Məhkəmə qərarları › İş №1(078)-2/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-2/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-2/2024 17.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X15 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X8, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1990-cı ildə Culfa şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, günəmuzd fəhlə, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilməmiş, Naxçıvan şəhəri 20-ci məhəllə ev 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə xx.xx.1980-cı ildə Naxçıvan şəhəri anadan olmuş, evli, 3 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ev təmiri ustası, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 28, ev 7A ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə xx.xx.1983-cü ildə Naxçıvan şəhəri anadan olmuş, evli, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ev təmiri ustası, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 27, ev 5A ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “08” sentyabr 2023-cü ildə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb 09 iyun 2023-cü il tarixdə saat 19:40 dəqiqədə hər iki qollarını doğrayaraq özünə xəsarət yetirən X37 Naxçıvan MR X3 həkimlər tərəfindən tibbi yardım göstərilərkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə zorla əməliyyat otağına daxil olub qəsdən nümayişkarcasına xəstə daşıyan X32, mühafizəçilər X21 və X70, həmçinin əməliyyat bölməsində olan həkimlər Valid Kazımova, Azər Məmmədova, tibb bacıları X48, X16 və X6 qarşı fiziki zor tətbiq edərək onları döyüb sağlamlıqlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər etmələri faktı olmuşdur. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, 09 iyun 2023-cü il tarixdə saat 19:40 dəqiqədə hər iki qollarını doğrayaraq özünə xəsarət yetirən X37 Naxçıvan MR X3 həkimlər tərəfindən tibbi yardım göstərilərkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə zorla əməliyyat otağına daxil olub orada qəsdən nümayişkarcasına öz qulluq yerinə yetirənlər xəstə daşıyan X32, mühavizəçilər X21 və X70 qarşı fiziki zor tətbiq edərək onları döyüb sağlamlıqlarına müxətlif dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər-xuliqanlıq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o,09 iyun 2023-cü il tarixdə saat 19:40 dəqiqədə hər iki qollarını doğrayaraq özünə xəsarət yetirən X37 Naxçıvan MR X3 həkimlər tərəfindən tibbi yardım göstərilərkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə zorla əməliyyat otağına daxil olub orada qəsdən nümayişkarcasına öz qulluq yerinə yetirənlər xəstə daşıyan X32, mühavizəçilər X21 və X70 qarşı fiziki zor tətbiq edərək onları döyüb sağlamlıqlarına müxətlif dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər-xuliqanlıq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, 09 iyun 2023-cü il tarixdə saat 19:40 dəqiqədə hər iki qollarını doğrayaraq özünə xəsarət yetirən X37 Naxçıvan MR X3 həkimlər tərəfindən tibbi yardım göstərilərkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə zorla əməliyyat otağına daxil olub orada qəsdən nümayişkarcasına öz qulluq yerinə yetirənlər xəstə daşıyan X32, mühavizəçilər X21 və X70 qarşı fiziki zor tətbiq edərək onları döyüb sağlamlıqlarına müxətlif dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərxuliqanlıq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bildiyini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, 2022-ci ilin iyul ayında Abşeron rayonunda olanda üzərində şəxsi istehlak miqdarından artıq metamfetamin psixotrop maddəsi aşkar olunduğuna görə Abşeron RPŞ-də barəsində cinayət işi başlanıldığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etdiyinə görə 2 il 03 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası aldığını, 09 iyun 2023-cü il tarixdə saat 17 radələrində Sərxangildə oturub çay içdiklərini, həmin vaxt Sərxanın qardaşı Fəridin Sərxana zəng edib onları evinə yeməyə dəvət etdiyini, Sərxanın evi ilə Fəridin evi arasında bir döngə olduğunu, Sərxanla birlikdə piyada Fəridin yaşadığı ünvan 1 ünvanında yerləşən evinə getdiklərini, Fəridin qardaşı Məhəmmədlə birlikdə evdə olduğunu, Fəridin bir ədəd Naxçıvan arağı gətirdiyini, stolda oturub yeyib, araqdan içdiklərini, Sərxana zəng gəldiyini, durub evinə getdiyini, yeyib-içmək yekunlaşandan sonra Fəridin əlində telefonla mahıya qulaq asa-asa evin içərisinə girdiyini, evdən çıxıb evinə getmək istədiyini, Məhəmmədə Fəridə evdən çıxmasını dediyini, Məhəmmədin isə ona Fəridin yatdığını durub getməsini dediyini, stoldan duranda, Məhəmmədə Fəridin yatıb-yatmamasına baxmağını dediyini, Məhəmmədin içəri keçdikdə Fəridi görmədiyini, Məhəmmədin hamamın qapısını döydünü, ancaq Fəriddən səs gəlmədiyi, Məhəmmədin qışqıraraq qapıya təpik vurduğunu və qapını qırdığını, içəri keçəndə, Fəridin qollarını kəsib və qanın içində olduğunu gördüklərini, hamamın içərisinin təmiz qan olduğunu, Məhəmmədin onun üstünə gəlib Fərid öldü dediyini, Məhəmmədin də yerə oturub ağladığını, Sərxana zəng vurub, onu çağırdığını, Sərxanın təcili evə gəldiyini, həmin vaxt Sərxanın təcili tibbi yardım mərkəzinə zəng vurduğunu, bir qədər keçdikdən sonra, təcili tibbi yardım avtomobilinin gəldiyini, həkimlərin köməyi ilə Fəridi o vəziyyətdə avtomobilə mindirdiklərini, Məhəmməd, Sərxan və onun təcilli yardım avtomobilində oturub Fəridin qollarından tutduqlarını, birlikdə Naxçıvan MR Xəstəxanasına gəldiklərini, Xəstəxanada Fəridi təcili tibbi yardım avtomobilindən yerə endirib içəri keçirəndə həmin vaxt Xəstəxananın işçiləri, mühafizəçilər və xəstə daşıyanların yaxına gəldiklərini, Fəridi birbaşa liftə apardıqlarını, lift gec açıldığı üçün Məhəmmədin qışqıraraq, “mənim qardaşım öldü” dediyini, özünü vuraraq, onu sakitləşdirməyə çalışan xəstəxana işçilərinə əl-qol atdığını, liftin açıldığını, Fəridi liftdə yerləşdirdiklərini, liftin içərisinndə özü, Sərxan, Məhəmməd və xəstəxana işçisi xəstə daşıyan Poladın olduğunu, liftlə 5-ci mərtəbəyə qalxdıqlarını, liftin qapısının açılmadığını, Fərid yaralı vəziyyətdə olduğundan qardaşları Sərxan və Məhəmmədin qışqıraraq “lifti açın” dediklərini, lifti açmaq istədikləri ancaq liftin açılmadığını, Fəridi buraxıb lifti açmaq istəyəndə Fəridin xələkdən üzü üstə yerə düşdüyünü, Məhəmməd və Sərxanın özündən çıxdığı və qışqıraraq “öldü-öldü” dediklərini, lifti təpiklədiklərini, qapını dartaraq açmağa çalışdıqlarını, Fəridi özünə gəlməsi üçün şillələdiklərini, sonra liftin açıldığını, Fəridin qollarından qan gəldiyini, lift açılan kimi Fəridi götürdüklərini, Əməliyyat bölməsinə aparanda tibb bacıları, həkimlərin yaxın gəldiklərini, beləliklə mübahisə başladığını, işçilərin onları əməliyyat bölməsinə qoymadıqda əl-qol atıb içəri keçdiklərini, həkimlərin Fəridə kömək üçün gəldiklərini, Əməliyyat bölməsinə əməliyyat stoluna qoyanda Sərxanın qışqıraraq, “köməyə gəlin” dediyini, heç kəsin yaxın gəlmədiyini, Məhəmmədin də qışqıraraq “öldü, öldü” dediyini, sonra həkimlər yaxına gələndə onları yaxına qoymadıqlarını, xəstəxanada aranın qarışdığını, Sərxanın özündən getdiyini, Məhəmmədin bunu görüb özünü döydüyünü, özünü yerə çırpdığını, həkimlər onu sakitləşdirmək istəyəndə həkimlərə əl-qol atdığını, onu tutmaq istəyəndə sakitləşmədiyini, əməliyyatxanada nə var idisə, dağıtdığını, bir yaşlı kişinin gəldiyini və “sakitləşin” dediyini, sonra Sərxanın özünə gəldiyini, Fəridin yanına getmək istəyəndə, həkimlərin “çıxın” dediyini, onun da həkimlərə əl-qol atıb içəri keçmək istədiyini, sonra onları çıxarmaq istəyəndə “əl vurmayın” deyib, tibb işçilərini yaxın qoymadıqlarını, ondan sonra polis əməkdaşlarının gəlib onları aşağı birinci mərtəbəyə endirdiklərini, Fərid özünü doğradığından Sərxan və Məhəmmədin “qardaşım öldü” dediyini, qışqırdıqlarını, sərxoş olduqlarını, onlar özlərini vurduqlarını, onlara tibb işçiləri yaxın gəldikdə, onlara əl-qolt atıb vurduqlarını, liftin gec açıldığını, Fəridin xələkdən yıxıldığını, bu vaxt özlərindən çıxdıqlarını, mübahisə zamanı əməliyyat bölməsində həkimlərin onları sakitləşdirmək istədiklərini, Fəridi görüb içəridən çıxmaq istəmədiklərini, mühafizəçinin onlara içəridə olmaqlarının düzgün olmadığını dediyini, Məhəmmədlə Sərxanı çıxarmaq istəyəndə onların yenə qızışdıqlarını, Sərxanın həkimləri kənara itələyərək Fəridi görmək istədiyini, mübahisə zamanı ağsaqqal Telmanın onu tutduğunu, həmin vaxt Telmanı itələdiyini, Poladın onu sakitləşdirmək istədiyini, Polada “əl çək” dediyini, onu əli ilə itələdiyini, o biri mühafizəçinin Sərxanın üstünə getdiyini, Sərxanın da onu tutub yaxına qoymadığını, Məhəmmədin özünü döydüyünü, onu sakitləşdirmək üçün yaxına gedən tibb işçilərinə əl-qol atıb yaxına qoymadığını, xəstəxananın işçilərinin 4-5 nəfər olduğunu, onları sakitləşdirmək istəsələr də, onlara imkan vermədiklərini, mübahisə zamanı Məhəmmədin qışqıraraq, özünü döydüyünü, Sərxanın dayanmadığını, ora bura qaçdığını, özünün də heç kimə xəsarət yetirmədiyini, onları həmin vaxt əməliyyat bölməsindən çıxarmaq istəyərkən, Məhəmmədin yerdə oturub öz başına döydüyünü, Məhəmmədi qaldırmaq istəyərkən, Poladın onu arxadan tutduğuna görə o əyildiyi üçün yerə yıxıldığını, həmin vaxtı özlərini itirdiklərini, Polad yerə yıxıldıqdan sonra onun üzərinə getmədiklərini, mübahisə zamanı onlardan heç kimin xəsarət almadığını, mübahisə zamanı heç birinin əlində kəsici-deşici alət olmadığını, etdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bildiyini, Fərid Zeynalov və Təqsirləndirilən şəxs2 doğma qardaşı olduğunu, Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə məhkum olunduğunu, 2003-cü ildə Bakı şəhərində soyğunçuluq etdiyinə görə barəsində Səbail rayon Polis İdarəsində cinayət işi başlanıldığını, hadisənin Şıxov adlı çimərlikdəki kafedə baş verdiyini, bir nəfərlə mübahisə etdiyini, həmin şəxsin qızıl saatının mübahisə zamanı yoxa çıxdığını, buna görə barəsində cinayət işi açıldığını, Təqsirləndirilən şəxs3 qardaşı Sərxanla birlikdə işlədiyini, onun tanışı olduğunu, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində qardaşı Fəridin ona zəng edərək manqalı yandırdığını, onu çörək yeməyə dəvət etdiyini, Fərid zəng etdikdən təxminən 15 dəqiqə sonra qardaşıgilə getdiyini, qardaşı Fəridin onun yanında Sərxana zəng edərək onu da yemək yeməyə çağırdığını, Sərxanın da oraya tanışı Nihatla birlikdə gəldiyini, birlikdə qardaşı Fəridin yaşadığı ünvan 2 ünvanında həyətdə oturub iki ədəd yarım orqanik arağı içdiklərini, qardaşlarının əlavə olaraq 4 ədəd litrlik Prestij pivəsi içdiklərini, Sərxana zəng gəldiyi üçün evinə getdiyini, yeyib-içəndən sonra Fəridlə sağollaşıb evə getmək istədiyini, Fəridin həmin vaxt evdə olduğunu, onu səslədiyini, Fəridin onlara cavab vermədiyini, Nihatla birlikdə evə daxil olub hamam tərəfə getdiklərini, qapının bağlı olduğunu, Fəridi nə qədər səsləsələr də, Fəridin cavab vermədiyini, Nihatla birlikdə təpik ataraq hamam otağının qapısını sındırdıqlarını, Fəridin qanlar içində hamamda yerə uzanıb, hər iki qolunun da iç tərəfi kəsik-kəsik, döşəmənin isə qana bulaşdığını gördüklərini, Sərxana zəng etdiklərini, onun da gəlib təcili tibbi yardıma zəng etdiyini, təcili tibbi yardım avtomobilinin gəldiyini, Fəridi özlərinin təcili tibbi yardım avtomobilinə mindirib xəstəxanaya apardıqlarını, hər üçünün də təcili tibbi yardım avtomobilinin içərisində oturduğunu, xəstəxanaya çatanda avtomobildən Fəridi endirərərkən xəstəxana işçiləri hamısının köməyə gəldiklərini, həmin vaxt sərxoş olduqlarını, həkimlərin Fəridi liftə mindirərək yuxarı qaldırmaq istədiklərini, onların da liftə keçdiklərini, yuxarı qalxdıqlarını, lakin həmin vaxt liftin qapısı açılmadığını, həkimin onlara qapını tutub dartıb açmalarını dediyini, lakin qapının açılmadığını, Nihatın təpiklə liftin aşağı hissəsindən vurduğunu, yenədə açılmadığını və nəhayət V mərtəbədə liftin qabağında olan tibb işçiləri köməklik etdikdən sonra liftin açıldığını, həmin vaxtı Sərxanla Nihatdan birinin həkimi şillə ilə vurduğunu, Fəridi əməliyyat bölməsinə apardıqlarını, Sərxanla Nihatın da həkimlərlə birgə içəri daxil oldularını, onun da içəri daxil olmaq istəyən zaman qoymadıqlarını, həmçin vaxt tibb işçilərinin onları sakitləşdirmək istədiklərini, Fərid yaralı vəziyyətdə olduğundan özlərini itirdiklərini, Fəridə nəsə olacaq deyə narahat olduqlarını, bilib bilmədən səs-küy yaratdıqlarını, Əməliyyat otağında yerə oturduğunu, Nihat və Sərxanı gözlədiyini, səs-küy salaraq qışqıraraq özünün başına vuraraq “qardaşım öldü, nə edəcəyik” dediyini, bir müddət ara sakitləşdikdən sonra içəri daxil olduğunu, içəri daxil olan vaxtı Sərxanın özündən gedərək yıxıldığını, bu vaxt qorxaraq qışqırmağa başladığını, Nihatla tibb işçilərinin onu sakitləşdirmək istədiklərini, onları yaxına qoymadığını, onlardan birinin üstünə gəlib onun başını qucaqladığını, başına vurma hər şey yaxşı olacaq dediyini, bir təhər, həkimlərin gələrək Sərxana kömək etdiklərini, bir müddət sonra tibbi işçilərdən birinin polislərin gəldiyini dediyini, polis əməkdaşlarının gəlib onları aşağı İ mərtəbəyə endirdiklərini, lift gec açıldığına və Fərid liftə yıxıldığına görə münaqişə yaratdıqlarını, Fərid özünü doğrayandan sonra təcili tibbi yardım çağırdıqlarını, həkimlər gəlsə də, Fəridi evdən çıxarmağa əl atmadıqlarını, Nihat və Sərxanla birlikdə Fəridi qanı axa-axa götürüb maşına qoyduqlarını, xəstəxanada da Fəridi özlərinin daşıdıqlarını, liftdə Fəridin yıxıldığını, ondan sonra özlərindən çıxdıqlarını, həmin vaxt liftin qapısının açılmadığını, köməyə gələnin olmadığını, səs-küy saldıqlarını, həmin vaxtı itələşmə səs-küy olduğunu, əməliyyat otağına necə girdiklərini bilmədiklərini, həmin vaxt qardaşı yaralı olduğundan və sərxoş olduqlarından özlərini itirdiklərini, xəstəxanada olan işçiləri əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, həmin vaxtı nəsə xatırlayacaq halda olmadığını, mübahisə zamanı kimsə xəsarət yetirmədiyini, Fəridə nəsə olacaq deyə öz başına vurduğunu, Nihatı və Sərxanı da kimsənin vurmadığını, hadisə zamanı həkimlərin tibb işçilərinin və digər işçilərin onlara kömək etdiklərini, həmin vaxt müqavimət göstərməyi və həkimi vurmağının yaddaşında olmadığını, Poladı vurmadığını, Sərxan və Nihatın da onu vurmasını görmədiyini, etdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bildiyini, Fərid Zeynalovla və Təqsirləndirilən şəxs1 onun doğma qardaşları olduğunu, Təqsirləndirilən şəxs3 ilə birlikdə işlədiyini, hadisə ilə əlaqədar olaraq, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Nihad Novruzova zəng vurub çay içmək üçün onu evinə dəvət etdiyini, həyətdə oturub çay içərkən qardaşı Fəridin zəng vurub onlara manqalı yandırdığını dediyini və yemək yeməyə dəvət etdiyini, Nihadla birlikdə Fəridgilə getdiklərini, yemək yeyib 4 nəfərə 4 ədəd 0,5 litrlik araq içdiklərini və sonrada 4 ədəd 1 litrlik Naxçıvan pivəsi içdiklərini, yeyib içdikdən sonra saat təqribən 18 radələrində Nihadla qardaşı Məhəmmədin Fəridin yanında qaldığını özünün isə, oradan ayrılıb evinə getdiyini, evə getdikdən 30-40 dəqiqə sonra Nihadın ona zəng vurub Fəridin hər iki qolunun çiyindən aşağı içəri səthini çoxsaylı kəsərək özünə xəsarət yetirdiyini dediyi, Fəridin yanına qayıtdığını və Fəridin hamamda yerdə uzandığını, xeyli qan itirdiyini gördüyünü, tez Fəridin qollarını sarıyaraq Təcili yardım avtomobili çağırdığını və birlikdə Fəridi xəstəxanaya apardıqlarını, xəstəxanaya daxil olduqdan sonra Fəridi xərəkdə Xəstəxananın Acil şöbəsinin qabağına qoyduqlarını, sonra həkimin onları çağırdığını, ancaq hansı həkim olduğunu bilmədiyini, təcili xəstəni liftə mindirdiklərini, Nihat, Məhəmməd özü ilə birlikdə hündürboy oğlan, təcili tibbi yardım avtomobilindəki həkimin də liftə mindiyini, Liftlə beşinci mərtəbəyə qalxdıqlarını, lakin liftin qapısının açılmadığını, liftdə olan hündürboy oğlanın liftin qapısını tutaraq aralamaqlarını dediyi, Nihatla birlikdə liftin qapısını araladıqlarını, amma qapının aralanmadığını, xəstədaşıyıcı Poladın Nihata liftin üst tərəfindən təpiklə vurmasını dediyini, həmin vaxt liftin üst hissəsini yumruqladığını həmin vaxt Fəridin xərəkdən yerə düşdüyünü, Nihadın Fəridi xərəyə qoymaq üçün həkimlərdən kömək istəsə də, onların kənara çəkildikləri, liftin qapısı açılmadığından həkimlərin Fəridi xərəyə qoymağa köməklik etmədiklərinə görə mübaisə olduğunu, sonra liftin qapısının açıldığını və X57 apardıqlarını, Fəridi Şöbədə əməliyyat otağına yerləşdirildikdən sonra onun arxasınca əməliyyat otağına girmək istədiklərini, oraya buraxmadıqlarına görə xəstəxananın işçiləri ilə aralarında mübahisə yarandığı, lakin sərxoş olduğuna görə orada hansı hərəkətləri etdiyini deyə bilmədiyini, sonra xəstəxananın mühafizəçilərininonları bayıra çıxardıqları və polis əməkdaşlarının gəlib onları sakitləşdirdiklərini qardaşının o, vəziyyətdə olduğunu görüb orada xəstəxananın həkimləri və işçiləri ilə mübahisə edərək onu əməliyyat bölməsinə buraxmadıqlarına görə onlara müqavimət göstərdiyini, lift gec açıldığına və Fərid liftə yıxıldığına görə mübahisə düşdüyünü, heç kimin də yaxın gəlmədiyini, buna görə mübahisə yarandığını, səs-küy olduğunu, mübahisə zamanı itələşmə olduğunu, kimisə vurmadığını, qardaşı Fəridin yerə yıxıldığını, liftin içərisində 15-20 dəqiqə qaldığını, onun üstündə mübahisə yarandığını, həmin vaxtı özündə olmadığını, Məhəmmədin təcili tibbi yardım maşınında həkimi vurmadığını, xətəxanada isə Poladın yerə yıxılmasını görmədiyini, liftin qapısını aralamaq istəyən zaman barmağının arada qaldığını, mübahisə zamanı onların əlində kəsici-deşici alət, bıçaq və s. əşya olmadığını, həmin vaxt qardaşına görə nigaran olduğunu, Poladı vurmadığını, Məhəmməd və Nihatın da onu vurmasını görmədiyini, etdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X49 ifadəsində Naxçıvan MR Xəstəxanasında xəstədaşıyan işlədiyini, təsqirləndirilən şəxsləri əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumluq münasibətlərinin olmadığını, xx.xx.2023cü il tarixdə işdə olduğunu, saat 19:30 radələrində xəstəxananın arxasında təcili tibbi yardım maşının sayrışan ışıqlarını vurub sürətlə xəstəxananın arxa qapısına gəlməsini gördüyünü, qapıdan çölə çıxaraq maşın gələn kimi xəstəni götürmək istədiyini, təcili tibbi yardım maşının arxa qapısı açılan zaman bir nəfər yaralı şəxsin uzandığını, qollarının kəsik-kəsik olduğunu gördüyünü, həmin şəxsin yanında həkimdən başqa 3 nəfər əlavə şəxsin olduğunu, həmin şəxslərin yerə düşdükdən sonra qışqır-bağır saldıqlarını, söyüş söydüklərini, xəstəyə bir şey olsa xəstəxananı dağıdacaqlarını dediklərini, həkimlərin başına oyun açacaqlarını dediklərini, xəstəni təcili tibbi yardım şöbəsinə apardıqları, həkimlərin onun yarasına baxdıqları, ancaq xəstənin yarası dərin olduğundan təcili əməliyyat bölməsinə qaldırdıqlarını, liftin qarşısına gəldikləri, liftin qapısını kart vasitəsilə açdığını, xəstəni ambulans xərəyində içəri keçirdiklərini, həmin vaxtı xəstənin yaxınlarının liftə yaxın dayandıqlarından liftin bağlanmadığını, onların yanında balacaboy bir kişinin özünü itirdiyini, həmin şəxslərdən birinin ona şillə ilə vurduğunu, o balaca kişinin liftdən kənarda qaldığını, liftə Əjdərlə həmin şəxsin iki nəfər yaxının qaldığını, onların liftlə beşinci mərtəbəyə qalxdıqları, həmin şəxslərin liftin içərisində özlərini apara bilmədiklərini, söyüş söydüklərini, onun yaxasından tutaraq dartdıqlarını, lift beşinci mərtəbəyə çatan zaman qapının açılmasının beş saniyə çəkməli olduğunu, lakin xəstənin yaxınlarının liftin qapısına əl atdıqları üçün liftin açılmasının həmin vaxt xəstənin yaxınlarının lifti təpiklədiklərini, ona əl qol atdıqlarını, həmin vaxt xəstənin xərəkdən yerə düşdüyünü, bir qədər sonra liftin açıldığını, xəstəni təcili əməliyyat bölməsinə apardıqlarını, xəstənin yaxınlarının da onların ardınca əməliyyat bölməsinə daxil olduqlarını, vətədaşların əməliyyat bölməsinə daxil olmasının qadağan olunduğunu, xəstəni əməliyyat otağında əməliyyat stoluna yatırdıqlarını, həmin vaxt Valid həkimlə, Azər həkimin və digər tibb işçilərinin də orada olduqlarını, xəstənin yaxınlarına əməliyyat bölməsini tərk etməli olduqlarını dediklərini, lakin onların heç kimə qulaq asmadıqlarını, xəstənin qardaşı Sərxanın ayağının sürüşdüyü və yerə yıxıldığını, onun isə Nihat tərəfindən arxadan tutaraq yıxdığını, həmin vaxt Sərxanın da onun üstünə gəldiyini, orada olan Orxan və Telmana qarşı da müqavimət göstərdiklərini, Telmana qarşı nalayiq ifadələr işlətdiyini, polis əməkdaşları gəldikdən sonra onları əməliyyat bölməsindən çıxara bildiklərini, xəstəxananın arxasında deyilirdi ki, “içəri girmək olmaz, çölə çıxın” lifti təpikləməyə dayandığını, həmin vaxt liftin içəri qapısının açıldığını, çöl qapısının açılmadığını, dayanmadan çığır-bağır saldıqlarını, söyüş söydüklərini, mübahisə yaradan şəxslərin sərxoş olduqlarını, həmin şəxslərlə arasında ədavət, düşmənçilik və qohumluq münasibətlərinin olmadığını, durduq yerə maneçilik yaratdıqlarını, işçilərin iş görmələrinə maneçilik yaratdıqlarını, tibb işçilərinin xəstəyə iynə vurulmasına maneçilik yaradıb, xəstəni xərəkdən yıxdıqlarını, əməliyyat stolunda xəstənin özünün də bir dəfə yerə düşdüyünü, xəstəni qaldırmağa imkan vermədiklərini, tibb bacılarına, mühafizəçilərə əl qol atıb, təhqir etdiklərini, Nihatın onun ayağına ilşdirmə verərək yerə yıxdığını, yaralının yanındakı iki nəfər şəxsin isə həmin vaxt onu o tərəfə bu tərəfə dartdıqlarını, liftdə olan zaman liftin qapısının açılmağını gözləməyərək lifti təpik və yumruqla vurduqlarını, xəstə liftə yerə yıxılan zaman xəstənin yerə yıxılmasından xəbərsiz olduqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X38 ifadəsində Naxçıvan MR Xəstəxənasında mühafizəçi işlədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 09 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində işdə olarkən təcili tibbi yardım avtomobilinin acil şöbəsinə daxil olduğunu, həmin vaxt xəstəxana işçiləri ilə birgə qapıda gözlədiyini, təcili tibbi yardım maşını gəldikdən sonra xəstəni maşının arxa hissəsindən düşürən zaman xəstənin yanındakı şəxslərin işçilərə öz işlərini görmələrinə mane olduqlarını və xəstəni əməliyyat bölməsinə apararkən xəstəxananın işçilərinə qarşı nalayiq sözlər işlətdiklərini, xəstəni əməliyyat bölməsinə aparmaq üçün liftə daxil oldularlarını, liftə xəstəxana işçilərindən Polad, Əjdər, xəstə və iki nəfər xəstənin yanında gələn şəxslərin daxil olduqlarını, liftlə 5-ci mərtəbəyə çatan vaxtı xəstənin yaxınlarının liftin açılmağını gözləmədən, liftin içərisindən lifti təpikləməyə başladıqlarını, liftin içərisində xəstəxənanın xəstədaşıyıcısı Polada əl atdıqlarını, söyüş söyüb, təhqir ediklərini, liftin açılmadığını gördükdə digər mühafizəçi Telmana zəng etdiyini, onun liftin açarını gətirdiyini, lifti açdıqlarını və lift açılan kimi xəstənin yaxınlarının onların üzərinə gəlməyə başladıqlarını, mane olmalarına baxmayaraq, onlara məhəl qoymadan əməliyyat bölməsinə daxil olduqlarını, əməliyyat bölməsində olan tibb bacılarına, həkimlərə qarşı nalayiq söyüşlər işlədərək, təhqir etdiklərini, onlara mane olmaq üçün Telmanla birgə əməliyyat bölməsinə daxil olduqlarını, həmin vaxt xəstənin yanında gələn şəxslərin xəstədaşıyıcı olan Poladı yerə yıxdıqlarını, Poladın üzərinə yeridiklərini, onları aralaşdırmaq məqsədilə onların üzərinə getdiyini, xəstəxananın işçilərinin onları aralaşdırdıqlarını, onlara əməliyyat bölməsinə daxil olmağın qadağan olduğunu bildirdikləri, onların sözlərinə məhəl qoymadıqlarını, xəstəyə kömək etmək istəyən tibb bacısına əl atdıqlarını, onları əməliyyat bölməsindən çıxara bilmədiklərini, Xəstəxananın işçilərinin polisə bu haqda məlumat verdikdən sonra, polis əməkdaşlarının gəldiklərini, onları əməliyyat bölməsindən çıxardıqlarını, yaralını ambunlansdan endirən kimi onun yanında olan şəxslərin söyüş söydüklərini, ağızlarına gələni danışdıqlarını, xəstəxananın onlara kömək etmək istəyən bütün işçilərinə qarşı müqavimət göstərdiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X80 ifadəsində Naxçıvan MR Xəstəxənasında mühafizəçi işlədiyini, şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 09 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində işdə olarkən təcili tibbi yardım avtomobili acil şöbəsinə daxil olduğunu, həmin vaxtı xəstəxana işçiləri ilə birgə qapıda gözlədiyini, təcili tibbi yardım maşını gəldikdən sonra xəstəni maşının arxa hissəsindən düşürən zaman xəstənin yanındakı şəxslərin işçilərə öz işlərini görmələrinə mane olduqlarını, xəstəni travmatologiya şöbəsinə apardıqlarını, lakin travmatologiya şöbəsindən xəstənin vəziyyəti yaxşı olmadığını dediklərini, burda köməklik göstərmək olmayacağını, əməliyyat şöbəsinə aparmaq lazım olduğunu, işçilərlə birlikdə köməklik göstərdiyini xəstəni və onun yanında gələn üç nəfər şəxsi liftə mindirdiklərini, həmin vaxtı çölə çıxdığını, qapının qarşısında dayanan avtomobilləri yığışdırdığını, bir neçə dəqiqə sonra ona əməliyyat şöbəsindən zəng gəldiyini, təcili əməliyyat şöbəsinə qalxdığını, liftin bağlanıb xəstə və işçilərin liftdə qaldığını, liftin açarını götürüb təcili yuxarı qalxdığını, lifti açdıqdan sonra xəstə ilə birlikdə həmin üç nəfər şəxsin əməliyyat şöbəsinə daxil olduqlarını, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq əməliyyat şöbəsini tərk etmədiklərini, əməliyyat şöbəsində olan tibb bacılarına, həkimlərə qarşı nalayiq söyüşlər işlədərək, təhqir etdiklərini, onlara mane olmaq üçün Orxanla birgə əməliyyat şöbəsinə daxil olduqlarını, həmin vaxt iki nəfərin onun üzərinə gəlib, vurmaq istəyən zaman xəstə daşıyıcısı olan Poladın araya keçdiyini, Poladı yerə yıxdıqlarını, Poladı vurmaq istəyən zaman onları çətinliklə aralaşdırdığını, onların deyilən sözlərə məhəl qoymadıqları, xəstəyə kömək etmək istəyən tibb bacısına əl atdıqları, onları əməliyyat şöbəsindən çıxara bilmədiklərini, yaralını ambunlansdan düşürdən kimi onun yanında olan şəxslərin elə durduq yerə söyüş söydüklərini, həmin şəxslərin lifti təpiklə vurduqları üçün liftdə müvəqqəti problem yarandığını, o, səbəblə liftin açılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X71 ifadəsində Naxçıvan MR X1 Şöbəsinin müdiri işlədiyini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 09 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində Naxçıvan MR Xəstəxanasında beşinci mərtəbədə yerləşən Əməliyyat Bölməsində əməliyyatda otağında olan zaman, səs-küy gəldiyini eşitdiyini, həmin vaxt xəstə kimi daxil olmuş X59 ilə birlikdə üç nəfər əməliyyat otağına daxil olduqlarını, xəstəyə müdaxilə etdiklərini, onun sol qolunun bir neçə yerdən kəsilmiş olduğunu, anistezi etdikdən sonra, Valid həkimin xəstəyə tikiş vurduğunu, xəstənin yanında gələn, əməliyyat bölməsinə daxil olan üç nəfər şəxsin işin gedişatına maneçilik törətdiklərini, səs-küy salıb, mübahisə etdiklərini, dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq əməliyyat bölməsini tərk etmədiklərini, xəstəxananın mühafizəçisi Telman adlı şəxslə, xəstədaşıyıcı işləyən Poladın onları əməliyyat bölməsindən çıxarmağa çalışdıqlarını, lakin onları əməliyyat bölməsindən çıxarmağın mümkün olmadığını, həmin vaxt hər üç nəfərin xəstəxananın işçilərinə qarşı yüksək səslə nalayiq ifadələr işlətdiklərini, polis əməkdaşlarının gəldiklərini, çətinliklədə olsa da polis əməkdaşlarının onları əməliyyat bölməsindən çıxardıqlarını, həmin vaxt əməliyyat otağında olduqlarını, əməliyyat otağında səs küy saldıqlarını, kiməsə xəsarət yetirmələrini görmədiyini, əməliyyat otağında səs-küy salaraq işin gedişatına maneçilik törətdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X72 ifadəsində Naxçıvan MR Xəstəxənasında həkim cərrah işlədiyini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibəti olmadığını, 09 iyun 2023-cü il tarixdə Naxçıvan MR xəstəxanasında növbətçi həkim olduğunu, həmin gün saat 19:30 radələrində Naxçıvan MR Xəstəxanasına qollarını kəsilmiş vəziyyətdə xəstə daxil olduğunu, travma şöbəsində şəxsə baxdıqdan sonra onun əməliyyat şöbəsinə qaldırmalarını bildirdiyini, liftlə yuxarı beşinci mərtəbəyə əməliyyat şöbəsinə qalxdığını, həmin vaxt xəstənin isə digər liftlə yuxarı qaldırıldığını, liftdən düşüb əməliyyat şöbəsinə daxil olduğunu, xəstəni əməliyyat etmək üçün ilkin hazırlıqları görməyə başladığını, həmin vaxt səs-küy gəldiyini eşitdiyini, xəstəni liftlə yuxarı qaldıran zaman onun yanında olan üç nəfər şəxsin xəstəxana işçiləri ilə mübahisə etdiklərini, həmin üç nəfər şəxsin səs küylə əməliyyat şöbəsinə daxil olduqlarını, olduqları əməliyyat otağına daxil olaraq işin gedişatına maneçilik törətdiklərini, ona və tibb bacılarına qarşı nalayiq ifadələr işlətdiklərini, onların xəbərdarlıqlarına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiklərini, həmin vaxt xəstədaşıyıcı Polada və xəstəxananın mühafizəçilərinə qarşı fiziki zor tətbiq etdiklərini, həmin şəxslərdən birini çətinliklə də olsa əməliyyat şöbəsində olan digər otağa keçirdiklərini, lakin iki nəfərin xəstədaşıyıcı Poladın üzərinə yeridiklərini onu vuraraq yerə yıxdıqlarını, həmin vaxt mühafizəçilərin çətinliklə də olsa onların arasına keçdiklərini, baş vermiş hadisə ilə bağlı polisə məlumat verildiyi üçün bir müddət sonra polis əməkdaşları əməliyyat şöbəsinə daxil olduqlarını, həmin üç nəfər şəxsi əməliyyat şöbəsindən çölə çıxardıqlarını və çətinliklə də olsa xəstəyə köməklik göstərdiklərini, həmin şəxslərin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində Naxçıvan MR Xəstəxənasında tibb bacısı işlədiyini, şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 09 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində Naxçıvan MR Xəstəxanasına qolunu kəsən bir nəfər şəxs daxil olduğunu, xəstəyə yardım göstərilməsi üçün travmatologiya şöbəsinə aparıldığını, həkimlərin xəstənin yarasına baxdıqdan sonra onun əməliyyat bölməsinə qaldırılmasına qərar verdiklərini, xəstəni əməliyyat bölməsinə qaldırdıqdan sonra xəstənin yanında gələn üç nəfər şəxsin də onunla birlikdə əməliyyat bölməsinə və ordan da əməliyyat otağına daxil olduqlarını, həmin vaxtı əməliyyat bölməsində həkimlər və tibb bacılarının işlərini görmələrinə maneçilik törətdiklərini, onların ardınca gələn mühafizəçilərə və xəstəxananın digər işçilərinə qarşı aqresiya nümayiş etdirdiklərini, dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq əməliyyat bölməsini tərk etmədiklərini, xəstəxananın mühafizəçisi Telman adlı şəxslə, xəstədaşıyıcı işləyən Poladın onları əməliyyat bölməsindən çıxarmağa çalışdıqlarını, xəstəxananın işçilərinə qarşı yüksək səslə nalayiq ifadələr işlətdiklərini, nə qədər çalışsalar da onları əməliyyat bölməsindən çıxarıb sakitləşdirə bilmədiklərini, bir müddət sonra polis əməkdaşlarının gəldiklərini, onların da çətinliklə həmin şəxsləri əməliyyat bölməsindən çıxardıqlarını, həmin şəxslərin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X60 ifadəsində Naxçıvan MR Xəstəxənasında tibb bacısı işlədiyini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 09 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində Naxçıvan MR Xəstəxanasına qolunu kəsən bir nəfər şəxs daxil olduğunu, xəstəyə yardım göstərilməsi üçün travmatologiya şöbəsinə aparıldığını, həkimlərin xəstənin yarasına baxdıqdan sonra onun əməliyyat bölməsinə qaldırılmasına qərar verdiklərini, xəstəni əməliyyat bölməsinə qaldırdıqdan sonra xəstənin yanında gələn üç nəfər şəxsin də onunla birlikdə əməliyyat bölməsinə və ordan da əməliyyat otağına daxil olduqlarını, həmin vaxtı əməliyyat bölməsində həkimlər və tibb bacılarının işlərini görmələrinə maneçilik törətdiklərini, onların ardınca gələn mühafizəçilərə və xəstəxananın digər işçilərinə qarşı aqresiya nümayiş etdirdiklərini, dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq əməliyyat bölməsini tərk etmədiklərini, xəstəxananın mühafizəçisi Telman adlı şəxslə, xəstədaşıyıcı işləyən Poladın onları əməliyyat bölməsindən çıxarmağa çalışdıqlarını, xəstəxananın işçilərinə qarşı yüksək səslə nalayiq ifadələr işlətdiklərini, nə qədər çalışsalar da onları əməliyyat bölməsindən çıxarıb sakitləşdirə bilmədiklərini, bir müddət sonra polis əməkdaşlarının gəldiklərini, onların da çətinliklə həmin şəxsləri əməliyyat bölməsindən çıxardıqlarını bildirmişdir. X14 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X14 ifadəsində Naxçıvan Şəhər Təcili X75 çağırışçı həkim işlədiyini, şübhəli şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibəti olmadığını, xx.xx.2023-cü il tarixdə Naxçıvan MR xəstəxanasında işdə olan zaman saat 19:30 radələrində xəstəxananın təcili tibbi yardım şöbəsinə çağırış daxil olduğunu, çağırış briqadasında xəstədaşıyıcı Əjdər, tibb bacısı Şəhanə, sürücü Nicat və onun olduğunu, onların çağırış gələn ünvana getdiklərini, həmin ünvandan Məhəmmədin onların qarşısına çıxdığını və onları hamam otağına apardığını, onlar hamam otağına daxil olanda qolları və sol sinə nahiyəsi kəsilmiş vəziyyətdə olan xəstəni hamamdan xəstə yaxınlarının köməyi ilə çıxararaq həyətlərində xərəyə qoyaraq təcili tibbi yardım maşınına mindirdiklərini, Ambunlansın içərisində xəstənin sağ qoluna hesmarx kəməri qoyulduğunu və iki ampula vikasol iynəsinin əzələ daxilinə yeridildiyini, onlar xətəxanaya gedən zaman ambulansın içərisində xəstənin yaxını Məhəmmədin onun gicgah nahiyəsinə əli yarımbükülü vəziyyətdə vurduğunu, Naxçıvan MR Xəstəxanasının arxa qapısına çatdıqlarını, qapını açan kimi Xəstəxananın işçilərinin köməyə gəldiklərini, yaralının yaxınların bağıraraq yüksək səslə birini söydüklərini, orada işləyənələri “yaralı ölsə, sizi də öldürəcəyik” deyə hədələdiklərini, yaralını xərəkdə onların işçisi Əjdər, xəstəxananın işçisi Polad və xəstə yaxınlarının daşıdıqlarını, xərəkdə yaralını liftə mindirdiklərini, lift dar olduğundan özünün liftə minmədiyini, liftə Polad, Əjdər və xəstənin yaxınlarının mindiklərini, özünün aşağıda sığortanı yazdığını, yuxarı qalxmağa 5-6 dəqiqə yubandığını, aşağıda olan yuxarıda liftə təpik, yumruq vurduqlarını eşitdiyini, səsin aşağı gəldiyini, özünün də sonra yuxarıya qalxdığını, xəstənin yaxınlarının da əməliyyat şöbəsinin içərisində olduğunu, həmin vaxt polislərin gəldiklərini, onların sonra çıxdıqlarını bildirmişdir. X9 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X9 ifadəsində Naxçıvan Şəhər Təcili X75 xəstədaşıyıcı işlədiyini, şübhəli şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımadığını, onlarla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibəti olmadığını, xx.xx.2023-cü il tarixdə Naxçıvan MR xəstəxanasında işdə olan zaman saat 19:40 radələrində xəstəxananın təcili tibbi yardım şöbəsinə çağırış daxil olduğunu, çağırış briqadasında həkim X61, tibb bacısı Şəhanə, sürücü Nicat və onun olduğunu, onların çağırış gələn ünvana getdiklərini, həmin ünvandan qolları kəsilmiş vəziyyətdə olan xəstəni həyətlərində xərəyə qoyaraq təcili tibbi yardım maşınına mindirdiklərini, ambunlansın içərisində arxa tərəfdə Şahmar həkim və xəstənin yaxınlarının oturduğunu, o və Şahanənin isə qabaq tərəfdə oturduqlarını, onları təcili xəstənaya gətirdiklərini, Naxçıvan MR Xəstəxanasın arxa qapısında təcili tibbi yardım avtomobilinin dayandığını, avtomobildən düşüb qapını açdıqlarını, həmin vaxt Naxçıvan MR Xəstəxanasının işçilərinin də qapıda durduqlarını, onlar siren səsi ilə gəldiklərindən bütün həkimlərin, xəstədaşıyanların və işçilərin orada gözlədiklərini, xəstəni düşürəndə Poladın kömək etdiyini, ambulansın xərəyini çəkdiklərini, həmin vaxt xəstənin yaxınlarının qışqıraraq “kömək edin” dediklərini, onları liftlə apardıqlarını, liftlə 5-ci mərtəbəyə qalxdıqlarını, liftdə Polad, o və xəstənin yaxınlarından iki nəfər şəxs olduğunu, yuxarı qalxanda 5-ci mərtəbədə liftin içəri qapısının açıldığını, ancaq çöl qapısının açılmadığını, xəstənin yaxınlarının liftin içərisində “bu xəstə öləcək, qapını açın” deyə qışqırdıqlarını, qapının açılmadığını, Polad və onun “səbrli olun, açacaqlar” dediyini, ancaq onların dayanmadıqlarını, onların qapını yumruqla, təpiklə vuraraq “qapını açın” dediklərini, onun qapıya tərəf durduğunu, xəstənin özündə olmadığını, o qapıya tərəf olanda yer dar olduğundan birinin gəlib qabağa keçdiyini, həmin vaxt xəstənin yıxıldığını, onların da “qışqırmayın sakit durun, xəstə yıxılıb” dediklərini, köməklik edib xəstəni xələyə mindirəndə qapının açıldığını və çıxdıqlarını, sonra xəstəni əməliyyat bölməsinə təhvil verdiyini, xərəyi götürüb getdiyini, xəstə daşıdığından xərəyin iki ədəd nöqtəsi olduğunu, nöqtəyə kimsə dəyməsin deyə fikrini ona verdiyini, çünki dəysə, xərəyin qatlanacağını və nəsə olacağını, təcili xərəklə xəstəni içəri verdiyini və gözləmədən çıxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 ifadəsində hadisə olan günü növbədə olduğunu, həmin vaxt özünü doğrayan xəstə gəldiyini dediklərini, onların da əməliyyat otağını hazırlamağa getdiklərini, həmin vaxt xəstəxananın xəstə daşıyan liftinin işləmədiyini, xəstəni digər liftlə əməliyyat otağına çıxardıqlarını, xəstənin əl qolunu bağladıqlarını, təqsirləndirilən şəxlərə içəri girməyə icazə olmadığını başa salmağa çalışdıqlarını, özünün əməliyyat otağından çıxaraq “içəri girmək olmaz” dediyini, onların da onu yüngül itələdiyini, mühüm bir itələmə olmadığını, xəstə daşıyan Polad adlı şəxslə savaşdıqlarını, əlbəyaxa olduqlarını, yerin qan olduğunu, xəstənin qanı olduğunu, ona görə də yerin sürüşkən olduğunu, Poladın yerə yıxıldığını, sonra polis əməkdaşlarını çağırdıqlarını, onlar gəldikdən sonra onların nəzarəti ilə əməliyyatı keçirdiklərini, onların xəstəni itirmək qorxusu olduğu üçün belə şeylər etdiklərini düşündüyünü, Nihatı görmədiyini, Məhəmmədlə Sərxanın vurduğunu gördüyünü, istintaqda ifadə vemədiyini, ilk dəfədir məhkəmədə danışdığını, özünün sentyabr ayının 12-si əməliyyat olunduğunu, bu səbəbdən sentyabr ayının 4-ü Bakı şəhərinə getdiyini, Qasım adlı polis əməkdaşının Poladdan, Züleyxadan, digər tibb bacılarından izahat aldığını, ancaq ondan izahat almadığını, hətta ona zəng edərək “gəl izahat ver” dediyini, onun da “gəlmirəm, mənim şikayət ərizəm, izahatım yoxdur” dediyini, Qasım adlı şəxsi tanımadığını, ümumiyyətlə görmədiyini, 20 iyul 2023-cü il tarixdə izahat vermiş olsaydı Qasımın onu sentyabrın 2-si hələ də niyə axtardığını başa düşmədiyini, izahat, ifadə, şikayət ərizəsi vermədiyini, sentyabr ayının 3-ü Züleyxanın izahatını aldığını, özünün də Züleyxadan “mənim əvəzimdən nəyəsə imza çəkməmisən?” deyə soruşduğunu, onun da cavabında “xeyr mənə heç nə verilməyib, imzalamamışam” dediyini, 20 iyul 2023-cü il tarixli “şahidin dindirilməsi haqqında” protokola çəkilən imzanın onun imzası olmadığını, özünün heç nəyi imzalamadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X23 barələrində Azərbaycan Respublikası CM-nin 221.2.1- ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan ŞPİ-nin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Rahim Zahirli tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli raportdan görünür ki, 09 iyun 2023-cü il tarixdə saat 19 radələrində X59 yaşadığı ünvan 1 ünvanında tanışı Təqsirləndirilən şəxs3 və qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə kabab yeyib, araq içmişlər, yeyib-içəndən sonra Fərid Zeynalov yaşadığı evin hamam otağına keçib qollarını və bədənini kəsmiş, Təqsirləndirilən şəxs3 hamam otağının qapısını bağlı olduğunu görüb Məhəmmədə və Sərxana demiş, qapının bağlı olduğunu görüb hamam qapısını qıraraq içəri daxil olanda Fərid Zeynalovun özünü doğradığını görmüş, sonra evə təcili tibbi yardım avtomobili gəlmiş, həkim briqadası Fəridi xəstəxanaya aparmış, Naxçıvan MR xəstəxanasına çatanda Fəridə kömək üçün gələn tibbi işçilərinə mühafizəçilərə Nihat, Məhəmməd və Sərxan söyüşlər söyüb ictimai qaydanı kobud surətdə pozaraq nümayişkarcasına onlara şillə yumruq atıb mübahisə yaratmışlar, Xəstəxananın liftini qırmışlar, əməliyyat bölməsinə daxil olarkən orada olan həkimlərə tibb bacılarına qarşı fiziki zor tətbiq edib onlara şillə yumruq atıb köməyə gələn işçilərə müqavimət göstərmişdirlər. (cild İ, iş vərəq 7) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi, polis kapitanı Tural Quliyev tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da xidmətdə olan zaman Naxçıvan şəhər Polis İdarəsinin 102 xidmətinə Respublika Xəstəxanası Travmatologiya şöbəsinin tibb bacısı X62 zəng edərək bildirmişdir ki, Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-28, ev-4 ünvanında qeydiyyatda olan və hənim ünvanda yaşayan xx.xx.1982-ci il təvəllüdlü X19 və sol qollarının kəsilmiş yarası ilə Respublika Xəstəxanası Travmatologiya şöbəsinə daxil olmuşdur. (cild İ, iş vərəq 8) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Təcili X101 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1133 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs3 alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 0.79 promildir. (cild İ, iş vərəq 19) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Təcili X101 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1134 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs1 alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 1.03 promildir. (cild İ, iş vərəq 18) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Təcili X101 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1135 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 0.83 promildir. (cild İ, iş vərəq 17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə xx.xx.1990-cı ildə Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, günəmuzd fəhlə işləyən, dediyinə görə əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 49) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə xx.xx.1980-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikas vətəndaşı, evli, 3 uşaq atası, orta ixtisas təhsilli, fərdi olaraq tikinti ustası işləyən dediyinə görə əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyata olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 0, ********* nömrə cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 29) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə xx.xx.1983-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta ixtisas təhsilli, fərdi olaraq tikinti ustası işləyən, dediyinə görə əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyata olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 70) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Hüquq Bürosunda fəaliyyət göstərən vəkillərdən biri dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Hüquq Bürosunda fəaliyyət göstərən vəkillərdən biri dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 33) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Hüquq Bürosunda fəaliyyət göstərən vəkillərdən biri dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 74) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* cinayət işi üzrə X49 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 92) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* cinayət işi üzrə X38 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* cinayət işi üzrə X80 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 193) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 153-154) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 120-121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 137-138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X23 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 165-166) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 132-133) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 150-151) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyun 2023-cü il tarixli məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər X23, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədənlərində xəsarətin olubolmaması, əgər varsa, ağırlıq dərəcəsi, yetirilmə müddətinin müəyyən edilməsi üçün cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin həkim ekspertinə həvalə edilmişdir. (cild İ, iş vərəq 176-177) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyun 2023-cü il tarixli məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, X2, X17, X63, X39, X40, X41, X12 və X5 bədənlərində, xəsarətin olub-olmaması, əgər varsa, ağırlıq dərəcəsi, yetirilmə müddətinin müəyyən edilməsi üçün cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin həkim ekspertinə həvalə edilmişdir. (cild İ, iş vərəq 178-179) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təcili X101 Hüquqi Şəxsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 74 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhər X96 X84 09 iyun 2023-cü il tarixdə, saat 19:15 radələrində Naxçıvan şəhəri, Xətai 27 ev/9 ünvanından xəstə yaxınlarının ***-***-**-** nömrəli telefon vasitəsilə, xx.xx.1982-ci il təvəllüdlü X34 özünə qəsd etməsi ilə bağlı zəng vurulmuşdur. Çağırışa gedən briqada, həkim X61, feldşer X64, sanitar X50 və sürücü X20 19:19 də briqada ünvana çatdığı zaman xəstənin hər iki bilək nahiyəsinə kəsici alətlə xəsarət yetirdiyi aşkar olunmuşdur. Xəstə yaxınları briqadanı vanna otağına aparmış, orada xəstə yarım bayqın vəziyyətdə olmuşdur. Xəstədə qanaxma müşahidə olunmuşdur və arterial təzyiqi 99/90 idi, xəstəyə ilkin yardım olaraq vikasol 2.0 qr əzələ daxilinə vurulmuşdur və sıxıcı esmax sarğısı qoyulmuşdur. Müdaxilədən sonra Naxçıvan MR xəstəxanasına təxliyə edilmişdir. (cild İ, iş vərəq 187) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X30 tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 818 nömrəli məktubdan görünür ki, ünvan 8 ünvanda yaşayan xx.xx.1990-cı il təvəllüdlü X51, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 28, ev 7A ünvanda yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 9 ünvanda yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixədə Y.Budaqov adına Naxçıvan MR X10 sidik narko-test vasitəsi ilə müayinə olunmuşlar və nəticə mənfi aşkar olunmuşdur. (cild İ, iş vərəq 188) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X30 tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 816 nömrəli məktubdan görünür ki, ünvan 8 ünvanda yaşayan xx.xx.1990-cı il təvəllüdlü X51, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 28, ev 7A ünvanda yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 9 ünvanda yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Y.Budaqov adına Naxçıvan MR X10 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 189) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-629/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutma altında və həbsdə saxlanıldığı 04 (dörd) ay 14 (on dörd) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökmdə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. (cild İ, iş vərəq 205-213) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 655 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X25 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İ, iş vərəq 190-192) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 656 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İ, iş vərəq 215-217) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 657 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthi üzərindəki xəsarətlər, sağ əlin İV-V barmaqlarının arxa səthində şişkinlik və qızarıqlıqdır. Göstərilən xəsarət küt əşyanın təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (cild İ, iş vərəq 219-221) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 724 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X24 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İ, iş vərəq 232-234) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 729 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X41 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İ, iş vərəq 236-238) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 730 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X12 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İ, iş vərəq 240-242) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 728 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X40 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İ, iş vərəq 244-246) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 731 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X5 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İİ, iş vərəq 2-4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 727 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X39 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İİ, iş vərəq 6-8) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 725 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X17 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İİ, iş vərəq 10-12) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 726 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, X63 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İİ, iş vərəq 14-16) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyul 2023-cü il tarixli kompleks məhkəmə psixiatrik və narkoloji ekspertizası təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə kompleks məhkəmə psixiatrik və narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X11 ekspertlərinə həvalə edilmişdir. (cild İİ, iş vərəq 20-22) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X30 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 167 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 spirtli içki istifadəçisidir. Narkotik vasitə və psixotrop maddələrin istifadəçisi deyil. Narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, iş vərəq 33-35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X30 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 168 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. O, hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Məcburi müalicəyə eytiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İİ, iş vərəq 36- 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X30 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 165 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 spirtli içki istifadəçisidir. Narkotik vasitə və psixotrop maddələrin istifadəçisi deyil. Narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, iş vərəq 40-42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X30 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 166 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. O, hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Məcburi müalicəyə eytiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. (cild İİ, iş vərəq 43- 45) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X30 tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli, 208 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs X4 içki istifadəçisidr. X25 fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu inkar olunmur. Narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, iş vərəq 54-56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X30 tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli, 209 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs X52 hadisə törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. O, hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Məcburi müalicəyə eytiyacı yoxdur. X25 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İİ, iş vərəq 57-59) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin A-0958/03 nömrəli, xx.xx.2003-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş və X18 əmlakı müsadirə olunmadan Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmişdir. (cild İİ, iş vərəq 85-89) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 19 iyun 2023-cü il tarixli 3- 13-43/2-5211/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Abşeron Rayon Məhkəməsi tərəfindən 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verildiyi göstərilmişdir. (cild İ, iş vərəq 185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 19 iyun 2023-cü il tarixli 3- 13-43/2-5211/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə barəsində Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi tərəfindən 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası verildiyi göstərilmişdir. (cild İ, iş vərəq 184) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 19 iyun 2023-cü il tarixli 3-13-43/2- 5211/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs2 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 186) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1328 nömrəli arayışdan görünür ki, Novruzov X43 şəhəri 20-ci məhəllə, ev 1 ünvanında yaşayır. (cild İİ, iş vərəq 96) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1327 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 atası X53, anası X26, bacısı X42 və qardaşı X54 adlı ailə üzvləri var. (cild İİ, iş vərəq 97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədə X23 ünvan 11 ünvanda yaşadığı müddətdə özünü məhəllədə yaxşı apardığı, məhəllənin ictimai işlərində yaxından iştirak etdiyi, 20-ci məhəllədə yaşadığı dövr ərzində onun barəsində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmadığı qeyd olunmuşdur. (cild İİ, iş vərəq 98) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1289 nömrəli arayışdan görünür ki, Zeynalov X29 şəhəri, Xətai məhəlləsi, döngə 28, ev 7A ünvanında qeydiyyatdadır. (cild İİ, iş vərəq 90) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1290 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X27, qızı X28, oğlu X13 və oğlu X35 adlı ailə üzvləri var. (cild İİ, iş vərəq 91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 ünvan 12 ünvanda yaşadığı müddətdə özünü məhəllədə yaxşı apardığı, məhəllənin ictimai işlərində yaxından iştirak etdiyi, Xətai məhəlləsində yaşadığı dövr ərzində onun barəsində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmadığı qeyd olunmuşdur. (cild İİ, iş vərəq 92) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1291 nömrəli arayışdan görünür ki, Zeynalov X44 şəhəri, Xətai məhəlləsi, döngə 27, ev 5A ünvanında qeydiyyatdadır. (cild İİ, iş vərəq 93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1292 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X7, oğlu X55 və oğlu X56 adlı ailə üzvləri var. (cild İİ, iş vərəq 94) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 ünvan 13 ünvanda yaşadığı müddətdə özünü məhəllədə yaxşı apardığı, məhəllənin ictimai işlərində yaxından iştirak etdiyi, Xətai məhəlləsində yaşadığı dövr ərzində onun barəsində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmadığı qeyd olunmuşdur. (cild İİ, iş vərəq 95) Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs X38 18 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, növbəti məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs X49 18 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, növbəti məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs X80 18 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, növbəti məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(078)-12/2023 nömrəli qərarından Abşeron Rayon Məhkəməsinin 1(012)-629/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs3 cəzasının çəkilməmiş qalan hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs3 8 (səkkiz) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 1(078)-02/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli, 587 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş ********* №-li cinayət işinin İİ cildinin 46-49-cu vərəqələrində olan, 20 iyul 2023-cü il tarixli, 293 qeydiyyat nömrəli şahidin dindirilməsi haqqında Protokolun 01 -ci vərəqəsinin aşağı orta hissəsindəki imza, 02-ci vərəqəsinin orta-yuxarı hissəsində “İmza” sözü qarşısındakı imza və həmin vərəqənin aşağı orta hissəsindəki imza, 03-cü vərəqəsinin orta-yuxarı hissəsində “İmza” sözü qarşısındakı imza və həmin vərəqənin aşağı orta hissəsindəki imza, 04-cü vərəqəsində mətnin sonunda “İmza:” sözü qarşısındakı imza X33 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X36 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməli törətmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə,mənzildə,qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması cəzasının müddəti Təqsirləndirilən şəxs3 məhkumluğunun ödənilməməsini nəzərə alaraq onun barəsində 2 il, Təqsirləndirilən şəxs1 barəsində 1 il 6 ay və Təqsirləndirilən şəxs2 barəsində isə 1 il 6 ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək əlavə vəzifə də müəyyən edə bilər. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 8 ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 28, ev 7A ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 27, ev 5A ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onların üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs3 barəsində hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 8 ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 28, ev 7A ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 27, ev 5A ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs3 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi3 ödənilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 ödənilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 390 (üç yüz doxsan) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi2 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ******************** ) köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar