Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-19/2023 25.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:30 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X15, zərərçəkmiş şəxslər X3 və X4 iştirakları iştirakları ilə, xx.xx.2000-ci ildə Naxçıvan şəhəri anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunsa da, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 05 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci ildə Şərur rayon Cəlilkənd kəndində anadan olmuş, subay, orta ixtisas təhsilli, Azərbaycan Respublikası vətəndaşı, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, Şərur rayon Cəlilkənd kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 28 mart 2023-cü il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilən, məhkəmənin 20 iyun 2023cü il tarixli qərarı ilə barəsində seçilən qətimkan tədbiri dəyişdirilməklə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə 26 fevral 2023-cü il tarixdə saat 00:03 dəqiqədə bir qrup şəxs halında Naxçıvan şəhəri Çənlibel məhəlləsində küçə ilə gedən zamanı ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına X12 və X16 üzərində fiziki zor tətbiq edib onları döyərək X5 dərəcəsi təyin edilməyən xəsarət, X10 isə yüngül bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər-xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığı dövrdə Təqsirləndirilən şəxs1 ilə birlikdə 26 fevral 2023-cü il tarixdə saat 00:03 dəqiqədə bir qrup şəxs halında Naxçıvan şəhəri Çənlibel məhəlləsində küçə ilə gedən zamanı ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına X12 və X16 üzərində fiziki zor tətbiq edib onları döyərək X5 dərəcəsi təyin edilməyən xəsarət, X10 isə yüngül bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər-xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdirlər. Təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətməsi ilk olaraq onların öz ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır. Hal-hazırda işsizdir və heç yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun dostudur. 4-5 ildir münasibətləri var. Təqsirləndirilən şəxs2 əslən Şərur rayon Cəlilkənd kənd sakini olsa da, Çənlibel məhəlləsində yaşayır. Özü əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunub. 2 ilə yaxın cəza çəkib. 2018-ci ildə dekabr ayının sonlarında 3 nəfərlə birlikdə Bakı şəhəri Xəzər rayonunda evə qanunsuz daxil olub qızıl və pul oğurladığı üçün barəsində cinayət işi başlanıb, istintaq müddətində həbsdə olub, həmin maddələrlə barəsində 1 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. 25 fevral 2023-cü il tarixdə saat 23 radələrində dostu Təqsirləndirilən şəxs2la birlikdə evə gedərkən Çənlibel məhəlləsində Namiqin dükanı adlanan yerdən yolu keçərkən qarşı tərəfdə yolun kənarında dayanan tanımadığı 2 nəfər şəxs fit çalmış, “yəqin məhlə uşaqlarındandır, məni çağırır” deyə düşünmüş, gecə olduğundan heç nə görməmişdir. Turalla birlikdə yolu keçib onlara yaxınlaşıb salamlaşanda həmin fit çalan şəxsləri tanımamışdır. Tural onlara “nə deyirsiniz?” soruşduğunda, Ağabəy Abdullayev və Vüsal Qəhrəmanov “sizə fit çalmırdıq, evə getmək üçün taksi çağırırdıq, Ağabəy fit çaldı” demişdir. Lakin həmin şəxslərin sözünə inanmamışlar. Çünki onlar sərxoş olduğundan fit çalıb məzələnirlər deyə düşünmüş, buna görə də dayana bilməyib onlarla mübahisə etmişlər. Onu yumruqla vurduqlarında o da Ağabəyin sifətinə yumruq vurmuş, hətta onu döymüşdür. Xatırladığı qədəri ilə Tural da Ağabəyi itləmiş, ancaq onu döyməyini görməmişdir. Küçə olduğu üçün oradan keçən şəxslər də yaxın gəlib onları aralaşdırmışlar. Həmin vaxt küçədə 4-5 nəfər var idi. Səs-küy olduğundan ətrafda olan şəxslər ora yığışmışlar. O, Ağabəyi döymüş, ona fənd edib yerə yıxmışdır. Ağabəy yerə yıxılandan sonra qaçıb getmişdir. Turala tərəf dönəndə Turalın ağzının qanadığını görmüşdür. Ağabəyin Turalı vurmuşdur. Vüsalın Turalı döyüb ağzını qanatdığını zənn etdiyi üçün Vüsala “sən uşağı vurdun?” demiş və dayana bilməyib Vüsalı döyməyə başlamışdır. Vüsalın sifətindən bir neçə dəfə yumruqla vurmuş, təkrar Vüsala yumruq vura-vura dükana tərəf aparmış, dükanın yanında da təkrar iki yumruq vurmuş, sonra da bedro atmışdır. Dükanın yanında arxa yıxılmışdır. Yerdə gözünün altından vurub getmişdir. Turalla birlikdə məhlləyə binanın qabağına getmişdir. Polis sahə rəisi Salman ona zəng vurub Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişdir. İdarəyə gələndə Vüsalı İdarədə görmüşdür. Vüsalın gözünün altının yaralanmış vəziyyətdə idi. İdarədə onu döydüyü və İdarəyə gələn şəxsin X16 olduğunu, fitə görə onlarla söhbət edənin X12 olduğunu bilmişdir. Hadisədən əvvəl Xəyal restoranında Turalla birlikdə viski və həmin spirtli içkinin üstündən də piyvə içmişlər. Mübahisə zamanı hər ikisi sərxoş olmuşdur. Mübahisə etdikləri şəxsləri tanımır, ilk dəfə idi onları görürdü. Heç bir münasibəti yoxdur, onlarla aralarında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Sadəcə hadisə zamanı gözü dönüb, heç kəsi gözü görməyib. Hadisə zamanı əllərində heç bir kəsici-deşici alət olmayıb, sadəcə onları yumruq və təpiklə döymüşlər. Mübahisənin səbəbi fit çalmaq üstündə olub. Sərxoş vəziyyətdə onlara yumruq-təpik atıb, Vüsala bedro vurmuş və Vüsal dombalaq aşmışdır. Ağabəy qaçıb getdiyindən dönüb Turalın ağzının qanadığını görmüş, dayanmayıb təkrar Vüsalın üzünə 2 dəfə yumruqla vurmuşdur. Ağabəy Turalın döydüyü üçün qaçıb taksiyə minib getmişdir. O birini də döyəndən sonra onları aralaşdırmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şərur rayon Cəlilkənd kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. X37 işləmir, kənddə fərdi təsərrüfatla məşğuldur. X1 şəhid X19 həyat yoldaşıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər X11 və X6 əvvəlcədən tanımır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 ilə 4-5 ildir dostdur. 25 fevral 2023-cü il tarixdə saat 23 radələrində dostu Təqsirləndirilən şəxs1la birlikdə evə getdikləri zaman Çənlibel məhəlləsində Namiqin dükanı adlanan yerdən yolu keçərkən qarşı tərəfdə yolun kənarında dayanan şəxslərdən biri fit çalmış, Kamalla yolu keçib onlara tərəf gedəndə yolun ortasında Kamal “bizimləsiniz” soruşmuş, onlar da “sizinlə deyilik, taksi saxlamaq üçün fit çaldıq” demişlər. Həmin vaxt hər ikisi sərxoş vəziyyətdə olmuşlar. Onların yanına gedib salamlaşmışlar. Orada Ağabəydən “fiti bizə çaldınız?” soruşmuş, Ağabəy və onun yanındakı Vüsal “taksini saxlatmaq üçün Ağabəy fit çaldı, sizə fit çalmamışıq” demişdir. Ağabəy və Vüsal nə qədər izah eləsələr də, sərxoş olduqlarından onların fit çalmağının özündə qıcıq yaratmış, onlara “fit çala bilmərisiniz” demişlər və o səbəbdən də onlarla mübahisə eləməyə başlamışlar. Yumruqla Ağabəyin sifətindən vurmaq istəyəndə, yumruğu Ağabəyin başına dəymiş, Kamalla birlikdə Ağabəyi çəkişdirmişlər. Vüsal da araya girib Ağabəyi onun əlindən alanda Kamal çəkilsin deyə yumruqla Vüsalı vurmuş, bu vaxt Ağabəy yumruqla onun sifətindən vurmuşdur. Ağabəyin əlinin dişinə keçdiyindən dodağı partlayıb qanamışdır. Həmin vaxt Ağabəyi başına alıb yerə çırpışdır. Ağabəy yolun kənarında bardürə tərəf yerə yıxılmış, ayağa qalxmaq istəyəndə bir-iki yumruq-təpik vuraraq onu yenə yerə yıxmış, yerdə də təpiklə vurmuşdur. Sonra Ağabəy qaçıb hadisə yerindən getmişdir. Kamal da onun ağzının qanadığını görüb “Nə oldu?” soruşmuş və Kamal Vüsalı yumruqla bir neçə dəfə vura-vura Namiqin dükanın qabağına aparmışdır. Kamal orada Vüsalı döyüb yerə yıxmışdır. Mübahisə zamanı ətrafda olan şəxslər onları aralaşdırmışlar. Vüsalın sonra hara getdi bilməmişdir. Bir qədər keçəndən sonra onlar Naxçıvan Şəhər Polis İdarəsinə dəvət edilmişlər. Sərxoşluq müayinəsindən keçirilmişlər. Mübahisənin səbəbi fit çalmaq üstündə olmuşdur. Sərxoş olduqlarından söhbət zamanı gözü dönmüş və onlara yumruq-təpik atmışdır. Mübahisə zamanı əllərində heç bir kəsici-deşici alət olmayıb. Sadəcə yumruq və təpiklə qarşı tərəfi vurub döymüşlər. Mübahisə zamanı Ağabəy Abdullayevin və Vüsal Qəhrəmanovun əlində heç bir kəsici-deşici alət görməyib. Mübahisədən əvvəl pivə və viski içmişlər. Ağabəy onu vurduğundan ağzı qanamış və 11 tikiş qoyulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Babək rayon Şıxmahmud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hal-hazırda günəmuzd fəhlə işləyir. X16 ilə iş yoldaşıdır. Vüsal ev təmir ustasıdır. İş olanda gedib birlikdə işləyirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımır, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibəti yoxdur. 25 fevral 2023-cü il tarixdə saat 18 radələrində Vüsal Qəhrəmanovla işdən çıxıb birlikdə Xəyal kafeyə getmiş, orada piyvə içib istirahət etmişlər. Saat 23 radələrində Vüsalla birlikdə kafedən çıxıb evə getmək üçün tanışı Nihata zəng vurub “Xəyal kafedən çıxmışıq, Vüsalla birlikdəyik, gəl bizi götür” demiş, Nihat da “15 dəqiqəyə gəlirəm” demişdir. Vüsalla birlikdə piyada gəlib Çənlibel məhəlləsindəki yol ayrıcına çatdıqlarında Çənlibel məhəlləsində Namiqin dükanın qabağında qarşı tərəfdə durmuşlar. Həmin vaxt taksi yanlarından keçmiş, taksi səsi eşidib dayansın deyə fit çalmışdır. Həmin vaxt dükanın qabağından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəlib onlara yaxınlaşaraq “fiti bizə çalırsınız?” dediklərində, Vüsalla birlikdə onlara “taksiyə fit çalırdıq saxlasın” demişlər. Lakin onlara nə desələr də başa düşməmiş, mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Təqsirləndirilən şəxs2 onun gözündən yumruqla vurmuşdur. Vüsal “çıxın gedin mübahisə eləməyin” demiş, həmin vaxt ətrafda olan şəxslər də mübahisə olan yerə gəlmişlər. Ora gələn şəxsləri tanımır. Kamal və Tural onların ikisini də sillə-təpik atıb döymüşlər. Vüsal onu vurmasınlar deyə araya girmiş, həmin vaxt Kamal onu itələmiş və ayağı bardürə ilişib yerə yıxılmışdır. Onların ikisi də onun üstünə yetirib yerdə təpik-sillə vurub döymüşlər. Ayağa durub hadisə yerindən qaçmışdır. Nihatın idarə etdiyi Vaz 21074 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilinə minib getmişdir. Vüsal isə hadisə yerində qalmışdır. Səhər açılan kimi Naxçıvan Şəhər Polis İdarəsinə gəlib baş vermiş hadisə ilə əlaqədar ərizə yazmışdır. Mübahisə taksiyə fit çalmağının üstündə olub. Həqiqətən də taksi eşitsin və dayansın deyə fit çalmışdır. Ancaq Kamal və yanında olan Tural onları səhv başa düşmüşdür. Nə qədər onlara vəziyyəti izah etsələr də, onlar anlamamışdır. Mübahisə zamanı əlində heç bir əşya olmayıb. Tural ona yumruq atmış, o da Turalın sifətindən yumruqla vurmuşdur. Həmin vaxt Kamal təpik atmış, Tural da üstünə gəlib onu çəkişdirmiş, itləyəndə o yerə yıxılmış, başı bardürə dəyməsin deyə əlini qabağa verəndə əli yolun kənarında olan dəmirə ilişib qanamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Babək rayon Məzrə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hal-hazırda ev təmir ustası işləyir. X12 ilə iş yoldaşıdır. Onunla birlikdə işləyir. Mübahisəni yaradan şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımır. İlk dəfə idi onları görürdü. Aralarında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. 25 fevral 2023-cü il tarixdə saat 18 radələrində Ağabəy Abdullayevlə işdən çıxıb birlikdə Xəyal kafeyə getmiş, pivə içib istirahət etmişlər. Saat 23 radələrində Ağabəylə birlikdə kafedən çıxmışlar. Evə getmək üçün Ağabəy tanışı Nihata zəng vurub “Xəyal kafedən çıxmışıq, gəl bizi götür” demiş, sonra Ağabəylə birlikdə piyada gəlib Çənlibel məhəlləsindəki yol ayrıcına çatmış, Çənlibel məhəlləsində Namiqin dükanın qabağında qarşı tərəfdə durmuşlar. Taksi gəlib yanlarından keçəndə Ağabəy taksi səsi eşidib dayansın deyə fit çalmışdır. Həmin vaxt dükanın qabağından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəlib onlara yaxınlaşaraq “fiti bizə çalırsınız?” deyə soruşmuşlar. Ağabəylə birlikdə onlara “taksiyə fit çalırdıq saxlasın” desələr də onlar başa düşmək istəməyib mübahisə eləməyə başlamışlar. Mübahisə zaman onlara “bacoğlu, çəkilin biz taksi gözləyirik, oturub gedək” desələr də onlar elə mübahisə yaratmaq üçün fürsət gözləyirmiş kimi əl çəkməyib üstlərinə gəlmişlər. Küçədə ətrafda olan şəxslərin yanında səslərini başlarına atıb söyüş söyərək qışqırmışlar. Mübahisə zamanı Tural Ağabəyə yumruq atmış, onun yumruğu Ağabəyə dəymişdir. Onları aralamaq üçün araya girdiyində, Kamal ona yumruq təpik atmışdır. Ağabəy hadisə yerindən çıxıb taksiyə oturub getmiş, Kamal və Tural onun üstünə düşüb döymüşlər. Sifətinə yumruqla vurmuşlar. Onu yerə yıxdıqdan sonra çıxıb getmişlər. Fab deyilən yerdə ayaqyoluna girib üzünü yumuşdur. Orada mülki formada polis əməkdaşı ilə qarşılaşmış, həmin polis ona köməklik göstərib İdarəyə göndərmişdir. İdarəyə gedib ərizə ilə müraciət etmişdir. Mübahisənin taksiyə fit çalmağın üstündə olub. Mübahisə zamanı hadisə yerində çoxlu adam olsa da, onları tanımır. X2 teleqram göndərərək verdiyi ifadəni təsdiq etdiyini, işində zərurət olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini xahiş etmişdir. İbtdai istintaq zamanı dindirilən ifadəsi məhkəmə iclasında tədqiq edilən X2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşayır. Hal-hazırda Naxçıvan ŞPİ-nin PPXB-də polis nəfəri, polis kiçik serjantı işləyir. Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıyır. Eyni məhəllədə böyüyüblər. Onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıyır. Onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Zərərçəkmiş şəxs X6 tanıyır, onunla həmkəndlidir, X11 əvvəlcədən tanımır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. İstirahət vaxtı evdə olduğu zaman Naxçıvan şəhəri Çənlibel məhəlləsində Namiqin dükanının yanında savaşma olması ilə bağlı zəng gəlmiş, dərhal evdən çıxıb hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda mübahisə bitmişdir. Orada bir nəfər yaralı şəxs görüb. Dərhal 102 zəng mərkəzinə zəng vurub hadisə barədə məlumat verib, hadisə yerinə istintaq-əməliyyat qrupunda olan polis əməkdaşları gəlib. Yaralı şəxsin adının Vüsal olduğunu, hadisə yerində olanda Kamal və onun yanında olan Turalın yolla keçəndə iki nəfər şəxslə mübahisə edib, onları döydüyünü eşidib. Ağabəyin hadisə zamanı xəsarət aldığını bilməyib. Səhərisi gün Vüsal və Ağabəyin Kamal və Turalla mübahisə elədiklərini öyrənib. Mübahisə zamanı Kamal və Tural Vüsalı və Ağabəyi döydüklərini eşidib. Mübahisəni görməyib. Gedəndə Vüsalı yaralı vəziyyətdə dükanın yanında görüb. Təqsirləndirilən şəxs2 cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsi nəzərə alınaraq ona qanuni nümayəndə kimi atası istintaq orqanı tərəfindən cəlb edilmiş, daha sonra könüllü olaraq ifadə vermək istədiyini bildirdiyindən, o şahid qismində dindirilmişdir. Məhkəmə hazırlıq iclasında qanuni nümayəndə kimi iştirak etmiş, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatması nəzərə alınaraq onun qanuni nümayəndə statusuna xitam verilmişdir. Məhkəmə istintaq zamanı X22 məhkəmə zalında olmaqla ifadə vermək istəməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən X22 ifadəsində Şərur rayonu Cəlilkənd kəndində qeydiyyatda olmaqla yaşadığını, Şərur rayon Cəlilkənd kəndində fərdi təsərrüfatla məşğul olduğunu, dörd övladının olduğunu, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 doğma oğlu olduğunu, qızı Məmmədova Təhimənin şəhid yoldaşı olduğunu, onun yoldaşının şəhid X27 olduğunu, qızının Naxçıvan Dövlət Universitetində təhsil aldığını, ünvan 2 ünvanında yaşadığını, ona görə də, oğlu Turalın da qızı Təhminə ilə Naxçıvan şəhərində yaşadığını, Şərurda təsərrüfatı olduğundan bir həftə Naxçıvan şəhərində və bir həftə Şərurda olduğunu, Turalın 2012-ci il Şərur rayon Cəlilkənd orta məktəbində təhsil başladığını, 2021-ci ildə Şərur rayon Texniki Peşə və sürücülük məktəbində bərbərlik kursuna daxil olduğunu, 3 aylıq kursu bitirdiyini, tərbiyəli olduğunu, özünün ümidi olduğunu, oğlu Turalın qızı Təhminə tək qalmasın deyə onun yanında qaldığını, hadisənin baş verməsi barədə heç nə bilmədiyini, polis tərəfindən ona məlumat verildiyini, ondan oğlu Turalın tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə hadisə törətdiyini və iki nəfəri döydüklərini öyrəndiyini, hadisə ilə də başqa heç nə bilmədiyini, oğlunun hərbi çağırışçı vaxtında olduğunu, bunun nəzərə alınmasını istədiyini, zərərçəkmiş şəxslər X6 və X11 tanımadığını, hadisədən sonra tanıdığını, aralarında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Təqsirləndirilən şəxs1 tanımadığını, Kamalı hadisədən sonra tanıdığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilən, ifadəsi məhkəmə iclasında tədqiq edilən şahid X18 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yaşayır, fərdi qaydada ticarətlə məşğuldur. Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıyır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Zərərçəkmiş şəxslər X6 və X11 əvvəlcədən tanımır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. İdarə etdiyii X35 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Çənlibel məhəlləsi ilə getdiyi zaman svetoforu keçəndən sonra yolda 4 nəfər şəxsin savaşdığını görmüşdür. Həmin şəxslər bir-birilərinə söyüş söyürdü. Birdən avtomobilin qabağına qaçıb gələrlər deyə avtomobili yavaşlatmı, həmin vaxt hadisəni görmüşdür. Mübahisə edənlərdən birinin cavan uşaq olduğunu, o birinin də Kamal olduğunu görmüşdür. Digərlərini isə tanımır. Mübahisə zamanı cavan uşaq Turalla Kamalın həmin şəxsləri döydüklərini, mübahisənin yolun ortasında olduğunu görmüş və avtomobili sürüb getmişdir. Mübahisənin nə üstündə olduğunu bilmir. Hadisə yerində olan şəxslərdən heç kimi tanımır. İbtidai istintaq zamanı dindirilən, ifadəsi məhkəmə iclasında tədqiq edilən şahid X20 ifadəsində göstərmişdir ki, Babək rayonu Şıxmahmud kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımır. Onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslər X6 və X11 əvvəlcədən tanıyır, Ağabəy onun həmkəndlisidir, Vüsal da onunla birlikdə işləyir, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Baş vermiş hadisə ilə əlaqədar bildirir ki, idarə etdiyi VAZ 2107 markalı avtomobillə taksiçilik edir. Ağabəy zəng vurub dedi ki, “Vüsalla birlikdəİ kafedən çıxımışıq, gəl bizi kəndə apar”. O da dedi ki, gəlir. 10-15 dəqiqə sonra Xəyal kafeyə çatanda Ağabəyə zəng vurdu və dedi ki, haradadırlar. Ağabəy də dedi ki, svetofora tərəf gəlir, o yola gəl. O da idarə etdiyi avtomobilə ora çatmış, ora bura baxçış, heç kəsi görməmişdir. Bir də gördü ki, mübahisə düşüb. Ora baxanda Ağabəy əli yaralı avtomobilə tərəf gəldi və götürüb kəndə getdi. Yolda olan zamanı Ağabəyin əli qanayırdı. O da soruşdu ki, nə oldu, sizi kim döydü, Vüsal haradadır. Ağabəydə dedi ki, “sən mobillə keçəndə sənə fit atdıq ki, dayan, sən də dayanmadın, orada olan iki uşaq bunun üstündə bizimlə mübahisə edib bizi döydülər. Vüsalın da hara getdiyini bilmədim”. Sonra Ağabəyi aparıb evlərinə qoymuşdur. İbtidai istintaq zamanı dindirilən, ifadəsi məhkəmə iclasında tədqiq edilən şahid X24 ifadəsində göstərmişdir ki, Babək yonu Qahab kəndində qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşayır. Fərdi qaydada ticarətlə məşğul olur. Həsənov amal Ramiq oğlunu əvvəlcədən tanıyır, məhlə uşağı olub, onunla onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslər X6 və X11 vvəlcədən tanımır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Baş vermiş hadisə ilə əlaqədar bildirir ki, idarə etdiyi Ford usion markalı **- BH-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Çənlibel məhəlləsi ilə gedirdi. Svetofora yaxınlaşanda gördü ki, yolda 4 nəfər şəxs savaşır, bir-birilərinə söyüş söyürlər, o savaşanları tanımadı. Maşını saxladı və baxdı Kamal yanında bir oğlanla birlikdə özlərindən yaşça böyük iki nəfər şəxslə savaşır, evə təcili gedəcəyindən avtomobili saxlamadı, sonra da çıxıb getmişdir. Başqa da heç görməmişəm. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə başlanılmışdır. İstintaq zamanı təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 hadisə zamanı sərxoş olub-olmamasını təyin etmək məqsədilə 26 fevral 2023-cü il tarixdə sərxoşluq müayinəsindən keçirilmiş və alınmış 26 fevral 2023-cü il tarixli 352 saylı, «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktından Təqsirləndirilən şəxs2 0,37 promil sərxoş olduğu göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 hadisə zamanı sərxoş olub-olmamasını təyin etmək məqsədilə 26 fevral 2023-cü il tarixdə sərxoşluq müayinəsindən keçirilmiş və alınmış 26 fevral 2023-cü il tarixli 353 saylı, «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktından Təqsirləndirilən şəxs1 0,78 promil sərxoş olduğu göstərilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 09 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinə müvafiq tələbnamə göndərilmiş və alınmış 13 mart 2023-cü il tarixli 2/2975 nömrəli cavabda Təqsirləndirilən şəxs2 barəsində heç bir məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 09 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinə müvafiq tələbnamə göndərilmiş və alınmış 13 mart 2023-cü il tarixli 2/2975 nömrəli cavabda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 11 iyun 2019-cu ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə 01 il 03 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası aldığı göstərilmişdir. İstintaq zamanı cinayət işi üzrə zəruri olduğundan Təqsirləndirilən şəxs1 barəsində 11 iyun 2019-cu il tarixdə 1(003)-138/2019 nömrəli Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilərək ona 01 il 03 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsində göstərilir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş və götürülmüş sayılır. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs1 cəzanı çəkib qutardıqdan sonra iki ildən artıq müddət keçdiyindən, onun məhkumluğu ödənilmiş və götürülmüşdür. İstintaq zamanı həqiqətin müəyyən edilməsi məqsədilə 01 mart 2023-cü il tarixdə məhkəmə tibbi ekspertiza təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 10 mart 2023-cü il tarixli 176 saylı ekspert rəyində X3 bədənində sol əlin V barmağının proksimal falanqasının arxa səthində yara və yaranın ətrafında şişkinlik və qızartı, sağ əlin İ barmağının proksimal falanqasının arxa səthində sıyrıq, yaranın hər hansı kəsici alətin təsirindən, bilavasitə şüşə zərbəsi, lezva ilə yetirilə bilərliyi, iti uclu alətin təsirindən yarana bilərliyi, sıyrığın isə küt əşyanın təsirindən yarana bilərliyi, xəsarətlərin müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İstintaq zamanı həqiqətin müəyyən edilməsi məqsədilə 01 mart 2023-cü il tarixdə məhkəmə tibbi ekspertiza təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 10 mart 2023-cü il tarixli 177 saylı ekspert rəyində X4 bədənində təpə nahiyyəsində yara, sol qaşın bayır hissəsində yara, sol periorbital sahədə hə iki göz qapağını əhatə edən qançır, sol gözün sklerasına və konyuktivaya qansızma, sağ diz nahiyyəsinin ön və yan səthində 2 ədəd sıyrıq, sol diz nahiyyəsinin önünündə 3 ədəd sıyrıq olduğu, göstərilən xəsarətlərin küt əşyanın təsirindən törəndiyi, xəsarətlərin müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aid olduğu göstərilmişdir. İstintaq zamanı həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertiza təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 01 mart 2023-cü il tarixli 168 saylı ekspert rəyində Təqsirləndirilən şəxs1 bədən səthi üzərində sol əlin V barmağının distal falanqasında yar. Yara hər hansı kəsici alətin təsirindən, bilavasitə şüşə zərbəsi, lezva ilə yetirilə bilərliyi, iti uclu alətin təsirindən yarana bilərliyi, sıyrığın isə küt əşyanın təsirindən yarana bilərliyi, xəsarətlərin müddəti 1 gün əvvələ uyğun gəldiyi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İstintaq zamanı həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertiza təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 01 mart 2023-cü il tarixli 169 saylı ekspert rəyində Təqsirləndirilən şəxs2 bədən səthi üzərində sol ağız bucağında yara, sağ əlin arxa səthində yara. Yaralar hər hansı kəsici alətin təsirindən, həmçinin bilavasitə şüşə zərbəsindən, levza ilə yetirilə bilərdi və sair iti uclu alətin təsirindən yaran bilərdi. Xəsarətlərin müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aid olduğu göstərilmişdir. Məhkəmə istintaq zamanı Naxçıvan şəhər ərazisində təhlükəsiz şəhər müşahisə kameraları vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü bir ədəd DVD-yə baxış keçirilmiş və baxış zamanı müşahidə kamerasının Çənlibel məhləsində yol ayrıcından aşağı yolu çəkdiyi müşahidə edilir. Video 26 fevral 2023-cü il tarixi, saat 00:03:30 saniyəni göstərir. Baxış zamanı video müşahidə kamerasının yolu-küçəni çəkdiyi, video-görüntünün küçəni ağ qara çəkdiyi, çəkiliş zamanı orada olan iki nəfər şəxsin yolu soldan sağa keçdiyi, sonra yolun sağ kənarında dayanan şəxslərlə mübahisə etdiyi, mübahisə zamanı onları vurub döyüdüyü, mübahisə zamanı döyülən şəxslərin yıxıldığı, sonra hadisə yerinə ətrafda olan şəxslərin gəldiyi, mübahisənin davam etdiyi, sonra mübahisə edənlərin sol doğru hərəkət etdikləri və ondan sonra mübahisənin bitdiyi müşahidə edildi. Təqsirləndirilən şəxs1 video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan və mübahisəni yaradan şəxsin özü olduğu, özü ilə birlikdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 olduğunu, mübahisə zamanı sərxoş olduqlarını, birlikdə mübahisə elədiklərini, mübahisə zamanı X11 və X6 döydüklərini bildirmişdir. Lakin videogörüntünün tam olmadığını, X7 Təqsirləndirilən şəxs2 yumruqla sifətində vurması, daha sonra qaçıb 07 markalı avtomobillə qaçması anının videogörüntüdə olmadığını, ibtidai istintaq zamanı bir dəfə onu videogörüntü ilə tanış edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan və mübahisəni yaradan şəxslərdən birinin özü olduğu, özü ilə birlikdə Təqsirləndirilən şəxs1 mübahisə yaratdığını, mübahisə zamanı sərxoş olduqlarını, birlikdə mübahisə elədiklərini, mübahisə zamanı X11 və X6 döydüklərini bildirmişdir. Lakin videogörüntünün tam olmadığını, X7 onu yumruqla sifətində vurması, daha sonra qaçıb 07 markalı avtomobillə qaçması anının videogörüntüdə olmadığını, ibtidai istintaq zamanı bir dəfə onu videogörüntü ilə tanış edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs X12 görüntüləri izlədikdən sonra görüntüdə əks olunan və döyülən şəxslərdən birinin özü olduğu, digərinin isə tanışı X16 olduğu, yolu keçən şəxslər Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 olduğunu, mübahisə fit çalmaq üstündə başladığını, mübahisə zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 özünü və Vüsalı döydüyünü, mübahisə zamanı sərxoş olduğunu bildirmişdir. İbtidai istintaq zamanı iki dəfə videogörüntü ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs X16 oğlu görüntüləri izlədikdən sonra görüntüdə əks olunan və döyülən şəxslərdən birinin özü olduğu, digərinin isə tanışı X12 olduğu, yolu keçən şəxslər Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 olduğunu, mübahisə fit çalmaq üstündə başladığını, mübahisə zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 özünü və Ağabəyi döydüyünü, mübahisə zamanı sərxoş olduğunu bildirmişdir. İstintaq zamanı iki dəfə videogörüntü ilə tanış edilmişdir. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X8 Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs1 05 yanvar 2021-ci ildən “Nevrotik reaksiya” diaqnozu ilə qeydiyyatda olduğu, Təqsirləndirilən şəxs2 qeydiyyatda olmadığı göstərilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sərxoşluqdan əzab çəkib-çəkməmələri və məcburi müalicəyə ehtiyaclarının olubolmamalarını, həmçinin psixi xəstəliyinin olub-olmamalarını, psixi xəstədirlərsə, cinayət hadisəsini törədərlərkən öz əməllərinin faktiki xarakterlərini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabliyyətində olub-olmalarını, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntularının olub-olmalarını və məcburi müalicəyə ehtiyaclarının olub-olmalarını müəyyən etmək məqsədilə 05 may 2023-cü il tarixdə kompleks məhkəmə psixiatrik və narkoloji ekspertiza təyin edilmiş və kompleks ekspertizanın keçirilməsi Y.Budaqov adına Naxçıvan MR X8 həvalə edilmişdir. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X9 alınmış 22 may 2023-cü il tarixli 120 saylı məhkəmə narkoloji ekspertizanın rəyində Təqsirləndirilən şəxs1 spirtli içki istifadəçisi olduğu, alkoqolizm və narkomaniya xəstəliyindən əzab çəkmədiyi, hal hazırda məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X9 alınmış 22 may 2023-cü il tarixli 121 saylı məhkəmə psixiatrik ekspertizanın rəyində Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Nevrotik reaksiya” vəziyyətində olduğu, halhazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarında olduğu, məcburi müalicəyə ehtiyacının olmadığı, Təqsirləndirilən şəxs1 hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X9 alınmış 22 may 2023-cü il tarixli 122 saylı məhkəmə narkoloji ekspertizanın rəyində Təqsirləndirilən şəxs2 spirtli içki istifadəçisi olduğu, alkoqolizm və narkomaniya xəstəliyindən əzab çəkmədiyi, hal hazırda məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X9 alınmış 22 may 2023-cü il tarixli 123 saylı məhkəmə psixiatrik ekspertizanın rəyində Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, halhazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarında olduğu, məcburi müalicəyə ehtiyacının olmadığı, Təqsirləndirilən şəxs2 hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Mİİ-dən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs1 Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 25, mənzil 47 ünvanında qeydiyyat olmaqla yaşadığı müddətdə özünü nizam intizamlı, bacarıqlı bir vətəndaş kimi göstərdiyi, onun barəsində Mİİ-nə heç bir şikayətin daxil olmadığı, onun fiziki və mənəvi cəhətdən sağlam olduğu göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Mİİ-dən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında müvəqqəti yaşadığı müddətdə onun barəsində Mİİ-nə heç bir şikayətin daxil olmadığı və əlavə məlumatın olmadığı göstərilmişdir. Şərur rayon Cəlilkənd İƏD üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Şərur rayon Cəlilkəndində qeydiyyatda olduğu, kəndə yaşadığı müddətdə özünü nizam intizamlı, işgüzar, tərbiyəli bir vətəndaş kimi apardığı, onun və yaxın qohumlarının barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər 221.2.1-ci maddəsinə görə bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası CPM-in 428.2-ci maddəsinə görə cinayət prosesində yetkinlik yaşına çatmayan dedikdə cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini həll edərkən cinayət əməlini törətdyi vaxt yetkinlik yaşına çatmadığını nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər barəsində ədalət mühakiməsi ilk növbədə həmin şəxslərin mənafelərinə xidmət etməli və belə şəxs haqqında görülən təsir tədbirləri onların şəxsiyyətlərinə və qanunazidd əməlinin xarakterinə uyğunluq təşkil etməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlindən peşman olması, təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 əməlində səmimi peşmançılığı, təqsirini etiraf etməsi, cinayət törədən zaman yetkinlik yaşına çatamaması yüngülləşdirici hal kimi müəyyən edilmişdir “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası CM-in 85.4-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalı, bu cəzanın icrası Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu ünvan 11 ünvanı üzrə-ünvan 12iya Şöbəsinə, Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu Şərur rayonu Cəlikən üzrə-Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanlarda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarı ilə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili X21 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili X15 məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarət altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası qeydiyyatda olduğu yer-ünvan 13 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarət altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası qeydiyyatda olduğu yer-Şərur rayon Cəlilkənd ünvanı üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin nəvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil bürosunun vəkili X15 məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsı. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-19/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-19/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver