Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-21/2025 11.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1966-cı il tarixdə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, 3 uşaq anası, Tovuz rayonu, Qovlar şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 42D (yeni qaydalarla: ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “12” fevral 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə saat 01:15-də X11 Limanında yoxlanışdan keçərkən əl çantasından 1 ədəd patron aşkar edilərək götürülməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, Türkiyə Respublikasında istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, 9*17 mm kalibrli olmaqla, həmin kalibrə malik ИЖ-71, Arsenal P-M01, Glock-42 markalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patronu əldə edib, saxlamaqla üzərində gəzdirərkən yəni, 21 sentyabr 2024-cü il tarixdə X11 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun əl yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün əl yüklərinə ümumi yoxlanış keçirilmiş və əl yüklərinə baxış həyata keçirilərkən onun əl çantasından 1 ədəd yuxarıda qeyd olunan patron aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bildiyini, Türkiyə Respublikasının Balıkesir şəhərində yaşayan Ayşe adlı qadının evində patronlar olduğunu, Ayşedən həmin patronların nə olduğunu, nə üçün saxladığını dedikdə patron olduğunu, ruzi bərəkət gətirdiyini dediyini, Ayşedən patronlardan birini ona verməsini istədiyini, Ayşenin həmin patronlardan birinə nəsə dua oxuyub ona verdiyini, patronu götürüb həmin gündən sonra getdiyi hər yerə apardığını, patronu təxminən 2 ildir ona verdiyini, bu dəfə onkoloji xəstə olduğu üçün Balıkesir şəhərinə müalicəsi ilə bağlı getdiyini, həmin patronu da üzərində daşıdığını, Bakı şəhərindən hava yolu ilə İstanbul şəhərinə, oradan isə Balıkesirə getdiyini, üzərində daşıdığı patronun isə əl çantasında pul qabının içərisində olduğunu, yolda olarkən X12 şəhərində gördüyünü, onun Bakı şəhərinə getdiyini dediyini, onunla birlikdə Sədərək gömrük postunu keçib Naxçıvana gəldiyini, bilet almaq üçün hava limanına gedib bilet aldığını, 21 sentyabr 2024-cü il tarixdə hava limanında qeydiyyatdan keçməyə getdiyini, Aynurdan əvvəl qeydiyyatdan keçdiyini, Aynur qeydiyyatdan keçən zaman isə hava limanı əməkdaşlarının onun çantasında nəsə olduğunu dediklərini, çantaya baxış zamanı isə bir ədəd patron aşkar olunduğunu, sonra Aynurun digər çantalarına da baxdıqda bu zaman ondan əlavə bir ədəd də patron aşkar olunduğunu, Aynurdan qabaq keçsə də sonradan çantalarından birini unutduğunu görüb həmin çantanı gedib götürüb qayıdan zaman hava limanı əməkdaşlarına çantasında bir ədəd patron olduğunu dediyini, onun da çantasına baxış keçirib patronu götürdüklərini, sonra polis əməkdaşlarının həmin yerə dəvət olunduğunu, polis əməkdaşları gəldikdən sonra üzərindən çıxan əşyalarla birlikdə onu polis əməkdaşlarına təhvil verdiklərini, çantasından X11 Limanında aşkar edilərək götürülən 1 ədəd patronu ruzi bərəkət gətirdiyi üçün üzərində daşıdığını, başqa məqsədi olmadığını, özünə məxsus silahı olmadığını, ondan patronu heç kimin istəmədiyini, Aynur Bənnayevanı saxladıqlarını görüb özünün də patron daşıdığını dediyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, törətdiyi əmələ görə peşman olduğunu, onkoloji xəstə olduğunu, bunun nəzərə alınmasını istədiyini bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 21 sentyabr 2024-cü il tarixdə saat təxminən 1 radələrində X11 Limanında növbədə olan zaman hava limanının şərq buraxılış məntəqəsində “X Ray” rentgen qurğusuna nəzarət etdiyini, həmin buraxılış məntəqəsindən həmin saatda Naxçıvandan Bakıya gedən sərnişinlərin qeydiyyatdan keçərək “X Ray” qurğusuna yaxınlaşdıqlarını, vətəndaşlardan birinin çantasında patrona bənzər şübhəli təsvir gördüyünü, patron aşkar olunduqdan sonra dərhal növbə rəisi Şahid2 məlumat verdiyini, Şahid2 gəldikdən sonra ona Təqsirləndirilən şəxs göstərdiyini, Şahid2 dərhal hava limanında xidmət aparan polis əməkdaşlarına məlumat verdiyini, polis əməkdaşları gəldikdən sonra akt tərtib olunduğunu, Təqsirləndirilən şəxs və aşkar olunmuş 1 ədəd patronun onlara təhvil verildiyini, Təqsirləndirilən şəxs ilk dəfə hava limanında gördüyünü, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 21 sentyabr 2024-cü il tarixdə saat təxminən 01 radələrində X11 Limanında növbədə olan zaman hava limanında rentgen qurğusuna nəzarət edən əməkdaş Şahid1 ona xidməti rabitə qurğusu ilə məlumat verərək yüklərin içində 2 ədəd patron müəyyən etdiyini bildirdiyini, bundan sonra həmin yerə yaxınlaşdığını, Şahid1 bir nəfər şəxsin yükündən iki ədəd patron müəyyən etdiyini bildirərək həmin şəxsi ona göstərdiyini, həmin vaxt şəxsin adının X9 olduğunu bildiyini, daha sonra Aynur Bənnayevadan sonra gələn digər vətəndaş Təqsirləndirilən şəxs da yükləri rentgen qurğusunda yoxlanışdan keçirilən zaman onun da yükündən 1 ədəd patron aşkar olunduğunu, hava limanının daxilində xidmət aparan polis əməkdaşlarını həmin yerə dəvət etdiyini, əvvəl Aynur Bənnayevanın yükündən aşkar olunmuş 2 ədəd patrona görə Aynur Bənnayeva və polis əməkdaşlarının iştirakı ilə akt tərtib edilib Aynur Bənnayeva və aşkar olunmuş patronları qablaşdırılmış şəkildə hava limanı polislərinə təhvil verdikdən sonra Təqsirləndirilən şəxs əl yükündən aşkar edilmiş 1 ədəd patronun Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə akt tərtib edilərək polis əməkdaşlarına təhvil verildiyini, Təqsirləndirilən şəxs ilk dəfə hava limanında gördüyünü, Təqsirləndirilən şəxs yükündən 1 ədəd patron aşkar olunan zaman ondan daha əvvəl rentgen qurğusunda yoxlanışdan keçən X4 yükündən iki ədəd patron aşkarlandığını, lakin həmin şəxslərin bir-biri ilə nə kimi əlaqələrinin olması barədə dəqiq məlumatı olmadığını, Təqsirləndirilən şəxs əl yükündən aşkar olunan 1 ədəd patronu Türkiyə Respublikasından gətirdiyini, ruzi-bərəkət gətirdiyi üçün çantasında daşıdığını dediyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 21 sentyabr 2024-cü il tarixdə saat təxminən 01 radələrində X11 Limanında xidmət etdiyini və vətəndaşların təyyarəyə daşınmasına icazə verilməyən əmlakla daxil olmalarının qarşısını almaq üçün onların üzərlərini yoxladığını, eyni zamanda həmin vaxt hava limanında rentgen qurğusuna nəzarət edən əməkdaşın Şahid1 olduğunu, onun vətəndaşlardan birinin yükü rentgen qurğusundan keçərkən yüklərin içində şübhəli təsvir olduğunu dediyini və yükün kimə aid olmasını soruşduğunu, həmin vaxt orada olan vətəndaşlardan sonradan adının X9 olduğunu bildiyi qadının yükün ona aid olduğunu bildirdiyini, daha sonra həmin vaxt növbə rəisi olan Şahid2 məlumat verildiyini, daha sonra isə Aynur Bənnayevanın iştirakı ilə onun şübhəli təsvirlərin göründüyü yükünün açıldığını, həmin yükün içərisindən iki ədəd patron aşkar olunduğunu, Aynur Bənnayevadan sonra gələn digər vətəndaş Təqsirləndirilən şəxs da yükləri rentgen qurğusunda yoxlanışdan keçirilən zaman onun da yükündən 1 ədəd patron aşkar olunduğunu, Şahid2 hava limanının daxilində xidmət aparan polis əməkdaşlarını həmin yerə dəvət etdiyini, əvvəl Aynur Bənnayevanın yükündən aşkar olunmuş 2 ədəd patrona görə özünün, Aynur Bənnayevanın, Şahid1 və polis əməkdaşlarının iştirakı ilə akt tərtib edilib Aynur Bənnayeva və aşkar olunmuş 2 ədəd patronun qablaşdırılmış şəkildə hava limanı polislərinə təhvil verdikdən sonra Təqsirləndirilən şəxs əl yükündən aşkar edilmiş 1 ədəd patronun akt tərtib edilərək polis əməkdaşlarına təhvil verildiyini, Təqsirləndirilən şəxs ilk dəfə hava limanında gördüyünü, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 21 sentyabr 2024-cü il tarixdə saat təxminən 01:00 radələrində X11 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Şahid2 onunla əlaqə saxlayaraq sərnişinlərdən patronların aşkarlandığını bildirib, təhvil götürmələrini dediyini, X6 Polis Şöbəsinin növbətçi hissəsindən də zəng edib hava limanında sərnişinlərdən patron aşkarlandığını və təhvil götürmələrinin deyildiyini, həmin gün X11 Limanında xidmət aparan əməkdaş Şahid5 məlumat verərək onunla birlikdə təhlükəsizlik xidmətinə yaxınlaşdığını, orada patronların aşkar olunduğu şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini, akt tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalarla birlikdə təhvil alıb X6 Polis Şöbəsinə gətirdiyini, Təqsirləndirilən şəxs kim olduğunu bilmədiyini, aralarında hər hansı bir qohumluq münasibəti və yaxud ədavət olmadığını, Təqsirləndirilən şəxs ilk dəfə hava limanında gördüyünü, Təqsirləndirilən şəxs və qablaşdırılmış zərfi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan sonra X6 Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Şahid5 11 mart 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ərizəsini nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ifadəsində 21 sentyabr 2024-cü il tarixdə saat təxminən 01:00 radələrində X11 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Şahid2 həmin gün xidmətdə olan X6 Polis Şöbəsinin X1 inspektoru Şahid4 ilə əlaqə saxlayaraq sərnişinlərdən patronların aşkarlandığını bildirib, təhvil götürmələrini istədiyini, bundan sonra X6 Polis Şöbəsinin növbətçi hissəsindən də onlara zəng edib hava limanında sərnişinlərdən patron tutulduğunu və təhvil götürmələrini söylədiklərini, birlikdə təhlükəsizlik xidmətinə yaxınlaşdıqlarını, yaxınlaşdıqları zaman orada patronların aşkar olunduğu iki nəfər qadın vətəndaşı gördüklərini və adlarının X9 və Təqsirləndirilən şəxs olduğunu bildiklərini, həmin şəxslər barəsində ayrı-ayrılıqda akt tərtib olunduqdan sonra hər iki vətəndaşı və üzərlərindən aşkar olunmuş əşyalarla birlikdə təhvil alıb X6 Polis Şöbəsinə gətirdiklərini, Təqsirləndirilən şəxs kim olduğunu bilmədiyini, onunla hər hansı bir qohumluq münasibəti və yaxud ədavəti olmadığını, X5 ilk dəfə idi ki, hava limanında gördüyünü, Təqsirləndirilən şəxs və qablaşdırılmış zərfi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan sonra X6 Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X6 Polis Şöbəsinin X1 inspektoru polis leytenantı Şahid4 tərəfindən tərtib olunmuş 21 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, 21 sentyabr 2024-cü ildə X1 polis nəfəri, polis baş serjantı Şahid5 ilə birlikdə X11 Limanınında xidmətdə olduqlarını zaman saat 01:15-də X11 Limanının Təhlükəsizlik Xidməti tərəfindən monitor yoxlaması zamanı bir nəfər şəxsin əl çantasında 1 (bir) ədəd patron aşkarlanaraq aktla təhvil verildikdən sonra həmin şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində həmin şəxsin xx xxxxx 1966-cı il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. (cild İ, iş vərəq 2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2024-cü il tarixli, 22 nömrəli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əl yüklərinə rentgen müayinəsi zamanı baxış keçirilmiş və çantada 1 ədəd patron aşkar edilərək götürülmüşdür. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2024-cü il tarixli məhkəmə-ballistik ekspertizanın təyin edilməsi haqqında qərardan görünür ki, məhkəmə-ballistik ekspertizası təyin edilməsi və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 7) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 1207 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron 9*17 mm kalibrli olmaqla, həmin kalibrə malik “ИЖ-71”, “Arsenal P-M01”, “Glock-42” markalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur. Təqdim edilmiş 1 (bir) ədəd 9*17 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmişdir. Təqdim edilmiş 1 (bir) ədəd 9*17 mm kalibrli patron təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. (cild İ, iş vərəq 10-11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 dekabr 2024-cü il tarixli vəkil dəvət edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 228.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Vəkil Bürosundan pulsuz olaraq dövlət hesabına vəkil dəvət edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 50-51) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 dekabr 2024-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi təyin edilmişdir. (cild İ, iş vərəq 56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, cinayət işi üzrə 6 aprel 1966-cı il təvəllüdlü, Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Tovuz rayonu, Qovlar qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 dekabr 2024-cü il tarixdə saat 10:00-dəqiqədən tutulmuş hesab edilmişdir. (cild İ, iş vərəq 57-58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 74-75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra edilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilmişdir. (cild İ, iş vərəq 87-89) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2024-cü il tarixli maddi sübuta baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş və 25 dekabr 2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, 9*1.7mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı patrona Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmiş, baxış keçirilən 1 ədəd patronun ümumi uzunluğunun 24.5 mm, gilizinin uzunluğunun 17 mm, dib hissələrinin diametrinin 9.5 mm, güllənin aparıcı hissədən diametrinin 9 mm olduğu, patronların dib hissəsinin səthində istehsal edildiyi zavodun seriyasının, istehsal olunduğu ilin və kalibrini bildirən "MKL 9KB" rəqəmləri-zavod işarələrinin həkk olunduğu aşkar edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs baxış keçirilən 1 ədəd patronun özünə məxsus olduğunu, həmin patronları Türkiyə Respublikasında olarkən orada evində baxıcıİıq etdiyi qadının evindən götürdüyünü, ruzi bərəkət gətirməsinə inandığı üçün üzərində daşıdığını, Bakı şəhərinə getmək üçün X11 Limanına getdiyi zaman hava limanında yoxlama zamanı aşkar olunduğunu bildirmişdir. (cild İ, iş vərəq 92) Cinayət işində olan və məhkəmə istintaqında Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə X11 Limanının inzibati binasında qeydiyyata alınmış video-görüntülərinin köçürüldüyü DVD-yə iştirakçılarla birlikdə baxış keçirilmiş, qeyd edilən DVD-yə baxış zamanı DVD-də 1 video-görüntünün olduğu müəyyən edilmiş, həmin videogörüntüyə baxış zamanı həmin videonun 20 dəqiqə 5 saniyə olması, video-kameranın hava limanının inzibati binasında rentgen qurğusunun yerləşdiyi ərazini çəkməsinin müşahidə edildiyi, kameranın müşahidəsinə rentgen qurğusu və yoxlama aparatlarının düşdüyü, həmin vaxt rentgen qurğusunda vətəndaşlardan birinin əşyalarının ötürüldüyü, əşyalar qurğudan keçdikdən sonra hava limanı əməkdaşı tərəfindən vətəndaşın çantasına baxış keçirilməsi, digər vətəndaşların onları gözləməsi, hava limanı əməkdaşı tərəfindən şübhəli çantanın təkrar rentgen yoxlamasından keçirilməsi, təkrar baxış keçirilməsi, ondan sonra gələn vətəndaşın da çantasının rentgen qurğusundan keçirilməsi, sonrasında çantaya baxış keçirilməsi, çantadan nə isə aşkar olunması müəyyən olunmuş, sonra orada xidmət aparan polis əməkdaşları dəvət olunmuş, həmin şəxslər polis əməkdaşlarına təhvil verilmişdir. Nəticədə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntüdə rentgen yoxlamasına yüklərinə ilk baxış keçirilən şəxsin Aynur Bənnayeva olduğunu, daha sonra yüklərinə baxış keçirilən şəxsin özü olduğunu, həmin rentgen qurğusunda onun yükündən aşkar edilən əşyanın 1 ədəd patronun özünə aid olduğunu, Türkiyə Respublikasından əldə etdiyini, çantasına hava limanı əməkdaşı tərəfindən baxış keçirildiyini, baxış zamanı çantasından aşkar olunduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs rentgen yoxlaması zamanı əl çantasından aşkar olunaraq götürülmüş 1 ədəd patron cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (cild İ, iş vərəq 96-97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X2 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli, 478 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şağan qəsəbəsi, A.Gəray küçəsi, ev 42D ünvanında qeydiyyatsız olaraq yaşayır. Həyat yoldaşı X8 və qızı X10 adlı ailə üzvləri var. (cild İ, iş vərəq 102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli, 15 nömrəli xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Şağan qəsəbəsi, Adil Gəray küçəsi, ev 42D ünvanında qeydiyyatsız olaraq ailəsi ilə (yoldaşı, qızı) birlikdə yaşayır. Yaxın qonşularla münasibəti normaldır. Barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (cild İ, iş vərəq 103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 29 dekabr 2024-cü il tarixli, 2443 nömrəli cavab məktubundan görünür ki, Tovuz rayonu, Qovlar şəhərində qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. (cild İ, iş vərəq 104) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika Hospitalı tərəfindən verilmiş 5819 nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Respublika Hospitalınm cərrahiyyə şöbəsində xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək stasionar müalicədə olunmuşdur. Laparotomiya, Abdominal panhisterektomiya, Qarın boşluğunun drenaj olunması müalicəsi aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olubolmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Odlu silah, döyüş sursatı, xüsusi təyinatlı döyüş sursatı, partlayıcı maddə, partlayıcı qurğular həm sənaye, həm də kustar üsulla istehsal edilə və ya hazırlana bilər. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır. Həmin Qərarın 9-cu bəndinə əsasən CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür....Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir...Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, Döyüş sursatı müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il 1 (bir) ay müəyyən edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdən 25 dekabr 2024cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 1 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 42D (yeni qaydalarla: ünvan 3 yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Bakı şəhər probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 1 (bir) ədəd patron 9*17 mm kalibrli olmaqla, həmin kalibrə malik “ИЖ-71”, “Arsenal P-M01”, “Glock-42” markalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patron hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 67 (altmış yeddi) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 1 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 42D (yeni qaydalarla: ünvan 3 yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 1 (bir) ədəd patron 9*17 mm kalibrli olmaqla, həmin kalibrə malik “ИЖ-71”, “Arsenal P-M01”, “Glock-42” markalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patron hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 67 (altmış yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər “ASAN” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-21/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-21/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver