Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-12/2025 10.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonu Adnalı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, “MİCROTECH” markalı, “COMBAT TROODON 00556” modelli, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, döyüş təyinatlı soyuq silah olan bıçağı əldə edib üzərində gəzdirərkən yəni, 11 noyabr 2024-cü il tarixdə saat 11:00 radələrində X6 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun baqaj yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün baqaj yüklərinə ümumi yoxlanış keçirilmiş və baqaj çantasından 1 ədəd yuxarıda qeyd olunan bıçaq aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmiş, ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Şahid1 görmədiyini, hadisə zamanı və çantaya yoxlanarkən həmin şəxsi görmədiyini, bıçağı və patronu onun keçirdiyini, maddənin sanksiyasında nəzərdə tutulan cəzaları bildiyini, qardaşı üçün gətirdiyini, hədiyyə aldığını, əgər icazə olmadığını bilsəydi, gətirmədiyini, hadisənin noyabr ayı olduğunu, onun Moskvadan gəldiyini, Bakıya gedəcəyini, yoxlanışdan keçəndə bıçağın və patronun aşkarlandığını, bıçağı suvenir məqsədilə aldığını, çantasının açıldığını, çanta açılarkən onun olduğunu dediyini, 2500 rus rubluna bıçağı aldığını, Rusiyadan Gürcüstana, Türkiyəyə keçərkən bıçağı götürülmədiyini, Sədərək Gömrüyündən keçərkən bıçağın aşkar olunmadığını, əvvəllər belə hadisə yaşamadığını və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1996-cı il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Naxçıvan MR X7 X1 İdarəsinin əməkdaşı olduğunu, hadisınin təxminən oktyabr ayı olduğunu, məlumat əsasında hadisə yerinə gəldiyini, o, gəldiyi zamanı bıçağın çantadan çıxarılmış olduğunu, xatırladığı qədərilə kəpənək bıçaq olduğunu, vətəndaşların bəzilərinin bilməyərəkdən soyuq silah keçirməyə çalışdığını, təqsirləndirilən şəxsin sorğu-sual edilmədiyini qeyd etmişdir. X6 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Şahid1 məlumat verərək sərnişinlərdən birindən patron və bıçaq aşkarlandığını bildirib, təhvil götürməyini istəmişdir. Bundan sonra X3 Polis Şöbəsinin növbətçi hissəsindən zəng edərək hava limanında sərnişinlərdən birindən patron və bıçaq aşkarlandığını və təhvil götürməyini bildirmişlər. Həmin vaxt hava limanında xidmət edən polis əməkdaşı Şahid4la birlikdə təhlükəsizlik xidmətinə yaxınlaşıb patron və bıçağı təhvil götürən zaman baqaj çantasından patron və bıçaq aşkar edilən şəxsin Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs olduğunu bilmiş, həmin şəxsin baqaj çantasından aşkar edilən patron və bıçaq müvafiq qaydada iştirakları ilə qablaşdırılmış, akt tərtib olunaraq təhvil götürüb X3 Polis Şöbəsinə gətirmişdir. Təqsirləndirilən şəxs kim olduğunu bilməmiş, aralarında hər hansı bir qohumluq münasibəti, yaxud ədavəti olmamış, Təqsirləndirilən şəxs ilk dəfə hava limanında görmüşdür. Təqsirləndirilən şəxs və qablaşdırılımış zərfi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan sonra X3 Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində xx.xx.1991-ci ildə Rusiya Federasiyasında anadan olmuş, X6 Limanında mütəxəsis vəzifəsində işlədiyini, hadisənin oktyabr ayında baş verdiyini, X6 Limanında növbədə olan zaman giriş monitorunda bıçaq və patron aşkarlandığını, vətəndaşın ilk dəfə çantanın onun olmadığını dediyini, vətəndaşı ilk dəfə gördüyünü, çantadan mərmi və bıçaq çıxdığını qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində Naxçıvan şəhərində anadan olduğunu, X6 Limanında Təhlükəsizlik Xidmətinin şöbə rəisi vəzifəsində işlədiyini, təqsirləndirilən şəxslə qohumluq əlaqəsi olmadığını, şəxsi tanımadığını, Fəridə xanımı tanıdığını, sərnişini xatırladığını, belə məsələrlə tez-tez qarşılaşdığını, çantadan nə çıxdığını xatırlamadığını, ona hadisə ilə əlaqəli məruzə edildiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində xx.xx.1991-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, X6 Limanında polis baş leytenantı vəzifəsində işlədiyini, işdə olarkən çantadan silah aşkarlandığını, növbətçi hissəyə məruzə etdiyini bildirib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 dekabr 2024-cü il tarixli 1365 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, “MİCROTECH” markalı, “COMBAT TROODON 00556” modelli, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, döyüş təyinatlı soyuq silahdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet parton tipində kustar üsulla hazırlanmış aksesuardır, döyüş sursatı hesab edilmir, atəşə yararsızdır. Təqsirləndirilən şəxs baqaj çantasından götürülmüş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “MİCROTECH” markalı, “COMBAT TROODON 00556” modelli, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, döyüş təyinatlı soyuq silah olan bıçaq cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. 20 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi, istifadəsində olan “TECNO SPARK 10C” markalı mobil telefona özünün və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mobil telefonun “vatsap” proqramında Təqsirləndirilən şəxs +**********77 mobil nömrəsinin sahibi mobil telefonda adı “ƏKBER” deyə qeyd olunmuş şəxslə aralarında danışıqlar olması, həmin danışıqlarda “ƏKBER” adlı şəxsin Təqsirləndirilən şəxs göndərmiş olduğu səs 30 saniyəlik səs yazısında “Mıkı gör sənə nə deyirəm, mənə Sərvanın nömrəsini atda, birdə səndən bir şey soruşacam, bax bacın ölür burda, can verirəm, səndən bir şey soruşacam, o sənin deyildi, düz denən bıçaq sənin deyildi, bıçaq sənin olsa təmizdirsə onsuz da səni buraxacaqlar”, Təqsirləndirilən şəxs “ƏKBER” adlı şəxsə cavab olaraq göndərmiş olduğu 15 saniyəlik səs yazısında “Yox mənim deyil başqasınındı”, “ƏKBER” adlı şəxsin Təqsirləndirilən şəxs cavab olaraq göndərdiyi 23 saniyəlik və 11 saniyəlik səs yazılarında “Sən mənə yalan danışırsan, başqasınındı, Sərvan deyib ki, Mıkınındı, o patronda sənindir, bıçaqda sənindir, boynuna al mənə yalan danışma”, “Mən durub kiməsə deyən deyiləm, mən sənin bacınam, başımı təsrinə də kəssələr mən deyəcəm ki, Mıkı düzdür”, Təqsirləndirilən şəxs “ƏKBER” adlı şəxsə göndərmiş olduğu 11 və 12 saniyəlik səs yazılarında “Bıçaq mənimdir, patronsa yox”, “bıçaq da tərtəmizdir, təzə almışam, almışdım ki, gətirəm onu da alınmadı”, “ƏKBER” adlı şəxsin Təqsirləndirilən şəxs göndərmiş olduğu 16 saniyəlik səs yazısında “Görürsən bəs bayaqdan deyirdin xəbərim yoxdur, onlarda sunkada idi bir yerdə, eyni sunkadan çıxdı hamısı”səs yazıları müəyyən olunmuşdur. Mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə “TECNO SPARK 10C” markalı mobil telefon özünə məxsusdur, həmin mobil telefonla “ƏKBER” adlı şəxsə göndərilmiş səs yazılarını özü göndərmişdir, səs yazıları özünə məxsusdur, “ƏKBER” adlı şəxs onun bacısıdır, səs yazılarında da qeyd etdiyi kimi baqaj çantasından çıxan bıçaq onundur, qardaşına hədiyyə etmək üçün Rusiya Federasiyasından aldığını bildirmişdir. X6 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 21 dekabr 2024-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı kameranın video-görüntüyə baxış zamanı həmin videonun 11 noyabr 2024cü il tarixi, saat 10:56:57 saniyəni göstərdiyi və video-kameranın hava limanının giriş zalını çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə giriş hissədə yerləşən rentgen qurğusu və yoxlama aparatları düşür. Həmin vaxt hava limanının girişində yerləşən rentgen qurğusunda bir şəxsin dayanaraq baqaj yüklərinə baxması məyyən olunur, rentgen qurğusuna nəzarət edən təhlükəszlik xidməti əməkdaşı həmin şəxsin yanına gəlir, sonra həmin şəxsin baqaj yükləri yoxlanıldığı görülür. Sonra orada xidmət aparan polis əməkdaşları dəvət olunur, onlarla birlikdə həmin şəxsin baqaj yüklərinə baxış keçirilir. Nəticədə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu, həmin rentgen qurğusundan aşkar edilən əşyanın bıçaq və patron olduğunu və özünə aid olduğunu, Rusiya Federasiyasında olarkən bazarların birindən qardaşına hədiyyə etmək üçün aldığını, çantasına hava limanı əməkdaşı tərəfindən baxış keçirildiyini, baxış zamanı çantasından bıçaq və patronun aşkar olunduğunu bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs baqaj çantasından aşkar olunmuş bir ədəd bıçağa Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 20 dekabr 2024-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs baxış keçirilən bıçağın özünə məxsus olduğunu, həmin bıçağı Rusiya Federasiyasında olduğu müddətdə qardaşına hədiyyə etmək üçün aldığını, özü ilə birlikdə daşıyaraq Naxçıvan Muxtar Respublikasına gəldiyini və oradan Bakı şəhərinə getmək üçün X6 Limanına getdiyi zaman hava limanının girişində rentgen yoxlaması zamanı baqaj çantasından aşkar olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi qərarda Təqsirləndirilən şəxs aşkarlanmış 1 (bir) ədəd patron tipində predmet, kustar üsulu ilə hazırlanmış aksessuar olduğundan, döyüş sursatı hesab edilməyib atəşə yararsız olduğundan barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi və 1 (bir) ədəd patron tipində predmetin Təqsirləndirilən şəxs qaytarılmasına qərar verilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı öz müdafiəsi üçün dəlillər gətirərək Rusiya Federasiyasında olarkən əldə edib baqaj çantasına qoyduğu bıçağı əldə edib gəzdirməklə Azərbaycan Respublikası ərazisinə gətirməsinin cinayət məsuliyyəti yaratmadığının ona dostu tərəfindən deyildiyini bildirsə də, şahid ifadələri, mobil telefona baxış protokolu, ilkin təhqiqat materialları, ekspert rəyi, habelə iş üzrə toplanmış digər mötəbər və təkzibedilməz sübutlarla onun qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməklə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. İttiham aktında Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal və Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədiyi qeyd olunmuşdur. Beləliklə, cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini töərtməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərərk inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya onun məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Мəhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ümumi hissə”sinin müddəaları nəzərə alınmaqla “Xüsusi hissə”sinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş hallarıda ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq orqanı tərəfindən X5 əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmidir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə istintaq orqanının bu mövqeyi ilə qismən razılaşmır. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar olmasa da cəzasını yüngülləşdirən hallar vardır və bu hallar əməlindən peşman olması, əməlini səmimi etiraf etməsi, əvvəllər məhkum olunmaması, müsbət xarakterizə olunması, ilk dəfə cinayət törətməsi və törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən cinayət təsnifatına aid olmasıdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Cəlilabad rayonu ünvanı üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan iş üzrə maddi sübut olan bir ədəd “TECNO SPARK 10C” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Cinayət işi üzrə maddi sübut olan və məhkəməyə təqdim edilmiş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, “MİCROTECH” markalı, “COMBAT TROODON 00556” modelli, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, döyüş təyinatlı soyuq silah olan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatının xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142330, X8 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Cəlilabad rayonu ünvanı üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza tədqiqatının xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142330, X8 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Cinayət işi üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan cinayət işi üzrə 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, “MİCROTECH” markalı, “COMBAT TROODON 00556” modelli, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, döyüş təyinatlı soyuq silah olan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “TECNO SPARK 10C” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-12/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-12/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver