Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-17/2025 18.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 14:20 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Babək rayonu Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan Şəhər SU-Kanalizasiya idarəsində çilingər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin məhəllədə döngə 8, ev 47 ünvanında yaşayan, tərəfimdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etmiş və istifadə edərək saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən 10.217 qramdan artıq çəkidə, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, bir qədərini istifadə etməklə qalan hissəsini 6 ədəd bükümdə yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətindəki yardımçı tikilidə olan radio qurğusunun içərisində gizlədərək saxlamış, 24 oktyabr 2024-cü il tarixdə saat 09:40 dəqiqədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətindəki yardımçı tikilyə baxış keçirilən zaman orada olan radio qurğusunun içərisindən 06 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,980 qram, 1,031 qram, 0,250 qram, 1,640 qram, 1,060 qram, 0,632 qram olmaqla ümumi təmiz çəkisi 10,217 qram, xeyli miqdarda, yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən sözügedən cinayət əməlinin törədilməsi ilk olaraq öz ifadəsi ilə etiraf edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. İstifadəçi olduğunu, davamlı olaraq istifadəçi olmadığını, ilk dəfə 1995-ci ildə istifadə etdiyini, sonra tövbə etdiyini, uzun illər istifadə etmədiyini, səhər işdən gələn zaman polislərin yaxınlaşdıqlarını, üzərini yoxlayan zaman heçnə çıxmadığını, evdə yoxlama zamanı özü yerini göstərdiyini, çıxarıb verdiyini, yoxlama aparılması onun razılığı ilə olduğunu, narkotikin əldamında radionun içində olduğunu, 7 büküm olduğunu, həyətdə toxumu əkdiyini, Bakıdan aldığını, toxumu alan adamı tanımadığını, bükümlə qoymaqla onun hər birinin biri yarpağı, başı olduğunu, öz istifadə etmək üçün saxladığını, onu xüsusi becərmədiyini, sadəcə su verdiyini, məhkumluğu olmadığını, bükümünün birinin qramını bilmədiyini, narkotik maddədən heç kəsin məlumatı olmadığını, bir daha təkrar olunmayacağını bildirmişdir. Məhkəmədən ən yüngül cəzaya verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 izahatında Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin, baş əməliyyat müvəkkili olduğunu, təqsirləndirilən şəxslə qohumluğu olmadığını, əməliyyat məlumatı daxil olduğunu, əməliyyat qrupu yaradıldığını, şəxsin evinə yaxın ərazidə baxış keçirildiyini, heç nə tapılmadığını, həyətinə baxış keçirildiyini, sağ tərəfdə radio olduğunu, 7 büküm marixuananı özünün təhvil verdiyini, özünün istifadəsi üçün əkdiyini dediyini, ekspertiza verdiklərini, müqavimət göstərmədiyini, üzərində qadağan olmuş əşya çıxmadığını, kağıza bükülü olduğunu, xatırladığı qədərilə çəkisinin 10 qram olduğunu, yenidən təhvil verilən zaman çəkildiyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirib. İş üzrə şahid qismində dindirilmiş X8 izahatında polis mayoru olduğunu, təqsirləndirilən şəxslə qohumluğu olmadığını, məlumat daxil olduğunu, əməliyyat qrupu yaradıldığını, üzərinə baxış keçirilən zaman heç nə tapılmadığını, evinə baxış keçirilən zaman özü əldamında radiodan bükümləri çıxartdığını, həyətdə əkdiyini, həyətdə əkdiyi yeri göstərdiyini, əkdiyi yerdə heç nə olmadığını, ayın tarixini xatırlamadığını, ilk olaraq iş yerinə getdiklərini, iş yerində olmadığını, ondan sonra evlərinə getdiklərini, evə çatan zaman onu saxladıqlarını, qərar ilə tanış etdiklərini, sonra üzərini yoxladığını, sonra evi yoxladığını, evdə əldamında özünün verdiyini, 7 büküm olduğunu, tərəzidə çəkdiklərini, özünün orada istifadə üçün əkdiyini dediyini, ekspertiza göndərdiklərini, siqaretin içinə doldurması asan olduğu üçün büküm-büküm qoyduğunu dediyini, suvarılma yeri olan torpağın boş olduğunu, orda əkməsinin bildirdiyini, həyətdə əlavə olaraq qızılgül kollarının olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahatında Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin, baş əməliyyat müvəkkili olduğunu, şəxslə qohumluğu olmadığını, keçən il vətəndaşı saxladıqlarını, üzərində baxış keçirdiklərini, üzərində heçnə aşkarlanmadığını, evində aşkarlandığını, payız ayları olduğunu, səhər vaxtları olduğunu, işə gedən zaman baxış keçirdiklərini, özünün evdə maddəni verdiyini, radionun içinə qoyduğunu, qaralanmış kağız olduğunu, siqaretin içində də olduğunu, ümumi çəkisinin 10 qramdan çox olduğunu, özünün ora qoyduğunu dediyini, şəxsin iştirakı ilə qablaşdırıldığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, məlumatın ona birbaşa daxil olmadığını, məlumatın istifadəçi kimi daxil olduğunu, satış kimi daxil olmadığını, bükümdə olması şübhə yaratdığını, səliqəli yığılmadığını, kor-koranə şəkildə yığıldığını bildirmişdir. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi həmçinin şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Həmçinin aşağıdakı istintaq hərəkətləri məhkəmə iclasında təqsirləndirilən şəxslərin təqsirini müəyyən edən sübut kimi qiymətlərindirilmişdir. 24 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 25 oktyabr 2024-cü il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsinə göndərilmiş və cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinin baş təhqiqatçısı X6 tərəfindən başlanaraq icraatına qəbul edilmişdir. 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddə ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən 10.217 qramdan artıq çəkidə, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, bir qədərini istifadə etməklə qalan hissəsini 6 ədəd bükümdə yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətindəki yardımçı tikilidə olan radio qurğusunun içərisində gizlədərək saxlamış, 24 oktyabr 2024-cü il tarixdə saat 09:40 dəqiqədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətindəki yardımçı tikilyə baxış keçirilən zaman orada olan radio qurğusunun içərisindən 06 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,980 qram, 1,031 qram, 0,250 qram, 1,640 qram, 1,060 qram, 0,632 qram olmaqla ümumi təmiz çəkisi 10,217 qram, xeyli miqdarda, yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli, 1292 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd kağız zərfin içərisindəki 6 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,980 qram, 1,031 qram, 0,250 qram, 1,640 qram, 1,060 qram, 0,632 qram olmaqla ümumi təmiz çəkisi 10,217 qram, xeyli miqdarda, yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə olan qurudulmuş marixuanadır. Marixuana narkotik vasitəsinin təmiz çəkisi 10, 217 qram, tədqiqata sərf edildi 0,07 qram qalıq 10,147 qramdır. Aşkar olunaraq götürülmüş 1 ədəd kağız zərfdə olan 6 ədəd bükümdə təmiz çəkisi 10,217 qram, xeyli miqdarda qurudulmuş marixuama narkotik vasitəsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən 27 noyabr 2024-cü il tarixli qərarla maddi sübut hesab edilərək, 0,07 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 10.147 qram qurudulmuş marixuana narkotik vasitəsi Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlancı otağında saxlanılır. Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 466 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs epizodik “konnobinoid” narkomaniyası aşkar olunur, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Disponser qeydiyyatına alınması məsləhətdir. Y.Budaqov adına Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 20-61 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə qeydiyyatda dayanmır. Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu DVD-yə baxış protokolundan görünür ki, DVD-də olan görüntü 14 dəqiqə 16 saniyyədir, çəkiliş Naxçıvan Muxtar Respublikası DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 özünü təqdim etməsi ilə başlayır. Şahid2 Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat qrupu yaradlıdığı, əməliyyat qrupunda Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3, baş əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirak etdiklərini, əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilərək Təqsirləndirilən şəxs təqdim edildiyini, Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan şəhəri Xətai məhəlləsində saxlanılaraq üzərində yoxlama aparılsada onun üzərindən narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadığını, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsisi olduğunu, narkotik vasitəni yaşadığı evin həyətində əkib becərib yığaraq, yaşadığı evin həyətində gizlədib saxladığını bildirdiyini, şəxsin bildirdiklərinə əsasən onun yaşadığı ünvan 3 ünvanına baxış keçiriləcəyini bildirir. Şahid2 Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub olmadığını soruşduqda, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirərək, yaşadığı evin həyətə giriş qapısını açıb polis əməkdaşlarını həyətlərinə dəvət edir. Həyətə daxil olduqdan sonra Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitəni harada əkib becərdiyini və harada saxladığını göstərməsini istədikdə, Təqsirləndirilən şəxs onları həyətə girişdən sol tərəfdə yerləşən yardımçı tikiliyə aparıb, həmin tikilidə taxçada olan köhnə radiyo qutusunun ustündəki qapağı açaraq orada olan kağız bükümləri və siqaret qutularını götürüb polis əməkdaşlarına təqdim edir. Baxış zamanı Şahid1 radio qutusunun içərisində əlavə büküm olduğunu bildirərək Virdovsi Vəliyevdən radionu taxçadan yerə endirməsini istəyir, Təqsirləndirilən şəxs radionu taxçadan yerə endirir, radio qutusunun içərisində 6 ədəd kağız büküm, 1 ədəd “KENO” və 1ədəd “OSKAR” siqaret qutusu aşkar olunur, baxıldıqda “KENO siqaret qutusunun içərisində əlabə 1 büküm olsada, “OSKAR” siqaret qutusunda siqaretlərin olduğu müəyyən edilir. Şahid2 tərəfindən Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda, o, bükümlərin içərisində çətənə bitkisi olduğunu bildirir. Şahid2 tərəfindən bükümlər açılaraq baxıldıqda içərilərində marixuana narkotik vasitəsinə bənzər maddələr olduğu bildirilir. Aşkar olunmuş 7 ədəd büküm elektron tərəzidə çəkilərək bükümlə birlikdə ümumi çəkisinin 17,12 qram olduğu görünür. Sonra həmin bükümlər Şahid2 tərəfindən Təqsirləndirilən şəxs də içərisinin boş olduğunu gördüyü kağız zərfə qablaşdırılıb, zərfin üzəri yazılaraq iştirakçılar tərəfindən imzalanıb möhürlənərək polis əməkdaşları tərəfindən götürülür. Yardımçı tikilidən çıxdıqdan sonra Şahid2 Təqsirləndirilən şəxs çətənə bitkisini harada əkib becərdiyini soruşduqda, Təqsirləndirilən şəxs polis əməkdaşlarını, evlərinin üz-üzə dayandıqda sol tərəfinə, hasar divarının yanına aparıb oradakı kolluğu göstərərək 1 ədəd cətənə bitkisini həmin koların arasında əkib becərərək 20 gün əvvəl çıxarıb təmizləyərək yığıb qurutduğunu, çətənə bitkisi kolunun qalmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun həyətinə baxış keçirilsə də əlavə hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar edilmir. Şahid2 tərəfindən hadisə yerinə baxış keçirilməsinin yekunlaşdığını bildirməklə çəkiliş dayandırılır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X2 alınmış tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı öz müdafiəsi üçün dəlil gətirməsə də, şahid ifadələri, axtarış və götürmə protokolları, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər mötəbər və təkzibedilməz sübutlarla onun qanunsuz olaraq xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən 10.217 qramdan artıq çəkidə, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, bir qədərini istifadə etməklə qalan hissəsini 6 ədəd bükümdə yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətindəki yardımçı tikilidə olan radio qurğusunun içərisində gizlədərək saxlamış, 24 oktyabr 2024-cü il tarixdə saat 09:40 dəqiqədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətindəki yardımçı tikilyə baxış keçirilən zaman orada olan radio qurğusunun içərisindən 06 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,980 qram, 1,031 qram, 0,250 qram, 1,640 qram, 1,060 qram, 0,632 qram olmaqla ümumi təmiz çəkisi 10,217 qram, xeyli miqdarda, yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini, cəzanın müddətinin 1 (bir) il 6 (altı) ay müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməli, Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- ünvan 4 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s.bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf olunduqdan sonra qalan 01 ədəd zərfdəki 10.147 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhv etmə komissiya tərəfindən həyata keçirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 39-cu bədində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 466 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs epizodik “konnobinoid” narkomaniyası aşkar olunur, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Disponser qeydiyyatına alınması məsləhətdir. Y.Budaqov adına Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 20-61 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə qeydiyyatda dayanmır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 196.3-cü maddəsinə əsasən, iş üzrə ekspertiza xərci olan 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- ünvan 6 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Vəliyev X3 Muxtar Respulikası Narkoloji Dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf olunduqdan sonra qalan 01 ədəd zərfdəki 10.147 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-17/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-17/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver