Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-13/2024 04.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Şərur rayonu Şahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, tikintidə usta işləyən, ünvan 1 ünvanda yaşayan Naxçıvan Şəhər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “27” dekabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 02 noyabr 2023-cü il tarixdə saat 01 radələrində X10 Limanının ərazisində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra, üzərində aparılmış şəxsi axtarış zamanı əyninə geyindiyi şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,157 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində təxminən 5-6 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, 2021-ci ilin yay aylarında üzərində şəxsi istehlak miqdarından artıq miqdarda marixuana narkotik vasitəsi aşkar olunduğuna görə tutulduğunu, cəzasını Bakı şəhərində 16 saylı cəzaçəkmə müəssisəsində çəkdiyini, 04 avqust 2023-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən 3 ay 10 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxıldıqdan sonra Naxçıvana gəlib tikintidə işləməyə başladığını, Naxçıvanda olduğu müddətdə narkotik vasitələrdən istifadə etmədiyini, daş ustası işlədiyinə görə daş sifariş vermək üçün çox vaxtı Bakı şəhərinə getdiyini, sonuncu dəfə 29 oktyabr 2023-cü il tarixdə Naxçıvan şəhərindən hava nəqliyyatı yolu ilə Bakı şəhərinə getdiyini, Bakı şəhəri Nərimanov Ərazisində bilmədiyi ünvanda kirayə yaşadığını, yaşadığı məhəllədə Məqsəd adlı şəxsi tez-tez gördüyünü, Məqsəd adlı şəxslə təxminən 3 il olar ki, tanış olduğunu, onun narkotik vasitələr sattığını əvvəlcədən bildiyini, birinci dəfə tutulmamışdan əvvəldə ondan narkotik vasitə olan marixuana aldığını, 01 noyabr 2023-cü il tarixdə təxminən axşam saat 7-8 arası Məqsəd adlı şəxsi Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığı məhəllədə gördüyünü, ondan 20 manata bir büküm metamfetamin və bir büküm qurudulmuş marixuana alıb həmin narkotik vasitələri selofan bükümdə əynində olan şalvarın sağ yan cibinə qoyaraq Naxçıvana gəlmək üçün Bakı Beynəlxalq Hava Limanına getdiyini, noyabr ayının 1-dən 2-sinə keçən gecə təyyarə ilə Naxçıvan şəhərinə gəldiyini, xx.xx.2023-cü il tarixdə X10 Limanı ərazisində olan zaman gecə saat 01 radələrində mülki geyimdə olan 2 nəfər şəxsin ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdiyini, ona narkotik vasitə istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasına gətirdiklərini, orada onu dövlət hesabına müdafiəçi ilə təmin edib otaqların birində video çəkilişlə hüquq və vəzifələrini izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirdiklərini, özü də şalvarının sağ yan cibində olan Məqsəd adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı bir büküm metamfetamin və bir büküm marixuananı təqdim etdiyini, üzərində başqa hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirdiyini, onun təqdim etdiyi narkotik vasitələrin iki ədəd kağız zərfə qablaşdıraraq götürüldüyünü, narkotik istifadəçisi olduğu üçün, Məqsəddən aldığı narkotik vasitəni də öz istifadəsi üçün gətirdiyini, Məqsədi yaxından tanımadığını, onun əlaqə nömrəsini bilmədiyini, Məqsədin əvvəllər Bakı şəhəri Nərimanov rayonu ərazisində qəbristanlıq yolunda olan şirkətlərdən birində mühafizəçi işlədiyini, özü də həmin ərazidə Asan Xidmətin tikintisində işləyərkən onunla orada tanış olduğunu, bu dəfə də onunla təsadüfən rastlaşıb narkotik vasitə aldığını, əldə etdiyi metamfetamin psixotrop maddəsindən və marixuana narkotik vasitəsindən heç kimə vermədiyini və satmadığını, həmin maddələri ara-ara özünün istifadə edəcəyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində daxil olmuş əməliyyat məlumatına əsasən idarənin digər əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin istifadəçisi olan və üzərində narkotik vasitə olduğundan şübhə edilən Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhərindən Naxçıvana gələrkən X10 limanında saxlanıldığını, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhəli olduğu bildirilərək onun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə dəvət edildiyini, Daxili İşlər Nazirliyində təhqiqatçı Kamal Qasımbəyli tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilərək, hüquq və vəzifələri ona izah edildikdən sonra əməkdaşların iştirakı ilə video-görüntülü olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmıasına başlanıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsinin təklif olunduğunu, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir bükümdə ağ rənkli kristal və toz şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütləni və bir bükümdə marixuana narkotik vasitəsinə bənzər ot kütləsini təqdim edərək həmin narkotik vasitələri Bakı şəhərində öz şəxsi istifadəsi üçün Məqsəd adlı şəxsdən aldığını bildirdiyini, onun üzərində şəxsi axtarış aparılan zaman başqa heç bir qanunla qadağan olunmuş əşya və başqa şey aşkar olunmadığını, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin ayrı-ayrılıqda kağız zərfə qablaşdırılaraq təhqiqatçı tərəfindən götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində 02 noyabr 2023-cü il tarixdə saat təxminən 1 radələrində X10 Limanında şəxsin üzərində narkotik vasitə olması ilə bağlı məlumat daxil olduğunu, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmin məlumata əsasən həmkarı Zeynalabdin və digər əməkdaşlarla Hava Limanına gedib Elnura yaxınlaşaraq Naxçıvan MR DİN-ə dəvət etdiklərini, daha sonra vəkilin iştirakı ilə videoçəkilişlə şəxsə üzərində olan qanunsuz əşyaları təqdim etməsini bildirdiklərini, Elnurun həmin vaxt şalvarının cibindən bükümdə olmaqla narkotikə bənzər maddə çıxardığını, daha sonra təhqiqatçı tərəfindən qablaşdırılaraq götürüldüyünü, şəxsin üzərində ayrı-ayrı iki büküm olduğunu, şəxsin heç bir tabesizlik göstərmədiyini, özünün narkotik vasitəni təqdim etdiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Zeynalabdin Babayev tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, 02 noyabr 2023-cü il tarixdə Cinayət Axtarışı idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, saat 01:00-da X10 Limanı ərazisində saxlanılmış, 01:30 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 52-53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 40-71) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli vəkil dəvət edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Vəkil Bürosundan pulsuz olaraq dövlət hesabına vəkil dəvət edilmişdir. (cild İ, iş vərəq 11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxsə müdafiəçisi təyin edilmişdir. (cild İ, iş vərəq 13) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-bioloji ekspertizası təyin edilərək ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 32) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2023-cü il tarixli 1092 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,421 qram olan yaşılımtıl rəngli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərasizində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (cild İ, iş vərəq 39-40) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilərək ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2023-cü il tarixli 1091 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs: imza Təqsirləndirilən şəxs, baş əməliyyat müvəkkili: imza Zeynalabdin Babayev, əməliyyat müvəkkili: imza Elvin Ələsgərov, vəkil imza Müdafiəçi, təhqiqatçı: imza Kamal Qasımbəyli “əlyazmalar, imzalar olan kağız zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,157qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (cild İ, iş vərəq 42-43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin istintaq və Təhqiqat idarəsinə göndərilmişdir. (cild İ, iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixli cinayət işini icraata götürmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin İstintaq və Təhqiqat polis polkovnik-leytenantı Samir Qənbərovun icraatına qəbul edilməsi və ibtidai istintaqının aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 49) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli, 1687 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1976-cı il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozğunluğu” sindromu daqnozu ilə qeydiyyatda dayanır. (cild İ, iş vərəq 77) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X5nin ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 82- 83) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli, 397 saylı rəydə qeyd olunmuşdur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Rasim oğlu hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur.Təqsirləndirilən şəxs Rasim oğlu hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. (cild İ, iş vərəq 92-94) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2023-cü il tarixli məhkəmə ambulator-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X5nə tapşırılmışdır. (cild İ, iş vərəq 80-81) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli, 398 saylı rəydə qeyd olunmuşdur ki, X3 həşiş və metamfetamin narkomaniyası aşkar olunun. Məcburi müalicəyə ehtiyacı var. Narkotik maddələrin qəbulu nəticəsində psixi və fiziki asılılıq diaqnozu ilə dispanser qeydiyyata alınması məsləhətdir. (cild İ, iş vərəq 89-91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 noyabr 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, aşkar olunaraq götürülmüş 1 ədəd kağız zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,157 qram, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,421 qram qurudulmuş marixuana narkotik vasitəsinin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və ekspertiza zamanı 0.03 qramı tədqiqata sərf edildikdən sonra 1 ədəd möhürlənmiş kağız zərfdə olan 0,127 qram psixotrop maddə metamfetamin və 0.02 qramı tədqiqata sərf edildikdən sonra 1 ədəd möhürlənmiş kağız zərfdə olan 0,401 qram qurudulmuş marixuana narkotik vasitəsinin Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlanc otağına saxlanca verilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 72-73) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-52/2022 nömrəli, 15 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 ay 12 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 07 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. (cild İ, iş vərəq 104-110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-413/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Probasiya İdarəsinin təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-52/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 07 ay 06 gün müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 23 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 26 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 18 oktyabr 2022-ci il tarixdən hesablanması müəyyən olunmuşdur. (cild İ, iş vərəq 111-116) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-477/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xahişinin təmin edilməsi və Təqsirləndirilən şəxs, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 01 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild İ, iş vərəq 117-120) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 dekabr 2023-cü il tarixli cinayət işinin materiallarından ayrıca icraata material ayrılması haqqında qərardan görünür ki, narkotik vasitələrin və psixotrop maddəsərin satışı ilə məşğul olan Məqsəd adlı şəxsin dəqiq kimliyinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə həmin xüsusatla bağlı hazırda istintaqı aparılan ********* nömrəli cinayət işindən material ayrılması və araşdırma aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 129-130) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşadığı müddətdə icra Nümayəndəliyinə onun haqqında heç bir şikayət daxil olmadığı və bu ünvanda yaşadığı müddətdə özünün nizam intizamına görə qonşular arasında hörmət qazandığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3055 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3056 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvü anası – 1953-cü il təvəllüdlü X4r.(cild İ, iş vərəq 101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 04 iyul 2023-cü il tarixli 3-13-43/2-5782/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədtiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə barəsində 3 il müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək və xx.xx.2022-ci il tarixdən, xx.xx.2022- ci il tarixinədək həbsdə saxlanıldığı nəzərə alınıb 1 gün 2 gün hesablanıb çıxılmaqla qəti olaraq 2 il 7 ay 6 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökmlə təyin edilmiş 2 il 7 ay 6 gün müddətndə azadlığın məhdudlaşdırılması növündə cəzanın qalan 2 il 1 ay 23 gün hissəsi 1 il 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, xx.xx.2023-cü il tarixdə isə 3 ay, 10 gün vaxtından əvvəl şərti olaraq cəsasının çəkilməmiş hissəsindən azad edildiyi göstərilmişdir. (cild İ, iş vərəq 51) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 01:00 radələrində X10 Limanının ərazisində saxlanılaraq Naxçıvan MR DİN-ə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan şəxsi axtarış və götürmə aparılması haqqında qərara əsasən Naxçıvan MR DİN-in inzibati binasında video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun üzərində olan qara rəngli şalvarın sağ yan cibindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək bir ədəd ağ şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal vəziyyətdə psixotrop maddəyə bənzər kütlə və bir ədəd ağ şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Şəxsi axtarış və götürmə prosesinin əks olunduğu videoçəkiliş protokola əlavə olunmuşdur. CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Məhkəmə CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq şəxsi axtarışın nəticəsinin sübut kimi qəbul ediləbilənliyi məzələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan şəxsin azadlığının şübhəli şəxsin tutulması haqqında qərara əsasən faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 02:00-da məhdudaşdırıldığı, şəxsi axtarış və götürmənin isə həmin tarixdə saat 02:10-da həyata keçirildiyi müəyyən olunur. Belə olan halda şəxsi axtarış və götürmə haqqında protokol mümkün və mötəbər sübut hesab edilə və ittihamın həllində nəzərə alına bilər. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların İİ siyahısının 27-ci bəndinə görə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın psixotrop maddələr üzrə İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram təşkil edir. Məhkəmə belə nəticəyə gəlir ki, ittihamda qanunun köhnə redaksiyasına istinad edilməklə işlədilmiş “şəxsi istehlak miqdarından artıq” ifadələri xaric edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının CM-də dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 234.1-ci maddədə “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittihamdan sözügedən hissənin xaric ediməsi cinayətin tövsifinin dəyişməsinə, faktiki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halın, yəni cinayətlərin residivinin olmasına hüquqi aydınlıq gətirən məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-52/2022 nömrəli, 15 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 ay 12 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 07 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. (cild İ, iş vərəq 104-110) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbindən aydın olur ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Ancaq məhkəmə qeyd edir ki, şəxsin üzərindən məhkumluğunun götürülməməsi onun residiv sayılması üçün əsas ola bilməz. Çünki, Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin mahiyyətindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-52/2022 nömrəli, 15 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilib. Bu qeyd edilənlərdən isə aydın olur ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu hazırki cinayət əməlinə baxılması zamanı residiv kimi qəbul edilə bilməz. Lakin məhkəmə qeyd edir ki, hazırda onun məhkumluğu ödənilməyib. Bu isə cəzanı ağırlaşdıran hal kimi deyil, onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il 4 ay müddətinə müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-413/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-52/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 07 ay 06 gün müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 23 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 26 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir.(cild İ, iş vərəq 111-116) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-477/2023 nömrəli, 04 avqust 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 01 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild İ, iş vərəq 117-120) Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edildiyi müddətdə yenidən cinayət törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəzanın şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6-cı və 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yəni 03 ay 10 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 1 (bir) il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birlləşdirilməklə onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 02 noyabr 2023-cü il tarixdən hesablanması görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli onun faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni şübhəli şəxs qismində tutulduğu 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,127 qram olan metamfetamin psixotrop maddəsi və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,401 qram olan marixuana narkotik vasitəsi məhv edilməlidir. 01 ədəd “Samsung J3” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-477/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmə ləğv edilməklə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yəni 03 ay 10 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,127 qram olan metamfetamin psixotrop maddəsi və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,401 qram olan marixuana narkotik vasitəsi məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. 01 ədəd “Samsung J3” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-13/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-13/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver