Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-14/2025 14.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 müdafiəçisi Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 müdafiəçisi Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X2 və X6 iştirakları ilə, X2 və X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X1 Coşqun Məzəddin oğlunun və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. X7 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, X5 onun qaynının oğludur. Onlar bir həyətdə yaşayırlar. Coşqun mütəmadi olaraq ona şər, böhtan atır, onun şərəf və ləyaqətini alçaldan sözlər deyir. 6 aydır ki, o, Coşqun və həyat yoldaşı Fatimə tərəfindən söyüşlərə məruz qalır. Coşqun və Fatimə keçən həftə şənbə günü həyətə çıxmışdır. Özü də həyətdə paltarları sərmişdir. Coşqun üzünü ona tutaraq söyüşlər söyməyə başlamışdır. Coşqun ona “səni gündə 4 yolda maşınların biri götürür, biri qoyur” demişdir. Ona “əllisinin altına yatıb durursan” demişdir. Fatimə “girirsən ayaqyoluna saatlarla oturursan, sənin o peysər ərin demir ki, sən saatlarla kimlərlə danışırsan” demişdir. Bu söhbətləri dəfələrlə təkrarlayır. Axırıncı dəfə çıxıb çöldə səsini başına atanda ətrafdakılar buna şahid olmuşdur. Coşqunun anası X9 da oğlu Coşqun və gəlini Fatimənin bu sözləri dediyinə şahid olmuşdur. Məsmə məhkəmədə şahid qismində dindirilə bilər. Bundan başqa Coşqun hər dəfə kənddə qabağına kim çıxırsa, ona böhtan ataraq “guya mən otel qızı olmuşam” deyir. Ona “sən otel qəhbəsisən də nə olacaq” demişdir. Həmçinin Coşqun onu bir neçə dəfə döymüşdür. Yoldaşı Fatimənin də səs yazısı var ki, həmin səs yazısında Coşqunun onu döydüyünü etiraf edir. Bu məsələ ilə də bağlı o polisə izahat vermişdir. O, dəfələrlə Coşqun və Fatimədən bu cür söyüşlər eşidir. Bu onun ailə münasibətlərinə də təsir edir. Axırıncı dəfə Fatimə ilə Coşqun onu təhqir edəndə, ona alçaldıcı sözlər deyəndə o, polisə zəng eləmişdir. Polis gəlib onun ərizəsini almışdır. O, artıq X2 və X6 ona atdığı bu şər, böhtan və ona qarşı təhqirlərindən bezmişdir. Buna görə də məcbur qalıb məhkəməyə müraciət edir. Onların açıq şəkildə şəxsiyyətini alçaldan, onu təhqir edən, nüfuzuna xələl gətirən ifadələri işlətməsi onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə dəlalət edir. Özünü xüsusi ittiihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən X2 və X6 AR Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 ərizədə qeyd etdiklərinin olduğunu, həyat yoldaşını və oğlunu işə qatmadığını, qanuni şəkildə müraciət etdiyini, ona “50 nəfərin altında yatıb durursan” dediyini, əllisini deyil bir-ikisini göstərmələrini istədiyini, elə bir şey olmadığını, hal-hazırda olan evliliyinin ikinci evliliyi olduğunu, bunun pis bir şey olmadığını, Fatimənin ona “ərin demir ayaq yolunda bu qədər nə edirsən” dediyini, niyə elə bir şey dediyini, bir insanın ərinin niyə elə bir şey soruşacağını başa düşmədiyini, Fatimənin gəlib gecə saat 1-2 radələrinə kimi evində oturduğunu, belə şeylərin ayıb olduğunu, özlərinin, Coşqungilin və Coşqunun atasıgilin bir həyətdə yaşadıqlarını, həmin həyətdə başqa qaynının da evi olduğunu, onların çıxıb getdiklərini, evi kirayəyə verdiklərini, həmin evdə bir ailənin yaşadığını, onlara gedib-gəldiyini, hətta Fatimənin də gedib-gəldiyini, sonra Fatiməgilin həmin ailə ilə problemləri olduğunu, savaşdıqlarını, sonra Fatimənin ona da onların evinə getməməsini dediyini, özünün də evində nəyəsə onun qərar verə bilməyəcəyini dediyini, bu məsələdən əvvəl də problemlər olduğunu, dəfələrlə keçdiyini, ancaq bu dəfə keçməyəcəyini, qızına da sözlər dediyini, “oxuyan deyil, hər adam uşaq oxuda bilməz” dediyini, bunların hamısının qaynının arvadının yanında olduğunu, bir də səsə qonşunun çıxdığını, onun eşitdiyini, səs yazısı olduğunu, başqa sübutu olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 qayınatası və qayınanası ilə problemləri olduğunu, həyat yoldaşının valideynləri olduqları üçün keçdiyini, evinə mübahisə saldıqlarını, qayınatasının onu döydüyünü, “yoldaşımın atasıdı, kənd içidi, biri məni deyəndə beşi onları deyəcək, qayınatamı tutdura bilmərəm” dediyini, hətta baldızının da gəlib onunla savaşdığını, Fatmanın ona “Nehrəm eşşəyi” dediyini, Fatmanın dediklərinin hamısının şər olduğunu, özünün hərbi hissədə işlədiyini, hər şey gördüyünü, gələcəkdə ali təhsilli övladlar yetişdirmək üçün çalışdığını, qaynatasının, baldızının onu döydüyünü, bunu təsdiq edəcək sübutları da olduğunu, evlərində problemi yaradanın Fatma olduğunu, evin qapısını bağlayıb getdiyini, gəlib Fatmanı öz evlərində gördüyünü, evinə gəlməsini istəmədiyini, Fatmaya heç nə demədiyini, yazılanların hamısının şər olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 deyilənlərin hamısının şər olduğunu, söyüş olmadığını, Fatmanın anası ilə mübahisə etdiyini, çıxıb onlara “bəsdirin” dediyini, onun “Nehrəmlidir, qurumsaqdır” kimi ifadələr dediyini, özünün də “hamı hamını yaxşı tanıyır” dediyini, başqa nə isə demədiyini, 600 manat verib evə kamera qoydurduğunu, 800 manata da televizor aldığını, hər şeyi görmək üçün etdiyini, özünün “Fatmanın mənim evinə gəlməsini istəmirəm” dediyini, anasıgilin də “mənim evimdi” dediyini, evin nənəsinin adına olduğunu, anasıgilin evi olmadığını, dayısının, əmisinin onlara gəlmədiyini, anasının və atasının öz qardaşlarının onlara gəlmədiyini, “onların üzünü görmək istəmirik” dediklərini, tayfada heç kimin heç kimi saymadığını, anasının da yalançı şahid olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 müdafiəçisi Müdafiəçi1 ərizədə qeyd edilənlərlə bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin sübutu olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 müdafiəçisi Müdafiəçi2 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Lakin hazırki şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə X2 və X6 Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmələri xahiş olunsa da, xüsusi ittiham qaydasında şikayətdə 147.1-ci maddədə nəzərdə tutulmuş cinayətin harada, nə vaxt və necə törədilməsi ilə bağlı məlumatlar göstərilməmişdir. Həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi qeyd olunsa da əməlin məhz həmin şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi öz əksini tapmamışdır. Şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi dəqiq göstərilməmişdir. Məhkəmə iclasındakı izahatında da X1 Coşqun Məzəddin oğlunun və X6 əməli törətməsinə dair X2 anasının şahid olduğunu və səs yazıları olduğunu, bundan başqa sübutu olmadığını bildirmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin qeyd edilən qərarın həmin bəndində kütləvi çıxışın tərifi verilmiş, qeyd edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 və X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-14/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-14/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver