Məhkəmə qərarları › İş №1(078)-23/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-23/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-23/2023 26.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:30 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2007-ci ildə Naxçıvan şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci ildə Şahbuz rayon Kolanı kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, X6 xanəndəlik üzrə İ kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Şahbuz rayon Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Yetkinlik yaşına çatmayan şəxs Mahmudov X1 Mətləb Xaliq oğlu ilə birlikdə 19 mart 2023-cü il tarixdə saat 23 radələrində qabaqcadan cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus 1990-ci ildə buraxılmış, sedan tipli, ******* mühərrik nömrəli, ******* ban nömrəli, safari rəngli VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobili zərərçəkmiş şəxsin yaşadığı ünvan 1 ünvanında yerləşən binanın həyətindən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir Yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə 19 mart 2023-cü il tarixdə saat 23 radələrində qabaqcadan cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus 1990-ci ildə buraxılmış, sedan tipli, ******* mühərrik nömrəli, ******* ban nömrəli, safari rəngli VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobili zərərçəkmiş şəxsin yaşadığı ünvan 1 ünvanında yerləşən binanın həyətindən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxslərin qeyd edilən cinayət əməlini törətməsi ilk olaraq onların öz ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, cinayət əməlini törətməkdə özünü təqsirli bilir. ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs1 Naxçıvan şəhərindən tanıyır. Onunla bir neçə dəfə görüşmüş, aralarında münasibət yaranmış və onunla dost olmuşdur. 19 mart 2023-cü il tarixdə saat 23 radələrində Möminə Xatun türbəsinin yanında dostu Mətləblə birlikdə konsertə baxmışlar. Konsert bitəndən sonra Mətləbə “gəl mikrorayona enək” demiş, Mətləb də “uzaqdır, ora nəyə gedirik?” dediyində Mətləbə “siqaret qurtarıb, gedək evə, evdən pul götürüm özümüzə siqaret alaq” dediyində Mətləb razılaşmışdır. Birlikdə H.Əliyev sarayının yanı ilə piyada mikrorayona getdiklərində Milli yeməklərin yanında pilləkənlə 11 nömrəli məktəbə tərəf getmişlər. Naxçıvan şəhəri 15 nömrəli məktəbin yanından keçib oradan 9 mərtəbəli binanın yanına getmişlər. Mətləb bir ədəd Want siqareti almış, siqareti çəkəndə Mətləbə “məhlədə bir avtomobil var, gedək götürək sürək” demiş, Mətləb də “görərlər” dediyində, Mətləbə “mənlikdir, narahat olma, kişi məni tanıyır, bir şey olsa həll edəcəm” cavabını vermişdir. Mətləb “avtomobil haradadır?” soruşduğunda Mətləbə “ardımca gəl, göstərəcəm” demişdir. Mətləblə birlikdə avtomobilin yanına getmişlər. Mətləb avtomobilə baxıb “avtomobilin açarı üstündədir” demişdir. O, maşının sahibi İsa əmini tanıdığından avtomobilin açarının üstündə olduğunu əvvəlcədən bilirdi. Sükanın arxasına keçib bir-iki dəfə avtomobilin mühərrikini işə salmağa çalışmış, ancaq bacarmamışdır. Əvvəllər avtomobil sürməmişdir. Heç kəs ona avtomobil idarə etməyi öyrətməyib. Maşın sürməyə həvəsi var. Ona görə də “sürüm öyrənim” deyərək avtomobili bir neçə dəfə işə salmış, ancaq yerdən götürə bilmədiyi üçün maşının səsi çox çıxmışdır. Mətləb ona “avtomobilin səsi çıxır, hamı eşidəcək, qonşular biləcək” dediyində gözləmişdir. Mətləb ona “xalastoy elə avtomobili itələyəcəm sən də mühərriki işə sal” demiş, o da Mətləbin dediyi kimi etmişdir. Avtomobilin sürət qutusunu boş etmiş, Mətləb avtomobili itələmişdir. Avtomobilin mühərrikini işə salmışdır. Mətləbin qabaqda sağ tərəfdə oturmuş, o da avtomobili idarə etməyə başlamışdır. Avtomobili sürüb qatar yoluna qayıtmış, təkrar ara məhlələrdə sürmüşdür. Sonra sürmək üçün avtomobili Mətləbə vermişdir. Mətləb 5-10 dəqiqə avtomobili sürmüş, sonra o təkrar sükanın arxasına keçmişdir. Babək məhəlləsinə tərəf getdiklərində avtomobili səhv yola döndərmişdir. Həmin vaxt yerin palçıq olduğu üçün avtomobil orada dayanmışdır. Avtomobili irəli-qabağa vermiş, avtomobil bir qədər qabağa getmiş, avtomobilin getməyə yolunun olmadığını görüb, avtomobili geri vermək istəyəndə avtomobil dayanmışdır. Avtomobilin spidometrində qırmızı işığın yanıb-söndüyünü görmüş, “avtomobilin benzini bitib” deyə düşünmüşdür. Mətləb “arxaya baxaq, bəlkə benzin var” dediyində avtomobildən düşüb baqajı açmışlar. Arxada benzin və yağ olduğunu görmüşlər. Benzini avtomobilə töküb, işə salmaq istəyəndə avtomobil yenə işləməmişdir. Nə qədər eləsələr də mühərriki işə sala bilməmişlər. Bunun səbəbinin yağında olduğunu güman edeb Mətləbə “bəlkə yağı azalıb” demişdir. Mətləb avtomobilin motorunun qapağını açmış, baqajdan götürdükləri yağı motora tökmüşlər. Yenə də avtomobili işə sala bilməmişlər. Avtomobili təkrar işə salmaq üçün açarını bir neçə dəfə bursalar da, avtomobil işə düşməmişdir. Elə həmin vaxt avtomobilin açarı qırılmış, açar avtombilin içərisində qalmışdır. Həmin vaxt təqribən gecə saat 04 radələri olmuşdur. Mətləb “qohum var, zəng vurum gəlsin kömək eləsin” dediyində, “açar qırılıb, aparıb avtomobili yerinə qoya bilməyəcəyik, zəng vurma” demişdir. Həmin vaxt avtomobili dayandığı yerdə qoyub getmişlər. Mətləbin hara getdiyini bilməmişdir. İsa əminin nəvəsi Şamillə uşaqlıqdan dostdur. Yağış yağanda uşaq vaxtı onunla gedib maşında oturub mahnıya qulaq asıb söhbət ediblər. Bu səbəbdən İsa əmiyə məxsus avtomobili həyətdə saxlayanda qapısı açıq qaldığını və avtomobilin açarının da üstündə olduğunu bilirdi. Avtomobili qaçırmamışdan qabaq da, bir gün əvvəl, yəni 18 mart 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus avtomobili götürüb sürmək istəmiş, ancaq sürə bilməmişdir. Ümumiyyətlə avtomobil idarə etməyi bacarmır. Avtomobili yerindən götürmək istəsə də, avtomobili yerindən tərpədə bilməyib. Avtomobili sürmək istəsə də, avtomobilin səsinin çox çıxmış, “gəlib görərlər” deyə qorxmuş, ona görə avtomobili yerində saxlayıb getmişdir. Avtomobili yerindən tərpətsə də, əvvəl avtomobili necə dayanmışdısa, o cür park edə bilməmiş və düşüb getmişdir. Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobili sürmək üçün qaçırmışlar. Oğurluq məqsədləri olmayıb. Avtomobildən heç nə götürməyiblər. Avtomobili sürüb sonra yerinə qaytarmaq istəmişlər. Lakin avtomobilin açarı sındığından, avtomobil Babək məhəlləsində dükanın yanında boş ərazidə qalmışdır. Avtomobili bir dəfə təkcə sürmək istəmiş, ancaq idarə edə bilməmişdir. İlk dəfədir avtomobil qaçırıb. Avtomobili qaçırmaqları ilə bağlı heç kimə heç nə deməyib. Avtomobili qaçırandan sonra avtomobili 2-3 saat idarə ediblər. Avtomobili Mətləblə qaçırandan sonra ilk əvvəl ara məhlə ilə 15 nömrəli məktəbin yanına avtomobili sürmüş, oradan yola çıxıb Qaraxanbəyli kənd yoluna gedib dəmiryolundan geriyə dönüb Ə.Qəmküsar küçəsi ilə avtomobili sürüb Babək məhəlləsinə getmişlər. Beləcə o yollarda avtomobili təkrar sürüb dövrə vurmuşlar. Avtomobili sürə bilmədiyi üçün 5 dəqiqədən bir avtomobil dayanmışdır. Mətləb avtomobili sürməyi bacardığı üçün yolun yarısını Mətləb, yarısını isə o sürüb. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildiyini qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Şahbuz rayon Kolanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 Naxçıvan şəhərindən tanıyır, onunla dostdur. 19 mart 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2la Möminə Xatun bağında görüşüb, Ramazanla birlikdə siqaret almaq üçün mikrorayona düşmüşlər. Mikrorayında 9 mərtəbəli binanın yanında açıq mağazadan siqaret almışlar. Yaşı az olduğundan yoldan keçən tanımadığı şəxsdən xahiş edib siqareti ona aldırmışlar. Ramazanla birlikdə siqaret çəkmişlər. Siqaret çəkən zaman Ramazan “məhlədə İsa əmi var onun avtomobili açıqdır, gedək götürək sürək” demiş, o da “problem çıxar” dediyində, Ramazan “mənlikdir, narahat olma, avtomobilin sahibi İsa əminin nəvəsi ilə uşaqlıqdan bir yerdə böyümüşəm, məni görsə tanıyar bir söz deməz” demiş və buna görə də onunla razılaşmışdır. Ramazanla birlikdə maşının durduğu yerə getmişlər. Şahbuz rayon Kolanı kənd sakini olduğundan Naxçıvan şəhərini elə də yaxşı tanımır. Ramazan “arxamca gəl” deyərək onu maşının dayandığı yerə aparmışdır. VAZ 21063 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil binaların həyətində idi. Ramazan avtomobili ona göstərmiş, o da avtomobilə yaxınlaşıb qapısını yoxlayanda avtomobilin qapısının açıq olduğunu və avtomobilin açarının üstündə olduğunu görmüşdür. Ramazan sükanın arxasına keçib biriki dəfə avtomobilin mühərrikini işə salmaq istəsə də, avtomobili işlədə bilməmişdir. Ramazana “avtomobili işə sal bilmirsən, avtomobilin sürətlər qutusu boş elə, mən itələyim sən də avtomobilin mühərrikini işə sal, belə də səs çox çıxır, qonşular eşidəcək” demiş, Ramazan da onunla razılaşmışdır. Ramazan avtomobilin sürətlər qutusunu boş eləmiş, o da avtomobili sürətlə itələmişdir. Ramazanın da avtomobilin mühərrikini işə saldıqdan sonra o tələsik keçib qabaqda oturmuşdur. Ramazan avtomobili idarə edərək Dəmiryolu vağzalına tərəf getmiş, biraz fırlanandan sonra Ramazana “avtomobili saxla biraz da mən sürüm” dediyində, Ramazan da avtomobili saxlamışdır. Avtomobilin sükanı arxasına keçib, 5-10 dəqiqə avtomobili sürəndən sonra təkrar Ramazan sükan arxasına keçmişdir. Ara məhlələrlə hərəkət edib Babək məhəlləsi 3-cü döngəyə çatanda orada yerə qravlenin töküldüyünü görüb, avtomobili geriyə verib, avtomobili aparıb yerinə qaytarıb qoymaq istəsələr də həmin vaxt avtomobilin mühərriki dayanmış və avtomobil orada qalmışdır. Bir saata yaxın orada “bəlkə avtomobil işə düşər” deyə cəhd göstərsələr də, lakin avtomobilin mühərrikini işə sala bilməmişlər. Arxaya baxdıqda baqajda həm benzin, həm də yağın olduğunu görmüşlər. Benzini avtomobilin bakına tökmüşlər. Hətta həmin yağı da avtomobilin mühərrikinin yağ yerinə tökmüşlə. Təkrar avtomobilin mühərrikini işə salmaq istədikdə avtomobili yenə də işə sala bilməmişlər. Həmin vaxt Ramazan avtomobilin açarını sındırmışdır. Sonra avtomobili orada qoyub çıxıb getmişlər. Ramazanın evlərinə getmiş, o isə xalaoğlusu Cilovxangilə getmişdir. Avtomobili Ramazanla birlikdə sürmək üçün qaçırmışlar. Oğurluq məqsədləri olmayıb. Avtomobildən heç götürməmişlər. Avtomobili sürüb sonra yerinə qaytarmaq istəmişlər. Lakin açar sındığından avtomobil Babək məhəlləsində qalmışdır. Birinci dəfə idi ki, avtomobil qaçırırdı. Ramazan ona avtomobil olduğunu deyəndən sonra razı olub birlikdə avtomobili qaçırmışlar. Siqareti alandan sonra Ramazan dediyindən avtomobili götürmüşlər. Avtomobilin mühərriki dayanandan sonra avtomobili Babək məhəlləsində qoyub getmişlər. Həmin avtomobili ikisi də idarə edib. O, 5-10 dəqiqə avtomobili idarə edib, qalan vaxtları təqribən bir saat Ramazan idarə edib. Avtomobili qaçırmaqları ilə bağlı heç kimə heç nə deməyib. Avtomobili qaçıranda Ramazanla birlikdə olub. Yanlarında başqa heç kəs olmayıb. O, avtomobili idarə etməyi bacarır. Avtomobili idarə etməyi babasından öyrənib. Ramazan avtomobili idarə edə bilmədiyi üçün yerdən götürə bilmirdi. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirib qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətməsi eyni zamanda zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. 22 ilə yaxındır ki, Vaz 21063 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin sahibidir. Avtomobilini qaçıran şəxsləryetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs2 əvvəlcədən elə-belə məhlə uşağı kimi tanıyır. Onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. 2023-cü il mart ayının 19-u həmişə olduğu kimi, axşam saat 19 radələrində idarə etdiyi Vaz 21063 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobili yaşadığı binanın həyətində park yerində saxlamış, həmin vaxt avtomobilin qapısını bağlamamışdır. Avtomobili 22 ildir idarə edir və ümumiyyətlə həmişə də avtomobilin qapısı açıq olub. 20 mart 2023-cü il tarixdə bayram günü, səhər tezdən saat 07 radələrində həyətə çıxmış, avtomobilin yerində olmadığını görüb narahat olmuş, ətrafa baxsa da avtomobilini tapa bilməmişdir. Bununla əlaqədar Polis İdarəsinə müraciət edib ərizə yazmışdır. Təxminən bir saat keçəndən sonra polis tərəfindən ona “avtomobiliniz Naxçıvan şəhəri Babək məhəlləsində tapılıb” deyə məlumat verilmişdir. Avtomobilin olduğu yerə getmiş, baxanda həqiqətən də avtomobilin Babək məhəlləsində binalar olan tərəfdə yolda olduğunu görmüşdür. Həmin vaxt polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, sonra avtomobili İdarəyə gətirmişlər. Avtomobilə baxılmış, avtomobilin sadəcə olaraq qaçırıldığı, içərisindən heç bir əşyasının oğurlanmadığı məlum olmuşdur. Avtomobili özünə təhvil verilmişdir. Polis İdarəsində olan zaman avtomobilinin Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yaşayan Şövkətin oğlu Ramazan və onun dostu Mətləbin gecə vaxtı qaçırdıqlarını öyrənmişdir. İlk dəfə idi ki, avtomobili qaçırılırdı. Avtomobil qaçırılandan sonra avtomobilinə baxmış, avtomobilində bütün əşyalar yerində idi, sadəcə avtomobilinin açarının qırıldığını görmüşdür. Qırılmış açar polis əməkdaşları tərəfindən sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxslər ondan üzr istəmişdir. Onları bağışlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Naxçıvan ŞPİ-nin PPXB-nun polis baş serjantıdır. Zərərçəkmiş şəxs əvvəlcədən tanımır, onunla arasında ədavət düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Hadisə baş verən gün Naxçıvan ŞPİ-nin 1 nömrəli Polis Bölməsinin PPX-də xidmətdə olmuş, 20 mart 2023-cü il tarixdə iş yoldaşı X3 ilə birlikdə səhər saat 07 radələrində Naxçıvan şəhəri Əlincə məhəlləsinin yaxınlarında xidməti ərazidə xidməti avtomobilə xidmətdə olduqları zaman növbətçi hissədən avtomobil qaçırılması ilə bağlı məlumat daxil olmuşdur. Növbətçi hissə qaçırılan avtomobilin VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil olduğunun bildirmiş, bu səbəbdən də qeydiyyat aparıb ilk əvvəl Əlincə məhəlləsini, sonra Atabəylər məhəlləsini xidməti avtomobillə o baş bu baş gəzmişlər, lakin deyilən avtomobilə rast gəlməmişlər. Daha sonra Babək məhəlləsinə getmişlər. Həmin məhlədə xidməti avtomobillə hərəkət etdikdə Babək məhəlləsində ara məhəllədə bir avtomobilin dayandığını müşahidə etmişlər. Həmin avtomobilə yaxınlaşanda avtomobilin tərk edildiyini və VAZ 21063 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil olduğu görmüşlər. Dərhal növbətçi hissəyə bu barədə məlumat vermişlər. Hadisə yerinə istintaq əməliyyat qrupu gəlmiş, avtomobilə baxış keçirilmişdir. Nəticədə, avtomobilin sahibi hadisə yerinə gəlib avtomobili tanımışdır. Avtomobili kənardan görən kimi dərhal avtomobilə yaxınlaşdıqlarında avtomobilin salonunda və yanında heç kəsin olmadığını, avtomobilin tərk edilmiş vəziyyətdə olduğunu görmüşlər. İlkin araşdırma zamanı avtomobili yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçırdığını, avtomobili məhəllədə qoyub getdiklərini öyrənmişlər. Məhkəmə istintaqında şahid qismində X3, şahid X8 ilə oxşar məzmunlu ifadə vermişdir. İstintaq zamanı safari rəngli VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil Naxçıvan şəhəri ünvan 6 ünvanında yerləşən evin qarşısında bir qədər aralıda məhlənin ortasında tərk edilmiş vəziyyətdə aşkar edildiyindən həmin yerdə avtomobilə baxış keçirilmiş və avtomobilin içərisində olan qırılmış açar sübut əhəmiyyətli olduğundan prosessual qaydada götürülmüşdür. İstintaq zamanı Naxçıvan şəhəri ünvan 6 ünvanında yerləşən evin qarşısında bir qədər aralıda məhlənin ortasında aşkar edimiş 1990-ci ildə buraxılmış, sedan tipli, ******* mühərrik nömrəli, ******* ban nömrəli, safari rəngli VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil 20 mart 2023-cü il tarixdə sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İstintaq zamanı təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli 3-13-43/2-1202/2023 nömrəli cavabda Təqsirləndirilən şəxs2 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli 3-13-43/2-1202/2023 nömrəli cavabda Təqsirləndirilən şəxs1 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X2 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavabda onların qeydiyyatda olmadığı göstərilmişdir. İstintaq zamanı həqiqətin müəyyən edilməsi məqsədilə 08 iyun 2023-cü il tarixdə məhkəmə psixoloji ekspertiza təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən alınmış ekspert rəyində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətlərinin müşahidə olunmadığı, onun əqli və psixi inkişafına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq və dərk etmək qabliyyətinə malik olduğu, həmçinin onun təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, habelə özündən uydurmağa meyilli olmadığı göstərilmişdir. İstintaqla əlaqədar safari rəngli VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil və avtomobilin içərisində prosessual qaydada götürülmüş qırılmış açar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, safari rəngli VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış və qırılmış açar saxlanılması üçün cinayət işinə əlavə edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mİİ-dən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında qeydiyyat olmaqla yaşadığı müddətdə ictimai işlərdə heç bir iştirakının olmadığı, ailəsi və qonşuları ilə çox pis münasibət saxlayaraq narazılığa səbəb olduğu, yetkinlik yaşına çatmadığı müddətdə anasının himayəsində olmasına baxmayaraq axşamlar evə gec saatlarda gəldiyi, zərərli vərdişlərlə məşğul olduğu, özündə yaşça böyük insanlarla münasibətdə olduğu göstərilmişdir. Şahbuz Rayon Kolanı kənd İƏD üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədə haliyədə Naxçıvan Musiqi Məktəbində oxuduğu, ictimaiyyət içində özünün bacarığı ilə nümunə olduğu, Uşaq Musiqi məktəbinin öz fəaliyyət kollektivində hər zaman fəal iştirak etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti X6n verilmiş arayışda Təqsirləndirilən şəxs1 X7 Xanəndəlik ixtisasının birinci kursunda təhsil aldığı göstərilmişdir. X9 alınmış xasiyyətnamədə isə dərslərdə mütəmadi iştirak etmədiyi və kollecin daxili nizam-intizam qaydalarını tez-tez pozduğundan dəfələrlə edilmiş şifahi xəbərdarlıqlardan nəticə çıxarmadığına görə xx.xx.2022-ci il tarixli 27 №-li əmrlə tələbələr sırasından xaric edildiyi, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il tarixli 28 nömrəli əmrlə yenidən kollecin tələbələri sırasına daxil edildiyi, yenidən tələbələr sırasına daxil edilməsinə baxmayaraq heç bir dərsdə iştirak etmədiyi üçün xx.xx.2023-cü il tarixli 87 nömrəli əmrlə kursda saxlanıldığı göstərilmişdir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən özü və qanuni nümayəndəsi iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs, qanuni nümayındəsi və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət hüquq nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin bilavasitə qəsd etdiyi obyekt mülkiyyət hüquqlarının pozulması təşkil edir, eyni zamanda yol hərəkətinin təhlükə altına qoyulması ilə nəticələnir. Obyektiv cəhətini avtomobilin və ya başqa nəqliyyat vasitəsinin qanunsuz olaraq ələ keçirilməsi təşkil edir. Subyektiv cəhəti birbaşa qəsd və talama məqsədinin olmaması, subyektinin 14 yaşına çatmış anlaqlı şəxs olması nəzərdə tutulur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-in 428.2-ci maddəsinə görə cinayət prosesində yetkinlik yaşına çatmayan dedikdə cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini həll edərkən hesab edir ki, ilk növbədə uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliklə yanaşı, həm də Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq hüquq normaları nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”a görə yetkinlik yaşına çatmayanın təqsirləndirildiyi cinayət işləri üzrə məhkəmə qərar qəbul edərkən və zəruri təsir tədbirləri seçərkən həmin tədbirlərin təkcə işin hallarına və hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipini deyil, həm də belə tədbirin yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğunluğu prinsipini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən 20 noyabr 1989cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci bəndinə əsasən heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Həmin Konvensiyanın 40.3-cü bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, proseduralar, orqanlar və müəssisələr yaratmalı, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə tədqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsini təmin etməlidirlər. Konvensiyanın müddəlarından göründüyü kimi cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara cəzanın son tədbir kimi tətbiq edilməsi, zəruri və arzu olunan hallarda məhkəmə araşdırmasından kənar təsir tədbirlərinin tətbiqi iştirakçı dövlətlərdən tələb edilmişdir. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik normaları da öz növbəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşılmasını tələb edir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qanunla qorunan hüquqlarına dövlət tərəfindən tam təminat verilir və bu sahədə dövlət nəzarəti mexanizmi mövcuddur. O cümlədən qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər barəsində ədalət mühakiməsi ilk növbədə həmin şəxslərin mənafelərinə xidmət etməli və belə şəxs haqqında görülən təsir tədbirləri onların şəxsiyyətlərinə və qanunazidd əməlinin xarakterinə uyğunluq təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmadıqlarını, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsdən üzr istəmələrini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə əsasən “Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma), təkrar törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilən yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılmalıdır. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınan VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə aid qırılmış açar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347, 348.1, 356, 358, 384, 385, 428-429, 435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şahbuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış VAZ 21063 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə aid qırılmış açar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Həsənov Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar