Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-2/2021 28.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədov Qabil Neymət oğlunun sədrliyi, Mustafayev Xeyrulla Süleyman oğlunun katibliyi, Xüsusi ittihamçı–X8 nümayəndəsi Müdafiəçi, təqsirləndirilən şəxs X15 və onun müdafiəçisi X14 oğlunun iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Naxçıvan Şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, bir uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmayan, Naxçıvan Şəhəri Nizami küçəsi ev 48, mənzil 43-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan X15 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X20 yalan olmasını bilə-bilə X11 qarşı “Sizin marketin” və “Təbriz” mehmanxanasının qarşısında Mübariz Vəliyevin yanında onun və Mübariz Vəliyevin ünvanına “siz mənim çörəyimə bais olmusunuz, görün sizin başınıza nə oyunlar açacağam, əsassız olaraq guya sizə borclu olduğuma görə evimi, maşınımı, torpağımı almısınız” deyərək böhtanlar bildirməklə həmin vaxtı orada olan şəxslərin yanında onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları başqa şəxslərə bildirilməsini, yəni yayılmasını həyata keçirmişdir. Beləliklə, X20 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X20 ona Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 2014-cü ildə Naxçıvan şəhərində yerləşən “Sizin Market” adlanan maqazini kirayə götürüb işlətdiyini, 2018-ci ildə marketi Mübariz Ələkbərovun ondan təhvil aldığını, maqazin işlətdiyi müddətdə xərcinin olduğunu, bu səbəbdən müxtəlif insanlara borcunun yarandığını, işləmədiyi üçün borcunu qaytara bilmədiyini, dəfələrlə Həsən Əhmədova müraciət edərək iş və pul istədiyini, lakin onunda kömək etmədiyini, Həsən Əhmədova bir neçə dəfə zəng edib borcunun olduğunu dediyini, H.Əhmədova zəng edərək “Sizin marketin” və “Təbriz” mehmanxanasının qarşısına çağırdığını, işsiz və borcunun olduğu üçün onunla əsəbi danışdığını, ona işini itirməsinə səbəb olmusunuz dediyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, ailə vəziyyətinin nəzərə alınaraq ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmədə xüsusi ittihamçı qismində çıxış edən X8 nümayəndəsi Müdafiəçi ifadəsində Naxçıvan şəhər sakini X15 2014-cü ildən 2018-ci ilin ortalarına kimi “Sizin Market” adlı mağazanı işlətdiyini, həmin mağazaya Həsən Əhmədovun nəzarət etdiyini, 2018-ci ildə X15 işində nöqsanlara yol verməsi səbəbindən maqazanın geri alındığının, həmin vaxtdan X15 Həsən Əhmədovu və maqazanı təhvil alan Mübariz Vəliyevi təhqir edərək böhdanlar atdığını, “Sizin marketin” və “Təbriz” mehmanxanasının qarşısında Mübariz Vəliyevin yanında Həsən Əhmədovun ünvanına “siz mənim çörəyimə bais olmusunuz, görün sizin başınıza nə oyunlar açacağam, əsassız olaraq guya sizə borclu olduğuma görə evimi, maşınımı, torpağımı almısınız” deyərək böhtanlar bildirməklə həmin vaxtı orada olan şəxslərin yanında H.Əhmədovun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları başqa şəxslərə bildirdiyini, ona yalan və böhdanlar bildirməsini dedikdə “mən sizdən bu cür acığımı çıxacağam” deməsini, Həsən Əhmədovun kiməsə işlətmək üçün maqaza vermək və ya geri almaq səlahiyyətinin olmadığını, əksinə təhqir və böhdana məruz qaldığını, Razi Orucovun son zamanlar Həsən Əhmədova zəng edərək təhqir etməklə hədəqorxu gəldiyini, X21 Orucovun işini əlindən almadığını, onun hər hansı əmlakını ələ keçirmədiyini, Razi Orucovun onun ünvanına böhtanlar deyərək hamının yanında şərəf və ləyaqətini ləkələyən ifadələr işlətdiyini, ona böhtan atdığından onun nüfuzuna xələl gəldiyini, məhz bu səbəbdən həmin hallar qeyri-obyektiv, həqiqətə uyğun olmayan yalan məlumatları özündə əks etdirən məlumatlar olduğundan X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində 2020ci ilin avqust ayında “Sizin Marketin” yanında əvvəldən tanıdığı X4 ilə durarkən səs- küy olduğunu, X22 Əhmədovun və Mübariz Vəliyevin ünvanına “siz mənim çörəyimə bais olmusunuz, görün sizin başınıza nə oyunlar açacağam, siz mənim əlimdən əsassız olaraq guya sizə borclu olduğuma görə evimi, maşınımı, torpağımı almısınız” dediyini, X17 “sənin dediklərin bizə qarşı yalan şər böhdandır” dediklərini, Razinin isə “mən sizdən bu cür acığımı çıxacağam” dediyini, H.Əhmədovun R.Orucova mənim sələhiyyətim yoxdur sənin əmlakını əlindən alım, həmin vaxtı digər tanımadığı şəxslərin orada olduğunu, Razi Orucovun uca səslə danışdığından hər kəsin onun sözlərini eşitdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bir neçə ay bundan əvvəl avqust ayında “Sizin Marketin” yanında əvvəldən tanıdığı X12 ilə durub söhbət edərkən X22 Əhmədovun və Mübariz Vəliyevin ünvanına “siz mənim çörəyimə bais olmusunuz, görün sizin başınıza nə oyunlar açacağam, siz mənim əlimdən əsassız olaraq guya sizə borclu olduğuma görə evimi, maşınımı, torpağımı almısınız” dediyini, X17 “sənin dediklərin bizə qarşı yalan şər böhdandır” dediklərini, Razinin isə “mən sizdən bu cür acığımı çıxacağam” dediyini, H.Əhmədovun “mənim sələhiyyətim yoxdur ki, sənə dükan verim dükan alım” dediyini, həmin vaxtı başqa şəxslərin orada olduğunu, Razi Orucovun uca səslə danışdığından hər kəsin onun sözlərini eşitdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bir neçə ay bundan əvvəl avqust ayında “Təbriz” mehmanxanasının kompuiterlərində nöqsan olduğu üçün mütəxəssis kimi ora gəldiyini, mehmanxananın yanında sol tərəfində tanışı X13 ilə durub söhbət edərkən X22 Əhmədovun və Mübariz Vəliyevin yanına gəlib onların ünvanına “siz mənim çörəyimə bais olmusunuz, görün sizin başınıza nə oyunlar açacağam, siz mənim əlimdən əsassız olaraq guya sizə borclu olduğuma görə evimi, maşınımı, torpağımı almısınız” dediyini, X17 “sənin dediklərin bizə qarşı yalan şər böhdandır” dediklərini, H.Əhmədovun “niyə məndən əl çəkmirsən mənim səlahiyyətim yoxdur sənin işini, əmlakını alım” dediyini, Razinin isə “mən sizdən bu cür acığımı çıxacağam” dediyini, həmin vaxtı tanımadığı başqa şəxslərin orada olduğunu, Razi Orucovun uca səslə səs küy salaraq nəlayiq ifadələr danışdığından hər kəsin onun sözlərini eşitdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bir neçə ay bundan əvvəl avqust ayında saat təxminən 15-16 radələrində “Təbriz” mehmanxanasına mal gətirdiyini, mehmanxananın sol tərəfində tanışı X1 ilə durarkən X22 Əhmədovun və Mübariz Vəliyevin yanına gələrək ünvanına “siz mənim çörəyimə bais olmusunuz, görün sizin başınıza nə oyunlar açacağam, siz mənim əlimdən əsassız olaraq guya sizə borclu olduğuma görə evimi, maşınımı, torpağımı almısınız” dediyini, X17 “sənin dediklərin bizə qarşı yalan şər böhdandır” dediklərini, H.Əhmədovun “niyə məndən əl çəkmirsən mənim səlahiyyətim yoxdur sənin işini, əmlakını alım” dediyini, Razinin isə “mən sizdən bu cür acığımı çıxacağam” dediyini, həmin vaxtı başqa şəxslərin orada olduğunu, Razi Orucovun uca səslə səs küy salaraq danışdığından hər kəsin onun sözlərini eşitdiyini bildirdi. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə məhkəmə işdə toplanmış hüquqi sənədləri araşdırıb məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, xüsusi ittihamçının nümayəndəsinin, şahidlərin məhkəmədə verdiyi ifadələri əlaqəli şəkildə tədqiq edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X15 əməlində cinayət tərkibi vardır. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan atma cinayətini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclası zamanı Razi Orucov özü verdiyi ifadəsində əməlini etiraf etmiş, öz hərəkətlərində haqlı olmadığını, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Qeyd olunanlar onu göstərir ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. X20 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. X23 oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CMnin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, azyaşlı bir uşağının onun himayəsində olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən həbsə alınmışdır. Bununla da R.Orucov 24 gün həbsdə olmuşdur. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381,384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə təqsirli bilinərək qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X15 xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlandığı 23 gün müddət həbsdə qaldığı 1 günə 4 gün islah işləri hesabı ilə hesablansın və üzərində qəti olaraq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 8 ay 28 gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və X15 qazancından tutulmalar aparıldığı tarixdən hesablansın. X15 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində hökm icraya yönəldilənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. Hökmün icrası X15 yaşayış yeri üzrə İcra şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-2/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-2/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver