Məhkəmə qərarları › İş №1(078)-15/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-15/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-15/2024 21.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2, zərərçəkmiş şəxs X2 vəkil və nümayəndəsi Müdafiəçi2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Şahbuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Ləzzət Şokalad və Biskivit fabriki MMC-nin anbardarı, evli, bir uşaq atası, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə, saat 1830 dəqiqədə idarə etdiyi Mercedes Benz E240 minik markalı, **- BB-*** dövlət nömrə nişanlı avtomobil ilə Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsinin yaşayış məntəqəsi daxilində saatda 60 km/saatdan çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda 70 km/saat sürətlə hərəkətdə olmuş, üfiqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran bütöv üfiqi nişanlama xətti) kəsib keçmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmalı olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin maddənin tələblərini pozaraq əks hərəkət yoluna çıxaraq həmin yolla hərəkətdə olan, Zərərçəkmiş şəxs1 idarə etdiyi QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan QAZ 31105 120 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 qaraciyərin cırılması, dalağın çıxarılması, qarın boşluğunda 1500 ml qan. Sağ said sümüklərinin yerini dəyişmiş sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurulmasına, habelə həmin avtomobildə olan sərnişin X1 mandibulyar bucağın kənar çıxıntısının yerdəyişmiş sınığı, sol gicgah çənə oynağının çıxığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az ağır zərər vurulmasına, habelə həmin QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön sol yarısında 4-6 qabırğalar arası nahiyyədə sıyrıqlar, burun qanadının sağ yarısında 2 ədəd sağ ağız bucaq nahiyyəsində alt çənənin ön sağ yarısında sıyrıqlar, sol bazunun yuxarı 1/3-nin iç səthində aşağı 1/3-nin iç səthində 8 ədəd kənarları hamar yaralar, aşağı 1/3-nin arxa səthində sıyrıq, sol diz oynağının ön səthində 4 ədəd yaralar, sol baldırın yuxarı 1/3-nin ön səthində 8 ədəd yaralar, sol pəncə sümüklərinin açıq sınığı, sol bud çanaq oynağının patoloji hərəkətli sınığı, sol pəncə sümüklərində sınıq, sağ diz oynağının iç səthində sıyrıq, sağ saidin 1\3-in ön səthində sıyrıq, döş qəfəsinin sol yarısında yumuşaq toxumaya qansızma, sol 11-12-ci qabırğalarda sınıq, sol ağ ciyərdə cırılma, döş boşluğunda 1800 ml qan nəticəsində inkişaf etmiş zədə şoku və qanitirmə ilə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində Mercedes Benz E240 minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili özü idarə etdiyini, həmin avtomobilin özünə məxsus olduğunu, 06 oktyabr 2023-cü il tarixdə işdən çıxıb ailəsini işlədiyi yerdən götürüb evə apardığını, avtomobilin “zastunkasın”da problem olduğundan Rövşən ustaya zəng vurduqda o da “işim var, yarım saata gələrsən” dediyini, Naxçıvan şəhəri C.Məmmədquluzadə küçəsi ilə Ekologiya və Təbii sərvətlər Nazirliyi istiqamətində Koroğlu heykəli istiqamətində hərəkət etdiyini, Koroğlu heykəlinin yanına çatanda svetoforun yaşıl işığının yandığını gördüyünü, avtomobili idarə etdiyi sürətlə hərəkətinə davam etdirib, avtomobili saxlamadığını, Koroğlu heykəlini keçib Bolmart marketi tərəfinə hərəkət edəndə sağ tərəfdəki küçədən avtobusun hərəkət etdiyi gördüyünü, həmin vaxt avtobusla arasında təxminən 10-15 metr məsafə olduğundan “avtobusu vuracam” düşündüyündən idarə etdiyi avtomobilin sürətini qaz verib artıraraq sola doğru çəkib və əks istiqamətli yola çıxdığını, həmin an əks istiqamətli yol ilə hərəkət edən Qaz 31105 markalı avtomobillə qabaqqabağa gəldiyini, elə o anda avtomobillərin toqquşduğunu, toqquşmanın təsirindən avtomobilin hava şarlarının açıldığını, avtomobil dayanandan sonra sol qabaq tərəf qapını açmaq istədikdə, qapının açılmadığını, bir nəfərin kənardan gəlib avtomobilin qapısını açıb köməklik göstərdiyindən avtomobildən düşdüyünü, hər iki avtomobilin əzilmiş vəziyyətdə olduğunu gördüyünü, o biri avtomobilin içərisində bir uşaq olduğunu, həmin uşağı arxa qapıdan götürüb tanımadığı bir avtomobillə xəstəxanaya apardıqlarını, hadisə yerinə polis əməkdaşları və fövqəladə hallar nazirliyinin əməkdaşlarının gəldiyini, hadisə yerinə polis əməkdaşlarının iki nəfər hal şahidi dəvət edib iştirakları ilə baxış keçirdiklərini, baxış zamanı hadisə yerinin fotoşəkillərinin çəkildiyini, sonra polis əməkdaşlarının onu aparıb sərxoşluq müayinəsindən və narkotestdən keçirdiklərini, hadisədən əvvəl avtomobili 70 km/saat sürətlə idarə etdiyini, avtomobilin içərisində tək olduğunu, idarə etdiyi avtomobillə avtobusu vurmamaq üçün avtomobili sola çəkdiyini, qaza basaraq avtobusun qabaq tərəfindən keçmək istədiyini, lakin həmin vaxt istəməyərək əks istiqamətlii yola çıxdığını, həmin vaxt həmin yolla hərəkət edən Qaz 31105 markalı avtomobillə toqquşduğunu, hadisənin qarşısını ala bilmədiyini və ağır yol nəqliyyat hadisəsi baş verdiyini, yolda hərəkət intensivliyinin normal, havanın aydın olduğunu, axşamçağı olduğundan havanın qaralmağa başladığını, hadisədən əvvəl əhval-ruhiyyəsinin normal olduğunu, özünü yaxşı hiss etdiyini, hadisə zamanı çox qorxduğunu, özünü narahat hiss etdiyini, hadisədən sonra bədənində arğılar olduğundan həkimlər tərəfindən müayinə olunanda sol əlində və ayağında sınıq olduğunun bildirildiyini, hadisə olmamışdan qabaq təxminən 15-20 metr məsafədən avtobusu gördüyünü, avtobusun dayanması üçün bir neçə dəfə işıq yandırıb söndürməklə işarə verdiyini, lakin avtobusun hərkətini dayandırmadığını, avtomobilin sürətini artıraraq avtobusun qabağından keçmək üçün avtomobili sola çəkdiyini, lakin idarə etdiyi avtomobillə əks istiqamətli yola çıxdığını və nəticədə Qaz 31105 markalı avtomobillə toqquşduğunu, avtobus sürücüsünün hərəkəti davam etdirdiyindən qəzanın baş verdiyini, avtobus sürücüsünün onun hərəkət etdiyi istiqamətə baxmadığını, bu halı ifadəsində bildirdiyini, avtobus sürücüsünün hərəkət etməklə qəza şəraiti yaratmasına görə özünü qismən təqsirli bildiyini, hərəkət edərkən avtomobilin sürətinin 80-90 km surət olduğunu, lakin avtobusu vurmamaq üçün qarşısından keçmək üçün sürəti artırdığını, işıqfora yaxınlaşanda yaşıl işığın yandığını, avtobusa işıq verdikdə saxlayacağını düşündüyünü, lakin onun saxlayıb bir də hərəkət etdiyini, avtobus olduğundan sərnişin apardığından vurmamaq üçün qarşısından keçdiyini, əksi istiqamət yolunu gördüyünü lakin avtomobil olduğunu görmədiyini, avtobusun qarşısında olduğundan qarşı tərəfdə hərəkət edən avtomobili görmədiyini, yol hərəkəti qaydalarını bildiyini, qəzanın qarşısını almalı olduğunu bildiyini, əks hərəkət yoluna çıxmaq hüququnun olmadığını bildiyini, zərərçəkmiş şəxslərlə müalicə vaxtı qohumlarının qardaşının və bibisi oğlunun maraqlandığını, müalicə xərclərinə kömək etmək istədiklərini, lakin razılıq olmadığını, bir dəfə qohumlarının xəstəxanaya getdiyi halda zərərçəkən tərəfin polisə müraciət etdiyini, yas xərci ilə əlaqədar təkliflərinin olduğunu lakin zərərçəkən tərəfin razılıq vermədiyini, hadisədən sonra onun avtomobili 160 kmsaat sürətlə idarə etməsi barədə ifadələr işlədildiyini, lakin onun avtomobili həmin surətlə idarə etməsinin mümkün olmadığını, həmin yolda surətlə idarə etməyin mümkün olmadığını, deyilən fikirlərə görə sürətin 70-80 olduğunu dediyini, lakin ekspertin araşdırmada sürəti müəyyən etdiyini, özünün həmin vaxtı hansı sürətlə idarə etməsini deməsinin dəqiq olmayacağını, əvvəllər hər hansı hadisə törətmədiyini, 2013-cü ildən avtomobil idarə etdiyini, hərəkət etdiyi yolda hərəkət surətinin maksimum 60 kmsaat olduğunu, hadisə yerində avtomobilə baxış keçirildiyini, spidometrə baxış keçirildiyini, lakin spidometrdə surət ölçənin sınaraq sıfra düşdüyünü, hadisə baş verərkən əyləcdən istifadə etməsini xatırlamadığını, zərərçəkmiş tərəfə ziyanla bağlı təkliflərinin olduğunu, 50000 manat təklif etdiklərini, razılıq olmadığını, iki otaqlı mənzil təklif etdiklərini lakin razılıq olmadığını, mülki iddia tələbi ilə əlaqədar real sübutların təqdim olunmadığını, bu səbəbdən qəbul etmədiyini, qanunauyğun qiymət verilməsini, törətdiyi əməldən peşman olduğunu, qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən X4 ifadəsində mərhum Zərərçəkmiş şəxs1 həyat yoldaşı olduğunu, onunla 2012-ci ildə ailə həyatı qurduğunu, həmin evlilikdən iki övladlarının olduğunu, 06 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində atasıgildən onların yaşadığı Babək şəhərindən çıxıb həmişə olduğu kimi Azərin avtomobili idarə edərək, özünün qızı Alisa ilə qabaqda sağ tərəfdə, oğlu Abbasın isə arxada sağ tərəfdə oturduqlarını, Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Koroğlu dairəsi istiqamətində gedəndə avtomobilə sol tərəfdən nəsə dəydiyini hiss etdiyini, lakin ondan sonrasını xatırlamadığını, səhərisi gün xəstəxanada 7 oktyabrda palatada gözünü açdığını, həmin vaxtı Vüsal həkim tərəfindən çıxmış çənəsinin salındığını, uşaq xəstəxanasında birinin, Respublikanskidə birinin yoldaşının da diaqnostikada olduğunu bildirdiklərini, sonra müayinələrdən keçdiyini, ağrıları çox olduğundan yenidən müayinə olunduqda çənənin qırılması, dişin qırılması olduğundan Bakı şəhərinə aparıldıqlarını, hadisə günü onların xəstəxanaya gətirilmələrini hər kəsin bir cür dediyini, 2023-cü ilin oktyabr ayının sonunda həyat yoldaşı Azərin idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillərin toqquşması nəticəsində Azərin rəhmətə getdiyini bildiyini, özünün çənəsinin yerindən çıxdığını və müxtəlif bədən xəsarətləri aldığını, oğlu Abbasın əməliyyat zamanı dalağının çıxarıldığını, əlavə olaraq sağ qolunun qırılmış və əməliyyat olunduğunu, qızı Alisanın üst dodağının cırılmış və tikiş qoyulduğunu, başından travma aldığını, Təqsirləndirilən şəxs özünü müdafiə ifadəsi verdiyini, hası sürətlə avtomobili idarə etdiyini etiraf etmədiyini, özünün və uşaqlarının xəsarətlər aldığını, müalicələr aldığını, təqsirləndirilən şəxsin onlarla maraqlanmadığını, hər hansı müalicə xərclərini ödəmədiyini, 50000 manata kimisə diriltməyin mümkün olmadığını, hazırda da müalicəsinin davam etdiyini, sığortanın olmasını hər kəsin bildiyini, lakin hərkəsində ödənişlə müalicə almağını da bildiyini, müalicələrin ödənişlə olduğunu, bu səbəbdən maddi itkilərin olduğunu, qızının 7 aylığında atasını itirdiyini, heç vaxt ata qayğısının sevgisinin nə olduğunu bilməyəcəyini, lakin təqsirləndirilən şəxsin ovladının yanında olduğunu, tələblərinin şişirdilmiş rəqəm olduğunu qarşı tərəfin bildirdiyini, uşaqlarının ata qayğısından məhrum olmasını 100000 manatın qaytara bilməyəcəyini, təqsirləndirilən şəxsin zamanı geriyə qaytara bilmədiyini, onların ağır itkilərinin və əziyyətlərinin olduğunu, xəsarətlərinə görə fiziki ağrılar çəkdiklərini, yoldaşının hərbiçi olaraq 10 il qüsursuz xidmət etdiyini, bir çox təltiflərinin olduğunu, peşəkar sürücü olduğunu, təqsirləndirilən şəxsin havadarlarına görə beş avtomobil dəyişdiyini, qohumlarının maddi dəstəyinə görə özünün və uşaqlarının müalicə aldığını, uşağının dalağının çıxarıldığını, dalağın qiymətinin 200000 manat olduğunu, təqsirləndirilən şəxsin maddi köməklik etmədiyini, əksinə maddi tələblərinin şişirdilmiş kimi qiymətləndirdiklərini, 100000 manatın çox olmadığını, mənəvi ziyan tələb etməsinin onun haqqı olduğunu, təcrübəsiz olduğu üçün ibtidai istintaq dövrü vəsatətlər və etirazlar vermədiyini, lakin xəsarətlərin düzgün verilmədiyi üçün məhkəmədə bu halları bildirdiyini, mülkü iddia ilə əlaqədar sübut olaraq avtomobilin yararsız olduğunu, qəza baş vermədiyi halda yas mərasimi üçün xərc çəkməyəcəyini, qara ciyərin çıxarılmasının, dalağın tikliməsinin müalicələrin aparılmasının Bakı şəhərində olduğunu, bunlar üçün xərcin çəkilməsinin hər kəsə məlum olduğunu, 20000 manata qarşı tərəfin çox deyəcəyini bilsəydi hətta taksiyə xərclədiyi vəsaiti, təyyarə biletləri üçün xərcləri çıxarıb təqdim edəcəyini, tələbi şişirdərək yazmadığını, uşaqlar üçün minimum yaşayış həddinin miqdarı olaraq 235 manat nəzərdə tutulduğunu iki uşağa 3 il ərzində ödənilməsini və ailə başçısının itirilməsinə görə onun aylıq qazancından məhrum olduqları 3 ilik müddəti nəzərdə tutub qeyd etdiyini, uşağının dalağının çıxarıldığını, onun bərpası üçün küllü miqdarda vəsaitin lazım olduğunu, mülki iddia tələbinin təmin olunmasını, təqsirləndirilən şəxsin qanuni cəzalanmasını xahiş etdi. Məhkəmə iclasında pedaqoqun iştirakı ilə zərərçəkmiş şəxs qismində ifadəsi alınan Zərərçəkmiş şəxs2 nənəsigildən gələrkən yolda avtomobilin sol tərəfindən nəsə dəydiyini və ondan sonra isə nə olduğunu xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində avtobus sürücüsü olduğunu, Naxçıvan MR Dövlət Nəqliyyat Xidməti PHŞ-də işlədiyini, həmin xidmətə məxsus King Long markalı **-AC-*** dövlət nömrə nişanlı avtobusu idarə etdiyini, Mercedes Benz E240 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, QAZ 3110 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sürücü mərhum Zərərçəkmiş şəxs1 əvvəlcədən tanıdığını, onunla və onun ailəsi ilə arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, 2 nömrəli maşrut üzrə avtobus sürücüsü olaraq 2 ildir ki, avtobus idarə etdiyini, əvvəllər Bakı şəhərində də avtobus idarə etdiyini, ümumilikdə 8 ildir avtobus idarə etdiyini, xx.xx.2023cü il tarixdə saat 18 radələrində 2 nömrəli maşrut üzrə 8-ci reysi getdiyini, bir reysin bir saat 20 dəqiqə çəkdiyini, 20 dəqiqədə avtobus çıxışında gözlədiyini, həmin marşrut xətti üzrə həmişə olduğu kim Daxili qoşunların qabağından sola tərəfə dönüb Koroğlu dairəsi istiqamətində hərəkət etdiyini, avtobusu İstedad kurslarının qarşısında saxlayıb orada şagirdləri götürdüyünü, həmin vaxt avtobusa 15 nəfər şagirdin mindiyini, avtobusun içərisində də əlavə 15-20 nəfər olduğunu, avtobusu idarə edəndə avtobusun içərisinin sərnişlərlə dolu olduğunu, idarə etdiyi avtobusla yolayrıcına gəldiyini, Badamlı zavodunun qarşısında Koroğlu dairəsinə tərəf dönmə əməliyyatı yerinə yetirərkən əsas yola çıxan zaman birinci sol tərəfə baxdığını, bir avtomobilin gəldiyini gördüyünü, avtomobili saxlamadan hərəkət sürətini azaldıb sol tərəfindən gələn avtomobilin arxadan keçsin deyə bir qədər irəli getdiyini, həmin vaxt sol tərəfdən gələn avtomobili görmədiyini, həmin vaxt sağdan gələn avtomobilləri gözləyib yola daxil olmaq istəyəndə sağdan mərhum Azərin idarə etdiyi QAZ 3110 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili ilə qoşa xəttə tərəf sol zolaqla hərəkət etdiyini gördüyünü, Azərin salamlaşmaq üçün siqnal verdiyini, özünün də ona siqnal verdiyini, birdən avtobusun içərisindəki sərnişinlərin çığırmağa başladıqlarını, üzünü sola çevirib baxanda sol tərəfdən sürətlə gələn Mercedes Benz markalı avtomobilin qarşısından keçib əks istiqamətli yola çıxıb həmin vaxt sol zolaqla hərəkət edən Azərin idarə etdiyi QAZ 3110 markalı **-BH-*** dövlət nömrə nişanlı nömrəli avtomobillə toqquşduğunu gördüyünü, toqquşmadan əvvəl Mercedes Benz markalı avtomobilin çox sürətlə hərəkət etdiyini, toqquşma zamanı çox güclü tappıltı səsi gəldiyini, duman tüstü çıxdığını, toqquşmanın gözünün qabağında olduğunu, hadisəni aydın gördüyünü, toqquşma zamanı Azərin ağzından qan gəldiyini, ətrafda olan avtomobillərin sürücülərinin düşüb hadisə yerinə gəldiyini, həmin vaxt Fövqəladə hallar nazirliyinin əməkdaşlarının da hadisə yerinə gəldiklərini, toqquşma zamanı toqquşmanın təsirindən və səsindən avtobusun içərisində olan şagirdlərin narahat olub, 4-5 nəfər şəxs üzündən getdiyini, avtobusda da su olmadığından hər kəs narahat olduğundan, avtobusu Fövqalədə Hallar Nazirliyinin qarşısındakı dayanacaqda saxlayıb yerə düşmək istəyəndə içəridə olan sərnişinlərin özündən getdiyini gördüyünü, bir qadının su-su uşaq özündən getdi deyə çığırdığını, həmin vaxt şagirdlərdən birinin avtobusdan düşüb marketdən su aldığını, təcili tibbi yardım avtomobilinin yaralılardan birini apardığını, sonra da maşrut xətti üzrə hərəkətinə davam etdiyini, istedad kursları tərəfdən gəlib İran konsulluğu tərəfdən, yəni Ukrayna kafesi tərəfindən gələn nəqliyyat vasitələrini görmədiyindən, idarə etdiyi avtobusla baş yola çıxmaq üçün göstərilən xəttdə avtobusu tam saxlamadığını, avtobusun hərəkətini tam saxlamadan yavaş-yavaş hərəkət edib əsas yola daxil olanda sol tərəfdən avtomobil gəldiyini gördüyünü, gələn avtomobilin avtobusun arxasından keçsin deyə özünün də avtobusu qabağa verdiyini, sərnişinlərin səs-küy edən zaman yolun ortasında dayanıb sağdan gələn avtomobilləri buraxdığını, səs-küy zamanı yola baxanda Mercedes Benz E240 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin çox sürətlə gəlib əks istiqamətli yola çıxdığını gördüyünü, toqquşmanın gözünün qabağında olduğunu, ağır toqquşma hadisəsi baş verdiyini, marşrut xətti üzrə hərəkətini bitirib sənişinlər getdikdən sonra hadisə yerinə gəldiyini, lakin hadisə yerinin yığışdırıldığını gördüyünü, hadisə nəticəsində xəsarət alan Azəri və ailəsini xəstəxanaya apardıqlarını, ardınca da Azərin rəhmətə getdiyini eşitdiyini, Azəri uşaqlıqdan tanıdığını, onunla eyni məhlədə böyüdüyünü, onunla arasında yaxşı münasibətin olduğunu və qardaşları ilə dost olduğunu, yol nəqliyyat hadisəsinin Badamlı zavodun qabağında baş verdiyini, orada Koroğlunun heykəlinin yerləşdiyini, həmin yolda sağdan və soldan gələn avtomobillərin hərəkətinin işıqforla nizamlandığını, lakin marşurut xətti üzrə həmin hissəyə daxil olduqları yolla hərəkət edən avtomobillərin hərəkətlərini isə işiqforun nizamlamadığını, özlərinin yola baxıb çıxdıqlarını, həmin vaxtı sağ tərəfdən gələn avtomobillərdən birinin işıqforu keçdiyini, yaşıl işıq yandığını, sağdan da 4-5 avtomobilin gəldiyini, özünün də avtomobili yolun ortasında saxladığını, həmin vaxt hava şəraitinin normal və açıq hava olduğunu, yolda yol nişanlarının, yol xətlərinin çəkildiyini, həmin yolda avtobus sürücülərinin çox əziyyət çəkdiyini, istər-istəməz digər yola daxil olmaq üçün yolda dayandıqlarını, avtomobillər gedəndən sonra yola daxil olduqlarını, idarə etdiyi avtobusla Azərin idarə etdiyi avtomobilin arasında təxminən 10-12 metr məsafə olduğunu, Azərin idarə etdiyi avtomobilin gəldiyi istiqamətdəki yolun işıqforun toqquşmadan əvvəl qırmızıya 2-3 saniyə keçdiyini, Azər də idarə etdiyi avtomobillə işıqfora tərəf yavaş-yavaş hərəkət etdiyini, onun qabağında işıqfora qədər 15-20 metrlik məsafə olduğunu, hadisə olan yerdə işiqfora baxıb qırmızı olduqda hərəkət etdiklərini, yola çıxmaq üçün tam görə bilmələri üçün hərəkət hissəyə daxil olmaq məcburiyyətində olduqlarını, çünki, sol tərəfdən gələn avtomobilləri görməklərinə tikilinin mane olduğunu, işıqfor qırmızı olduqda yola daxil olub sağdan gələn avtomobilləri gözləyib hərəkət zolağına keçid etdiklərini, hərəkət zolağına daxil olanda sola baxanda mersedes markalı avtomobilin 500-600 metr aralıda olduğunu, bir anda mersedes markalı avtomobilin ona çatdığını gördüyünü, mersedes markalı avtomobilin surətli gəldiyini, təxminən 150-170 km/saat sürətlə gəldiyini, 100-120 km/saat sürətlə gəldiyi halda saxlamağın mümkün olduğunu, özünü itirdiyi üçün avtobusun qarşısından keçdiyini, sürətli gəldiyi üçün avtobusun arxasından keçə bilmədiyini, avtobus yolu bağladığı üçün təqsirləndirilən şəxsin mərhumun avtomobilini görə bilmədiyini, ani olaraq qarşı tərəfə keçərək qəza törətdiyini, hərəkət zolağına daxil olarkən işiqforun qırmızı işığının yandığını, yaşıl işığın yanması üçün 5-10 saniyə qaldığını, qəzanı görən sərnişinlərdən tələbələrin ürəyinin getdiyini, onlara su vermək üçün irəliyə sürdüyünü, sonradan hadisə yerinə gəldiyini, işıqforun qırmızı işığının yandığını görəndə yola daxil olduqlarını, hadisədən iki ay sonra onu istintaq orqanına dəvət etdiklərini, onun barəsində bu hadisəyə görə inzibati xəta protokolu tərtib olunaraq 40 manat cərimə olunduğunu, həmin protokoldan şikayət vermədiyini, lakin şikayət verəcəyini, avtobusun hərəkət istiqamətini necə müəyyən ediblərsə o, istiqamətdə hərəkət etdiklərini, həmin yerdə hərəkətdə olan narahatçılıq üçün müraciət etdiklərini, lakin bu gündə əvvəlki qaydada hərəkət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində yol nəqliyyat hadisəsi nəticəsində ölən, QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sürücü mərhum Zərərçəkmiş şəxs1 qaynı olduğunu, bacısı X2 həyat yoldaşı olduğunu, Zərərçəkmiş şəxs2 və X8 bacısı uşaqları olduğunu, Mercedes Benz E240 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, bacısı qızı Alisanın hadisədən sonra Naxçıvan MR Uşaq xəstəxanasında Reanimasiya Şöbəsinə yerləşdirildiyini, 2023-cü ilin oktyabr ayının 9-da saat 22:18 radələrində Alisanın xəstəxanada olduğu vaxtda xalası Leylanın və qızı Nigarın orada olduğunu, xəstəxananın çölündə isə xalasıoğlu Adilin və dostu Xəlilin orada olduğunu, xalasıoğlu Adilin zəng vurub “avtoqəza nəticəsində Mercedes Benz markalı avtomobilin sürücüsünün yaxınlarının gəldiyini, birinin Daxili İşlər Nazirliyinin işçisi, birinin isə Respublika Prokurorluğunun işçisi kimi təqdim etdiklərini dediyini, həmin vaxt Azəri avtoqəza nəticəsində itirdiklərindən ailəsinin də xəsarət aldığından, bacısı Münəvvərin də hadisə nəticəsində xəsarət aldığından Azərin öldüyünü bilmədiyindən ailəlikcə bu avtoqəzanın narahatçılığını yaşadıqlarını, onların gəlib elə hərəkət etmələrinin onları narahat elədiyini, buna görə 102-yə zəng vurub polisə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sahibinin Şahid4 olduğunu, avtomobili təxminən 2 il bundan əvvəl Şahid4 aldığını, həmin avtomobili bir il idarə etdiyini, idarə etdiyi müddətdə avtomobilin saz vəziyyətdə olduğunu, rahat avtomobil olduğunu, 2004-cü ilin avtomobili olduğunu, QAZ 3110 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili Şahid4 alsa da, avtomobilin Şahid4 adında qaldığını, Zərərçəkmiş şəxs1 bir ildir tanıdığını, Zərərçəkmiş şəxs1 hərbiçi olduğunu, onu Qaraxabəyli kəndində yerləşən hərbi hissədə işləyən zaman onunla münasibətinin yarandığını, avtobus parkının yanında avtoservisdə usta işləyəndə QAZ 3110 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili özünün idarə etdiyini, Azərin də Vaz 21074 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili olduğunu, Azərin yanına gəlib-getdikcə “gəl avtomobilləri dəyişək” dediyini, razılaşıb Azərlə avtomobilləri barter elədiklərini, Azərlə birlikdə 1 nömrəli Nikah evində yerləşən notariat ofisinə gedib, Azər hərbiçi olduğundan avtomobili həyat yoldaşının adına keçirdiklərini, Şahid4 adına olan QAZ 3110 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili Azərin həyat yoldaşı Münəvvərə satdığını, Azərin də idarə etdiyi Vaz 21074 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili ona satdığını, Avtomobilləri etibarnamə ilə aldıqlarını, xx.xx.2023-cü il tarixdə, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə qəza keçirib nəticədə öldüyünü eşitdiyini, Mercedes Benz E240 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını və onunla arasında heç bir münasibətin olmadığını, QAZ 3110 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin texniki baxışdan keçirildiyini və saz vəziyyətdə olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş: 06 oktyabr 2023-cü il tarixli, 151 nömrəli sərxoşluq vəziyyətinin tibbi müainəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. 06 oktyabr 2023-cü il tarixli, 39 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyin məqsədilə aparılan tibbi müayinə protokolunda Təqsirləndirilən şəxs sidik testi vasitəsilə müayinə olunduğu və nəticəsinin mənfi olduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış protokolundan müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi 06 oktyabr 2023-cü il tarixdə saat 18:23 dəqiqədə gündüz vaxtı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Koroğlu dairəsinin yanında yaşayış məntəqəsində baş vermişdir. Həmin hadisə yeri küçələrin kəsişməsində yerləşir ki, Koroğlu dairəsi ilə Ə.Əliyev küçəsi, C.Məmmədquluzadə küçəsi və İstedad kursları istiqamətindən Koroğlu dairəsi istiqamətində olan yolllar kəsişir. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Koroğlu dairəsində yolların kəsişməsi svetofor ilə nizamlanır, lakin İstedad kursları tərəfdən gələn yolda svetofor yoxdur. Yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 36,60 metrdir. Naxçıvan şəhəri Ə.Əliyev küçəsindəki yolun hərəkət zolaqlarının sayı 4dür, Qaz 3110 markalı avtomobilin hərəkət etdiyi hərəkət zolağının eni isə 3,90 metr, Mercedes Benz markalı avtomobilin hərəkət etdiyi hərəkət zolağının eni isə 4,25 metrdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilmişdir. Ə.Əliyev küçəsində Koroğlu dairəsi istiqamətində svetofor, piyada keçidi var. Həmçinin yol hərəkət hissəsində üfuqi nişanlama xəttləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşları, səki birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 1,6 metrdir. Soldan isə əks istiqamətli yol və yolayrıcı, yolun kənarlarında köbə daşları və səki var. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında Türkiyə və İran konsulluqlarının inzibati binaları, İstedad kursları istiqamətindən gələn yol, yolun kənarlarındakı parklar yerləşir. Yolun solunda isə, Badamlı su zavodu, Cahan Tobocco və yaşayış binaları yerləşir. Yol nişanları var: Belə ki, 1.13 kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə, dayanmalı olduğu yeri göstərən yol nişanı və ona yaxınlaşmanı bildirən 1.20 yol nişanlaması vardır. Əks istiqamətli hərəkət hissələrini ayıran qoşa xəttin üstündə- yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərən 1.11 yol nişanlaması vardır; 1.16.1-1.16.3 - nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir; 1.16.1 əks istiqamətli nəqliyyat axınlarını ayırır; 1.18 - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir. Yol Naxçıvan şəhər küçə işıqları vasitəsilə işıqlandırılır. Sürücü yerindən gün işığında görünüş məsafəsi 100 metrdən çoxdur. Toqquşma yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları – toqquşma yeri Naxçıvan şəhri Ə.Əliyev küçəsində əks istiqamətli yolda Qaz 3110 markalı 75-BH- 431 dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir ki, qoşa xətdən toqquşma yerinə qədər məsafə 2,50 metr, qoşa xətdən Mercedes Benz markalı avtomobili durduğu yerə qədər məsafə 3,50 metr, toqquşma yerinə qədər sürüşmə təkər izi 7,40 metrdir. Toqquşmadan sonra Qaz 3110 markalı avtomobil yolun sağ kənarında bardürə tərəf dayanmışdır ki, Qaz 3110 markalı avtomobil dayandığı yerlə Mercedes Benz markalı avtomobilin dayandığı yer arasındakı məsafə 7 metr, Qaz 3110 markalı avtomobil dayandığı yerdən sol tərəfdəki qoşa xəttə qədər məsafə 11,60 metr, qabaq sağ təkərdən bardürə qədər məsafə 3,10 metr, arxa sağ təkərdən bardürə qədər məsafə isə 3,75 metrdir. Mercedes Benz markalı avtomobilin qabaq tərəfindən düz xətt üzrə bardürə qədər məsafə isə 9,10 metrdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi МТЕ və PA birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 81 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyidi məhkəmə-tibbi müainə olunarkən, onun bədən səthində döş qəfəsinin ön sol yarısında 4-6 qabırğalar arası nahiyyədə sıyrıqlar, burun qanadının sağ yarısında 2 ədəd sağ ağız bucaq nahiyyəsində alt çənənin ön sağ yarısında sıyrıqlar, sol bazunun yuxarı 1/3-nin iç səthində aşağı 1/3-nin iç səthində 8 ədəd kənarları hamar yaralar, aşağı 1/3-nin arxa səthində sıyrıq, sol diz oynağının ön səthində 4 ədəd yaralar, sol baldırın yuxarı 1/3-nin ön səthində 8 ədəd yaralar, sol pəncə sümüklərinin açıq sınığı, sol bud çanaq oynağının pataloji hərəkətli sınığı, sol pəncə sümüklərində sınıq, sağ diz oynağının iç səthində sıyrıq, sağ saidin 1\3-in ön səthində sıyrıq, döş qəfəsinin sol yarısında yumuşaq toxumaya qansızma, sol 11-12-ci qabırğalarda sınıq, sol ağ ciyərdə cırılma, döş boşluğunda 1800 ml qan var. Göstərilən xəsarətlər həyati olub küt əşyanın təsirindən törənmişdir. Müddəti qərarda göstərilən tarixə uyğundur, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarəti vurmaqla ölümlə nəticələnmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb almış olduğu xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində yaranmağa xarakterikdir. Mərhum Zərərçəkmiş şəxs1 ölümündən əvvəl spirtli içki, narkotik vasitə və psixotrop maddə qəbul etməmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb almış olduğu xəsarətlər hesabına törənmiş travmatik şok və orqanizmin kəskin qan itirməsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi МТЕ və PA birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1797 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində qarnının küt travması, daxili qanaxma, dalağın cırılması, göstərilən xəsarətlərin küt əşyanın təsirindən yarandığı, həmçinin bilavasitə avto-qəza nəticəsində yarandığı, müddəti qərarda göstərilən tarixə uyğundur, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi МТЕ və PA birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1799 nömrəli ekspert rəyindən görünür ki, X2 bədənində sol mandibulyar bucağın kənar çıxıntısının yerdəyişməmiş sınığı, sol gicgah çənə oynağının çıxığı, göstərilən xəsarətlərin küt əşyanın təsirindən yarandığı, həmçinin bilavasitə avtoqəza nəticəsində yarandığı, müddəti qərarda göstərilən tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır dərəcəli bədən xəsarətinə aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi МТЕ və PA birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1804 nömrəli ekspert rəyindən görünür ki, X8 bədənində aşkar edilmiş xəsarətlər, digərkəllə daxili travmalar göstərilən xəsarətlərin küt əşyanın təsirindən yarandığı, həmçinin bilavasitə avto-qəza nəticəsində yarandığı, müddəti qərarda göstərilən tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərərvurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1220 nömrəli ekspert rəyindən görünür ki, 2004cü il buraxılışlı, QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 5500 manatdır, təqdim edilən maddi ziyan aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 10%-ni təşkil edir. Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 5500 manat olmuş 2004-cü il buraxılışlı, QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 4950 (5500-10%) manat müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1222 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E240 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək sürətlə 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspert rəyinə əsasən King Long markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 13-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə dayanmalı olduğu yeri göstərir. Qeyd olunur ki, hadisə zamanı King Long markalı avtobusla hər hansı nəqliyyat vasitəsi arasında toqquşma baş verməmişdir. Ona görə də, King Long markalı avtobusun hər hansı nəqliyyat vasitəsi ilə toqquşmaması nəzərə alınmaqla sürücü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 13-cü bəndinin tələblərinə uyğunsuzluq hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətlərinə aid deyildir və tam hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Həmçinin rəydə qeyd olunur ki, sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin öz hərəkət zolağı ilə hərəkətdə olması qarşıdan əks istiqamətdə hərəkətdə olan Mercedes Benz E240 minik markalı avtomobilin onun hərəkət yoluna çıxması, hərəkət üçün təhlükə yaratması, toqquşmanın QAZ 31105 120 markalı avtomobilin hərəkət yolunda baş verməsi və Mercedes Benz E240 minik markalı avtomobilin əks istiqamətli yola keçdiyi andan toqquşana kimi 70 km /saat sürətlə 2,5 metr məsafə qət etməsi, yəni QAZ 31105 120 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin kiçik müddətdə davam etməsi şəraitində QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən Mercedes Benz E240 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı və «QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan MR DİN-nin mühafizə olunan dayanacağında saxlanılır. Məhkəmə istintaqı zamanı təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq rəylər alınmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi МТЕ və PA birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində qaraciyərin cırılması, dalağın çıxarılması, qarın boşluğunda 1500 ml qan. Sağsaid sümüklərinin yerinidəyişmiş sınığı müəyyən edilmiş, göstərilən xəsarətlərin yolnəqliyyat hadisəsi zamanı yarandığı, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi МТЕ və PA birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04 nömrəli ekspert rəyindən görünür ki, X2 bədən səthində sol gicgah çənə oynağının çıxığı, sol mandibulyar bucağın kənar çıxıntısının yerdəyişmiş sınığı müəyyən edilmiş, göstərilən xəsarətlərin küt əşyanın təsirindən törənməsi eləcədə yol-nəqliyyat hadisəsi zamanı yarana biləcəyi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi МТЕ və PA birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03 nömrəli ekspert rəyindən görünür ki, X8 bədən səthində üst dodağında yara yeri, kəllə daxili travma müəyyən edilmiş, göstərilən xəsarətlərin yolnəqliyyat hadisəsi zamanı yarana biləcəyi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 xx.xx.2023-cü il tarixli 1507 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxsY.Budaqov adına Naxçıvan MR X7 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissədən daxil olan mərhum Zərərçəkmiş şəxs1 xidmətdə olduğu son 1 illik pul təminatı barədə arayışa əsasən cəmi 12939.54 manat pul təminatı olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin başlanmasına səbəb, 06 oktyabr 2023-cü il tarixdə, saat 18:30 dəqiqədə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E240 minik markalı, **- BB-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi ilə hərəkət edib Koroğlu dairəsini keçərək Ə.Əliyev küçəsi ilə hərəkətini davam etdirən zaman əks istiqamətli yolda hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi QAZ 31105 120 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması və nəticədə QAZ 31105 120 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəstəxanaya aparılarkən yolda ölməsi, Mercedes Benz E240 minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs aldığı xəsarətlər ilə Naxçıvan MR Xəstəxanasına daxil olması faktı olmuş, əsas isə ölüm və xəsarətlə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması və himayəsində azyaşlı uşağının olması yüngülləşdirici hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsnın məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 19 dekabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzasının başlanğıcı həbsə alındığı vaxtdan hesablanmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmə müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitasini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azerbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 181.3-cü maddəsinə əsasən, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərara əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə istənilən şəxsin hüququnun pozulmasının müəyyən olunması, özlüyündə mənəvi ziyanın mövcudluğunu ehtiva edir. Məhkəmə mülki iddiaçıya mənəvi zərərin vurulmasını müəyyən etsə də, hesab edir ki, mülki iddiaçının mənəvi zərərə görə mülki cavabdehdən tələb etdiyi 100000 (yüz min) manat ağlabatan deyildir və buna görə də, mülki cavabdehdən mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun alınaraq, mülki iddiaçıya verilməsini ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli mənəvi zərərə görə 5000 (beş min) manat və vurulmuş maddi zərərə görə 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - zərərçəkmiş şəxs X3 ödənilməli, mülki cavabdeh – Təqsirləndirilən şəxs 127.80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəməyə dəfn, müalicə və sair xərclərin əvəzi olaraq 20000 manat mülki tələb verilsədə bu tələbi təsdiq edən sübutlar mülki iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə tərəfindən verilən sorğuya Naxçıvan MR Dini Qurumlarla iş üzrə Dövlət Agentliyindən verilən 10 may 2024-cü il tarixli 01/80 nömrəli cavab məktubundan görünür ki, bir şəxsin dəfninə və dəfni ilə bağlı keçirilən mərasimlərə çəkilən xərclər mərasim evləri üçün (hər gün üçün 50 manat) olmaqla 150 manat, cənazənin dəfn üçün hazırlanması 200 manat, mərasimi idarə edən din xadimləri ümumi 200 manat, mərasim zalında işləyən xidmətçilər 3 gün ümumilikdə 4 xidmətçi olmaqla 300 manat, mərasimdə çay və ehsan süfrəsinin verilməsi (3 günlük)1250 manat, ümumilikdə bir cənazə üçün 3 günlük təziyə mərasiminin saxlanılması xərci ümumilikdə 2100 manat təşkil edir. Məhkəmə hesab edir ki, dəfn və yas mərasimin saxlanması ilə əlaqədar təqdim olunmuş qiymətlər əsas götürülərək 2100 manat mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - zərərçəkmiş şəxs X3 ödənilməlidir. Müalicə və sair xərclərlə əlaqədar sübutlar təqdim edilmədiyindən təmin oluna bilməz. Məhkəmə avtomobilin dəyərinin əvəzi olaraq 5500 manat tələbə münasibətdə hesab edir ki, tələb təmin olunmalıdır. Belə ki, avtomobil Şahid4 mülkiyyətində olsada iş üzrə verilmiş ifadələrdən görünür ki, avtomobil mərhum Zərərçəkmiş şəxs1 tərəfindən dəyəri ödənilməklə əldə olunmuş və etibarnamə əsasında istifadəsində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1220 nömrəli ekspert rəyindən görünür ki, 2004cü il buraxılışlı, QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 5500 manatdır, təqdim edilən maddi ziyan aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 10%-ni təşkil edir. Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 5500 manat olmuş 2004-cü il buraxılışlı, QAZ 31105 120 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 4950 (5500-10%) manat müəyyən edilir. Məhkəmə ailə başçısının itirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq 34632 manat tələbinə münasibətdə hesab edir ki, tələb təmin oluna bilməz. Belə ki, X11 Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən; 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;https://e-qanun.az/framework/11566 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən bildirir ki, mülki iddiaçının mülki cavabdehdən ailə başçısının itirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq 34632 manat tələbinin təmini üçün əsas olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut olan Naxçıvan MR DİN-in DYPİ-nin duracağında saxlanılan Mercedes Benz E240 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan Naxçıvan MR DİN-in DYPİ-nin duracağında saxlanılan QAZ 31105 120 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs X3 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 ve 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Naxçıvan MR DİN-in DYPİ-nin duracağında saxlanılan Mercedes Benz E240 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan Naxçıvan MR DİN-in DYPİ-nin duracağında saxlanılan QAZ 31105 120 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs X3 qaytarılsın. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi və mənəvi zərərə görə 12600 (on iki min altı yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - zərərçəkmiş şəxs X3 ödənilsin. Mülki cavabdeh – Təqsirləndirilən şəxs 127.80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar