobilin işıqfordan kçeərək sağ tərəfdə döndüyü görünür. Daha sonra orada olan şəxslər tərəfindən saat 13:05:00-da reklam lövhəsinin üzərindən çərçivənin götürülərək kənara qoyulduğu görünür. 10-cu videogörüntüdə saat 13:05:53-də “Kamaz” markalı avtomobilin gələrək dayandığı görünür. Daha sonra saat 13:06:14-də reklam lövhəsinin üzərinə şəkil vurulur. Şəkil vurulduqdan sonra saat 13:11:45-də götürülmüş çərçivə reklam lövhəsinin üzərinə yenidən qoyulur.Saat 13:13:02-də “Kamaz” markalı avtomobil səkiyə daha da yaxınlaşır və saat 13:15:02-də qırmızı rəngli kəmər reklam lövhəsinin üzərinə bağlanılır. Bundan sonra saat 13:16:00-da bir tərəfi lövhəyə bağlanmış kəmərin digər tərəfi qaldırıcı qurğuya (kran) bağlanılır və həmin qurğu vasitəsilə yuxarıya qaldırılır. 11-ci videogörüntüdə saat 13:20:17-də reklam lövhəsinin qaldırıcı qurğu (kran) vasitəsilə qazılmış hissəyə qoyulduğu görünür. Saat 13:22:07-dən başlamaqla qazılmış hissənin divarlarına dəmir vurulduğu görünür. Saat 13:30:04-də beton maşınının qazılmış hissəyə yaxınlaşaraq dayandığı görünür. Daha sonra qazılmış sahəyə girən şəxsin saat 13:30:37-də oradan çıxdığı və qaynaq etdiyi görünür. Saat 13:31:16-da qazılmış sahəyə beton töküldüyü görünür. 12-ci videogörüntüdə saat 13:32:03də betonun tökülərək yekunlaşdığı, saat 13:34:00-da yenidən beton verilməyə başlanıldığı və saat 13:34:19-da betonun tökülərək yekunlaşdığı görünür. Saat 13:36:46-da beton maşınının oradan ayrılaraq kənara çəkildiyi, daha sonra borunun qabağına dəmir qoyulduğu və bir nəfər şəxsin nərdivana çıxaraq həmin dəmiri boruya qaynaq etdiyi görünür. Qaynaq edən həmin şəxsin saat 13:40:00-da nərdivandan düşdüyü görünür. 13-cü videogörüntüdə saat 13:46:20də orada olan şəxsin səkinin üzərində olan ləvazimatları götürərək avtomobilin arxasına qoyduğu görünür. Saat 13:46:47-də bir nəfər qadının Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikasından Naxçıvan MR X41 istiqamətində səki ilə hərəkət etdiyi görünür. Saat 13:46:50-də avtomobilin arxasına ləvazimat qoyan şəxsin yenidən qayıdaraq səkinin üzərində olan digər ləvazimatı da götürərək birbaşa avtomobilin arxasına qoyduğu, həmin vaxtı orada olan digər bir şəxsin kran sürücüsünə əli ilə nəsə işarə etdiyi, saat 13:46:54-də qaldırıcı qurğunun (kran) reklam lövhəsinin üzərinə enməyə başladığı görünür. Saat 13:47:07-də avtomobilin arxasına ləvazimat qoyan şəxsin geri qayıtdığı və geri qayıdan zaman da artıq qaldırıcı qurğunun (kranın) lövhənin üzərinə endiyi görünür. Saat 13:47:32-də qaldırıcı qurğu (kran) lövhənin üzərinə enib qabağa verildikdən sonra kəmər açılır və qaldırıcı qurğu kənara çəkilir. Həmin vaxtı bir nəfər şəxs dəmiri rəngləyir. Saat 13:47:57-də reklam lövhəsinin aşmağa başladığı görünür. Bu zaman reklam lövhəsinin saat 13:48:00-da aşaraq səki ilə hərəkət edən qadının üzərinə düşdüyü görünür. Düşdükdən sonra orada olan şəxslər tərəfindən lövhənin qaldırılaraq saat 13:48:10-da qadının oradan çıxarıldığı görünür. Saat 13:51:50-də təcili tibbi yardım maşınının gələrək işıqforun qarşısında dayandığı, 13:55:34-də isə oradan ayrıldığı görünür. (cild İ, iş vərəq 74-76) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika X29 Şəxsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 700 nömrəli məktubdan görünür ki, X26 xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində “Sol bud sümüyü 1/3-in sınığı, Döş qəfəsinin əzilməsi”- diaqnozu ilə Xəstəxananın Travmatologiya şöbəsinə daxil olmuşdur. Gipis Langeti qoyulmuş, xəstə saat 15:45 radələrində MRT müayinəsi üçün X13 Mərkəzinə göndərilmişdir. (cild İ, iş vərəq 79) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X14 tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli, 1374/1 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhər Tumbul kənd sakini 1963-cü il təvəllüdlü X26 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 84) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X21 Kompleksi MMC tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli, 01/14 nömrəli məktubdan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə İslam adlı sifarişçi saat 10:00-da 060- ***-**-** nömrəli telefonla Yeni Naxçıvan adlı əraziyə reklam lövhəsinin quraşdırılması üçün 6 m3 B-30 markalı beton sifariş vermişdir və ** AF *** nömrəli avtomaşın ilə xx.xx.2023-cü il tarixdə saat 11:00-da sifarişçiyə göndərilmişdir. (cild İ, iş vərəq 85) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya idarəsi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 29 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00-dan saat 14:00-dək olan dövrdə Naxçıvan şəhəri ərzisində küləyin sürəti 12 m/saniyə olmuşdur. (cild İ, iş vərəq 87) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «X83» MMC-nin direktoru tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X15, onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında «X83» MMC-də məşğulluq təsnifatı üzrə: Çap üzrə işçi. Əmək müqaviləsi üzrə: Montajçı işləyir. Əmək müqaviləsi üzrə icra etdiyi iş çap olunmuş reklam eskizlərinin hazır reklam qurğularına montaj edilməsindən ibarətdir. X53, X25, X45, X12, X23 ilə «X83» MMC arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır, müvafiq olaraq həmin şəxslər «X83» MMC-nin işçiləri deyillər. X8 «X83» MMC-nin adından hər hansı şəxslə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində açıq məkanda reklam yerləşdirilməsi Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti R.H.Ş tərəfindən «X83» MMC-yə verilmiş İ**********016 qeydiyyat nömrəli xx.xx.2023-cii il tarixli «Açıq məkanda reklam yerləşdirilrnəsinə» İcazə sənədi əsasında icra edilmişdir. Əlavə olaraq Naxıçıvan şəhəri, Əziz Əliyev küçəsində quraşdırılan reklam lövhəsinin istehsalı və quraşdırılması «X83» MMC ilə fiziki şəxs Rəhimov Eİbəyi Akif oğlu arasında bağlanmış xx.xx.2023-cli il tarixli 12 saylı Xidmət müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. X1 reklam qurğusunun İcazə sənədi əsasında quraşdırılacağı dəqiq ünvanı Təqsirləndirilən şəxs reklam qurğusunu quraşdıran əməkdaşlarına göstərmək üçün reklam qurğusunun quraşdırıldığı ünvanda olmuşdur. (cild İ, iş vərəq 93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs (icraçı) və "X83" MMC-nin X2 (sifarişçi) arasında bağlanılmış "15" avqust 2023-cü il tarixli, 12 nömrəli Xidmət Müqaviləsinin 3.2.3-cü bəndinə əsasən icraçı texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etməli və qaydaların pozulması nəticəsində yaranmış zərərə görə tam cavabdehdir. Həmin müqavilənin 3.2.5-ci bəndinə əsasən icraçı 1 (bir) il müddətində Xidmətdə hər hansı qüsur, nöqsan və ya çatışmazlıq nəticəsində 3-cü şəxslərə dəymiş ziyana tam məsuliyyət daşıyır. Həmin müqavilənin 3.2.6-cı bəndinə əsasən xidmət reklam qurğularının quraşdırılması olduqda 1 il müddətində hər hansı qəza, qüsur, nöqsan və ya çatışmazlıq nəticəsində mülki obyektlərə və şəxslə dəymiş ziyan və ya zədə İcraçının tam məsuliyyətindədir. (cild İ, iş vərəq 95-97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "X83" MMC və fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 12 nömrəli müqaviləyə əlavə 01 sifarişçiyə təqdim olunan reklam qurğularına dair məlumat və onlara müvafiq qiymət cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 23.250 manat dəyərində 15 ədəd bilbord növlü reklam qurğularının istehsalı və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 6.750 manat dəyərində Naxçıvan şəhərində 12 ədəd rolier və 15 ədəd bilbord növlü qurğuların quraşdırılması nəzərdə tutulmuşdur. (cild İ, iş vərəq 79) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 74 nömrəli meyitin ekspertizası ekspert rəyində qeyd edilmişdir ki, mərhum X11 bədənində aşkar edilmiş xəsarətlər: a)gövdənin arxa səthində bir neçə qançırlar, sol dirsək nahiyyəsinin arxa səthində sıyrıqlar, b)qapalı kəlləbeyin travması, sol V-Vİ qabırğaların, sağ kürək və sol bud sümünün sınığı, hər iki ağciyər kökünə və qaraciyərin diafraqma səthində sağ payın üzərinə qansızma, döş boşluğunda 1,5 litr qan aşkar edildi. Bu xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən törənmişdir. Eləcədə bədən üzərinə reklam lövhəsinin düşməsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə yetrilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. X11 ölümünə səbəb kəskin daxili qanitirmə olmuşdur. Ölümün müddəti meyitin müayinə gününə uyğundur. (cild İ, iş vərəq 104-109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X44 Xidməti tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli, 3-17-9-5/2-645/2023 nömrəli məktubdan görünür ki, baş vermiş bədbəxt hadisə barədə daxil olmuş məlumat əsasında X44 Xidmətində araşdırma aparılmışdır. Araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq’’ (ƏMAS) altsisteminə baxış keçirilərkən hadisə baş verən dövrdə X26 ilə hər hansı işəgötürən arasında qüvvədə olan əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı məlum olmuşdur. Z.Qafarovanın xəsarət alması ilə nəticələnmiş hadisə zamanı onunla hər hansı işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından baş vermiş bədbəxt hadisə X44 Xidməti tərəfindən təhqiq edilmir. Qeyd edilənləri nəzərə alaraq, tərəfinizdən aparılacaq araşdırma zamanı Z.Qafarovanın işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması faktı müəyyən edildiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən vəzifəli şəxs barəsində qəbul edilmiş müvafiq qərarın X44 Xidmətinə təqdim edilməsinə dair göstəriş verilməsini xahiş etmişlər. (cild İ, iş vərəq 110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2023-cü il tarixli məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, 66C-23 nömrəli material üzrə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 112-114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X11 hüquqi varisi qismində oğlu X52 tanınmış və qərar X33 elan edilməklə, ona hüquq və vəzifələri izah olunmuşdur. (cild İ, iş vərəq 120-121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli, 912 nömrəli arayışdan görünür ki, Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisində qeydiyyatda durub və yaşamış mərhum X11 həyat yoldaşı X54, oğlu X52, qızı X34, qızı X55, gəlini X27, nəvəsi X48, nəvəsi X35, nəvəsi X28, nəvəsi X49 və nəvəsi X36 adlı ailə üzvləri var. (cild İ, iş vərəq 151) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.2, 2.4, 2.5, 12.12, 12.14 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində reklam lövhəsinin quraşdırıldığı sahədə siqnal məhəccəri və ya təhlükəsizlik nişanlarının quraşdırılması, reklam lövhəsinin özülü tam bərkimədən yəni, dirəyin dayanıqlı vəziyyətinin təmin edilməsi üçün tam hazır olmayana qədər xüsusi mühafizə tədbirlərinin (lövhənin bir neçə istiqamətdə dayaqlara bağlanması, krandan asılı halda saxlanılması, siqnal məhəccəri və ya təhlükəsizlik nişanlarının quraşdırılması və.s) həyata keçirilməsi təmin olunmadığına görə, «Xidmət müqaviləsi»nin şərtlərinə əsasən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş icraçıreklam lövhəsinin quraşdırılması işlərinə rəhbərlik etmiş və ya etməli olan şəxs tərəfindən «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.2, 2.4, 2.5, 12.12, 12.14 bəndlərinin tələbləri pozulmuşdur. 691 sm hündürlüyündə, 307x500 sm ölçülərində olan reklam lövhəsinin özülü tam bərkimədən yəni, dirəyin dayanıqlı vəziyyətinin təmin edilməsi üçün tam hazır olmayana qədər xüsusi mühafizə tədbirlərinin təmin edilmədiyini nəzərə aldıqda həmin reklam lövhəsi hər hansı qüvvənin o cümlədən, 12 m/san sürətində cərəyan edən küləyin təsirindən aşa bilərdi. (cild İ, iş vərəq 188-190) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X5 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 200) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli nömrəli məktubdan görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs ********** VÖEN-lə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarlıqla iş Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda durur. (cild İ, iş vərəq 207) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 730 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ.İsmayılov küçəsi, ev 44, mənzil 63 ünvanında Fizuli rayon məcburi köçkünü kimi qeydə alınmışdır və yaşayır. (cild İ, iş vərəq 209) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 730 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ.İsmayılov küçəsi, ev 44, mənzil 63 ünvanında Fizuli rayon məcburi köçkünü kimi qeydə alınmışdır və yaşayır. X4, qızı X38 (2002) və qızı X39 (2002) adlı ailə üzvləri var. (cild İ, iş vərəq 210) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, 2007-ci il tarixdən ünvan 5 ünvanında Fizuli rayon köçkünü kimi qeydə alınmış və ailəsi ilə yaşayan Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində nizam-intizamlı olmuş, qonşuların hörmətini qazanmış və 98 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. (cild İ, iş vərəq 208) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın surəti ona təqdim edilmişdir. (cild İ, iş vərəq 211-212) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2023-cü il tarixli müdafiəçi dəvət edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. (cild İ, iş vərəq 216-217) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2023-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 (Naxçıvan MR Vəkillər Kollegiyası tərəfindən verilmiş Order № 000620) dövlət hesabına müdafiəçi kimi təyin edilmişdir. (cild İ, iş vərəq 223-224) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 240-241) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2023-cü il tarixli təqdim edilmiş sənədin qəbul edilməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin (VÖEN) surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X9 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surəti, Füzuli rayon Hərbi Komissarlığı tərəfindən verilmiş “Müharibə veteranı” vəsiqəsinin surəti, “Böyük zəfər” xatirə medalı vəsiqəsinin, “Müharibə veteranı” medalı vəsiqəsinin surəti və həmin medalların şəkillərinin surəti könüllü şəkildə təqdim olunmuş və bununla bağlı protokol tərtib edilərək müvafiq baxış keçirilmişdir. Sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş ********** nömrəli “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” qeydiyyat şəhadətnaməsi (VÖEN) Təqsirləndirilən şəxs məxsusdur və o, xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X9 tərəfindən verillmiş xx.xx.2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müalicədə olmuş və ona “şəxsiyyətin tip pozuntusu tez-tez təkrarlanan dekompansasiyalarla, psixotik daxilolmalarla” diaqnozu qoyulmuşdur. Füzuli rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 983497 nömrəli “Müharibə veteranı” vəsiqəsinin surəti Təqsirləndirilən şəxs məxsusdur. “Müharibə veteranı” vəsiqəsinin surəti 20 noyabr 2023-cü il tarixli 575 nömrəli, “Böyük zəfər” xatirə medalı vəsiqəsinin surəti 20 noyabr 2023-cü il tarixli 760 nömrəli olmaqla hər ikisi “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən verilmişdir. (cild İ, iş vərəq 243) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, hadisə yerindən götürülən beton parçası ilə əlaqədar sınaqlar həyata keçirməklə nəticələr əldə etmək Azərbaycan Respublikasında qüvvədə olan standartlara əsasən mümkün deyildir. Betonun keyfiyyət göstəricilərini ГОСТ 7473 standartının tələblərinə uyğun olaraq beton qarışığından götürülmüş nümunələrin və ГОСТ 28570 standartının tələblərinə uyğun olaraq konstruksiyadan götürülmüş nümunələrin sınaqlarının həyata keçirilməsi ilə müəyyən edilir. (cild İİ, iş vərəq 8) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2023-cü il tarixli məhkəmə psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X6 ekspertlərinə həvalə edilmişdir. (cild İİ, iş vərəq 9-10) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X76 tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli, 6453 nömrəli məktubdan görünür ki, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. (cild İİ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X9 tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli, 1/6133nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanda qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 7 nömrəli şəhər poliklinikasının göndərişinə əsasən ilk dəfə xx.xx.2023ci il tarixdən 13.02.23-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Şəxsiyyətin isterik tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, psixotik daxilolmalarla” olmuşdur. Təkrarən, Təqsirləndirilən şəxs 7 nömrəli şəhər poliklinikasının göndərişinə əsasən xx.xx.2023-ci il tarixdən xx.xx.2023-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicədə olmuşdur. Diaqnoz “Şəxsiyyətin isterik tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, psixotik daxilolmalarla” olmuşdur. (cild İİ, iş vərəq 29) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X76 tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli, xx/xx-14267 nömrəli məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (cild İİ, iş vərəq 31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Naxçıvan Sağlamlıq Mərkəzi” X76 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli, 160 nömrəli məktubdan görünür ki, Tumbul kənd sakini X26 xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublika X29 Şəxsindən MRT müayinəsi üçün “Naxçıvan Sağlamlıq Mərkəzi” X62 göndərilib. xx.xx.2023-cü il tarixdə saat 16:05-də “Naxçıvan Sağlamlıq Mərkəzi” X62 daxil olan adı qeyd olunan xəstədə MRT müayinəsi olunmadan öncə preaqonal vəziyyət yaranıb. Təcili yardım şöbəsində ilkin tibbi yardım göstərilib, lakin müdaxilə olunmasına baxmayaraq 16:55-də aldığı xəsarətlərdən vəfat etmişdir. (cild İİ, iş vərəq 33) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X14 tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli, 381 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında-yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu yoxdur və onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 -ci maddəsinin təsiri altına düşmür. (cild İİ, iş vərəq 35-38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs (sifarişçi) və X45 (icraçı) arasında bağlanılmış "01" sentyabr 2023-cü il tarixli, 02/23 nömrəli Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti, Sifarişçi əlavədə göstərilən işlərin( reklam daşıyıcılarının quraşdırılması(yerləşdirilməsi) və reklam daşıyıcılarının üzərində reklam eskizlərinin montajı, yayımı, tələb olunan vəziyyətdə saxlanılması, çap işlərinin yerinə yetirilməsi, reklam qurğularına elektrik xəttinin çəkilməsi, reklam lövhələrinin yuyulması, nəqliyyat vasitəsi ilə daşınması və digər reklam xidmətlərin həyata keçirilməsi üçün İcraçıya sifariş verir Sifarişçi isə bunun müqabilində İcraçıya ödənişi həyata keçirir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilədə göstərilən öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. (cild İİ, iş vərəq 45-46) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X76 tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli, 19097 nömrəli məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2016-xx.xx.2016; xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müalicədə olmuşdur. (cild İİ, iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş beton parçası iş üçün sübut əhəmiyyəti daşımadığından və saxlanılmasına zərurət olmadığından Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X31 tərəfindən məhv edilmişdir. (cild İİ, iş vərəq 86) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X52 tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli ərizədə qeyd etmişdir ki, “anamın ölümü ilə əlaqədar olaraq xərclər qarşılığnda ilkin olaraq Təqsirləndirilən şəxs 5000( beş min manat) daha sonra isə təzminat olaraq 35000 (otuz beş min) manat pul məbləği olaraq ümumilikdə 40000 (qırx min) manat pul vəsaitini almışam, bununla bağlı olaraq Təqsirləndirilən şəxs, habelə heç bir şəxsdən heç bir iddia tələbim və şikayətim yoxdur. Gələcəkdə də olmayacaq”. (cild İİ, iş vərəq 93) İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 1246 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 15 avqust 2023-cü il tarixli, 12 nömrəli “Xidmət Müqaviləsi”nin sonunda “İcraçı” qrafasında “Fiziki şəxsi Təqsirləndirilən şəxs” yazılarının önündəki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X18 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli saymasına məhkəmə istintaqı zamanı özünü ilk olaraq təqsirli saymasına baxmayaraq sonra özünü təqsirsiz sayması ilə bağlı verdiyi ifadəni özünü müdafiə xarakterli ifadələr hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı iş araşıdırlarkən təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin ibtidai istintaq orqanının qərarından və ya hərəkətindən şikayət verməsi halı aşkar edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirsiz sayılması ilə bağlı verdiyi ifadələr özünü müdafiə xarakterlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin müharibə veteranı olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 314.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə ittiham tərəfinin təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini təklif etməsi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədini təmin edə bilmir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildikdə cəzanın məqsədi təmin edilmiş olur. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) il müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 73 (yetmiş üç) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri ləğv edilsin, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ34CTRE********************, Müxbir hesab: AZ41NABZ013601**********3944) köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 73 (yetmiş üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ123601**********5944, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar