Məhkəmə qərarları › İş №1(078)-15/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-15/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-15/2023 06.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:00 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X2, mülki iddiaçı X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Şərur rayon Qıvraq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində 06 aprel 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs sərxoş halda yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, “Vaz 21144” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə 27 yanvar 2023-cü il tarixdə saat 23:25 radələrində Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində idarə edərkən "X21" Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin (3.24 maksimim sürətin məhtudlaşdırılması) və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, həmin yolun 7-ci km-də avtomobil ilə ehtiyatsızlıqdan əks istiqamətli yola keçmiş və Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan “Naz Lifan LF7132F-330” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və “Naz Lifan LF7132F-330” markalı avtomobilin sürücüsü X1 qamış sümüyünün proksimal metafizinin oynaqdaxili sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirmiş və “Naz Lifan LF7132F-330” markalı avtomobilin mülkiyyətçisi X10 12400 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Cinayət işi üzrə X5 və X10 maddi və fiziki ziyan vurulduğundan, X8 cinayət işi üzrə zərərçəkmiş şəxs, X14 isə mülki iddiaçı qismində tanınmışdır. Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bu barədə olan ittiham ona elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayır. Həmin qəsəbədə avtomobil təmiri ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında təmir sexinə getmiş, həmin gün saat 20:00-da işini qurtarıb sexi bağlamış, sexin qarşısıında şüşə butulkada bir ədəd spirtli içki olan efes pivəsi içmiş və evə getmişdir. Evdə yemək yedikdən sonra özünə məxsus olan “Vaz 21144” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qıvraq qəsəbə ərazisində biraz gəzmiş, şəxsi işi ilə bağlı Naxçıvan şəhərinə gəlmək üçün Kəngərli rayonundan çıxmış, saat 22:40 radələrində Naxçıvan şəhərinə çatmışdır. Naxçıvan şəhərində gəzdikdən sonra Kəngərli rayonuna qayıtmaq üçün Naxçıvan şəhərindən çıxmış, Əliabad qəsəbəsində dükandan içmək üçün bir ədəd şüşə putulkada efes pivəsi almış, qəsəbədən çıxaraq Kəngərli rayonu istiqamətində hərəkətə davam etmişdir. Avtomobili özü idarə etmiş, avtomobildə başqa heç kim olmamışdır. Aldığı pivəni içmiş, Sədərək rayonu istiqamətində Naxçıvan şəhər gömrüyünü keçib hərəkətə davam etmiş, Naxçıvan şəhər gömrüyünü keçdikdən sonra Sədərək rayonu istiqamətində yolun eniş olan hissəsində birinci hərəkət zolağı ilə 100 km/saat sürətlə yaxın işıqlarla hərəkət etmişdir. Avtomobilin peçini açmış, Sədərək rayonu tərəfdən gələn bir avtomobil keçib getmişdir. Həmin an yorğun olduğu üçün yuxu tutmuş və yatmışdır. Avtomobilin nəyəsə zərb ilə dəydiyini hiss edib ayılmışdır. Avtomobil sürütlənərək dayanmışdır. Sıxışıb qaldığı üçün avtomobildən çıxa bilməmişdir. Hadisə yerinə gələn şəxslər onu avtomobildən çıxararaq xəstəxanaya yola salmışlar. Xəstəxanada idarə etdiyi avtomobil ilə əks istiqmətli yola keçərək yol-nəqliyyat hadisəsi törətdiyini öyrənmiş, yolda yuxu tutaraq yatdığı üçün əks istiqamətli yola keçdiyini düşünmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, etdiyi hərəkətə görə peşmandır və hazırda zərərçəkmiş şəxslə və mülki iddiaçı ilə barışmışdır, onlara dəyən zərəri ödəmişdir. Göstərilən halların barəsində cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə istintaqında iştirak etməmiş, teleqram göndərərək xidməti vəzifəsi ilə əlaqədar olaraq Hadrut qəsəbəsində xidmətdə olduğunu, məhkəmədə onu nümayəndəsi kimi qardaşının təmsil etdiyini, təqsirləndirilən şəxslə barışdığını və ona vurulmuş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X3 iştirakl olmadan baxılmasını mümkün hesab etmiş, onun ibtidai istintaqda verdiyi ifadəsini sübut qismində qiymətləndirmişdir. Belə ki, ibtidai istintaqı zamanı zərəçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, 2020ci ilin sentyabr ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləyir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt N saylı hərbi hissədə xidmət edirdi. Özü Şahbuz şəhərində kirayədə yaşayır, ailəsi isə Şərur rayon Yuxarı Daşarx kəndində atasıgilin yanında yaşayır. xx.xx.2023-cü il tarixdə yanvar ayının əmək haqqının verildiyini, həmin gün saat 19:30 radələrində ailəsinə pul vermək üçün idarə etdiyi “Naz Lifan” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahbuz şəhərindən çıxaraq Şərur rayon Yuxarı Daşarx kəndinə gəlmiş, yemək yedikdən sonra Şahbuz şəhərinə qayıtmaq üçün avtomobil ilə saat 21:00 radələrində Şərur rayonundan çıxmış, Naxçıvan şəhəri istiqamətində 80 km/saat sürətlə birinci hərəkət zolağında hərəkət etmişdir. Naxçıvan şəhər gömrüyünə yaxınlaşdığı zaman Naxçıvan şəhəri tərəfdən gələn avtomobilin əks istiqamətli zolağa çıxaraq onun idarə etdiyi avtomobilin üzərinə gəldiyini görmüş, həmin an aralarında 50 metr məsafə olmuşdur. Həmin avtomobillə toqquşmamaq üçün avtomobili sola çəkməyə çalışmış, lakin həmin avtomobil yüksək sürətlə onun avtomobilinə çırpılmış, avtomobili sürütlənərək dayanmışdır. Avtomobilin pəncərəsindən çıxmış, digər avtomobildə isə sürücü sıxışıb qalmışdır. Telefonla zəng edərək bölük komandirinə və atasına xəbər vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları sürücünü avtomobildən çıxarmış, təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınan və şahid qismində dirnirilmiş X9 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şərur rayon Yuxarı Daşarx kəndində yaşayır. Pul qazanmaq üçün il ərzində bir neçə ay Türkiyə Respublikasına işləmək üçün gedir. Qardaşı Pərviz əvvəllər Şahbuz rayonunda olan N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləyib. Pərvizin ailəsi isə yaşadıqları kənddə onların yanında yaşayır. Atasının deməsinə görə qardaşı Pərvizin xx.xx.2023-cü il tarixdə axşam saatlarında atasının mülkiyyətində olan “Naz Lifan 330” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kəndə gəlmişdir. Atası Pərvizdən nə üçün gəldiyini soruşduğunda həm ailəsini görmək üçün, həm də aylıq əmək haqqından ailəsinə vermək üçün gəldiyini demiş, Pərvizin yeməyini yedikdən sonra qeyd etdiyi avtomobil ilə Şahbuz rayonuna qayıtmaq üçün saat 22:40 radələrində evdən çıxmış, həmin gün saat 23:30 radələrində Pərvizin həyat yoldaşı onun atasına “Pərviz zəng etmişdi yol-nəqliyyat hadisəsi törətdiyini, narahat olmasınlar atama de xəstəxanaya gedirəm ora gəlsinlər” demişdir. Atası hadisə yerinə gedib baxdığında Vaz 21144 markalı avtomobil ilə toqquşduğunu görmüş, Pərviz isə xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X14 bildirmişdir ki, ailəsi ilə birlikdə Şərur rayon Yuxarı Daşarx kəndində yaşayır. Yaşadığı kənddə fərdi təsərrüfatla məşğuldur. Oğlu Pərviz xx.xx.2023-cü il tarixədək Şahbuz rayonunda olan N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləyi. xx.xx.2023-cü il tarixdə axşam saatlarında oğlu Pərviz onun mülkiyyətində olan “Naz Lifan 330” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kəndə gəlmiş, oğlundan nə üçün gəldiytini soruşduğunda həm ailəsini görmək üçün, həm də aylıq əmək haqqından ailəsinə vermək üçün gəldiyini demiş, oğlu Pərviz yeməyini yedikdən sonra qeyd etdiyi avtomobil ilə Şahbuz rayonuna qayıtmaq üçün saat 22:40 radələrində evdən çıxmışdır. Həmin gün saat 23:30 radələrində Pərvizin həyat yoldaşının ona “Pərviz zəng etmişdi. Yol-nəqliyyat hadisəsi törətdiyini dedi. Narahat olmasınlar atama de xəstəxanaya gedirəm ora gəlsinlər” demişdir. O, qardaşı və bacısı oğlu ilə “Kia Rio” markalı avtomobil ilə Naxçıvan şəhərinə gəlmək üçün kənddən çıxmışlar. Naxçıvan şəhərinə az qalmış qəza olan yeri görmüşlər. Hadisə yerinə baxıb xəstəxanaya getmişlər. Oğlunun idarə etdiyi avtomobil onun mülkiyyətində olmuşdur. Hadisə nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin avtomobil ekspert rəyinə görə 12400 manat qiymətləndirilmişdir. Təqsirləndirilən şəzs ona vurulmuş ziyanı ödəmişdir. Barışmışdır. Ona görə də mülki iddiasından imtina edir və ona münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə maşın sexində usta işləyir. 27 yanvar 2023-cü il tarixdə Şamxal adlı dostu zəng edərək həmkəndliləri və dostları Şövqinin yol nəqliyyat hadisəsi törətdiyini demiş, o da mülkiyyətində olan “Vaz 21099” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerinə gəlmişdir. Hadisə yerinin Naxçıvan-Sədərək avtomobil yolunda Naxçıvan şəhər Gömrüyünə az qalmış yerdə olmuşdur. Sədərək rayonu istiqamətində iki ədəd yarasız halda avtomobil dayandığını, onlardan birinin Şövqinin idarə etdiyi “Vaz 21144” markalı, digərinin isə “Naz Lifan” markalı avtomobil olduğunu görmüşdür. Hadisə yerində polis əməkdaşlarının və başqa şəxslərin olduğunu, hadisə yerində olan polis əməkdaşlarından Şövqini soruşduğunda polislərin Şövqini xəstəxanaya yola saldıqlarını demiş, idarə etdiyi avtomobil ilə Naxçıvan şəhərinə xəstəxanaya gəlmiş, Şövqinin xəstəxanada olduğunu və xəsarət aldığını eşitmişdir. Hadisədən bir həftə sonra Şövqini əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayır, avtomobil təmiri ilə məşğuldur. 27 yanvar 2023-cü il tarixdə Elşən adlı dostu zəng edərək həmkəndliləri və dostları Şövqinin yol nəqliyyat hadisəsi törətdiyini demiş, mülkiyyətində olan “Opel” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerinə gəlmişdir. Hadisə yeri Naxçıvan-Sədərək avtomobil yolunda Naxçıvan şəhər Gömrüyünə az qalmış hissədə olmuşdur. Sədərək rayonu istiqamətində iki ədəd yarasız halda avtomobil dayandığını görmüşdür. Onlardan biri Şövqinin idarə etdiyi “Vaz 21144” markalı, digərinin isə “Naz Lifan” markalı avtomobil idi. Hadisə yerində polis əməkdaşlarının və başqa şəxslərin olduğunu görmüşdür. Hadisə yerində olan polis əməkdaşlarından Şövqini soruşduğunda polislərin Şövqini xəstəxanaya yola saldıqlarını demişlər. İdarə etdiyi avtomobil ilə Naxçıvan şəhərinə xəstəxanaya gəlmişdir. Şövqi xəsarət almışdı. Xəstəxanada idi. Bir həftədən sonra Şövqini əməliyyat etmişlər. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 08 fevral 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 Şöbəsinə müvafiq tələbnamə göndərilmiş və alınmış 21 fevral 2023-cü il tarixli cavabda Təqsirləndirilən şəxs məhkumluğu olmadığı müəyyən olunmuşdur. Yol nəqliyyat hadisəsindən sonra sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin baş verməsi anında sərxoş olub-olmamasını müəyyən etmək məqsədi ilə Naxçıvan şəhər X24 X23 müayinə edilmişdir. Naxçıvan şəhər X24 X22 verilmiş xx.xx.2023-cü il tarixli 200 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü yol-nəqliyyat hadisəsinin baş verməsi anında sərxoş vəziyyətdə olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X3 xəsarətin xarakterini və dərəcələrini müəyyən etmək məqsədi ilə 28 yanvar 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli 93 №-li ekspert rəyində göstərilmişdir ki, X3 bədən səthi üzərindəki xəsarətlər: sağ qamış sümüyünün proksimal mütafizinin oynaqdaxili sınığı. Göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir və eləcə də avtoqəza nəticəsində yarana bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətlərinə aiddir. Naxçıvan Muxtar Respublikası X15 Şəxsin 01 fevral 2023-cü il tarixli 71 nömrəli məktubunda göstərilmişdir ki, 27 yanvar 2023-cü il tarixdə saat 23:55 radələrində X8 xəstəxananın Travmatologiya Şöbəsinə sağ qamış sümüyü proksimal ucun sınığı diaqnozu ilə daxil olmuşdur. İlk tibbi yardım göstərilmiş və həmin gün saat 01:20 radələrində Hospitala göndərilmişdir. Müdafiə Nazirliyi Baş Klinik Hospitalın 01 mart 2023-cü il tarixli 1163 saylı məktubunda göstərilmişdir ki, 050/867 nömrəli hərbi hissənin hərbi qulluqçusu MAHHXHQ əsgər X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək Müdafiə Nazirliyinin Baş X6 Bölməsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək Ürək-damar cərrahiyyəsi bölməsində avtoqəza, sağ qamış sümüyünün proksimal epifizinin qapalı oynaqdaxili yerdəyişməmiş sınığa görə aparılmış sağ aşağı ətrafın arxa gips langeti ilə immobilasiyasından sonrakı vəziyyət.Sağ aşağı ətraf dərin venaların seqmentar trombozuna görə aparılmış konservativ müalicədən sonrakı vəziyyət. Funksional proteinuriya. Hepatosteatoz. Hər iki budun yuxarı 1/3-nin stretokkon imoetiqası diaqnozu ilə stasionar müayinə və müalicə olmuşdur. Hadisə ilə bağlı 10 fevral 2023-cü il tarixdə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli157 saylıekspert rəyində göstərilmişdir ki, verilmiş məlumatlara əsasən, Naz Lifan LF7132F-330 markalı avtomobilin öz hərəkət yolunda 80 km/saat sürətlə hərəkətdə olması, Vaz 21144 markalı avtomobilin 100 km/saat sürətlə idarə olunmaz vəziyyətdə və tormozsuz hərəkətlə əks istiqamətli yola çıxması, əks istiqamətli zolağa keçərkən nəqliyyat vasitələri arasında 50 metr məsafə olması, yəni Naz Lifan LF7132F-330 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin kiçik müddətdə davam etməsi və toqquşmanın əks istiqamətli zolaqda baş verməsi şəraitinda Naz Lifan LF7132F-330 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü P.X25 LF7132F-330 markalı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Verilmiş məlumatlara əsasən, Vaz 21144 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin (3.24 maksimum sürətin məhtudlaşdırılması yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Naz Lifan 330 markalı avtomobilə dəymiş maddi ziyanı müəyyən etmək üçün 10 fevral 2023-cü il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə qərar qəbul edilmiş və rəy alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli 158 saylı ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş nöqsan aktına əsasən yol nəqliyyat hadisəsi zamanı “Naz Lifan 330” markalı avtomobilin tam yararsız vəziyyətə düşdüyündən, avtomobilin təmir olunmasının mümkün olmadığı müəyyənləşdirilmişdir. Naz Lifan 330 markalı sedan tipli, 2019-cu il buraxılış ili olan minik avtomobilinin orta bazar qiyməti 12400 (on iki min dörd yüz) manat həcmində müəyyən olunur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Vaz 21144” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə 27 yanvar 2023-cü il tarixdə saat 23:25 radələrində Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində idarə edərkən "X21" Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin (3.24 maksimim sürətin məhtudlaşdırılması) və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, həmin yolun 7-ci km-də avtomobil ilə ehtiyatsızlıqdan əks istiqamətli yola keçmiş və Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan “Naz Lifan LF7132F-330” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və “Naz Lifan LF7132F-330” markalı avtomobilin sürücüsü X1 qamış sümüyünün proksimal metafizinin oynaqdaxili sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirmiş və “Naz Lifan LF7132F-330” markalı avtomobilin mülkiyyətçisi X10 12400 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, onun nümayəndəsinin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş (Maddə 263-1. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 8.1 -ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və İctimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzam yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, təqsirini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışmasını, mülki iddianı ödəməklə mülki iddiaçı ilə barışmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-in 346.1- və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaçı X14 iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul olunduğuna görə mülki iddia üzrə icraata xitam verilmiş və bu barədə qərardad qəbul edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Naxçıvan Muxtar Respublikası DİN-in DYPİ-in duracağında yerləşdirilən “Vaz 21144” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və “Naz Lifan” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibinə qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6500 (altı min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Naxçıvan Muxtar Respublikası DİN-in DYPİ-in duracağında yerləşdirilən “Vaz 21144” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və “Naz Lifan” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar