Məhkəmə qərarları › İş №1(078)-17/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-17/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-17/2023 07.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:00 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, dəmirçi malyar işləyən, əvvəllər məhkum olunmayan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 4(078)28/2023 nömrəli 15 mart 2023-cü il tarixli qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsir edən maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib xx.xx.2023-cü il tarixdə 1 ədədi 5 manat olmaqla 7 ədədini 35 manata Naxçıvan şəhər sakini X2 və bundan əlavə həmin tarixlərdə satış əldə etdiyi həmin preqabalin güclü təsir edən maddədən 2 ədədini 9 litr benzin qarşılığında Naxçıvan şəhərində X15 vermiş və xx.xx.2023-cü il tarixdə saat 15:30 dəqiqədə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin Cinayət Axtarış üzrə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X18 narkotik vasitələr və psixotrop maddələr istifadə etməkdə və saxlamaqda şübhəli bilindiyindən Naxçıvan Şəhər Polis İdarəsinə gətirilərək şəxsi axtarış anı üzərindən 2 ədəd kapsulada güclü təsir edən maddəsinin miqdarı 0.3 qram olan preqabalin aşkar edilərək götürülmüşdür. İstintaq zamanı Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham müdafiəçisinin iştirakı ilə ona elan olunmuş, həmçinin hüquq və vəzifələri ona izah edilərək dindirilmiş və barəsində Naxçıvan şəhər məhkəməsinin 15 mart 2023-cü il tarixli 4(078)-28/2023 nömrəli qərarı ilə barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilən protokollarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Fərdi şəkildə avtomobil təmir ustası işləyir. Təxminən 2 il arada-düşəndə narkotik vasitə olan marixuana və heroindən istifadə edib. Təxminən 3-4 il olar ki, Narkoloji Disponserdə müalicə aldıqdan sonra narkotiki tərgitsə də, belində sinir ağrıları olduğundan həkimin yazdığı resept əsasında preqabalin psixotrop maddəsindən istifadə etmiş, sonradan reseptlə preqabalin ala bilməmişdir. Tutulmamışdan təxminən 10 gün əvvəl əvvəlcədən tanıdığı Nərminə adlı qadın ona zəng vurub ondan valideyinlərinin qəbrini ziyarət etməsi üçün onu Babək rayonu Çeşməbasar kəndinə qəbristanlığa aparmağı istəmiş və o, Nərminəni Çeşməbasar kənd qəbristanlığına aparanda, Nərminə Naxçıvan şəhər qəbristanlığının qarşısında ona “avtomobili saxla düşüb gül alım” demiş, Nərminə avtomobildən düşüb gül alıb yenidən avtomobilə əyləşərkən onun narahat olduğunu görüb ondan nə olduğunu soruşmuşdur. Nərminə də ona belində olan yırtığa görə belinin ağrıdığını dedikdə, Nərminəyə "mənim də ayaqlarım bərk ağrıyır, bir dərman var, Şəfa xəstəxanasında Zakir həkim yazır onu atanda ağrılarım keçir, amma həkim güclü ağrıkəsicini mənə yazmır" cavabını vermişdir. Nərminənin Çeşməbasar kəndində yerləşən qəbirstanlıqda valideyinlərinin qəbirlərini ziyarət etdikdən sonra qayıdıb Naxçıvan şəhərinə gələndə avtomobili Şəfa xəstəxanasının qarşısında saxlayıb Nərminədən "düşüb Zakir həkimdə dərman yazdırmasını" istəmişdir. Nərminə ona həkimə getmək üçün pulunun olmadığını dedikdə, Nərminəyə "sənə 20 manat verim get Zakir həkimin yanına, ona belinin ağrıdığını de, o, sənə dərman yazacaq, preqabalin dərmanını yazdır, alarıq səndə istifadə edərsən mən də" demiş, Nərminə həmin dərmanın nə olduğunu soruşduqda ona dərmanın sadəcə güclü ağrıkəsici dərman olduğunu demişdir. Nərminəyə 20 manat pul verib onu Zakir həkimin yanına göndərmişdir. Təxminən 20 dəqiqə sonra Nərminə geri qayıdaraq Zakir həkimin ona 30 tabletka preqabalin dərmanı yazdığını və həmin dərmandan gündə 1 dəfə, 1 tabletka istifadə edə biləcəyini demiş, həmin dərmanı almaq üçün birlikdə Respublika Xəstəxanasına getmişlər. Həmin dərmandan istifadə etdiyinə görə həmin dərmanın 30 tabletkasının təxminən 15 manat olduğunu bildiyi üçün preqabalin almaq üçün 15 manat pulu Nərminəyə verib onu aptekə göndərmiş, Nərminə dərmanı alıb gətirdikdən sonra, həmin dərmandan 20 tabletkasını özünə götürüb qalan 10 ədədini Nərminəyə vermiş, sonra Nərminəni evlərinə aparmışdır. 20 kapsul preqabalindən həmin axşam 2 kapsulu yatmamışdan qabaq istifadə etmiş, sonrakı günlərdə ağrıları olan zaman preqabalindən istifadə etmişdir. Tutulmamışdan təxminən 8-10 gün qabaq avtomobilini təmir etdiyi və əvvəlcədən tanıdığı Kənan adlı şəxs ona "eşitmişəm səndə preqabalin dərmanı olur əgər varsa mənə də təşkil et 7 kapsul alım" dediyini üçün özündə olan preqabalin kapsulundan 7 ədədini Kənana verib əvəzində ondan avtomobilinə 5 manatlıq benzin vurdurmuş və 30 manat da pul almışdır. Təxminən 3-4 il bundan əvvəl preqabalin psixotrop maddəsindən istifadə etməyə başlamışdır. Belində yırtıq olduğu üçün ağrılarının qarşısını almaq üçün preqabalindən istifadə etmişdir. Əvvəllər xəstə olduğu üçün reseptlə gedib aptekdən preqabalin alıb istifadə etmiş, sonradan reseptlə preqabalin ala bilməmişdir. Ağrıları olduğu üçün bu dəfə resept yazdırıb preqabalin almasını Nərminədən xaiş etmiş, Nərminənin də aldığı preqabalindən 10 ədədini ona vermişdir. Preqabalin almaqda və əldə etməkdə başqa heç kimlə əlbir olmamış, başqa heç kim ona köməklik etməmişdir. Özündə olan həmin preqabalin dərmandan Kənandan başqa tanıdığı Yeni Naxçıvanda qalan Kamala 1 ədəd preqabalin pay olaraq vermiş, 2 ədəd preqabalini də Naxçıvan şəhəri Çuxur məhləsi adlanan yerdə qalan Elşad adlı şəxsə verib qarşılığında Elşaddan avtomobilinə benzin alması üçün 9 manat pul almışdır. Başqa heç kimə preqabalin dərmanı verməmişdir. 7 ədəd preqabalin dərmanını özünə məxsus VAZ 2107 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilində Kənana vermişdir. Həmin vaxtı yanlarında başqa heç kimin olmamışdır. Özünə lazım olan dərmanları alacaq pulu olmadığından aldığı preqabalinləri dəyərindən baha satmışdır. Dərman verdiyi həmin şəxslərin onun xəstə olduğu üçün əvvəlcədən preqabalindən istifadə etdiyini bildikləri üçün ondan dərman istəmişlər. Törətdiyi əməldən peşman olmuşdur. Xəstə olması, himayəsində iki uşağı olmasını, əmlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid X19 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır. Heç yerdə işləmir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəlcədən şəhərdən tanıyır. Onunla tanışçılıq münasibətləri var. Aralarında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. O Elçindən preqabalin dərmanı almamışdır. Elçin ona maşınının benzini olmadığını dediyi üçün 9 manat pul vermişdir. Elçindən 2 ədəd preqabalin dərmanı almamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. İfadə onun sözlərinin əksi olaraq yazılmışdır. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayır. Naxçıvan Şəhəri Yaşıllaşdırma İdarəsində fəhlə işləyir. Təqsirləndirilən şəxs 10 il olar tanıyır. Təqsirləndirilən şəxs tanışı Güldənin ad günündə Rüstəm meşəsində tanıyıb. Elçin Güldənin keçmiş həyat yoldaşı Elçin adlı şəxslə dost olduğu üçün o da həmin ad gününə gəlib və onunla orada tanış olib. Həm də Elçini rəhmətlik atası Məhərrəmlə əvvəlcədən münasibəti olduğuna görə onunla da münasibətini davam etdirib. Təqsirləndirilən şəxs avtomobili olduğu üçün harasa getmək lazım olanda ona zəng vurub, Elçin də gəlib onu gedəcəyi yerə aparıb. Dəqiq tarixi xatırlamır, ancaq 2023-cü ilin mart ayının əvvəllərində bayram qabağı valideyinlərinə quran oxutmaq üçün Babək rayonu Çeşməbasar kəndinə gedəndə Elçinə zəng vurub ondan onu qəbirstanlığa aparmağı xahiş edib. Elçin idarə etdiyi avtomobili ilə onu Çeşməbasar kənd qəbristanlığına apararkən Naxçıvan şəhər qəbristanlığının qarşısında Elçinə “avtomobili saxla, düşüb gül alım” demiş, avtomobildən düşüb gül alıb yenidən avtomobilə əyləşərkən belində olan ağrılara görə sızıldamış, buna görə Elçin ondan nə üçün arğıdığını soruşmuşdur. Belində olan yırtığa görə belinin ağrıdığını dedikdə, Elçin “mənim də ayaqlarım ağrıyır, bir dərman var, Şəfa xəstəxanasında Zakir həkim yazır onu atanda ağrılarım keçir. amma həkim ona güclü ağrıkəsici yazmır” dediyində Elçinə həkimə getməyə pulunun olmadığını bildirmişdir. Elçin onu Çeşməbasar kəndinə qəbirstanlığa aparmış, o, valideyinlərinin məzarını ziyarət edib maşına əyləşmiş, qayıdıb Naxçıvan şəhərinə gələndə Elçin avtomobili Şəfa xəstəxanasının qarşısında saxlamışdır. Elçinin ona “pulu mən verirəm get Zakir həkimin yanına, ağrılarına görə preqabalin dərmanı yazdır, alarıq səndə istifadə edərsən mən də” demiş, Elçindən həmin dərmanın psixotrop dərman olub-olmadığını soruşduqda, Elçinin ona psixotrop dərman deyil sadəcə güclü ağrı kəsicidir demişdir. Elçinlə razılaşıb ondan həkimə vermək üçün 20 manat alaraq Şəfa xəstəxanasına Zakir həkimin yanına getmişdir. Həkimin yanına getməzdən əvvəl Elçinin ona verdiyi 20 manatı xəstəxanaya ödəyib Zakir həkimin qəbuluna yazılmış, Zakir həkim onu qəbul etdikdən sonra Zakir həkimə belində güclü ağrılar olduğunu deyib ondan preqabalin dərmanı yazmağını istəmişdir. Zakir həkim ondan həmin dərmandan qəbul edib etmədiyimi soruşmuş, o, istifadə etməsə də ona resept yazsın deyə istifadə etdiyini demişdir. Zakir həkim ondan ağrılarının harada olduğunu soruşduqda, ona belinin ağrıdığını, ağrıların ayaqlarına vurduğunu, ağrılara görə işləyə bilmədiyini demişdir. Zakir həkim onu təxminən 15-20 dəqiqə sorğu-sual etdikdən sonra ona ağrılarının çox olduğunu bildirdiyinə görə 30 tabletka preqabalin dərmanı yazmış, həmin dərmandan gündə 1 dəfə, 1 tabletka istifadə edə biləcəyini demişdir. Zakir həkimdən həmin dərmanı haradan ala biləcəyini soruşduğunu, Zakir həkimin də ona həmin dərmanı Respublika Xəstəxanasından ala biləcəyini demişdir. Elçinin yanına qayıdıb reçepti ona verərək, Zakir həkimin dərmanı Respublika Xəstəxanasından ala biləcəyini dediyində Elçin reçepdə baxıb, bu reçept 15 manatdan artıq pul tutmaz deyərək birlikdə Respublika Xəstəxanasına getmişlər. Elçinin ona 15 manat pul vermiş o da gedib həmin reçept əsasında 13 manata 30 tabletka dərman almışdır. Elçinin yanına qayıdaraq qalan 2 manatı və dərmanı Elçinə vermişdir. Elçin həmin dərmandan 20 tabletkasını özünə götürüb qalan 10 ədədini ona verib, “sən gündə 1 dəfə atassan, amma mənim ağrılarım çoxdur gündə azı 2 dəfə atıram” demiş, sonra aparıb onu evlərinə qoymuşdur. O, gündə 1 dəfə həmin dərmanlardan birini qəbul etməyə başlamışdır. Təxminən 10 gün sonra isə Elçinin dərman satdığına görə tutulduğunu eşitmişdir. Həmin dərmanı Elçinə verəndə o, Elçinin onun yanında həmin dərmandan birini qəbul etmişdir. Elçinin həmin dərmanları satacağını bilməmişdir. Əgər bilsə idi həmin dərmanları alıb ona verməyəcəkdi. Elçin ona həmin dərmanın sadəcə güclü ağrıkəsici olduğunu demişdir. Həmin dərmanı aptektən aldığına görə də qadağan olunduğunu bilməmişdir. İlk dəfə idi ki, Təqsirləndirilən şəxs dərman alıb verib. Ağrılarına görə, ketanol, diklafenat və iranın ağrıkəsici dərmanından istifadə edir. Preqabalin dərmanını Elçin dediyinə görə alıb 10 ədədini gündə 1 dəfə olmaqla istifadə etmişdir. Sonradan həmin dərmanın qadağan edildiyini bildiyinə görə almamışdır. Həmin dərmanı gecə yatanda qəbul edib yatdığına görə, sadəcə ağrıları azalmış, gecəni rahat yatmışdır. Elçinin həmin dərmanları kimlərə satdığını bilmir. Elçinin dərman satdığını o, tutulduqdan sonra bilmişdir. Məhkəmə iclasında dindirilən şahid X25 ifadəsində göstərmişdir ki, 40 ildir ki, həkim nevroloq işləyir. Hazırda Naxçıvan şəhərində Şəfa özəl xəstəxanasında həkim nevroloq işləyir. X1 tanımır. Nərminə Abdullayevanı xəstə olaraq Şəfa Xəstəxana müraciət edib. Onun yanına göndərildiyinə görə onu qəbul edərək, onu müayinə edib ağrılarının olduğunu müəyyən edərək ona 30 tabletka Pregabalin dərmanı yazıb. Ümumiyyətlə bu növ dərmanları müayinə etmədən heç bir şəxsə yazmır. Hətta müəyyən şəxslər var ki, onlar dəfələrlə ona müraciət etsələr də, onların bu növ dərmanları başqa məqsədlərlə istifadə etdiyini bildiyinə görə onlara bu dərmanları yazmır. Nərminə Abdulayeva müraciət edərək ağrılarının olduğundan etdiyi şikayətlərə və nevroloji müayinənin nəticələrinə əsaslanıb ona preqabalin dərmanını yazıb. Nərminə Abdullayevanı tanımır, ona əvvəllər dərman yazmayıb, əgər yazmış olsaydı onu tanıyacaqdı. Preqabalin dərmanı şəkər nevropatiyalarında, bel ağrılarında, talamik ağrılarda geniş istifadə olunur. Nərminə Abdullayeva da ona müraciət edərək belində kəsgin ağrıları olduğunu bildirdiyinə görə, xəstənin şikayətlərinə və müayinənin nəticələrinə əsasən ona preqabalin dərmanı yazıb. Təqsirləndirilən şəxs maşın ustası kimi tanıyır, Elçin onun yanına dərman üçün gəlib-getmişdir. Lakin Elçinin preqabalin dərmanının aludəçisi olduğunu bildiyinə görə ona həmin dərmanı yazmamışdır. Elçin başqa dərman istəməyib getmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı nəticəsində 1-ci Polis Bölməsinin rəisinə məruzə edərək Naxçıvan şəhər sakini X13 narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu bildirmiş, rəis qanuna müvafiq qaydada əməliyyat tədbdiri qurulub əməkdaşlarla birlikdə tədbirin həyat keçirilməsi üçün tapşırıq vermişdir. İş yoldaşı X24 və digər polis əməkdaşları ilə birlikdə əməliyyat tədbiri qurmuşlar. Tədbirə uyğun olaraq 12 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Kənan Quliyevin üzərində narkotik vasitə olduğunu bildikləri üçün tədbir həyata keçirilb X21 şəhəri 6-cı məhəllədə yaşadığı evinin yaxınlığında saxlayaraq ona narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişlər. İdarədə polis əməkdaşlarının iştirakı ilə video-görüntülü olaraq Kənan Quliyevin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Kənan Quliyevə üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Kənan Quliyev də əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü içərisində iki ədəd ağ kapsulları təqdim edib, həmin dərmanların “lirika” adlanan preqabalin olduğunu demişdir. Kənanın üzərində şəxsi axtarış aparılsa da başqa heç bir qanunla qadağan olunmuş əşya və başqa şey aşkar olunmamışdır. Kənan Quliyevin təqdim etdiyi şəffaf sellofan açıldıqda iki ədəd ağ rəngli preqabalin güclü təsir edən maddəyə bənzər kapsullar prosessual qaydada götürülmüşdür. Şəxsi axtarış zamanı Kənan Quliyevə həmin kapsulları kimdən almısan deyə sual verildikdə, Kənan Quliyev həmin dərmanları 04 mart 2023-cü il tarixdə 35 manata Təqsirləndirilən şəxs aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını, Təqsirləndirilən şəxs 7 ədəd kapsul aldığını, onun 5 ədədini istifadə etdiyini və 2 ədəd kapsulun da üstündə qaldığını demişdir. X26 verdiyi məlumat əsasında cinayət axtarış üzrə polis əməkdaşları ilə birgə əməliyyat tədbiri planlaşdırıb və preqabalin güclü təsir edən maddəsi satmaq da şübhəli bilinən Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs saxlanılaraq Naxçıvan Şəhər Polis İdarəsinə gətirilib istintaqa təhvil vermişlər. X16 və Təqsirləndirilən şəxs əvvəlcədən tanımır. Onlarla aralarında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Kənan Quliyevdən başqa Naxçıvan şəhərində Elşad Vəliyevə və Kamal Həsənova preqabalin güclü təsir edən maddəni satdığı məlum olmuşdur. Bu barədə əlavə məlumatı yoxdur, sadəcə Təqsirləndirilən şəxs preqabalin güclü təsir edən maddəni satdığını bilir. Məhkəmə iclasında X24 şahid qismində dindirilərkən X17 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə iclasında tədqiq edilən şahid X18 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. Hazırda Bakı Xareoqrafiya Akademiyasının 3-cü kursunda təhsil alır. Təqsirləndirilən şəxs təxminən 4 ildir tanıyır, onunla aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibəti yoxdur. 04 mart 2023-cü il tarixdə saat 17 radələrində Reyhan Marketin qarşısında, yanacaqdoldurma məntəqəsində Elçini görmüş, Elçinin yanına getdib onunla görüşmüş, Elçinin idarə etdiyi VAZ 2107 markalı avtomobilə əyləşib Elit 57 binalarının yanına getmişlər. Elit 57 binalarının yanında avtomobillə gəzdikləri zaman Elçin balaca şəffaf salafan torbanın içərisində olan ümumilikdə 7 ədəd kapsulda olan preqabalini ona vermişdir. Elçindən preqabalini alıb cibinə qoymuş, əvəzində Elçinə 35 manat pul vermişdir. Sonra Elçin idarə etdiyi avtomobillə onu Reyhan Marketin yanına gətirmişdir. Həmin preqabalinlərdən 5 kapsulu özü istifadə etmişdir. 12 mart 2023-cü il tarixdə yaşadığı evin yanında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişlər. İdarədə polis əməkdaşları onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir narkotik vasitə və psixotrop maddə olub-olmadığı, əgər varsa onu təqdim etməyi təklif etmişlər. O, şalvarının sağ cibindən şəffaf salafan torbanın içərisində olan 2 ədəd preqabalini çıxarıb polislərə təqdim etmişdir. Polis əməkdaşları həmin preqabalini ağ zərfə qoyub qablaşdırmışlar. Əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Birinci dəfə idi ki, istifadə edirdi. Elçini eyni məhlədə yaşadıqları üçün tanıyır. Elçinin həmin preqabalini haradan aldığını bilmir. Elçinin nə zamandan narkotik vasitə və psixotrop maddə satdığını bilmir. Elçinin başqa kimlərə narkotik vasitə və psixotrop maddə satdığından xəbəri yoxdur. Elçindən başqa heç kimdən narkotik vasitə və ya psixotrop maddə almayıb. Elçinə hər biri 5 manat olmaqla ümumilikdə 7 ədəd preqabalinə 35 manat pul verib. Həmin vaxt yanlarında heç kim olmayıb. Elçindən preqabalin dərmanı aldığı barədə heç kimə məlumat verməyib. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3-4 il olar ki, tanıyır. Təqsirləndirilən şəxsla avtomobilini təmir etdirmək üçün onun yanına gedəndə tanış olub. Sonradan da onunla aralarında münasibət yaranıb. Təqsirləndirilən şəxsla arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Elçinin narkotik tərkibli dərmanlardan istifadə etdiyini əvvəlcədən bilir. 2023-cü ilin mart ayının əvəllərində Elçin tutulmamışdan təxminən 4-5 gün qabaq tanışı Pərviz Dünyamalıyevlə birlikdə Gəlinqaya kafedə oturub pivə içdikləri vaxt Elçin “lirika” dedikləri preqabalin dərmanından istifadə etdiyini və həmin dərmandan satdığını bilmişdir. Ona görə də Elçinə zəng vurub onu kafeyə dəvət etmiş, Elçinin kafeyə gəlib onlarla oturmuş, bir çay içdikdən sonra Elçinə "varındısa mənə dərman ver" demiş, Elçinin də ona, “var amma üstümdə deyil, birazdan gətirərəm” demişdir. Elçin çay içdikdən sonra gedib haradan gətirdiyini deyə bilməsə də, təxminən 10 dəqiqədən sonra onların yanına qayıdaraq ona 1 ədəd kapsulada dərman verib preqabalin olduğunu demiş, Elçinə onlarla oturmağı təklif etsə də, o, işi olduğunu bildirib getmişdir. Elçin tutulan günü də məhlələrində olarkən onu polis idarəsinə dəvət edərək ondan Elçindən dərman alıb-almadığını soruşmuşlar. O cavabında Təqsirləndirilən şəxs 4-5 gün əvvəl ona pay olaraq 1 ədəd preqabalin dərmanı verdiyini bildirmişdir. Sonra onu müayinəyə aparmışlar. Təqsirləndirilən şəxs preqabalin dərmanından istifadə etdiyini və həmin dərmanı satdığını eşitmişdir. Polis İdarəsində də Elçinin həmin dərmanlardan 7 ədədini 35 manata Kənan Quliyevə və 2 ədədini 9 manata Elşad adlı şəxsə satdığını öyrənmişdir. Bundan başqa da konkret olaraq həmin dərmanlardan kimlərə satdığı barədə konkret olaraq məlumatı yoxdur. Elçin ona 1 ədəd preqabalin dərmanını pay olaraq verib. Bundan başqa Elçin ona dərman verməyib. Narkotik vasitələrdən istifadə etmir, sadəcə əvvəllər Bakı şəhərində olduğu vaxtlarda travmadol dərmanından istifadə edib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin güclü təsir edən maddələrin istifadəçisi olubolmamalarını müəyyən etmək üçün xüsusi bilik tələb edən ekspert rəyinin zəruriliyini nəzərə alaraq, 12 aprel 2023-ci il tarixli qərarla “Məhkəmə-ambulator narkoloji ekspertiza” təyin edilmiş, Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 92 saylı ekspert rəyində Təqsirləndirilən şəxs toksokomaniya xəstəliyi aşkar olunduğu, məcburi müalicəyə ehtiyacı olduğu və Dispanser qeydiyyatına alınmasının məsləhət olduğu göstərilmişdir. 1 ədəd zərfdə olan həbin "Güclü təsir edən maddə" lərə aid olub-olmamalarını, onların növünü, hazırlanma üsullarını və s. müəyyən etmək üçün xüsusi bilik tələb edən ekspert rəyinin zəruriliyini nəzərə alaraq 12 aprel 2023-cü il tarixli qərarla “Məhkəmə-kimyəvi ekspertizası” təyin edilmişdir. Naxçıvan Мuxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 17 aprel 2023-cü il tarixli 400 nömrəli ekspert rəyində göstərilir ki, Ekspertiza tədqiqatına təqdim edilən, 1 ədəd kağız zərfin içərisindəki, selofan bükümdə 01 ədəd ağ rəngli həb 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş " Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxil olan preqabalindir. 01 ədəd həbin tərkibində preqabalinin təsiredici maddəsinin miqdarı 0.15 qramdır. Aşkar olunaraq götürülmüş 1 ədəd kağız zərfdə olan 1 ədəd həbin yarım həbi kimyəvi ekspertiza zamanı tədqiqata sərf edilmişdir, qalıq yarım həbdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Araşdırma zamanı şübhə edildiyindən xx.xx.1986-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs, xx.xx.1993-cü il təvəllüdlü ünvan 8 ünvanında qeydiyytda olan X19, xx.xx.2000-ci il təvəllüdlü ünvan 9 ünvanında qeydiyyatda olan X18 və xx.xx.2000-ci il təvəllüdlü ünvan 10 ünvanında qeydiyyatda olan X20 qanlarında narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin olub-olmamasının müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə təliqə ilə Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB tibbi-kimiyəvi ekspertizasına göndərilmiş, alınmış maddi sübutların müayinəsi aktlarında Təqsirləndirilən şəxs, X9, X10 və X11 götürülmüş qanlarda məhkəmə kimya tədqiqatı nəticəsində naməlum etiyalogiyalı (güclü təsiredici) dərman maddəsinin aşkar edildiyi göstərilmişdir İstintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsir edən maddədən başqa narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını, Naxçıvan şəhəri Z.Əliyeva küçəsində yaşayan Nərminə adlı şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsir edən maddədən satışı ilə məşğul olub-olmaması, eləcədə Təqsirləndirilən şəxsla əlbir olubolmadığı, X13 narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsir edən maddədən satışı ilə məşğul olub-olmadığını, müəyyən etmək məqsədi ilə əməliyyat tapşırığı verilmiş və alınmış cavabda keçrilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs illərdir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etdiyi, eyni zamanda müxtəlif vaxtlarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsada, Nərminə adlı qadının və X13 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları barədə məlumat əldə etmədikləri göstərilmişdir. Aşkar olunaraq götürülmüş, hazırda Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinə müvafiq tələbnamə göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli cavabda X5 barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışlardan aydın olmuşdur ki, xx.xx.1986-cı il təvəllüdlü Hümbətov X7 şəhər M.Ə.Sabir küçəsi döngə 6, ev 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, himayəsində iki azyaşlı övladı var. Həmin nümayəndəliklərdən alınmış xasiyyətnamələrdə Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə nümunəvi davranışı, gözəl əxlaqı, fəallığı ilə seçildiyi, onun təmkini, mədəniyəti. əməksevərliyi, qabiliyyəti ilə daim fərqləndiyi, qonşularla səmimi olduğu, onların xeyir və şər işlərində yaxından iştirak etdiyi və onun barəsində heç bir şikayətin daxil olmadığı göstərilmişdir. X6 əvvəllər məhkum olunmaması, himayəsində 2 azyaşlı övladının olduğu, onun müsbət xarakterizə olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir, onun əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına yüngül zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində ifadə oluna bilər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma tövsif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, himayəsində 2 azyaşlı övladının olması, onun müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları nəzərə alır və bununla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, həmçinin cinayəti baş vermə şəraitini və hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli barəsində 13 mart 2023-cü il tarixdən- şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olan Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd möhürlənmiş bağlamada olan güclü təsir edən maddə olan yarım həb preqabalin hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi saxlanılan bir ədəd möhürlənmiş bağlamada olan güclü təsir edən maddə olan yarım həb preqabalin müşadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, 12 aprel 2023-ci il tarixli qərarla “Məhkəməambulator narkoloji ekspertiza” təyin edilmiş, Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 92 saylı ekspert rəyində Təqsirləndirilən şəxs toksokomaniya xəstəliyi aşkar olunduğu, məcburi müalicəyə ehtiyacı olduğu və Dispanser qeydiyyatına alınmasının məsləhət olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən rəyə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır, o, Yaqub Budaqov adına Naxçıvan MR X4 qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli barəsində şübhəli şəxs qismində saxlanıldığı 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və Yaqub Budaqov adına Naxçıvan MR X4 qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd möhürlənmiş bağlamada olan güclü təsir edən maddə olan yarım həb preqabalin hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar