Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-13/2023 16.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:00 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X21 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, üç uşaq anası, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmayan Naxçıvan şəhəri C.X3 qeydiyyatda olmaqla Naxçıvan şəhəri X48 ev 40 mənzil 8 ünvanında yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(078)- 13/2023 saylı qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müəyyən edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 20 oktyabr 2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib onu övladı X47 Dövlət Universitetində qabiliyyət imtahanından keçirəcəyinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin mart ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında yerləşən yaşadığı evində 6400 manat məbləğində pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, X10 etibarından sui-istifadə edib onu həyat yoldaşı X16 X14 tibb bacısı olaraq, özünü isə mühasib olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin may ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında yerləşən yaşadığı evində 8000 manat, həmin ilin noyabr ayında isə qızının epilepsiya xəstəsi olduğunu deyərək müalicəsi üçün sonradan qaytarmamaq niyyəti ilə 1000 manatını borc adı ilə alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Məhəmməd Quliyevə 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib onu övladı Fərid Mirzəyevi qabiliyyət imtahanından keçirərək Bakı Dövlət Unversitetinin Xareoqrafiya fakultəsinə qəbul etdirib İ kursun İİ yarım ilindən sonra isə yerdəyişmə etdirərək X15 köçürəcəyi adı ilə aldadaraq 2020-ci ilin iyul ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 5000 manat, həmin ilin noyabr ayında isə 650 manat illik təhsil haqqı ödənişinin yarısını ödəyəcəyi, 30 manat isə qeydiyyatdan keçirəcəyi adı ilə aldadıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs8 5680 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək onu Naxçıvan MR Xəstəxanasına tibb bacısı kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin may ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında yerləşən yaşadığı evində 4500 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib onu Naxçıvan Şəhər İcra Hakimiyyətinə işə düzəldəcəyi adı ilə aldadaraq 2022-ci ilin aprel ayının əvvəllərində Babək rayonu Şəkərabad kəndində 5000 manat, bundan təxminən bir həftə sonra cinayətkar niyətini davam etdirərək əlavə 2000 manat verəcəyi təqdirdə onu birbaşa Naxçıvan MR X40 Şöbəsinə müdir təyin etdirəcəyi adı ilə aldadaraq Naxçıvan şəhəri İstiqlal küçəsində "Dəyirmançı kafenin yanında 2000 manat, bundan bir neçə gün sonra Ülviyə İbrahimovaya ixtisasının Ali Məclisdəki işinə uyğun olmadığını bildirərək onu Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə qəbul etdirəcəyi adı ilə 2000 manat, bundan əlavə pula ehtiyacının olduğunu və bir həftəyə qaytaracağını deyərək qaytarmamaq niyəti ilə 2800 manatını borc adı ilə alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs10 11800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib onu övladı X29 Azərbaycan Respublikasının Rabitə Nazirliyində işə düzəldəcəyi adı ilə aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Bravo marketdə olan EMANAT vasitəsi ilə 7000 manatını qızının kart hesabına göndərərək həmin pulu ələ keçirməklə Zərərçəkmiş şəxs14 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib onu X56 müfəttiş olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin iyun ayında Naxçıvan şəhəri, İstiqlal küçəsində Dəyirmançı kafenin qarşısında 6000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 Hüseyin oğlunun etibarından sui-istifadə edib onu Naxçıvan Şəhərində Təcili X49 sürücü olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 2500 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib ona həyat yoldaşı X30 uşaq bağçalarından birinə müəllimə olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr-oktyabr aylarında 4500 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onu qızı Şahid3 Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə qəbul etdirəcəyi və eyni zamanda X41 Limanında işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin iyun ayında Babək rayonu Şəkərabad kəndində 6500 manat, həmin ilin oktyabr ayının əvvəlində Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 2000 manat, sonradan qaytarmamaq niyəti ilə 700 manat bir, 250 manat da bir borc adı ilə alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 9450 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib onu X7 tibb bacısı olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci tarixdə Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 5000 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu həyat yoldaşı X17 Naxçıvan Şəhər Doğum Mərkəzinə tibb bacısı olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhəri istiqlal küçəsində Kapital Bankın inzibati binasının arxasında 6000 manat pulunu alıb ələ keçirərək Rahim Məmmədova xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib onu Babək Rayon Xəstəxanasına tibb qardaşı olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Babək rayonu Qoşadizə məhəlləsindəki evində onun 4000 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin oktyabr ayının əvvəlində Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 5500 manat pulunu, bir neçə gün sonra Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə qəbul etdirəcəyi adı ilə həmin ünvanda 4500 manat pulunu, daha sonra unversitetə qəbul edildiyini bildirərək illik təhsil haqqını ödəməli olduğunu deyib aldadaraq xx.xx.2022-ci il tarixdə 1250 manatı pulunu Zərərçəkmiş şəxs3 verdiyi qızının kart hesabına Naxçıvan şəhəri Nizami küçəsində yerləşən Park AVM-dəki millön aparatı vasitəsi ilə göndərtdirmiş, bundan əlavə isə Zərərçəkmiş şəxs3 Səttar oğlunu aldadaraq kürəkənləri X45 Naxçıvan Şəhərində Təcili X58 sürücü olaraq işə düzəldəcəyi adı ilə xx.xx.2022-ci tarixdə 3500 manat pulunu əvvəlcədən Zərərçəkmiş şəxs3 verdiyi qızının kart hesabına Naxçıvan şəhəri Nizami küçəsində yerləşən Park AVM-dəki millön aparatı vasitəsi ilə göndərdikdən sonra ələ keçirməklə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 14750 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək onu oğlu X22 attestatını hərbi lisseydən alıb qaytaracağına və təhsil alması üçün Türkiyə Respublikasında yerləşən Universitetlərdən birinə göndərəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının əvvəli 800 manat, təxminən 10 gün sonra attestatın tez götürülməsi üçün əlavə pul lazım olduğunu deyib aldadaraq 550 manat, həmin ilin noyabr ayında isə universitetə düzəltmək üçün əlavə 1000 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs13 2350 manat məbləğində pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etmiş, ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək bildirmişdir ki, Naxçıvan şəhəri C.X8 ünvanında qeydiyyatda olmaqla, ünvan 7yır, hal-hazırda heç yerdə işləmir. Subaydır və 3 övladı var. Sonuncu övladı 2021-ci il tarixdə doğulmuş və körpədir. Zərərçəkmiş şəxs6 2019-cu ildən tanıyır, baldızı Lətafət vasitəsi ilə tanımışdır. 2019-cu ildə Zərərçəkmiş şəxs6 oğlu Quliyev Həmidi qabiliyyət imtahanından keçirmək adı ilə 6400 manat pul alıb. Həmid Quliyev imtahandan 40 bal toplayıb qabiliyyət imtahanından keçə bilmədiyinə görə onun işini düzəldə bilməyib. Zərərçəkmiş şəxs6 aldığı 6400 manatın 1400 manatını özünə götürüb, 5000 manatını isə işi düzəltməsi üçün bir nəfər şəxsə verib. Həmid Quliyev kifayət qədər bal toplamadığı üçün Universitetə qəbul ola bilməyib. Bundan sonra Vaqifin pulunu qaytasın deyə belə razılaşıblar ki, Vaqifin oğlu Həmidin adına bankdan pul götürülsün o da pulu ödəsin, bir neçə ay pulu ödəyibdir. Sonradan iş istintaqa verildiyi üçün ödənişlər edilməyib. X23 həyat yoldaşı Şəbnəm Quliyeva onun tələbəsi olub. 2020-ci ilin aprel may ayında Şəbnəm ona zəng vuraraq "eşitmişəm qrup yoldaşlarımı işə düzəltmisiniz, danışaq mənə də köməklik edin" dediyində Şəbnəmə "gələrsiz bizim evə danışarıq" cavabını vermiş və Şəbnəm həyat yoldaşı Məmmədlə birlikdə onun yaşadığı evə gəlmişdir. Şəbnəmi 4000 manat qarşılığında X14 tibb bacısı olaraq işə düzəldəcəyi barədə razılaşmışlar. Məmməd ondan özünü də işə düzəltməyi xahiş etmiş, 4000 manat müqabilində də Məmmədi X14 maliyyə işinə düzəldəcəyinə razılaşmışlar. Məmməd dediyi sənədlərlə birlikdə 4000 manat yoldaşı Şəbnəmin işinə görə, 4000 manatı da öz işinə görə olmaqla yaşadığı evdə 8000 manat pulu ona vermişdir. Bir neçə müddət sonra Məmməddən 1000 manat da borc alaraq ümumilikdə Məmməddən 9000 manat pul almışdır. Zərərçəkmiş şəxs8 onun özü ilə deyil 2020-ci ilin iyin ayında onun həyat yoldaşı İlahə ilə danışaraq oğlu Fəridi qabiliyyət imtahanından keçirib Bakı Dövlət Universitetinin Xaeoqrafiya fakultəsinə qəbul etdirib, İ kursun İİ yarım ilində isə Naxçıvan Dövlət Universitetinə gətirdəcəyinə və bu adla onunla 5000 manata razılaşsalar da, onlar ona 4800 manat pul vermişlər. Sonra həmin ilin noyabr ayında isə təhsil haqqı olaraq onlardan X59 Universitetinə gətizdirmək üçün 650 manat pul almış, 30 manatı isə oğlunun imtahana girməsi üçün dövlətə ödəmişlər. Bundan sonra həmin pulun 1600 manatını bir, 250 manatını da bir dəfə olmaqla ümumilikdə 1850 manatını Zərərçəkmiş şəxs8 qaytarmışdır. Zərərçəkmiş şəxs11 gəldikdə isə, Rübabə təxminən 2021-ci ilin may ayında ona zəng vurub evlərinə gələrək onu xəstəxanalardan birinə tibb bacısı olaraq işə düzəltməsini xahiş etmişdir. Rübabəyə 5000 manata onu Naxçıvan MR Xəstəxanasına tibb bacısı olaraq işə düzəldə biləcəyini demiş, Rübabə də imkanının olmadığını bildirdiyinə görə onunla 4500 manata razılaşmışlar. Rübabə həmin günün axşamı 4500 manat pulu və istədiyi sənədləri gətirib evlərində ona vermişdir. Rübabənin işi düzəlmədiyinə görə onun pulunun 3750 manatını hissə-hissə qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs11 750 manat borcu var. Bundan əlavə digər şəxslərə gəldikdə isə onları anası X2 iş yoldaşı Babək rayon Şəkərabad kənd sakini Təranə xanım və Gümüş xanım vasitəsilə tanımışdır. Gümüş xanım Kamranın anasıdır. Könül Nuriyevanı tanımasa da onun kürəkəni Rahimi və Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs2 görə tanıyır. 2022-ci ilin aprel ayında Təranə xanım ona zəng vurub qonşusu Zərərçəkmiş şəxs10 işini dəyişdirmək istədiyini dediyində, ona kömək edə biləcəyini bildirmişdir. Təranə xanımdan Ülviyyənin telefon nömrəsini alıb onunla danışmışdır. Ülviyyə ona Naxçıvan Poçda işlədiyini və əməkhaqqısı yaxşı olan bir yerə işə düzəlmək istədiyini demişdir. O, Ülviyyəyə 5000 manata onu Naxçıvan Şəhər İcra Hakimiyyətinə işə düzəldə biləcəyini deyib, əgər istəyirsə 5000 manat pulu və sənədlərini Təranə xanıma verməsini tapşırmışdır. Həmin günün səhəri Təranə xanım ona zəng vurub Ülviyyənin 5000 manatla birlikdə sənədlərini ona verdiyini demiş, Şəkərabad kəndinə gedib Təranədən sənədləri və pulu götürmüş, bundan 1-2 gün sonra Təranəgilə gedəndə orada Ülviyyə ilə görüşüb onunla danışaraq işinin qısa zamanda düzələcəyini deyib. Sonra Ülviyyədən əlavə pul almaq üçün təxminən bir həfdə sonra zəng vurub Naxçıvan şəhərində Sizin marketin arxasına çağıraraq ona "istəyirsənsə səni birbaşa X73 Şöbəyə müdür təyin etdirim, ora işə düzəlmək 10000 manatdır, sən 5000 manat vermisən 2000 manat da ver, səni 7000 manata oraya işə düzəldim" dediyində Ülviyyə də razılaşıb həmin günün axşamı Dəyirmançı kafenin yanında 2000 manatı gətirib ona vermişdir. Bundan 15- 20 gün sonra isə Ülviyyə ilə evinin yanında görüşdükdə ona "işin düzəlir lakin sənin ixtisasın işinlə düz gəlmir, gələcəkdə problem olmasın deyə gəl səni Naxçıvan Dövlət Universitetinə 2-ci təhsil İqtisadiyyat fakultəsinə qəbul etdirim" dediyində Ülviyyə də ona “2000 manata gücüm çatar, düzələrsə düzəlt” deyib. Ülviyyə işə qayıtdıqdan sonra ona zəng vurub pulun hazır olduğunu demiş, özünün işi olduğuna görə qızı Nurayı Ülviyyənin iş yerinə göndərmiş, qızı da pulu alıb ona gətirmişdir. Bundan əlavə də borc olaraq Ülviyyədən pul istəmiş, Ülviyyə də ona 2800 manat pul vermişdir. Ülviyyədən aldığı ümumilikdə 11800 manat pulun 1200 manatını ona əvvəlcədən, qalan 10600 manatını isə 2022-ci ilin sentyabr-oktyabr aylarında işləri DİN-də araşdırılarkən qaytarmışdır. Ülviyyə xanıma hazırda borcu yoxdur. Zərərçəkmiş şəxs14 gəldikdə isə ondan qızı Aysel Quliyevanı işə düzəldəcəyi adı ilə 10000 manat deyil, 7000 manat pul almış, sonra qızı Ayselin işi düzəlmədikdə Elman ona pulu Lambarddan faizlə götürdüyünü deyərək faiz istəmişdir. Onunla razılaşaraq pulu faizi ilə birlikdə ödəyəcəyini demiş və pulun əksər hissəsini də ona ödəmişdir. Bundan başqa Elmanın qardaşı Adıgözəl yalan ərizə və ifadə verdiyinə görə istintaq zamanı ifadə verməmişdir. Zərərçəkmiş şəxs9 gəldikdə isə Rza Təranənin qayınının oğludur. Təxminən 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs9 də Təranəyə görə tanıyıb. Şəkərabad kəndində olarkən Rza onunla danışıb onu Gömrük Orqanlarında işə düzəltməyini istəmişdir. Rzaya “13000 manata düzəldərəm, 6000 manatını bu başdan ver 7000 manatını da iş düzələndə verərsən” demiş, Rza da onunla razılaşıb bir neçə gün sonra istədiyi sənədlərlə birlikdə 6000 manat pulu Naxçıvan şəhərində Dəyirmançı kafenin qarşısında ona vermişdir. Sonradan işi düzəlmədiyinə görə Rza ondan pulunu istəmiş, Rzaya Bakı şəhərində olduğunu, Naxçıvana qayıtdıqdan sonra isə pulunu qaytaracağını desə də, Zərərçəkmiş şəxs9 onu Naxçıvan MR DTX-nə şikayət etmişdir. Sonradan iş oradan Naxçıvan MR DİN-nə göndərilmişdir. Rzanın 6000 manatını tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs13 gəldikdə isə onu təxminən 2022-ci ilin sentyabr ayında tanıyıb. Zərərçəkmiş şəxs13 oğlunun attestatını hərbi liseydən alıb onu Türkiyədə olan Unversitetlərdən birinə qəbul etdirəcəyini deyib ondan ümumilikdə 2350 manat pul almışdır. Həmin məsələ ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda da ifadə vermişdir. Zərərçəkmiş şəxs2 gəldikdə isə Kamranın anası Gümüş xala onun anası Yazgüllə bir yerdə işləyir. Kamranı əvvəlcədən şəxsən tanımasa da adını eşitmişdir. 2022ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 anası Gümüşlə birlikdə onun yaşadığı evə gəlib. Gümüş xala ondan oğlu Kamranı işə düzəltməyini xahiş etdiyində, ona 2500 manata oğlu X50 X58 sürücü kimi işə düzəldə biləcəyini demişdir. Həmin günün səhərisi Kamran sənədləri və 2500 manatı gətirib evlərində ona vermişdir. Zərərçəkmiş şəxs12 gəldikdə isə, Zərərçəkmiş şəxs12 Kamran vasitəsi ilə tanıyıb. Zərərçəkmiş şəxs12 onunla danışaraq həyat yoldaşı X38 şəhərində uşaq bağçasına müəllimə kimi işə düzəltməyini xahiş etmişdir. Asimə yoldaşını 4500 manata baxçaya işə düzəldə biləcəyini dediyində, Asim onunla razılaşıb. Həmin vaxt Bakı şəhərində olduğuna görə Asimə 4500 manat pulu və sənədləri Kamrana verməsini tapşırıb. Kamran da onun tapşırığına əsasən həmin pulu onun qonşusuna verib. Zərərçəkmiş şəxs12 həyat yoldaşı Rüqayyənin də işi düzəlmədiyinə görə ondan şikayət edib. Təxminən 2022-ci ilin yay aylarında Təranə ona, həmkəndlisi Saimənin qızı Maralı unversitetə qəbul etdirmək istədiyini deyib. Təranəyə “gələrəm sizə danışarıq” deyib. Babək rayonu Şəkərabad kəndinə Təranənin evinə gedib orada Zərərçəkmiş şəxs1 ilə görüşüb. Maralı X9 İqtisadiyyat fakultəsinə 2-ci təhsilə qəbul elətdirə biləcəyini, lakin bir az xərcinin olduğunu deyib. Saimə ondan nə qədər pul verəcəyini soruşduqda, ona “6500 manat gətirərsən düzəldərəm” deyib. Həmin gün Şəkərabad kəndində Saimə Təranə xanımın evində 6500 manatı gətirib ona verib. Saimə 6500 manat pulu ona verəndə Təranə də onun yanında olub. 6500 manatı alandan sonra onları Maralın işi düzələcəyinə əmin edib. Bundan əlavə Saiməyə “istəsə oxuya-oxuya X74 işə də düzəldə bilərəm” deyib. Saimə də Maralın sənədlərini düzəldib bir neçə günə ona verib. Saiməni inandırmaq üçün ona "qızın Maral Universitetin uniformasını düzəltdirib geyinsin, onu müəllimlərə tanış elətdirəcəm" deyib. Maralla harada görüşdüklərini xatırlamır. Marala Universitetə qəbul olunduğunu deyib, onu məktəbli geyimində Universitetə aparıb. Həmin vaxt Maral çox sevinib. Maralı Universitetdə gəzdirib şəklini çəkdirib. Maralın Universitetə qəbul olunması ilə bağlı Saimə qonaqlıq verib, o da həmin qonaqlıqda iştirak edib. Saimə orada, qızını Universitetə qəbul etdirdiyini hər kəsə deyib. Saimə ondan X61 işinin nə olduğunu soruşduğunda “gözlə düzələcək” deyib. Saimə ona “xərci nədir verək, tez işə düzəlsin” dediyində Saiməyə cavab olaraq “adam var, 2000 manat ver, işi tez düzəldim” deyib. Saimə ona Maralın işini düzəltməsi üçün 2000 manat verib. Bundan başqa Kamran ona zəng vurub dostu Rahimin həyat yoldaşını Doğum mərkəzində işə düzəldə biləcəyini soruşmuş, o da 6000 manata Rahimin arvadını işə düzəldəcəyini deyib. Həmin gün Kamran Rahimlə birlikdə Kotonun binasının arxasına gələrək Kamranın avtomobilində onlarla görüşüb. Rahimə həyat yoldaşını Doğum mərkəzinə tibbi bacısı kimi işə düzəldəcəyini deyib bunun qarşılığında ondan 6000 manat pul istəyib. Rahim də həmin vaxt Kamranın avtomobilində 6000 manatı ona verib. Həmin ərəfədə Kamranın anası Gümüşün bacısıoğlu Səlvərlə birlikdə onun evinə gəlib, ondan Səlvəri işə düzəltməyini xahiş etdiyində Səlvərdən “Ədliyyədə işləyə bilərsən?” deyə soruşub, Səlvərin də cavabında işləyə biləcəyini deyib. Səlvərdən işə düzəltmək qarşılığında 5500 manat pul istəyib. Bir neçə gün keçəndən sonra Səlvər onun evinə gəlib işə düzəlmək üçün sənədləri və 5500 manat pulu ona verib. Bundan sonra Kamranın anası Gümüş ona zəng vurub “Səlvəri NDU-nin iqtisadiyyat fakültəsinə düzəldə bilərsən?” deyə soruşduğunda ona “baxaram” deyə cavab vermişdir. Səlvər özü onu iqtisadiyyat fakültəsinə qəbul etdirməsi üçün gətirib ona 4500 manat pul vermişdir. Oradan çıxıb Bakı şəhərinə getmiş, Bakıda olanda Səlvərə zəng vurub ona “Univerisitetin hazırdı, təhsil haqqını ödəmək lazımdır” demişdir. Səlvər də ona inanıb nə qədər olduğunu soruşduğunda Səlvərə 1250 manat ödəyəcəksən deyib, qızının kartını şifrəsini Səlvərə ataraq, ondan 1250 manatı həmin karta yükləməsini istəmişdir. Səlvər də 1250 manatı onun istəyi üzərinə qızı Aynur Əsədlinin kart hesabına yükləmişdir. Bir neçə gün sonra Bakı şəhərində olarkən Səlvər ona zəng vurub ondan kürəkənləri Şakiri təcili X58 sürücü kimi işə düzəltməyini istəmiş, artıq məbləğ desə də, Səlvər ona 3500 manata güclərinin çatdığını demiş və o da razılaşıb Səlvərə “3500 manatı 1250 manatı göndərdiyi həmin karta yüklə, Naxçıvana gələdə sənədlərini götürüb işini düzəldəcəm” demişdir. Səlvər də 3500 manatı onun qızı Aynurun kartına göndərmişdir. Bundan əlavə Kamranın avtomobilində gedərkən Kamran ondan dostu Nadiri xəstəxanada tibb işçi kimi işə düzəltməyi xahiş etmişdir. Nadiri tanıdığı üçün düzəltmək istəməmişdir. Sonradan Nadirin valideynləri ona zəng vurub məsələyə aydınlıq gətirmək üçün onu evlərinə dəvət etmişlər. Kamranla birlikdə onların evlərinə getmiş, evdə Nadiri tibb işçisi kimi işə düzəltmək adı ilə ondan 4000 manat pul almışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əlavə ifadə verərək bildirmişdir ki, zərərçəkmiş şəxslərdən bu pulları onların əmlaklarını ələ keçirmək üçün almamışdır. Belə ki, həmin pulların cüzi bir hissəsi ona çatsa da qalan pulları müəyyən hərəkətlərin edilməsi üçün başqa şəxsə vermişdir. Həmin şəxs Vəfa adında qadındır. O Bakıda yaşayır, Xarici Dillər Universitetində müəllim işləyir. Vəfa ilə Naxçıvanda bir işləmişdir. Həmin pulları Vəfaya vermiş, Vəfa da pulları Seymur Talıbova vermişdir. O şəxsən Seymur Talıbova pul verməmişdir. Burada adları keçən şəxslərin bir qismini onunla Təranə, Rəvan və Kamran tanış edibdir. Əvəzində isə Ülviyənin pulunan 750 manat, Elmanın pulundan 500 manat Şahid2 vermişdir. Təranənin oğlu Rəvanın vasitəsilə Saimə xanımı tanımışdır və onun pulundan 500 manat ona pul vermişdir. Əlavə olaraq burada olmayan Nəsir adlı şəxsi də Rəvan onunla tanış etmişdir, ancaq Nəsirin pulundan ona verdiyi 450 manatı geri qaytarmışdır. Rahimin və Güləndamın pullarından cüzi hissəsini özünə götürmüş, qalan hissəsinin Zahid adlı uzaq qohumuna vermişdir. Zahid hərbi komissarlıqdan pensiyaya çıxıb. X4 tibb bacısı düzəltmək üçün 4000 manat pulu Zahidə vermişdir, Rahimin yoldaşını tibb bacısı düzəltmək üçün verdiyi puldan özünə götürməklə bərabər Kamrana və qalan pulu Zahidə vermişdir. Əlavə olaraq Göyçək xanımın oğlunun tələbə attestatını almaq üçün 200 manat Zahid müəllimə pul veribdir və o da bileti alıb veribdir. Rahimi ona Kamran tanış etmişdir. Asimin pulundan isə Kamrana 2500 manatın yuxarıya gedəcəyini demiş, Kamran Asimdən 4500 manat pul almışdır ki, qalan pulu yarı bölsünlər. O Bakıda olanda Kamran pulu onun dediyi qonşusuna verib və həmin pul 3200 manat idi. Üstünü isə Kamranla razılaşdığı kimi o götürmüşdü. Kamran ondan şikayətçi olduğu üçün o da Kamranın atasına demişdir ki, gedib Kamranla bağlı şikayət verəcəkdir. Ondan sonra Kamranın atası dedi “Leyla 1-2 gün gözlə”. Sonra isə atası Kamranın polisdə şikayət ərizəsini geri götürdüyünü ona dedi. Ancaq o Kamrana heç bir ziyan ödəməyibdir. Kamrandan onu işə düzəlmək üçün 2500 manat pul alıb. Sonra isə onun maşınından taksi kimi istifadə edib və bununla bağlı bütün pullarını vaxtında verib. Ancaq hesab-kitab elədilər, Rahimin və Asimin pulundan Kamrana çatan pulları aldığı 2500 manatla əvəzləşdirdi və şikayət, tələbi olmadı. Elmanın 500 manat pulu və Ülviyyənin 750 manat pulunu Təranə işin istintaqı gedən zaman müstəntiq Samir Qənbərova veribdir. Təranə özü yox, Rəvan pulu Samir müəllimə veribdir. Həmin vaxt iş yekunlaşırdı, hələ ki, prokurorluğa gəlməmişdir. Samir müəllim ona dedi ki, “pul məndədir, kimi pulundan ödəyək”, o da demişdir ki, “mənim Ülviyyəyə borcum yoxdur, onun pulunu ödəmərəm”. Samir müəllim də həmin pulu ona geri qaytarmışdır. O pulu övladlarının təhsil xərcləri üçün xərcləyibdir. Ülviyyəyə borcu yoxdur. Onun pulunun hamısını iş Daxili İşlər Nazirliyində olanda ödəyibdir. Həmin vaxt onun işini aparan müstəntiq Sərxan müəllim, Yalçın adlı şəxsin işini aparan müstəntiq Zaman müəllim olubdur. Ülviyyənin pulundan hissə-hissə Sərxan müəllimə verib, əlavə 1000 manat bir dəfə Sərxan müəllim olmayanda Zaman müəllimə verib, 1000 manat da (500 manat və 500 manat olmaqla) bir dəfə özü Bakıda olanda Zaman müəllimin kartına vurubdur. Sərxan müəllim bunu biləndə ona deyibdir ki, “axırıncı dəfə olsun ki, mənim işimin pulunu Zaman müəllimə verirsən”. Zaman müəllim həmin pulu Sərxan müəllimə verməyibdir. Çünki Ülviyyənin pulunu o tam halda ödəyibdir. Maralla Səlvəri universitetə aparsa da onlarla bağlı nə Əşrəf müəllimə, nə də ki, Vidadi müəllimə heç nə deməmiş, sadəcə Maralla Səlvəri inandırmaq məqsədi ilə unversitetə aparmışdır. O Əşrəf müəllimə və Vidadi müəllimə heç bir pul verməmişdir. Bu məsələlər bilinənə qədər hər şey qaydasında olubdur və bütün məsələlər həll edilirdi. Sadəcə 2022-ci ilin sonlarından başlayaraq Naxçıvanda başlayan müəyyən proseslərdən sonra alınmış pulların qarşılığında heç bir iş görülmədi və nəticədə iş bu həddə gəlib çıxdı. Polis şöbəsinə gedərək ona bu şəxsləri tapmaqda və qarşılığında pul alan şəxslərin hamısı barəsində araşdırma aparması üçün ərizə vermişdir. Törətdiyi əməldən peşmandır, bir daha bu cür əmələ yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsi öz ifadəsindən əlavə zərərçəkmiş şəxslərin, şahid ifadələri və istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Babək rayonu Şəkərabad kəndində yaşamaqla, H.Əliyev adına X41 Limanında hava gəmilərinə texniki xidmət servisində uçan aparatların yuyucusu xidmətində işləyir. Təqsirləndirilən şəxs Ülvü qızını 2022-ci ilin iyun ayından tanıyır, belə ki, onunla həmkəndlisi X34 vasitəsi ilə tanış olub. Həmin vaxlarda Rəvan Vəliyev bir nəfər tanışı vasitəsi ilə həmkəndliləri Qurbanın oğlu X59 Universitetinə qəbul etdirdiyini eşitmiş, buna görə də qızı Maralı unversitetə qəbul etdirməyi düşünmüşdür. Rəvan Vəliyevin evinə gedib ondan qızı Şahid3 Universitetə qəbul olunmasında ona kömək etməsini istəyib. Rəvan Vəliyev də ona "anamın iş yoldaşının qızı var Leyla müəllimə, işinizi o, düzəldəcək Leyla müəllimə ilə danışaram düzəldər" demiş, həmin günün səhəri Rəvan ona zəng vurub "Leyla müəllimə ilə danışmışam günorta gələcək bizə sən də gəl özünüz danışın" demişdir. Həmin gün günorta saatlarında Rəvangilə getmişdir. Rəvan və anası Təranə xanım evdə idi. Bir qədər gözlədikdən sonra Rəvangilə bir qadın gəlmiş, Rəvan onu həmin qadınla tanış edib Leyla müəllimə olduğunu demişdir. Leyla müəllimə ilə danışıb ondan qızı Şahid3 Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə qəbul etdirməsini istəmişdir. Leyla müəllimə də ona "qızınızın orta təhsilli olmasına baxmayaraq 6500 manata mən onu 2-ci təhsil alan kimi qiyabi unversitetə düzəldərəm, 2023-cü ilin yanvar ayının 5-i dərsə başlayar" demişdir. Leyla müəlliməyə inanmadığını bildirsə də, həmkəndlisi Rəvan "narahat olma mən Leyla müəlliməyə zamin dururam, sənin qızını unversitetə qəbul etdirəcək" demişdir. Həmin günü gedib evdən 6500 manat pulu gətirib Rəvangilin evində, Rəvanın və anası Təranə xanımın yanında Leyla müəlliməyə vermişdir. Pulu Leyla müəlliməyə verəndə, Leyla müəllimə ona “istəyirsən qızını Hava limanına işə də düzəldə bilərəm, lazım olan sənədləri yığ ver mənə düzəldim” dedi. Razılaşıb 2 günə qızı Maralın sənədlərini toplayıb Leyla müəlliməyə zəng vurub sənədlərin hazır olduğunu dediyində, Leyla müəllimə də ona “Sahil parkına gəl orada görüşək demişdir. Sahil parkına gedib orada Leyla müəllimə ilə görüşüb sənədləri ona vermişdir. Təxminən 4 ay gözləsə də qızını Hava limanına işə çağrılmadığını görüb Leyla müəlliməyə zəng vuraraq ondan işin nəyə görə yubandığını soruşduğunda Leyla müəllimə ona, “tez düzəlməsini istəyirsənsə 2000 manat ver orada tanış var verim 3 günə işi düzəltsin” dediyi üçün 2000 manatı qızının həyat yoldaşı Zərərçəkmiş şəxs2 verib Leyla müəlliməyə çatdırmasını tapşırıb. Kamran da aparıb 2000 manatı yaşadıqları binanın həyətində Leyla müəlliməyə vermişdir. Leyla müəllimə qızının həyat yoldaşı Kamranı da işə düzəldəcəyi adı ilə aldadıb 2500 manatını aldığına görə Kamran Leyla müəllimənin evini tanıyırdı. 2000 manatı Leyla müəlliməyə verdikdən sonra xeyli vaxt keçməsinə baxmayaraq qızının işinin düzəlmədiyini görüb Leyla müəlliməyə zəng vurmuş, Leyla müəllimə də ona, “bir müddət gözlə düzələcək demişdir. 2023-cü ilin yanvar ayının 5-i yaxınlaşan zaman qızını Universitetdən çağırmadıqlarına görə yenə Leyla müəlliməyə zəng vurub həm qızının işini, həm də universitetə qəbul məsələsini soruşduqda, Leyla müəllimə ona, işə düzəlmə məsələsi Naxçıvanda ara qarışdığına görə yubanacaq, amma universitet məsələsi düzəlib tələbə bileti hazırlanır demişdir. Sonra ondan 80 manat pul alıb qızı Maralı özü ilə aparıb ona məktəbli forması tikdirmiş, paltarı aldıqdan sonra qızını məktəbli paltarında X15 aparıb orada dekanla görüşdürərək qızına unversitetin tələbəsi olduğunu və 05 yanvar 2023-cü il tarixdə dərsə başlayacağını demişdir. Maralın Unversitetdə məktəbli formasında şəkillərini çəkdirmişdir. Leyla müəllimə Marala “şəkilləri qoy duruma paylaş qoy hamı görsün ki, mən səni unversitetə qəbul etdirmişəm” demiş, özü də qızı Maral unversitetə qəbul olunduğuna görə qonaqlıq vermişdir. Leyla müəllimə də həmin qonaqlıqda iştirak etmişdir. Sonra Leyla müəllimə Bakı şəhərinə gedib onlara, “Maralın işlərini həll edib tələbə biletini alaraq şəklini çəkib sizə atacağam” demişdir. xx.xx.2023-cü il tarixinə qədər Leyla müəllimə onun telefonlarına cavab verib hər dəfə müəyyən bəhanələr gətirsə də, həmin tarixdən sonra Leyla müəllimə ilə nə qədər telefon əlaqəsi saxlamaq istəsə də telefonlarına cavab verməmişdir. X27 və Hava Limanı ilə maraqlandıqda, qızı Şahid3 ilə bağlı onlarda heç bir sənədin olmadığını bilmişdir. Aldadıldığını bilib ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdir. Bildiyinə görə Leyla ondan əvvəl həmkəndlisi X6 unversitetə düzəldəcəyini bildirərək 5500 manat, 2022-ci ilin sentyabr ayında isə kürəkəni Zərərçəkmiş şəxs2 Naxçıvan şəhərində Təcili X49 sürücü kimi işə düzəldəcəyi adı ilə aldadaraq 2500 manatını alıb. Əlavə də Leyla onun özündən 700 manat əlavə borca pul alıb və 250 manatı da məktəbə ödəniş edəcəyini deyərək almışdır. Ümumilikdə Təqsirləndirilən şəxs 9450 manat pul verib. Hazırda Leyla müəllimə ona vurulmuş ziyanı ödəməmişdir. Ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs Ülvü qızını Babək rayonu Şəkərabad kəndində yaşayan xalası Ümgülsüm vasitəsi ilə tanıyıb. İşləmədiyinə görə 2022-ci ilin oktyabr ayının əvvəllərində anası Əntiqə ona, "Leyla adında müəllimə var xalavın gəlini Maralı Unversitetə qəbul elətdirib, xaloğlun Kamranı da Təcili X58 sürücü kimi işə düzəldir" deyib Maralın tələbə geyimində unversitetdə çəkdirdiyi şəkillərini ona göstərmişdir. Xalası Ümgülsümlə danışdıqda, xalası ona, "Leyla müəllimə Maralı X9 iqtisadiyyat fakultəsinə 2-ci təhsilə qiyabi qəbul etdirib, məktəbdə dekanla tanış edib, Maral təzə ilin yanvar ayından dərsə gedəcək" demiş, xalasından Leyla müəllimənin nömrəsini alıb ona zəng vurub danışaraq, nömrəni xalasından aldığını deyib ondan işə girməkdə kömək etməsini istəmişdir. Leyla müəllimə də onu söhbət etmək üçün evinə dəvət edib. Leyla müəllimədən evlərinin yerini öyrənib onlara getmiş, söhbət zamanı Leyla müəllimə ona "səni Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəldə bilərəm" dediyində, ondan nə qədər pul verəcəyini soruşmuş, Leyla müəllimə də ona, “sən otur mən danışım deyəcəyəm” deyə cavab vermiş, digər otağa keçib təxminən 10-15 dəqiqədən sonra yanına qayıtmışdır. Onun kiminləsə danışıb-danışmadığını bilməyib, lakin Leyla onun yanına qayıtdıqdan sonra ona demişdir ki, “zəng vurub danışdım dedilər ki, 7000 manata düzələr”. 7000 manata imkanının çatmadığını dedikdə, Leyla müəllimə ona "ordan mənə çatacaq 1500 manatı istəmirəm, 5500 manatı birdə işə düzəlmək üçün sənədləri yığıb gətirərsən düzəldərəm" demişdir. Səhəri gün 5500 manatı, 2 gün sonra da sənədləri aparıb evlərində Leyla müəlliməyə vermişdir. Leyla da ona 1-2 aya işin düzələçək demişdir. Bundan təxminən bir həfdə sonra Leyla müəllimənin xalasının gəlini Marala “X9 iqtisadiyyat fakultəsinə 1 nəfər tələbə axtarırlar əgər tanış varsa düzəldək” dediyini eşitmiş, bunu eşitdikdən sonra Leyla müəlliməyə zəng vurub, ona "eşitmişəm X9 iqtisadiyyat fakultəsinə qəbul etdirmək üçün 1 nəfər axtarırsınız, əgər olarsa məni qəbul etdirin" demiş, Leyla müəllimə də ona, "bir nəfəri düzəltmişdik, istəmədi, səni onun yerinə qəbul etdirərik, lakin 3 gün içərisində əmrlər bağlanacaq əgər istəyirsənsə təcili 4500 manatı gətir düzəldək" demiş, həmin günü Kapital Bankdan 4090 manat kredit götürüb üstünə də əlavə pul qoyaraq 4500 manatı aparıb evlərində Leyla müəlliməyə vermişdir. Təxminən 3-4 gün sonra Leyla müəllimə ona “Bakı şəhərində işim var gedib bir həftəyə qayıdacağam” demişdir. Leyla müəllimə Bakı şəhərində olduğu müddətdə pulun qəbzi qaldığına görə tarixi dəqiq bilir. Leyla xx.xx.2022ci il tarixdə ona zəng vurub "Unversitetə qəbul olmusan illik ödəniş 1250 manatı əvvəlcədən ödəməlisən" dediyində ona “aparıb banka ödəyərəm” demiş, Leyla müəllimə də ona "yox sən bilməyəcəksən sənə qızımın kartını atıram 1250 manatı ora köçür, mən özüm çəkib göndərəcəyəm unversitetdə adam var o, ödəyəcək" demişdir. Həmin günü Park AVM-də olan milliön aparatından 1250 manatı Leylanın verdiyi karta göndərmişdir. Sonra bacısının həyat yoldaşı X70 ona, “Leyla müəllimə ilə danış gör məni də Təcili X58 işə düzəldə bilərsə məndə işləyim” demiş, o da Leyla müəlliməyə zəng vurub “əgər mümkündürsə bacımın ərini Təcili X58 sürücü kimi işə düzəldin” demişdir. Leyla da ona "yer var problem yoxdur 3500 manat versin düzəldək" demişdir. Şakirlə danışıb ona işə düzəltmək üçün Leyla müəllimənin 3500 manat istədiyini bildirmiş, Şakir də razı olub həmin gün 3500 manatı ona gətirmişdir. Leyla müəllimə ilə danışıb Şakir Fərəcovun razı olaraq 3500 manatı verdiyini bildirdiyində Leyla müəllimə ona “3500 manatı şəklini sənə göndərdiyim karta göndər sənədlərini də düzəltsin Naxçıvana gələndə sənədləri götürüb işini düzəldəcəyəm” demişdir. xx.xx.2023-cü il tarixdə 3500 manatı da millön vasitəsi ilə Leylanın dediyi kart hesabına göndərmişdir. Leyla müəllimə bundan təxminən 5-6 gün sonra Naxçıvana qayıtmış, Şakirin sənədlərini ona verəndə Leyla müəlliməyə, "deyirdiniz 3 günə əmirlər bağlanır, mən qəbulun pulunu və məktəbin təhsil haqqı olan illik ödənişi ödədim, lakin sizdən heç bir xəbər yoxdur" dediyində, Leyla müəllimə ona, “səhər saat 9da gəl birlikdə gedək unversitetə danışaq” cavabını verib. Səhəri gün Leyla müəllimə ilə danışıb Yaşıl aptekin qarşısında görüşərək birlikdə Unversitetə getmişlər. Leyla müəllimə ona “sən gözlə mən danışıb gəlirəm” demiş və Xarici dillər kafedrasına girib təxminən 15 dəqiqədən sonra qayıdaraq onunla birlikdə kafedradan çıxıb əsas korpusa gedən bir müəllimi göstərib ona, “Vidadi müəllim hərbi müəllimidi, gedir sənin işini Unversitetin rektoruna danışsın” demiş və bir qədər gözlədikdən sonra, həmin ona göstərdiyi Vidadi müəllim qayıdanda Leyla müəllimə ondan aralanıb həmin müəllimin qabağına gedib, ondan təxminən 5 metr aralıda söhbət etmişlər. Onların nə danışdıqlarını eşitməyib. Sonra Leyla müəllimə onu həmin şəxsə göstərib, “işini düzəldəcəyimiz oğlan budur” demiş, həmin şəxs də “problem yoxdu Müəllimlər İnistitutuna iclasa gedirəm, sonra sizinlə əlaqə saxlayacağam” demişdir. Sonra Leyla müəllimə ona “narahat olma işin hazırdı, şəxsiyyət vəsiqəni apar unversitetə ver əsas korpusda İİ mərtəbədə Şahin müəllimin otağına, Vidadi müəllim götürüb özü səni qeydiyyatdan keçirəcək” demiş, Leylanın dediyi həmin otağa getsə də Şahin müəllimin orada olmadığını görüb, Leyla müəlliməyə telefonda Şahin müəllim otaqda olmadığını demiş, Leyla da ona “kim varsa ona ver və de ki, hərbi müəllimi Vidadi götürəcək” demişdir. Leylanın dediyi kimi şəxsiyyət vəsiqəsini orada olan tanımadığı şəxsə vermişdir. Bundan sonra gözləsə də, Leyla hərdən bir bəhanə gətirmişdir. Özü unversitetə gedib maraqlandıqda ona “sənin şəxsiyyət vəsiqəni heç kim götürməyib, adın da qəbul olanların siyahısında yoxdur” cavabını vermişlər. Artıq Leylanın onu aldatdığını görüb 2022-ci ilin dekabr ayında ona zəng vuraraq, “ya mənim pulumu ver, ya da vəkil tutub səni məhkəməyə verəcəyəm” demişdir. Həmin vaxt Leyla Bakı şəhərində olduğuna görə ona “2023-cü ilin yanvar ayının 15-i sənin pulunu qaytaracağam” dediyində Leylaya “sənə inanmıram yazılı kağız ver, mən sənə görə neçə aydır ki, banka faiz ödəyirəm” demişdir. Leyla da ona borclu olduğuna dair, bir də faizləri ödəyəcəyinə dair kağız yazıb imzalayaraq poçt vasitəsi ilə ona göndərmişdir. Sonra dediyi vaxta da pulu vermədiyinə görə onu yenə sıxışdırdığında Leyla yanvar ayının 23-də ona banka ödəməsi üçün 247 manat göndərib, “qalanını da verəcəyəm” demişdir. Sonra xalası oğlu Kamranın qaynanası ilə birlikdə şikayətə gəldiyini eşidib, özü də Naxçıvan Şəhər Polis İdarəsinə gəlib ərizə ilə müraciət etmişdir. O, Leyla müəlliməni əvvəlcədən tanımayıb, yuxarıda da qeyd etdiyi kimi onu xalası Ümgülsüm vasitəsi ilə tanıyıb. Ona inanmağına da səbəb Leylanın xalası gəlini Şahid3 unversitetə qəbul olunduğunu deyib məktəbli forması tikdirib geyindirərək onu X15 dekanın yanına apardığı olmuşdur. Ziyanı Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, Babək rayonu Kültəpə kəndində qeydiyyatda olmaqla, həmin rayonun Şəkərabad kəndində yaşayır. "Naxçıvanpoçt" PHŞ-də mətbuat yayımı ve satışı bölməsində mütəxəssis işləyir. Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs qonşuları Təranə Vəliyeva vasitəsilə tanıyıb. Təranə ilə Leylanın anası Yazgül adlı qadın əvvəllər birlikdə restoranda qabyuyan işləyib. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində qonşuları Təranə onlarda olarkən söhbət zamanı, “iş yoldaşımın qızı Təqsirləndirilən şəxs var, əli hər yerə çatır, pulunan iş düzəldir və ünversitetə tələbə qəbul etdirir” dediyində iş yerini dəyişmək və daha yüksək əməkhaqqısı olan yerdə işləmək istədiyindən qonşusu Təranədən Təqsirləndirilən şəxs ilə danışıb onu da başqa işə keçməyinə köməklik etməsini xahiş etmişdir. Təranə də onun yanında Təqsirləndirilən şəxs zəng edib məsələni ona danışdı. Sonra özü də Təranənin telefonu ilə Leyla ilə danışıb. Leyla ondan iş yerini və təhsilini soruşub, 5000 manat müqabilində onu Naxçıvan Şəhər İcra Hakimiyyətinə mütəxəssis vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Həmin vaxt yoldaşı Rəsul Abdullayev də evdə olduğundan o da buna razı olmuşdur. Səhəri günü atası Cəmil İbrahimova başqa işə girəcəyini bildirib ondan 5000 manat pul istəmiş, atası da 5000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs ona dediyi sənədləri də düzəltdikdən sonra həmin sənədləri və 5000 manat pulu yoldaşı Rəsul Leylaya çatdırması üçün aparıb Təranəyə verib. Həmin gün Təqsirləndirilən şəxs Təranəgilə gəlib pulu götürüb. Bir neçə gün sonra Təranəgildə Leyla ile görüşüb iş barədə söhbət etmişlər. Leyla ona “sənədlərini göndərmişəm İcra Hakimiyyətinə, yoxlanılacaq və sənə xəbər edəcəm” deyib. 1 həftə keçdikdən sonra Leyla onu Naxçıvan şəhərində yerləşən "Sizin marketin arxasına çağırmış, orada Leyla ilə nahar fasiləsi zamanı görüşmüşlər. Sohbət zamanı Leyla ona "İcra Hakimiyyətindən deyirlər ki, istəyirsə sənədlərini Ali Məclisə göndərək, ora işə düzəlməyin qiyməti 10 min manatdır, lakin mən özümə qalan pulu istəmirəm 5000 manat vermisən, 2000 manat da versən səni Ali Məclisə işə düzəldərəm" demişdir. Əlavə olaraq Leyla ona “əgər pulun olmasa da Naxçıvanbankın şəhər filialının müdiri Ülvi müəllimə tapşırarlar, nə qədər istəsən kredit götürərsən” demişdir. Ali Məclis İcra hakimiyyətindən daha yaxşı olar deyə fikirləşib, bu barədə yoldaşına ve atasına dedikdə onlar da razılaşmışlar. Buna görə də atasından əlavə olaraq 2000 manat pul alıb işi düzəlsin deyə həmin pulu da yoldaşı ilə birlikdə Dəyirmançı kafenin qarşısında Təqsirləndirilən şəxs vermişlər. Sonradan söhbət zamanı Leyla ona "Ali Məclisdən deyirlər ki, sənin ali təhsilin üzrə Ali Məclisdə işləyə bilmərsən, gərək ikinci təhsil iqtisadiyyatı oxuyasan, işə də təhsilin təsdiq edildikdən sonra başlaya bilərsən, 2 min manat pul ver səni Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat ixtisası üzrə ikinci təhsilə adını yazdırım, sonrada səni X62 şöbənin müdiri təyin edəcəklər" deyib. Təqsirləndirilən şəxs inanıb onunla razılaşmış, işə qayıtdıqdan sonra "Birkartından 2000 manat pul çəkərək Leylaya pulun hazır olduğunu deyib. Leyla da pulu götürmək üçün qızını onun iş yerinə göndərdiyindən pulu Leylanın qızına verib. Sonra atasına pul lazım olduğuna görə Leyladan bankdan pul götürməyinə köməklik etməsini istəyib. Leyla da razı olub birlikdə Naxçıvan Banka getmişlər. Leyla kreditler şöbəsində işləyən Emin adlı şəxslə danışıb ona, “Elçin sənə zeng edib bizə köməklik et” deməsinə baxmayaraq, Emin Leylaya qarşı etinasız münasibət göstərib ona bankdan kredit verilməmişdir. Sonra Leyla faiz gəlməsin deyə birkartına yükləməsi üçün 1200 manat pul verib. Həmin pulu Leyladan alıb birkartına yükləyib. Sonrakı günlərdə Leyla ona kostyum almağı və bugün-sabaha X85 birinci müavini Azər müəllimin onu qəbula çağıracağını bildirib. "Cahan" Ticarət Mərkəzindən kostyum alıb və həmin vaxtdan sonra iş barədə maraqlandığı zaman Leyla ona "narahat olma, çağıracaqlar, Azər müəllim məzuniyyətdədir, burda yoxdur" və sairə bəhanələr gətirərək onu aldadıb. O da Leylanın dediklərinə inanıb. Leyla bir dəfə də ona "mənə 3 min manat pul lazımdır, iş var, onu həll edirəm, 1 həftəyə pulu götürüb verəcəm" dediyində, yenə də ona inanıb Birkartından 2 min manat bir dəfə, növbəti gün isə 500 manat çəkib Leylaya verib. Həmin gün birkartından əlavə 300 manat pul çəkib Leylaya verməklə, Təqsirləndirilən şəxs ondan işə düzəltmək adı ilə 7000 manat, universitetə 2-ci təhsilə düzəltmək adı ilə 2000 manat və borc olaraq 2800 manat olmaqla ümumilikdə 11800 manat pul alıb. 1200 manatını qaytarsa da, qalan 10600 pulunu qaytarmayıb. Leyla ona xx.xx.2022-ci il tarixdə Ali Məclisə işə çıxacağını dediyinə görə bir neçə gün əvvəl Leylaya zəng edib ona, poçtdan işdən çıxmaq barədə ərizə yazıb-yazmamağını soruşduğunda həmin vaxtı Leyla ona “sənin işin alınmadı, pulu bir neçə günə qaytaracaqlar” deyib. xx.xx.2022-ci il tarixdə onu Naxçıvan MR DTX-nə çağırmışlar. Oraya getdikdə Leylanın həmkəndliləri Zərərçəkmiş şəxs9 da aldatdığını öyrənib. Rza DTX-ya müraciət edib. Həmin vaxt orada izahatı alınıb, sonra həmin materialı Naxçıvan MR DİNnə göndərilib. DİN-də araşdırma aparılarkən Leyla onun pulunun 9500 manatını qaytarıb. Qalan 1100 manatını da qısa müddətdə qaytaracağına söz verdiyinə görə o, Təqsirləndirilən şəxs tutulmasın deyə izahatını dəyişdirərək həmin pulu ona borc olaraq verdiyini bildirib. Əslində isə yuxarıdada qeyd etdiyi kimi, Leyla həmin 11800 manat pulu onu aldadıb ondan alıb. Həmin məbləğin 1100 manatını hələdə ona qaytarmayıb. Leyla ona 7000 manat pulun 750 manatını özünə götürüb, 750 manatını Təranəyə verib, qalan 5500 manatını isə Ali Məclisə göndərdiyini deyib. Qalan ziyanı Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, İ qrup əlildir. Təqsirləndirilən şəxs baldızı X35 vasitəsilə tanıyıb. X88 Naxçıvan Dövlət Universitetinin bədən tərbiyəsi fakultəsinə qəbul olmaq üçün imtahan vermiş, qabiliyyətdən keçmək üçün 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs ilə baldızı Lətafətin vasitəsi ilə tanış olduğu, əvvəlcədən baldızı Lətafətin Leyla ilə danışıb, ona “Həmidi qabliyyət imtahanından keçirəcəklər, 6500 manat pul istəyirlər” dediyi üçün Leylanın yaşadığı evə getmişlər. Leyla ilə orada üzbəüz görüşüb danışmışlar. Leyla ona “15 günə həll edəcəm, oğlun imtahandan keçəcək” deyib. Leylaya “15 gün deyirsən, bir ay da gözləyərəm, əsas odur ki, oğlum imtahandan keçsin” demişdir. Əlavə olaraq Leylaya “əgər alınmasa mənim pulu qaytar özüm İ qrup əliləm bankdan kredit götürmüşəm, mən işimi bilim, müalicə olunmalıyam” dediyində, Leyla ona “narahat olma, 15 günə düzəldəcəm” cavabını verib. O da inanıb 6500 manatı Leyla verib. Leyla da 100 manatı geri qaytarıb, “mənə çatan 100 manatı xəstəsən deyə götürmürəm” demişdir. Leylaya ümumilikdə 6400 manat pul verib. Pulu alandan sonra 15 gün keçsə də, Leyla pulu qaytarmadığını görüb Leylanın mobil nömrəsi ilə telefon əlaqəsi saxlasa da, Leyla onun oğlunun işini düzəltməmiş və pulunu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmayıb. Sonra Leyla ona “oğlunun adına kredit götür mən ödəyəcəyəm” demiş, yenə də ona inanıb, oğlu Həmidin adına bankdan 36 aya, hər ay 250 manat ödəmək şərti ilə 4500 manat kredit götürmüşdür. Lakin Leyla 17 ay həmin krediti ödəsə də, 2022-ci ilin dekabr ayından hal-hazıradək ödəməmişdir. Hər ay 250 manat olmaqla 19 aylıq kredit qalır. Leylanın hamını imtahandan keçirdiyini eşidib ona inanaraq 6400 manat pul verib. Təqsirləndirilən şəxs hər ay 250 manat olmaqla 17 ay onun kredit borcunu ödəyib. Bundan əlavə də hissə-hissə ona ümumilikdə 1080 manat pul qaytarıb. Qalan ziyanı Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Babək rayonunun Şəkərabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, Babək rayon Su İdarəsində mühafizəçi işləyir. Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs əmisi arvadı Təranə vasitəsilə tanıyıb. Əmisinin həyat yoldaşı Təranə ilə Leylanın anası Yazgül əvvəllər birlikdə işləyib. 2022-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs Təranə ilə birlikdə onlara qonaq gəlmiş, söhbət zamanı Leyla ondan harda işlədiyini soruşduğunda ona Babək rayon Su İdarəsində mühafizəçi işlədiyini bildirmişdi. Təqsirləndirilən şəxs da ona “sən hara istəsən orda işə düzəldə bilərəm” demiş, ona gömrükdə mülki isçi olaraq işləmək istədiyini bildirdiyində, Təqsirləndirilən şəxs da ona “13000 manat ver səni Gömrüyə müfəttiş kimi işə düzəldim. 6000 manatını əvvəlcədən ver, qalan 7000 manatı isə işə girdikdən sonra verərsən” deyib. Təqsirləndirilən şəxs “işi düzəlt 13000 manatı bütöv verim” desə də, Leyla razı olmayıb. Təqsirləndirilən şəxs çox inandırıcı danışdığı üçün ona inanaraq razılaşıb. Bu söhbətdən təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs zəng vurub pulun hazır olduğunu deyib, Leyla da ondan Naxçıvan şəhərində yerləşən “Dəyirmançı” kafenin yanına gəlməyini tapşırıb. Oraya gedib Dəyirmançı kafenin qarşısında Leyla ilə görüşüb 6000 manat pulu və işə girmək üçün düzəltdiyi sənədləri Təqsirləndirilən şəxs verib. Leyla da ona, “1 aya sənin işin həll olunacaq” sözünü verib. Təqsirləndirilən şəxs pul verdiyi vaxtdan 2 ay keçməsinə baxmayaraq, Leyladan hər dəfə iş barəsində soruşanda Leyla ona hərdən bir bəhanələr uydurub gözləməyini tapşırıb. Təqsirləndirilən şəxs hər dəfə ayrı-ayrı bəhanələr dediyinə görə onu aldatdığını bilib ondan pulunu istəyib. Leyla isə pulu bu gün, sabah verəcəm deyərək onu yenə də aldatmağa davam edib. Sonradan ondan şikayətə gedəcəyini bildirib, Təqsirləndirilən şəxs barəsində Naxçıvan MR DTX-nə şikayət ərizəsi verib. Həmin material DTX-dan, Naxçıvan MR DiN-in İstintaq və Təhqiqat Şöbəsinə göndərilib. Bundan sonra Təqsirləndirilən şəxs onun pulunu hissə-hissə qaytarıb. Təqsirləndirilən şəxs az yaşlı uşağı olduğuna görə izahatını dəyişərək həmin 6000 manatı ona borc olaraq verdiyini yazıb, lakin əsl həqiqətdə Təqsirləndirilən şəxs həmin pulu ondan işə düzəldəcəyi adı ilə aldadaraq alıb. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəyib, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2 il olar ki tanıyır, onunla aralarında heç bir münasibəti olmayıb. Tibb ixtisası üzrə orta ixtisas təhsili olsa da 2 il əvvəl işsiz olub. Həmin vaxtı tanıdığı Səkinə adlı qadından onu X14 işə düzəldirildiyini eşidib. Maraqlanıb və X42 Leyla müəllimə adlı qadının olduğunu və işi də onun düzəltdiyini öyrənib. Səkinə ilə danışaraq ona köməklik etməsini istəyib. 2021-ci ilin may ayında Səkinə ilə birlikdə Leyla müəllimənin yaşadığı Sizin Marketin yanındakı evinə gedib. Leyla müəllimə ilə danışarkən Leyla onu 5000 manata Naxçıvan Respublika Xəstəxanasına işə düzəldə biləcəyini deyib. Ona 4500 manat pulunun olduğunu dedikdə, Leyla müəllimə də onunla razılaşıb, “sənədləri və pulu gətirərsən iş hazırdı düzəldərəm” deyib. Həmin gündən 1 gün sonra axşam vaxtı sənədlərini və 4500 manat pulu götürüb Leyla müəllimə ilə danışaraq aparıb evlərində ona verib. Leyla müəllimə də ona söz verib ki, 2-3 günə işə çıxacaqsan. 4-5 gün keçməsinə baxmayaraq iş düzəlməmişdir. Səkinə də ona zəng vurub onunda işinin düzəlmədiyini və “maraqlanmışam Leyla müəllimə bizi aldadır” deyib. Bundan sonra Leyla müəlliməyə zəng vurub ondan sənədlərini və pulunu istədikdə, Leyla da müəyyən bəhanələr gətirərək pulu və sənədləri verməyib. Nəhayət həmin vaxtdan 3-4 ay sonra sənədlərini Leyladan ala bilib. Bu günə qədər də az-az olsa da həmin 4500 manatın 3750 manatı Leyla ona qaytarsa da 750 manatını ondan ala bilmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Babək rayonu Şəkərabad kəndində yaşamaqla, X41 Limanında Təhlükəsizlik Xidmətində keşikçi işləyir. Təqsirləndirilən şəxs Babək rayonu Şəkərabad kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıyıb. 2022-ci ilin oktyabr ayında qaynı Azər ona “Kamranın tanışı var, işə adam düzəldir, danışaq bacım Sevili də işə düzəltsin” deyib. Kamranla danışarkən, Kamranın ona “Leyla adında müəllimə var, yoldaşım Maralı Unversitetə qəbul elətdirib, məni də Təcili X58 sürücü kimi işə düzəldir. Azər deyib danışmışam deyir 6000 manat versin yoldaşın X63 tibb bacısı kimi işə düzəldim” dediyi üçün 6000 manat pul götürüb 12 oktyabr 2023-cü il tarixdə saat təqribən 16 radələrində Kamranın avtomobili ilə Naxçıvan şəhərinə Kapital Bankın arxasına getmişlər. Orada bir qadın gəlib Kamranın avtomobilinə əyləşdiyində, Kamranın onu həmin qadınla tanış edərək Leyla müəllimə olduğunu deyib. Leyla müəllimə “sən 6000 manatı və sənədləri mənə ver narahat olma 5-10 günə yoldaşının işini düzəldəcəyəm” deyib və o da Leylaya inanıb 6000 manatı və yoldası Sevilin şəxsiyyət vəsiqəsini və diplomunu birlikdə orada Leylaya verib. Bundan sonra 10-15 gün keçməsinə baxmayaraq yoldaşının işinin düzəlmədiyini görüb Kamranla əlaqə saxlayıb. Kamran da ona “darıxma düzələcək” deyə arxayınlaşdırıb. X89 müəllimənin nömrəsini ona verib və “özün danış” deyib. Leyla müəlliməyə hər dəfə zəng vurduqda o, müəyyən bəhanələr gətirməyə başlayıb. Kamranla qayını Azərə “məni bu oyuna necə salmısınızsa elədə mənim pulumu alıb verin” deyib. Sonra X43 da bir neçə dəfə Leyla müəllimə ilə danışıb. X43 Kamranın və Kamranın qaynanası Saimə xanımın polisə müraciət etdiyini eşidib və buna görə də o da şikayət ərizəsi verib. Leyla müəlliməni əvvəlcədən tanımayıb. Həmkəndlisi Kamrana görə ona inanıb və pul verib. Leyla müəllimə heç kimin adını onun yanında çəkməyib. Onun verdiyi puldan Leyla müəllimənin Kamrana da pul verdiyini bilmir və onun yanında pul verilməyib. Onun verdiyi pulun Zahid adlı şəxsə verilməsindən məlumatı yoxdur. Bu barədə Leyla müəllimə ona heç nə deməyib. Vurulmuş ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Ülvü qızını Babək rayonu Şəkərabad kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıyıb. İşləmədiyinə görə 2022-ci ilin oktyabr ayının 24-də, Kamran ona, "Leyla adında müəllimə var, yoldaşım Maralı Unversitetə qəbul elətdirib, məni də Təcili X58 sürücü kimi işə düzəldir. İstəyirsənsə danışaq səni də işə düzəltsin" dediyində, Kamrana "danış gör düzəldə bilərsə düzəltsin" deyib. Kamran da onun yanında Leyla müəlliməyə zəng vurub danışıb. Sonra Naxçıvan şəhərində Kotonun binasının qabağında Kamranın avtomobilində Leyla müəllimə ilə görüşüblər. Leyla müəlliməni görən kimi tanıyıb, çünki X36 ingilis dili müəlliməsi olub. Söhbət zamanı Leyla müəllimə ondan Babək Rayon Xəstəxanasına, yoxsa şəhər xəstəxanasına işə düzəlmək istədiyini soruşub. O da cavab olaraq “Babək xəstəxanası olsa yaxşı olar” deyib. Leyla müəllimə də “tibb qardaşı kimi 5000 manata şəhər xəstəxanasına, Babək xəstəxanasına isə 4000 manata düzələr” dediyində Leyla müəlliməyə “evdə valideyinlərimlə danışıb deyərəm” cavabını verib. Həmin gün evə gəlib valideyinləri ilə danışaraq, Kamranın dediyi səxsi özünün də tanıdığını, X44 ingilis dili müəlliməsi olduğunu bildirib. Valideyinləri də ona “de gəlsin danışaq” deyib. Həmin gün Leyla müəlliməyə zəng vurub valideyinlərinin razı olduğunu və gəlsin üz-üzə danışaq dediklərini çatdırıb. Elə həmin günü axşamüstü Leyla müəllimə Kamranla birlikdə onların evinə gəlib valideynləri ilə danışaraq onu Babək Rayon Xəstəxanasına tibb qardaşı kimi işə düzəldəcəyi adı ilə 4000 manat pul alıb. Pulu aldıqdan sonra ona “sənədlərini hazırla 2022-ci ilin noyabr ayının 1-dən işə çıxacaqsan” deyib. 2022-ci ilin noyabr ayının 1-də də Leyla müəllimədən xəbər gəlmədiyinə görə, ona zəng vurduqda, Leyla müəllimə ona ayın 15 düzələcək deyib. Sonra da hər dəfə vaxtı 15 gün uzatmağa başlayıb. Leyla müəllimə onun dostu X18 da ondan əvvəl Təcili X58 sürücü kimi işə düzəldəcəyi adı ilə aldadıb və Səfərin də 4000 manat pulunu alıb. Nəhayət 15 dekabr 2022-ci il tarixdə dostu Səfər ona zəng vurub, "Leyla müəllimə deyir gəlin Səhiyyə Nazirliyinin qabağına işiniz düzəlir" deyib və birlikdə Səhiyyə Nazirliyinin qarşısına gediblər. Nə qədər gözləsələr də Leyla müəllimə gəlməyib. Zəng vurub soruşduqda isə “bu gün işim çıxdı qalsın ayın 20-si görüşərik” cavabını verib. Səfərlə birlikdə Səhiyyə Nazirliyinin Kadırlar Şöbəsinə gedib vakant yer olub-olmadığını və Leyla müəllimənin onların adını iş üçün yazdırıb-yazdırmadığını soruşduqda, orada olan şəxs onlara “Leyla müəllimə sizi aldadıb, bizdə vakant yer yoxdur, sizin də adınızı bizə heç kim yazdırmayıb” deyib. Aldadıldıqlarını görüb Leyla müəlliməyə zəng vuraraq onları aldatdığını bildiklərini deyərək pulunu istəyib. Leyla da ona pulu qaytaracağını desə də bu günə qədər müəyyən bəhanələr gətirərək 4000 manat pulu geri vermədiyinə görə polisə müraciət edib. Ona vurulmuş ziyan ödənilməyib, pulunu tələb edir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxs X31 ifadəsində bildirmişdir ki, Gəncə şəhərində yaşayır. Mexanizator işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin may ayından tanıyır. Həyat yoldaşı Quliyeva Şəbnəm isə Leyla müəlliməni tibb kollecində oxuduğu vaxtdan tanıyır, belə ki, X77 oxuduğu vaxtda həyat yoldaşı Şəbnəmin müəlliməsi olub. 2020-ci ilin may ayında yoldaşı Şəbnəm ona, "Tibb kollecində müəlimələri olan Leyla müəllimə tələbə yoldaşlarından bir neçəsini işə düzəldib, istəyirsənsə gedib danışaq məni də işə düzəltsin" dediyində onunla razılaşıb, Şəbnəm Leyla müəllimənin nömrəsini tapıb onunla danışıb. Leyla müəlimə də onları danışmaq üçün evinə dəvət edib. Həmin günün səhəri Şəbnəmlə birlikdə Leyla müəllimənin yaşadığı Naxçıvan şəhərində Sizin marketlə üz-üzə olan binadakı evinə gedib. Leyla müəllimə onlara, “Diaqnostikanın baş həkimi Nihad həkimlə danışıb 5000 manata yoldaşın Şəbnəmi işə düzəldə bilərəm” deyib. Leyla müəlliməyə o qədər pullarının olmadığını deyərək 4000 manata razılaşıblar. Söhbət zamanı Leyla ondan təhsilini və işləyib-işləmədiyini soruşduğunda, ona özünün ikinci təhsil iqtisadiyyat fakultəsində oxuduğunu və həmin ixtisas üzrə iş axtardığını deyib. Leyla müəllimə də ona “Diaqnostikada mühasibat yeridə boş olmalıdır. Nihat həkimlə danışım səni də ora işə düzəldək birlikdə gedib-gəlin” deyib. Həmin günün səhərisi Leyla müəllimə ona zəng vurub, "Nihad həkimlə danışdım 4000 manat da sən verərsən səni də mühasib kimi işə düzəldərəm, lakin pul tez çatmalıdır" deyib. Bir həftə ərzində yoldaşı Şəbnəmin və özünün sənədlərini düzəldib 8000 manat pulla birlikdə aparıb evlərində Leyla müəlliməyə verib. Leyla müəllimə də ona “bir müddət gözləyəcəksiniz, işiniz düzələcək” deyib. Sonra hər dəfə Leyla müəllimədən işin nə vaxt düzələcəyini soruşduqda Leyla ona cavab olaraq işin düzələcəyini, lakin müəyyən səbəblərdən bir qədər yubanacağını bildirib. Həmin ilin təxminən noyabr ayında Leyla müəllimə ona qızının epilepsiya xəstəsi olduğunu və müalicə üçün pul lazım olduğunu deyib ondan 1000 manat borca pul istəyib. İşlərini düzəldəcək deyə özündə olmasa da 1000 manat pul tapıb Leyla müəlliməyə verib. Təxminən 1 il keçməsinə baxmayaraq Leyla müəllimənin işi düzəltmədiyini və onu aldatdığını görüb ondan pulunu istəyib. Leyla müəllimə də həmişə aidiyyəti olmayan bəhanələr gətirərək onu aldadıb, əksər vaxtlarda da nə qədər telefon əlaqəsi saxlamaq istəsə də telefonlarına cavab verməyib. Təxminən 1 il əvvəl Leyla ümumilikdə 9000 manatdan cəmi 700 manatını ona qaytarsa da qalan pulunu bu günə qədər qaytarmayıb. İşi ilə əlaqədar Gəncə şəhərinə getdiyinə görə ondan şikayət edə bilməyib. Sonradan Leylanın barəsində Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edib. Ona vurulmuş ziyan ödənilməyib, pulunu tələb edir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Babək rayonu Şəkərabad kəndində yaşamaqla fərdi olaraq tikintilərdə usta işləyir. Təqsirləndirilən şəxs Ülvü qızının adını 2022-ci ilin iyun ayında həyat yoldaşı Şahid3 Naxçıvan Dövlət Universitetinə qəbul etdirəcəyi üçün qaynanası Zərərçəkmiş şəxs1 ona 6500 manat pul verdiyi vaxtı eşitsə də onu şəxsən həmin ilin avqust ayında tanıyıb. 2022ci ilin avqust ayında anası X24 və həyat yoldaşı Şahid3 ona "Leyla müəllimə ilə danışmışıq deyir ki, Kamranı işə düzəldə bilərəm, 2500 manat pul versin onu Naxçıvan şəhərində Təcili X49 sürücü kimi işə düzəldim" deyiblər. Həmin günü Leyla müəllimə ilə danışıb, həyat yoldaşı Maralla birlikdə onun yaşadığı Naxçıvan şəhərində Sizin marketlə üz-üzə olan binaya getmişlər. Söhbət zamanı Leyla ona, "səhər 2500 manat pul və sənədlərini, sağlamlıq kağızı, kimliyin üzü, yaşayış yerindən arayış və digər sənədləri düzəlt gətir, işini düzəldim 10 günə əmrini alım çıx işlə" deyib. Səhəri gün Leyla müəllimənin dediyi sənədləri düzəldib, 2500 manat pulla birlikdə aparıb evlərində Leyla müəlliməyə verib. Leyla müəllimə ona yenə də “10 günə işin düzələcək” deyib. 10 gün keçdikdən sonra Leyla müəlliməyə zəng vurub işə çağrılmadığını dedikdə, Leyla “narahat olma düzələcək, sən gəl hələlik avtomobilinlə məni taksi kimi getdiyim yerlərə apar. işində düzələndə öz işinə çıxarsan” dediyi üçün təxminən 3 ay onu taksi kimi gəzdirsə də Leyla müəllimə hər dəfə müəyyən bəhanələr gətirib onu aldadaraq gözləməyi tapşırıb. Sonradan Leyla müəlliməyə nə qədər zəng vursa da telefonuna cavab verməyib. Leyla müəllimə onun həyat yoldaşı Maralı Unversitetə qəbul etdirəcəyi və Hava limanında işə düzəldəcəyi adı ilə aldadıb qaynanası Saimədən də ümumilikdə 9450 manat pul alıb. Leyla müəllimə həyat yoldaşı Şahid3 və həmkəndliləri Fəridə onları unversitetə qəbul olunduqlarını deyib məktəbli formasında X15 dekanın yanına aparıb, hətta Fəridə unversitetdən arayış da alıb verdiyinə görə Leylaya inanıb, işə düzəltməsi üçün 2500 manat pul verib. Onun pulu ödənilib, şikayət və tələbi yoxdur. Sonrakı məhkəmə istintaqı zamandı Zərərçəkmiş şəxs2 ifadəsindən bildirmişdi ki, Leyla müəllimə məhkəmə istintaqı zamanı nəyə görə onun adını veribdir bilmir. O 2500 manatı verəndə nişan üzüyünü də satıbdır. Həqiqətən Rahimi, Asimi və Nadiri Leyla müəllimə ilə o tanış edib. Çünki onlar da iş istəyirdilər və Leyla müəlliməyə inandığı üçün onların da işini həll edəcəyini düşünübdür. Ancaq nə Rahimin, nə də Asimin pulundan Leyla müəllimə ona heç nə verməyibdir. Rahim 6000 manatı onun maşınında Leyla müəlliməyə veribdir. Asimin 4500 manat pulunu Leyla müəllimə Bakıda olanda özünün dediyinə görə qapı qonşusuna veribdir. Həmin puldan heç nə götürməyibdir. Bu hissədə yalan danışır. Onun maşınında nasazlıq olanda Leyla müəllimədən pulunu tələb edib, o da Bakıda olduğunu bildiribdir. Maşının hissələri üçün Bakı şəhərinə gedib, orada da Leyla müəllimə onun pulunu verməyibdir. Leyla müəllimə onun maşınından taksi kimi istifadə edib və bunun üçün pulu ödəyibdir. Hələ polisə müraciət etməzdən əvvəl Leyla müəllimə onun 1200 manat pulunu qaytarıb. Qalan pulu valideynləri narahat olmasınlar deyə ərizə verib şikayət və tələbinin olmadığını bildirib və pulunu tələb etməyib. Çünki anası və atası ona dedi ki, “biz pulu alacağıq, narahat olma”. Onun polisə şikayət ərizəsi verməsinə səbəb onun yoldaşı Maralı aldadıb Universitetə daxil olmaya-olmaya forma geyindirib ora aparması olubdur. Bu gün də Leyla müəllimədən tələb və şikayəti yoxdur. Qalan pulunu da tələb etmir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Ülvü qızını 2022-ci ilin axırlarından tanıyır, onunla aralarında heç bir münasibət yoxdur. Leylanı qohumları Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanıyıb. Tibb ixtisası üzrə orta ixtisas təhsili olsa da uzun müddətdir ki, işsiz olduğu üçün iş axtardı. Həmin vaxtı qohumları Zərərçəkmiş şəxs3 ona, “bir nəfər var məni işə düzəldir” dediyində Səlvərə “həmin şəxslə danış imkan olsa məni də işə düzəltsin” deyib. Səlvər Leylanın nömrəsini ona verib, “danışmışam özündə zəng vur danış, deyir düzəldərəm” demiş, həmin günü Leylaya zəng vurub danışıb. Leyla onu evlərinə dəvət edib. Həmin günü axşam Leylanın yaşadığı evə gedib danışdıqları zaman Leyla ona, “X7 tibb bacısı yeri var 5000 manata səni oraya işə düzəldərəm” dediyində Leyla ilə razılaşıb səhəri günü saat 18 radələrində sənədlərini və 5000 manat pulu aparıb evində Leylaya verib. Leyla ona “danışmışam ən uzağı ayın axırına işin düzələcək” deyə söz verib. Daha sonra o əri ilə birlikdə Zahid adlı şəxslə Diaqnostika Mərkəzinə gedib. Leyla həmin vaxt telefonda bildirirdi ki, Zahidə pul verildiyini deməsin. Zahid adlı şəxs onunla birlikdə baş həkimin yanına getdilər. Oradan çıxandan sonra yoldaşı ona dedi ki, “mənim gözüm bu işdən su içmədi”. Yer olanda çağırarlar dedilər. Leylanın dediyi vaxt tamam olub əlavə bir müddət də keçməsinə baxmayaraq işi düzəlməyib. Leyladan soruşduqda isə həmişə müəyyən bəhanələr gətirib. Sonralar Leylaya nə qədər zəng vursa da Leyla onun telefonuna cavab verməyib. Nəhayət 2023-cü ilin fevral ayının əvvələrində Leylanın qaldığı evə gedib. Leylanın anasının ona, Leylanın Bakı şəhərində olduğunu və barəsində Naxçıvan Şəhər Polisi İdarəsində cinayət işi açıldığını deyib. Bundan bir neçə gün sonra da ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edib. Şikayət etdikdən sonra Leyla müəllimə ona zəng vurub sənədlərini geri qaytararaq, pulunu da qaytaracağını desə də, pulu qaytarmayıb. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, oğlu Nihad 2020-ci ilin sentyabr ayında H.Əliyev adına Naxçıvan Hərbi liseyinə daxil olaraq, iki il orada oxuyub sonra Azərbaycan Respublikası Heydər Əliyev adına Ali hərbi Məktəbə daxil olub. Nihad oraya gedəndən sonra ona zəng vurub "mən hərbi məktəbdən çıxıram universitetə sənəd vermək istəyirəm" deyib. Nihada "niyə oxuyardın da" dediyində Nihada ona "xeyr, zabit olmaq istəmirəm” cavabını verib. Buna görə də Nihad ərizəsini yazıb ali hərbi məktəbdən çıxıb. Lakin Nihadın sənədləri özünə verilməyib, Ali Hərbi Məktəbdən Naxçıvan Hərbi liseyinə göndərilib. Nihad sənədləri əvvəlcə onların özünə verdiklərini dedi, lakin yenidən çağırıb sənədləri Nihatdan alıb "Naxçıvandan bizə tapşırıq gəlib ki, sənədləri ora özümüz göndərəcik, gedib oradan alacaqsınız" deyiblər. Nihad Bakıdan Naxçıvana gəlmiş, qayıdan kimi 2022-ci ilin avqust ayında Nihadın sənədlərini alıb Türkiyə Respublikasında Universitetə girmək üçün imtahana vermək məqsədi ilə birbaşa Naxçıvana Hərbi liseyinə getsələr də, Nihadın sənədlərini verməmişlər, onlara "pulu ödəməlisən ki, sənədlərini və attestatını geri verək" demişlər. "nə qədər pul ödəməliyik?" soruşduqlarında, onlara "gözləyin, hesablayıb deyəcəklər" demişlər, təxminən yarım saat sonra mayor Sərxanovun liseyin giriş qapısına qayıdıb onlara "2977 manat pul ödəməlisiniz" deyib. İlk dəfə hərbi liseyə 2022-ci ilin avqust ayında attestat almaq üçün gedəndə orada Nihad "mənə deyirlər ki, universitetdə bir nəfər müəllim var, o, hərbi liseylə əlaqəlidir. Həmin adam pul ilə attestatı bunlardan alıb bizə verə bilər" demiş, Nihada "kiminsə attestatını qaytarıblar?"soruşduğunda Nihad "kursant yoldaşlarım deyir ki, müəllimə işi görən adamdı, neçə nəfərin işini həll edib" cavabını verib. Nihad kimdənsə həmin xanımın nömrəsini alıb ona verib "mənə nömrəni verən şəxs mənim barəmdə bu xanıma deyib sən zəng vurub danışarsan" dedi. Nihadın verdiyi nömrəyə zəng vurmuş, telefonda danışanın qadın ona "adım Leyladır" deyib. Leyla ona "Naxçıvan şəhərində yaşayıram və Naxçıvan Dövlət Universitetində müəllimə işləyirəm, sizdən qabaq neçə nəfərin sənədlərini Hərbi liseydən alıb vermişəm. Mənə 800 manat pul verərsən, sənin də "İşini həll edib" attestatı alıb verərəm" demiş, o da Leyla ilə razılaşaraq təxminən avqust ayının axırlarında 800 manat pulu Leyla müəlliməyə çatdırması üçün Nihada verib. Nihad pulu onları Leyla xanımla tanış edən şəxsə verib. Həmin şəxsin adını bilmir. Nihad həmin şəxsin adını bilir. Bu hadisədən təxminən 10 gün sonra Leyla yenə ona zəng vurub "sənədləriniz hazırdır, əlavə yenə pul istəyirlər, pulu hərbi liseydən istəyirlər" dediyində Leyladan nə qədər istədiklərini soruşmuş, Leyla da ona "səndə nə qədər pul var?" deyə soruşmuşdur. Leylaya "300 manatım var" demiş, Leyla da ona "300 manat azdır, 600 manat düzəlt" demişdir. Leylaya "cəmi 500 manat düzəldə bilərəm" desə də, 550 manat pul düzəltmiş və Leylaya zəng vurub "pulun hazırdır, ancaq 550 manatdır" demişdir. Leyla ona "eybi yox göndər gəlsin" deyib. Təxminən sentyabr ayının ortalarında həmin 550 manat pulu həmkəndliləri Teymura verib, Teymur da pulu aparıb Leylaya çatdırıb. Bundan sonra Leyla hərdən bir bəhanə gətirib onların sənədlərini və pullarını verməyib. 2022-ci ilin dekabr ayının 17-si sənədləri hərbi liseydən heç bir ödəniş etmədən alıb. Sənədləri alandan sonra Leylaya zəng vuraraq “Leyla xanım sənədləri almışam" demişdir. Leyla ona "1000 manat pul göndər. Tez semestr bağlanmamış uşağı Universitetə düzəldək" demiş və o da "xxxx" ASC-dən baldızı Çimnazın adına 1110 manat kredit götürmüşdür. Lakin Çimnaz əvvəl kredit götürdüyündən ona bankdan 950 manat pul vermişlər. Həmin pulu yenə Leyla xanıma Teymurla göndərmişdir. Leylaya zəng vurub "1000 manat düzəldə bilmədim, 950 manat düzəltdim, 50 manat çatmadı" dediyində, Leyla ona "narahat olma, 50 manatı mən verəcəm" cavabını vermişdir. Sonra Leyla ona zəng vuraraq "nömrəmi dəyişmişəm, telefonum suya düşüb, mənim nömrəm budur” demiş və ona yeni nömrəsini verib və “bununla əlaqə saxlaya bilərsən” demişdir. 2022-ci ilin yanvar ayının sonlarında həmin nömrə ilə vatçapda yazışmaları olmuşdur. Leyla ona "şikayət etmə pulunuzu qaytaracam, mən də şikayət etmirdim yazığım gəlirdi" deyib. Leyla hərbi lisey barədə araşdırma aparıldığını biləndə ona zəng vurub "şikayət etmə" deyib. 2022-ci ilin dekabr ayının 15-də ona hərbi liseydən zəng vurub "gəlin sənədlərinizi götürün" dediklərində, həmin şəxsə "pulu düzəltməmişəm" demiş, həmin şəxsin ona "gəlin inşallah yaxşı olar, pulsuz veriləcək" demiş, növbəti gün yəni 16 dekabr 2022-ci ildə mayor Şahbazov Nihada zəng vuraraq "gəlin attestatınızı pulsuz götürün. Naxçıvana Bakı şəhərindən yoxlamalar gəlib, attestatları pulsuz verirlər" deyib. Nihatla birlikdə hərbi liseyə getmişlər. Nihat çöldə gözləyib, özü isə qərargaha gedib. Qərargahda ona "bizdən pul istəməyiblər, heç nə ödəmədən attestatı götürürəm" barədə ərizə yazdırdıqdan sonra attestatı vermişlər. Sonra Leyla xanım vasitəsi ilə attestatı Türkiyəyə göndərmişlər. Oradan onlara "yubanmısınız, həm də qiymət cədvəli lazımdır" dedikləri üçün yenə hərbi liseyə getmiş, liseyin rəisi Elşad Həsənovun yanına aparılmışdır. Elşad Həsənov "indi nǝyǝ gəlibsən?" deyə soruşduğunda rəisə "qiymət cədvəlini istəyirəm" demiş, rəis də ona "yox bizdə belə bir şey yoxdu" demişdir. Elşada "vardır, deyirlər, sizdə var" demiş, Elşad da təkidlə "yoxdur" demiş, lakin 15 gün sonra onlara zəng vurub "həmin sənədi gəlin götürün" demişlər. Ancaq heç bir sənəd onların işinə yaramamışdır. Nihat ali təhsil almaq üçün Türkiyəyə gedə bilmədi. Elşad Həsənovun pul tələb etməsinə və həmin pulu verə bilmədiklərinə görə oğlu Nihad Hüseynov ali təhsil ala bilmədi. 27 yanvar 2023-cü ildə Nihat hərbi xidmətə göndərildi. Leylanın harada yaşadığını dəqiq bilmir, lakin eşitdiyinə görə Naxçıvanda yaşayır və Naxçıvan Dövlət Universitetində müəllim işləyir. Ümumilikdə Leylaya 2350 manat pul verib. Birinci dəfə 800 manat pulu verməsi üçün Nihata verib, sonrakı vaxtlarda isə pulu Leylaya çatdırması üçün həmkəndliləri və qohumları Teymura verib. Verdiyi pullar 100 manatlıq və 50 manatlıq əskinaslar olub. Teymur pulu aparıb Leylaya verdiyinə görə Leyla ona 2-3 manatlıq yol pulu verib. Vurulmuş ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs Ülvü qızını 2022-ci ilin iyun ayından tanıyır, onunla həmkəndliləri X34 vasitəsi ilə tanış olmuşdur. Həmin vaxtlarda Rəvan Vəliyevdən bir nəfər tanışının vasitəsi ilə həmkəndliləri Qurbanın oğlu X52 Universitetinə qəbul etdirdiyini eşitmiş, onu da unversitetə qəbul etdirməyi düşünərək anası ilə birlikdə Rəvan Vəliyevin evinə gedib ondan Universitetə qəbul olunmasında kömək etməsini istəmişlər. Rəvan Vəliyev də "anamın iş yoldaşının qızı var, Leyla müəllimə işinizi o, düzəldəcək Leyla müəllimə ilə danışaram düzəldər" demişdir. Həmin günün səhəri Rəvan zəng vurub "Leyla müəllimə ilə danışmışam günorta gələcək bizə siz də gəlin özünüz danışın" demişdir. Həmin gün günorta saatlarında Rəvangilə getmişdir. Rəvan və anası Təranə xanım evdə idilər, bir qədər gözlədikdən sonra Rəvangilə bir qadın gəldi. Rəvan həmin qadınla onları tanış edib Leyla müəllimə olduğunu dedi. Leyla müəllimə ilə danışıb ondan Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə qəbul etdirməsini istəmişlər. Leyla müəllimə də "orta təhsilli olmasına baxmayaraq 6500 manata onu 2-ci təhsil alan kimi qiyabi unversitetə düzəldərəm 2023-cü ilin yanvar ayının 5-i dərsə başlayar" dedi. Leyla müəlliməyə inanmadığını bildirsə də, həmkəndlisi Rəvan, "narahat olma mən Leyla müəlliməyə zamin dururam, unversitetə qəbul etdirəcək" dedi. Həmin gün anası gedib evdən 6500 manat pulu gətirib Rəvangilin evində, Rəvanın və anası Təranə xanımın yanında Leyla müəlliməyə verdi. Leyla müəlliməyə anası pulu verəndə, Leyla müəllimə “istəyirsən Maralı Hava limanına işə də düzəldə bilərəm, lazım olan sənədləri yığ ver mənə düzəldim” dedi. Anası da, razılaşıb 2 günə sənədlərini toplayıb Leyla müəlliməyə zəng vurub sənədlərin hazır olduğunu dedi. Leyla müəllimə ilə Sahil parkında görüşüb orada sənədləri ona verdi. Təxminən 4 ay gözləsələr də Hava limanına işə çağrılmadığını görüb Leyla müəlliməyə anası zəng vuraraq ondan işin nəyə görə yubandığını soruşdu. Leyla müəllimə “tez düzəlməsini istəyirsənsə 2000 manat ver orada tanış var verim 3 günə işi düzəltsin” dedi. 2000 manatı anası həyat yoldaşı Zərərçəkmiş şəxs2 verib o da Leyla müəlliməyə çatdırıb. Leyla müəllimə Kamranı da işə düzəldəcəyi adı ilə aldadıb 2500 manatını aldığına görə Kamran Leyla müəllimənin evini tanıyırdı. 2000 manatı Leyla müəlliməyə verdikdən sonra xeyli vaxt keçməsinə baxmayaraq onun işinin düzəlmədiyini görüb anası Leyla müəlliməyə zəng vurdu. Leyla müəllimə də bir müddət gözlə düzələcək dedi. Sonra 2023-cü ilin yanvar ayının 5-i yaxınlaşan zaman Universitetdən çağırmadıqlarına görə yenə Leyla müəlliməyə zəng vurub həm işini həm də universitetə qəbul məsələsini soruşduqda, Leyla müəllimə, işə düzəlmə məsələsi Naxçıvanda ara qarışdığına görə yubanacaq, amma universitet məsələsi düzəlib tələbə bileti hazırlanır dedi. Hətta forma alıb Leyla müəllimə ilə birlikdə Universitetə gedibdir. Orada Əşrəf müəllim adlı dekanın otağına getdilər. Leyla müəllimə Əşrəf müəllimə kənarda nə isə dedi. Ancaq o eşitmədi. Sonra Universitetin həyətində forma ilə şəklini çəkib duruma qoydu. Anası qonaqlıq verdi və Leyla müəllimə də qonaqlığa gəldi. Ancaq işin alınmadığını demədi. Naxçıvan Dövlət Universiteti və Hava Limanı ilə maraqlandıqda, onlarda heç bir sənədin olmadığını bilib, anası ərizə ilə polisə müraciət etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə edən X39 ifadəsində göstərmişdir ki, Babək rayonu Şəkərabad kəndində yaşayır, Naxçıvan şəhəri 57-ci məhəllədə qəbir daşları sexində usta işləyir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs anası Şahid2 görə tanıyıb. Təqsirləndirilən şəxs anası Yazgül Şahid2 ilə bir yerdə işləyib. Yazgül anasına qızı Leylanın işə düzəltmə ilə məşğul olduğunu bildirib. Leyla onlara gəldiyi üçün münasibətləri yaranıb. Təxminən 2022-ci ilin iyun ayında dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə həmkəndliləri Qurbanın evində işlədikləri zaman Kamrana bir nəfərin pul qarşılığında işə adam düzəltdiyini demiş, bir neçə gün keçəndən sonra Kamranın qayınanası Saimə xala ona zəng edərək qızı Maralı universitetə düzəltməyi barədə Leyla ilə danışmağı xahiş etmişdir. Leyla ilə bu məsələni danışmış və Leyla ona “problem deyil düzəldərəm” demiş, buna görə də Saimə xalaya Leylanın əlaqə nömrəsini vermiş və Saimə xala Leyla ilə telefonda danışmışdır. Həmin söhbətdən 2-3 gün keçdikdən sonra axşam vaxtı anası Təranə ona “Leyla bizə gəlmişdi, Saimə xalanla görüşdü və Saimə xalan Maralı universitetə düzəltmək üçün Leylaya 6500 manat pul verdi” deyib. Bu söhbətdən 7 ay keçdikdən sonra Leylanın işi həll etmədiyini görüb Saimə xalaya zəng edərək “Leylanı şikayət edək” dediyində Saimə xala ona “mən şikayətçi deyiləm, mənim işimi düzəldəcək” cavabını vermişdir. Təqsirləndirilən şəxs anası Təranəyə görə və Leylanın çox səmimi olduğunu gördüyü üçün inanıb. Anasından eşitdiyinə görə Ülviyədən aldığı puldan 750 manat, Elman dayısından 500 manat Leyla müəllimə ona pul verib, həmin pulu özü borc alıb müstəntiq Samir müəllimə vermişdir. Bundan əlavə Nəsir adlı şəxsi Leyla müəllimə ilə tanış etmiş və 450 manat pul ona verilsə də geri qaytarmışdır. Leyla müəllimə yalan danışır, o Saimənin pulundan heç nə götürməyibdir. Anasına Leyla müəllimə şirinlik kimi pul veribdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Babək rayonu Şəkərabad kəndində yaşayır. Təqsirləndirilən şəxs anası Yazgüllə bir yerdə işləmişdir. Yazgül qızı Leylanın işə düzəltmə ilə məşğul olduğunu bildirdi, Leyla onlara gəldiyi üçün münasibətləri yaxşı idi. O da qardaşı Elmanı, Ülviyyəni, Saiməni ona demişdir. Saimə onların qohumudur. Kürəkəni ilə oğlu dostdur. Saimə gəlmişdi onlara söhbət əsnasında dedi “qızım Maral oxumayıb istəyirəm onu işə düzəldim”. O da dedi adam var işə o düzəldir. Leylaya demişdir, dedi düzəldər. Saimə onlara gəlib və 6500 manat Leylaya pul verdi. Saimə qızının işi üçün 3-4 dəfə onlara gəlib getdi. Pulu qaytarılmadı və iş də düzəlmədi. Leyla özü də deyirdi ki, “tələsməyin düzəldəcəm”. Məqsədi belə olub ki, qohumlara köməklik etmək istəmişdir. Biri qardaşıdır. Dedi qızı qoy işləsin. O xeyirxahlıq etmək istəmişdir. Ülviyyənin yoldaşı 5000 manat pulu sənədlərin içinə qoyub onlara gətirdi. X65 kartına pul vurdu. Həmin pulu onun vasitəsilə Leylaya verməyib. Qardaşı özü verib. Hər dəfə Elmanın işi ilə bağlı tez- tez Leyladan soruşurdu. Onu 1 dəfə Samir müəllim çağırdı dedi Elman nə qədər pul verib. O da deyib 7000 pul verib. Sonra Elman onun xəbəri olmadan 3000 manat Leylaya əlavə verib. Bunu bilməmişdir. Leyla hər işə düzəldən adam üçün ona şirinlik verib. Müxtəlif vaxtlarda hissə-hissə 1250 manat pul verib. Leyla ona dedi ki 750 manat Ülviyyənin pulu, 500 manat da Elmanın puludur. Pulu verəndə deməmişdi ki, bu pulları Ülviyyə ilə Elmanın pullarından olandır. O bilmirdi. İşlər alınmadı sonra dedi ki, 750 manat Ülviyyənin pulunu və 500 manat da Elmanın pulunu verin DİN idarəsində Samir müəllimə. Oğlu Rəvan gedib 1250 manat pulu gətirib verib Samir müəllimə. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Nə demişdisə xatırlayır. Eyni ifadənin ibtidai istintaqda da vermişdir. İfadələri eynidir. Aralarında hər tapdığı adama görə pul alacağı barədə razılaşma olmayıb. Leyla gəlib gedəndə pul verirdi deyirdi ki,” kasıb adamsan götür xərclə”. O da pulu xərcləyirdi. Sonra da iş alınmadı dedi ki, “sənə verdiyim pulları qaytar” . Leyla ona pul borc verməyib. Bunu istintaqda da demişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid4 bildirmişdir ki, müstəntiq olaraq əvvəl işlədiyi vaxtda Naxçıvan MR DİN iki material daxil oldu. Yalçın adlı şəxsin işi onun icraatında idi. Leylanın işi də Sərxan müəllimin icraatında idi. Hər iki borcluları çağırmışlar. Çünki materiallar bir-biri ilə əlaqəli idi. Leyla ona 2400 manat pul verib. Bakı şəhərindən 500 manat bank kartına pul göndərib. 2-ci dəfə 500 bank kartına pul vurub. 1000 manat da Leylanın anası DİN inzibatı binasının həyətinə gətirib verdi ona. X86 yox idi. Pulu o alıb. Leylanın verdiyi 400 manatı da Yalçına olan borcuna vermişdir. Çünki Yalçının da şikayətçiləri idarəyə gəlib narazılıq edir. Leylanın özünün də Yalçına borcu vardı. Leyladan aldığı 400 manatı Yalçının şikayətçilərinə vermişdir. Leylanın onun kartına vurduğu 1000 manatı və əlavə 1000 manatı Sərxan müəllimə vermişdir. Sərxan da aktla Ülviyyəyə və Rza adında şəxsə verib. Sərxana verdiyi 2000 manatı Ülviyyə xanıma verdiyini bilir. X66 xanıma pulu verəndə orda olmamışdır. Bildiyi qədər 9500 manat pul olmalı idi. Məhkəmə istintaqı zamanı ifadə verən şahid X25 bildirmişdir ki, işdə olan zərərçəkmiş şəxsləri və şahid Rəvanı tanıyır. Şahid Təranə xanımın oğlu Rəvan Təqsirləndirilən şəxs 1200 manat pul almışdı. İşin həmin vaxtı istintaqı yekunlaşmaq üzrə idi və ya məhkəmənin icraatında idi tam xatırlamır. Təqsirləndirilən şəxs ona müraciət etdi ki, bəs “mən Təranə xanıma və Rəvana 1200 manat pul vermişəm”. Ancaq ona borc kimi vermədiyini bildirdi. Dedi elə-belə verib. Zərərçəkmişlərin pulu qaytarmalı idi. Leyla dedi “mənim 1200 manatın Təranə xanımgildədir”. O da şahid Rəvana zəng edib, ona 1200 manatı gətirib təhvil verməli olduğunu bildirdi. Rəvanı dindirən zaman dedi ki, Leyla xanıma iş düzəltmək üçün bir neçə şəxsi tanış edibdir. 1200 manat də pulu Leyla xanıma vermişdir. Leyla xanım 1200 manat pulla bağlı ona şifahi şəkildə müraciət etdi. Dedi ki, zərərçəkmiş Ülviyyə ilə Elman adlı şəxsin puludur. O maddi sübut kimi pulu saxlamalı və sənədləşdirməli idi. Ancaq belə etməmişdir. Pulu Leyla xanıma vermişdir. Rəvan 1000 manat bir dəfə verdi. Sonra təkrar Rəvana zəng etdi 250 manat da bir dəfə gətirib verdi. 1250 manatı Leyla xanıma verəndə iş artıq məhkəmənin icraatında idi. Təranə xanımla oğlu Rəvanı dindirən zaman onlar dedilər ki, bilmirdilər ki, Leyla xanım dələduzluq edib. Ona görə də onları istintaqda şahid kimi göstərmişdir. İstintaqda Ülviyyə xanım dedi ki, “mənim 1100 manatım qalıb Leyla xanımda”. Məhkəmə istintaqı zamanı şahid X32 ifadəsində bildirmişdir ki, Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətindən iki material Naxçıvan MR Daxili İşlər Nazirliyinə daxil olmuşdur. Həmin vaxt o müstəntiq olaraq Leyla xanımla bağlı materialı, digər müstəntiq Şahid4 isə Yalçınla bağlı materialı araşdırırdı. Zərərçəkmişlər Ülviyyə və Rza idi. İş DXT-dən gələndə Ülviyyə və Rzaya heç nə ödənilməmişdi. Leyla xanım Ülviyyəyə olan borcundan ona hissəhissə 6000 manat pul verdi. Sonra idarədə olmayanda xidməti işlə bağlı Bakı şəhərində olanda Leyla xanım 2000 manat pulu Zaman müəllimə verib. Leyla xanımla danışanda ona dedi ki, “Sərxan müəllim siz telefonu açmadığınız üçün mən pulun 2000 manatını Zaman müəllimə verdim.” O da Leyla xanıma bərk əsəbləşmişdir ki, “niyə mənə demədən pulu Zaman müəllimə vermisən”. Zaman müəllim həmin 2000 manat pulu ona vermiş, sonra Leyla xanım 1500 manat da pul verdikdən sonra toplam 9500 manat pulu Ülviyyə xanımın əri Rəsula vermişdir. Ümumilikdə Leyla xanım ona Zaman müəllimə verdiyi 2000 manatla birlikdə 9500 manat pul verib və həmin pulu Ülviyyəyə çatdırmışdır. Bu puldan başqa Leyla xanım ona pul verməyib. Leyla xanım tək onun özünə 7500 manat pul verib. 2000 manatını da o olmayan vaxt Leyla xanım Zaman müəllimə verib. Ülviyyənin pulunu 2-3 dəfə əri Rəsula verib. Material bağlanan zaman Rzanın bütün pulu ödənilmişdir, lakin Ülviyyənin borcu tam bağlanmamışdı. Leyla xanım Bakıda olan zaman 1000 manat Rzanın pulunu da onun kart hesabına göndərmişdir. Daxili İşlər Nazirliyinin həyətində olan zamanı sonuncu dəfə pulu Ülviyəyə verəndə əri Rəsul da orada idi, Leyla xanım dedi ki, 1100 manat borcu qalır Məhkəmə istintaqı zamanı şahid X71 ifadəsində bildirmişdir ki, Leyla xanımla uzaq qohumdur. Leyla onun xalanəvəsidir. Bir xala nəvəsi isə əvvəlcə diaqnostika mərkəzinin baş həkimi işləyib. Həmin baş həkim olan qohumu dedi ki, “Zahid 1 nəfər tanış adamın olsa gətir mən sənə görə onu tibb bacısı götürərəm”. O da Leyla xanıma dedi, Leyla xanım dedi ki, “Güləndamı düzəldək.” Güləndama bərk bərk tapşırdı ki, Leylaya 1 qəpik belə pul verməsinlər. Çünki o Leylanı tanıyırdı, qulağına bəzi məsələlər çatırdı. Sonradan eşitmişdir ki, Leyla Güləndamdan pul alıb. Heç Güləndam da gizlədib ona bu barədə heç nə deməyib. O Güləndamdan pul almamışdır. Leyla ona heç bir pul verməyib. O sadəcə tanışlıq üçün Güləndamı diaqnostikaya düzəltmək istəmişdir. Leyla yalan danışır, o Göyçək adında xanım tanımır. Ona heç kim tərəfindən pul verilməyibdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs övladı Şahid3 Naxçıvan Dövlət Universitetinə qəbul etdirəcəyi adı ilə aldadıb anası Zərərçəkmiş şəxs1 6500 manat pul aldığını sonra isə onu inandırmaq üçün ona yalandan universitetə qəbul olduğunu deyərək ona məktəbli uniforması aldırıb geyindirərək onu məktəbli formasında X15 aparıb orada məktəbli formasında fotoşəkilləri istintaqa təqdim etmiş və həmin fotoşəkillər iş üçün əhəmiyyətli olduğundan tərəfimdən qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə məhkəmə qərarı əsasında "xxxx" MMC mobil rabitə operatorundan alınmış nömrə məlumat sistemindən çıxarışa 01 oktyabr 2022-ci il 22:50:59 saniyədən 01 yanvar 2023-cü il tarixədək olan zəng siyahısının olduğu müəyyən edildi. xx-xx-2022-ci il tarixdə 20:53:27 dəqiqə ***-***-**-** nömrəsindən ***-***-**- ** nömrəsinə zəng getdiyi, 388 saniyə danış olduğu, xx-xx-2022-ci il tarixdə 09:26:44 saniyədə ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə zəng getdiyi, 85 saniyə danışıq olduğu, xx-xx-2022-ci iltarixdə 18:44:30 saniyədə ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə zəng getdiyi, xx-xx-2022-ci il tarixdə 19:11:36 saniyədə ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə zəng getdiyi, təkrar həmin gün saat 19:13:52 saniyədə zəng getdiyi, xx-xx-2022-ci il tarixdə 20:03:51 saniyədə ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə zəng getdiyi, 85 saniyə danışıq olduğu, və s. danışıqların olduğu müəyyən edilmiş, Danış cədvəlinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus ***-***- **-** mobil nömrəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 istifadə olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu, zərərçəkmiş Zərərçəkmiş şəxs3 istifadə olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu, zərərçəkmiş Zərərçəkmiş şəxs2 Hüseyn oğlunun istifadə olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu, zərərçəkmiş X11 istifadə olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu müəyyən edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs işə və Universitetə ikinci təhsil iqtisadiyyata düzəltmək üçün ümumilikdə 14750 manat pulunu dələduzluq yolu ilə keçirməsinə dair Təqsirləndirilən şəxs telefonunda vatçap proqramında səsli audio yazılardakı səslərin özünə məxsus olduğunu təsdiqləmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs13 təqdim etdiyi CD-yə köçürülmüş audio yazılarda Təqsirləndirilən şəxs bütün audio yazıları dinlədikdən sonra həmin audio yazılardakı səslərin özünə məxsus olduğunu təsdiqləmişdir. Cinayət işinin materiallarında Zərərçəkmiş şəxs3 təqdim etdiyi əl yazıları və Zərərçəkmiş şəxs6 təqdim etdiyi əl yazılarının Təqsirləndirilən şəxs tərəfindən icra edildiyi və onun diktəsi ilə yazıldığı etiraf edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətdən alınmış 03/167 nömrəli xx.xx.2023-cü il tarixli cavabda Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın qeydiyyata alınmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətindən alınmış **********1187900 nömrəli xx.xx.2023-cü il tarixli cavabda Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin DYPİ-dən alınmış 1/401 nömrəli xx.xx.2023ci il tarixli cavabda Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı bir avtonəqliyyat vasitəsinin qeydiyyata durmadığı göstərilmişdir Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 alınmış cavabda Təqsirləndirilən şəxs məhkum edilməsi barədə heç bir məlumatın olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mİİ-dən alınmış arayışlarda Təqsirləndirilən şəxs Naxçıvan şəhər X48 ev 40, mənzil 8 ünvanında ailə üzvüləri ilə birlikdə yaşadığı, himayəsində bir azyaşlı övladının olduğu, alınmış xasiyyətnamələrdə isə 2012-ci ildən etibarən göstərilən ünvanda yaşadığı, bu müddət ərzində əvvəllər onun barəsində heç bir şikayətin daxil olmasada, son 2-3 il ərzində vətəndaşlara borclu olduğu və onları aldadaraq pullarını ələ keçirməsi ilə bağlı çoxsaylı şikayətlərin daxil olduğu göstərilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X72 26 iyul 2021-ci ildə doğulmuşdur, anası Təqsirləndirilən şəxsdır. İstintaq zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və himayəsində azyaşlı övladının olması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir, onun əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. “X28 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əlehinə olan sübut olaraq Zərərçəkmiş şəxs14 ona sadəcə 7000 manat verməsi 3000 manat pulun isə verməməsi və faiz tələb etməsi olmuşdur. Təqsirləndirilən şəxsin qeyd etdiyi həmin hal üzrə istintaq zamanı kifayət qədər aşadırma aparmadığı məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs14 ərizəsi alınmadan iş üzrə şahid prosessual hüquqi statusu olan X12 ərizəsi əsasında Zərərçəkmiş şəxs14 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxsin istintaqda iştirakı təmin edilməmiş, eləcə də istintaq hərəkətinin zərərçəkmiş şəxsin yaşadığı yer üzrə göndərilməsi barədə qərar qəbul edilməmişdir. Sadəcə zərərçəkmiş şəxsin qardaşı və bacısı olan iki nəfər şahidin ifadəsinə əsaslanaraq ittiham irəli sürülmüşdür. Zərərçəkmiş şəxs X33 məhkəmə istintaqında iştirakı təmin edilmiş və şikayət etdiyi məbləğ üzrə pulun təqsirləndirilən şəxsə verilməsini təsdiq edən sübut kimi sadəcə 7000 manat məbləğin sübutunu təqdim edə bilmişdir. Həmin məbləğ isə təqsirləndirilən şəxs tərəfindən etiraf edilir. Qalan hissədə təqsirləndirilən şəxs tərəfindən 10000 manat borcun olmasına dair əl yazısı təqdim edilməsinə baxmayaraq həmin yazının zərərçəkmiş şəxsin bilavasitə iştirakı olmadan yazıldığı öz təsdiqini tapdığından ittihamın 3000 manata münasibətdə sübuta yetirilməməsi müəyyən edilmişdir. Belə olan halda Zərərçəkmiş şəxs14 vurulmuş ziyan 7000 manat müəyyən edildiyindən və mümkünlüyü və mötəbərliyi başqa sübutlarla təsdiqini tapmayan qalan 3000 manat hissə ittihamdan xaric edilməlidir. Həmçinin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı “borc” adı altında bir neçə zərərçəkmiş şəxsdən təqsirləndirilən şəxs tərəfindən alınan məbləğlərin reallıqda borc müqaviləsi üzrə həqiqi niyyəti ifadə etməməsi və əvvəlcədən qaytarılmamaq niyyəti ilə alınması öz təsdiqini tapdığından məhkəmə həmin məbləğlərin düzgün olaraq istintaq orqanı tərəfindən dələduzluq cinayətinin predmeti kimi qiymətləndirilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib onu övladı X47 Dövlət Universitetində qabiliyyət imtahanından keçirəcəyinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin mart ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında yerləşən yaşadığı evində 6400 manat məbləğində pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin ziyanı qismən ödəməklə 4750 manat ziyan ödənilməmişdir. Bundan başqa o, X10 etibarından sui-istifadə edib onu həyat yoldaşı X16 X14 tibb bacısı olaraq, özünü isə mühasib olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin may ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında yerləşən yaşadığı evində 8000 manat, həmin ilin noyabr ayında isə qızının epilepsiya xəstəsi olduğunu deyərək müalicəsi üçün sonradan qaytarmamaq niyyəti ilə 1000 manatını borc adı ilə alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Məhəmməd Quliyevə 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanın 700 manat hissəsini ödəmiş, qalan hissəsini ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib onu övladı Fərid Mirzəyevi qabiliyyət imtahanından keçirərək Bakı Dövlət Unversitetinin Xareoqrafiya fakultəsinə qəbul etdirib İ kursun İİ yarım ilindən sonra isə yerdəyişmə etdirərək X15 köçürəcəyi adı ilə aldadaraq 2020-ci ilin iyul ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 5000 manat, həmin ilin noyabr ayında isə 650 manat illik təhsil haqqı ödənişinin yarısını ödəyəcəyi, 30 manat isə qeydiyyatdan keçirəcəyi adı ilə aldadıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs8 5680 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmin ziyan ödənilməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək onu Naxçıvan MR Xəstəxanasına tibb bacısı kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin may ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında yerləşən yaşadığı evində 4500 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Həmin ziyanı qismən ödəmiş və 750 manat ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib onu Naxçıvan Şəhər İcra Hakimiyyətinə işə düzəldəcəyi adı ilə aldadaraq 2022-ci ilin aprel ayının əvvəllərində Babək rayonu Şəkərabad kəndində 5000 manat, bundan təxminən bir həftə sonra cinayətkar niyətini davam etdirərək əlavə 2000 manat verəcəyi təqdirdə onu birbaşa Naxçıvan MR X40 Şöbəsinə müdir təyin etdirəcəyi adı ilə aldadaraq Naxçıvan şəhəri İstiqlal küçəsində "Dəyirmançı kafenin yanında 2000 manat, bundan bir neçə gün sonra Ülviyə İbrahimovaya ixtisasının Ali Məclisdəki işinə uyğun olmadığını bildirərək onu Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə qəbul etdirəcəyi adı ilə 2000 manat, bundan əlavə pula ehtiyacının olduğunu və bir həftəyə qaytaracağını deyərək qaytarmamaq niyəti ilə 2800 manatını borc adı ilə alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs10 11800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmin ziyanı qismən ödəmiş, 1100 manat ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib onu övladı X29 Azərbaycan Respublikasının Rabitə Nazirliyində işə düzəldəcəyi adı ilə aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Bravo marketdə olan EMANAT vasitəsi ilə 7000 manatını qızının kart hesabına göndərərək həmin pulu ələ keçirməklə Zərərçəkmiş şəxs14 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib onu X56 müfəttiş olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin iyun ayında Naxçıvan şəhəri, İstiqlal küçəsində Dəyirmançı kafenin qarşısında 6000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 Hüseyin oğlunun etibarından sui-istifadə edib onu Naxçıvan Şəhərində Təcili X49 sürücü olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayında Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 2500 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Zərərçəkmiş şəxs ziyanın ödənildiyini bildirib şikayət və tələbi olmadığını qeyd etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib ona həyat yoldaşı X30 uşaq bağçalarından birinə müəllimə olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr-oktyabr aylarında 4500 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onu qızı Şahid3 Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə qəbul etdirəcəyi və eyni zamanda X41 Limanında işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin iyun ayında Babək rayonu Şəkərabad kəndində 6500 manat, həmin ilin oktyabr ayının əvvəlində Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 2000 manat, sonradan qaytarmamaq niyəti ilə 700 manat bir, 250 manat da bir borc adı ilə alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 9450 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib onu X7 tibb bacısı olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci tarixdə Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 5000 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu həyat yoldaşı X17 Naxçıvan Şəhər Doğum Mərkəzinə tibb bacısı olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri istiqlal küçəsində Kapital Bankın inzibati binasının arxasında 6000 manat pulunu alıb ələ keçirərək Rahim Məmmədova xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib onu Babək Rayon Xəstəxanasına tibb qardaşı olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Babək rayonu Qoşadizə məhəlləsindəki evində onun 4000 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin oktyabr ayının əvvəlində Naxçıvan şəhər X48 ev 40 mənzil 8 ünvanında 5500 manat pulunu, bir neçə gün sonra Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə qəbul etdirəcəyi adı ilə həmin ünvanda 4500 manat pulunu, daha sonra unversitetə qəbul edildiyini bildirərək illik təhsil haqqını ödəməli olduğunu deyib aldadaraq xx.xx.2023-cü il tarixdə 1250 manatı pulunu Zərərçəkmiş şəxs3 verdiyi qızının kart hesabına Naxçıvan şəhəri Nizami küçəsində yerləşən Park AVM-dəki millön aparatı vasitəsi ilə göndərtdirmiş, bundan əlavə isə Zərərçəkmiş şəxs3 Səttar oğlunu aldadaraq kürəkənləri X45 Naxçıvan Şəhərində Təcili X58 sürücü olaraq işə düzəldəcəyi adı ilə xx.xx.2022-ci tarixdə 3500 manat pulunu əvvəlcədən Zərərçəkmiş şəxs3 verdiyi qızının kart hesabına Naxçıvan şəhəri Nizami küçəsində yerləşən Park AVM-dəki millön aparatı vasitəsi ilə göndərdikdən sonra ələ keçirməklə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 14750 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək onu oğlu X22 attestatını hərbi lisseydən alıb qaytaracağına və təhsil alması üçün Türkiyə Respublikasında yerləşən Universitetlərdən birinə göndərəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının əvvəli 800 manat, təxminən 10 gün sonra attestatın tez götürülməsi üçün əlavə pul lazım olduğunu deyib aldadaraq 550 manat, həmin ilin noyabr ayında isə universitetə düzəltmək üçün əlavə 1000 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs13 2350 manat məbləğində pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Vurulmuş ziyanı ödəməmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsinə əsasən dələduzluğun təkrar törədilməsi və xeyli miqdarda ziyan vurulmaq törədilməsi maddələri üzrə sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli az ağır cinayət kimi təsnif edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəməsini, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs6 vurulmuş ziyanın çox hissəsini, X19 vurulmuş ziyanın cüzi qismini ödəməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yer üzrə Naxçıvan şəhəri, X48 ev 40, mənzil 8 ünvanı üzrə çəkməsi müəyyən edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan Muxtar Respublikası ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya idarəsinə həvalə edilməlidir Eyni zamanda məhkəmə mülki iddia vermiş zərərçəkmiş şəxslərə münasibətdə mülki iddianın təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs6 mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs mülki cavabdeh olaraq ziyanın ödənilməsi ilə bağlı müraciət etmişlər. Məhkəmə sözügedən iddia ərizələrini məhkəmə istintaqı zamanı verilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, eləcə də cinayət işinin materiallarında olan sənədlərlə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə qeyd edir ki, mülki cavabdeh-Təqsirləndirilən şəxs mülki iddiaçı-zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs6 iddia tələbində qeyd edilən məbləğdə ziyan vurulduğunu qəbul edir və etiraf edir. Digər tərəfdən isə Zərərçəkmiş şəxs10 verdiyi mülki iddianı qəbul etmir və ona vurulan bütün ziyanı ödədiyini bildirir. Mülki cavabdeh bununla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin təhqiqatçısı X32 və keçmiş əməkdaşı Şahid4 şahid qismində iştirakı barədə vəsatət vermişdir. Vəsatət təmin edilərək qeyd edilən şəxslər şahid qismində dindirilmişdir. Adları qeyd edilən şahidlərin ifadəsindən, mülki iddiaçı Zərərçəkmiş şəxs10 ifadəsində hazırda mülki cavabdeh Təqsirləndirilən şəxs 1100 manat məbləğində ödənilməmiş ziyanın qalması sübuta yetirilir. Belə ki, material üzrə işin ilk dəfə araşdırıldığı halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 ödənilməli olan pul məbləği adı altında 2000 manat pulun onun işi üzrə materialı araşdırmayan Şahid4 verilməsi həm öz ifadəsi, həm Şahid4 və X13 ifadəsi ilə sübuta yetirilir. Mülki cavabdeh 2000 manatdan artıq məbləğin Zərərçəkmiş şəxs10 borcunu ödəmək üçün Şahid4 verilmədiyini qeyd edir. Sözügedən 2000 manat pul məbləğinin isə Şahid4 tərəfindən X20 verilməsi sonuncunun ifadəsi ilə təsdiqini tapır. Zərərçəkmiş şəxs10 müstəntiq X5 ümumilikdə 9500 manat pul verildiyini bildirir. Mülki cavabdeh Təqsirləndirilən şəxs isə 9500 manat puldan əlavə 2000 manat Şahid4 pul verildiyini qeyd edir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləi 11800 manatdır. Həmin pulun 1200 manat əvvəlcədən ödənilmişdir və bu halı zərərçəkmiş şəxs bildirir. Qalan 10600 manat pulun 9500 manatını müstəntiq zərərçəkmiş şəxsə verdiyini bildirir və bu hala nə təqsirləndirilən, nə də zərərçəkmiş şəxs etiraz etmir. Qalan 1100 manat isə ödənilməmiş qalan. Hazırda zərərçəkmiş şəxs-mülki cavabdeh Zərərçəkmiş şəxs10 1600 manat pul tələb edir ki, həmin pulun 500 manat hissəsinin mövcudluğu işə baxılarkən təsdiq edilmir. Təqsirləndirilən şəxsin ifadəsinə istinadən isə o zərərçəkmiş şəxsə 11500 manat pul vermişdir və onun bu ifadəsi nə sübutlarla təsdiq olunur, nə də ziyandan daha çox məbləğin ödənilməsini məhkəmə inandırıcı hesab etmir. Belə olan halda məhkəmə şahid ifadələrinə və mülki iddiaçının ifadəsini sübut kimi qəbuledilən hesab edir və həmin mülki iddianın da qismən-1100 manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab edir. Qalan hissədə sübut olunmadığından mülki iddia rədd edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 6000 manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs4, 5000 manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs7, 4500 manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs12, 14.750 manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs3, 9450 manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs1, 2300 manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs13 ,1100 manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs10, 4750 manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs6 verilməlidir. İş üzrə ziyanı ödənilməyən, lakin mülki iddia verməyən digər zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 02 oktyabr 2023cü il tarixdən icra edilməsi və 20 oktyabr 2023-cü il tarixdə ev dustaqlığı ilə əvəz edilməsi nəzərə alınaraq ümumilikdə həbsdə və ev dustaqlığında olduğu 46 (qırx altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, hökmdə mülki iddianın təmin edilməsinə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinin əsası kimi istinad edilməməli, xüsusi müsadirə mülki iddianın verilib-verilməməsindən asılı olmayaraq cinayət prosesində CM-in 99-1.1.1 - 99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş əmlak müəyyən edildiyi hər bir halda tətbiq edilməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 46 (qırx altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan Muxtar Respublikası ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 6000 (altı min) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 5000 (beş min) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs7 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs12 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 4500 (dörd min beş yüz) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs12 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 14.750 (on dörd min yeddi yüz əlli) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs3 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 9450 (doqquz min dörd yüz əlli) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs13 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2300 (iki min üç yüz) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs13 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs10 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 1100 (bir min yüz) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs10 verilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs6 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 4750 (dörd min yeddi yüz əlli) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs6 verilsin. Mülki iddia verməyən və vurulmuş ziyanı ödənilməyən digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-13/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-13/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver