Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-18/2024 06.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Cəlilabad rayonu Abdullu kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Lakasa restoranında ofsiant işləyən, Cəlilabad rayonu Abdullu kəndiində qeydiyyatda olub, hazırda Naxçıvan şəhəri Atlas Hoteldə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə gecə saatlarında sərxoş vəziyyətdə Şahid1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs məxsus Chery Tıggo T11 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobili Naxçıvan şəhəri Topçubaşov küçəsində Babək şəhəri Naxçıvan şəhərini birləşdirən körpünün giriş hissəsindəki yoldan talama məqsədi olmadan qaçırmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Abdullu kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhərində yerləşən Atlas hoteldə müvəqqəti olaraq yaşayır. Bir neçə ay əvvəl Naxçıvan şəhərinə gəlmiş və Naxçıvan şəhərində yerləşən Lakasa karoke restoranında ofsiant işləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında rəfiqəsi Günayın ad günü məclisində Terrace kafedə olmuş və həmin vaxtı onunla birlikdə Lakasa karoke restoranında işləyən Kamran, tanışları Məhəmməd və Pərvin də orada idilər. Kamranla eyni restoranda işlədiyi üçün onu tanıyır. Məhəmməd və Pərvini isə həmin restorana gəlib gedən müştəri kimi tanıyır, həmçinin onlar Kamranın dostlarıdır. Həmin vaxtı geyimi yaxşı olmadığından və nazik olduğu üçün paltarlarını dəyişmək məqsədi ilə qaldığı Atlas hotelə getmək qərarına gəlmiş, Məhəmməd və Pərvin onu Məhəmmədin avtomobili ilə Atlas hotelə aparmışlar. Həmin vaxt Məhəmməd içkili olduğu üçün avtomobili Pərvin idarə etmişdir. O, avtomobildə qabaq sağ tərəfdə, Məhəmməd isə arxada əyləşmişdir. Restorandan bir qədər uzaqlaşdıqdan sonra Məhəmməd yolda narahat olmuş, Pərvin Məhəmmədin narahat olduğunu görüb avtomobili saxlamışdır. Məhəmməd avtomobildən yerə düşmüş, içkili olduğundan Məhəmmədin ürəyinin bulandığı üçün qaytarmaq istəmişdir. Pərvin də Məhəmmədin halının pis olduğunu görüb Məhəmmədin yanına getmişdir. O, avtomobildə əyləşib Pərvinlə Məhəmmədi gözləmişdir. Məhəmməd ürəyi bulandığı üçün qaytarmış, Pərvin də onun yanında olmuşdur. Həmin vaxtı içkili olduğu üçün etdiyi hərəkətin fərqinə varmadan avtomobilin sükanına əyləşib Kamranın yanına Terrace kafeyə qayıtmaq qərarına gəlmişdir. Avtomobildən yerə düşməyərək avtomobilin içərisində sükan tərəfə keçmiş və avtomobili idarə edərək Pərvin və Məhəmmədə heç nə demədən onların olduğu yerdən çıxmışdır. Avtomobili sürüb Terrace kafeyə gəlmiş və avtomobili kafenin qarşısında park yerində saxlamışdır. Avtomobildən düşüb kafenin qapısından içəri girmək istəyəndə Kamranla qarşılaşmışdır. Həmin vaxt Kamran telefonla danışa-danışa ona tərəf gəlmiş və Kamran onu görüb “telefonda Məhəmmədgilnən danışırdım, onlar mənə dedilər ki, sən içkili vəziyyətdə heç nə demədən avtomobili sürüb oradan çıxıb getmisən” demiş və o ağlamağa başlamışdır. Paltarını dəyişmək istədiyini Kamrana demiş, Kamran da Məhəmmədə zəng vurub “mən Aysunu sənin avtomobilinlə Atlas hotelə aparıram” demişdir. Sonra Kamranla birlikdə müvəqqəti yaşadığı Atlas hotelə tərəf yola düşmüşlər. Hotelin yaxınlığında polis əməkdaşları onları saxlamışdır. Polis əməkdaşları onlara avtomobili qaçırdıqlarını və bu barədə şikayət olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onları polis avtomobilinə mindirərək Polis İdarəsinə gətirmişdir. Sözügedən avtomobilin markasını və dövlət nömrə nişanını bilmir. Sadəcə həmin avtomobilin cip olduğunu və ağ rəngli olduğunu bilir. Sürücülük vəsiqəsi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada ərizə göndərərək hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, Naxçıvan Dövlət Universitetinin Konservatoriya fakültəsinin aktyor sənəti ixtisasının 4-cü kursunda təhsil alır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Günayın ad günü olduğu üçün onu Terrace kafedə keçirdiyi ad gününə dəvət etmişdir. Oraya etibarnamə əsasında idarə etdiyi atası Zərərçəkmiş şəxs məxsus Chery Tıggo T11 minik markalı 75- BE-757 dövlət nömrə nişanlı avtomobillə getmişdir. Orada dostları Kamran və Pərvin də var idi. Günayın rəfiqəsi Aysu da kafedə idi. Aysunu hadisədən təxminən bir ay əvvəl şəhərdə olan X7 Club adlı kafedə ofsiant işlədiyi üçün tanıyıb. Oraya müştəri kimi gedib gələndə Aysunu orada görüb. Dostları ilə birlikdə yemək yeyib viski içdikdən sonra sərxoş olmuşdur. Aysu sərxoş olduğu üçün narahat olmuş, bir qədər sonra Kamranın Pərvini çağırıb “Aysunu qaldığı Atlas Hotelə apar” dediyini eşitmiş və Kamrana “Pərvin mənim avtomobilimlə aparsın Aysunu, məndə onlarla birlikdə gedim” demişdir. Üçlikdə kafedən çıxıb avtomobilə tərəf getmişlər. İçkili olduğundan dostu Pərvinə “gəl mənim avtomobilimi sür Aysunu aparıb qaldığı hotelə qoyaq” demiş, Pərvin də razılaşaraq avtomobili idarə etmişdir. Özü avtomobildə arxada sağ tərəfdə, Aysu isə avtomobildə qabaq sağ tərəfdə əyləşmişdir. Atlas Hotelə tərəf yola düşmüşlər. İpək yolu yanacaq-doldurma məntəqəsinin yanından keçib Babək şəhəri ilə Naxçıvan şəhərini birləşdirən körpünün girişinə yaxınlaşanda başı gicəllənmiş və ürəyi bulanmışdır. Pərvinə “avtomobili yolun kənarında saxla mən düşüm hava alım” demiş, Pərvin də avtomobili Babək şəhərinə gedən körpünün girişində yolun kənarında saxlamışdır. Avtomobildən yerə düşüb təxminən 5-6 metr uzaqlaşmışdır. Pərvin də avtomobildən düşüb onun yanına gəlmişdir. Pərvin ondan necə olduğunu soruşduğunda ona yaxşı olduğunu bildirmiş və avtomobilə tərəf getmək istəyəndə Aysunun sükanın arxasına keçib avtomobili sürdüyünü görmüşdür. Aysu onlara heç nə demədən onların yanından sürətlə uzaqlaşıb körpüyə daxil olub Babək şəhərinə tərəf getmişdir. Aysunun onun avtomobilini qaçırması barədə 102 xidmətinə zəng edib polisə məlumat vermişdir. Yolda olanda dostu Nurlanın onları görüb avtomobili saxlamış və Nurlanın avtomobilinə minib Terrace kafeyə gəlmişlər. Kafenin qarşısında olanda Kamran ona zəng edib “mən Aysu ilə Atlas Hotelin yanındayam və bizi burada polis əməkdaşları saxlayıblar” demiş, o da Kamrana “Aysu mənim avtomobilimi qaçırdığı üçün məndə 102 xidmətinə zəng edib polisə məlumat verdim” demişdir. Sonra tez Pərvinlə birlikdə Atlas Hotelə getmişlər. Avtomobilin qaçırılması barədə atası Vüqara zəng edib “avtomobilimi tanışım Aysu adlı qız qaçırmışdır” demiş, atası da ona əsəbləşib danlamışdır. Hadisə zamanı avtomobilə heç bir ziyan dəyməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Terrace kafeyə getmiş, orada yemək yemiş, həmin vaxt orada dostları Kamran və Məhəmmədi, eyni zamanda tanışı Aysunu görmüşdür. Onlarla birlikdə əyləşib yemək yemiş, lakin içki qəbul etməmişdir. Məhəmməd və Kamranı əvvəlcədən tanıyır, onlarla dostluq münasibətləri var. Aysunu Kamranın işlətdiyi Lakasa de kafesində işlədiyi üçün tanıyır. Kafedə olanda Kamran ona “Aysu narahatdı. Atlas Hotelə getməlidir, mən içkiliyəm Aysunu sən apar hotelə” demişdir. O Kamranla razılaşıb kafedən çölə çıxanda Məhəmməd ona “mən sizi avtomobilimlə aparım” demişdir. Məhəmmədə “sən içkilisən, mən sürərəm avtomobili” deyib Məhəmməddən avtomobilin açarını almış və avtomobilə əyləşmişlər. Aysu avtomobildə qabaq sağ tərəfdə, Məhəmməd isə arxada əyləşmişdir. Məhəmmədin avtomobili ilə Terrace kafedən çıxıb Atlas Hotelə tərəf yola düşmüşlər. Atlas hotel Tumbul kənd yolunda yerləşdiyindən Məhəmməd ona “sən İpək yolu yanacaq doldurma məntəqəsinin yanındakı yolla get, oradan daha yaxındır” demiş, o da idarə etdiyi avtomobillə yanacaq-doldurma məntəqəsinin yanından keçib Babək şəhəri ilə Naxçıvan şəhərini birləşdirən yolda körpüyə doğru hərəkət etməyə başlamışdır. Körpünün giriş hissəsinə yaxınlaşanda Məhəmməd ona “mən narahatam” demiş və buna görə də avtomobili körpünün giriş hissəsində yolun kənarında sağ tərəfdə saxlamışdır. Məhəmməd avtomobildən yerə düşmüş, Məhəmmədin narahat olduğunu görüb o da avtomobildən düşüb Məhəmmədin arxasınca getmişdir. Həmin vaxtı Aysu avtomobildə qalmışdır. Məhəmməd içki qəbul etdiyi üçün qaytarmış, bir qədər vəziyyəti yaxşılaşdıqdan sonra avtomobilə tərəf gedəndə Aysunun Məhəmmədin avtomobilini sürüb sürətlə yanlarından uzaqlaşdığını görmüşdür. Aysu avtomobili sürətlə idarə edib körpüyə daxil olmuş və gözdən itmişdir. Yolun kənarında gözləyərkən həmin vaxtı tanışları Nurlan avtomobili ilə gəlib onların yanında dayanmış və Nuralanın avtomobilinə mindiklərində Məhəmməd avtomobilinin qaçırılması barədə polisə məlumat vermişdir. Tez Kamrana zəng edib “Məhəmməd narahat olduğu üçün avtomobili yolun kənarında saxlamışdıq və Aysu bizə heç nə demədən avtomobili özbaşına sürüb bizim yanımızdan uzaqlaşıb getdi” demiş, Kamran da ona “maraqlanıb deyəcəm sənə” demişdir. X5 getdiyini fikirləşib Nurlanın avtomobili ilə Atlas Hotelə getmişlər. Yolda olanda Kamran ona zəng edib “Aysu mənim yanımdadır” demiş və buna görə də Terrace kafeyə qayıtmışlar. X3 görmüşlər. Kamran ona “mən Aysunu aparıram Atlas Hotelə” demişdir. X1 avtomobilinə mindirib Atlas Hotelə tərəf aparmış, bir qədər keçdikdən sonra Kamran ona zəng edərək “bizi Atlas Hotelin yanında polis əməkdaşları saxlayıbdı, gəl bura” demişdir. Məhəmmədlə birlikdə Tumbul kənd yolunda yerləşən Atlas Hotelə getmişlər. Ora çatanda polis əməkdaşlarının Aysu ilə Kamranı saxladıqlarını görmüşdür. Sonra polis əməkdaşları X2 dəvət etmişlər. Aysunun Məhəmmədin avtomobilini hansı səbəbə sürüb onların yanından getdiyini bilmir. Aysu avtomobili qaçırmamışdan əvvəl onlara heç nə deməmiş və onların xəbəri olmadan avtomobili sürüb getmişdir. Məhəmmədin avtomobilinin markasını bilmir. Həmin avtomobilin ağ rəngdə və dövlət nömrə nişanının son rəqəminin 757 olduğunu xatırlayır. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Mehti oğlu izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Günayın ad günü olduğu üçün özünə Terrace kafedə ad günü keçirmiş və onu da ad gününə dəvət etmişdir. Ad gününə gedib orada dostları Məhəmməd, Aysu və Pərvini görmüşdür. Aysu onunla birlikdə restoranda işləyir. Orada dostları ilə birlikdə yemək yeyib viski içmişdir. Bir qədər sonra Aysu ona yaxınlaşıb “mən paltarımı dəyişməliyəm, hotelə getməliyəm" demiş, Aysuya “Pərvinlə get, Pərvin ayıqdır” deyərərk Pərvini çağırıb “Aysunu Atlas hotelə apar paltarını dəyişsin” demişdir. Həmin vaxt Məhəmməd “mənim avtomobilimlə apar Aysunu, mən də sizinlə gedirəm” demiş, sonra onların hər üçü X4 markalı avtomobilinə minib getmişlər. Avtomobili ayıq olduğu üçün Pərvin idarə etmişdir. Bir qədər keçdikdən sonra Pərvin ona zəng edərək “Aysu Məhəmmədin avtomobilini götürüb sürüb bizim yanımızdan getdi, haraya getdiyini bilmirəm, özüdə içkilidir” demiş, Pərvinə “sən gözlə restorandan çıxım axtarıb tapaq Aysunu” demişdir. Sonra Terrace kafenin qarşısına çölə çıxanda Aysunun avtomobili kafenin park yerində saxlayıb ayaqüstə durub ağladığını görmüşdür. Aysu onu görüb ondan su istəmiş, Aysuya “əyləş avtomobilə" deyib, sonra Məhəmmədə zəng edərək “narahat olmayın Aysu mənim yanımdadır, Terrace kafenin qarşısındayıq, avtomobildə heç bir ziyan yoxdur, mən Aysunu hotelə aparıram” demişdir. Məhəmmədin avtomobili ilə Aysunu qaldığı Naxçıvan şəhərində Tumbul kənd yolunun yanında yerləşən Tır parkının içərisindəki Atlas Hotelə aparmış, həmin avtomobillə gedib Tır parkının giriş qapısının qarşısında dayanmışdır. Aysu gedib hoteldə paltarını dəyişib gəldiyi zaman polislər onlara yaxınlaşaraq “bu maşın axtarışdadır” demişlər. Buna görə də tez Məhəmmədə zəng vurub “polis əməkdaşları bizə deyir ki, maşın axtarışdadır, gəl bura görək bu nə məsələdir” dediyində Məhəmməd də ona “bayaq Aysu maşını götürüb gedəndə mən 102 xidmətinə zəng vurub məlumat vermişdim” cavabını vermişdir. Bir qədər sonra Məhəmməd və Pərvin də onların yanına gəlmişlər. Sonra polis əməkdaşları onları İdarəyə dəvət etmişdir. Aysudan “sən nə üçün avtomobili götürüb getmisən” deyə soruşduğunda Aysu ona “həmin vaxtı mən narahat idim və əl-üzümü yumaq istəyirdim, ona görə avtomobili oradan sürüb Pərvingilin yanından çıxıb Terrace kafeyə gəldim” demişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə hadisə yerinə baxış keçirilmiş, keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin qaçırıldığı və polis əməkdaşları tərəfindən aşkar olunduğu hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə Təqsirləndirilən şəxs, Şahid2 Mehti oğlunun və Şahid3 sərxoş olub- olmamalarını təyin etmək məqsədi ilə müayinə edilmiş, 23 yanvar 2024cü il tarixli 980 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktında Təqsirləndirilən şəxs 0.39 promit, eyni tarixli 981 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktında Şahid2 0.14 promil, eyni tarixli 982 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktında Parvin Səfərlinin sərxoş olmadığı göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə Təqsirləndirilən şəxs, Şahid2 Mehti oğlunun, Şahid3 və Şahid1 sürücülük vəsiqələrinin olub-olmaması, həmçinin Chery Tıggo T11 minik markalı **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kimə məxsus olması və hər hansı şəxsə etibarnamə əsasında verilib-verilməməsi barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 İdarəsinə sorğu verilmiş və alınmış cavab məktublarında Təqsirləndirilən şəxs və Şahid3 sürücüiük vəsiqələrinin olmadığı, Şahid1 Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən BD seriyalı 853877 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi, Şahid2 Mehti oğluna Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən BD seriyalı 853655 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi və onun sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısına daxil olmadığı, Chery Tıggo T11 minik markalı **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ünvan 1 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs adında qeydiyyatda olduğu və xx.xx.2022-ci il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Şahid1 verildiyi göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə Chery Tıggo T11 minik markalı 75-BE- 757 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs talama məqsədi olmadan qaçıran zaman sərxoş vəziyyətdə olduğundan və idarəetmə hüququ olmadığından Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs Chery Tıggo T11 minik markalı **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırdığından onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəliəsinin 185.1- ci maddəsinin tərkib əlamətləri olduğundan və qeyd edilən əməl cinayət sayıldığından onun barəsində inzibati icraat başlanılmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə Chery Tıggo T11 minik markalı 75-BE- 757 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Şahid2 Mehti oğlunun sərxoş vəziyyətdə idarə etdiyi, Şahid3 həmin nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan və Şahid1 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan Şahid3 verdiyi müəyyən edildiyindən Şahid2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsinin, Şahid3 əməlində həmin Məcəllənin 332.2-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsinin və Şahid1 əməlində isə həmin Məcəllənin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsinin tərkib əlamətlərinin olduğunu nəzərə alaraq, adları qeyd olunan şəxslərin barəsində həmin maddələr üzrə inzibati icraat başlanılması üçün məhkəməyədək sadələşdirilmiş icraat materialından inzibati material ayrılaraq qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin X6 Bölməsinə göndərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə Təqsirləndirilən şəxs talama məqsədi olmadan qaçırdığı Chery Tıggo T11 minik markalı **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə hadisə nəticəsində hər hansı bir maddi ziyanın yetirilib- yetirilməməsi ilə bağlı baxış keçirilmiş və hadisə nəticəsində həmin avtomobilə heç bir maddi ziyanın yetirilmədiyi müəyyən edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə Təqsirləndirilən şəxs məhkumluğunun olubolmamasını müəyyən etmək məqsədi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-lnspeksiya İdarəsinin Əməliyyat Statistik İnformasiya Şöbəsinə tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı göstərilmişdir. Məhkəməyə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 06 mart 2024-cü il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, əvvəllər təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış Chery Tıggo T11 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73, 73-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış Chery Tıggo T11 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-18/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-18/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver