Məhkəmə qərarları › İş №1(078)-2/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-2/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-2/2025 18.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Y.Budaqov adına X1 xadimə işləyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhəri, ünvan 2an, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 20 noyabr 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs təxminən 2 ay bundan əvvəl Şahid1 ilə parkda tanış olub görüşmək üçün Şahid1la birlikdə onun yaşadığı Naxçıvan şəhəri, 3-cü küçə, ev 68 ünvanında yerləşən evə gedərək həmin evdən Şahid1 qızı Zərərçəkmiş şəxs məxsus 5 ədəd qızıl üzüyü, 3 ədəd qızıl boyunbağını, 2 cüt qızıl sırğanı, 1 ədəd imza şəklində olan qızıl klonu və 200 manat nağd pulu tamah məqsədi ilə gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5300 manat məbləğində maddi ziyan vurması faktı, əsas isə Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış təhqiqat materialı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən özgə əmlakını gizli olaraq talamaq məqsədilə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin iyul ayın əvvəllərində tanışı Şahid1 ilə birlikdə onun yaşadığı Naxçıvan şəhəri, 3-cü küçə, ev 68 ünvanında yerləşən evə getmiş, Şahid1 ilə aralarında yaranmış isti münasibətdən istifadə edərək həmin evdə rahat şəkildə hərəkət edərkən evin içərisində Şahid1 qızı Zərərçəkmiş şəxs məxsus 907 manat dəyərində bir ədəd Türkiyə istehsalı 585 əyarlı təmiz çəkisi 10,67 qram olan üzərində Allah sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağını, 175 manat dəyərində bir ədəd kustar üsulla hazırlanmış 583 əyarlı təmiz çəkisi 2,06 qram olan bir ədəd Heydər Əliyevin imzası formasında hazırlanmış qızıl, 567 manat dəyərində bir ədəd sadə formalı 585 əyarlı təmiz çəkisi 6,67 qram olan qalın uşaq boyunbağısı, 383 manat dəyərində bir ədəd sadə formalı 585 əyarlı təmiz çəkisi 4,5 qram olan nazik uşaq boyunbağısı, 510 manat dəyərində bir ədəd Rusiya istehsalı olan, 583 əyarlı təmiz çəkisi 6,00 qram olan halqa formasında qaşsız, qalın qızıl üzük, 327 manat dəyərində bir ədəd 583 əyarlı təmiz çəkisi 3,85 qram olan beş qaşlı paxla formalı qızıl üzük, 242 manat dəyərində bir ədəd 583 əyarlı təmiz çəkisi 2,85 qram olan üzərində 3 qaşı olan halqa formasında qızıl üzük, 472 manat dəyərində bir ədəd enli sarı rəngli Rusiya istehsalı, 585 əyarlı təmiz çəkisi 5,55 qram olan qızıl kişi üzüyü, 472 manat dəyərində bir ədəd enli ağ rəngli Türkiyə istehsalı, 585 əyarlı təmiz çəkisi 5,55 qram olan qızıl kişi üzüyü, 697 manat dəyərində bir cüt ürək formalı Rusiya istehsalı, 583 əyarlı təmiz çəkisi 8,2 qram olan qızıl sırğa, 638 manat dəyərində bir cüt Rusiya istehsalı, 585 əyarlı təmiz çəkisi 7,5 qram olan sallama qızıl sırğa və 200 manat nağd pulu gizli yolla talayaraq nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 5589 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində təxminən 2 ay bundan əvvəl evdə olan zaman tanımadığı mobil nömrədən zəng gəldiyini, telefonu açanda danışan şəxsin “mənim adım Şahid1dur, sizin nömrənizi tapmışam sizinlə evlənmək istəyirəm” dediyini, özünün Kərəmə “yox, olmaz” dediyini, Kərəmin də “gəl Naxçıvan şəhərində yerləşən Uşaq Şəhərciyinə görüşək söhbət edək” dediyini, Kərəmlə razılaşıb onunla görüşmək üçün Uşaq şəhərciyinə getdiyini, orada Kərəmlə görüşüb skamyada əyləşib söhbət etdiyini, söhbət zamanı Kərəmin təkrar özünə evlənmək istədiyini bildirdiyini, Kərəm yaşlı bir kişi olduğundan, ona “mən səninlə evlənmək istəmirəm” dediyini, Kərəmin də özünü evinə dəvət edib, “gedək evdə çay içək” dediyini, Kərəmlə razılaşıb onun evinə getdiyini, evin giriş qapısından Kərəmlə birlikdə evə daxil olduğunu, orada Kərəmin təkrar “mənim səndən xoşum gəlir, evlənmək istəyirəm” dediyini, özünün də Kərəmə evlənmək istəmədiyini dediyini, bu zaman aralarında sözlü mübahisə baş verdiyini, səs-küyə oraya tanımadığı qonşuluqda yaşayan bir qadının gəldiyini, evin giriş qapısının ağzında dayanıb evə baxıb Kərəmdən “bu qadın kimdir” deyə soruşduğunu, bu zaman həmin qadının özünü görməməsi üçün digər otağa keçdiyini, Kərəmin də həmin qadına “bu qadın bizim qohumumuzdur” dediyini, həmin qadının həyətdən çıxıb getdiyini, bu zaman Kərəmin ayaqyoluna girdiyini, Kərəm ayaqyoluna girdikdən sonra digər otaqda olan zaman paltar şkafının sol tərəfindəki 2-ci gözündə ağ finkanın yanında bir ədəd qırmızı rəngli balaca kardon qutu gördüyünü, özünün “həmin qutu qızıl qutusudur və içərisində qızıl ola bilər” deyə fikirləşdiyini, həmin qırmızı rəngli qutunu götürdüyünü, lakin qutunu açmadığını, ağır olduğu üçün içərisində nəsə olduğunu düşündüyünü, Kərəm ayaqyolunda olduğu üçün tez evdən həyətə çıxdığını, həyətə çıxanda həmin qonşuluqda yaşayan yaşlı qadını gördüyünü, iti addımlarla hərəkət edib həyətdən küçəyə çıxdığını, piyada şəkildə hərəkət edib Uşaq Şəhərciyinə tərəf yola düşdüyünü, yolda olan zaman evdən götürdüyü qırmızı rəngli qutunu açıb içərisinə baxanda orada qızıl-zinyət əşyaları olduğunu gördüyünü, Uşaq şəhərciyinə gəldiyini, oradan avtobusa minib yaşadığı evə gəldiyini, evə çatıb həmin qutunu açıb içərisinə baxanda orada 4 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 1 ədəd üzərində klonu olan qızıl boyunbağı və 1 ədəd qızıldan olan imza olduğunu gördüyünü, bu məsələdən başqa Kərəmin evinə getmədiyini, Kərəmin özünə mobil telefonla bir neçə dəfə zəng vurduğunu, lakin Kərəmlə telefonda danışmadığını, pula ehtiyacı olduğu üçün Kərəmin evindən oğurladığı qızılları satıb pul əldə etmək qərarına gəldiyini, xx.xx.2024-cü il tarixdə oğurladığı qızıllardan 3 ədəd qızıl üzüyü götürüb satmaq üçün Cahan Ticarət Mərkəzinin ikinci mərtəbəsində yerləşən Qızıl bölməsinə getdiyini, orada mağazalardan birinə yaxınlaşıb qızıl satmaq istədiyini bildirdiyini, 3 ədəd oğurladığı qızıl üzüyü çıxarıb satıcıya göstərdiyini, satıcının üzüklərə baxıb qızıl olduğunu bildirdiyini, satıcıdan “neçəyə alarsınız” deyə soruşduğunu, satıcının da “3 qızıl üzüyə birlikdə 590 manat pul verərəm” dediyini, özünün də satıcı ilə razılaşdığını, həmin qızıl üzükləri ümumilikdə 590 manata satdığını, həmin pulun 500 manatı ilə evin 2 aylıq kirayə pulunu ödədiyini, qalan 90 manatı isə evə bazarlıq edərək xərclədiyini, səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə qonşuya olan 600 manat borcunu ödəmək üçün oğurladığı qızıllardan 1 cüt sırğanı və 1 ədəd qızıl üzüyü götürüb Cahan Ticarət Mərkəzinin ikinci mərtəbəsində yerləşən Qızıl bölməsinə getdiyini, həmin sırğa və üzüyü də ümumilikdə 970 manata satdığını, 600 manatı ilə qonşuya olan borcunu ödədiyini, 200 manatını isə digər qonşuya borcu olduğu üçün verdiyini, qalan 170 manatla evin kommunal xərclərini ödəyib evə bazarlıq etdiyini, oğurladığı qızıllardan 1 ədəd imza və 1 ədəd üzərində klonu olan qalın boyunbağı qaldığını, onları sadə bujiteriya bilib satmadığını, evdə paltar şkafında saxladığını, həmin üzərində klonu olan boyunbağını bujiteriya bilib bir neçə dəfə taxıb istifadə etdiyini, şəkil çəkdirdiyini, xx.xx.2024-cü il tarixdə özünü Polis İdarəsinə dəvət etdiklərini, özü-özünə “məni oğurluq etməyə görə çağırırlar” deyə düşündüyünü, ona görə Polis İdarəsinə getməmişdən əvvəl oğurladığı qızıllardan qalan 1 ədəd üzərində klonu olan qalın boyunbağını evdə qara rəngli qutunun içərisindən götürüb oğurladığı qırmızı rəngli qutuya qoyub evdən çıxdığını, yaşadığı binanın zirzəmisinə düşüb içəri daxil olduğunu, həmin qırmızı rəngli qutunu zirzəmidə torpağın üzərinə tullayıb iş yerinə gedib icazə alıb Polis İdarəsinə getdiyini, polis əməkdaşının özündən Kərəmin evinə getdiyini soruşduğunu, özünün də təxminən 2 ay bundan əvvəl Kərəmin evinə getdiyini, qızılları oğurladığını, 4 ədəd üzüyü və 1 cüt sırğanı satdığını, qalan 1 ədəd H.Əliyevin imzasının evdə qara rəngli qutunun içərisində olduğunu, 1 ədəd üzərində klonu olan qalın boyunbağını kirayə yaşadığı binanın zirzəmisində torpağın üzərinə tulladığını etiraf etdiyini, təxminən 10 dəqiqə Kərəmin evində qaldığını, evdə Kərəmlə özünün olduğunu, yanlarında heç kim olmadığını, səs-küyə tanımadığı bir qadın gəldiyini, həmin qadının da özünü arxadan gördüyünü, pula ehtiyacı olduğundan və Kərəmin evində qutunu görəndə “içərisində qızıl olar və məndə aparıb satıb pul əldə edərəm” düşünüb qırmızı qutunu oğurladığını, bundan başqa digər otaqlara girmədiyini, Kərəm çağırdığı üçün 2024-cü ilin iyul ayının əvvəllərində həmin evə getdiyini, açarın Kərəmin özündə olduğunu, qonşunun səsə gəldiyini, özünün də qonşu görməsin deyə otağa keçib gizləndiyini, həmin evdən konkret olaraq qırmızı qutunun içərisindən bir ədəd üzərində Allah sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağı, bir ədəd H.Əliyevin qızıl imzası, bir qalın halqa üzük, bir ədəd paxla formalı beş qaşlı qızıl üzük, bir ədəd üç qaşlı halqa qızıl üzük, bir ədəd kişi üzüyü, bir cüt ürək formalı qızıl sırğanı, bir ədəd qalın uşaq boyunbağısı, bir ədəd nazik uşaq boyunbağısı, bir ədəd əlavə kişi üzüyü, bir cüt sallama qızıl sırğanı və 200 manat pulu oğurladığını, qızılları Cahan Ticarət Mərkəzinidə tanımadığı ayrıayrı şəxslərə satdığını, bir ədəd üzərində Allah sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağı və 175 manat dəyərindəki bir ədəd H.Əliyevin qızıl imzasını istintaqa təhvil verdiyini, yerdə qalan digər qızılları isə satdığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək törətdiyi əmələ görə peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını, ona dəymiş zərəri hissə-hissə ödəməyə razılaşdıqlarını, ona vurduğu ziyanın hamısını ödəyəcəyini bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində təxminən 3 ay bundan əvvəl uşaqları ilə birlikdə Bakı şəhərinə getdiyini, evdə isə atası Şahid1 qaldığını, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakıdan Naxçıvana gəlib evə getdiyini, qapının bağlı olduğunu, atasına zəng edib “hardasan gəl” dediyini, atası Kərəmin də parkda olduğunu bildirdiyini, bir qədər sonra evə gəlib qapını açdığını, evin qapısını açan kimi oğlu İbrahimin “mən gedim evdə olan puluma baxım” dediyini, İbrahimin pulunu Bakı şəhərinə getməmişdən əvvəl yataq otağında olan şkafın içərisindəki vedrəyə qoyduğunu, İbrahimin oraya baxıb gəldikdən sonra “mənim pulum orada yoxdur” dediyini, qızı Zərifənin də “qardaşımın pulu yoxdur, gedək mənim də puluma baxaq” dediyini, özünün də digər otağa keçib böyük qutunun içərisinə yığdığı paltarları tökdüyünü, dəmir qabın içərisinə baxanda həmin qabın içərisinə qoyduğu 5 ədəd qızıl üzük, 3 ədəd qızıl boyunbağı, 2 cüt qızıl sırğa, 1 ədəd Heydər Əliyevin imzası ilə olan qızıl klon və 100 manat nağd pulun olmadığını gördüyünü, paltarları və şkafı axtarsa da, həmin qızılları və pulu tapa bilmədiyini, qohumu Gülxatın xalanın Bakıda olan zaman özünə əvvəlcədən “atan evə qadın gətiribdi və qadın atandan pul istəyir” dediyindən evdə qızılların və pulun olmadığını görüb “atamın evə gətirdiyi qadın həmin qızılları və pulu oğurlaya bilər” deyə fikirləşdiyini, özünün də atası Kərəmdən “qızıllar və pullar haradadır, sən evə kimisə gətirmisənmi” deyə soruşduğunu, atası Kərəmin də “mənim qızıllardan xəbərim yoxdur, mən evə Sevda adlı qadını gətirmişdim” dediyini, özü də atasının evə gətirdiyi qadının qızılları və pulu oğurladığından şübhə edib hadisə barədə polisə məlumat verdiyini, polis əməkdaşlarının hadisə yerinə baxış keçirdiklərini, evdə otaqdan paltarların içərisindəki dəmir yumru qabdan 5 ədəd qızıl üzük, 3 ədəd qızıl boyunbağı, 2 cüt qızıl sırğa, 1 ədəd Heydər Əliyevin imzası ilə olan qızı klon və 100 manat nağd pul, yataq otağındakı şkafda olan vedrədən isə 100 manat nağd pul oğurlandığını, oğurlanmış qızıllardan 1 ədəd qızıl kalço üzüyün dəyərinin təxminən 1000 manat, digər 4 qızıl üzüyün ümumilikdə dəyərinin 1200 manat, 2 cüt qızıl sırğanın ümumilikdə dəyərinin təxminən 1000 manat, 1 ədəd Heydər Əliyevin imzası ilə olan qızıl klonun dəyərinin təxminən 350 manat, 1 ədəd üzərində ürək formalı klonu olan qalın qızıl boyunbağının dəyərinin təxminən 900 manat və qalan 2 ədəd qızıl boyunbağının dəyərinin isə təxminən 650 manat olduğunu, ümumilikdə qızılların oğurlanması nəticəsində özünə 5100 manat maddi ziyan dəydiyini, bundan əlavə evdən 200 manat da nağd pul oğurlandığını, qızılların və pulun oğurlanması nəticəsində ümumilikdə 5300 manat maddi ziyan dəydiyini, qızılların və pulun yerini özündən başqa heç kimin bilmədiyini, evin açarının özündə və atasında olduğunu, evdən qızıllardan əlavə 2 ədəd 100 manatlıq əskinaslarda olan 200 manat oğurlandığını, oğurlanmış 5 ədəd üzükdən 3 ədədinin qadın üzüyü olduğunu və özünə məxsus olduğunu, qalan 2 ədədinin isə kişi üzüyü olduğunu və həyat yoldaşı Şahid4 məxsus olduğunu, saxlaması üçün ona verdiyini, özünə məxsus üzüklərdən 2 ədədinin qalın kalço üzük, birinin sadə üzük olduğunu, üzərində qaşı olmadığını, digər üzüyün üzərində isə təxminən 1-2 ədəd qaşı olduğunu, həmin üzükləri təxminən 5 il bundan əvvəl rəhmətlik anası X3 Naxçıvan şəhərindən alıb özünə verdiyini, həmin üzüklərin özünə məxsus olduğunu, qalan 1 ədəd qadın üzüyünün nazik kalço üzüyün digər 2 kalço üzükdən azca fərqləri olduğunu, həmin üzüyü anasının özünə aldığını, üzərində təxminən 3 ədəd qaşı olduğunu, həyat yoldaşına məxsus 2 ədəd üzükdən birini özünün təxminən 5 il bundan əvvəl aldığını, həmin üzüyün kalço üzük olduğunu, üzərində təxminən 2 ədəd qaşı olduğunu, digər 1 üzüyün də həyat yoldaşına məxsus olduğunu, onu təxminən 5 il bundan əvvəl anasının həyat yoldaşı Sərxana aldığını, oğurlanmış 3 ədəd qızıl boyunbağının birinin özünə, digər ikisinin uşaqları Zərifə və İbrahimə məxsus olduğunu, özünə məxsus boyunbağını təxminən 5 il bundan əvvəl anası Səkinənin Naxçıvan şəhərindəki mağazadan özünə aldığını, həmin boyunbağının qalın və hörmə şəklində olduğunu, boyunbağının üzərində ürək şəkilli klon da olduğunu, digər 2 ədəd boyunbağını isə həyat yoldaşı Sərxanın təxminən 1 il bundan əvvəl Bakıdan alıb gətirdiyini, həmin boyunbağılardan Zərifənin boyunbağısının üzərində ürək şəklində olan klonu olduğunu, İbrahimin boyunbağısının isə sadə olduğunu, üzərində heç nə olmadığını, həmin boyunbağıların öz boyunbağısından bir qədər nazik olduqlarını, oğurlanmış 2 cüt qızıl sırğanın özünə məxsus olduğunu, sırğaları təxminən 5 il bundan əvvəl anası Səkinənin Naxçıvan şəhərindəki mağazadan özünə aldığını, həmin sırğalardan birinin ürək şəkilli olduğunu, üzərində təxminən 3 ədəd balaca qaşı olduğunu, digər sırğanın uzun sırğa olduğunu, üzərində hörmə şəklində bəzəkləri olduğunu, lakin qaşı olmayan sadə sırğa olduğunu, oğurlanmış 1 ədəd Heydər Əliyevin imzası şəklində olan qızıl klonu təxminən 14 il bundan əvvəl həyat yoldaşı Sərxanın Bakıdan aldığını, özünə hədiyyə etdiyini, paltarın üzərinə taxıldığını, sadalanan bütün əşyaların hamısının qızıldan hazırlandığını və qızıl olduğunu, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərəri hissə-hissə ödənilməsi barədə razılaşdıqlarını, ondan şikayət və tələbi olmadığını, onun tutulmasını istəmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs doğma qızı olduğunu, özünün qızı İlhaməgildə yaşadığını, həyat yoldaşı Səkinənin 4 ildir rəhmətə getdiyini, özünün də qızı İlhamə ilə yaşadığını, qızı İlhamənin evli olduğunu, iki uşağı olduğunu, uşaq şəhərciyinin qızı İlhamənin evinə yaxın olduğunu, özünün də yay olduğu üçün hər gün parka gedib istirahət etdiyini, Təqsirləndirilən şəxs da Naxçıvan şəhəri Uşaq şəhərciyində olan zaman tanıdığını, həmin hadisədən 3-4 gün qabaq tanıdığını, 2024-cü ilin iyul ayının əvvəllərində qızı İlhamənin uşaqları müalicə etmək üçün Bakı şəhərinə getdiyini, özünün də evdə tək qaldığını, uşaq şəhərciyinə getdiyini, həmin vaxt Səadət ilə orada tanış olduğunu, Səadətə “səninlə evlənmək istəyirəm” dediyini, Səadətin öz telefon nömrəsini yazıb verdiyini, özünün də onunla tanış olduğunu, Səadətin də “istəyirsən bir çay içək” dediyini, özünün də Səadətə “qızım evdə yoxdur, gəl gedək, çay qoy, içək” dediyini, birlikdə parkdan çıxıb, piyada hərəkət edib Naxçıvan şəhəri, 3-cü küçə, ev 68 ünvanında yerləşən evə gəldiklərini, həmin evin həyət evi olduğunu, evin qapısının açarının da üstündə olduğunu, qapını özünün açdığını, Səadətlə birlikdə evə girdiklərini, siqareti bitdiyi üçün siqaret almaq üçün dükana getdiyini, Səadətin də evdə qaldığını, özünün də siqaret alıb 15 dəqiqə sonra geri qayıtdığını, Evə gələndə Səadətin oturduğunu gördüyünü, Səadətdən çay hazırladığını soruşduğunu, Səadətin də çayı süzdüyünü, çay içdiklərini, həmin vaxt qohumu Gülxatının gəlib nə səsdir deyə soruşduğunu, özünün də utandığı üçün Gülxatına “qohumdur” dediyini, Gülxatının da çıxıb getdiyini, Gülxatının qızı İlhamənin həyat yoldaşı Sərxanın əmcanısı olduğunu, onunla eyni həyətdə yaşadıqlarını, bu söhbətdən sonra Səadətin “mən gedirəm” dediyini, özünün də “nə oldu, niyə gedirsən” dediyini, Səadətin də “işdə növbədəyəm, getməliyəm” dediyini, Səadətin sözünü deyərək heç gözləmədən, küçə qapısından çıxıb getdiyini, özünün də Səadətdən həmin vaxt heç şübhələnmədiyini, qızı İlhamənin 28 avqust 2024-cü il tarixdə Bakı şəhərindən evə gəldiyini, evdə olan zaman İlhamənin “ata evdəki qırmızı qutu və içərisində olan qızıllar yerində yoxdur, görməmisən” dediyini, özünün də qızı İlhaməyə “mənim heç nədən xəbərim yoxdur, ay qızım” dediyini, İlhamənin də “ata, mən olmayanda evə kimsə gəlib” deyə soruşduğunu, özünün də “ay qızım, sən Bakı şəhərində olanda evə bir qadın gəlmişdi, adı Sevdadır” dediyini, həmin vaxt Təqsirləndirilən şəxs adını özünə “Sevda” olaraq dediyini, Səadəti “Sevda” adı ilə tanıdığını, başqa da heç nə bilmədiyini, qızılların oğurlanmağı ilə bağlı İlhamənin polisə müraciət etdiyini, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla heç bir münasibətləri olmadığını, özünün “evlənək, mən də yaşlı adamam, dedim, gəlib mənə baxar” deyə düşündüyünü, qapılarda qalmaqdan bezdiyini, buna görə “evlənim, mənə baxsın” deyə fikirləşdiyini, Səadətin adını Sevda olaraq dediyini, evdə olmayanda Təqsirləndirilən şəxs evə gəlib-getmədiyini, ona açar vermədiyini, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini özünün verdiyini, lakin nömrəni xatırlamadığını, Səadətin kağıza nömrəsini yazdığını, adını da Sevda olaraq bildirdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs qohumu olduğunu, onun həyat yoldaşı Sərxanın əmcanısı olduğunu, Şahid1 da İlhamənin atası olduğunu, Təqsirləndirilən şəxs da tanımadığını, İlhaməgillə eyni həyətdə yaşadıqlarını, evlərinin ayrı olduğunu, İlhamənin atası Kərəmin də onlarla birlikdə yaşadığını, 2024-cü ilin iyun ayında məktəblərin bağlandığını, İlhamənin uşaqları Bakı şəhərinə apardığını, Kərəm əminin də evdə tək yaşadığını, özü işlədiyi üçün gedib-gəldiyini, Kərəm əmini həmişə görmədiyini, 2024-cü ilin iyul ayının əvvəllərində evdə olanda kişi səsi eşitdiyini, özünün də həyətə çıxdığını, həmin vaxt Kərəm əmi ilə rastlaşdığını, “bu nə səsdir” deyə soruşduğunu, Kərəm əminin də “qohumumdur, evdədir” dediyini, özünün də qayıdıb evə gəldiyini, bir qədər keçəndən sonra küçə qapısının açıldığını, qaraltı gördüyünü, lakin həyətdən çıxan şəxsin kişi və ya qadın olduğunu bilmədiyini, İlhamənin 28 avqust 2024-cü il tarixdə Bakı şəhərində evə gəldiyini, evdə olan zaman İlhamənin qışqırıq səsini eşitdiyini, İlhamədən “nə olub” deyə soruşduğunu, İlhamənin də “evdə olan bütün qızıllar oğurlanıbdır” dediyini, özünün də narahat olduğunu, bir həyətdə olduğu üçün birlikdə yaşadıqları üçün narahat olduqlarını, polisə məlumat verildiyini, polis əməkdaşlarının gəlib baxış keçirdiklərini, araşdırma gedəndən sonra Kərəm əmi ilə evə gələn qadının qızılları oğurladığının məlum olduğunu, özünü də Polis şöbəsinə çağırdıqlarını, ora gələndə oğurluq edən şəxsin qadın olduğunu və adının Səadət olduğunu bildiyini, həmin həyətdə 29 ildir yaşadığını, İlhamənin isə iki ilə yaxındır, həmin həyətdə yaşadığını, lakin İlhamənin nə qızılı olduğunu bilmədiyini, nə qədər qızılının oğurlandığından xəbəri olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs özünə qızılı 2024-cü ilin iyul ayının 08-də satdığını, həmin hadisəni tam xatırlamadığını, sənədə baxanda Təqsirləndirilən şəxs sənəddə göstərildiyi kimi 3 ədəd üzük satdığının yadına düşdüyünü, həmin üzüklərin ümumi çəkisinin 8,6 qram gəldiyini, özünün də qızılların qarşılığında 590 manat pulu Səadətə verdiyini, həmin qadının sonradan gətirib qızıl satmasının yadında olmadığını, Təqsirləndirilən şəxs heç tanımadığını, Təqsirləndirilən şəxs özünə başqa qızıl satmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs özünə qızılı 2024-cü ilin iyul ayının 09-da satdığını, həmin hadisəni tam xatırlamadığını, sənədə baxanda Təqsirləndirilən şəxs sənəddə göstərildiyi kimi bir cüt qızıl sırğa və bir ədəd kalço üzük satdığının yadına düşdüyünü,həmin üzüklərin ümumi çəkisinin 14,2 qram gəldiyini, özünün də qızılların qarşılığında 970 manat pulu Səadətə verdiyini, həmin qadının sonradan gətirib qızıl satmasının yadında olmadığını, Səadətin özünün şəxsiyyət vəsiqəsinin üzərinə imzasını da çəkdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Şahid4 09 yanvar 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Bakı şəhəri ərazisində yaşadığından məhkəmə iclasında iştirak edə bilmədiyini, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində Zərərçəkmiş şəxs həyat yoldaşı olduğunu, 20 ilə yaxındır ailə həyatı qurduqlarını, həmin evlilikdən 2 uşaqları olduğunu, işi ilə əlaqədar ünvan 3 ünvanında yerləşən evdə yaşadıqlarını, həyat yoldaşı İlhamənin uşaqlarla birlikdə Bakı şəhərinə gəldiyini, 2 aydan artıq Bakı şəhərində özü ilə birlikdə qaldıqlarını, qızının ayağından əməliyyat olunduğunu, həmin vaxt Naxçıvan şəhəri, 3-cü küçə, ev 68 ünvanında yerləşən evdə qayınatası Şahid1 yaşadığını, 28 avqust 2024-cü il tarixdə ailəsini Bakı şəhərindən hava limanı ilə Naxçıvana yola saldığını, İlhamə evə gedib çatandan sonra zəng vurub “Sərxan evdə olan bütün qızıllar və 200 manat oğurlanmışdır” dediyini, özünün də konkret olaraq hansı qızılların oğurlandığını soruşduğunu, İlhamənin də bir ədəd üzərində Allah sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağı, bir ədəd H.Əliyevin qızıl imzası, bir qalın halqa üzük, bir ədəd paxla formalı beş qaşlı qızıl üzük, bir ədəd üç qaşlı halqa qızıl üzük, bir ədəd kişi üzüyü, bir cüt ürək formalı qızıl sırğa, bir ədəd sadə formalı qalın uşaq boyunbağısı, bir ədəd sadə formalı nazik uşaq boyunbağısı, bir ədəd enli ağ rəngli qızıl kişi üzüyü, bir cüt sallama qızıl sırğanın və 200 manat pulun oğurlandığını bildirdiyini, İlhaməyə polisə müraciət etməyini dediyini, Təqsirləndirilən şəxs tanımadığını, özü və ailəsinin onunla heç bir münasibəti olmadığını, oğurlanmış 5 ədəd üzükdən 3 ədədinin qadın üzüyü olduğunu, həmin qızılların həyat yoldaşı İlhaməyə məxsus olduğunu, qalan 2 ədədinin isə kişi üzüyü olduğunu və özünə məxsus olduğunu, həyat yoldaşı İlhaməyə məxsus üzüklərdən 2 ədədinin qalın kalço üzük, birinin sadə olduğunu, üzərində qaşı olmadığını, digər üzüyün üzərində isə təxminən 1-2 ədəd qaşı olduğunu, həmin üzükləri təxminən 5 il bundan əvvəl rəhmətlik qayınanası X3 alıb həyat yoldaşı İlhaməyə verdiyini, digər bir ədəd qadın üzüyünün nazik kalço üzük olduğunu, özünə məxsus kişi üzüklərindən birini təxminən 5 il bundan əvvəl aldığını, digərinin isə nişan üzüyü olduğunu, həmin üzüyün böyük olduğunu və qaşları olduğunu, kişi üzüklərinin birinin qaşlı, birinin də naxışlı dördkünc olduğunu, nişan üzüyünü qayınanasının özünə aldığını, oğurlanmış 3 ədəd qızıl boyunbağının birinin həyat yoldaşı İlhaməyə, digər ikisinin uşaqları Zərifə və İbrahimə məxsus olduğunu, İlhamənin boyunbağısının qalın və tros şəklində olduğunu, boyunbağının üzərində ürək şəkilli klon da olduğunu, digər 2 ədəd boyunbağını isə Bakıdan alıb gətirdiyini, boyunbağılardan birini qızı Zərifəyə, digərini isə oğlu İbrahimə hədiyyə etdiyini, Zərifənin boyunbağısının üzərində ürək şəklində olan klonu olduğunu, nazik olduğunu, İbrahimin boyunbağısının isə sadə və qalın olduğunu, üzərində heç nə olmadığını, yaşadıqları evdən oğurlanmış 2 cüt qızıl sırğanın həyat yoldaşı İlhaməyə məxsus olduğunu, oğurlanmış 1 ədəd Heydər Əliyevin imzası şəklində olan qızıl klonu özünün Bakıdan gətirdiyini, özünə Bakı şəhərində hədiyyə edildiyini, H.Əliyevin imzası şəklində olan qızılın kostuyumun üzərinə taxılmaq üçün hazırlandığını, evindən qızıllardan başqa 200 manat nağd pul oğurlandığını, oğurluq olmamışdan qabaq 2024-cü ilin aprel ayında Naxçıvan şəhərinə gəldiyini, aprel ayının 28-i əkizlərinin ad günü olduğundan, aprel ayının 26-sı Bakıdan Naxçıvan gəldiyini, həmin vaxt uşaqların hərəsinə 100 manat verdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Həsənova X10 şəhər Polis İdarəsinə müraciət edərək yaşadığı evdən 3 ədəd qızıl boyunbağı, 5 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa və 200 manat nağd pulun naməlum şəkildə oğurlandığını, bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Rauf Babayev tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanında yerləşən evdən qızılları oğurlayan, xx.xx.1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan şəhəri, Babək məhəlləsi ev 23, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Naxçıvan ŞPİ-nə gətirilmişdir. Həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs evdən oğurladığı qızıllardan 3 ədəd üzüyü xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri Cahan TM-nin qızıl bölməsində 2-ci qızıl dükanına 590 manat qarşılığında satmış, xx.xx.2024-cü il tarixdə isə bir ədəd kalço üzüyü və bir cüt sırğanı isə qızıl bölməsində 34-cü qızıl dükanına 970 manat qarşılığında satmışdır. (cild İ, iş vərəq 27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2024-cü il tarixli baxış keçirilməsi və qızılların götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Naxçıvan şəhəri, 3-cü küçə, ev 68 ünvanında yerləşən evdə oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs həmin evdən oğurladığı qızılları kirayə yaşadığı Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 23, mənzil 4 ünvanında yerləşən mənzildə və həmin yaşayış binasının zirzəmisində gizlətdiyi müəyyən edildiyindən Təqsirləndirilən şəxs razılıq ərizəsinə əsasən onun yaşadığı mənzilə və binanın zirzəmisinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən evdən oğurladığı qızıllardan üzərində klonu olan bir ədəd boyunbağını qırmızı rəngli qutu ilə birlikdə yaşadığı binanın 1-ci blokunun zirzəmisində yerə tulladığını bildirmişdir. Blokun giriş qapısı iki tağlı olmaqla dəmirdən hazırlanmışdır və boz rəngdədir. Qapıdan binanın blokuna daxil olduqda üzbəüz pilləkənlərin yerləşdiyi və sol tərəfdə zirzəmiyə gedən pilləkənlərin olduğu görünür. Pilləkənlərdən aşağı düşdükdə sağ tərəfdə zirzəmiyə açılan bir tağlı olmaqla dəmirdən hazırlanmış krem rəngli balaca bir qapının olduğu və həmin qapının binanın zirzəmisinə açıldığı müşahidə edilmişdir. Qapının açıb zirzəmiyə daxil olduqda içəridə su və kanalizasiya turbalarının olduğu və sol tərəfdə qapısı olmayan düzbucaqlı formasın bir beton yarığını olduğu müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi qızılı həmin yerdən keçib yerə tulladığını və oradan çıxıb getdiyini bildirmişdir. Həmin yerdən keçib zirzəminin digər tərəfinə keçdikdə orada yerin torpaq olduğu və oradanda su və kanalizasiya turbalarının keçdiyi müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yerdə torpağın üzərində olan 1 ədəd qapağı açılmış vəziyyətdə olan qırmızı rəngli balaca qutunu və üzərində klonu olan sarı rəngli boyunbağını göstərib həmin qızılı qutu ilə birlikdə ünvan 4 ünvanında yerləşən evdən oğurladığını bildirmişdir. Həmin qutu və üzərində klonu olan sarı rəngli boyunbağı iş üçün əhəmiyyətli olduğundan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən evdən oğurladığı 1 ədəd imza şəklində olan klonu yaşadığı mənzildə yataq otağında olan şkafın içərisindəki sadə bujiteriyalarını yığdığı qara rəngli balaca qutunun içərisində olduğunu bildirdiyinən baxışı davam etdirib onun yaşadığı mənzilə baxılmış, həmin mənzil binanın ikinci mərtəbəsində sağ tərəfdə yerləşmiş və mənzilin giriş qapısı bir tağlı olmaqla dəmirdən hazırlanmışdır, ağ rəngdədir. Qapıdan evə daxil olduqda dəhlizin və dəhlizdən mətbəxə və digər otaqlara açılan qapıların olduğu müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Naxçıvan şəhəri, 3cü küçə, ev 68 ünvanında yerləşən evdən oğurladığı 1 ədəd imza şəklində olan klonu yataq otağında olan paltar şkafının içərisindəki sadə bujiteriyalarını yığdığı qara rəngli balaca qutunun içərisində olduğunu bildirmişdir. Həmin yataq otağına baxıldıqda otağında dəhlizdən sağ tərəfdə yerləşdiyi, otağa daxil olduqda otağın içərisində giriş ilə üzbəüz yatağın, sol tərəfdə tirmonun və tirmo ilə üzbəüz taxtadan hazırlanmış qara rəngli paltar şkafının olduğu müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs paltar şkafının yuxarı sol gözündə olan qara rəngli balaca qutunu göstərib imza şəklində olan klonun onun içərisində olduğunu bildirib həmin qutunu təqdim etmişdir. Qeyd edilən qutunu açıb baxdıqda içərisində çoxlu sayda sadə boyunbağıların, üzüklərin, klonların və sırğaların olduğu müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən bujiteriyaların içərisində olan 1 ədəd imza şəklində olan klonu göstərib həmin klonu Naxçıvan şəhəri, 3-cü küçə, ev 68 ünvanında yerləşən evdən oğurladığı bildirmişdir. Qeyd edilən klon iş üçün əhəmiyyətli olduğundan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən götürülmüşdür. (cild İ, iş vərəq 36-39) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərardan görünür ki, həmin tarixdə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 89-91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş zərgər X8 tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X9 təqdim etdiyi zinət əşyalarını və təqdim etmədiyi digər zinyət əşyalarını nəzərdən keçirib, təqdim edilən zinyət əşyaları ilə bağlı bir ədəd Allah sözü yazılan üzərində ürək formalı klonu olan tros qızıl boyunbağı Türkiyə istehsalı olub, 585 əyarlı, təmiz çəkisinin 10,67± qram olduğu, bir ədəd Heydər Əliyevin imzası formasında olan qızıl, kustar üsulla hazırlanmış, 583 əyarlı, təmiz çəkisinin 2,06± qram olduğu müəyyən edilmişdir. Təqdim edilməyən zinyət əşyaları ilə bağlı isə bir ədəd sadə formalı qalın uşaq boyunbağısı, 585 əyarlı, təmiz çəkisinin 6,67± qram olduğu; bir ədəd sadə formalı nazik uşaq boyunbağısı, 585 əyarlı, təmiz çəkisinin 4,5± qram olduğu; bir ədəd kalço qalın qaşsız qızıl üzük Rusiya istehsalı olub, 583 əyarlı, təmiz çəkisinin 6,00± qram olduğu; bir ədəd beş qaşlı paxla formalı qızıl üzük 583 əyarlı, təmiz çəkisinin 3,85± qram olduğu; bir ədəd üzərində 3 qaşı olan kalço qızıl üzük 583 əyaıiı, təmiz çəkisinin 2,85± qram olduğu; bir ədəd enli sarı rəngli Rusiya istehsalı olan qızıl kişi üzüyü 585 əyarlı, təmiz çəkisinin 5,55± qram olduğu; bir ədəd enli ağ rəngli Türkiyə istehsalı olan qızıl kişi üzüyü 585 əyarlı, təmiz çəkisinin 5,55± qram olduğu; bir cüt ürək formalı qızıl sırğa Rusiya istehsalı olub, 583 əyarlı, təmiz çəkisinin 8,2± qram olduğu; bir cüt sallama qızıl sırğa Rusiya istehsalı olub, 585 əyarlı, təmiz çəkisinin 7,5± qram olduğu müəyyən edilmişdir. (cild İ, iş vərəq 92) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2024-cü il tarixli şəxsin şübhəli şəxs qismində tanınması haqqında qərardan görünür ki, həmin tarixdə xx.xx.1975-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Y.Budaqov adına X1 xadimə işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 10 ünvanında qeydiyyatında olmaqla Naxçıvan şəhəri, ünvan 7ayə yaşayan Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 94-95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin statusunun saxlanılması və şübhəli şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 117-119) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 127-128) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 sentyabr 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.1975-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Y.Budaqov adına X1 xadimə işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 10 ünvanında qeydiyyatında olmaqla Naxçıvan şəhəri ünvan 8ə yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. (cild İ, iş vərəq 141-142) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 150) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli, 1786 nömrəli məktubdan görünür ki, ünvan 9 ünvanda qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 162) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 1180 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və edilməyən (ekspertiza təyini haqqında qərarda göstərilən) Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri 5389,00 (beş min üç yüz səksən doqquz) manat müəyyən olunur. (cild İ, iş vərəq 185-187) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 190-192) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Həsənova X10 şəhər Polis İdarəsinə müraciət edərək zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində “Allah” sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağını və bir ədəd H.Əliyevin qızıl imzasını maddi vəziyyəti ilə əlaqədar ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 203) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 noyabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, bir ədəd qırmızı rəngli qutu, bir ədəd üzərində Allah sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağı və 175 manat dəyərindəki bir ədəd H.Əliyevin qızıl imzası cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və maddi sübut kimi tanınmış bir ədəd qırmızı rəngli qutu, bir ədəd üzərində Allah sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağı və 175 manat dəyərindəki bir ədəd H.Əliyevin qızıl imzasının zərərçəkmişin ərizəsi nəzərə alınmaqla sahibinə qaytarılması qərara alınmışdır. (cild İ, iş vərəq 204-206) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 noyabr 2024-cü il tarixli qızıl-zinət əşyalarının təhvil verilməsi haqqında aktdan görünür ki, bir ədəd üzərində Allah sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağı, bir ədəd H.Əliyevin qızıl imzası və bir ədəd qırmızı qutu Zərərçəkmiş şəxs təhvil verilmişdir. (cild İ, iş vərəq 208) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı mənzil-istismar idarəsi tərəfindən verilmiş 08 noyabr 2024-cü il tarixli, 2012 nömrəli arayışdan görünür ki, Əliyeva X6 şəhəri, Ə.Qəmküsar küçəsi, bina 10A, mənzil 1 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 209) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı mənzil-istismar idarəsi tərəfindən verilmiş 08 noyabr 2024-cü il tarixli, 2013 nömrəli arayışdan görünür ki, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə üzvü yoxdur. (cild İ, iş vərəq 210) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 08 noyabr 2024-cü il tarixli, 2103 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 11 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən Y.Budaqov adına Naxçıvan MR X2 narkoloji şöbəsində xadimə vəzifəsində işləyir. İşə başladığı gündən verilən tapşırıqları vaxtında yerinə yetirməyə can atmışdır. Lakin bir neçə dəfə dispanserin daxili nizam qaydalarını pozmuş və şifahi xəbərdarlıq olunmuşdur. Kollektiv arasında özünə hörmət qazanmış, ictimai tədbirlərdə yaxından iştirak etmişdir. (cild İ, iş vərəq 211) Zərərçəkmiş şəxs 03 fevral 2025-ci il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs oğurladığı qızıl əşyalarına görə vurduğu maddi ziyan olan 4507 (dörd min beş yüz yeddi) manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 1(078)-2/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs arasında bağlanmış 14 mart 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs 14 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gələrək barışıq sazişi imzaladıqlarını, ona görə də Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbi olmadığını, onun barəsində hökm çıxararkən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 23, mənzil 4 ünvanında yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd qırmızı rəngli qutu, bir ədəd üzərində “Allah” sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağı və bir ədəd H.Əliyevin qızıl imzasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 23, mənzil 4 ünvanında yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd qırmızı rəngli qutunun, bir ədəd üzərində “Allah” sözü yazılan ürək formalı klonu olan tros qızıl boyunbağının və bir ədəd H.Əliyevin qızıl imzasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar