Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-22/2023 02.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:00 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ailəli, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan, 29 mart 2023-cü il tarixdə barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə Bakı şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında X5 Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 mart 2023-cü il tarixdə saat 08:30 radələrində X1rşısında saxlanılıb X10 Polis Şöbəsinin inzibati binasına gətirilərək, video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman sol ayağının baldır nahiyəsindəki yarasının üzərinə bağlamış olduğu pambığın içərisindən 1 (bir) ədəd şəffaf selofana bükülmüş içərisində təmiz çəkisi 1,932 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmiş, ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, təxminən bir il olar Naxçıvan şəhərində yerləşən özünə məxsus olan təkər sexini işlədir. 26 mart 2023-cü il tarixdə saat 19:00 radələrində X9 Limanından təyyarə ilə Bakı şəhərinə təkər sexi üçün mal almağa gedib. 27 mart 2023-cü il tarixdə Bakı şəhərində təkər sexi üçün lazım olan əşyaları aldıqdan sonra Nizami rayonu, Neftçilər parkının yaxınlığında əvvəllər tanıdığı Xalid adlı şəxsdən 75 manata özünün istifadə etməyi üçün təxminən 2.5 qram narkotik vasitə olan heroin alıb. Həmin heroini alandan sonra bir qismini heroin aldığı şəxs Xalidin yanında Bakı şəhəri Nizami rayonu Nefcilər parkı adlanan yerdə qızılı rəngli falqanın içərisində yandıraraq tüstüsünü çəkmiş, qalan narkotik vasitə olan heroini isə pambığa bükərək sol ayağında olan yaranın üzərinə qoymuşdur. 28 mart 2023-cü il tarixdə təxminən səhər saat 08:30 radələrində 251 saylı Bakı-Naxçıvan reysi ilə Naxçıvan Muxtar Respublikasına gəlmiş, X1rşında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu şübhəli şəxs qismində X5 Polis Şöbəsinə dəvət etmişlər. Ona şöbənin xidməti otaqlarının birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır, sol ayağının baldır nahiyəsindəki yaranın üzərinə bağladığı və pambığın içərisindən 1 (bir) ədəd şəffaf selefona bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təxminən 20 il bundan əvvəl narkotik vasitə istifadə edib, ondan sonra bir müddət yəni 2023-cü ilin fevral ayına kimi istifadə etməyib. 2023-cü ilin fevral ayından yenidən narkotik vasitə istifadə etməyə başlayıb. Xalidi təxminən 45 gün olar ki, Nefçilər parkında olarkən tanıyıb. Orada olarkən onun narkotik vasitə istifadə etdiyinin şahidi olmuş, sonra ona yaxınlaşıb tanışlıq yaratmış və bundan sonra ondan 3 dəfə narkotik vasitə almışdır. Əvvəllər 29 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə özünə məxsusdur. Ailəsində baş verən hadisələrə görə yenidən narkotik vasitə istifadə etmişdir. Oğlu 08 noyabr 2020-ci ildə Laçında şəhid olmuşdur. Törətdiyi əməldən peşman olduğunu, bir daha bu cür əmələ yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsi, həmmçinin şahid ifadələri, ekspert rəyi və istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən X5 Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, 2018-ci ildən isə həmin şöbənin cinayət axtarış qrupunun əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır. Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı bir qohumluq münasibəti və yaxud ədavəti yoxdur. 28 mart 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən 1972-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı X5 Polis Şöbəsinin rəisinə raportla məruzə etdikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü olan X5 Polis Şöbəsinin İTB-in rəisi vəzifəsini müvəqqəti icra edən Şahid2 İlqar oğlu ilə birlikdə Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 08:30 radələrində X9 Limanının önündə saxlayaraq X11 Polis Şöbəsinin inzibati binasına gətirmişdirlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış, üzərinə şəxsi axtarış aparılarkən sol ayağının baldır nahiyəsindəki yarasının üzərinə bağlanmış pambığın içərisindən (bir) ədəd şəffaf selofan bükülmüş içərisində toz halında narkotik vasitəyə bənzər maddər aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin toz halında olan maddənin narkotik vasitənin heroin olduğunu və onu 27 mart 2023-cü il tarixdə Bakı şəhərində olan zaman “Nefçilər” parkı deyilən yerdə Xalid adlı şəxsdən 75 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildə X5 Polis Şöbəsinin məhsul növbətçisi vəzifəsinə, 2021-ci ildə isə həmin şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, hal-hazırda həmin vəzifəni müvəqqəti icra etməkdədir. Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı bir qohumluq münasibəti və yaxud ədavəti yoxdur. 28 mart 2023-cü il tarixdə X5 Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun əməliyyat müvəkkili Rövqan Növruzovun əməliyyat tədbiri olduğunu və onunda həmin qrupun üzvü olduğunu bildirdilər. 28 mart 2023-cü il tarixdə saat 08:30 radələrində Bakı-Naxçıvan reysi ilə Bakı şəhərindən Naxçıvan şəhərinə gələn Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olmasına görə şübhəli şəxs qismində saxlayaraq X5 Polis Şöbəsinə gətirmişdirlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, üzərinə şəxsi axtarış aparılarkən sol ayağının baldır nahiyəsindəki yarasının üzərinə bağlanmış pambığın içərisindən (bir) ədəd şəffaf selofan bükülmüş içərisində toz halında narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Büküm götürüldükdən sonra Təqsirləndirilən şəxs həmin toz halında olan maddənin narkotik vasitə heroin olduğunu və onu 27 mart 2023-cü il tarixdə Bakı şəhərində olan zaman “Nefçilər” parkı deyilən yerdə Xalid adlı şəxsdən 75 manata aldığını bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs sol ayağının baldır nahiyəsindəki yarasının üzərinə bağlanmış pambığın içərisindən (bir) ədəd şəffaf selofan bükülmüş içərisində toz halında narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütlənin narkotik vasitə və ya psixotrop maddə olub-olmamasının, hazırlanma üsulunun, xalis çəkisinin müəyyən edilməsi məqsədilə tədqiqat aparılması üçün 28 mart 2023-cü il tarixdə məhkəmə kimyəvi ekspertizası təyin edilmiş və rəy alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli 332 nömrəli rəyində Təqsirləndirilən şəxs sol ayağının baldır nahiyəsindəki yarasının üzərinə bağlanmış pambığın içərisindən (bir) ədəd şəffaf selofan bükülmüş içərisində toz halında narkotik vasitə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (1-ci siyahı sıra №49) daxil olan kustar üsulla hazırlanmış, təmiz çəkisi 1.932 qram narkotik vasitə heroin olması göstərilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1.932 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 23 may 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 1.882 qram narkotik vasitə heroin məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanseri tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli 82 saylı rəydə göstərilir ki, təqsirləndirilən şəxs Vəliyev X2 narkomaniya xəstəliyindən əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı var. 28 mart 2023-cü il tarixli şəxsi aştarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs sol ayağına bağladığı pambığın arasından bir ədəd şəffaf büküm çıxarır və həmin bükümün içərisində olan maddənin narkotik vasitə olduğunun bildirmişdir. İstintaq zamanı 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonda gedən və gələn zənglər siyahısında, proqramlar menyusunda olan “mesajlar” adlı proqramda, telefonun proqramlar menyusunda yerləşən internet vasitəsilə istifadə olunan “Whatsaap”, “Facebook messenger” və digər sosoial şəbəkə proqramlarında, telefonda olan şəkil və video görüntülərdə istintaq üçün əhəmmiyyət kəsb edən telefon zəngləri, mesaj, şəkil, video görüntü, səs yazısı aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. “Samsung” markalı mobil telefonda sübut əhəmiyyəti ola biləcək fakt aşkar edilmədiyindən, mobil telefon qəbz əsasında Təqsirləndirilən şəxs qaytarılmışdır. İstintaq zamanı iş üçün əhəmiyyətli olduğundan X5 Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində aşkar edilən heroin narkotik vasitəsinin götürülüb qablaşdırılarkən qeydiyyata alınmış video-görüntülərinin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 05 iyun 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı görünür ki, həmin video 08 dəqiqə 18 saniyəlik videodur. Videoda 02:30 dəqiqədə Təqsirləndirilən şəxs sol ayağına bağladığı pambığın arasından bir ədəd büküm çıxarır və həmin bükümün içərisində olan maddənin narkotik maddə olduğunun bildirmişdir. Həmin büküm iştirakçıların iştirakı ilə müvafiq qayda da qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu, sol ayağında pambığa bükülü halda aşkar edilən bükümün içərisində olan heroinin özünə məxsus olduğunu bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd “DVD” disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini töərtməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərərk inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Vəliyev X4 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixdə qüvvəyə minmiş hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən dörd ay üç gün şərti vaxtından əvvəl azad edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasənın 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “heroin” olan maddələr narkotik vasitədir və onun 0,15 (sıfır tam yüzdə on beş) qramdan artıq hissəsi, beynəlxalq adı metamfetamin olan psixotrop maddənin isə 0,15 (sıfır tam yüzdə on beş) qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə, baxılan iş üzrə cinayətin predmeti olan narkotik vasitələrin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1.932 qram olan qəhvəyi rəngli toz şəkilli hissəciklərdən ibarət maddənin kustar üsulla hazırlanmış “heroin” narkotik vasitəsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən, şəxsi istehlak miqdarından artıq miqdar kimi qiymətləndirilməlidir. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında göstərilmiş tövsiyyələri də nəzərə almışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya onun məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Мəhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ümumi hissə”sinin müddəaları nəzərə alınmaqla “Xüsusi hissə”sinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş hallarıda ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Vəliyev X4 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixdə qüvvəyə minmiş hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən dörd ay üç gün şərti vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsində qeyd edilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və azadlığa çıxdıqdan 02 ildən çox müddət keçdikdən sonra, yəni 28 mart 2023-cü il tarixdə az ağır cinayət əməli hesab olunan cinayət əməlini törətmişdir. Bu da onu sübut edir ki, istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi kimi onun cəzasını ağırlaşdıran hal olmadığı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs şəhid atası olmasını cəzanı təyin edərkən yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasы Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli az ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer- ünvan 2 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1.932 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 1.882 qram narkotik vasitə heroin müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanseri tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli 82 saylı rəydə göstərilir ki, təqsirləndirilən şəxs Vəliyev X2 narkomaniya xəstəliyindən əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı var. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır, o, X7 Narkoloji Dispanserində qeydiyyata alınmalı və məcburi mülaicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer- ünvan 2 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və məcburi müalicə tətbiq edilsin. Cinayət işi üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində maddi sübutların saxlanc otağında saxlanılan təmiz çəkisi 1.932 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 1.882 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-22/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-22/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver